Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-184/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a faktiki yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, təqsirləndirilir ondan ötrü ki, özgənin əmlakını talama məqsədi ilə 12 dekabr 2024-cü il tarixdə saat 05:55-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, “Ağ Şəhər Bulvarı” qarşısında səyyar kofe satışı üçün nəzərdə tutulmuş dövlət qeydiyyat nişanı olmayan təyinatı üzrə yararsız X1 işlətdiyi “RAF'” markalı avtomobilə daxil olub satıcı Zərərçəkmiş şəxs1 alverdən əldə edib avtomobilin rəfində kardon qutudakı 250 manat nağd pulu vəsaitini açıq talayaraq Zərərçəkmiş şəxs1 mənəvi, Zərərçəkmiş şəxs2 250 (iki yüz əlli) manat miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır. Zərərçəkmiş şəxs2 təxminən 4 ildir tanıyır. Onunla birlikdə 2020-ci ildən 2023-cü ilədək DİO-da xidmət etmişdir və iş yoldaşı kimi başlayan münasibətləri dostluq münasibətlərinə çevrilmişdir. 2023-cü ilin aprel ayında DİO-dan xaric edilmişdir. Fəxrəddin də ondan bir ay sonra DİO-dan xaric edilmişdir. DİO-dan xaric olduqdan sonra Fəxrəddin yaşadığı məhəlləyə köçmüş və bundan sonra aralarındakı dostluq münasibəti daha da səmimi vəziyyət almışdır. Təxminən 2024-cü ilin noyabr ayının ortalarında Fəxrəddin ona Xətai rayonu, “Ağ Şəhər” ərazisində 3 ədəd avtomobillərdə yol kənarında səyyar kofe satışı ilə məşğul olmaqla kiçik sahibkarlıq fəaliyyətinə başladığını və həmin işdə günə 20 manat maaşla ona köməklik etməsini təklif etmişdir. O da Fəxrəddinin təklifi ilə razılaşmış və həmin kofe avtomobillərinə nəzarət etməyə başlamışdır. 11 dekabr 2024-cü il tarixdə səhər saat 12 radələrində Zərərçəkmiş şəxs2 ona zəng edib özünə məxsus xatırlamadığı bank kartından 1.000 manat miqdarında pulunun naməlum şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində hansısa bankomatdan nağdlaşdırılıb çıxarılmaqla oğurlandığını bildirmişdir. Fəxrəddin mobil telefonda danışıq zamanı pulunu oğurlayan şəxsin ünvanına nalayiq küçə söyüşləri söydükdə, Fəxrəddinə sakitləşməsini deyib bu barədə polisə müraciət etməsini tövsiyə etmişdir. Fəxrəddin isə pulunu oğurlayan şəxsin ünvanına söyüş söyməyə davam edərək polisə müraciət edəcəyini demişdir. Təxminən 5-10 dəqiqə sonra Fəxrəddin yenidən ona zəng edərək Binəqədi rayonunda polis bölməsinə gedib şikayət ərizəsi yazmaq istədiyini bildirərək, onunla birgə getməyini istəmişdir. Həmin vaxt başqa işləri olduğu üçün Fəxrəddinə onunla polis bölməsinə gedə bilməyəcəyini demişdir. Bundan bir neçə saat sonra Fəxrəddin ona dayanmadan zəng etməyə başlamışdır. Bir neçə zəngdən sonra zənglərə cavab verdikdə, Fəxrəddin telefonda kartından ona məxsus 1.000 manat pulu onun oğurladığını deyib, onu söyüb təhqir edərək onunla görüşmək istədiyini bildirmişdir. O da bir qədər sonra geri zəng edəcəyini bildirib danışığı bitirmişdir. Bir qədər keçdikdən sonra Fəxrəddin yenidən ona dayanmadan zəng etsə də o, zənglərə cavab verməmişdir. Buna baxmayaraq bir qədər sonra Fəxrəddin onun istifadəsində olan 070 260- 70-50 saylı mobil telefon nömrəmə sms-lər yazaraq pulunun konkret olaraq onun oğurladığını bildirərək, ünvanına nalayiq söyüşləri yazmışdır. O da Fəxrəddinin yazdıqlarına cavab verməmişdir. Fəxrəddin zəng edib onu təhqir edən zaman yanında əmisi oğlu Şahid olmuş, Fəxrəddinin onu oğurluqda ittiham etdiyini və ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Yanında olan Əyyub onu sakitləşdirməyə çalışsa da Fəxrəddinin onun ünvanına söyüşlər söyməsi ona çox pis təsir etdiyindən Fəxrəddinlə təkbətək görüşüb məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə 12 dekabr 2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdən özünə məxsus olan dəstəyi qəhvəyi tiyəsi metal rəngdə olan bıçağı götürüb əynindəki şalvarın belinə taxıb evdən çıxmışdır. Əyyub onu baş verə biləcək neqativ hallardan çəkindirmək məqsədilə Fəxrəddinlə təkbətək görüşə buraxmayacağını demişdir. Bundan sonra Əyyubun idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı göy rəngli “Toyota Pr:us” markalı avtomobillə Xətai rayonu “Ağ Şəhər Bulvarı” adlanan ərazidə yolun kənarında Fəxrəddinə məxsus kofe satılan avtomobilin yanına getmişlər. Kofe avtomobilinin arxa tərəfində Fəxrəddinin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Mersedes” markalı avtomobilin dayandığını gördükdə. Əyyuba onun işinə qarışmamasını deyib Əyyubun idarə etdiyi avtomobildən düşüb, həmin avtomobilə yaxınlaşdıqda Fəxrəddinin avtomobildə yatdığını görmüşdür. 12 dekabr 2024-cü il tarixdə saat 05:50 radələrində əlimdəki bıçağın dəstəyini Fəxrəddinin yatdığı avtomobilin yan şüşəsinə toxundurub Fəxrəddini yuxudan oyadaraq avtomobildən düşüb, oğurluqda ondan şübhələnməsinin səbəbini bildirməsini tələb etmişdir. Ancaq Fəxrəddin onun əsəbi olduğunu görüb qorxaraq, avtomobili sürüb oradan uzaqlaşmışdır. O da əlindəki bıçağı əlinin arxasına çevirib kofe satılan avtomobilə daxil olmuşdur. Həmin vaxt kofe satılan avtomobildə satıcı kimi çalışan Zərərçəkmiş şəxs1 arxası qapıya tərəf olmaqla nəsə işlə məşğul imiş. Fəxrəddinə olan əsəbindən sonuncuya məxsus kofe satılan avtomobildə olan kardon qutuda yığılmış pulları götürüb Turanəyə səsələnmişdir. Turanə ona tərəf döndükdə ona Fəxrəddinə kassadakı pulu onun götürdüyünü və pulu gizli yox açıq aşkar götürüldüyünü deməsini bildirdikdə Turanə ona heç nə deməmişdir. Bundan sonra kofe satılan avtomobildən çıxıb, götürdüyü pulları saymadan cibimə qoyaraq oradan uzaqlaşmış, bir qədər kənardan dayanmış əmisi oğlu Əyyubun avtomobilinə minib oradan getmişdir. Bundan sonra Əyyuba “Baksol” yolundakı “Dağlar” adlanan kafeyə sürməsini demişdir. Həmin kafeyə gedərkən kofe satılan avtomobildən götüryüyü pulları cibindən çıxarıb saydıqda cəmi 176 manat olduğunu görmüşdür. Əyyub ondan bunun nə pulu olduğunu soruşduqda, ona işin pulu olduğunu demişdir. Bundan sonra Əyyubla birlikdə “Dağlar” adlanan kafeyə gedib yeyib-içdikdən sonra hərəsi öz evinə getmişdir. Fəxrəddinə məxsus kofe satılan avtomobildən götürdüyü 176 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Fəxrəddinin işçisi olsa da ona kassa ilə bağlı heç bir cavabdehlik verməmiş və kassadan icazəsiz pul götürmək hüququ olmamışdır. Ancaq Fəxrəddin olmadığı hallarda ümumi işə nəzarət onda olduğundan bəzən kassadan satıcını məlumatlandırmaqla bazarlıq üçün pul götürmüş. Gündəlik yekun hesabatı da Fəxrəddin özü satıcılarla edirmiş. O, isə gündəlik 20 manat maaş qarşılığında Fəxrəddinə bazarlıq, təchizat, texniki və s. məsələlərdə kömək edirmiş və əməkhaqqısını Fəxrəddin şəxsən özü ona verirmiş. Hər zaman sərbəst girdiyi yer olduğu üçün hesab edir ki, əməli düzgün tövsif edilməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərin ödənildiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 4 ildir tanıyır və aralarında dostluq münasibətləri vardır. Təxminən 7 ildir Xətai rayonu, UPD qəsəbəsində yerləşən “Nuray” gözəllik salonunda dırnaq ustası kimi çalışır. Maddi sıxıntıları olduğundan təxminən 3 ay əvvəl gecə növbəsində hər hansı əlavə bir iş üçün Fəxrəddinə müraciət etmişdir. Fəxrəddin də Xətai rayonu, 8 Noyabr prospektində “Ağ Şəhər Bulvarı” ərazisində səyyar kofe avtomobilə satış etdiyini və ona gecə növbəsi üçün işçi lazım olduğunu demişdir. O da razılaşmış və 3 ay müddətdir qeyd olunan ünvanda gecə növbəsində səyyar kofe satışı avtomobilində gündəlik 25 manat məvacib qarşılığında satıcı kimi çalışır. Təqsirləndirilən şəxs isə təxminən 3 ay müddətdir iş münasibətlərindən tanıyır. İbrahim kofe satılan avtomobillərində texniki və təchizat işləri ilə məşğul olurmuş, onunla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 10 dekabr 2024-cü tarixdə səhər saatlarında Fəxrəddin ona zəng edib iş üçün istifadə etdiyi bank kartının itdiyini bildirməklə kartından 1.000 manat pulun çıxarıldığını bildirməklə, bu barədə məlumatının olub olmadığını soruşmuşdur. O, da onun bank kartını ümumiyyətlə görmədiyini və bu barədə məlumatsız olduğunu demişdir. Bundan sonra Fəxrəddin İbrahimin onun telefon zənglərinə cavab vermədiyini və sonuncu barədə məlumatının olub-olmadığını soruşmuşdur. O, da İbrahimi görmədiyini və onun harada olmasından xəbəri olmadığını demişdir. Həmin tarixdə saat 24 radələrində qrafik üzrə işə gəldikdə İbrahimin işdə olmadığını görmüşdür. Fəxrəddindən bu barədə soruşduqda, İbrahimi axtardığını, telefon zənglərinə cavab vermədiyini və işə çıxmadığını demişdir. Fəxrəddinlə aralarında danışıqdan bank kartından 1.000 manat pulun çıxarılmasında İbrahimdən şübhələndiyini anlamışdır. 10 dekabr 2024-cü il tarixdən İbrahim işə çıxmırmış. 12 dekabr 2024-cü il tarixdə saat 05:30 radələrində Fəxrəddin həmişə olduğu kimi işə nəzarət etmək məqədilə çalışdığı səyyar kofe satılan avtomobilin arxa tərəfində dövlət qeydiyyat nişanını xatırlamadığı “Mersedes” markalı avtomobilində oturmuşmuş. O, da çalışdığı avtomobildə kofe satarkən Təqsirləndirilən şəxs əlində metal rəngdə tiyəsi qəhvəyi rəngdə tutacağı olan bıçaqla Fəxrəddinin ünvanına nalayiq küçə söyüşləri söyməklə avtomobilə daxil olmuşdur. İbrahim avtomobilə girən kimi kassadakı pulları ona verməsini tələb etmişdir. O da İbrahimdən avtomobildən çölə çıxmasını tələb etmişdir. Bu zaman İbrahim əlini satışdan əldə edilən pullar yığılan kardon qutuya uzadıb orada olan ümumilikdə 250 (iki yüz əlli) manat miqdarında pulun hamısını götürmüş və ona Fəxrəddinə “pulu belə götürüb apararlar”-deməsini bildirib avtomobildən düşüb getmişdir. İbrahim avtomobildən düşərkən onun gödəkçəsindən tutub saxlamağa cəhd etməsinə baxmayaraq gücü çatmadığından, getməsinin qarşısını ala bilməmişdir. İbrahim getdikdən sonra zəng edib Fəxrəddini çağırmışdır. Fəxrəddin ora gəldikdə baş verənləri Fəxrəddinə bildirmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində Xətai rayonu, 8 Noyabr prospektində “Ağ Şəhər Bulvarı” ərazisində baş vermişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmişdir. Bildiyi qədərilə İbrahim əvvəlcə Fəxrəddin olduğu avtomobilə yanaşmış Fəxrəddin də İbrahimin əlində bıçağı görüb avtomobili sürüb oradan uzaqlaşıbdır. Satdığı malın puluna yəni həmin kofe maşınında olan kassadakı pullara cavabdeh şəxs o, özüdür və hər iş gününün sonunda Zərərçəkmiş şəxs2 kassadakı pulların hesabatını verir. Təqsirləndirilən şəxs kassa ilə bağlı heç bir cavabdehlik verilməmişdir. Onun kassadan icazəsiz pul götürmək hüququ olmasa da, onu və ya digər satıcıları eləcədə Fəxrəddini məlumatlandırmaqla pul götürə bilərmiş. Bəzən Fəxrəddin olmadığı hallarda isə ümumi işə nəzarət İbrahimdə olduğundan kassadan satıcını məlumatlandırmaqla bazarlıq üçün pul götürürmüş. Satıcılarla gündəlik hesabatı Zərərçəkmiş şəxs2 özü edirmiş, İbrahim isə Fəxrəddinə bazarlıq, təchizat, texniki və s. məsələlərdə kömək edirmiş. Təqsirləndirilən şəxs kofe satılan avtomobilə girəndə və kassadan pulları götürəndə əlində bıçaq olsa da, bıçağı əlinin arxasına çevirib gizlətməyə çalışırmış. Kordon qutudan pulu götürərkən onun bıçaqla hədələməmiş və həmin bıçağı ona nümayiş etdirməmiş, ona hər hansi bir xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 il müddətdir tanıyır. Onunla 2020-ci ildən 2023-cü ilədək müddət ərzində DİO-da xidmət etmişdir və iş yoldaşı kimi başlayan münasibətləri dostluq münasibətlərinə çevrilmişdir. 2023-cü ilin aprel ayında DİO-dan xaric edilmişdir. Daha sonra İbrahimlə bir məhəllədə yaşamışlar və dostluq münasibətləri daha da səmimi vəziyyət almışdır. Cari ilin sentyabr ayından etibarən 03 ədəd səyyar kofe satışı üçün nəzərdə tutulan avtomobilləri Təvəkkül adlı şəxdən icarə əsasında götürüb Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “Ağ Şəhər Bulvarı” adlanan ərazidə fərdi sahibkar kimi çalışmağa başlamışdır. Təxminən bir ay əvvəl İbrahimin işsiz olduğunu görüb ona günü 20 manat maaşla iş təklif etmişdir. İbrahimin işi iş əsnasında yaranan çatışmazlıqları aradan qaldırdaq üçün ona köməklik etmək, özü olmadıqda kofe satılan avtomobillərə nəzarət etməkdən ibarət olmuşdur. 10 dekabr 2024-cü il tarixdə səhər saatlarında yaşadığı ünvanda olarkən mobil tətbiqdən ona özünə məxsus "xxxx" ASC-yə aid bank kartından 1.000 manat pulun çıxarılması barədə sms bildiriş gəlmişdir. Buna görə də həmin kartı hər zaman qoyduğu avtomobilinin saxlanc yerinə baxmış və kartın qoyduğu yerdə olamdığını aşkar etmişdir. Bundan sonra İbrahimə zəng etib, bu barədə bildirməkə kart barədə ondan soruşmuşdur. İbrahim də bu barədə məlumatı olmadığını bildirmişdir. O da İbrahimə kartdan pul çıxaranın kartın pin kodunu bilən şəxs olduğunu bildirməklə birlikdə bank filialına gəlməsini xahiş etmişdir. İbrahim daha sonra gələcəyini bildirdiyindən o, bank filialına tək getmişdir. Bankda kartından pulun çıxarıldığı ərazinin Binəqədi rayonu olduğunu öyrənmişdir. Bundan sonra İbrahimə zəng edib onu məlumatlandırmış və ərizə yazmaq üçün onunla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə gəlməsini xahiş etmişdir. İbrahim yenə də onunla birlikdə getməkdən yayınaraq, şəxsi işinin olduğunu bildirərək, daha sonra gələcəyini demişdir. Bundan sonra PB-nə gedib bank kartından 1000 manat pul çıxarılması barədə ərizə vermiş və yenidən İbrahimə zəng etmişdir. İbrahim də ona əmisi oğlu Əyyubgildə olduğunu bildirərək, gələ bilməyəcəyini demişdir. O da İbrahimin əmisi oğlu Əyyubun yaşadığı Bir.əqədi rayonu Binəqədi şossesinə getmişdir. Oradan İbrahimə telefonla zəng etsə də İbrahim telefon zənglərinə cavab verməmişdir. Əyyubun avtomobilinin orada olmadığını gördükdə bu barədə İbrahimə sms yazmışdır. İbrahimin onun çağırışlarından yayındığından İbrahimdən daha da şübhələnməyə başlamışdır. Belə ki, həmin bank kartı həmişə idarə etdiyi “Mersedes” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilimdə olurmuşdur, kartın pin kodunu onunla yanaşı İbrahim də bilirmiş və kartdan pul çəkilən ərazi İbrahimin əmisi oğlu Əyyubun yaşadığı evin yaxınlığı imiş. Bütün bunlara görə də İbrahimdən şübhələnmişdir. Əvvəlcə İbrahimin belə hərəkət etməsini ehtimal etməsə də İbrahim onunla görüşməkdən yayındığı üçün ona olan şübhələri daha da artmışdır. Sonuncu dəfə danışdıqları zamanı İbrahim saat 3-dən sonra onunla görüşəcəyini desədə sonradan həmin gün telefon zənglərinə cavab verməmiş və işə də çıxmamışdır. Səhəri gün İbrahim yenədə onun telefon zənglərinə cavab verməmiş, işə çıxmamış və yayınmağa başlamışdır. O da əsəbiləşib ona sms yazaraq kartından pulu oğurlayan şəxsin ünvanına nalayiq söyüşlər söymüşdür. 12 dekabr 2024-cü il tarixdə gecə saatlarında Xətai rayonu “Ağ Şəhər Bulvarı” adlanan ərazidə yolun kənarında işlətdiyi səyyar kofe satılan avtomobilin arxa tərəfində idarə etdiyi **-GM-*** dövlət qeydiyyat nişanlı “Mersedes" markalı avtomobili saxlayıb, dincəlmək üçün avtomobildə uzanmışdır. Həmin tarixdə saat 05:30 radələrində Təqsirləndirilən şəxs əlindəki tiyəsi metal tutacağı qəhvəyi rəngli bıçaqla avtomobilinin yan şüşəsinə vuraraq, onun avtomobildən düşməsini tələb etdiyini görmüşdür. O da İbrahimin əlində bıçaq olduğunu görüb dərhal avtomobilini sürüb oradan uzaqlaşmışdır. Təxminən 3-4 dəqiqə sonra işlətdiyi kofe satılan avtomobildə satıcı işləyən Zərərçəkmiş şəxs1 ona zəng edib İbrahimin kofe satılan avtomobildə olan kassadan pulları götürüb getdiyini bildirmişdir. Bundan sonra kofe satılan avtomobilin dayandığı yerə qayıdaraq nə baş verdiyini Turanədən soruşmuşdur. Turanə isə İbrahimin kofe satdığı avtomobilə girib kassadakı pulları istəməsini, İbrahimdən avtomobildən getməsini tələb etməyinə baxmayaraq İbrahimin kassadakı pulları götürərək getdiyini demişdir. Həmçinin İbrahim pulları götürərkən -“pulu gizlin yox belə götürürlər”- deyib bu sözlərini ona çatdırmasını istəmişdir. Bundan sonra baş verənlər barədə polisə müraciət etmək qərarına gələrək DİN-in 102 xidmətinə məlumat verib Xətai RPİ-nin 37-ci PŞ-də ərizə ilə müraciət etmişdir. İbrahim kofe avtomobilindəki satışdan yığılan pullların saxlandığı kardon qutudan olan kassadan təxminən 250 manat məbləğində nağd pul götürmüşdür. İbrahim olduğu avtomobilə yaxınlaşdıqdan sonra əlindəki bıçqala onu vuracağı və ya öldürəcəyi ilə hədələməyib, sadəcə əlindəki bıçaqla avtomobilinin şüşəsinə vuraraq avtomobildən düşməyimi tələb etmişdir. Lakin o, İbrahimin tələbinə məhəl qoymayıb avtomobili sürüb oradan uzaqlaşmışdır. Həmin kofe satılan avtomobildə olan kassadakı, daha doğrusu karton qutudakı pullara cavabdeh şəxs Zərərçəkmiş şəxs1 olmuşdur. İbrahimə kassa ilə bağlı heç bir cavabdehlik verməmiş və onun kassadan icazəsiz pul götürmək hüququ olmamışdır. Lakin istisna hallarda ona deyib və kassadan cavabdeh olan satıcıları məlumatlandırmaqla pul götürə bilərmiş. Gündəlik yekun hesabatı özü satıcılarla edirmiş, İbrahim isə gündəlik 20 manat əməkhaqqı qarşılığında ona bazarlıq, təchizat, texniki və s. məsələlərdə kömək edirmiş. Ümumilikdə 3 satıcı işçisi vardır. Onların heç biri ilə eləcədə İbrahimlə əmək müqaviləsi bağlamamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair heç bir rəsmi sənədi yoxdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasına şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” adlanan ərazidə səyyar kofe satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2da qısa müddətdir ki, İbrahimə görə tanımışdır. Fəxrəddin Rüstəmovla aralarında heç bir ədavəti, mübahisəsi olmamışdır. 11 dekabr 2024-cü il tarixdə günorta saatlarında İbrahimlə birgə olan zaman onun Fəxrəddinlə telefonda danışıb və əsəbiləşdiyini görmüşdür. Bunun səbəbini soruşduqda İbrahim heç nə deməmişdir. Bir qədər sonra isə Fəxrəddinin İbrahimə dayanmadan zəng etdiyinin və mesajlar yazdığının şahidi olduş, danışıq zamanı Fəxrəddinin İbrahimə söyüş söydüyünü eşitmişdir. Anladığı qədərilə Fəxrəddin İbrahimi hansısa oğurluqda ittiham edirmiş. İbrahimin əsəbiləşdiyini görüb onu sakitləşdirməyə çalışsa da Fəxrəddinin onu söyməsi səbəbindən məsələyə aydınlıq gətirilməsi üçün Fəxrəddinlə təkbətək görüşmək istədiyini başa düşmüşdür. İbrahimin yanında olmaqla onu baş verə biləcək neqativ hallardan çəkindirmək məqsədilə Fəxrəddinlə görüşə tək getməyə buraxmayacağını demişdir. Ancaq İbrahimin onun dediklərimə məhəl qoymayaraq 12 dekabr 2024-cü il tarixdə gecə saatlarında evdər. getmək istəyini görüb baş verə biləcək münaqişənin qarşısını almaqdan ötrü İbrahimə onunla birlikdə gedəcəyimi deyib, idarə etdiyi **-CV-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə əyləşmişlər. İbrahim avtomobili Xətai rayonu “Ağ Şəhər Bulvarı” adlanan ərazidə yolun kənarında Fəxrəddinə məxsus kofe satılan avtomobilin yanına sürməyi istəmişdir. O da İbrahimin istəyi ilə avtomobili sözü gedən ünvana sürmüşdür. Həmin yerə çatanda kofe satılan avtomobilinin arxa tərəfində Fəxrəddinin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Mcrsedes” markalı avtomobilin dayandığını görmüşlər. İbrahim ona arxasınca gəlməməsini və işinə qarışmamasını deyib avtomobildən düşərək Fəxrəddinin avtomobilinə yaxınlaşmışdır. Həmin tarixdə saat 05:30 radəsində İbrahim əlindəki bıçağa bənzəyən əşya ilə Fəxrəddinin avtomobilinə yaxınlaşıb, həmin əşya ilə avtomobilinn yan şüşəsini döyüb Fəxrəddindən avtomobildən düşməsini istəmişdir. Lakin Fəxrəddin avtomobildən düşmədən sürərək oradan uzaqlaşmışdır, fəxrəddinin avtomobili sürüb uzaqlaşdığını görüb İbrahimə oradan çıxıb getməyi deyərək, gedib öz avtomobilinə əyləşib, İbrahimində gəlməsini gözləmişdir. İbrahim isə kofe satılan avtomobilə girib bir neçə dəqiqə sonra geri qayıdaraq onun idarə etdiyi avtomobilə minmişdir. Bundan sonra İbrahim avtomobili "Baksol" yolunda “Dağlar” adlanan kafeyə sürməsini demişdir. Yolda gedərkən İbrahimin cibindən pul çıxarıb saydığını görmüşdür. İbrahimdən saydığı pulların nəyin pulu olduğunu soruşduqra, İbrahim ətraflı açıqlama vermədən həmin pulların işin pulu olduğunu bildirmişdir. “Dağlar” adlanan kafeyə getdikdən sonra həmin kafedə yeyib içdikdən sonra hərəsi öz evinə getmişdir. İbrahim ona bankomatdan pul çıxarmaq üçün hər hansı bir bank kartı verməmiş, eləcədə o özü Fəxrəddinin avtomobilindən hər hansı bir bank kartı və ya başqa əşya, sənəd götürməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxxs qismində tutulmuşdur. (i.v. 60-61) Təqsirləndirilən şəxs qismində cəld edilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 180.1-ci maddəsilə nəzərdə tutulan ittiham edilməsi qərara alınmışdır.(i.v. 74-75) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-752/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 104- 106) xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 123-124) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» birliyi X5 Xətai rayon şöbəsindən alınmış 17 yanvar 2025-ci il tarixli 64 N-li rəydən görünür ki, Zərərçəkmiş şəxs1r qızının bədənində 12 dekabr 2024-cü il tarixə uyğun olan hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 130-131) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» birliyi X5 Xətai rayon şöbəsindən alınmış 17 yanvar 2025-ci il tarixli 65 N-li rəydən görünür ki, Təqsirləndirilən şəxs bədənində 12 dekabr 2024-cü il tarixə uyğun olan hər hansı bir xəsarət aşkar edilməmişdir. (i.v.127-128) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 04 fevral 2025-ci il tarixli, 3/74 saylı məhkəmə-trasoloji ekspertizası rəyindən görünür: tədqiqata təqdim edilmiş l(bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (i.v.140) 12 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, talama hadisəsi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, “Ağ Şəhər Bulvarı” ərazisində dayanmış vəziyyətdə olan səyyar kofe satışı üçün nəzərdə tutulmuş “RAF” markalı avtomobildə baş vermişdir. (i.v.5 -8) 12 dekabr 2024-cü il tarixli maddi sübuta baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin protokol tərtib edilməklə Təqsirləndirilən şəxs bir ədəd bıçaq götürülmüşdür. (i.v. 14-15) Cinayət işində olan 12 dekabr 2024-cü il tarixdə tərtib edilmiş CD-R diskinin götürülməsi və Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilməsi barədə protokoldan və məhkəmə zamanı həmin görüntülərə baxışdan müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 bir ədəd CD-R diskini təqdim edərək, həmin diskdə xx.xx.2024-cü il tarixdə, saat 05:55-də Təqsirləndirilən şəxs ona hücüm edərkən özünə məxsus minik avtomobilin video reqistratorun qeydə aldığı video görüntülər olduğunu bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 (bir) ədəd CD-R diski tərəfimdən götürülərək, diskdəki görüntülərə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Bir ədəd CD-R formatlı diskin üzərində “BİNGO” 2x-56x CD- Recordable CD-R” yazıları mövcuddur. Həmin disk Xətai RPİ-də xidməti otağımda olan «HP» markalı kompyuterdə disk oxuducuda açıldıqda sağ yuxarı küncündə 2024/12/12 yazaları olması görünür. Video görüntüdə 05:55:00 saniyədən 05:55:11 saniyədək olan müddət ərzində qara rəngli avtomobilin qarşısında dayanan Təqsirləndirilən şəxs əlində tutduğu bıçağa oxşar əşyanı əlində nümayiş etdirərək avtomobildə olan şəxsdən avtomobildən yerə düşməsini tələb etməsi, lakin avtomobilin hərəkət edərək Təqsirləndirilən şəxs uzaqlaşdığı görünür. (i.v.37- 38) İstintq zamanı Zərərçəkmiş şəxs2 ərizə ilə istintaqa müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (i.v. 39) İstintaq zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə istintaqa müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. (i.v. 50) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə heç bir qeyd aparılmamışdır. (i.v. 117) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində vurulan zərərin ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 12 dekabr 2024-cü il tarixdən 12 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2a çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan bir ədəd CD-R disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı, və Xətai RPİnin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) iş saatına görə 327 (üç yüz iyirmi yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalınmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) ay həbsdə saxlama müddəti 02 (iki) ay azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan bir ədəd CD-R disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 327 (üç yüz iyirmi yeddi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-184/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-184/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver