Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-183/2025 21.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Neftçala şəhəri, Xolqarabucaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0.269 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən 31 yanvar 2025-ci il tarixdə saat 15:29da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli qış gödəkcənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,269 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 6 ildir kakos kimi tanıdığı narkotik vasitəni müxtəlif ünvanlardan anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə etmişdir. 31 yanvar 2025-ci il tarixdə təxminən saat 15 radələrində metronun “Neftçilər" stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadə üçün 10 manata “kakos” kimi tanıdığı narkotik vasitəni almışdır. 31 yanvar 2025-ci il tarixdə, saat 15:29-da yaşadığı ünvana gedərkən Xətai rayonu, Z.Yusifov küçəsində hərəkət edən zaman arxadan sağ və sol qolundan iki nəfər mülki geyimli şəxs tutaraq saxlayıb digər mülki geyimli əlində telefonla onu saxlamalarını qeyd edən şəxsə doğru çevirməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində hər hansı bir əşya varsa onu təqdim etməsini bildirdikdə, o əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edib tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə 0.30 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Bundan başqa əynindəki gödəkçənin sağ yan cibindən üzərində ***-***-**-** mobil nömrə olan “Realme” markalı mobil telefon və həmin cibindən “Leo bank”a aid özünün istifadəsində olan 4098 5844 9748 1984 bank kartını çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılarkən qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirib xidməti otaqların birində üzərindən aşkar edilmiş əşyalarla birlikdə təhqiqatçıya təqdim etmişlər. Tədqiqatçı tərəfindən üzərinə baxış keçirilməsini özündə əks etdirən videogörüntü olan diskə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş büküm qablaşdırıldığı zərfdən çıxarılıb yenidən elektron tərəzidə çəkildikdə şəffaf sellofan büküm ilə birlikdə 0.32 qram olması müəyyən edilib təkrar qablaşdırılıb möhürlənmişdir. Ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 31 yanvar 2025-ci il tarixdə, saat 15:29-da polis baş leytenantları X4 və Şahid3 ilə birlikdə Z.Yusifov küçəsi 28 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən bir bükümü çıxarıb təqdim edərək içərisində “kakos” olmasını və həmin bükümü tanımadığı şəxsdən almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0.30 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalar ilə birlikdə polis mayoru X1 təhvil vermişlər. Budaq Budaqlı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən diskə baxış keçirib, üzərindən aşkar edilmiş bükümü bir ədəd kağız zərfdən çıxarıb elektron tərəzidə çəkdikdə 0.32 qram olması müəyyən edilmiş və təkrar həmin bükümü iştirakçıların gözü qarşısında kağız zərfdə qablaşdırıb möhürləyib imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı X4 bildirmişdir ki, Xətai rayonu, A.Qurban küçəsi, ev 25 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 31 yanvar 2025-ci il tarixdə, saat 15:29-da Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid3 və Şahid1 ilə birlikdə Xətai rayonu, Z.Yusifov küçəsi 28 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0.30 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Realme” markalı mobil telefon, həmin cibindən bir ədəd “Leobank” plastik kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirildikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalar ilə birlikdə polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən diskə baxış keçirib, üzərindən aşkar edilmiş bükümü bir ədəd kağız zərfdən çıxarıb elektron tərəzidə çəkdikdə 0.32 qram olması müəyyən edilmiş və təkrar həmin bükümü iştirakçıların gözü qarşısında kağız zərfdə qablaşdırıb möhürləyib imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 bildirmişdir ki, Xətai rayonu, A.Qurban küçəsi, ev 25 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 31 yanvar 2025-ci il tarixdə, saat 15:29-da Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantları X4 və Şahid1 ilə birlikdə Xətai rayonu, Z.Yusifov küçəsi 28 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin bükümü tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 0.30 qram olması müəyyən edilib bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənib üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd “Realme” markalı mobil telefon, həmin cibindən bir ədəd “Leobank” plastik kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirildikdə qeyd olunanlardan başqa heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalar ilə birlikdə polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən diskə baxış keçirib, üzərindən aşkar edilmiş bükümü bir ədəd kağız zərfdən çıxarıb elektron tərəzidə çəkdikdə 0.32 qram olması müəyyən edilmiş və təkrar həmin bükümü iştirakçıların gözü qarşısında kağız zərfdə qablaşdırıb möhürləyib imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 31 yanvar 2025-ci il tarixdə tərəflərindən əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümdəki psixotrop maddəyə oxşar metamfetaminin 0.30 qram, təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 0.32 qram olması tərəzilərin vəziyyətindən asılı olaraq çəkilərdə fərq yarana bilərdi. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlə bükümsüz daha dəqiq tərəzidə çəkildikdə 0,269 qram olması müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,269 qram olması aydın olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 31 yanvar 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, sağ yan cibindən 1 (bir) ədəd Redmi markalı mobil telefonu və “Kapital Bank”a məxsus bank kartını çıxarıb təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsalı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş və çəkisinin 0.30 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 2 ünvanında keçirilmişdir (i.v. 11-13); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 31 yanvar 2025-ci il tarixdə, saat 15:29-da Xətai rayonu, Z.Yusifov küçəsi 28 ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması və üzərindəki 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar edilərək Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Həmçinin sağ yan cibindən 1 ədəd “Redmi” markalı telefon, “Leobank” kartı aşkar edilmişdir. Təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.32 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə “Lenovo” markalı kompyuterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 19-21); şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:29-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/431/2025 nömrəli, 01 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əkslər olan, “37-ci PŞ ə/m b/leytenantı Şahid1; “imza” Təqsirləndirilən şəxs; “imza” Şahid2; “imza” Təqsirləndirilən şəxs; “imza” Şahid2; “imza” Şahid1; “imza” Tərtib etdi: B.Budaqlı “imza” ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,269 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 42-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 61-62); təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xətai RPİ-nin MSY-dən azad olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79-81); “DVD-R” diskə baxış keçirilməsi haqqında 02 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 31 yanvar 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 89-91); Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş və onun barəsində hər hansı bir şikayət daxil olmamışdır (i.v. 105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 04 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 110-111); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 526 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 147-148); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/431/2025 nömrəli, 01 fevral 2025-ci il tarixli, məhkəmə-narkoloji ekspertizalasının xx.xx.2025-ci il tarixli, 526 saylı rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,269 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və aparılmış tədqiqatlardan sonra qalıq çəkisi 0,219 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış görüntüsünü özündə əks edən 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir, 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmışdır (i.v. 150-155). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Bağırov əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, sağ yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu və “Kapital Bank”a məxsus bank kartını çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.30 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan ağ rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.32 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir. Təqsirləndirilən şəxs təhqiqata təqdim olunan ağ rəngli narkotik maddəyə bənzər kütlənin ondan aşkar olunmasını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.269 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayət residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.269 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.219 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2025-ci il tarixdən 02 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.269 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.219 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-183/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-183/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver