Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-187/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42, inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə baldızı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Binəqədi rayon üzrə Fövqəladə hallar və Mülki Müdafiə şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Şahid2 zabit rütbəsi alınmasına köməklik göstərilməsi üçün Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibələri iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs müraciət edib, görüləcək iş müqabilində Şahid2 atası Şahid3 tərəfindən 16.000 manat pulun hədiyyə qismində Zərərçəkmiş şəxs bağışlanmasını təşkil etdikdən sonra, Zərərçəkmiş şəxs Şahid2 zabit rütbəsinin verilməsinin mümkünsüzlüyünü müəyyən edib 2022-ci ilin yanvar ayının sonlarında işlədiyi Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində ona bağışlanmış 16.000 manat pulun Şahid3 geri qaytarılmasından ötrü ona təqdim etmiş, o, ona olan inam və etibardan sui-istifadə etməklə 16.000 manat pulu alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin pulu Şahid3 verməyib, şəxsi ehtiyaclarına sərf etdiyindən, Zərərçəkmiş şəxs yenidən 06 may 2022-ci il tarixdə öz şəxsi vəsaiti hesabına 16.000 manat pulu Şahid3 qaytarmış, bununla da, Təqsirləndirilən şəxs bilavasitə Zərərçəkmiş şəxs ümumilikdə 16.000 (on altı min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində işləyərkən, həmin hərbi hissədə işləmiş Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Anarla münasibətləri yarandığı üçün, işdən çıxdıqdan sonra onunla münasibətlərini davam etdirmiş, arabir görüşmüşdür. Anar ilə münasibəti olduğu üçün yoldaşlıq etdiyi üçün Anarın Xətai rayon İcra Hakimiyyətində Vətən Müharibələri iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləməsini bilmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində baldızı Şahid2 ilə görüşlərin birində, o, söhbət əsnasında təxminən 10 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzin Mülki Müdafiə Nazirliyində baş məsləhətçi vəzifəsində işlədiyini, lakin zabit rütbəsi ala bilmədiyini deyib, ona zabit rütbəsinin alınmasında köməklik edəcək tanışının olub-olmadığı barədə maraqlanmışdır. Həmin zaman dostu Anarın Xətai Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışması ilə əlaqədar onun bu məsələdə onlara yardım edə biləcəyini düşünüb, Kəmaləyə bu barədə məlumat verməklə, bununla bağlı Anarla söhbət etdikdən sonra, ona bir söz deyəcəyini bildirmiş, bundan sonra isə istifadəsində olan ***-***-**-** saylı nömrədən Anarın istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurmaqla, onunla görüşmək barədə təklif etmiş, Anar da etiraz etməyib, onu işlədiyi Xətai rayon İcra Hakimiyyətinə dəvət etmiş, həmin ərəfədə Anarın iş yerinə gəlib, xidməti otağında onunla gördüyündə, söhbət əsnasında baldızı Kəmalə haqqında zəruri məlumatları verməklə, ona zabit rütbəsi almaqda köməklik edə bilibbilməyəcəyi ilə bağlı maraqlanmış, Anar onu dinlədikdən sonra, şəxsi əlaqələrinə istinad etməklə, onlara bu məsələdə yardımçı olmağa çalışacağını demiş, lakin bununla bağlı ondan konkret olaraq hər hansı məbləğdə pul və ya digər maddi nemət tələb etməmişdir. Bu minvalla bir qədər söhbətləşdikdən sonra ondan ayrılmış, bundan sonra Kəmalə ilə görüşərək, Anarın ona yardımçı olacağı barədə məlumatlandırmış, Kəmalə də danışıq zamanı FHN-də zabit rütbəsinin alınması üçün müyyən məbləğdə pul tələb olunduğunu, Anarın onlara yardım edəcəyi halda isə çəkəcəyi zəhməti nəzərə alaraq, ona bunun müqabilində hədiyyə olaraq 16.000 manat pul vermək istədiyini demiş, Anarla dostluq münasibətləri saxladığı üçün onun bu təklifini müsbət qarşılamış, bu minvalla 2021-ci ilin noyabr ayının sonlarında Kəmalə ona zəng edərək, sözügedən 16.000 manat pulu Anara vermək istədiyini deyib, onları əlaqələndirməsini xahiş etmiş, o da etiraz bildirməyib, Anara zəng vurmaqla, qaynatası və Kəmalə ilə birgə onunla görüşmək istədiyini demişdir. Həmçinin Anar etiraz etməyib, onları iş yerinə dəvət etmiş, həmin ərəfədə o, Kəmalə ilə birgə Xətai rayon İcra Hakimiyyətinə Anarın xidməti otağına gəlmiş, Anarın xidməti otağına daxil olduqlarında, Kəmaləni Anarla tanış etmiş, tanışlıqdan sonra Kəmalə söhbətə başlayıb, hazırda 35 yaşının olduğunu, 10 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə Nazirliyində baş məsləhətçi vəzifəsində işlədiyini, lakin zabit rütbəsi ala bilmədiyini bildirmiş, eyni zamanda onun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləməsi, habelə Qazi olması ilə əlaqədar işgüzar münasibətlərindən istifadə edərək ona zabit rütbəsi almaqda köməklik edə biləcəyini demiş, Anar da, onları dinlədikdən sonra, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyində işləyən adlarını qeyd etmədiyi tanışlarına müraciət edəcəyini, mümkün olduğu halda ona zabit rütbəsi almaqda köməklik edəcəyini demiş, Anarın bu sözlərindən sonra Kəmalə çantasından 16.000 manat pul çıxarıb Anara təqdim edərək, həmin pulu çəkəcəyi əziyyət müqabilində hədiyyə olaraq verdiyini bildirmiş, Anar ilk əvvəl pulu qəbul etmək istəməsə də, bir neçə təkidlərindən sonra pulu qəbul etmiş, bu məzmunda bir neçə dəqiqə söhbət etdikdən sonra onlar ayrılmışlar. Bundan bir neçə vaxt sonra, yəni təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Anar ona zəng vuraraq Kəmalənin zabit rütbəsi alması ilə bağlı bir neçə tanışları ilə danışdığını, lakin onun yaşının 35 olması ilə bağlı bunun mümkünsüz olduğunu, belə ki, FHN-də müəyyən edilmiş qaydalara əsasən zabit rütbəsinin alınmasının yalnız 30 yaşadək mümkün olduğunu bildirmiş, o da, bu barədə Kəmaləyə məlumat verdikdən sonra, o, Anara hədiyyə verdiyi 16.000 manat pulu geri istəmiş, o da, həmçinin Anara zəng edib, Kəmalənin pulunu geri istəməsi barədə məlumatlandırmış, bu minvalla 2022-ci ili yanvar ayının sonlarında pulun geri götürülməsi ilə bağlı Anarla zəngləşərək, onun iş yerində görüşmüş, Anarla görüş zamanı, o, Kəmalənin zabit rütbəsi almasına göstərəcəyi köməklik müqabilində hədiyyə olaraq aldığı 16.000 manatın Kəmaləyə geri qaytarılmasından ötrü hər hansı kənar şəxsin iştirakı olmadan əlbəəl ona təqdim etmiş, o da, pulu sayıb, təhvil almaqla, onun iş yerini tərk etmişdir. Anardan pulu təhvil aldıqdan sonra, müəyyən problemləri olduğu üçün, həmin pulu Kəmaləyə qaytarmayıb, öz şəxsi ehtiyaclarına xərcləmiş, pulu xərcləməsi barədə isə Kəmaləyə heç bir məlumat verməmiş, bundan bir neçə gün sonra Anar ona zəng edib, Kəmaləyə çatdırılmasından ötrü verdiyi 16.000 manatı ona verib-verməməsi ilə bağlı maraqlanmış, o isə törətdiyi əməldən utandığı üçün, gah pulu itirdiyini, gah da xərclədiyini demişdir. Kəmalə ilə özünün danışıq aparıb, məsələni həll edəcəyini demiş, daha sonra Kəmalə ilə danışıb, qohumluq münasibətlərində olduqları üçün utandığından Anardan 16.000 manat pulu təhvil aldığı barədə ona məlumat verməmiş, guya pulun hələ də Anarda olduğunu, onun da qısa müddətdə pulu düzəldib qaytaracağını deyərək, vaxt udmağa çalışmış, bu minvalla hər dəfə Kəmalə zəng vuraraq, pul barədə maraqlandıqda, müxtəlif bənahələr gətirməklə yayınmağa başlamışdır. Təxminən bir neçə ay keçməsinə bamayaraq, pulu düzəldə bilməmiş, artıq Kəmalə onun verdiyi yalan vədlər səbəbindən narazılıq edib, 16.000 manatı Anara verdiyi üçün, həmin pulu da ondan alacağını demiş, bundan sonra məlum olmuşdur ki, Kəmalə 06 may 2022-ci il tarixdə atası Əlişlə birgə Anarın iş yerinə gedib, hay-küy salmaqla 16.000 manat pulu ondan tələb etmiş, Anar da işgüzar nüfuzuna xələl gətirməmək üçün tanışından borc pul almaqla həmin 16.000 manat pulu təkrarən Kəmaləyə qaytarmış, həmin ərəfədə Kəmalə zəng vurub, Anarın 16.000 manat pulu ona geri qaytarılmasından ötrü ona verib-vermədiyi barədə maraqlandıqda, o, baş verənləri etiraf edib, həqiqətən hələ 2022-ci ilin yanvar ayında Anarın 16.000 manatı geri qaytarılması üçün ona verdiyini, onun da ehtiyyacı olduğu üçün həmin pulu xərclədiyini demiş, Kəmalə bunu məlum etdikdən sonra, onunla bütün əlaqələrini kəsmiş, bundan sonra isə Anarla görüşərək, qısa zamanda pulu düzəldib ona qaytaracağına dair vəd vermiş, eyni zamanda sözlərinin doğruluğuna inandırmaq, habelə 16.000 manatın onda qalmasını təsdiq etmək üçün aralarında borc müqaviləsi bağlamaq barədə təklif etmiş, Anarın təklifi ilə razılaşdığı üçün onlar birgə 2 saylı Asan Xidmət Mərkəzində yerləşən notariat kontoruna gələrək, 16.000 manat pulla bağlı aralarında borc müqaviləsi bağlamışlar, lakin həmin borc müqaviləsi bağlandıqdan sonra belə, pulu düzəldə bilmədiyi üçün Anara qaytara bilmədiyindən barəsində şikayət olunmuşdur. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibələri iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində işləyir, 2005-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, bundan sonra Respublikanın müxtəlif hərbi hissələrində tağım komandiri vəzifəsindən başlayaraq, Kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinədək yüksəlmiş, 01 sentyabr 2015-ci ildə düşmən arxasında döyüş tapşırığı yerinə yetirərkən minaya düşməsi səbəbindən sol qolunu itirmiş, sağ ayağından isə ciddi xəsarət almış, 25 noyabr 2015-ci ildə xəsarət almağı ilə əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmış, 2015-ci ilin dekabr ayında bədəninin müxtəlif nahiyələrindən xəsarət almış, bundan sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kəşfiyyat ixtisası üzə müəllim vəzifəsinə işə düzəlmiş, 2020-ci ilin iyun ayınadək həmin vəzifədə işləmiş, 2020-ci ili iyun ayında işdən çıxmış, 2020-ci ilin sentyabr ayında İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, 2021-ci ilin yanvar ayında Xətai rayon İcra Hakimiyyətinə hal-hazırda tutduğu vəzifəyə işə qəbul edilmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs işlədiyi Xətai rayon İcra Hakimiyyətindəki xidməti otağına gəlməklə, baldızı Şahid2 uzun müddət Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə Nazirliyində baş məsləhətçi vəzifəsində işlədiyini, lakin hazırki vaxtadək zabit kimi rütbə ala bilmədiyini deyib, işgüzar nüfuzuna və şəxsi əlaqələrinə istinad etməklə, ona zabit rütbəsi almaqda yardımçı olmasını xahiş etmişdir. O, İlqarla hələ 2011-ci ildə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində işləyərkən tanış olmuş, belə ki, o, həmin vaxt onunla eyni hərbi hissədə tağım komandiri vəzifəsində işləmiş, səhv etmirsə 2013-cü ildə təxris olunmuş, birgə işlədikləri müddət ərzində İlqarla münasibətləri yarandığı üçün, o təxris oldunduqdan sonra belə, onunla əlaqə saxlamış, arabir görüşmüş, bununla belə İlqar sözügedən məsələ ilə bağlı ona müraciət etdikdən sonra, o, şəxsi əlaqələrinə istinad etməklə, ona bu məsələdə yardımçı olacağını demiş, lakin bununla bağlı ona konkret olaraq hər hansı söz verməmiş, görəcəyi iş müqabilində ondan hər hansı məbləğdə pul və ya digər maddi nemət tələb etməmişdir. Bu minvalla bir qədər söhbətləşdikdən sonra ayrılmış, 2021-ci ilin noyabr ayının sonları olardı ki, İlqar istifadəsində olan ***-***-**-** saylı nömrədən istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurub, baldızı Kəmalənin məsələsi ilə bağlı ətraflı söbhət etməkdən ötrü atası Əlişlə birgə görüşmək istədiyini demiş, İlqarla yoldaşlıq münasibətində olduğu üçün, etiraz etməmiş, onları iş yerinə dəvət etmiş, həmin ərəfədə İlqar qaynatası, yəni baldızı Kəmalənin atası Əlişlə birgə iş yerinə gəldikdə, Əliş söhbətə başlamış, hazırda qızı Kəmalənin 35 yaşının olduğunu, 10 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə Nazirliyində baş məsləhətçi vəzifəsində işlədiyini, lakin zabit rütbəsi ala bilmədiyini bildirmiş, eyni zamanda onun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləməsi, habelə Qazi olması ilə əlaqədar kifayət qədər nüfuza sahib olduğunu və işgüzar münasibətlərindən istifadə edərək qızı Kəmaləyə zabit rütbəsi almasında köməklik edə biləcəyini demişdir. O da, öz növbəsində bununla əlaqədar Fövqəladə Hallar Nazirliyində işləyən bir neçə tanışına müraciət edəcəyini, mümkün olduğu halda ona zabit rütbəsi almaqda köməklik edəcəyini demiş bu sözlərindən sonra Əliş cibindən 16.000 manat pul çıxarıb, ona təqdim edərək, həmin pulu çəkəcəyi əziyyət müqabilində ona hədiyyə olaraq verdiyini bildirmiş, o, ilk əvvəl pulu qəbul etmək istəməsə də, onun bir neçə təkidindən sonra həmin pulu qəbul etmiş, bu məzmunda onlar bir neçə dəqiqə söhbət etdikdən sonra ayrılmışlar, bundan sonrakı vaxtda o, FHN-də işləyən tanışlarına müraciət edərək, Kəmalənin anket məlumatları barədə məlumat verməklə, onun zabit rütbəsi almasının mümkünlüyü barədə maraqlanmış, həmin zaman tanışlarından Kəmalənin yaşının 35 olması ilə əlaqədar bunun mümkünsüz olmasını məlum etmişdir. Belə ki, FHN-də müəyyən edilmiş qaydalara əsasən zabit rütbəsinin alınması yalnız 30 yaşa çatanadək mümkün olmuş, bu barədə məlumatı tam dəqiqləşdirdikdən sonra, yəni 2022-ci ilin yanvar ayının əvvəllərində İlqara zəng vurmaqla onu bu barədə məlumatlandırmış, İlqar da öz növbəsində bu barədə Əlişlə söhbət etdkdən sonra ona bir söz deyəcəyini bildirmiş, bu söhbətdən təxminən bir həftə sonra İlqar ona zəng edərək, işin alınmaması səbəbindən Əlişin hədiyyə qismində verdiyi 16.000 manatı geri istədiyini demiş, həmin pul onun özündə olduğu üçün, etiraz etməyib, istənilən vaxt pulu götürə biləcəyini demişdir. Bu minvalla 2022-ci ilin yanvar ayının sonlarında pulun geri götürülməsi ilə bağlı İlqarla zəngləşərək, iş yerində, yəni Xətai Rayon İcra Hakimiyyətində görüşmüş, həmin zaman Əlişlə tanışlıqda İlqar vasitəçi olduğu üçün, Əlişin qızı Kəmalə üçün görəcəyi iş müqabilində hədiyyə olaraq verdiyi 16.000 manatı hər hansı kənar şəxsin iştirakı olmadan əlbəəl İlqara vermiş, İlqar da, öz növbəsində pulu sayaraq təhvil almış, bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. Təxminən bir neçə gün sonra Kəmalə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, işinin alınmaması səbəbindən atası Əlişin verdiyi 16.000 manatı tələb etmiş, həmin zaman o, Kəmaləyə heç bir söz deməyib, bununla bağlı İlqarla danışmağı məsləhət bilmiş, Kəmalə ilə danışığı bitirdikdən sonra, dərhal İlqara zəng vurub, Əlişə çatdırılmasından ötrü ona verdiyi 16.000 manat pulu Əlişə veribvermədiyi barədə maraqlanmış, İlqar da, müxtəlif bəhanlər gətirib, gah Əlişə çatdırılmasından ötrü götürdüyü 16.000 manat pulu itirdiyini, gah da borclarına sərf etdiyini deyib, bununla bağlı Kəmalə və ya Əliş ilə özünün danışıb, məsələni həll edəcəyini demiş, münasibətləri olduğu üçün, onun üzərinə getməyib, yaranmış problemi Kəmalə ilə aralarında həll etməsini tapşırmışdır. Eyni zamanda dostluq münasibətində olduğu üçün 16.000 manat pulun onda olması barədə Kəmalə və ya Əlişə heç bir məlumat verməmiş, belə ki, qohum olduqları üçün İlqarın qısa zamanda Kəmalə ilə aralarındakı məsələyə yekun verib, pulunu qaytaracağını düşünmüş, bundan sonrakı təxminən bir neçə ay ərzində bununla bağlı heç bir məlumatı olmamışdır. Bununla belə 05 may 2022-ci il tarixdə Kəmalə ona yenidən zəng vuraraq görüşmək istədiyini demiş, o, etiraz bildirməyib, onu iş yerinə dəvət etmiş, 06 may 2022-ci il tarixdə günorta saatlarında Kəmalə anası Ülkər və atası Əlişlə birgə iş yerinə gəlib, ona verilmiş 16.000 manatı geri tələb etməyə başlamış, həmin zaman məcbur olub, işgüzar nüfuzuna xələl yetirməmək üçün tələbləri ilə razılaşmış, həmin ərəfədə onlarla birgə kredit götürülməsindən ötrü bir neçə banka müraciət etmiş, lakin adında pul krediti olduğu üçün, müraciət etdiyi bütün banklardan rədd cavabı almış, bundan sonra tanışı Şahid1 zəng etməklə, ondan 16.000 manat borc pul istəmiş, Azər borc pulu verməyə razılaşdığından, həmin pulu ondan götürməklə Kəmaləyə vermiş, onlarla yaranmış narazıçılığı aradan qaldırdıqdan sonra İlqar onunla görüşə gəlib, aldatmaqla ələ keçirdiyi 16.000 manatı qısa zamanda qaytaracağına dair vəd verməklə, sözlərinin doğruluğuna inandırmaqdan ötrü aralarında borc müqaviləsi bağlamaq barədə təklif vermiş, o da, İlqarın dediklərini həqiqət kimi qəbul edib, 16.000 manat pulun onda qalmasını təsdiqləmək üçün buna etiraz etməmiş, bundan sonra onlar birgə 2 saylı Asan Xidmət Mərkəzinə gələrək, orada yerəşən notariat kontorunda aralarında borc müqaviləsi bağlamışlar, İlqarla aralarında borc müqaviləsi bağladıqdan sonra belə o, müxtəlif bəhanələrlə onu aldatmaqla ələ keçirdiyi pulu qaytarmaqdan yayınmış, bundan sonra o, məcbur olub baş verənlərlə bağlı ərizə ilə hüquq mühafizə orqalarına müraciət etmişdir. lakin hazırda Təqsirləndirilən şəxs ilə barışdığından, ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, ona qarşı heç bir şikayət və tələbi olmadığından təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 onun doğma qızıdır, artıq 10 ilə yaxındır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Binəqədi rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Kəmalə FHN-də mülki işçi olduğundan ona zabit rütbəsi almasına köməklik etmək niyyətində olmuş, bu minvalla 2021-ci ilin noyabr ayının əvvəllərində kürəkəni İlqarla görüşlərin birində, söhbət əsnasında, qızı Kəmaləyə zabit rütbəsinin alınmasında köməklik edəcək tanışının olub-olmaması barədə maraqlanmış, həmin zaman İlqar dostu Anarın Xətai rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışması ilə əlaqədar onlara bu məsələdə yardım edə biləcəyini bildirmişdir. Belə ki, o, Anarla hələ Gəncə şəhərində yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində işləyərkən tanış olduğunu, həmin zaman Anarın hərbi hissədə bölük komandiri vəzifəsində çalışdığını, lakin 2015-ci ildə döyüş tapşırığı yerinə yetirərkən xəsarət alması səbəbindən Silahlı Qüvvələrdən təxris olduğunu bildirmiş, o da Anarın onlara yardım edəcəyi halda, onun çəkdiyi zəhməti qiymətləndirəcəyini demiş, bu minvalla bir neçə gün sonra İlqar onunla əlaqə saxlayıb, Kəmaləyə zabit rütbəsi alınması ilə bağlı Anarla söhbət edib, bununla bağlı razılığını aldığını demişdir. Belə olan halda, Anarın İcra Hakimiyyətində şöbə rəisi işləməsi, habelə “Qazi" olması ilə bağlı kifayət qədər nüfuza sahibi olduğunu və şəxsi əlaqələrindən istifadə edərək, qızı Kəmaləyə zabit rütbəsi almaqda köməklik edəcəyini düşünmüş, həmin zaman özü üçün topladığı ümumilikdə 16.000 manat pulu olduğu üçün, həmin pulu Anara hədiyyə qismində vermək niyyətinə gəlmiş, eyni zamanda bu barədə İlqara dedikdə, o da onun bu fikrini müsbət qarşılamışdır. Bu minvalla 2021-ci ilin noyabr ayının sonlarında İlqarla görüşüb, onunla birgə Xətai rayon İcra Hakimiyyətinə, Anarın xidməti otağına gəlmiş, Anarın xidməti otağına daxil olduqlarında, İlqar onu Anarla tanış etmiş, tanışlıqdan sonra o, yenidən qızı Kəmalə haqqında zəruri məlumatları Anara verib, işgüzar münasibətlərindən istifadə edərək ona zabit rütbəsi almaqda köməklik etməsini xahiş etmiş, Anar da, öz növbəsində bununla əlaqədar Fövqəladə Hallar Nazirliyində işləyən adlarını qeyd etmədiyi tanışlarına müraciət edəcəyini, mümkün olduğu halda qızına zabit rütbəsi almaqda köməklik edəcəyini demiş, Anarın bu sözlərindən sonra o, özü ilə götürdüyü 16.000 manat pulu çıxarıb, həmin pulu çəkəcəyi zəhmət müqabilində hədiyyə qismində ona təqdim etmişdir. Anar pulu qəbul etdikdən sonra, onlar bu məzmunda bir neçə dəqiqə söhbət etdikdən sonra ayrılmışlar, bundan təxminən 2 ay müddət keçdikdən sonra, iş yubandığı üçün narahatçılıq keçirməyə başlamış, həmin vaxt məcbur olub, qızı Kəmaləyə baş verənlər barədə məlumat vermiş, həmin zaman qızı Kəmalə yaşının 35 olması ilə bağlı zabit rütbəsinin alınmasının mümkünsüz olduğunu, belə ki, FHN-də müəyyən edilmiş qaydalara əsasən zabit rütbəsinin alınmasının yalnız 30 yaşadək mümkün olduğunu bildirmişdir. Belə olan halda o, artıq aldadıldığını başa düşüb bununla bağlı İlqara zəng etdikdə, o, da, həmçinin Anarla danışdığını, Anarın da Kəmalənin yaşının çoxluğu ilə əlaqədar bu işin mümkünsüz olduğu barədə bildirdiyini demiş, belə olan halda, hədiyyə qismində verdiyi 16.000 manatı geri tələb etmiş, İlqar da, öz növbəsində Anarla danışıb, qısa müddətdə pulunu qaytaracağına dair vəd vermişdir. Həmin ərəfədə qızı Kəmalə də öz növbəsində həm Anar, həm də İlqarla əlaqə saxlayıb, pulu qaytarmalarını tələb etmiş, lakin nəticə olmadığını gördükdə, o, bir neçə dəfə Xətai rayon İcra Hakimiyyətinə gələrək, Anardan pulu geri tələb etmiş, Anar da, qısa zamanda pulu qaytaracağını desə də, qaytarmamışdır. Artıq 2022-ci ilin may ayı olmasına baxmayaraq pulunun qaytarılmadığını gördükdə o, qızı Kəmalə və arvadı Ülkər Məmmədova ilə birgə Anarın işlədiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə gedib, Anarla görüşərək, pulu tələb etməyə başlamışlar, eyni zamanda pulu almayanadək onun iş yerini tərk etməyəcəklərini demişlər. Bir neçə təkidlərindən sonra, Anar kimləsə danışıb, borc pul almaqla ona məxsus 16.000 manatı tam şəkildə qaytarmış, bundan sonra baş verənlər barədə onun heç bir məlumatı olmamış, eyni zamanda 16.000 manat pul ona geri qaytarıldığından, bununla bağlı heç kimə qarşı heç bir şikayət və ya tələbi olmamışdır. Pulunu geri aldıqdan bir neçə gün sonra məlum etmişdir ki, 2022-ci ilin yanvar ayının sonlarında Anar qızı Kəmaləyə zabit rütbəsi almaqda köməklik edə bilmədiyi üçün, hədiyyə qismində aldığı 16.000 manatı onlara geri qaytarılmasından ötrü kürəkəni İlqara təqdim etmiş, İlqar da həmin pulu təhvil aldıqdan sonra ona qaytarmayıb şəxsi ehtiyyaclarına xərcləmişdir. Bunu məlum etdikdən sonra, İlqarla danışıb bunun səbəbini aydınlaşdırmağa çalışmış, İlqar da əməlini etiraf edib, Anarın qaytardığı 16.000 manatı şəxsi ehtiyyaclarına sərf etdiyini deyib, əməli ilə bağlı üzrxahlıq etməyə başlamışdır. İlqarın bu hərəkəti onlara pis təsir etidyi üçün, onunla bütün əlaqələrini kəsib, Anarla dostluq münasibətlərində olduqları üçün yaranmış məsələni aralarında həll etmələrini məsləhət bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Binəqədi rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsində baş məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun bacısı X1 əridir. Son hadisəyədək aralarında normal münasibətlər olmuş, aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. 2022-ci ilin yanvar ayında yaşadığı evdə olduğu zaman atası Şahid3 ona yaxınlaşaraq, uzun müddət ərzində FHN-də işləməsinə baxmayaraq, zabit rütbəsi ala bilmədiyi üçün bununla bağlı yeznələri İlqarla danışdığını, həmin zaman İlqarın dostu Anarın Xətai rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışması ilə əlaqədar onlara bu məsələdə yardım edə biləcəyini demişdir. Belə ki, o, İlqarın Anarla hələ Gəncə şəhərində yerləşən hərbi hissədə tağım komandiri vəzifəsində işləyərkən tanış olduğunu, həmin zaman Anarın hərbi hissədə bölük komandiri vəzifəsində çalışdığını, lakin 2015-ci ildə döyüş tapşırığı yerinə yetirərkən xəsarət alması səbəbindən Silahlı Qüvvələrdən təxris olduğunu bildirmişdir. Bu minvalla bir neçə gün sonra İlqar əlaqə saxlayıb, zabit rütbəsi alması ilə bağlı Anarla söhbət etdiyini, bu məsələdə onlara köməklik etməsi ilə bağlı razılığını aldığını demişdir. Belə olan halda, o, Anarın İcra Hakimiyyətində şöbə rəisi işləməsini, habelə “Qazi” olması ilə bağlı kifayət qədər nüfuza sahib olduğunu və şəxsi əlaqələrindən istifadə edərək, ona zabit rütbəsi almaqda köməklik edəcəyini düşünüb, İlqarla birgə Xətai rayon İcra Hakimiyyətinə getməklə Anarla görüşmüş, o, da öz nöbəsində Fövqəladə Hallar Nazirliyində işləyən adlarını qeyd etmədiyi şəxslərin vasitəsi ilə köməklik edəcəyini demişdir. Atası da, Anarın dediklərinə inanıb,ona zabit rütbəsinin alınmasına köməklik göstərilməsi üçün 2021-ci ilin noyabr ayının sonlarında İlqarla görüşüb, onunla birgə Xətai rayon İcra Hakimiyyətinə, Anarın xidməti otağına gedib, bu məqsədlə 16.000 manatı əlbəəl Anara vermiş, atası Əliş zabit rütbəsini ona hədiyyə etmək niyyətində olduğu üçün bu barədə ona heç nə deməmişdir. Bu barədə məlumat aldıqdan sonra yaşının 35 olması ilə bağlı bunun mümkünsüz olduğunu, belə ki, FHNdə müəyyən edilmiş qaydalara əsasən zabit rütbəsinin alınmasının yalnız 30 yaşadək mümkün olduğunu bildirmişdir. Belə olan halda, onlar aldadıldıqlarını bildikdə atası Əliş istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən İlqara zəng etməklə pulu geri tələb etməyə başlamış, İlqar da, Anarla danışıb, qısa müddətdə pulu qaytaracaqlarına dair vəd versə də, müxtəlif bəhanələr gətirib, yayınmağa başlamış, belə olan halda, o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Anarın istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng vurub, atasının ona verdiyi 16.000 manatı geri tələb etmiş, Anar da, həmçinin İlqarın dediklərini təkrarlayıb, qısa müddətdə pulunu qaytaracağını bildirmişdir. Artıq 2022-ci ilin may ayı olmasına baxmayaraq pullarının qaytarılmadığını gördükdə atası Şahid3 və anası Ülkər Məmmədova ilə birgə Anarın işlədiyi Bakı şəhəri Xətai rayon icra Hakimiyyətinə gedib, Anarla görüşərək, pulu tələb etməyə başlamışlar, eyni zamanda pulu almayanadək onun iş yerini tərk etməyəcəklərini demişlər. Bir neçə təkidlərindən sonra, Anar kimləsə danışıb, borc pul almaqla atası Şahid3 məxsus 16.000 manatı onlara tam şəkildə qaytarmış, bundan sonra onlar icra Hakimiyyətini tərk edərək getmişlər. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki tanıyır və aralarında dostluq münasibətləri varıdr. Təxminən 2022-ci ilin may ayında Anar istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, ona təcili olaraq 16.000 manat borc pul verməyi xahiş etmişdir. Anarla dostluq münasibətində olduğu üçün etiraz etməyib, razılaşmış, belə olan halda, Anar işlədiyi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətində olduğunu deyib, pulu oraya gətirməyi xahiş etmişdir. O, dərhal özündə olan 16.000 manat pulu götürüb, Xətai rayon İcra Hakimiyyətinə gəldikdə, Anar onu qarşılayıb pulu ondan götürmüş, həmin zaman Anardan nə baş verdiyini öyrənmək istədikdə, Anar başının qarışıq olduğunu, bununla bağlı sonradan məlumat verəcəyini demişdir. O, Anarın həyəcanlı olduğunu görüb, ondan başqa bir söz soruşmadan oranı tərk edərək getmişdir. Səhəri gün Anarla görüşüb nə baş verdiyi barədə maraqlandıqda, o, təxminən 2021-ci ilin noyabr ayında dostu İlqar adlı şəxsin baldızı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Binəqədi rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Kəmalə adlı qadına zabit rütbəsinin alınmasına köməklik göstərilməsi ilə bağlı ona müraciət etdiyini, dostluq münasibətlərində olduğu üçün razılıq verib, bu məsələdə ona köməklik edəcəyini dediyini, bundan sonra Kəmalənin atası Əlişin görəcəyi iş müqabilində ona hədiyyə qismində 16.000 manat pul verdiyini, həmin ərəfədə o, Kəmaləyə köməklik göstərilməsi üçün bir neçə tanışlarına müraciət etdiyini, lakin Kəmalənin yaşının 35 olması ilə əlaqədar bunun mümkünsüz olduğunu məlum etdiyini, bundan sonra ona hədiyyə qismində verilmiş 16.000 manat pulun Əliş və ya Kəmaləyə qaytarılmasından ötrü İlqara təqdim etdiyini, lakin İlqarın həmin pulu onlara verməyib, ələ keçirdiyini bildirmişdir. Eyni zamanda İlqarın ələ keçirdiyi pulu qaytara bilməməsi səbəbindən, Kəmalənin valideynləri ilə birlikdə onun iş yerinə gəlib, hay-küy salmaqla 16.000 manat pulu ondan tələb etdiklərini, buna görə məcbur olub, ona zəng vurmaqla həmin məbləğdə pulu borc olaraq istədiyini, pulu təhvil aldıqdan sonra isə Kəmaləyə qaytardığını demişdir. Təxminən 01 ay sonra Anar borc aldığı pulu ona tam şəkildə qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 1); cinayət işinin icraata götürülməsi haqqında 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 29); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 07 iyul 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 16000 manat məbləğində pulu borc olaraq Təqsirləndirilən şəxs verməyi öz öhdəsinə götürmüşdür (i.v. 39); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 65-66); 2 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş AZ-İİİ seriyalı 609259 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 75A); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 79); 21 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 80-84); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311 və 29, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 85-96); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur, bunların nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir; "xxxx" ASC-nin 01 iyun 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%i olaraq 4000 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 16000 manat olmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 4000 (dörd min) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, ittiham tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-187/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-187/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver