Məhkəmə qərarları › İş №1(011)-182/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-182/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-182/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli hökmü ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 01 fevral 2022-ci il tarixdə saat 03 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 54 ünvanında yerləşən “VV Avto Aksesuar” adlı mağazanın qarşısına gəldikdən sonra özündə olan dəmir parçası ilə mağazanın giriş qapısını açıb birlikdə mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 10 ədəd hər birinin qiyməti 6 manat olan ümumilikdə 60 manat qiymətində “C6 Led” markalı lampaları, 02 ədəd hər birinin qiyməti 25 manat olan ümumilikdə 50 manat qiymətində “Focus” markalı lampanı, 02 ədəd hər birinin qiyməti 15 manat olan ümumilikdə qiyməti 30 manat olan “M7” markalı lampanı, 01 ədəd 15 manat qiymətində “M7” markalı H11 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “M3 PRO” markalı H7 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Mİ2”Led markalı 880 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “M2”Led markalı 9006 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “S2”Led markalı H7 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Mini F32”Led markalı 880 kodlu lampanı, 01 ədəd 50 manat qiymətində “D4R” Led markalı biksenonu, 01 ədəd 20 manat qiymətində “Momo” markalı sürətlər qutusu başlığını, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində “HD” markalı arxa görüntü kamerasını, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı 9005 kodlu lampanı, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı H3 kodlu lampanı, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində avtomobilin arxa park radarını, 02 ədəd hər birinin qiyməti 80 manat olan ümumilikdə 160 manat qiymətində “W210 Mercedes Benz” markalı təkər nasosunu, 01 ədəd 80 manat qiymətində avtomobilin qabaq farası üçün diot qaşını, 04 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat qiymətində avtomobilin arxa kapotu üçün yazını, 01 ədəd 5 manat qiymətində “Olesson” markalı siqaret yerinin artırıcısını, 01 ədəd 30 manat qiymətində 360 dərəcəli Led H11 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Radiator Led” markalı lampanı, 07 ədəd hər birinin qiyməti 50 manat olan ümumilikdə 350 manat qiymətində “Wattstar” markalı led lampanı, 04 ədəd hər birinin qiyməti 60 manat olan ümumilikdə qiyməti 240 manat olan “AKE” markalı led lampanı, 02 ədəd hər birinin qiyməti 120 manat olan ümumilikdə qiyməti 240 manat olan “D3S Osram” markalı biksenonu, 01 ədəd 80 manat qiymətində “HiWatch” markalı videomüşahidə cihazının yaddaş qurğusunu və masanın üzərindəki dəftərin arasından 200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2050 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında 01 fevral 2022-ci il tarixdə saat 03 radələrində Xətai rayonu, Mehmandarov küçəsi 54 ünvanında yerləşən “VV Avto Aksesuar” adlı mağazanın qarşısına gəldikdən sonra Əli özündə olan dəmir parçası ilə mağazanın giriş qapısını açaraq birlikdə mağazaya qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 10 ədəd hər birinin qiyməti 6 manat olan ümumilikdə 60 manat qiymətində “C6 Led” markalı lampaları, 02 ədəd hər birinin qiyməti 25 manat olan ümumilikdə 50 manat qiymətində “Focus” markalı lampanı, 02 ədəd hər birinin qiyməti 15 manat olan ümumilikdə qiyməti 30 manat olan “M7” markalı lampanı, 01 ədəd 15 manat qiymətində “M7” markalı H11 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “M3 PRO” markalı H7 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Mİ2”Led markalı 880 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “M2”Led markalı 9006 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “S2”Led markalı H7 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Mini F32”Led markalı 880 kodlu lampanı, 01 ədəd 50 manat qiymətində “D4R” Led markalı biksenonu, 01 ədəd 20 manat qiymətində “Momo” markalı sürətlər qutusu başlığını, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində “HD” markalı arxa görüntü kamerasını, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı 9005 kodlu lampanı, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı H3 kodlu lampanı, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində avtomobilin arxa park radarını, 02 ədəd hər birinin qiyməti 80 manat olan ümumilikdə 160 manat qiymətində “W210 Mercedes Benz” markalı təkər nasosunu, 01 ədəd 80 manat qiymətində avtomobilin qabaq farası üçün diot qaşını, 04 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat qiymətində avtomobilin arxa kapotu üçün yazını, 01 ədəd 5 manat qiymətində “Olesson” markalı siqaret yerinin artırıcısını, 01 ədəd 30 manat qiymətində 360 dərəcəli Led H11 kodlu lampanı, 01 ədəd 30 manat qiymətində “Radiator Led” markalı lampanı, 07 ədəd hər birinin qiyməti 50 manat olan ümumilikdə 350 manat qiymətində “Wattstar” markalı led lampanı, 04 ədəd hər birinin qiyməti 60 manat olan ümumilikdə qiyməti 240 manat olan “AKE” markalı led lampanı, 02 ədəd hər birinin qiyməti 120 manat olan ümumilikdə qiyməti 240 manat olan “D3S Osram” markalı biksenonu, 01 ədəd 80 manat qiymətində “HiWatch” markalı videomüşahidə cihazının yaddaş qurğusunu və masanın üzərindəki dəftərin arasından 200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2050 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq isə Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi evdə kirayədə yaşayır. 2018-ci ilin iyun ayının 28 də oğurluq cinayəti törətdiyinə görə 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2020-ci ilin sentyabr ayının 28-də azadlığa çıxmışdır. Tutulanadək Yasamal rayonu ərazisində yerləşən restoranda moped sürərək yeməklərin çatdırılma xidməti ilə məşğul olmuşdur. Oğurluq cinayətini o, Fuad adlı şəxs ilə birlikdə törətmişdir. Fuadı 1 il olar ki tanıyır. Fuad onunla birlikdə Yasamal rayonunda yerləşən restoranda yeməklərin çatdırılması xidmətində işləmişdir. 30.01.2022ci il tarixdə Fuad işlədiyi restorana gəlmiş və onlar söhbət edən zaman oğurluq etmək qərarına gəlmişlər. Həmin gün o, işdən çıxan zaman Fuad gəlmiş və onlar birlikdə ona məxsus olan moped ilə oğurluq etmək üçün münasib yer axtarmağa getmişlər. Bir qədər gəzdikdən sonra Xətai rayonunda 81 saylı marşurt avtobusunun son dayanacağının yanında avtomobil ehtiyyat hissələri satılan mağaza görmüşlər. Onlar həmin mağazanın oğurluq üçün əlverişli olduğunu fikirləşib oradan uzaqlaşmış və Fuadla razılaşmışlar ki, sabahsı gün gəlib oradan oğurluq etsinlər. Sabahsı gün o, Fuadla telefon vasitəsi ilə əlaqə saxlamış və Fuada 02 radələrində onun iş yerinə gəlməsini bildirmişdir. Fuad 01.02.2022ci il tarixdə təxminən saat 02 radələrində iş yerinə gəlmişdir. Həmin gün hava küləkli olduğundan və onlar ikisi ona məxsus moped ilə həmin yerə gedə bilməyəcəklərindən o, taksi fəaliyyəti ilə məşğul olan dayısı oğlu Turala zəng vuraraq onu aparmasını bildirmişdir. Tural gəldikdə o, Fuada kənarda dayanmasını və onların arxasınca gəlməsini bildirmişdir. Tural gəldikdə o, Turala təcili Xətai rayonunda işi olduğunu və onu ora aparmasını xahiş etmiş və 5 manat gediş haqqı vermişdir. O, Turala oğurluq edəcəkləri mağazadan bir qədər kənarda avtomobilini saxlamağını bildirmiş və Tural oradan getmişdir. Bundan sonra Fuadla birlikdə həmin mağazaya yaxınlaşmışlar. Mağazanın plastik qapısını özü ilə götürdüyü dəmir parçası ilə açmışdır. Bundan sonra onlar mağazaya daxil olmuşlar və mağazada olan rəflərin üzərindən avtomobil ehtiyyat hissələrini götürərək onda olan çantanın içərisinə yığmışlar. Fuad isə mağazanın girişindən sağ tərəfdə olan rəflərin aşağısından mağazanın video müşahidə cihazının yaddaş blokunu ayıraraq götürmüşdür. Bundan sonra onlar mağazadan çıxaraq bir qədər kənarda dayanmışlar. O, dayısı oğlu Turala zəng vuraraq gəlib onu götürməsini bildirmişdir. Bir qədər sonra Tural gəlmiş və o, oğurladığı əşyalarla dolu olan çantanı Turala məxsus avtomobilin yük yerinə qoymuş və sürməsini bildirmişdir. Fuad isə o, taksiyə mindikdən sonra moped ilə onların arxasınca getmişdir. Tural ondan gecə vaxtı nə üçün evində olmadığını və nə iş gördüyünü sorğu sual edərək artıq suallar verdiyi üçün o, şəxsi işlərinin olduğunu və avtomobili Əhmədli metrostansiyasının yaxınlığında saxlamasını bildirmişdir. O, Turala 5 manat gediş haqqı vermiş və Tural oradan uzaqlaşmışdır. Bundan sonra o, Fuadın mobil telefonuna zəng vuraraq Əhmədli metrostansiyasına gəlməsini bildirmişdir. Fuad gəldikdən sonra o, 2111 zəng mərkəzinə zəng vuraraq taksi sifariş etmiş və oğurladıqları əşyalarla taksi ilə yaşadığı Masazır qəsəbəsinə aparmış və Fuada da yaşadığı ünvana gəlməsini bildirmişdir. Yaşadığı evə çatdıqda oğurladıqları əşyaları evin zirzəmisində gizlətmiş və Fuad mopedi gətirdikdən sonra oda öz evinə getmişdir. Bundan bir neçə gün keçdikdən sonra onlar Fuadla razılaşmışlar ki, oğurluq etməklərindən bir müddət keçdikdən sonra oğurladıqları əşyaları satsınlar. Həmin əşyaları o, polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşlarına təhvil vermişdir. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır, faktiki olaraq Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində nömrəsiz fərdi evdə həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. 2015-ci ilin sentyabr ayının 4də soyğunçuluq cinayəti törətdiyinə görə 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2019-cu ilin sentyabr ayının 3-də azadlığa çıxmışdır. Hazırda işsizdir və heç bir yerdə işləmir. Oğurluğu Əli adlı şəxs ilə birlikdə törətmişdir. Əlini 1 ilə yaxındır ki tanıyır. Əli onunla birlikdə Yasamal rayonunda yerləşən restoranda yeməklərin çatdırılması xidmətində çalışmışdır. 30.01.2022-ci il tarixdə o Əlinin işlədiyi restoranda olarkən söhbət edən zaman pulsuzluqdan əziyyət çəkdikləri üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin gün o, işdən çıxan zaman Əlinin yanına getmiş və onlar birlikdə Əliyə məxsus olan moped ilə oğurluq etmək üçün münasib yer axtarmağa getmişlər. Bir qədər gəzdikdən sonra Xətai rayonunda 81 saylı marşrut avtobusunun son dayanacağının yanında avtomobil ehtiyyat hissələri satılan mağaza görmüşlər. Onlar həmin mağazadan oğurluq edə biləcəklərini fikirləşib oradan uzaqlaşmışlar. Əli ilə razılaşmışlar ki, sabahsı gün gəlib oradan oğurluq etsinlər. Sabahsı gün Əli onunla telefon vasitəsi ilə əlaqə saxlamış və ona saat 02 radələrində iş yerinə gəlməyini bildirmişdir. O, 01.02.2022-ci il tarixdə təxminən saat 02 radələrində Əlinin iş yerinə getmişdir. Həmin gün hava küləkli olduğundan və onlar ikisi Əliyə məxsus moped ilə həmin yerə gedə bilməyəcəklərindən Əli taksi çağırmışdır. Taksi gəldikdə o, kənarda dayanmış və Əlinin mopedi ilə onların arxasınca getmişdir. Oğurluq edəcəkləri yerə çatdıqda Əli həmin mağazanın plastik qapısını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə açmışdır. Bundan sonra onlar mağazaya daxil olmuş və mağazada olan rəflərin üzərindən müxtəlif növ avtomobil ehtiyyat hissələrini götürərək Əlinin özü ilə əvvəlcədən gətirdiyi çantanın içərisinə yığmışlar. Mağazadan çıxarkən isə o mağazanın girişindən sağ tərəfdə olan rəflərin aşağısından mağazanın video müşahidə cihazının yaddaş blokunu ayıraraq götürmüşdür. Bundan sonra onlar mağazadan çıxaraq bir qədər kənarda dayanmışlar. Əli yenə taksiyə zəng vurmuş və gəlib onu götürməsini bildirmişdir. Bir qədər sonra taksi sürücüsü gəlmiş və o, kənarda dayanmışdır. Əli oğurladıqları əşyaları taksiyə yığmış və oradan uzaqlaşmışdır. O isə onların arxasınca getmişdir. Bundan sonra Əli onun mobil telefonuna zəng vuraraq Əhmədli metrostansiyasının yanına gəlməyini bildirmişdir. O, Əhmədli metrostansiyasının yaxınlığına getmiş və Əli ilə görüşmüşdür. Sonra Əli taksi sifariş etmiş və oğurladıqları əşyaları taksi ilə yaşadığı Masazır qəsəbəsinə aparmışdır. O da Əlinin mopedi ilə onun arxasınca getmişdir. Oğurladıqları əşyaları Əli yaşadığı evinə aparmışdır. O isə mopedi aparıb Əliyə verdikdən sonra öz evinə getmişdir. Bundan bir neçə gün keçdikdən sonra onlar Əli ilə razılaşmışlar ki, oğurladıqları əşyaları satsınlar. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Əliyetməzli kəndində qeydiyyatdadır, Xətai rayonu, Sarayev 12, mənzil 92-də yaşayır. Təxminən 5 aydır ki, o, Xətai rayonu, Mehmandarov küçəsi 54 ünvanında “VV Avto Aksesuar” mağazasını işlədir. Həmin mağazada o, avtomobil aksesuarlarının satışını həyata keçirir. O, hər gün saat 11:00-da mağazanı açır və gecə saat 12:00-da bağlayır. 31 yanvar 2022-ci il tarixdə o, işlədiyi mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Sabahsı gün o, mağazaya getdikdə mağazanın giriş plastik qapısının sındırılmış vəziyyətdə olduğunu görmüş, həmin gün mağazaya baxış keçirmiş və 03.02.2022-ci il tarixdə polisə müraciət edərək hadisə barədə məlumat vermişdir. İşlətdiyi mağazadan 10 ədəd hər birinin qiyməti 6 manat olan ümumilikdə 60 manat qiymətində “C6 Led” markalı lampalar, 02 ədəd hər birinin qiyməti 25 manat olan ümumilikdə 50 manat qiymətində “Focus” markalı lampa, 02 ədəd hər birinin qiyməti 15 manat olan ümumilikdə qiyməti 30 manat olan “M7” markalı lampa, 01 ədəd 15 manat qiymətində “M7” markalı H11 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd 50 manat qiymətində “D4R”Led markalı biksenon, 01 ədəd 20 manat qiymətində “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində “HD” markalı arxa görüntü kamerası, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd 50 manat qiymətində “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat qiymətində avtomobilin arxa park radarı, 02 ədəd hər birinin qiyməti 80 manat olan ümumilikdə 160 manat qiymətində “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd 80 manat qiymətində avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 80 manat olan avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd 5 manat qiymətində “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 30 manat qiymətində 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd 30 manat qiymətində “Radiator Led” markalı lampa, 07 ədəd hər birinin qiyməti 50 manat olan ümumilikdə 350 manat qiymətində “Wattstar” markalı led lampa, 04 ədəd hər birinin qiyməti 60 manat olan ümumilikdə qiyməti 240 manat olan “AKE” markalı led lampa, 02 ədəd hər birinin qiyməti 120 manat olan ümumilikdə qiyməti 240 manat olan “D3S Osram” markalı biksenon, 200 manat nağd pul və 80 manat qiymətində 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusu oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 2050 manat maddi ziyan dəymişdir. Həmçinin o, ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, halhazırda taksi sürücüsü işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur. 01 fevral 2022-ci il tarixdə təxminən saat 02 radələrində Əli ona zəng vuraraq onu Köhnə Günəşli qəsəbəsində Mehmandarov küçəsinə aparmağını istəmişdir. O, Əliyə onu apara biləcəyini demiş və Əlini götürərək qeyd etdiyi ünvana aparmışdır. Həmin vaxt Əlinin tanışı Fuad adlı şəxs isə onların arxasınca moped ilə gəlmişdir. Əlini Mehmandarov küçəsində düşürtdükdən sonra Əli ona 5 manat pul vermişdir. Əlini düşürtdükdən sonra o, yenə Əhmədli metrosunun yanına getmişdir. Bir qədər vaxt keçdikdən sonra isə Əli ona zəng vurmuş və onu Mehmandarov küçəsindən götürməyini xahiş etmişdir. O yenə Əlinin yanına getmişdir. Əli əlində olan bel çantasını avtomobilin baqajına qoymuşdur. Özü isə qabaq oturacaqda əyləşmişdir. Fuad isə yenə moped ilə arxalarınca sürmüşdür. O, Əliyə gecə vaxtı nə üçün evində olmadığını bildirdikdə Əli narahat olmuş və Əhmədli metrosunun yanında onu düşürtməyini istəmişdir. Bir müddət sonra eşitmişdir ki, Əli Fuadla birlikdə oğurluq etdiyinə görə tutulmuşdur. Onun Əlinin oğurluq etməyindən xəbəri olmamışdır. Əlini apararkən çantada nə olduğunu soruşduqda Əli ona həmin çantada Fuadın paltarları olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdır (i.v. 01); 03.02.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən “VV Avto Shop” mağazasına baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 8-11); 05.02.2022-ci il tarixli baxış keçirilmə və götürmə haqqında protokoldan görünür ki, 10 ədəd “C6 Led” markalı lampa, 02 ədəd “Focus” markalı lampa, 02 ədəd “M7” markalı lampa, 01 ədəd “M7” markalı H11 kodlu lampanı, 01 ədəd “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd “D4R”Led markalı biksen, 01 ədəd “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd “HD” markalı arxa görüntü kamerası, 01 ədəd “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd avtomobilin arxa park radarı, 02 ədəd “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd “Radiator Led” markalı lampa və 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusu Təqsirləndirilən şəxs1 götürülmüşdür (i.v. 17-18); şübhəli şəxsin tutulması haqqında 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35-36); şübhəli şəxsin tutulması haqqında 05 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 57-58); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 70); 06.02.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə əldə olunmuş 10 ədəd “C6 Led” markalı lampa, 02 ədəd “Focus” markalı lampa, 02 ədəd “M7” markalı lampa, 01 ədəd “M7” markalı H11 kodlu lampanı, 01 ədəd “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd “D4R”Led markalı biksen, 01 ədəd “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd “HD” markalı arxa görüntü kamerası, 01 ədəd “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd avtomobilin arxa park radarı, 02 ədəd “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd “Radiator Led” markalı lampa və 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusuna baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyaların bir qismi olduğunu bildirmişdir (i.v. 80-82); ifadənin yerində yoxlanması haqqında 06.02.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, ünvan 6 ünvanında yerləşən “VV Avto Aksesuar” mağazasından oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 83-85); ifadənin yerində yoxlanması haqqında 06.02.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2, ünvan 6 ünvanında yerləşən “VV Avto Aksesuar” mağazasından oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 86-87); 06.02.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 88-91); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 92-93); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 104-105); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 4(011)-70/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay müddətinə müəyyən edilmiş və əvvəli 05 fevral 2022-ci il tarixdən hesablanmışdır (i.v. 128-133); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 4(011)-69/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay müddətinə müəyyən edilmiş və əvvəli 05 fevral 2022-ci il tarixdən hesablanmışdır (i.v. 134-139); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 28 fevral 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 04.12.2015-ci il tarixdən 07.12.2015-ci il tarixədək yuxarıda qeyd olunan xəstəxanada müayinədə olmuşdur (i.v. 163); 03.03.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyandan 500 manat məbləğində ödəniş edilmiş və sonuncu tərəfindən həmin məbləğ təhvil alınmışdır (i.v. 164-165); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2022-ci il tarixli 9/1009 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1020,0 manat müəyyən edilir: Malların adları Miqdarı Bir ədədinin Ümumi dəyəri qiyməti manatla manatla

1. “C6 Led” markalı lampa (istifadədə 10 ədəd 6 60 olmamış)

2. “Focus” markalı lampa (istifadədə 2 ədəd 25 50 olmamış)

3. “M7” markalı lampa (istifadədə 2 ədəd 15 30 olmamış)

4. “M7” markalı H11 kodlu lampa 1 ədəd 15 15 (istifadədə olmamış)

5. “M3 PRO” markalı H7 kodlu lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

6. “Mİ2”Led markalı 880 kodlu lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

7. “M2”Led markalı 9006 kodlu lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

8. “S2”Led markalı H7 kodlu lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

9. “Mini F32”Led markalı 880 kodlu 1 ədəd 30 30 lampa (istifadədə olmamış)

10. “D4R”Led markalı biksen (istifadədə 1 ədəd 50 50 olmamış)

11. “Momo” markalı sürətlər qutusu başlığı 1 ədəd 20 20 (istifadədə olmamış)

12. “HD” markalı arxa görüntü kamerası 2 ədəd 20 40 (istifadədə olmamış)

13. “C7 Led” markalı 9005 kodlu lampa 1 ədəd 50 50 (istifadədə olmamış)

14. “C7 Led” markalı H3 kodlu lampa 1 ədəd 50 50 (istifadədə olmamış)

15. Avtomobilin arxa park radarı 2 ədəd 20 40 (istifadədə olmamış)

16. “W210 Mercedes Benz” markalı təkər 2 ədəd 80 160 nasosu (istifadədə olmamış)

17. Avtomobilin qabaq farası üçün diot 1 ədəd 80 80 qaşı (istifadədə olmamış)

18. Avtomobilin arxa kapotu üçün yazı 4 ədəd 20 80 (istifadədə olmamış)

19. “Olesson” markalı siqaret yerinin 1 ədəd 5 5 artırıcısı (istifadədə olmamış)

20. 360 dərəcəli Led H11 kodlu lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

21. “Radiator Led” markalı lampa 1 ədəd 30 30 (istifadədə olmamış)

22. “HiWatch” markalı videomüşahidə 1 ədəd 80 80 cihazının yaddaş qurğusu (istifadədə olmuş) Cəmi: 1020

(i.v. 167-169); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 08 fevral 2022-ci il tarixli 319 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik (isterik) cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 171-172); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 11.03.2022-ci il tarixli tələbnamədən və hokmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-350/2018 saylı, 19 iyul 2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli hökmünə əsasən təyin edilmiş 3000 manat miqdarında cərimə cəzası 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək və CM-nin 67.1-ci maddəsi tətbiq olunmaqla 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 173-175); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.08.2016-cı il tarixli hökmü ilə CM-nin 177.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək və CM-nin 66.3-cü maddəsi tətbiq olunmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli qərarına əsasən barəsinə 20.10.2017-ci il tarixli Qanun tətbiq olunmaqla cəza müddəti 04 (dörd) ilə endirilmiş, 03.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 176-177); sübutların qiymətləndirilməsi haqqında 12 mart 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, barələrində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokollar, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar və cədvəllər, ekpertiza rəyləri, baxış və götürülmə aparılması haqqında protokol sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs məxsus əşyaların qiymətləri məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyində göstərildiyi kimi qiymətləndirilmiş, 10 ədəd “C6 Led” markalı lampa, 02 ədəd “Focus” markalı lampa, 02 ədəd “M7” markalı lampa, 01 ədəd “M7” markalı H11 kodlu lampanı, 01 ədəd “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd “D4R”Led markalı biksen, 01 ədəd “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd “HD” markalı arxa görüntü kamerası, 01 ədəd “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd avtomobilin arxa park radarı, 02 ədəd “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd “Radiator Led” markalı lampa və 01 ədəd videomüşahidə cihazının yaddaş qurğusu maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır (i.v. 186-194); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 204-205); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (i.v. 219-220); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 03.06.2021-ci il tarixli X2 vardır. Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 17 may 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.12.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.09.2018-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12), onaa dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.08.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur və CM-nin 18.4.3cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – 10 ədəd “C6 Led” markalı lampa, 02 ədəd “Focus” markalı lampa, 02 ədəd “M7” markalı lampa, 01 ədəd “M7” markalı H11 kodlu lampanı, 01 ədəd “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd “D4R”Led markalı biksen, 01 ədəd “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd “HD” markalı arxa görüntü kamerası, 01 ədəd “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd avtomobilin arxa park radarı, 02 ədəd “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd “Radiator Led” markalı lampa və 01 ədəd videomüşahidə cihazının yaddaş qurğususunun sahibinə geri qaytarılması nəzərə alınmalı (CPM-132.), məhkəmə ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin nəfinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 05 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 10 ədəd “C6 Led” markalı lampa, 02 ədəd “Focus” markalı lampa, 02 ədəd “M7” markalı lampa, 01 ədəd “M7” markalı H11 kodlu lampanı, 01 ədəd “M3 PRO” markalı H7 kodlu lampa, 01 ədəd “Mİ2”Led markalı 880 kodlu lampa, 01 ədəd “M2”Led markalı 9006 kodlu lampa, 01 ədəd “S2”Led markalı H7 kodlu lampa, 01 ədəd “Mini F32”Led markalı 880 kodlu lampa, 01 ədəd “D4R”Led markalı biksen, 01 ədəd “Momo” markalı sürətlər qutusu başlığı, 02 ədəd “HD” markalı arxa görüntü kamerası, 01 ədəd “C7 Led” markalı 9005 kodlu lampa, 01 ədəd “C7 Led” markalı H3 kodlu lampa, 02 ədəd avtomobilin arxa park radarı, 02 ədəd “W210 Mercedes Benz” markalı təkər nasosu, 01 ədəd avtomobilin qabaq farası üçün diot qaşı, 04 ədəd avtomobilin arxa kapotu üçün yazı, 01 ədəd “Olesson” markalı siqaret yerinin artırıcısı, 01 ədəd 360 dərəcəli Led H11 kodlu lampa, 01 ədəd “Radiator Led” markalı lampa və 01 ədəd videomüşahidə cihazının yaddaş qurğususunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar