Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-186/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, 15 aprel 1996-cı ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən “Oba” marketin arxa hissəsində yerləşən marketə məxsus soyuducunun motorunun içərisində olan 2700 manat dəyərindəki aqreqatoru üzərində olan vintaçan alətin vasitəsi ilə açmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 yanvar 2022-ci il tarixdə saat 03 radələrində şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 15 ünvanında yerləşən «Oba» marketə məxsus soyuducunun motorunun içərisində olan 3500 manat dəyərindəki aqreqatoru üzərində olan vintaçan alətin vasitəsi ilə açmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,370 qram olan narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 yanvar 2022-ci il tarixdə saat 14:50 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,370 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, Bakı şəhərinin müxtəlif rayonlarında binaların zirzəmilərində qalır. Pulsuzluqdan əziyyət çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Xətai rayonu ərazisində gəzərkən, oğurluq etmək üçün yer axtarmışdır. 02 yanvar 2022-ci il saat 03:00 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən “Oba” marketin arxa hissəsində olan soyuducunun motorunu görmüş və həmin motoru oğurlamaq qərarına gəlmişdir. Motora yaxınlaşmış, ətrafa baxıb müəyyənləşdirmişdir ki, heç kim yoxdur. Sonra üzərində gəzdirdiyi vintaçan vasitəsi ilə həmin motoru açmış və motorun içərisində olan aqreqatoru oğurlayaraq oranı tərk etmişdir. Həmin aqreqatoru Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında olan dəqiq xatırlamadığı binalardan birinin zirzəmisinə apararaq səhərin açılmasını gözləyərək yatmışdır. Saat təxminən 13 radələrində yuxudan qalxmış və oğurladığı aqreqatoru götürərək əvvəldən tanıdığı və bir neçə dəfə zibillikdən tapmış olduğu dəmir əşyaları satdığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci km bazarında mağazası olan İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxsə 20 manata satmış və həmin pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan sonra isə o, 22 yanvar 2022-ci il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olan zaman keçmiş tanışı Əlini görmüşdür. Əli ilə salamlaşdıqdan sonra ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O isə Əliyə heç bir işinin, və pulunun olmadığını bildirərək oğurluq etmək istədiyini bildirmişdir. Bundan sonra isə o, Əlinin də ona kömək edəcəyini fikirləşərək sonuncudan birlikdə oğurluq edib-etməyəcəyini soruşmuşdur. Əli isə onun da pulunun olmadığını və vəziyyətinin yaxşı olmadığını bildirərək onun təklifini qəbul edərək oğurluq etməyə razılaşmışdır. Onlar Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən “Oba” marketi görmüşlər. Həmin marketin yan hissəsinə baxan zaman orada bir ədəd soyuducunun motorunu görmüşlər. Həmin vaxt o, üzərində götürdüyü vintaçanı çıxardaraq Əliyə ətrafa baxaraq kimsə gəlsə məlumat verməyini tapşıraraq özü həmin soyuducunun motorunu açmağa başlamışdır. Bir qədər vaxt keçdikdən sonra həmin motorun üst qapağını açmış və soyuducunun içərisində olan aqreqatoru çıxartmış və Əlinin köməyi ilə həmin aqreqatoru yaxınlıqda olan binalardan birinin zirzəmisinə gətirmişlər. Orada bir qədər yatdıqdan sonra təxminən saat 12 radələrində yuxudan qalxmışlar və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci km bazarında mağazası olan Babanın yanına getmişlər. Baba ilə salamlaşdıqdan sonra oğurlamış olduqları aqreqatoru Babaya satıb əvəzində 20 manat pul almışlar. Baba adlı şəxs həmin aqreqatorların oğurluq olmasını soruşmadığına görə, Babanın cinayət barədə heç bir məlumatı olmamışdır. Baba ondan hər hansı bir şəxsiyyətini təsdiq edən sənəd soruşmamışdır. Əli ilə birlikdə həmin pulu öz şəxsi istifadələri üçün istifadə etmişlər. Həmçinin o, ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ona məxsus olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və aludəçisidir. Bir neçə müddətdir ki, Bakı şəhərinin Nizami və Xətai rayonlarında binalarının zirzəmilərində qalmışdır. Narkotik vasitənin aludəçisi olmağı səbəbi ilə pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bundan başqa 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olan zaman mütəmadi olaraq narkotik və psixotrop maddə aldığı lakin adını bilmədiyi şəxsdən 30 manat dəyərində heroin almışdır. Həmin heroinin üzərindən bir qədər istifadə etdikdən sonra üzərində olan tünd rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 24 yanvar 2022-ci il tarixdə saat 14:50-də ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu Xətai RPİ-nin 34-cü PŞ-nə aparmışlar. PŞ-də olan zaman ona hüquq və vəzifələri izah edilərək, heç bir təzyiq olmadan video çəkiliş vasitəsi ilə üzərində olan hər hansı bir qeyri-qanuni əşya və predmet varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində olan və 23 yanvar 2022-ci il tarixdə almış olduğu bir büküm narkotik vasitə olan heroini çıxardaraq polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci il tarixdən "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Nümayəndəsi olduğu "xxxx" MMC qida məhsullarının pərakəndə formada satışı ilə məşğuldur. "xxxx" MMC-yə məxsus olan mağazalar həftənin 7 günü işləyir. İş saatları 09:00-da başlayır və həmin gün axşam saat 23:00-da başa çatır. "xxxx" MMC–yə məxsus olan mağazalardan biridə ünvan 7 ünvanında yerləşən mağazadır. Həmin mağazanın administratoru gecə saat 23 radələrində qrafikə uyğun olaraq mağazanı bağlamış və yaşadığı ünvana getmişdir. Səhər 07:00 radələrində mağazanın qapısını açaraq mağazada olan soyuducuların işlək vəziyyətdə olub-olmamasını yoxlamış və soyuduculardan birinin işləməməsini müəyyən etmişdir. Adminsitrator soyuducunun nasaz olmasını zənn edərək Texniki şöbəyə zəng vurmuş və usta göndərilməsini xahiş etmişdir. Daha sonra isə gün ərzində mağazanın çölündə quraşdırılmış və aqreqatorun oğurlandığı soyuducunun motor hissəsinin yerləşdiyi qutunun qapısının açıq olmasını görən zaman oğurluq baş verməsini bilmiş və bu barədə həm "xxxx" MMC-yə, həm də ki DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bununla yanaşı olaraq "xxxx" MMC-nin mağazalarından biri də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 15 ünvanında yerləşən mağazadır. Həmin mağazanın da iş qrafiki eynidir və bunda da mağazanın administratoru mağazada olan soyuducunun mağazanın çöl hissəsində quraşdırılmış aqreqatorun oğurlandığını aşkar edərək bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. "xxxx" MMC 02 yanvar 2022-ci il tarixdə MMC-nin ünvan 7 ünvanında yerləşən mağazasında baş vermiş oğurluq hadisəsinə görə MMC-yə 2700 manat maddi ziyan dəymiş, digər bir mağaza, yəni Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 15 ünvanında yerləşən mağazasında baş vermiş oğurluq hadisəsinə görə isə MMC-yə 2850 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş 02.01.2022-ci il və 22.01.2022-ci il tarixli aqreqatorların gizli talanması nəticəsində "xxxx" MMC-yə ümumi olaraq 5550 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə o, "xxxx" MMC-dən oğurluq edən Təqsirləndirilən şəxs 5550 (beş min beş yüz əlli) manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumuna görə 75.5 (yetmiş beş manat əlli qəpik) manat olmaqla, ümumilikdə 5625.50 (beş min altı yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq Cəmiyyətə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bir ilə yaxındır ki, ünvan 8 ünvanında yerləşən “Oba” marketin administratoru vəzifəsində işləyir. Onun işi mağazada olan digər işçilərə nəzarət, onların müştərilərlə davranışı, davamiyyəti və məhsulların qorunmasına nəzarət, eyni zamanda mağazaya təhkim edilmiş inventarlara nəzarət etməkdir. Mağaza hər gün səhər saatlarında onun tərəfindən açılır və hər gün axşam saat 23-də isə onun tərəfindən bağlanılır. 22.01.2022-ci il tarixində işçiləri yola saldıqdan sonra mağazanın qapılarını bağlayıb yaşadığı ünvana getmişdir. 23.01.2022-ci il tarixdə səhər saatlarında mağazaya getmişdir. Mağazanı açdıqdan sonra mağazada olan soyuducuların işləyib işləməməsinə nəzarət etmişdir. Həmin vaxt mağazanın içərisində yerləşən soyuduculardan birinin işləməməsini müəyyənləşdirmişdir. Həmin mağazanın çöl hissəsinə çıxaraq soyuducunun motorunun yerləşdiyi yerə baxmışdır. Mağazanın çöl hissəsində yerləşən motor hissənin qapağının açıq olmasını görmüşdür. Həmin vaxt həmin motorun içərisində quraşdırılmış aqreqatorun olmadığını, oğurlandığını başa düşmüşdür. O baş vermiş oğurluq hadisəsi ilə əlaqədar "xxxx" MMC-nin mağazasına nəzarəti həyata keçirən şəxsə zəng vuraraq məlumat vermiş, daha sonra hadisə barəsində DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gol X3 ifadəsində bildirmişdir ki, 7 il bundan öncə Azərbaycan Respublikasının vətəndaşı, qohumu Könül Zeynalova ilə ailə həyatı quraraq İran İslam Respublikasında yaşamağa başlamışdır. Daha sonra yəni 3 il bundan qabaq ailə vəziyyəti ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Bakı şəhərində özünə məxsus olan Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Bununla yanaşı olaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 8-ci km bazarında kirayə olaraq götürmüş olduğu mağazada plastik və dəmir tullantıları alıb satmaqla məşğul olur. İşlədiyi yerdə onu “İranlı” və ya “Baba” adı ilə tanıyırlar. O, Aslan adlı şəxsi tanımışdır. Aslan bir neçə dəfə müxtəlif dəmir tullantılarını gətirərək özünə məxsus olmağını bildirərək ona satmışdır. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra o, Aslanı tanımışdır. Təxminən bir neçə ay öncə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları onun işlədiyi mağazaya yaxınlaşaraq Aslan adlı şəxsin ona bir ədəd dəmir əşya satıb-satmamasını soruşmuşlar. O isə polis əməkdaşlarına Aslan adlı şəxsin ona bir dəfə satdığını və həmin satmış olduğu dəmir konstruksiyanı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs əslində onu aldatması və ona satmış olduğu əşyaların əslində oğurluq olması məlum olmuşdur. O, Aslandan cəmi dəqiq tarixini xatırlamadığı vaxtda bir ədəd dəmir konstruksiya almışdır. Daha sonra isə o, Aslandan ümumiyyətlə heç bir əşya almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 02.01.2022-ci il tarixdə Şahid3 və 22.01.2022-ci il tarixdə Şahid2 Yusif oğlu 34-cü PŞ-nə ərizə ilə müraciət edərək işlədikləri “Oba” marketin çöl tərəfindən quraşdırılmış soyuducuların mühərrikinin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişlər. Keçirilmiş əməliyyat axtarış-tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və keçirilmiş tədbirlər nəticəsində 24.01.2022ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 6 binanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 34cü PŞ-nin inzibati binasına gətirilmişdir. Şöbədə olan zaman Təqsirləndirilən şəxs oğurluq cinayətini etiraf etmiş, daha sonra cibində şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Aslana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini 23.01.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində Şahid3 bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən “Oba” marketin administratoru vəzifəsində işləyir. Onun işi mağazada olan digər işçilərə nəzarət, işçilərin müştərilərlə davranışı, davamiyyəti və məhsulların qorunmasına nəzarət, eyni zamanda mağazaya təhkim edilmiş inventarlara nəzarət etməkdir. Administratoru olduğu mağaza qida məhsullarının satışı ilə məşğuldur. Mağaza hər gün səhər 08-də onun tərəfindən açılır və hər gün axşam saat 23-də isə onun tərəfindən bağlanılır. 01.01.2022-ci il tarixində hər gün olduğu kimi işçiləri yola saldıqdan sonra mağazanın qapılarını bağlayıb yaşadığı ünvana getmişdir. 02.01.2022-ci il tarixdə səhər saatlarında mağazaya getmişdir. Mağazanı açdıqdan sonra hər gün etdiyi kimi mağazada olan soyuducuların işləyib işləməməsinə nəzarət etmişdir. Həmin vaxt mağazanın içərisində yerləşən soyuduculardan birinin işləmədiyini görmüşdür. Həmin vaxt soyuducunun xarab olmasını ehtimal etmiş və bu barədə "xxxx" MMC-nin texniki məsələlərə nəzarət şöbəsi ilə əlaqə saxlayaraq mağazada olan soyuducunun işləməməsini bildirmiş və ona gün ərzində mağazaya usta göndərəcəklərini bildirmişlər. Daha sonra isə həmişə ki, kimi işçilər mağazaya gəlmiş və mağazada gündəlik iş rejimi başlamışdır. Həmin gün saat 15 radələrində mobil telefon ilə danışa-danışa mağazanın ətrafında fırlanmışdır. Həmin vaxt mağazanın arxa hissəsində olan soyuducunun motor hissəsinin qapağının açıq olmasını görmüş və telefon danışığını sonlandıraraq oraya yaxınlaşmışdır. Həmin motorun içərisində quraşdırılmış aqreqatorun olmadığını və naməlum şəxs(lər) tərəfindən oğurlandığını, məhz elə bu səbəbdən soyuducunun işləməməsi ona məlum olmuşdur. Bundan sonra isə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq "xxxx" MMC-nin mağazalarına nəzarətini həyata keçirən şəxsə zəng vuraraq məlumat vermiş, daha sonra isə hadisə barəsində DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gəlmiş və hadisə üzrə ondan ərizə və izahat almışlar. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə 2700 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 02 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 9 ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 13-15); hadisə yerinə baxış keçirilməsi haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 24-26); “CD-R” diskə baxış keçirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə anını əhatə edən görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan marketin çöl hissəsində yerləşən motoru hissə-hissə sökərək hadisə yerindən uzaqlaşması əks olunmuşdur (i.v. 30); şübhəli şəxsin tutulması haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:45 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 48); şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddəni bir gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 30 manata heroin olduğunu bilərək aldığını bildirmişdir. Qeyd olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və şəffaf rəngli sellofana bükülmüş maddənin ümumi çəkisinin 0.60 qram olduğu müəyyən edilmişdir (i.v. 58-59); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 6/470 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, “.. ş/ş Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,370 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Arəzbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir (i.v. 67-70); şübhəli şəxsin dindirilməsi haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olan zaman mütəmadi olaraq narkotik və psixotrop maddə aldığı lakin adını bilmədiyi şəxsdən 30 manat dəyərində heroin aldığını, həmin heroinin üzərindən bir qədər istifadə etdikdən sonra üzərində olan tünd rəngli şalvarın sağ yan cibinə qoymaqla daşıdığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir (i.v. 74-75); ifadənin yerində yoxlanılması haqqında 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 76- 80); “CD-R” diskə baxış keçirilməsi haqqında 25.01.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 81-82); “DVD-R” diskə baxış keçirilməsi haqqında 25 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə anını əhatə edən görüntülərə baxış zamanı 22 yanvar 2022-ci il tarixdə saat 03 radələrində əynində olan ağ rəngli gödəkcə, qara rəngli maska və papaq olan bir nəfər kişi cinsində olan şəxsin “Oba” marketin yan hissəsində yerdə quraşdırmış soyuducunun mühərrikinə yaxınlaşması, həmin şəxsin əlində olan alətlə soyuducunun mühərrikinin qutu hissəsini açaraq orada bəzi detalları sökməsi, bu zaman kənardan ağzında maska olan bir nəfər kişi cinsindən olan şəxsin mühərriki sökən şəxsə yaxınlaşması, hərdən bir həmin yerə gəlib getməsi, daha sonra hər iki şəxsin birlikdə mühərrikin içərisində olan bəzi detalları söküb özləri il götürüb uzaqlaşıb çıxıb getmələri müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 22.01.2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 15 ünvanında yerləşən «Oba» marketə məxsus soyuducunun mühərrikini sökən və əynində ağ rəngli gödəkcə, qara rəngli maska və papaq olan bir nəfər kişi cinsində olan şəxsin özü, digər şəxsin isə birlikdə oğurluq etdiyi Əli adlı şəxsin olmasını bildirmişdir (i.v. 83-84); təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 85-86); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə aludəçisi olduğunu, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini, 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında olan zaman mütəmadi olaraq narkotik və psixotrop maddə aldığı lakin adını bilmədiyi şəxsdən 30 manat dəyərində heroin aldığını, həmin heroinin üzərindən bir qədər istifadə etdikdən sonra üzərində olan tünd rəngli şalvarın sağ yan cibinə qoymaqla daşıdığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını etiraf etmiş və öz imzası ilə təsdiq etmişdir (i.v. 93-95); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-46/2022 saylı 27.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 102-105); üzləşdirmə haqqında 26 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Gol X3 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 121-124); hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında 11 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 154); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında 11 mart 2022ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nümayəndə "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır (i.v. 155-156); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v. 165-166); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsinin 07.03.2022-ci il tarixli 1167 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 167-168); sübutların qiymətləndirilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə ittiham elan edilmiş, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.370 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.320 qram çəkidə narkotik vasitə olan heroin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” və 01 ədəd “CD-R” formatlı disklər maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3 və 234.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCyə dəymiş 5550 manat hesab olunmuşdur (i.v. 173-186); cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 14 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Əli adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır (i.v. 189-191); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (i.v. 196-198). Məhkəmə istintaqı zamanı “CD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddəni bir gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 30 manata heroin olduğunu bilərək aldığını bildirir və qeyd olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilərək ümumi çəkisinin 0.60 qram olduğu müəyyən edilir. Məhkəmə istintaqı zamanı “DVD-R” formatlı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, 22 yanvar 2022-ci il tarixdə saat 03 radələrində əynində olan ağ rəngli gödəkcə, qara rəngli maska və papaq olan bir nəfər kişi cinsində olan şəxsin “Oba” marketin yan hissəsində yerdə quraşdırmış soyuducunun mühərrikinə yaxınlaşır, həmin şəxs əlində olan alətlə soyuducunun mühərrikinin qutu hissəsini açaraq orada bəzi detalları sökür, bu zaman kənardan ağzında maska olan bir nəfər kişi cinsindən olan şəxs mühərriki sökən şəxsə yaxınlaşır, hərdən bir həmin yerə gəlib gedir, daha sonra hər iki şəxs birlikdə mühərrikin içərisində olan bəzi detalları söküb özləri il götürüb uzaqlaşıb çıxıb gedirlər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddəni bir gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 30 manata heroin olduğunu bilərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının sağ cibindən şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddəni bir gün bundan əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 30 manata heroin olduğunu bilərək aldığını bildirmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya təkrar törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.370 qram olan narkotik vasitə – heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törtdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 1 ədəd “DVD-R” formatlı disk və 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi mülki iddia ilə məhkəməyə müraciət edərək 5550 (beş min beş yüz əlli) manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumuna görə 75.5 (yetmiş beş manat əlli qəpik) manat olmaqla, ümumilikdə 5625.50 (beş min altı yüz iyirmi beş manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş hüquqi şəxsə 5550 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 5550 manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən iddia tələbinin tam təmin olunması nəzərə alınaraq 75.5 (yetmiş beş manat əlli qəpik) manat məbləğində dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5550 (beş min beş yüz əlli) manat pul, 75.5 (yetmiş beş manat əlli qəpik) manat dövlət rüsumu, ümumilikdə 5625.50 ((beş min altı yüz iyirmi beş manat əlli qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin saxlancında təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,370 qram ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,320 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “DVD-R” formatlı disk və 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsınlar. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-186/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-186/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver