Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-186/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xocavənd şəhəri, Qaradağlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, S.Ə.Şirvani küçəsi 1, 228 saylı baxçada məskunlaşan, barəsində “həbs" növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxarasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,559 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığında həmin narkotik vasitə olan heroindən 01 ədəd bükümdə 0,219 qram çəkidə olan hissəsini Şahid1 10 manat müqabilində satmış, həmin tarixdə Şahid1 Xətai RPİ-nin 34 PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:15də ünvan 2 ünvanın qarşısında saxlanılıb, ünvan 5ən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,508 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 23 noyabr 2022-ci il tarixdə saat 17:55 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanın qarşısında saxlanılıb ünvan 5ən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə paltarında şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qız gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,508 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham məhkəmə istintaqında tədqiq edilmiş: şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. O, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməmişdir. O, bildirmişdir ki, həqiqətən də narkomaniyadan əziyyət çəkir və narkotik vasitələrin istifadəçisidir. Sənədlərdə göstərilir ki, onu gəlib binanın qabağından aparıblar, lakin polis əməkdaşları onu azyaşlı uşağı ilə birlikdə səhər tezdən evindən aparıblar. Ona bildirmişdilər ki, əgər uşağı görmək istəyirsə onların göstərdikləri yerdən imza çəkməlidir. O imza çəkdikdən sonra onu “ev dustaqlığı”na buraxmışdılar. 6 gün sonra onu yenidən gəlib evdən apardılar. Narkotik vasitəni satdığı adam kimi qeyd edilən Tərlan Mehdiyev onun qaynıdır və əri həbs edildikdən sonra tək qalmasın deyə Tərlan onunla birlikdə qalırdı. Onu bölməyə aparanda zor tətbiq etməyiblər, amma azyaşlı uşağının yanında onun şəxsiyyətini alçaldıblar. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Yardım göstərmək məqsədi ilə narkotik vasitələri bir-birinə pulsuz pay verirlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında 228 saylı baxçada məskunlaşaraq yaşayır, himayəsində bir azyaşlı övladı var. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur, narkotik vasitə olan “heroin”i mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir, buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km" bazarı yaxınlığında şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən 15 manata iki ədəd şəffaf rəngli torbaya bükülmüş narkotik vasitə olan heroini almış, həmin narkotik vasitələri əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, sonra həm istifadə edər, həm də maddi sıxıntısı olması ilə bağlı olaraq satar. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı yəni, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 ünvanın yaxınlığında tanışı Şahid1 ilə rastlaşdıqda üzərində olan bir ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroini Vaqifə 10 manata satmışdır. Şahid1 onunla sağollaşıb uzaqlaşdıqdan sonra, saat 22:15-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinin yaxınlığında olarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışdır. O, özünü şübhəli apardığından polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra, onu ərazinin polis şöbəsi olan 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O, ilkin olaraq, üzərində narkotik vasitə olan heroin olduğundan qaçmaq istəsə də polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, polis şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini və Şahid1 adlı şəxsə narkotik vasitə olan heroini satdığını deyib, üzərində də bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin olduğunu bildirmiş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, o, əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmiş, eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almasını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda ərazisində şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıbsaxlamadığımı ondan soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. 17 noyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin hakimi X8 tərəfindən barəsində 03 ay müddətinə “ev dustaqlığı" qətimkan tədbiri seçimişdir. Yenidən onun üzərindən narkotik vasitə hesab olunan heroinin aşkar olunması ilə əlaqədar qeyd etmişdir ki, narkotik vasitə olan heroini mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir, ağrıları olması səbəbindən xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında olarkən, anket məlumatlarını bilmədiyi, üzdən tanıdığı şəxsdən 15 manata 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini almış, həmin şəxsdən aldığı narkotik vasitə olan bükümü əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edər, həmin narkotik vasitəni aldıqdan sonra sağollaşıb oradan uzaqlaşmış, həmin gün saat 17:55-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 88 ünvanının yaxınlığında olarkən, iki nələr mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, o, özünü şübhəli apardığından polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra onu ərazinin polis şöbəsi olan 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini demiş, üzərində də bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Polis Şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, o, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim etmiş, polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir, eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, “Əhmədli" metrostansiyası yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, təqdim etdiyi narkotikdən başqa hey bir yerdə qanunsuz, əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərimə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. (i.v 188-191) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs S.Ə.Şirvani küçəsi, 3 saylı yarımçıq uşaq baxçasında yaşayır. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olduğunu çoxdan bilir. O, həmin ərazidə sahə inspektoru işləyir. Onlara əməliyyat tapşırığı gəlmişdir və onlar həmin yerə gedərək Təqsirləndirilən şəxs binanın qarşısında tutmuşlar. Təqsirləndirilən şəxs tutanda o polis formasında olduğuna görə maşından düşməmişdir. Təqsirləndirilən şəxs 34-cü PBnə gətirilmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-ci PŞ-də polis sahə rəisi vəzifəsində işləyir və polis mayorudur. Mahiyyəti üzrə bildirir ki, 15 noyabr 2022-ci il tarixdə Xətai RPİ-nin 34-ci PŞ-də 1995-ci il təvəllüdlü X3 üzərindən narkotik vasitə heroin aşkar edilməsi, həmin heroini Arzu adlı şəxsdən alması barədə məlumat daxil olmuşdur. Şöbənin CA üzrə baş əməliyyat müvəkkili işləyən polis mayoru Şahid3 ilə 15 noyabr 2022-ci il tarixdə saat 22:15-də Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində olarkən Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs yaxınlaşaraq mülki geyimdə olduqlarından ilkin olaraq xidməti vəsiqə təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi barədə bildirmişdir. Bundan sonra həmin şəxsi Polis bölməsinə dəvət etmişlər. O, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X6ya təhvil vermişlər. Bölmədə olan zaman həmin şəxsin xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1, 228 saylı uşaq baxçasında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X6 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən qabaq Şura Mustafayevanın üzərində qeyri-qanuni maddə və sair əşya varsa çıxarıb təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs da əynində olan yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Nizami rayonunda ərazisində şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən şəxsi istifadə etmək üçün və satış məqsədilə almış, həmin narkotik vasitə heroindən 01 bükümü 10 manat müqabilində Vaqif adlı şəxslə satdığını və yerdə qalan, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü isə şəxsi istifadəsi üçün istifadə edəcəyini bildirmişdir. Ardınca 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkildi, elektron tərəzidə çəkisi 0.52 qram göründü. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. (i.v. 94-96); Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisinin yoldaşıdır. Arzunun narkotik vasitə istifadəçisi olduğunu bilir. Lakin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları onlar evdə olarkən səhər tezdən saat 9-da evin qapısını sındıraraq evə daxil olmuşlar və onları polis bölməsinə aparmışlar. Onlarla birlikdə onun dostunu da aparmışlar. Amma sonradan onu buraxmışlar. Polis əməkdaşları gələndə bildirmişdilər ki, sadəcə imza atmaq lazımdır. Üzərlərindən heç bir narkotik vasitə çıxmamışdır. Əməkdaşlar ona bildirdilər ki, videogörüntüdə maddəni təqdim etsin və onları buraxacaqlar. O, Arzunun həbs edilməməsi üçün videogörüntüdə demişdir ki, onlar 10 manatdan atışıb narkotik vasitə əldə ediblər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Qarakollu Ə/D, Gorazilli kəndində qeydiyyatda olsa da ünvan 8 ünvanında yaşayır, hal- hazırda heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, təxminən 1-2 il ildir ki, narkotik vasitə olan heroini mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir, narkotik vasitələri bəzən tanıdığı, bəzən isə tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığ şəxslərdən alır, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 ünvanı yaxınlığında olarkən, tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə olan neroin aldığı Təqsirləndirilən şəxs 10 manata 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini almışdır. Təqsirləndirilən şəxs aldığı narkotik vasitə olan bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. Həmin narkotik vasitəni Arzudan aldıqda sonra sağollaşıb ondan uzaqlaşmışdır, həmin gün saat 18:05-də Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 ünvanı yaxınlığında olarkən özünü şübhəli apardığından iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra onu ərazinin polis şöbəsi olan 34-cü Polis Şöbəsinə dəvət etmişlər, O, ilk olaraq üzərində narkotik vasitə olduğundan qaçmaq istəsə də, polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis Şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini demişdir, üzərində də bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin olduğunu demişdir, polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməyini dedikdə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim elmiş, polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasım soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildimişdir, eyni zamanda ondan həmin narkotik vasitəni haradan və kimdən almağını soruşanda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi yaxınlığında Arzudan aldığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür.(i.v.50-52). İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra bir qrup yaradılaraq həmin qeyd edilən ünvanda əməliyyat aparılmışdır. Əməliyyat nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəməyədək icraat dövründə xx.xx.2022-ci il tarixdə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir və polis mayorudur. 15 noyabr 2022-ci il tarixdə şöbədə aparılan araşdırma zamanı Arzu adlı şəxsin narkotik vasitə satması barədə məlumat əldə olunmuş və bu səbəbdən polis mayoru Şahid2 ilə 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 1 ünvanı yaxınlığında olarkən Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq mülki geyimdə olduqlarından xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar, bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsini bildirmiş, onlar həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Elçin Qəhrəmanova təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 1, 228 saylı uşaq baxçasında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, X6 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirməmişdən qabaq Şura Mustafayevanın üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, üzdən tanıdığı şəxsdən şəxsi istifadə elmək üçün və satış məqsədilə almış, həmin narkotik vasitə heroindən 01 bükümü 10 manat müqabilində Vaqif adlı şəxsə satdığını və yerdə qalan, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü isə şəxsi istifadəsi üçün istifadə edəcəyini bildirmişdir. Ardınca 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkisi 0.52 qram görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Ardınca axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. (i.v. 97-99) Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri, o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 idi. 23 noyabr 2022-ci il tarixdə saat 17:55-də Bakı şəhəri, Xətai rayonu, ünvan 9 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və ona özünü təqdim etməsini bildirmişlər. O, özünü xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Təqsirləndirilən şəxs 34-cü polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Bakı şəhəri, Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olundu. Onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4, saxlanılan şəxslə eyni cinsdən olan Arifə Hüseynovanın iştirakı ilə, videoçəkilişdən istifadə edilməklə X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirildi. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdi, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etdi. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etdi. Təhqiqatçı həmin bükümü açaraq içərisinə baxdı. Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddənin “kakos” adlanan narkotik vasitə olduğunu və onu şəxsi istifadə məqsədi ilə “Əhmədli” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 15 manat ödəməklə aldığını bildirdi. Bundan sonra X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilmədi. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkildi və onun 0,65 qram olması müəyyən edildi. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürləndi və şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, digər iştirakçılar tərəfindən imzalandı. Bundan sonra təhqiqatçı tərəfindən çəklişin bitdiyini elan edildi və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalandı. İş üzrə digər Şahid4 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə proses iştirakçılarını fikri öyrənildikdən sonra Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi barədə birlikdə xidmət apardığı Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 əməliyyat məlumatı daxil olmuş və həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nələrdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü o, rəhbəri isə Eldəniz Osədov olub. Bununla əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixdə saat 17:53 dəqiqədə Təqsirləndirilən şəxs Xətai rayonu, Babək prospekti 88 ünvanı yaxınlığında görüb saxlamışlar, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və onu 34-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs X1 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı X5 Arzu Şura qızına qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Arzu Mustayeva isə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, təhqiqatçı tərəfindən büküm açılaraq baxış keçirilmiş və sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə “kakos" adlanan narkotik vasitədir və onu “Əhmədli" metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Onun təqdim etdiyi büküm ölçülmüş və zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, digər iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə prosesi X6 tərəfindən protokollaşdırılmış, protokol özü də daxil olmaqla iştirakçıların hər biri tərəfindən imzalanmışdır. (i.v 231-232) Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 noyabr 2022-ci il tarixli “cinayət işi başlamaq və icraata götürmək barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə saat 22:40 dəqiqədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuşdur. (i.v 23) 15 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində toz şəkilli qəhvəyi rəngli maddə olan bükümü təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan yaşıl rəngli qış gödəkçəsin sağ yan cibindən çıxan şəffaf rəngli selofan torbaya bükülmüş qəhvəyi rəngli maddə heroin adlanan narkotik vasitədir. Qeyd olunan maddəni necə əldə etməsi barədə veilən suala sonuncu bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi və satış üçün aldığını bildirdi. Eyni zamanda xx.xx.2022-ci il tarixdə əldə etdiyi narkotik vasitələrdən 1 büküm də Vaqif adlı şəxsə satdığını bildirdi. Ardınca Təqsirləndirilən şəxs aşkar edilmiş büküm elektron tərəzidə ölçüldü və çəkisinin 0.52 olması müəyyən edildi. (i.v. 32-33). Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə tutulmuşdur. (i.v 124). 23 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli maddə olan bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxan şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngli maddə “heroin” adlanan narkotik vasitədir. Qeyd olunan maddəni necə əldə etməsi barədə veilən suala sonuncu bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi və satış üçün aldığını bildirdi. Ardınca Təqsirləndirilən şəxs aşkar edilmiş büküm elektron tərəzidə ölçüldü və çəkisinin 0.65 olması müəyyən edildi. (i.v. 136-137) Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilərkən xx.xx.2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 6/6588 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksi olan, Vət.Təqsirləndirilən şəxs “(imza) ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”dir. (ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir) (heroinin təmiz çəkisi -0,340 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq -0,290 qram. (i.v 40-42) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2022-ci il tarixli, 6/6723 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksi olan, vət.Təqsirləndirilən şəxs “(imza) ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.508 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”dir. (ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir) (heroinin təmiz çəkisi -0,508 qr., tədqiqata sərf edildi - 0,005 qr., qalıq -0,458 qram. (iv 144-146) Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzünə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 10 manata 01 ədəd şəffaf rəngli selofana bükülmüş narkotik vasitə olan heroini almışdır. Təqsirləndirilən şəxs isə Şahid1a 01 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroini ona 10 manata satdığını bildirmişdir. (i.v 54-56) 17 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v. 60-61) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-588/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 83-87). 25 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir(i.v 176-177) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli seçilmiş “ev dustaqlığı”nın əvvəlindən yəni, 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. (i.v 200-204) 25 noyabr 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Eyni icraatda birləşdirilmiş cinayət işləri ********* nömrə ilə istintaq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 1000 manat cərimə cəzası tətbiq edilmişdir. Daha sonra o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 136/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-16/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 1000 manat cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, xx.xx.2020-ci il tarixli qərarla müəyyənləşdirilmiş 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının vaxtı başa çatmışdır və Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 7718 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 237-238) xx.xx.2023-cü il tarixli “telefon danişıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil kartına dair məlumatları əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 14:30:03-da “Arzu yarı kola alnır? Teli acda bidene”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 03:46:53-də “Arzu mene 30luq kola lazimdi pay istemirem ama senAllah gel cıx day eger narahatsansa Fuada deyim gelsin gotrsun amma senAllah gel cix day”, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 00:04:39-da “20 manat pulum var. Bidene yari duz goş eleda mene.sehere saxlıyacam yuxudan duranda ağrı olmasın”, ***-******* saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 19:31:26-da “Arzus tecili cavab ver 1 qram yari pati lazımdı”sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. (i.v 235- 236) xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istintaqa təqdim olunan 01 ədəd telefon «Realme» markalı mobil telefondur, korpusun arxa hissəsi "bənövşəyi rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rəngli və kənarları bənövşəyi rənglidir, telefonun ekran hissəsində çatlar mövcuddur. “Mesajlar” bölməsinə daxil olduqda orada Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən “Emişdi arzu məndə namiqləyəm 8m məndə var verim ikimizə bir sey ver vzt çıxaq sencanı mehle trfdyk vzt pisdi cvb ver", ***-***-**-** mobil nömrədən "Arzu bacı 5-də çatdım; Salam Arzu baci, axi dedim dunən sene atam rehmete gedib, agriyiram bir xəbər deyerdinde mene. 7 manat var mende. Alinarsa xeber elede menem Azer"; "Whatsapp" sosial şəbəkəsinə daxil olduqda ***-***-**-** mobil nömrədən "Arzu yeke qızsan deyirsen heçne yoxdu. Hamı deyir arzunun yanından gelirem. Arzu qurban sene mene mene bidene yarı düz qoşda, oğreşdi veziyyet yaxşı döyül" məzmunlu mesaj mətnləri aşkar edilmişdir. (i.v 58-59) 19 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 16.11,2022-ci il tarixli, 6/6588 nömrəli, məhkəmə-kimyəvi ekspertizasının 24.11,2022-ci il tarixli, 6/6723 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 19.11,2022-ci il tarixli, 7718 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heRoinin çəkiləri eskpert rəyinə uyğun götürülmüşdür və ayrı-ayrılıqda təmiz çəkiləri 0,340 qram və 0,508 qram hesab edilir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ilkin təmiz çəkiləri 0,340 qram və 0,508 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq qalıq qalmış 0,290 və 0,458 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Realme" markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 02 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən alınmış 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilmişdir. (i.v 250- 260) “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu kimi ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, 15 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı aparılan videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin cibindən 01 ədəd içərisində toz şəkilli maddə olan bükümü təqdim etdikdən sonra həmin maddəni şəxsi istifadəsi və satış üçün aldığını bildirmişdir. O, Vaqif adlı şəxsə narkotik vasitə satdığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən etirafedici ifadələrin verilməsi məqsədilə psixoloji zorakılıq tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəməyədək ibtidai araşdırma zamanı etirafedici ifadələrin ona tətbiq edilmiş təzyiqin nəticəsi olması ilə bağlı Təqsirləndirilən şəxs mövqeyinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təzyiqə məriz qalması barədə ibtidai istintaqın gedişində istintaq orqanına müraciət etməmiş, barəsində qətimkan tədbiqinin seçilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə iclaslarında istintaq orqanı tərəfindən ona qarşı hər hansı təzyiqin tətbiq ediməsi barədə məlumat verməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, təqsirləndirilən şəxsin ifadələrin etibarsızlığına dəlaət edən halların mövcudluğu məhkəmə istintaqı müddətində müəyyən edilməmişdir. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-cı il tarixli 15 saylı Qərarın 25 və 26-ci bəndlərində qeyd olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X7 adlı azyaşlı uşağının olmasını (CM – 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 15 noyabr 2022-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPMnin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşağı onun qohumlarının himayəsinə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-608/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalmış 0.290 və 0.458 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 157 (bir yüz əlli yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşağı - xx.xx.2020-ci il təvəllüdlü X7 onun qohumlarının himayəsinə verilsin. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalmış 0.290 və 0.458 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 03 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 157 (bir yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-186/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-186/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver