Məhkəmə qərarları › İş №1(011)-184/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-184/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-184/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 28 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlınski küçəsi 19 ünvanında yerləşən 252 saylı uşaq baxçasının birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin çöl hissədə olan tor örtüyünü əli ilə qoparıb pəncərəni itələyərək açdıqdan sonra qanunsuz olaraq içəri daxil olmuş, orada yataq otağının çarpayısının altında olan iki ədəd üç kiloqramlıq balonlarda olan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 20000(iyirmi min) manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, təxminən 6 aya yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, Köhnə günəşli qəsəbəsi, Gen.Şıxlınski küçəsində yerləşən çörək sexində günəmuzd şəkildə fəhlə işini görürmüş. Belə ki, işinin mahiyyəti üzrə sexdə hazır olan çörəkləri avtomobillərə yerləşdirir bunun qarşılığında gününə 15 manat əmək haqqı alırmış. 28 oktyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində işdən çıxıb yaşadığı ünvana gedən zaman ünvan 2axçasının yaxınlığında iki nəfər tanımadığı qadının ayaqüstə söhbət etdiyini görmüş bu zaman onlardan hansınınsa həmin baxçanın mənzilində yaşadığını düşündüyü üçün maddi vəziyyətinin aşağı olması ilə əlaqədar mənzildən oğurluq etmək məqsədi ilə qadınların oradan gedib gedməyəcəyini gözləməyə başlamışdır. Bu zaman həmin qadınlardan bir yolu yuxarı istiqamətdə digəri isə yolu aşağı istiqamətdə gedən zaman onların heç birinin orada yaşamadğını fikirləşmişdir. Həmçinin fikrini dəqiqləşdirmək və mənzildə kiminsə olub olmadığını müəyyənləşdirmək üçün baxçanın giriş hissəsindən mənzilin qapısına yaxınlaşıb qapını döymüşdür. Qapını heç kim açmadıqda evdə heç kimin olmadığını dəqiqləşdirmiş, bundan sonra həmin mənzilə daxil olmaq üçün binanın arxasında olan pəncərənin tor örtüyünü əliylə dartıb qoparımış həmin hissədən mənzilin hamam otağına daxil olmuşdur. Oradan qapını açıb içəri otağa keçmiş və içəriyə nəzər saldıqdan sonra içəridə daha bir otağın olmasını görmüşdür. Həmin otağa daxil olduqda otağın yataq otağı olmasını içərinin işığının yanılı vəziyyətdə olmasını görmüşdür. Həmin otaqda olan dolabları və yorğan döşəylərin olduğu yerləri yoxladıqdan sonra çarpayıya yaxınlaşmış çarpayını qaldırdıqda orada olan taxtaların altında 2 ədəd 3 kiloqramlıq balonların olmasını, balonun üst hissəsinin metal qapağının kəsik vəziyyətdə, həmin hissənin yapışqan lentlə lentlənmiş vəziyyətdə olmasını görmüşdür. Bu zaman həmin balonlarda pul olmasını düşündüyü üçün həmin 3 kiloqramlıq balonları həmin otaqda olan sellofanlara qoyduqdan sonra qonaq otağına keçmiş və orada olan pəncərəni açıb otaqdan bayıra çıxmışdır. Bir az getdikdən sonra balonlarda nəyin olub olmamasını dəqiqləşdirmək məqsədi ilə sellofanları bir birinə vurmuş bu zaman yerə pulların səpələnməyini götürdüyü pulları yerdən yığan zaman başının üzərində müşahidə kameralarının olmasını görmüş, tez bir zamanda oradan uzaqlaşmışdır. Piyada hərəkət edərək yaşadığı ünvana çatmışdır. Pulları sayan zaman həmin balonların içərisində ümumilikdə 2800 manat pulun olması ona məlum olmuşdur. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 14:00-da Bakı şəhəri, Xətai rayonu, Gen Şıxlınski küçəsində piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişdirlər. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 4 aya yaxındır ki, Ağdam rayonu Əfətli kəndində həyat yoldaşı və övladlarıyla birlikdə yaşayırmış. Buna baxmayaraq ünvan 3 ünvanında 252 saylı uşaq baxçasında olan mənzilinə hər ay gəlib getmişdir. Bu dörd ay ərzində hər dəfə gələn zaman ən azı 2-3 gün qalmışdır. Sonuncu dəfə təxminən 15 gün bundan əvvəl yenə də öz mənzilinə gəlmiş və yenə də 2 gün qalıb yenidən ailə üzvlərinin yanına Ağdam rayonuna qayıtmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhərində yaşayan qonşusu Cabir onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq Bakı şəhərində olan mənzilinin pəncərəsinin açıq vəziyyətdə olduğunu mənzilində oğurluq hadisəsi baş verə biləcəyini onu yoxlamaq məqsədi ilə içəriyə keçib keçməməyə görə ondan icazə istəmiş, oda hadisəni dəqiqləşdirməsi üçün icazə vermişdir. O içəriyə keçib yenidən Elmirlə əlaqə saxlamış içəridə olan əşyaların dağınıq vəziyyətdə olmasını oğurluq hadisəsinin baş verməsini bildirmiş içərinin videosunu çəkərək ona göndərmişdir. Bundan sonra o təxminən saat 10:25 dəqiqədə DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Daha sonra mənzilindən hansı əşyaların oğurlanmasını dəqiqləşdirmək məqsədi ilə həyat yoldaşı Nuriyyə Həsənova ilə birlikdə Ağdam şəhərindən Bakıya gəlmişdir. Mənzilinə çatan zaman orada olan polis əməkdaşları ilə birlikdə içəriyə daxil olduqda mənzilin qonaq otağının baş hissəsində olan pəncərinin və hamam otağının pəncərəsinin açıq vəziyyətdə olmasını, pərdənin cırılmış vəziyyədə olduğunu, yataq otağının əşyalarının dağınıq vəziyyətdə olmasını çarpayının içəri hissəisinin kənarda olmasını, çarpayının saxlanc hissəsində saxladıqları 2 ədəd 3 kiloqramlıq balonda olan 20000 manat pulun oğurlanmasını aşkar etmiş, bu barədə ərizə ilə Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Ağdam rayonu Əfətli kəndində həyat yoldaşı və övladlarıyla birlikdə yaşayırmış. Buna baxmayaraq ünvan 3 ünvanında 252 saylı uşaq baxçasında olan mənzilinə hər ay gəlib getmişlər. O, mənzilə daxil olanda mənzilin dağılmış formada olmasını, qab-qacaqların qırıq vəziyyətdə və onlara məxsus olan çarpayının saxlanc hissəsində saxladıqları 2 ədəd 3 kiloqramlıq balonda olan 20000 manat pulun oğurlanmasını aşkar etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 11 noyabr 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ********* nömrəli cinayət işi başlanılmışdır. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin məsul növbətçisinin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:27-də DİN-nin 102 xidmətindən məlumat daxil olmuş, Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən 252 nömrəli uşaq baxçasında məskunlaşmış Ağdam rayonundan olan məcburi köçkün Zərərçəkmiş şəxs onun evindən oğurluq olması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 noyabr 2022-ci il tarixli, 4(011)-583/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 4 ünvanda yerləşən 252 saylı uşaq baxçasının 1-ci mərtəbəsində yerləşən mənzildir. Həmin hadisə oğurluq hadisəsi baş verən baxça binalardan yuxarıda yolun sol kənar hissəsində yerləşir. Hadisənin baş verdiyi baxçanın 1ci mərtəbəsinin mənzilinin giriş hissəsində ümumi otaq və həmin otaqdan əlavə üç qapı vardır. Həmin qapılardan giriş hissəsinin sağ tərəfində olan birinci qapı yataq otağının, ikinci qapı hamam otağının üçüncü qapı isə ümumi əşyaların saxlanıldığı otaqdır. Həmçinin giriş hissəsinin baş tərəfində olan pəncərə açıq vəziyyətdə olmuş, pərdəsi cırılmışdır. Bundan başqa hamam otağının pəncərəsinin açıq olduğu, çöl hissəsindən torun yararsız vəziyyətə düşməsi aşkar edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs, yataq otağını və həmin otaqda olan çarpayının saxlanc hissəsini göstərərək 02 ədəd 03 kiloqramlıq balonların həmin hissədə olmasını pulları həmin balonlarda orada saxladığını həmin pulların naməlum şəxs tərəfindən oğurlanmasını bundan başqa otağın dağıdılmasını aşkar etməsini bildirmişdir. İş materiallarında olan diskə baxış protokolundan görünür ki ünvan 5 ünvanda yerləşən 252 saylı uşaq baxçası istiqamətindən bir nəfər qara rəngli idman şalvarı, qara rəngli gödəkçə və gözündə eynək geyinmiş şəxsin əlində iki ədəd sellofan torba daşıması sellofanları bir-birinə vuran zaman içərisində olan pulların yerə səpələnməsi və həmin şəxs tərəfindən pulların götürülüb oradan uzaqlaşması görüntüləri əks olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində qeyd olunan oğurluq hadisəsini ünvan 4 ünvanında yerləşən 252 saylı uşaq baxçasının birinci mərtəbəsində yerləşən mənzilə 28 oktyabr 2022-ci il tarixdə pəncərədən qanunsuz olaraq daxil olmuş orada olan yataq otağında olan çarpayının saxlanc yerində saxlanılan 02 ədəd 03 kiloqramlıq balonda olan pul vəsaitini oğurladığını göstərərək ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə eyni növ cinayətlərin törədilməsində təqsirli bilinərək, cəza müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 67.1-ci maddələri ilə Xətai Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli hökmü ilə təqsirli bilinib 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 may 2019-cu il tarixdə cəzadan 09 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, 10 fevral 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 11 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 11 noyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar