Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-189/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikahda olan, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkuml olunmuş, Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 169 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, ehtiyyatsızlıqdan zərərçəlcmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs o, xx xxxxxx 2020-ci il tarixdə saat 22:15-də AD seriyalı 142462 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus texniki cəhətdən saz və yüksüz vəziyyətdə olan BMW 535 markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində “Xəzər” dairəsi istiqamətində hərəkət etdirib, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və Gəncə prospekti 26 saylı ünvanın qarşısında idarə etdiyi avtomobillə yolu sağdan sola qaçaraq keçib hərəkətinə davam edən piyada X3 avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan X2 dərəcəsinə görə, ümumilikdə sağlamlığa ağır zərər vurmaya aid olan başın sol gicgah nahiyəsində şişkinlik və dərialtı qansızma ilə qeyd olunan baş beyin toxumasının əzilməsi, baş beynin maddəsinə, qişasına və mədəciklərə qansızmalar, sol gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ və sol alın nahiyələrində şişkinli qançırlar və üzərində nəm sıyrıqlar, sağ göz orbitası və gözaltı nahiyədə şişkinli qançır ilə müşayiət olunan sağ göz almasının ağlı qişasında qansızma; döş qəfəsinin ön səthinin sol yarısında sol X-Xİ-Xİİ qabırğaların qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; hər iki çiyin qurşağı, döş qəfəsi, sol dirsək qabarı, sol çanaq və sol bud nahiyələrində nəm sıyrıqlar, sol bazu sümüyünün qapalı sınığı və sınıq ətrafı yumşaq toxumalarda şişkinli qançırdan ibarət xəsarətlərin almasına və Elnar Eynullayevin aldığı xəsarətlərdən təcili tibbi yardım avtomobili ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına çatdırılarkən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17-18 radələrində özünə məxsus olan “BMW 5351” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə işlətdiyi çayxanaya getmişdir. Həmin gün saat 22:00 radələrində çayxanadan çıxıb bazarlıq etmək üçün “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Orada 10- 15 dəqiqə qalandan sonra avtomobili ilə işlətdiyi çayxanaya qayıtmışdır. Həmin gün saat 22:30 radələrində Gəncə prospekti ilə idarə etdiyi avtomobillə “Xəzərin dairəsi” istiqamətində hərəkətdə olarkən təxminən 100 metr qarşıda iki nəfər şəxsin yolu sağdan sola keçdiyini görmüşdür. Həmin şəxslərə çatanda onlar artıq yolun bordyur hissəsində olmuşlar. Həmin vaxt anidən daha bir azyaşlı uşağın yolun sağ tərəfindən sol tərəfinə qaçdığını görmüşdür. Avtomobillə piyadanı vurmamaq üçün tormoz əyləcini basıb avtomobili bir az sol tərəfə çəkmişdir. Lakin uşağı görəndən 1-2 saniyə keçməmişdir ki, təxminən 60-70 km/saat sürətlə idarə etdiyi avtomobilin qabaq sağ tərəfi həmin uşağa dəymişdir. Bu qəflətən olduğu üçün hadisənin qarşısını almağa macal tapmamışdır. Zərbədən piyada təxminən 25 metr qabağa, qarşı hərəkət zolağına atılmışdır. İdarə etdiyi avtomobil piyadaya çırpılandan dərhal sonra tormoz əyləcini tam basmışdır. Bundan sonra avtomobil dayanmış və avtomobildən düşüb tez xəsarət alan şəxsə tərəf qaçmışdır. Həmin vaxt oraya tanımadığı şəxslər toplaşmışdır. Mobil telefonla atası Sadıqa zəng edib yaralıya kömək etmək üçün oraya çağırmışdır. Bundan başqa hadisə yerində olan tanımadığı şəxslərdən xahiş etmişdir ki, xəsarət alan şəxsi xəstəxanaya aparsınlar. Onun xahişi ilə tanımadığı şəxslərdən biri “təcili-tibbi yardım”a zəng etmişdir. Təxminən 7-8 dəqiqə sonra həkimlər hadisə yerinə gəlmişlər. Həkimlər xəsarət alan şəxsi xəstəxanaya aparmışlar. Həmin şəxsin ölüb-ölmədiyini bilməmişdir. Lakin sonradan həmin şəxsin aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, ailəli olduğunu, himayəsində bir az yaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, X7 doğma oğludur və bir evdə yaşamışlar. 2008-ci il təvəllüdlü Məryəm Eynullayeva adlı qızı var. Özü isə Bakı şəhəri, Səbair rayonunda yerləşən N saylı hərbi hissədə operator işləyir. Həyat yoldaşı Eldəniz Eynullayev 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. Oğlu Elnar xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Xətai rayonu 269 saylı orta məktəbin 10 C sinifində oxumuşdur. Oğlu hər hansı bir xəstəlikdən əziyyət çəkməmiş və həyat sevən gənc olmuşdur. 2019-cu ilin dekabr ayının 31-də Elnar Bakı şəhəri, Xətai rayonu “Kənd Əhmədli”-də yaşayan babası Tahir Qarayevgilə qonaq getmiş və növbəti gün - xx.xx.2020ci il tarixdə saat 17:00 radaələrində babasının evindən çıxaraq öz dostları ilə Xətai rayonu, Gəncə prospektində yerləşən “Playstation” oyun salonuna getmiş və saat 22:00 radələrinə kimi orada olmuşlar. Həmin oyun salonundan çıxandan sonra dostları ilə asfalt yola çıxmış, yolu asta qaçışla keçərkən sonradan ad və soyadını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə oğlunu vurmuş, hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə oğlu yaxınlıqdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına apanlarkən yolda ölmüşdür. Hadisədən dərhal sonra bu barədə bilmiş və morqa gəlmişdir. Növbəti gün oğlu Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışlar və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYP Qİİ tərəfindən xx xxxxxx 2019-cu il tarixində verilmiş AD seriyalı 142462 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. xx xxxxxx 2029-cu il tarixədək etibarlıdır. Cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2019-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2013, ban nömrəsi WBAFR7C50DC826901, qara rəngli, “BMW 5351 minik” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 22-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli, 2/45 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Cinayət işinin 48-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X17 tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 01 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1. E.E.Eynullayevin meyitinin məhkəmə - tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın sol gicgah nahiyəsində şişkinlik və dərialtı qansızma ilə qeyd olunur baş beyin toxumasının əzilməsi, baş beynin maddəsinə, qişasına və mədəciklərə qansızmalar, sol gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları, başın sağ və sol alın nahiyələrində şişkinli qançırlar və üzərində nəm sıyrıqlar, sağ göz orbitası və gözaltı nahiyədə şişkinli qançır ilə müşayət olunan sağ göz almasnın ağlı qişasında qansızma; döş qəfəsinin ön səthinin sol yarısında sol X-Xİ-Xİİ qabırğaların qapalı sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalar; hər iki çiyin qurşağı, döş qəfəsi , sol dirsək qabarı, sol çanaq və sol bud nahiyələrində nəm sıyrıqlar, sol bazu sümüyünün qapalı anığı və sınıq ətrafı yumşaq toxumalarda şişkinli qançır həyati olub, bərk küt aşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə nan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın qamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. E.E.Eynullayevin ölümünə səbəb - başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvələ uyğun gəlir.
3. E.E.Eynullayevin meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 73-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 8/255 saylı məhkəmə yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki, “BMW 535” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2, 62, 181.2.1, 181.2.2, 181.2.5, 62, 66.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2015-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə şərti cəzası başa çatmışdır. Cinayət işinin 79-107-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-935/13 saylı xx xxxxxx 2013-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2013-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 45-ci vərəqəsində olan Xətai rayon MKTB-in 91 saylı Mənzil-X13 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 1 mənzil 169 ünvanında yaşayır. Yaşadığı müddət ərzində onun haqqında 91 saylı MKİS-nə yazılı və ya şifahi şəkildə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 42-ci vərəqəsində olan 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ № 333030 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 doğulmuş X10 atası hesab edilmişdir və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə “222” nömrə ilə qeyd edilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan 2 saylı Bakı “ASAN xidməti” tərəfindən xx xxxx 2017-ci il tarixində verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxx 2017-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X9r. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Barışmışlar. Cəza təyin edərkən ona yüngül cəza təyin edəlməsini xahiş etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cimaddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yol salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin, olmadığını, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu, himayəsində bir az yaşlı uşağının olduğunu, yaşadığı yerdən müsbət xarakterizə olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-935/13 saylı xx xxxxxx 2013-cü il tarixli hökmü ilə məhkum olunarkən, cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residiv müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətlərin residivi nəzərə alınmamalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş – polisin nəzarəti altına vermə qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən İbrahim İbrahimli