Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-184/2020 31.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 (inzibati bina) ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Məmmədov Camal və Fərrux adlı şəxslərlə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxxxx 2020-ci il tarixdə saat 11:45 dəqiqədə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında istifadə etdiyi “Əli Mobile” adlı mobil telefonların və aksesuarlarının satışı mağazasının qarşısına gəlmiş, aralarında razılaşdırılmış rol bölgüsünə əsasən Fərrux adlı şəxs kimsə gələcəyi halda bu barədə xəbər vermək məqsədi ilə küçədə gözləmiş, Məmmədov Camal adlı şəxs isə Təqsirləndirilən şəxsla birlikdə həmin mağazaya müştəri qismində daxil olmuş və mağazada heç kimin olmamasını ona işarə etmiş, bundan sonra o, kassa masasının üzərində olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qiyməti 2550 (iki min beş yüz əlli) manat olan “İphone 11 pro” markalı mobil telefonu, qiyməti 20 (iyirmi) manat olan həmin mobil telefonun üzərindəki 01 ədəd telefon qabını, həmin mobil telefonun içərisindəki qiyməti 450 (dörd yüz əlli) manat olan ***-***-**-** və qiyməti 300 (üç yüz) manat olan ***-***-**-** mobil nömrələrini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3320 (üç min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində dostu Camal Məmmədovla birlikdə “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşən “playstation” adlı salona gəlmiş, həmin salonda olarkən tanışları Fərrux da orada olmuşdur. Onlar bir qədər həmin salonda oyunlar oynayıb küçəyə çıxmış, piyada Sarayevo küçəsi ilə Əhmədli metrostansiyası istiqamətində bir qədər getmiş, məqsədləri telefon mağazalarının birindən ona qulaqcıq almaq olmuş, o, bu barədə dostları Camal və Fərruxa bildirmişdir. Bir qədər piyada getdikdən sonra qarşılarına “Əli Mobile” adlı telefon mağazası çıxmış, onlar həmin mağazanın qarşısında dayanmış və Camal Fərruxa mağazaya daxil olub onun üçün qulaqcıq almasını bildirmişdir. Bunun üçün o, Fərruxa iki manat məbləğində nağd pul vermiş, Fərrux pulu ondan aldıqdan sonra tək mağazaya daxil olmuş, bu zaman Camalla o mağazanın qarşısında gözləmiş, Fərrux bir neçə saniyə sonra mağazadan çıxaraq onlara mağazada heç kimin olmadığını bildirmiş, bundan sonra Camal ona heç kimin olmaması şəraitdən istifadə edərək nə isə oğurlamalarını demişdir. O və Fərrux Camalla razılaşmışlar. Camal onlara birinci özünün mağazaya daxil olub içəriyə baxaraq heç kimin olmadığına bir daha əmin olduqdan sonra ona işarə edəcəyini, dəyərli hər hansı bir əşyanı götürüb cəld mağazadan uzaqlaşmalarını, Fərruxun isə küçədə dayanıb kiminsə gəldiyi halda onlara qışqıraraq işarə edəcəyini bildirmişdir. O və Fərrux bu barədə Camalla razılaşmış, sonra Camal həmin mağazaya daxil olmuş, o da Camalın ardınca həmin mağazaya daxil olmuş, Fərrux isə həmin mağazanın qarşısında dayanmışdır. Mağazanın içərisində Camal kassa tərəfə getmiş, o isə mağazanın içərisində Camaldan bir az aralı dayanmışdır. Camal ona kassa tərəfə gəlməyi bildirmiş və o gəldikdə Camal kassa masasının üzərində bir ədəd mobil telefonun olduğunu bildirmiş və o dərhal həmin telefonu götürüb birlikdə mağazanı tərk etmiş və həmin mobil telefonu o, əynindəki cins şalvarın sağ yan cibinə qoymuşdur. Camalla birlikdə mağazadan çıxmış və piyada Sarayevo küçəsi ilə Əhmədli metrostansiyası istiqamətində getmiş, Fərrux isə onların ardı ilə gəlmişdir. Camal ona iz itirmək üçün onlardan ayrılacağını və 20 yanvar metrosunun yanında görüşəcəklərini bildirmiş və o da Camalla razılaşmışdır. Camal ondan ayrılıb Əhmədli metrostansiyası istiqamətində getmiş, o isə əks istiqamətdə taksi sifariş etmək üçün getmiş, bundan sonra Fərrux da onun yanına gəlmişdir. Onlar birlikdə sürücüsünü tanımadıqları “Mercedes Benz” markalı, qara rəngli avtomobilə əyləşmiş və 20 yanavar metrostansiyasının yanına gəlmişlər. Fərruxla birlikdə metrostansiyanın yanında yerləşən “Ekspres Telekom” adlı telefon mağazasının qarşısına gəlmiş bu zaman Camal onları artıq orada gözləmişdir. Onlar birlikdə oğurladıqları mobil telefonu satmaq qərarına gəlmiş və birlikdə həmin mağazaya daxil olmuşlar. Mağazada olan Bəxtiyar adlı şəxsə mobil telefonu göstərərək satmaq istədiyini bildirmiş, həmçinin bu telefonun ona məxsus olmasını demişdir. Bəxtiyar mobil telefonu ondan alıb baxmış və çin istehsalı olduğunu bildirərək 150 (bir yüz əlli) manat məbləğində pul təklif etmiş, onlar da buna razılaşmış və həmin oğurluq telefonu şəxsiyyət vəsiqəsini təqdim etməklə 150 (bir yüz əlli) manata Bəxtiyar adlı şəxsə satmışdır. Bundan sonra onlar mağazadan çıxmış və həmin pulu hərəyə 50 (əlli) manat olmaqla bölmüşlər. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, ziyanı hissə-hissə zərərçəkmiş şəxsə ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:45-də icarə əsasında istifadə etdiyi ünvan 4 ünvanında yerləşən “Əli Mobile” adlı telefon mağazasında tək olmuş, bu zaman bir nəfər əvvəllər tanımadığı cavan oğlan mağazaya müştəri qismində daxil olaraq ondan mobil telefonlar üçün qulaqcığın olub-olmamasını soruşmuş, o isə qulaqcığın olduğunu və qiymətini ona bildirmiş və həmin cavan oğlan mağazanı tərk etmiş, o da həmin şəxsin ardınca küçəyə mağazanın qarşısını təmizləmək məqsədi ilə çıxmışdır. Təxminən 3-4 dəqiqə sonra mağazaya daxil olmuş, bu zaman mağazadan iki nəfər əvvəllər tanımadığı cavan oğlan çıxdığını görmüş, həmin şəxslərdən nə lazım olduğunu soruşmuş, onlar “heç baxmağa gəlmişdik” deyib oranı tərk etmişlər. İçəriyə daxil olduqda kassanın yanındakı masanın üzərinə qoyduğu ona məxsus “İphone 11 pro” markalı mobil telefonu yerində aşkar etməmiş, bununla bağlı dərhal mağazada olan təhlükəsizlik kamerasının yaddaşına baxdıqda, mağazaya girmiş cavan oğlanın mağazadan çıxdıqdan sonra onun da həmin şəxsin ardınca çıxmasını, bu zaman onun görmədiyi şəkildə iki nəfər cavan oğlanın onun ardınca mağazaya daxil olduğunu, onlardan birinin kassaya boylandığını və heç kimin olmadığını aşkar etdiyini, daha sonra onunla birlikdə gələn digər şəxsləri işarə etdiyini, həmin şəxsin isə onun masanın üzərindəki mobil telefonunu götürüb mağzanı tərk etdiyini görmüşdür. O təhlükəsizlik kamerasının yaddaşına baxdıqda həmin iki nəfər şəxsin mağazadan çıxarkən onunla qarşılaşan şəxslər olduğunu müəyyən etmişdir. Daha sonra o, mağazanın küçəyə baxan kamerasının yaddaşına baxdıqda, bir az öncə qulaqcıq almaq üçün gələn şəxsin də onlarla birlikdə olduğunu görmüşdür. Belə ki, görüntüdən, həmin qulaqcıq almaq üçün gələn şəxsin iki nəfəri küçədə gözlədiyini və onlar küçədə olarkən bir yerdə getdiklərini görmüşdür. Həmin şəxslər qrup şəklində onun mobil telefonunu oğurlamışlar. Oğurlanmış mobil telefonu hadisədən bir ay öncə 2400 (iki min dörd yüz) manata almış, Azərbaycan Respublikasında qeydiyyata alınması üçün isə 150 (bir yüz əlli) manat pul vermişdir. Həmin mobil telefonun içərisində ona məxsus (070)-885-00-00 və (055)-873-88-88 mobil nömrələri olmuşdur. Hadisədən sonra həmin mobil nömrələrin dublikatını çıxartmış və hər iki nömrənin balansında olan konturlar istifadə edilməmişdir. Həmin mobil telefonun yaşıl rəngli qabı olmuş və onu da 20 (iyirmi) manata almışdır. Həmçinin həmin telefonun içərisində olmuş (070)-885-00-00 mobil nömrəsini 450 (dörd yüz əlli) manata, (055)-873- 88-88 mobil nömrəsini isə 300 (üç yüz) manata almışdır. Beləliklə ona dəymiş maddi ziyan ümumilikdə 3320 (üç min üç yüz iyirmi) manat olmuşdur. Hazırda cinayət nəticəsində dəymiş ziyan ödənilməmişdir. Ona görə də ona dəymiş ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 20 yanvar metrostansiyasının yaxınlığında “Ekspress Telekom” adlı telefon mağazasında satıcı işləyir və həmin mağaza X5 məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində işlədiyi telefon mağazasında olarkən bir nəfər tanımadığı şəxs mağazaya müştəri qismində daxil olaraq ona yaxınlaşmış və bir ədəd “İphone 11 pro” markalı, qara rəngli, yaşıl rəngli qabı olan mobil telefonu ikloda düşdüyü üçün satdığını bildirmiş, mobil telefonun özünə məxsus olduğunu və həmin mobil telefonu 400 (dörd yüz) manat məbləğində pula satdığını bildirmişdir. Lakin o, mobil telefon iklodda olduğundan baha satdığını və 280 (iki yüz səksən) manata almaq istədiyini bildirmiş, o da razılaşmış və həmin şəxsin mobil telefonunun təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında almış və ona 280 (iki yüz səksən) manat məbləğində nağd pul vermişdir. Şəxsiyyət vəsiqəsinə baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuş və sonra həmin şəxs mağazanı tərk etmişdir. Həmin mobil telefonu o, təxminən bir həftə sonra tanımadığı şəxsə işlədiyi mağzanın yanında 380 (üç yüz səksən) manat pula ehtiyat hissəsi kimi satmışdır. Təqsirləndirilən şəxs ona mobil telefon satarkən mağazaya tək gəlmiş və Təqsirləndirilən şəxs ona satdığı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşma çatmaması ona məlum olduğu halda və mobil telefonun bazar qiymətindən dəfələrlə ucuz ona təklif etməsi, onda həmin mobil telefonun oğurluq olmasına şübhə yaratmamışdır. Həmin mobil telefonun oğurluq olmasını o, sonradan polis idarəsinə dəvət edilərək izahatı alındıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs ona özünə məxsus kimi təqdim etdiyi mobil telefonu satarkən həmin telefonun sənədlərini istəmiş, lakin Bəxtiyar həmin sənədlərin evində olmasını bildirmiş, o isə Təqsirləndirilən şəxs həmin sənədləri istəməmiş, lakin onun şəxsiyyət vəsiqəsinin surətini almış və polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər işlədiyi mağazaya mobil telefon satmaq üçün gəlməmiş, ilk dəfədir ki, onu görmüşdür. Mobil telefonu satdığı şəxsin kim olduğunu bilməmiş, həmin şəxs onu özü tapıb ehtiyat hissəsi istəmiş və o, həmin telefonu ehtiyat hissəsi kimi 380 (üç yüz səksən) manata işlədiyi mağazada satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, həmin qərarla fakt üzrə CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılımışdır (i.v. 01); xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisənin baş verdiyi ünvan 3 saylı ünvanda yerləşən “Əli Mobile” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir (i.v. 07-08); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); xx xxxxxx 2019-cu il tarixli qaimə fakturadan görünür ki, Zərərçəkmiş şəxs bir ədəd “İphone 11 pro” markalı mobil telefonu “SATEL TELECOM” mağazasında 2400 (iki min dörd yüz) manata almışdır (i.v. 26); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndə dəvət etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs öz hüquqlarını müstəqil həyata keçirmək imkanları olmadığından Xətai rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və X2 Komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X3 dəvət edilmişdir (i.v. 29); yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 ********* saylı cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 31); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 37-38); yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 53-54); kompakt diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X4 Zərərçəkmiş şəxs iştirakı ilə təqdim edilərək cinayət işinə əlavə edilmiş tərkibində 08 ədəd fayl olan kompakt diskə, “Swetch” markalı personal kompyüter vasitəsi ilə baxış keçirilmiş, həmin VİD-20200319-WA0016 adlı fayla baxış zamanı, 00:07 dəqiqədə mağazanın içərisində bir nəfər kişi cinsli əlində göy rəngli sellofan paket olan şəxsin kassa masasının önünə gələrək sol tərəfə boylanaraq baxdığı, daha sonra oradan uzaqlaşdığı, onun ardınca əynində qara rəngli kepka və qara rəngli gödəkçə olan iş üzrə Təqsirləndirilən şəxs Bahədin oğlunun gələrək kassa masasının üzərindəki mobil telefonu götürərək oradan uzaqlaşması müəyyən olnumuşdur. VİD-20200319-WA0017 adlı fayla baxış zamanı, 00:02 dəqiqədə əynində boz rəngli köynək, qara rəngli şalvar və papaqlı gödəkçə olan kişi cinsli şəxsin küçə ilə qaçaraq keçdiyi müəyyən olunmuşdur. VİD-20200319-WA0014 adlı fayla baxış zamanı, 00:01 dəqiqədə əynində qara rəngli kepka, qara rəngli gödəkçə olan, yəni iş üzrə Təqsirləndirilən şəxs Bahədin oğlu ilə yanaşı əynində boz rəngli köynək, papaqlı gödəkçə olan şəxs küçə ilə eyni istiqamətə danışaraq hərəkət etdikləri müəyyən olunmuşdur (i.v. 63-64); maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 65); cinayət əməlinin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 67); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bahədin oğlunun məhkumluğu barədə məlumat yoxdur (i.v. 75-76); xx.xx.2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bahədin oğlu həmin tarixdə tutulmuşdur (i.v. 83); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bahədin oğluna CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 103-104); tutulmuş şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Bahədin oğlunun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və Xətai RPİ-nin MSYdən azad edilmişdir (i.v. 114-115); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan olunması və barəsində seçilmiş “yetkinlik yaşma çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri nəzərə almış, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləğinin bir ədəd qiyməti 2400 manat olan, “İphone 11 pro” markalı mobil telefon, həmin mobil telefonun Azərbaycanda qeydiyyata alınması üçün xərclədiyi 150 manat məbləğində pul, qiyməti 20 manat olan bir ədəd telefon qabı, qiyməti 450 manat olan ***-***-**-** və qiyməti 300 manat olan ***-***-**-** mobil nömrələr olmaqla ümumilikdə 3320 manat müəyyən edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxs hesab olunmuş, Təqsirləndirilən şəxs təvəllüdü xx xxxxxx 2002ci il kimi oxunmuş, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətmiş Məmmədov Camal və Fərrux adlı şəxslər barəsində cinayət işinin materiallarından CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmış, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, özünün etirafedici ifadəsi, ifadələrin yerində yoxlanılması istintaq hərəkətinin protokolu, Zərərçəkmiş şəxs ifadəsi, Şahid ifadəsi, maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir (i.v. 120-126); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2020ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 128-129); Məhkəmə istintaqı zamanı diskə baxış keçirilmiş VİD-20200319-WA0016 adlı fayla baxış zamanı, 00:07 dəqiqədə mağazanın içərisində bir nəfər kişi cinsli əlində göy rəngli sellofan paket olan şəxsin kassa masasının önünə gələrək sol tərəfə boylanaraq baxdığı, daha sonra oradan uzaqlaşdığı, onun ardınca əynində qara rəngli kepka və qara rəngli gödəkçə olan şəxsin gələrək kassa masasının üzərindəki mobil telefonu götürərək oradan uzaqlaşması müəyyən olnumuşdur. Təqsirləndirilən şəxs mobil telefonu götürən şəxsin özü olduğunu, digər şəxsin Camal adlı şəxs olduğunu bildirmişdir. VİD-20200319-WA0017 adlı fayla baxış zamanı, 00:02 dəqiqədə əynində boz rəngli köynək, qara rəngli şalvar və papaqlı gödəkçə olan kişi cinsli şəxsin küçə ilə qaçaraq keçdiyi müəyyən olunmuşdur. VİD-20200319-WA0014 adlı fayla baxış zamanı, 00:01 dəqiqədə əynində qara rəngli kepka, qara rəngli gödəkçə (Təqsirləndirilən şəxs Bahədin oğlu şəxsin özü olduğunu bildirmişdir) ilə yanaşı əynində boz rəngli köynək, papaqlı gödəkçə olan şəxs küçə ilə eyni istiqamətə danışaraq hərəkət etdikləri müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin vermiş olduğu və məhkəmə zalında tədqiq olunmuş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, gənc olmasını (CM 59.2), cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini (CM 59.1.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-184/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-184/2020
31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver