Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-184/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxxxx 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində yaşayış yerini tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda heç bir yerdə işləmir, arada yaşadığı binanın ətrafında avtomobil dayanacaqlarında fərdi olaraq fəaliyyət göstərərək avtomobillərə nəzarət etmişdir. Həyat yoldaşı Badamxanım 6 saylı TTYS-də feldşer vəzifəsində çalışmışdır. Badamxanım vəzifəsi ilə əlaqədar olaraq “Covid-19” xəstələri ilə ünsiyyətdə olmuş və özü də həmin xəstəliyə yoluxmuşdur. Həyat yoldaşı da “Covid-19” xəstəliyinə yoluxduğu üçün həyat yoldaşına o, qulluq etmişdir. Bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixdə evdə olduğu zaman xüsusi geyimli həkim briqadası yaşadığı ünvana gələrək onu müayinə etmiş və analizin cavabını sms vasitəsi ilə istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə göndəriləcəyini demişlər. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan 077-417-99- 47 saylı mobil nömrəyə “Təbib”dən sms gəlmişdir. Həmin sms də onun “Covid-19” xəstəliyindən müayinə üçün verdiyi analizlərin cavabının pozitiv olduğu göstərilərək onun istifadəsində olan mobil nömrəsinə onlar tərəfindən sms gələcək müddət ərzində yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdar edilmişdir. Lakin maddi durumu çətin olduğundan özünün və ailəsinin təbii ehtiyaclarını ödəmək üçün testin nəticəsi pozitiv çıxmasına baxmayaraq, yaşadığı evdə qalmayaraq xx xxxxxx 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində özünü təcrid qaydalarını pozaraq yaşadığı mənzili tərk edərək Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanında avtomobillərə nəzarətçi olaraq fəaliyyət göstərmişdir. xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Təbib”dən sms gələrək onun və onunla birgə eyni ünvanda yaşayan şəxslərin “Covid-19” ilə bağlı evdə özünü təcrid müddəti bitdiyi bildirilmişdir. Bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanında yerləşən “Bazarstore” marketinin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. O, polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdikdə polis əməkdaşları portal vasitəsi ilə onun anket məlumatlarını yoxlamış və daha sonra onun “Covid-19” xəstəsi olduğunu müəyyən edərək 34-cü Polis Şöbəsinə aparmışlar. Əməlindən peşmandır, arvadı xəstədir, maddi imkansızlıq səbəbindən, həmçinin ailənin tələbatlarını qarşılaya bilmək üçün təcrid qaydalarını pozmuşdur. Bir daha belə hallara yol verməyəcək. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində xidmətdə olarkən Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanda bir nəfər şəxsin aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda yaşadığı ünvanı tərk edərək karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratması barədə məlumat daxil olmuşdur. O, iş yoldaşları Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birgə Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanına getmişdir. ünvan 2a yerləşən “Bazarstore” adlı marketin qarşısında bir nəfər şəxsin aktiv “Covid-19” virus daşıyıcısı olduğu halda vətəndaşlarla ünsiyyətdə olduğunu aşkar etmişlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib həmin şəxsi Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1957ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Şöbədə həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və onunla birgə eyni evdə yaşayan şəxslər barəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində “Covid-19” ilə bağlı evdə özünü təcrid qaydaları müəyyən edilsə də, Təqsirləndirilən şəxs həmin özünü təcrid qaydalarına riayət etməyərək xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə yaşadığı ünvan 1 ünvanını tərk edərək ünvan 3lərə nəzarətçi olaraq fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı Baş Səhiyyə İdarəsi 6 nömrəli şəhər poliklinikasında həkim vəzifəsində işləmişdir. Azərbaycan Respublikası ərazisində yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq ərazi aidiyyəti üzrə koronavirus xəstəliyinə yoluxmuş şəxsləri qeydiyyata alınmış və mütəmadi olaraq xəstələrin səhhəti İlə maraqlanmışlar. ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs və Ziyəddinin ailəsi də koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs və ailəsi 6 saylı poliklinikada koronavirus xəstəliyinə yoluxmuş şəxslər sırasında qeydiyyata düşmüşdür. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ərazi üzrə sahə həkimi olduğundan mütəmadi olaraq Ziyəddinlə və ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayıb səhhətləri ilə maraqlanıb öz tövsiyələrini vermişdir. O, Təqsirləndirilən şəxs ilə hər dəfə əlaqə saxlayanda nəinki tibbi tövsiyələrini, hətta Ziyəddinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarına əsasən karantin nəzarətinə götürülmüş şəxslərin qarşısına qoyulmuş tələblər barədə də məlumat vermişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltması üçün ayrı otaqda qalmasını, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmasını, onunla birgə yaşayan şəxslərlə ən az bir metr məsafədə olmasını və ünsiyyət zamanı tibbi maskadan istifadə etməsini, şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməsini, mənzilin daxilində mümkün qədər az hərəkət etməsini, ümumi istifadə yerlərini tez-tez havalandırmasını və özünü təcridetmə müddəti bitənə kimi yaşadığı mənzili qəti olaraq tərk etməməsini bildirmişdir. O, Ziyəddinə özünü təcridetmə müddətinin 14 gün olduğunu və yalnız bu müddət keçdikdən sonra yenidən müayinəsinin nəticəsinin neqativ çıxdığı halda yaşadığı mənzili tərk edə biləcəyini də izah etmişdir. Ziyəddinin özünü təcridetmə qaydalarını pozub-pozmaması barədə onun hər hansı bir məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahidlər Şahid2 və Şahid1 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilərək tədqiq edilmiş, həmin ifadələrdə onların Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 139- 1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanında xidmətdə olarkən 1 nəfər aktiv “Covid 19” virus daşıyıcısının həmin ünvanda yerləşən “Bazarstore” super marketin qarşısında vətəndaşlarla ünsiyyətdə olduğu aşkar edilmişdir (i.v. 4); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 6 nömrəli Şəhər Poliklinikasının 113 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xətai rayonu Neapol küçəsi 15 mənzil 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyi ilə poliklinikada qeydiyyatdadır (i.v. 8); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 19); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 38); diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhər 13 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə 1 ədəd CD-R formatlı diskə baxış keçirilmiş, baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Baxış keçirməzdən əvvəl baxışda iştirak edən şəxslərə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Baxış zamanı “CD-R” formatlı diskin üzərində “Kodak CD-R 700 MB 80 min 1-52x” yazılarının mövcud olduğu, disk komputerin DVD oxuyucusu vasitəsilə açıldıqda Whatsapp video yazıları olan faylların aşkar edildiyi, həmin whatsapp video 2020.12.01 at 18.02.35 fayl açılan zaman xx.xx.2020-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində avtodayanacaq olması öz əksini tapdığı müəyyən edilmişdir. Həmin avtodayanacaqda müxtəlif markalı avtomobillərin dayandığı, avtodayanacaqda qara rəngli avtomobilə qara rəngli gödəkçə və başında qara rəngli papaq olan bir nəfər şəxsin yaxınlaşdığı bir neçə saniyə sonra həmin maşından uzaqlaşması öz əksini tapmışdır. Digər whatsapp video 2020.12.01 at 18.02.46 açılan zaman Bakı şəhəri Xətai rayonu Sarayeva küçəsində yerləşən avtodayanacaqlardan biri əks olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 11:25 radələrində həmin avtodayanacaqda müxtəlif markalı avtomobillərin dayandığı və həmin avtomobillərin qarşısında bir nəfər qara gödəkçə geyinmiş şəxsin gəzişdiyi əks olunmuş, whatsapp video 2020.12.01 at 18.02.35 faylı açıldıqda onun içərisində xx xxxxxx 2020-ci il tarixdə saat 11:34 radələrində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən avtodayanacaqda həmin qara gödəkçə geyinmiş şəxsin digər şəxslə söhbət etməsi əks olunmuş, whatsapp cideo 2020.12.01 at 18.03.03 faylı açıldıqda onun içərisində xx xxxxxx 2020-ci il tarixdə saat 11:38 radələrində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən avtodayanacaqda maşınların və insanların hərəkəti, həmin qara gödəkçə geyinmiş şəxsin digər bir şəxslə söhbət etməsi əks olunmuş, whatsapp video 2020.12.01 at 18.03.11 faylı açıldıqda onun içərisində xx xxxxxx 2020-ci il tarixdə saat 12:41 radələrində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən avtodayanacaqda maşınların və insanların hərəkəti, həmin qara gödəkçə geyinmiş şəxsin digər bir şəxslə görüşməsi əks olunmuş, whatsapp video 2020.12.01 at 18.03.19 saylı açıldıqda onun içərisində xx xxxxxx 2020-ci il tarixdə saat 13:09 radələrində Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən avtodayanacaqda maşınların dayanması və həmin qara gödəkçə geyinmiş şəxsin digər şəxslə əl ilə görüşməsi əks olunmuş, Baxışda iştirak edən Təqsirləndirilən şəxs COVİD 19 xəstəliyi müddətində, yəni xx.xx.2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Xətai rayonu Sarayeva küçəsində avtodayanacaqların birində avtomobillərə nəzarətçi kimi fəaliyyət göstərdiyini bildirmişdir (i.v. 45-46); təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə yeni məzmunda ittiham elan olunmuşdur (i.v. 47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 71); Azərbaycan Respublikası Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Axundov X2 15 saylı evin 1 nömrəli mənzilində 2014-cü ildən qeydiyyatda olmaqla öz ailə üzvləri ilə birgə yaşayır. Qeyd edilən ünvanda yaşadığı vaxtdan indiyədək onun barəsində 90 saylı MKİS-ə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır (i.v. 73); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 6 nömrəli şəhər poliklinikasının 05 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tapdıq oğlu xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək COVİD-19 xəstəliyi ilə qeydiyyatda olub, müvafiq müalicə kursu keçib xx.xx.2020-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır (i.v. 91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 6 nömrəli şəhər poliklinikasının qeydlərindən görünür ki, xx.xx.2020-ci il tarixdə xəstəyə ciddi karantin rejimində olması barədə telefonla məlumat verilmiş, həyat yoldaşı ilə təmasda olduğu üçün yaxma götürülməyə göndəril verilmiş, nəticəsi pozitiv olmuşdur (i.v. 92); epikrizdən görünür ki, xx.xx.2020-ci il tarixdə xəstəyə 3 həftə ərzində karantində olması (ev şəraitində) barədə xəbərdarlıq edilmişdir (i.v. 93); CD diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-in müstəntiqi, polis baş leytenantı Tuqay Allahverdizadənin, hal şahidləri X1, X7 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı “xxxx” MMC-yə məxsus kart nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində anten dairəsi və müsajların mətnləri DİN-in Baş İnformasiya-Kommunakasiya idarəsindən götürülmüş üzərində Xətai RPİ 101-2743-1221 yazıları yazılmış 01 ədəd “CD” diskinə “HP” markalı kompüterdə baxış keçirilib protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 417 99 47 saylı mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif ünvanlarda (ünvan 5əsi 20; Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsi 20 22 nömrəli qarajın üstü; Bakı şəhəri Xətai rayonu Sarayev küçəsi 18C; Bakı şəhəri Xətai rayonu Aşıq Ələsgər küçəsi 17; Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi Ukrayina dairəsi Viktoriya şadlıq sarayı; Bakı şəhəri Neapol dairəsi və s.) olduğu müəyyən edilmişdir (i.v. 97-111); ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq və hadisə yerini dəqiqləşdirmək məqsədilə müdafiəçisi X3 iştirakı ilə ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanması başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. İfadənin yerində yoxlanması zamanı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanına gedilmiş, Təqsirləndirilən şəxs əli ilə avtomobillərə nəzarət etdiyi yeri göstərib, xx xxxxxx 2020-ci il tarixdə evdə olduğu zaman xüsusi geyimli həkim briqadasının yaşadığı ünvana gələrək onu müayinə etdiklərini, xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Təbib”dən sms gəldiyini, həmin smsdə onun “Covid-19” xəstəliyindən müayinə üçün verdiyi analizlərin cavabının pozitiv olduğu göstərilərək onun istifadəsində olan nömrəyə onlar tərəfindən sms gələcək müddət ərzində ünvanı tərk etməməsi barədə xəbərdar edildiyini, lakin maddi durumu çətin olduğundan və ailəsinin təbii ehtiyaclarını ödəmək üçün testin nəticəsi pozitiv çıxmasına baxmayaraq yaşadığı evdə qalmayaraq xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində bütün günü özünütəcrid qaydalarını pozaraq yaşadığı mənzili tərk edərək Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 22 ünvanında avtomobillərə nəzarətçi olaraq fəaliyyət göstərdiyini, xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Təbib”dən sms gələrək onun və onunla birgə eyni ünvanda yaşayan şəxslərin “Covid-19” ilə bağlı evdə özünü təcrid müddəti bitdiyini bildirərək əli ilə göstərərk hadisəi əyani təsvir etmişdir (i.v. 115- 116); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 xx xxxxxx 2021-ci il tarixli, 10/12 nömrəli məktubundan görünür ki, Nazirlər kabinetinin 377s nömrəli xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 8.1-ci bəndinə əsasən yoluxma faktı təsdiq olunmuş şəxslərin yaşayış yerindəvə ya olduğu yerdə 14 (on dörd) gün müddətində təcrid olunması qərarı qəbul olunmuşdur. X4 və X5 və Profilaktikası Mərkəzinin tövsiyyələrinə əsasən xəstəliyin ağırlıq səviyyəsi yüksək olan şəxslər 10 gündən artıq müddətdə virus ifraz edə bilərlər. Bununla bağlı, təcrid müddəti və ehtiyyat tədbirləri 21 günədək uzadıla bilər. COVİD-19 virus infeksiyasına yoluxmuş və heç bir simptomu olmayan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcridolunma müddəti Nazirlər Kabinetinin 377s nömrəli xx.xx.2020-ci il tarixli protokolunun 1 nömrəli əlavəsinin 9.3-cü bəndinə əsasən azı 7 (yeddi) gündən sonra 24 saat intervalla 2(iki) ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda bitə bilər (i.v. 119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 17/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” ilə bağlı müayinə aparılmış və müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxs sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1- 14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i.v. 120-123); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 17/KEŞ nömrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmişn və istintaq materiallarına əlavə edilmiş, iş üzrə xx.xx.2020-ci il tarixdə İTS.GOV.AZ-dan Zahjid Axundovun mobil nömrəsinə göndərilmiş mesaj sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə xx.xx.2020-il tarixdə Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyin daşıyıcısı olduğu halda, yaşayış yerini tərk etməsinin görüntüləri köçürülmüş 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 6 nömrəli şəhər poliklinikasından alınmış xx.xx.2020-ci il tarixli 113 nömrəli və xx xxxxxx 2021-ci il tarixli 05 nömrəli sorğuya cavab məktubları sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsdən alınmış xx.xx.2021 -ci il tarixli 10/122 nömrəli sorğuya cavab məktubu sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, iş üzrə Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsindən alınmış 01 ədəd “CD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.124-132); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona yenidən ittiham elan edilmişdir (i.v. 134); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət msuliyyətinə cəlb edilməməsini, yaşını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı B ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-184/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-184/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver