Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-188/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə tanıdığı Zərərçəkmiş şəxs torpaq sahəsi almaq istəyinin olmasını bildikdən sonra özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.20 sot olan kənd təsərrüfat təyinatlı əkin istifadə növlü torpaq sahəsinin bir sotunu 3.000 manatdan olmaqla 0.5 sotunu ümumilikdə 15.000 manata Zərərçəkmiş şəxs satacağını yalandan bildirməklə etibarını qazanıb 2019-cu ilin iyul ayının sonlarından başlayaraq həmin torpaq sahəsində 2.000 manat, ikinci dəfə 2019-cu ilin avqust ayının ortalarında Abşeron rayonu. Masazır qəsəbəsində yerləşən “Riad” Ticarət Mərkəzinin yaxınlığında 4.000 manat, üçüncü dəfə 2019-cu ilin avqust ayının sonlarında həmin yerdə 3.000 manat, dördüncü dəfə 2019-cu ilin sentyabr ayının ortalarında həmin yerdə 2.000 manat və sonuncu dəfə 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 7-ci dairədə yerləşən “Asiman” şadlıq sarayının qarşısında 1.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Saray qəsəbəsində 20 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini o, 2005-2006-cı il tarixdə almışdır. Torpaq sahəsini dörd bir tərəfdən daş hasar çəkdirmiş və torpaq sahəsinin çıxarışı olmaqla tam mülkiyyət üzrə özünə məxsus olmuşdur. Orada o, başqa heç bir tikinti aparmamışdır. Zərərçəkmiş şəxs isə o, 2017-ci ildən tanıyırmış. O, özünə məxsus avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığından müştəriləri avtomobilə götürüb “Neftçilər" stansiyası yaxınlığına gətirirmiş. Nicat ilə də o, həmin avtomobillə onu aparan zaman tanış olmuşdur. Lakin sonradan həmin avtomobili o, satmışdır. Nicatı o, mütamadi olaraq avtomobillə aparıb gətirən ərəfələrdə onunla söhbət edən zaman sonuncu torpaq almaq istəməsini demişdir. O, Nicata Abşeron rayonu Saray qəsəbəsində 20 sot torpaq sahəm olmasını və satmaq istədiyini demişdir. Daha sonar Nicatla o, xatırlamadığı tarixdə həmin torpaq sahəsinə getmişlər və oraya baxmışdırlar. Bir neçə dəfə Nicatla o, həmin torpaq sahəsinə baxmış və o, torpaq sahəsini bəyənmişdir. Onlar öz arasında 5 sot torpaq sahəsinin bir sotunu 3.500 manatdan razılaşmışlar. Nicat bildirmişdir ki, torpaq sahəsinin pulunu iki dəfəyə hissə-hissə olmaqla verəcək. Nicatla razılaşdıqdan sonra o, ona bildirmişdir ki, torpaq sahəsinin pulunu tam ödədikdə torpaq sahəsini onun adına keçirəcəkdir. 2019-cu ilin iyul ayının sonlarında Nicatla torpaq sahəsində görüşmüş və ondan 2.000 manat pul almışdır. Həmin pulu bir neçə gün ərzində o, hissə-hissə olmaqla öz şəxsi məqsədləri üçün xərcləmişdir. 20 gün keçdikdən sonra o, 2019-cu ilin avqust ayının ortalarında Nicatla Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Riad" Ticarət Mərkəzinin yaxınlığında görüşmüş, həmin vaxt Nicat 4.000 manat pul vermişdir. O, pulu alıb saymış və cibinə qoymuşdur. Həmin pulu da bir neçə gün ərzində o, hissə-hissə olmaqla öz şəxsi məqsədləri üçün xərcləmişdir. 2019-cu ilin avqust ayının sonlarında Nicatla yenidən “Riad” Ticarət Mərkəzinin yaxınlığında görüşmüşdür. Həmin vaxt Nicatdan o, 3.000 manat pul almışdır. 2019-cu ilin sentyabr ayının ortalarında Nicat yenidən “Riad" Ticarət Mərkəzinin yaxınlığında görüşmüş və sonuncu 2.000 manat pul vermişdir. Sonuncu dəfə Nicatla o, 2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu, Nobel prospekti 7-cı dairədə yerləşən “Asiman" şadlıq sarayının qarşısında görüşmüşdür. Həmin vaxt Nicatdan o, 1.000 manat pul almışdır. Nicat ümumilikdə torpaq sahəsini almaq üçün 12.000 manat pul vermişdir. Nicatdan aldığı ümumilikdə 12.000 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Nicat ilə istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə onun istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə əlaqə saxlayıb görüşmüşdür. 12.000 manat pulu Nicatdan hissə-hissə aldıqdan sonra o, telefonunu söndürmüş və ondan yayınmağa başlamışdır. Sonrakı günlərdə ona yenə də pul lazım olmuş, ona görədə torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bunun üçün də o, tanıdığı Müslüm adlı makler ilə görüşüb ona torpaq sahəsi barədə məlumat vermişdir. Bir neçə gündən sonra Müslüm torpaq sahəsi üçün müştəri tapmışdır. Həmin müştərinin kimliyini o, unutmuş və özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 20 sot torpaq sahəsini ümumilikdə 30.000 manata həmin şəxsə satmışdır. Əldə etdiyi 30.000 manat pulu da öz şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 20 sot torpaq sahəsinin 5 sotunu satmaq adı ilə ümumilikdə 12.000 manat pul almışdır. Nicatdan pul alan zaman yanlarında qeyri-rəsmi yaşadığı Ülkər adlı qadın olmuşdur. Lakin həmin qadın Nicatı aldatmaq və onun pulunu ələ keçirmək niyyətinin olmasını bilməmişdir. Hazırda o, imkanı olmadığından Nicata 12.000 manat pulu qaytarmamışdır. Əməlindən peşman olduğunu, ailəli olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidləri məhkəmə iclasında verdiyi ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzində mərmər ustası işləmişdir. Hər gün evdən işə taksi sürücüsü Təqsirləndirilən şəxs ilə gedib-gəlirmiş. Həmin vaxtdan da onun Yasin ilə münasibətləri yaranmışdır. 2020-ci ilin iyul ayında o, Yasinə özünə torpaq sahəsi almaq istədiyini və münasib torpaq olarsa məlumat verməsini xahiş etmişdir. 3-4 gün sonra Yasin arvadının xəstə olduğu üçün əməliyyat olunacağını və buna görə də Abşeron rayonu Saray qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini satdığını və həmin torpaq sahəsinə baxıb razılaşa biləcəkləri halda almasını təklif etmişdir. Yasin ilə birlikdə Saray qəsəbəsinə gəlib onun satdığı torpaq sahəsinə baxmışdır. Həmin torpaq sahəsini bəyəndiyi üçün o, Yasinə həmin torpaq sahəsini hansı qiymətə satdığını soruşmuşdur. Yasin həmin torpaq sahəsini ümumilikdə 15.000 manata satdığını demiş və sonuncuya həmin məbləğdə pulunun olmamasını, lakin, hissə-hissə 2 ay müddətində həmin pulu verəcəyini demişdir. Yasin də pulu verdikdən sonra torpaq sahəsini adına keçirdəcəyinə söz vermişdir. 2019-çu ilin iyul ayının sonlarında o, Yasinə torpaq sahəsinin yanında ilkin olaraq 2.000 manat pulu vermiş və qalan pulu da verəcəyini bildirib getmişdir. 20 gün keçdikdən sonra Yasin ilə o, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Riyad” ticarət mərkəzində görüşüb ona 4.000 manat pul vermişdir. 10 gün sonra, yəni 2019-cu ilin avqust ayının sonlarında o, Yasin ilə yenə “Riyad" ticarət mərkəzində görüşüb ona torpaq üçün 3.000 manat pul vermişdir. 2019-cu ilin sentyabr ayının ortalarında “Riyad” ticarət mərkəzində görüşüb Yasinə 2.000 manat pul vermişdir. Bundan bir həftə sonra 2019-cu ilin sentyabr ayının sonlarında Xətai rayonu ərazisində “Nargilə” dairəsi deyilən yerdə “Asiman” şadlıq evinin qarşısında Yasinə satacağı torpaq üçün 1.000 manat pul vermişdir. Ümumilikdə o, Yasinə 12.000 manat pul vermişdir. Yasinə qalan 3.000 manat pulu isə o, tezliklə verəcəyini deyib sağollaşmışdır. 10 gün sonra o, 3.000 manat pulu da hazır edib Yasinə zəng edib 3.000 manat pulu düzəltməyini və artıq alqı-satqını rəsmi qaydada həyata keçirmək lazım olmasını demişdir. Yasin də səhəri gün görüşüb alqı-satqıya gedəcəklərini bildirmişdir. Səhəri gün Yasinin mobil telefonuna zəng etmiş, lakin operatorlar tərəfindən telfona zəng çatmadığı bildirilmişdir. Dəfələrlə o, Yasinə zəng etsə də, mobil telefonu söndürülmüşdür. Bundan sonra o, Yasinin qayını Elşada zəng edərək Yasini axtardığını demişdir. Elşladla danışdıqda ona məlum olmuşdur ki, Yasindən almaq istədiyi torpaq sahəsi Elşada məxsus olmuşdur. Elşad Yasinin torpaq sahəsini başqa bir nəfərə sataraq Ülkər adlı qadınla Türkiyə Cumiriyyətinə getdiyin bildirmişdir. Bundan sonra ona artıq məlum olmuşdur ki, Yasin mobil telefon zənglərinə cavab verməməsinin səbəbi aldığı pulu qeyri-rəsmi münasibəti olan qadınla gəzməyə getmiş və ailəsinədə məlumat verməyərək onu aldatmışdır. Yasinin aldatması ilə əlaqədar olaraq o, Abşeron rayon polis idarəsinə şikayət etmiş və polis idarəsinin həyətində Yasin söz vermişdir ki, aldığı 12.000 manat pulunu qaytaracaq və şikayətini geri götürsün. 2020-ci ilin dəqiq xatırlamadığı ayında təsadüfən Yasini Bakı Metropolitenin Nizami rayonu ərazisində olan “Q.Qarayev” stansiyası yaxınlığında görüb ona yaxınlaşmış, Yasindən onu nə səbəbə görə aldatmasını soruşmuş və pulunu geri qaytarmasını tələb etmişdir. Lakin Yasin yaxşı olacağını deyib pulunu yaxın günlərdə qaytaracağına söz vermişdir. Lakin Yasin hələdə onun pulunu qaytarıb verməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs bağışlamır və ona dəymiş 12.000 manat ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1r Telman qızı ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir və birgə nigahdan iki övladları vardır. Bir ilə yaxındır ki, Yasin onunla bir evdə yaşamır. xx xxxxxx 2019-cu il tarixdə azyaşlı oğlu Nurlanla birlikdə 9-cü mikrorayonda yerləşən üzümçülük məktəbinə getmiş və orada Nurlanın idmandan çıxmağını gözləmişdir. Həmin vaxt Yasinin mobil telefonu ilə əlaqə saxlamaq istədikdə telefon zənglərinə cavab verməmişdir. Bundan sonra o, evə gəlmiş və yenidən Yasinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin sonuncu yenə də telefonu açmamışdır. Bir neçə gün Yasini axtarsada onu tapa bilməmiş və sonradan Yasin özü zəng edib Türkiyə Cumuriyyətində olduğunu və gələcəyini demişdir. Sonradan məlum olmuşdur ki, Yasın bir qadınla Türkiyə Respublikasına gəzməyə getmişdir. Bir neçə aydan sonra onların evlərinə polis gələrək Yasinlə maraqlanmağa başlamışdır. Həmin vaxt artıq məlum olmuşdur ki, Yasin xəbəri olmadan ailəsinə məxsus Saray qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini Nicat adlı şəxsə 12.000 manata satmaqla, Nicat adlı şəxsi aldadaraq 12.000 manat pulu ələ keçirməklə, sözü gedən torpaq sahəsini başqa bir şəxsə satıb və Nicat adlı şəxsi aldatmışdır. Bundan sonra o, Yasinin nömrəsinə “WhatsApp" sosial şəbəkəsində məlumat verib “səni polis axtarır” demişdir. Bir neçə gündən sonra Yasin evə gəlmiş və aralarında olan söhbət zamanı sonuncu özü ailəsinə məxsus torpaq sahəsini Nicat adlı şəxsə 12.000 manata satmasını və pulu aldıqdan sonra torpaq sahəsini başqa bir şəxsə satmasını demişdir. Yasin xahiş edərək onunla birlikdə Abşeron rayon polis şöbəsinə getməyini və polisdə tutulacağından qorxduğunu deyərək, onu tək buraxmamağını demişdir. Yasinlə o, birlikdə polis şöbəsinə getmiş, orada ilkin olaraq Nicat adlı şəxsi görmüş və Nicat Yasinə yaxınlaşaraq nə səbəbə görə onu aldatdığını bildirdikdə. Yasin cavab olaraq pulunu qaytarmasını demiş və Nicatdan ərizəsini geri götürməyini xahiş etmişdir. Artıq polis şöbəsində əmin olmuşdur ki, adını və soyadını sonradan bildiyi Zərərçəkmiş şəxs Yasin aldadaraq Nicatdan aldığı 12.000 manat pulu X5 adlı qadınla gəzməyə gedib xərcləmişdir. Yasinin niyyəti Zərərçəkmiş şəxs aldatmaq olmuş, belə ki, Nicatdan 12.000 manat pulu aldıqdan sonra torpaq sahəsini başqa bir adını bilmədiyi şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının əridir və onlar bir yerdə yaşamırlar. 2011-ci ilin aprel ayında özünə Abşeron rayonu Saray qəsəbəsində yerləşən boş torpaq sahəsindən 15 sot torpaq almaq qərarına gəlmişdir. Həmin vaxt həmin sahədən 15 sotunu özünə, 5 sotunu isə Yasin özünə almışdır. Lakin torpağın ümumi olaraq 15.000 manatını o, digər 5.000 manatı isə Yasin özü verdikdən sonra, razılığı ilə sonuncu torpağın bütün 20 sot sahəsini öz torpaq sahəsini Şahid4 etibarnamə verməklə torpaq sahəsinin satışını həyəta keçirmişdir. Bundan sonra Nicat Yasin tərəfindən aldadılması ilə bağlı polis şöbəsinə şikayət etmişdir. Yasinlə görüşüb ona nə səbəbə görə torpağı xəbəri olmadan satmasını bildirdikdə, heçnə deməyərək sakit dayanaraq peşman olduğunu deyib pulu qaytaracağını demişdir. Lakin onun danışığı yalan olmuş, torpağın satması ilə əldə etdiyi pulu qaytarmamış və ailəsini tərk edərək Şahid3 ilə birlikdə Türkiyə Respublikasına gəzməyə getmişdir. Yasin makler işləyən Şahid4 köməkliyi ilə 20 sot torpaq sahəsini rəsmi olaraq X10 ilə alqı satqı edərək satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o əvvəllər evli olmuş və bir azyaşlı uşağı vardır, lakin sonradan boşanmışdır. Təqsirləndirilən şəxs iki il müddətdir ki, tanıyır. Belə ki, Yasinin dostunun çörək bişirmə sexində işləmiş və Yasini orada görüb tanış olmuşdur. Yasinlə tanış olduqdan sonra münasibəti yaranmış və onlar qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamağa başlamışlar. Təqsirləndirilən şəxs özünə məxsus markasını bilmədiyi avtomobili olmuş, Yasin həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin ortalarında Yasin özünə məxsus avtomobili satmış və müxtəlif bahalı markalı avtomobillər idarə etməyə başlamışdır. Yasindən o, pulu haradan əldə etməsini soruşmuş, sonuncu da demişdir ki. “gizli bir işdə işləyirəm və artıq taksi fəaliyyəti ilə məşğul olmayacam”. Yasin həmçinin bildirmişdir ki, “Rent A Car” şirkətində çoxsayda avtomobilləri vardır. Lakin Yasinin pulu haradan almasını o, bilməmiş və onda pul olmasını görməmişdir. Yasinin hər hansı bir yerdə əmlakı və yaxud torpaq sahəsi olmasını da bilməmiş və görməmişdir. Yasin özü də bu barədə heç nə deməmişdir. Yasin onu və azyaşlı oğlunu xatırlamadığı tarixdə gəzmək və istirahət etmək üçün Türkiyə Cümuriyytətinə aparmış, orada onlar oteldə qalmış və istirahət etmişlər. Bir ay Türkiyə Cumuriyyətində oteldə qalmışlar. Orada odluğu müddətdə bütün xərcləri Yasin ödəmiş, lakin onun pulu haradan əldə etməsini o, bilməmişdir. Sonradan onlar Bakı şəhərinə gəlmişlər. 2020-ci ilin fevral ayının 03-dən Yasin evə gəlmədiyi üçün narhat olmağa başlamışdır. Yaşadığı evə polis əməkdaşları gəlmiş və Yasinin tutulmasını bildirib ifadə verməyi üçün ona Xətai RPİ-nə getməyini bildirmişdirlər. Yasinin kimdənsə pul almasını və yaxud da Yasinin pulunun olmasını o, görməmişdir. Yasin pulları haradan almasını ona deməmişdir. Bu barədə ondan soruşduqda o, işinə qarışmamasını demişdir. Təqsirləndirilən şəxs torpaq sahəsi olmasını o, bilməmişdir. Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 20 sot torpaq sahəsinin 5 sotunu X2 üçün yalandan aldadaraq Nicata ümumilikdə 12.000 manat pulunu ələ keçirməsini və Türkiyə Cümuriyyətində xərclədiyi pulları torpaq sahəsini sataraq əldə etmişdir. Zərərçəkmiş şəxs o, tanımır və görməmişdir. Yasin onun yanında heç kimdən pul almamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanımışdır. 2019-cu ilin iyul ayında Yasin ilə söhbət zaman, Yasin ona məxsus Saray qəsəbəsində torpaq sahəsi olmasını, lakin torpaq sahəsinin çıxarış sənədi naməlum şəraitda itməsini bildirmiş və sənədin bərpa edilməsi ilə bağlı ona köməklik göstərməsini xahiş etmişdir. Bu məqsədlə Yasin notariat kontorunda etibarnamə vermişdir ki, sənədlərin itməsi ilə bağlı müvafiq qurumlara müraciət etmişdir. Yasindən nə səbəbə görə özünün müraciət etməməsini soruşmuş, Yasin də cavab olaraq vaxtının olmadığını demişdir. Yasin adına Sumqayıt şəhərində yerləşən 3 saylı notariat kontorunda etibarnamə vermişdir ki, onun adından müvafiq orqanlara müraciət edib itmiş sənədə dair arayış əldə edib çıxarış ala bilsin. Bu məqsədlə Abşeron rayon polis şöbəsində və “Azərnəşriyyata” Təqsirləndirilən şəxs məxsus çıxarış sənədinin itməsi barədə müraciət etmişdir. Müraciət etdiyi qurumlardan cavabları alandan sonra Abşeron rayon 4 saylı reyestr xidmətinə müraciət etmək istədikdə tanımadığı nömrədən zəng olunaraq özünü Təqsirləndirilən şəxs qayını kimi tədim edən Elşad adlı şəxs görüşmək istədiyini bildirib harada olmasını soruşmuşdur. Onlar reyestr xidmətinin yanında sonradan kimliyini bildiyi Şahid2 ilə görüşmüş və aralarında olan söhbət əsasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs torpaq sahəsinə aid olan çıxarış sənədi itməmiş, belə ki, Elşadın özündədir. Elşad həmin torpaq sahəsinə aid çıxarış sənədi göstərmiş və bildirmişdir ki, “Yasin bilə-bilə ki, sənədlərin əsli ondadır və həmin torpaq sahəsinin 15 sot sahəsi ona məxsusudur, sadəcə işi olduğundan torpağın sənədləşməsini Yasinə inandığından torpağın sənədləşməsinin bütövlükdə Yasinin adına rəsimləşdirilməsinə etiraz etməmişdir”. Bundan sonra müvafiq orqanlara müraciəti əsasında cavab verilən sənədləri Elşada vermişdir. Sonradan ona məlum olmuşdur ki, Yasin adı çəkilən torpaq sahəsini bir neçə şəxsə satmaqla pulu ələ keçirmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 160-163-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 62-ci vərəqəsində olan xx xxxxx 2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 və qeyriləri mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi yerləşən 0.20 ha torpaq sahəsini Təqsirləndirilən şəxs satmışdırlar. Cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və xx xxx 2011-ci il tarixdə qeydiyyata alınmış çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi yerləşən 0.20 ha torpaq sahəsi mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 69-cu vərəqəsində olan xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi yerləşən 0.20 ha torpaq sahəsini X1. Cinayət işinin 167-177-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx xxxxx 2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və xx xxx 2011-ci il tarixdə qeydiyyata alınmış çıxarış və xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Şamilov X7 Qarnizonu Hərbi Tribunalının xx xxxxx 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 241 maddəsinin “A” bəndi ilə təqsirli bilinərək, həmin Məcəllənin 42-1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzas 02 (iki) il müddətinə təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, məhkumluğunun olmadıdığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbs etməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxx 2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və xx xxx 2011-ci il tarixdə qeydiyyata alınmış çıxarış və xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxx 2011-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı ******* nömrəli və xx xxx 2011-ci il tarixdə qeydiyyata alınmış çıxarış və xx xxxx 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-188/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-188/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver