Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-19/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı X2 və onun nümayəndəsi X1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ağdam rayonunun Suma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ağdam rayonunun Suma kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı – Bolqarıstan Respublikasının vətəndaşı X18 Ahmedin 2020-ci ilin mart ayının əvvəlində yaşadığı ünvan 2 ünvanında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan oğlu Mustafaya çatdırmaq üçün ona verdiyi 34000 manata bərabər olan 20000 ABŞ dolları pulu Mustafaya çatdıracağına dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb həmin puldan 10000 ABŞ dolları pulu tanışı Elşən adlı şəxsin vasitəsilə İstanbulda yaşayan Mustafa Salehin tanışı Serkan adlı şəxsə çatdırmış, qalan 17000 manata bərabər olan 10000 ABŞ dolları pulu isə ələ keçirərək zərərçəkmiş şəxs X18 Ahmedə xeyli miqdar hesab edilən 17000 (on yeddi min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində qadın geyimlərinin satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs2 ona Türkiyənin İstanbul şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki şəxsə çatdırmaq üçün 2020-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında verdiyi 7000 manat pulu, 2020-ci ilin may ayının əvvəllərində ünvan 3 ünvanının qarşısında verdiyi 8000 manat pulu və 2020-ci ilin may ayının sonlarında ünvan 4 ünvanın yaxınlığında verdiyi 5500 manat pulu 12000 ABŞ dolları şəklində yuxarıda qeyd edilən şəxslərə çatdıracağına dair yalan vəd verib əslində isə vədinə əməl etməməklə aldadıb həmin pulları və Zərərçəkmiş şəxs2 ona görəcəyi iş müqabilində sonuncu məbləğlə eyni vaxtda zəhmət haqqı kimi verdiyi 100 manat pulu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 20600 (iyirmi min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hair Salehi 2 ilə yaxındır ki, tanıyır. X11 şəhərində mənzili var, Hair mənzili yerli bir sakinə kirayəyə verib. Həmin şəhərdə şərik işlədiyi Ahmed adlı şəxsin turizm şirkəti var. Hairin kirayəçisi hər ay mənzilin kirayə pulunu Ahmedin ofisinə verirdi, özü isə Bakıda həmin pulu Haira verirdi. Buna görə onlar arasında münasibətlər yaranmışdır. Təxminən 2020-ci ilin avqust ayının sonunda Hair ona bildirmişdir ki, İstanbul şəhərində yaşayan iş adamına 20.000 ABŞ dolları pul göndərməlidir və ondan xahiş etmişdir ki, bu məsələdə ona köməklik etsin. Turizm sahəsində çalışdığı üçün xarici dövlətlərə gedib-gələn tanışlarının olduğunu Hair bilmişdir. Haira bildirmişdir ki, heç bir problem yoxdur, pulun göndərilməsini təşkil edər. Bu məqsədlə Hairin yaşadığı ünvan 5 ünvanına gəlmiş və sonuncudan 20.000 ABŞ dolları pulu götürmüşdür. Həmin vaxt Hair mənzildə tək olmuşdur. Bundan əlavə o, göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bir tanışının vasitəsilə tanımışdır. Onlar arasında münasibət yarandıqdan sonra bir neçə dəfə Oqtaya kömək edərək sonuncunun dediyi – İstanbulda qadın geyimlərini satan şirkət rəhbərlərinə pul çatdırmışdır. 2020-ci ildə Oqtay ona 12000 ABŞ dolları ekvivalentində olan manatla pul vermişdir, dəqiq tarixlər yadında deyil, həmin vaxtı pulu Oqtaya geri verməmişdir. O bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam olaraq ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İraqın Kərkük şəhərində doğulmuş, milliyyətçə türkmandır, buna baxmayaraq Azərbaycan dilində sərbəst danışa və yaza bilirş. 1970-ci ildə ali təhsil almaq üçün Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə yollanmışdır. Sofiya Universitetinin «Politologiya» fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Sofiya şəhərində qalmışdır. Bolqarıstanda müxtəlif vəzifələrdə işləmişdir. 2018-ci ildə təqaüdə çıxmış və həmin vaxtdan Bakıda qalıb yaşamışdır. Bakı şəhərində şəxsi mənzili var. Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Belə ki, Kərkük şəhərində ona məxsus olan fərdi yaşayış evi var. Həmin evi aylıq ödənişi 5 000 ABŞ dolları olmaqla kirayəyə vermişdir. Kirayəşin evin kirayəsini Kərkük şəhərində fəaliyyət göstərən turizm şirkətinin rəhbəri olan Ahmed Dabbax adlı şəxsə verir. Ahmed milliyyətçə türkmandır, Kərkükdə yaşayır. Musa isə Ahmedin şərikidir. Ahmed kirayə pulu olan 5000 ABŞ dollarını orada alırdı, Musa isə həmin pulu ona burada verirdi. Bu təxminən bir ildən artıq bu şəkildə davam etmişdir. 2020-ci ilin mart ayında İstanbul şəhərində yaşayan və orada tekstil alveri ilə məşğul olan oğlu Mustafaya təcili olaraq 20000 ABŞ dolları pul lazım olmuşdur. Musa tez-tez Türkiyəyə gedib-gəldiyi üçün sonuncuya zəng edərək Türkiyədə yaşayan oğluna təcili olaraq 20000 ABŞ dolları pul çatdırmaq lazım olduğunu bildirmişdir. Musa yaxın günlərdə Türkiyəyə gedəcəyini və pulu oğluna çatdıra biləcəyini bildirmişdir. Bundan sonra Musanı yaşadığı mənzilə dəvət etmişdir. 2020-ci ilin mart ayının əvvəlində Musa yaşadığı ünvan 6 ünvanına gəlmişdir. Orada böyük oğlu Əhmədin yanında 20000 ABŞ dolları pulu Musaya vermişdir ki, Musa həmin pulu İstanbulda yaşayan oğlu Mustafaya çatdırsın. Musanın sözlərinə görə o, həmin gün İstanbula iki nəfər şəxslə uçurdu. Növbəti gün «WhatsApp» proqramı vasitəsilə Musanın istifadə etdiyi +**********12 mobil nömrəsinə zəng etmişdir. Musa cavab verərək İstanbul şəhərində olduğunu və pulu həmin gün oğluna çatdıracağını bildirmişdir. Lakin Musa pulu oğluna çatdırmamışdır. Bir neçə gün Musaya zəng etmiş, səsli mesajlar göndərmiş, lakin Musa cavab verməmişdir. Təxminən üç gündən sonra Musa səsli mesaj göndərərək problemin olduğunu və Bakıya qayıdan kimi pulunu qaytaracağını demişdir. Lakin Musadan bir xəbər çıxmamışdır. Musaya bir neçə dəfə «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə zəng etmiş və səsli mesajlar göndərmiş, lakin Musa zənglərinə və səsli mesajlarına cavab verməmişdir. Bir müddət sonra Musa özü zəng edərək guya Rusiyadan ona pul göndəriləcəyini və pulunu tez bir zamanda qaytaracağını bildirmişdir. Lakin Musa bu dəfə də onu aldatmış və yenidən uzun müddət zənglərinə cavab verməmişdir. Arada Musa özü ona zəng edib müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa çalışmışdır. Artıq başa düşmüşdür ki, Musa pulu qaytarmaq istəmir, ona görə də ondan polisə şikayət etmişdir. Sonradan Musa bildirmişdir ki, 20000 ABŞ dolları puldan 10000 ABŞ dolları pulu bir dostuna verib ki, Mustafaya çatdırsın. Lakin oğlu Mustafa ilə danışmış, Mustafa isə bunu inkar etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərərk, hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etdiyini qeyd edərək, təqsirləndirilən şəxs barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində xırda alverlə məşğul olaraq Türkiyədən qadın geyimləri gətizdirib satışını edir. 2020-ci ilin yanvar ayına qədər özü Türkiyənin İstanbul şəhərinə gedib oradan müxtəlif şirkətlərdən qadın geyimlərini alıb Bakıya gətirmişdir. Təxminən 2020-ci ilin yanvar ayında tanışı Arazın vasitəsilə Təqsirləndirilən şəxs ilə Binə ticarət mərkəzində tanış olmuşdur. Belə ki, Araz ona Təqsirləndirilən şəxs Türkiyədə kimə lazımdırsa pul çatdıra biləcəyini demişdir. Bu isə işinə çox yarıyırdı çünki o yollarda vaxt itirməyəcəkdi. Bir neçə dəfə Musaya pul vermişdir ki, pulu ona mal göndərən şirkətlərin sahiblərinə çatdırsın. Musa da ona həmin pulları Türkiyədə işləyən şəxslərə çatdırdıqdan sonra sifariş verdiyi malları Karqo vasitəsi ilə adına göndərirdilər. Musaya pulu Azərbaycan manatı ilə verirdi, Musa isə bir ABŞ dollarını 1,7020 AZN kimi qiymətləndirib verdiyi məbləğin ekvivalentində ABŞ dolları ilə olan məbləği Türkiyədə yaşayan tanışının və ya dostunun vasitəsilə onun mal aldığı şirkət rəhbərlərinə çatdırırdı. Beləliklə 2020-ci ilin fevral-mart aylarında Musaya 3-4 dəfə müəyyən məbləğlərdə pul vermiş, Musa da həmin pulları mal aldığı şirkət sahiblərinə çatdırmışdır. Verdiyi pulların müqabilində sifariş verdiyi mallar ona göndərilmişdir. Lakin 2020-ci ilin aprel ayının sonundan başlayaraq 2020-ci ilin may ayının sonunadək – bir ay müddətində Musaya hissə-hissə olmaqla, ümumilikdə 20500 manat pul vermişdir ki, həmin pulları İstanbulda mal aldığı şirkət rəhbərlərinə çatdırsın. Bu məbləğ məzənnəyə görə təxminən 12000 ABŞ dolları pul etmişdir. Lakin Musa həmin pulları İstanbulda fəaliyyət göstərən mal aldığı şirkət sahiblərinə çatdırmamışdır. Bir neçə dəfə Musa ilə əlaqə saxlayıb danışmışdır. Hər dəfə Musa ona müxtəlif yalanlar söyləmişdir ki, pulu çatdırıb, hazırda pandemiyadır, ona görə də malın gəlişi gecikir. Musanın dediyinə inanıb gözləməyə başlamışdır. Sonradan o bilmişdir ki, Musa onu aldadıb və ona qarşı dələduzluq edərək pulunu ələ keçirib. Bir müddət sonra Musa ilə sonuncunun istifadə etdiyi ***-***-**-** nömrəsi ilə təkrar əlaqə saxlamışdır. Hər dəfə Musa ona müxtəlif bəhanələr gətirərək işlərin düzəldiyini və yaxın vaxtlarda malının gələcəyini bildirmişdir. Bir müddət sonra o Musaya zəng etmişdir. Lakin ona tanımadığı şəxs cavab verib bildirmişdir ki, həmin nömrəni alqı-satqı yolu ilə Musadan alıb. Buna görə də tam əmin olmuşdur ki, Musa onu aldadaraq dələduzluq etmişdir. Bundan sonra o, polisə müraciət etmişdir ki, Musanın barəsində qanuni tədbir görülsün. Musaya verdiyi 20500 manat puldan – 2020-ci ilin aprel ayının sonunda «Binə» ticarət mərkəzinin qarşısında 7000 manat vermişdir. Daha sonra pulun bir hissəsini – 8000 manat pulu Musa ilə danışdıqdan sonra sonuncunun adını bilmədiyi bacısı oğluna 2020-ci ilin may ayının əvvəlində kirayədə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hüseyn Məmmədov küçəsi, 5 nömrəli binanın qarşısında vermişdir ki, Musaya çatdırsın. Bacısı oğlu ilə göndərdiyi pulları aldığını Musa ona zəng edərək demişdir. Sonuncu 5500 manatı Musaya 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 27 saylı binanın yanında vermişdir, həmin vaxt Musaya zəhmət haqqı kimi 100 manat da əlavə pul vermişdir. Ümumilikdə Musaya 20.600 (iyirmi min altı yüz) manat pul vermişdir. Bundan sonra o, məhkəməyə ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Zərərçəkmiş şəxs2 dayısı Musanın tanışı kimi tanıyır. Oqtayla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Bildiyinə görə Oqtay «Binə» ticarət mərkəzində alverlə məşğuldur. Təxminən 2020-ci ilin yayında Musanı idarə etdiyi avtomobillə Oqtayın yaşadığı binanın yaxınlığına gətirmiş, Musa da avtomobildən düşərək Oqtayla görüşüb bir az söhbət etdikdən sonra geri qaytımışdır. Musa ilə Oqtayın arasında baş verənləri həmin vaxt bilməmişdir. Bundan təxminən 15 gün sonra dayısı Musanı idarə etdiyi avtomobillə Oqtayın işlədiyi «Binə» ticarət mərkəzinə aparmışdır. Bu dəfə də Musa Oqtayla görüşüb söhbət etmiş və geri qayıtmışdır. Həmin vaxt da Oqtayla Musa arasında baş verənlər haqda heç bir məlumatı olmamışdır. X13 aralarında olan söhbət haqda ona heç nə danışmamışdır. Bu görüşlərdən təxminən bir ay sonra Oqtay istifadə etdiyi ***-***- **-** saylı mobil nömrəyə zəng edərək X4 şəhərində yaşayan iki iş adamına çatdırmaq üçün pul verdiyini, lakin Musanın həmin pulu qeyd edilən iş adamlarına çatdırmadığını bildirmişdir. Oqtaya bu haqda Musaya deyəcəyini bildirmişdir. Lakin həmin ərəfələrdə Musanı görə bilməmişdir. Oqtayla isə həmin vaxtdan heç bir ünsiyyəti olmamışdır. Həmçinin, o, Zərərçəkmiş şəxs2 dayısı Təqsirləndirilən şəxs çatdırmaq üçün pul vermədiyini göstərmişdir. Şahid X16 Hair Alla məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid Ahmed Saleh X15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki o, X2 göstərdiyi xüsusatları təsdiqləyərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 09 mart 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti üzrə toplanmış HK-1/92/21 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 01); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 16); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 20.03.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir, 20.11.2017-ci il tarixdə cərimə cəzası dövlət nəfinə tam ödənilmişdir (i.v. 25-26, 96-98); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 29); axtarışda olan şəxsin tutulması haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40 radələrində Yasamal rayonu, ünvan 7 ünvanında tutulmuşdur (i.v. 39); 22 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X7 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 60-62); 22 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Ahmed X5 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 63-65); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 67-68); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 79); qətimkan tədbirinin seçilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 80-81); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 99); 30 aprel 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 108-110); 06 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 115-116); Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.10.2007-ci il təvəllüdlü, 08.07.2009-cu il təvəllüdlü, 20.08.2013-cü il təvəllüdlü 3 övladı var (i.v. 123-125); sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 08.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona yeni məzmunda ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər materiallar sübut növü kimi qiymətləndirilmişdir (i.v.127-132); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-321/2021 saylı 24.11.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs nəzərdə tutulmaqla axtarış elan olmuşdur; Zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş 10000 ABŞ dolları (17000 manat) maddi, 5000 manat mənəvi zərərin tutularaq zərərçəkmiş şəxs X3 verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin 02.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24.03.2022-ci il tarixdə saat 10:40 radələrində Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi yaxınlığında tərəflərindən saxlanılmışdır. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini qeyd edərək, təqsirləndirilən şəxsin barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4.), törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməklə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən olunması zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 21 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 24 mart 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarından göründüyü kimi zərərçəkmiş şəxs və mülki iddiaçı X2 nümayəndəsi tərəfindən məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş 10000 ABŞ dolları(17000 manat) maddi, 5000 manat mənəvi zərərin tutularaq zərərçəkmiş şəxs X3 verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini qeyd edərək, təqsirləndirilən şəxsin barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. CPM-nin: 89.4.20-ci maddəsinə əsasən cinayət prosesinin istənilən anında iddiadan imtina etmək mülki iddiaçının hüququdur. 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçının mülki iddiadan imtinasını qəbul edərək hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 24 mart 2022-ci il tarixdən 12 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı X2 mülki iddiadan imtinası qəbul edilərək mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-19/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-19/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver