Məhkəmə qərarları › İş №1(011)-190/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-190/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-190/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Masallı rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ev 15 C-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxxxx 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, xx xxxxxx 2020-ci il tarixdə yaşayış yerini tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə avtomobil ilə sərbəst hərəkət edib Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 N ünvanda yerləşən “X2” xəstəxanasında işləyən həkim-infeksionist Şahid2 yanına gedərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə Heydər Əliyev prospektlərinin kəsişməsində quraşdırılmış 02 saylı stasionar postda xidmət aparan polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında özünü bir qədər pis hiss etdiyi üçün həkimə getmək qərarına gəlmişdir. Həmin zaman Masallı rayonunda olmuş, özündə “Covid 19” xəstəliyinin əlamətlərini hiss etdiyi üçün Bakı şəhərinə gələrək test vermək istəmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakıya çatmış və “X4 Mərkəzinə” gedərək test vermişdir. Həmin gün günorta saatlarında ona məxsus istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə “X4 Mərkəzindən” “Covid 19” xəstəliyinin aşkar edilməsi və test cavabının pozitiv olması barədə məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında müalicə almaq üçün “X2”ya Vasif adlı həkimin yanına özünə məxsus “Chevrolet Travers” markalı **-AH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə getmişdir. Oraya çataraq Vasif həkimin qəbuluna girmişdir. Vasif onu yoxlayaraq müalicəsi üçün resept yazmışdır. Bundan sonra o, yenidən avtomobilə əyləşib evə qayıdarkən, saat təxminən 12 radələrində Babək prospektindən Heydər Əliyev prospekti istiqamətinə getmək istədiyi vaxt orada olan stasionar postda saxlanılmışdır. Polis əməkdaşları məlumat axtarış portalında onun barəsində məlumatları yoxlayarkən «Covid-19» xəstəsi olaraq yaşayış yerini tərk etməsi və xəstəliyin yayılmasına şərait yaratdığı üçün 37-ci Polis şöbəsinin əməkdaşlarını dəvət etmişdirlər. Daha sonra o, evə qayıtmışdır. Bu hadisədən sonra müalicəsini evdə davam etdirmiş, müəyyən vaxtlarda hava almaq üçün təkbaşına yaşadığı ünvanın ətrafına çıxıb gəzmiş və sonra yenidən evinə qayıtmışdır. Əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Xətai RPİnin 37-ci PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. Xətai RPİ-nin göstərişi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Heydər Əliyev prospektinə gedən hərəkət istiqamətində karantin rejimi qaydalarına əməl edilməsinə nəzarət edilməsi ilə bağlı quraşdırılmış 02 saylı stasionar postda xidmətə cəlb olunmuşdur. Saat 12 radələrində xidmətdə olduğu zaman “Chevrolet Travers” markalı avtomobil ilə hərəkət edən sürücünün hər bir karantin postuna təhkim edilmiş məlumat axtarış portalı vasitəsi ilə sərbəst hərəkət etməsinə icazəsinin olub-olmadığını yoxladıqda həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və “Covid 19” xəstəsi kimi qeydiyyata alınması müəyyən edilmişdir. Faktı müəyyən etdikdən sonra o, bu barədə 37-ci Polis şöbəsinə məlumat verərək rəsmi qaydada raportla müraciət etmişdir. Stasionar posta 37-ci Polis şöbəsinin əməkdaşları yaxınlaşmış, vətəndaşa “Covid 19” xəstəsi olduğuna görə yaşadığı ünvana getməsi izah edilmiş və qanun pozuntusu törətdiyinə görə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən etibarən “X2”nın Babək filialında həkiminfeksionist kimi işləyir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə səhhətində problemlər olduğu üçün ona müraciət etmiş, həmin vaxt xəstənin “Covid 19” virusunun daşıyıcısı olub-olmadığını dəqiq xatırlamır. Xəstəyə “Covid 19” virusunun daşıyıcısı ehtimalı ilə resept yazılmışdır. Dərman və simptomatik müalicə təyin edilmişdir. Xəstəyə öz yaşadığı ünvanda sahə həkiminin nəzarəti altına götürülməsi tövsiyyə edilmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs ona müraciət etməmişdir.(i.v. 58-60) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 101/KEŞ saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid 19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. ”Covid 19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. (i.v. 31-34) İş üzrə telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil nömrə kartının anten dairəsi xx xxxxxx 2020-ci il tarixdə saat 08:21:55dən 11:09:10-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Babək küçəsi 92 N, X2; Bakı şəhəri, Nizami rayonu, Babək pr-ti ilə Heydər Əliyev küçəsinin kəsişməsi Qəbələ kafesi; Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev küçəsi 2 Excelsior Otel; Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 50; ünvan 2 ünvanları; xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 15/2 ATS 68 ətrafı; Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi; Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, X1 Əmin küçəsi; Bakı şəhəri, Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi 14; Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu küçəsi 213 A, ərzaq dükanı; Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 163; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən torpaq sahəsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 139, mənzil 17; ünvan 3 ünvanları əhatə etmişdir. ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə dair məlumatlara baxış keçirdikdə xx xxxxxx 2020-ci il tarixdə saat 15:47:31-dən 15:48:45dək “xxxx” MMC-nin adına rəsmiləşdirilən ***-***-**-** və xx xxxxxx 2020-ci il tarixdə saat 16:06:40-da Şahid2 adına rəsmiləşdirilən ***-***-**-** mobil nömrələrə zəng edilməsi müəyyən olunmuşdur.(i.v. 39-51) xx xxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 70-71); Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 86-87); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v. 30) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir.(i.v. 91-98). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini CM-nin 59.2 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar