Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-19/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısınun, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cü il tarixdə Laçın rayonu, Korcabulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı(FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 77/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı olan Zərərçəkmiş şəxs Əliağa oğluna özünü işgüzar nüfuza malik olan şəxs kimi təqdim edib onun dayandırılmış təqaüdünü bərpa elətdirəcəyinə dair yalan vad verib inandırmaqla aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ilk dəfə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında yerləşən parkın içərisində olan çayxanada 2500 manat pul vəsaitini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında yerləşən parkın içərisində olan çayxanada 5000 manat pul vəsaitini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında yerləşən parkın içərisində olan çayxanada 5000 manat pul vəsaitini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 5 ünvanında yerləşən parkın içərisində olan çayxanada 3500 manat pul vəsaitini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən "50Qəpik" restoranında 1000 manat pul vəsaitini, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən "50Qəpik" restoranında 1000 manat pul vəsaitini, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən "50Qəpik" restoranında 300 manat pul vəsaitini pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs Əliağa oğluna 17300 (on yeddi min üç yüz) manat məbləğində, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş sənədlər, rəsmi sənədlər və digər mötəbər və təkzibedilməz sübutların məcmusunda öz əksini tapan özünün etirafı ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri zərərçəkənin bildirdiyi məbləğ həcmində tam olaraq ödəmiş, onunla barışıq əldə etmişdir. Qardaşları İ Qarabağ müharibəsində şəhid olmuş, özü də İ Qarabağ müharibəsinin iştirakçısı olmuş, lakin bu barədə veteranlıq vəsiqəsi almamışdır. X9 Ali Hərbi Məktəbində müəllim vəzifəsində işləmişdir. Göstərilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliağa oğlu bildirmişdir ki, 1992-ci ilin iyun ayının 24-dən, 2009-cu ilin oktyabr ayının 18-nə kimi Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etmiş, 2009-cu ildə xəstəliklə bağlı təqaüdə çıxmış və 2021-ci ilin mart ayına qədər təqaüd alırmış. Axırıncı təqaüdü 1000 manata yaxın olmuş, 2021ci ilin mart ayında təqaüdü kəsilmiş və bu günə kimi təqaüd almırmış. 2021-ci ilin mart ayında özü müəyyən lazım olan yerlərdən sənədlər toplayaraq X2 təqdim etmişdir. 2021-ci ilin iyul ayının təxminən 02-də mən X2 getmiş və orada 2008-ci ildə X4 yerləşən HH-də bölük komandirinin müavini vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs görmüşdür. Xanoğlan həmin yerə nə üçün gəlməyilə maraqlanmış və ona təqaüdünün kəsildiyi üçün sənədləri toplayıb əlilliyin Bərpası Mərkəzinə təqdim etməsini bildirmişdir. Xanoğlan ona "pul verməyəcəyi halda təqaüdünü bərpa etməyəcəklərini" bildirmişdir. O, Xanoğlana "18 il yarım Daxili Qoşunlarda xidmət etməsini, nəyə görə əlilliyin bərpası üçün kimlərəsə pul verməli" olduğunu demişdir. Xanoğlan yanında kiməsə zəng edib təqaüdünün bərpasını həmin şəxsə demişdir. Telefonda danışdığı şəxs ona etibarlı şəxs olub- olmadığını maraqlanmış, Xanoğlan isə həmin şəxsə yaxın dostu olduğunu, işin tez həll etməsini tapşırmışdır. Həmin şəxs telefonda Xanoğlana əlillik işinin həll edilməsində köməklik edəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin şəxsin adını deməmişdir. Sonra mən Xanoğlanla Çanaqqala restoranına gedib orada yemək yemiş və orada Xanoğlan əlilliyinin bərpası üçün 17000 manat pulun lazım olduğunu, bildimişdir. O Xanoğlana inanıb 17000 manat pulu hissə-hissə verəcəyini, bunun qarşılığında isə Xanoğlan 17000 manat pulu aldıqdan 3 ay sonra təqaüdün bərpa ediləcəyini ayda 1000 manat təqaüdü yenidən alacağını bildirmişdir. O Xanoğlana inanıb 2021-ci ilin iyul ayının 04-də onunla Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Q.Qarayev metrosunun yaxınlığında yerləşən parkın içərisində olan çayxanada 2500 manat pul vermişdir. Pulu verən zaman ikisi yalnız olmuşdur. Xanoğlan pulu alan zaman təqaüdünün bərpası üçün bu gündən işə başladığını və pulu kiməsə verdiyini söyləmiş konkret ad bildirməmişdir. Bundan bir ay sonra yəni 2021-ci ilin avqust ayının 15-də Xanoğlan zəng edib qalan pulu istəmişdir. O da 2021-ci ilin avqust ayının 15-də 5000 manat pul düzəldib yenədə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Q.Qarayev metrosunun yaxınlığında yerləşən parkın içərisində olan çayxanada Xanoğlana vermişdir. Xanoğlan pulu alan zaman təqaüdün bərpası işinin artıq getdiyini yaxın vaxtlarda təqaüdün bərpa olunacağını bildirmişdir. Bundan sonra Xanoğlan yenidən zəng edib qalan pulu çatdırmasını söyləmişdir. 09 sentabr 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Q.Qarayev metrosunun yaxınlığında yerləşən parkın içərisində olan çayxanada 5000 manat pulu Xanoğlana vermiş, pulu verən zaman ikisidə yalnız olmuşdur. Bundan sonra 2021-ci ilin sentyabr ayının 28-də Xanoğlan zəng edib qalan pulu istəmişdir. O da həmin gün 3500 manat pulu düzəldib yenə də Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Q.Qarayev metrosunun yaxınlığında yerləşən parkın içərisində olan çayxanada Xanoğlana vermiş, pulu verən zaman ikisidə yalnız olmuşdur. Daha sonra Xanoğlan zəng edib, qalan 1000 manat pulu çatdırmasını bildirmişdir. O da 1000 manat pulu düzəldib 16 noyabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində Xanoğlanla Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən 50 qəpik restoranında görüşüb 1000 manat pulu Xanoğlana vermişdir. Həmin vaxtı ikimiz tək olmuşdur. Bundan sonra Xanoğlan zəng edib, işin düzəldiyini kiməsə 300 manat şirinlik verməli olmasını bildirmişdir. 2022-ci ilin yanvar ayının 28-də Xətai rayonu, Xocalı prospekti 22 ünvanında yerləşən 50 qəpik restoranında Xanoğlanla görüşüb 300 manat pulu ona vermişdir. Xanoğlan həmin zaman, yaxın günlərdə təqaüdün bərpa olunacağını söyləmişdir. Beləliklə də Xanoğlan təqaüdün bərpa olanacağı adı ilə aldadıb 17300 manat pul almışdır. Xanoğlan pulları aldıqdan sonra gizlənməyə başlamış və telefon zənglərinə cavab verməmişdir. Bir müddətdən sonra Xanoğlan telefon zənglərinə cavab verib telefonda ona, işin düzəlmədiyini, pulu qaytaracağını söyləmiş, ancaq Xanoğlan onu aldatmış və pulunu qaytarmamışdır. Soradan isə pulu verməyəcəyini, şikayət edə biləcəyini söyləmişdir. Belə olan halda o Xətai RPİ-nin 37-ci PŞ-nə gedib Xanoğlanın dələduzluq əmələri barədə şikayət ərizəsi yazmışdır. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. (i.v. 1); cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında qeydə alınmış xx.xx.2022-ci il tarixli, 1509 saylı ərizədən görünür ki, Zərərçəkmiş şəxs Əliağa oğlu xx.xx.2022-ci il tarixində Xətai RPİ-nin 37-ci PŞ-nin rəisinə ərizə ilə müraciət edərək tanışı olan Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus 17300 manat pulu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir.(i.v 5) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 3500 manat məbləğində cərimə cəzası təyin edilmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş və barəsində AR CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cərimə tam olaraq ödənilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində 4000 manat məbləğində cərimə cəzası təyin edilmiş, AR CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 68.1-1 və 69.3-cü maddələri tətbiq edilməklə üzərində qəti olaraq 01 il 07 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v 23-25); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-200/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişirilmədən saxlanılması hökm olunmuşdur.(i.v 26-29). cinayət işinin icraata qəbul edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 30); 16 sentyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Əliağa oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 33) xx.xx.2022-ci il tarixli, 101-32353 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin məlumatın göndərilməsi haqqında sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs qismində xx.xx.2019-cu il tarixdən vergi orqanında uçota alınmışdır, lakin onun hər hansı müəssisənin rəhbəri olması barədə məlumat yoxdur.(i.v 61) xx.xx.2022-ci il tarixli, 101-32353 nömrəli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatın göndərilməsi haqqında sorğuya cavabından görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.(i.v 76) Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-74/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, barəsində AR CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzasının saxlanılması və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi hökm olunmuşdur. (i.v 78-84). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-137/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin dəyişdirilərək barəsində "həbs" qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxs tutulanadək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (i.v 86-88) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v. 112-113) xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin nəzərə alınması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi qərarı nəzərə alınmışdır. (i.v. 127-128) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-9/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbirinin ona alternativ digər "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, ev dustaqlığı qətimkan tədbirini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 5 ünvanında çəkməsi, təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək, istintaq və məhkəmə orqanlarının çağırışlarına gəlmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, ibtidai istintaq və ya onun davranışına nəzarət edən orqana məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00dək yaşayış yerindən çıxmaq, telefondan, poçt göndərişlərindən və digər rabitə vasitələrindən istifadə etmək, digər proses iştirakçıları ilə ünsiyyətdə olmaq və evində onları qəbul etməyin qadağan edilməsi, Təqsirləndirilən şəxs davranışına nəzarət edən orqana məlumat verdikdən sonra yalnız həyat üçün zəruri yeyinti və digər vasitələri əldə etmək üçün 5 (beş) kilometrdən artıq olmayan məsafəyə yaşayış yerini qısa müddətli tərk etməyə icazə verilməsi, təqsirləndirilən şəxsin üzərində mobil telefon gəzdirib nömrəsi barədə onun davranışına nəzarət edən orqana məlumat vermək və onların zənglərinə cavab vermək, davranışına nəzarət edən orqana həmin orqan tərəfindən müəyyən edilmiş vatda zəng etmək, davranışına nəzarət edən orqana və məhkəməyə şəxsən gəlmək vəzifəsinin həvalə edilməsi və təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsinin tətbiq edilməsi qərara alınmışdır.(i.v. 130-132) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin nəzərə alınması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ev dustaqlığı qətimkan tədbirinin seçilməsi qərarı nəzərə alınmışdır. (i.v. 133-134) sübutların qiymətləndirilməsi haqqında 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində iki və ya daha çox şəxsin qabaqcadan razılaşaraq birgə iştirakı ilə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində qulluq mövqeyindən istifadə etməklə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivi kimi qiymətləndirilməsi, istintaq zamanı iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsinin, üzləşdirmə protokolunun iş üzrə sübut növü kimi qiymətləndirilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. ( i.v.136-143) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-9/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət və 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün müddətin 01 (bir) günə 02 (iki) gün hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, cəzaçəkmə müddətinin başlanğıcının Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbirinin "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ilə əvəz edilməsi və "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Apellyasiya protesti təmin edilməsi, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(003)-9/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə vahid qəsdlə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına kimi Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində X13 dövlət tərəfindən ona veriləcək mənzil növbəsini tezləşdirəcəyini vəd etməklə inam və etibarından sui- istifadə edib aldadaraq sonuncunun 4000 manat pulunu ələ keçirib ona 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizod üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilməsi, CM-in 178.2.2-ci maddəsi və qalan epizod üzrə cinayətin təkrar törədilməsi əlaməti hökmdən xaric edilməsi, hökmlə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 4000 manat miqdarda cərimə cəzası ilə tamamilə toplanılması və üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat miqdarda cərimə cəzası saxlanılması, Sabirabad Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu müddət nəzərə alınmaqla cərimə cəzasının yüngülləşdirilərək üzərində 2000 manat miqdarında cərimə cəzasının saxlanılması və 2000 manat miqdarında cərimə cəzasının 06 noyabr 2023-cü il tarixdə ödənilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs 23 noyabr 2022ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə, 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı ümumilikdə 05 (beş) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 10 (on) ay 08 (səkkiz) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında X22 tərəfindən verilmiş 03 iyun 2002-ci il tarixli, 1332 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 20 may 2002-ci il tarixdən 03 iyun 2002-ci il tarixədək X15 məhkəmə nəzarətçilərinin ixtisasartırma kursunda ilkin peşə hazırlığı keçmişdir. 25031 saylı Hərbi Hissə komandiri tərəfindən verilmiş 1 nömrəli zabit təkmilləşdirmə kursunun diplomundan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2005-ci il tarixdən 17 mart 2006-cı il tarixinədək davam edən təkmilləşdirmə kursunu bitirərək diplom almaq hüququ qazanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 22 saylı şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X17 Hərbi Məktəbində 11 yanvar 2016-cı il tarixindən 22 yanvar 2016-cı il tarixinədək davam edən "Müəllimlərin Təkmilləşdirmə kursu"nu müvəffəqiyyətlə başa vurmuşdur. X18 Komutanlığının 25992 saylı, xx.xx.2009-cu il tarixli kurs belgesindən görünür ki, Təqsirləndirilən şəxs X1 31 avqust 2009-cu il tarixdən 18 sentyabr 2009-cu il tarixinədək davam edən 22.X19 Kursunu müvəffəqiyyətlə başa vurmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 1719 ş/h №li, 14 avqust 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 2484 ş/h №li, 05 noyabr 2013-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə təltif edilmişdir. "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 1191 ş/h №li, 29 iyun 2011-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 1189 ş/h №li, 29 iyun 2011-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 1437 ş/h №li, 26 iyul 2010-cu il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. 12 mart 2007-ci il tarixli Daxili Qoşunların "15 illik yubiley döş nişanı"ndan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Naziri müavininin 25 №li, 01 mart 2007-ci il tarixli əmri ilə "15 illik yubiley döş nişanı" ilə təltif edilmişdir. 21 iyun 1993-cü il tarixli, İV-ЖГ № 332315, İV-ЖГ № 332314 və İV-ЖГ № 332313 saylı ölüm haqqında şəhadətnamələrdən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X6 arvadı X10, uşaqları X11 və X7 26 fevral 1993-cü il tarixldə Xocalı faciəsi nəticəsində şəhid olmuşdurlar. 17 avqust 1993-cü il tarixli İV-ЖГ № 351897 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X12 28 yanvar 1992-ci il tarixdə Ağdam-Şuşa marşrutu ilə uçan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. 30 iyun 2002-ci il tarixli, 600390 saylı "Azərbaycan Bayrağı" ordenindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X14 Ümumilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. xx.xx.2001-ci il tarixli, 099074 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X14 12 avqust 2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Zərərçəkmiş şəxs Əliağa oğlunun məhkəməyə təqdim etmiş oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və iş üzrə toplanmış digər sübutların sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ona dəymiş ziyanı tamamilə ödəməsini (CM 59.1.12, 59.1.13), əməlindən səmimi peşman olmasını və şəhid ailəsi olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan onun əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu cinayət əməllərini törətdiyi üçün əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-77/2024 saylı qərarı ilə təyin edilmiş çəkilməmiş 02(iki) il 03(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsiə əsasən ona təyin edilmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı və onun üzərində qəti olaraq 04(dörd) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə, 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı, 18 yanvar 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək həbsdə olduğu ümumilikdə 07 ay 5 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 02 ay 10 gün ona təyin olunmuş 04 (dörd) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 70 (yetmiş) saat üçün nəzərdə tutulan 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il (üç) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-77/2024 saylı qərarı ilə təyin edilmiş çəkilməmiş 02(iki) il 03(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsiə əsasən ona təyin edilmiş 03(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 04(dörd) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixə qədər həbsdə, 08 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixə qədər ev dustaqlığında saxlanıldığı, 18 yanvar 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək həbsdə olduğu ümumilikdə 07 ay 5 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 02 ay 10 gün ona təyin olunmuş 04 (dörd) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X5 70 (yetmiş) saat üçün nəzərdə tutulan 420 (dörd yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-19/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-19/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver