Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-190/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəh., Yasamal rayonu, X4 küçəsi 1054cü məhəllə, ev 71 ünvanında qeydiyyatda olan, Bakı şəh., Xətai ray., N.Əliyarov küçəsi, ev 28-də yaşamaqla xx.xx.2025-ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yol kənarında dayanmış vəziyyətdə olan vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi "İsuzu" markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək oradan Zərərçəkmiş şəxs məxsus ciblərində 585 manat nağd pul və 120 manat dəyərində "HUAWEİ" markali, "PNX b19" model, Çin istehsali, qara rəngli smart qol saati olan 120 manat dəyərində gödəkçəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 825 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,986 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 9 yanvar 2025-ci il tarixdə saat 12:42-də Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Xətai rayonu, Balaxan Süleymanov küçəsi 7 saylı ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi-axtarış və götürmə zamanı əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 0,986 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Həmçinin qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində o, Xətai rayonu, M.Hadi küçəsi ilə gedən zaman yol kənarında dövlət qeydiyyat nişanını bilmədiyi "İsuzi" markalı avtomobilin dayandığını görüb avtomobilə yaxınlaşmışdır. O, avtomobilin qapısının açıq olduğunu görüb avtomobilin içərisinə baxanda görmüşdür ki, orada gödəkçə var və həmin gödəkçəni oğurlamaq qərarına gələrək ətrafa nəzər salıb orada heç kəsin olmadığını görüb avtomobilin qapısını açıb gödəkçəni oğurlayıb dərhal oradan uzaqlaşıb getmişdir. Həmin yerdən bir qədər aralaşandan sonra gödəkçənin ciblərinə baxanda görmüşdür ki, gödəkçənin yaxa cibində bir ədəd qara rəngli saat var və həmin saatı qoluna taxmışdır. Gödəkçənin cibində pul olmamışdır. Bundan sonra o, Əhmədli qəsəbəsini gəzən zaman bir nəfər tanımadığı şəxsə yaxınlaşıb oğurladığı gödəkçəni həmin şəxsə vermiş və ondan başqa bir gödəkcəni götürüb oradan uzaqlaşmışdır. Daha sonra isə o, Xətai rayonunda yerləşən Ukrayna dairəsinin yaxınlığına gələrək orada avtomobilləri park edən tanımadığı şəxsə yaxınlaşıb anasının xəstə olmasını bəhanə gətirərək pula ehtiyacı olduğu üçün qolunda olan saatı satmaq istədiyini bildirmiş və həmin saatı tanımadığı şəxsə 10 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 09 yanvar 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Əhmədli metrostansiyasının qarşısına gedərək üzdən tanıdığı, lakin adını və anket məlumatını bilmədiyi şəxsdən 10 manat pul verib «kakos» kimi bildiyi narkotik vasitə heroini alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün saat 12 radələrində yaşadığı evə gedən zaman ünvan 3 ünvanın qarşısında hərəkətdə olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq videoçəkilişdən istifadə edərək özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə axtarış və götürmə aparılacağını bildirərərk, üzərində qanunla daşınması, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, predmetin təqdim olunması təklif olunduqdan sonra o, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə barədə ondan soruşulduqda «kakos» kimi bildiyi narkotik vasitə heroin olmasını və özü istifadə etmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxlamağını bildirmişdir. Sonra üzərində başqa hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə soruşulduqda heç bir əşyanın olmamasını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm elektron tərəzidə çəkilmiş və 0,93 qram olması müəyyən edilmişdir. Sonra polis əməkdaşları onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini boş zərfə qoyaraq qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getmişdir. Polis şöbəsində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş sonra onun iştirakı ilə videogörüntüyə baxmışdır. Daha sonra isə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus gödəkçəni oğurlayıb ciblərinə baxan zaman həmin gödəkçənin cibində qol saatından başqa heçnə olmamışdır. Oğurladığı gödəkçənin heç bir cibində pul olmamış, orada yalnız qara rəngli smart qol saatı olmuşdur. Narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmur. Narkotik vasitəni əldə etdiyi şəxsi yalnız üzdən tanıyır və heç bir anket məlumatlarını bilmir. Həmin şəxsi Əhmədli metrostansiyasının yaxınlığında zahiri əlamətlərinə görə narkotik aludəçisi və satışı ilə məşğul olmasına görə yaxınlaşıb pul verərək almış, lakin əlamətləri yadında qalmadığı üçün bu barədə dəqiq heç nə deyə bilmir. Üzərindən aşkar olunmuş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2008-ci ildən "Mars Oversias" LTB şirkətində sürücü vəzifəsində işləyir və İsuzu markalı 90- JV-132 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək obyektlərə pepsi-kola daşıyır. 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində idarə etdiyi şirkətə məxsus avtomobillə Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşə "Ləziz Dönər" restoranına mal vermək üçün gələrək avtomobili yolun kənarında saxlamış və özünə məxsus olan gödəkçəni avtomobilin içərisində qoyub avtomobildən düşən zaman unudaraq avtomobilin qapılarını bağlamamışdır. O, həmin restorana malları verib 20 dəqiqədən sonra avtomobilə yaxınlaşan zaman görmüşdür ki, cibində 585 manat pul və 555 manat dəyəri olan "Hauvei" markalı elektron smart qol saatı olan öz dəyəri isə 120 manat olan gödəkçə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Həmin gün o, heç bir yerə məlumat verməmişdir. Ertəsi günü yəni 08 yanvar 2025-ci il tarixdə saat 13 radələrində o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonra Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək rəsmi ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yalandır, həmin vaxt tanışından borca 585 manat pul almışdır ki, işlədiyi şirkətə olan borcunu qaytarsın. Ona məxsus olan gödəkçənin cibindən oğurlanmış qol saatını 1 ay əvvəl "Baku Elektroniks" mağazasından özü üçün 555 manata almış, gödəkçənin cibində olan 585 manat pulun 555 manatını isə tanışından almış, özü də 30 manat qoymuşdur ki, işlədiyi şirkətə olan borcunu ödəsin. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 22 aprel 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hazırda Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsini daşıyır. 09 yanvar 2025-ci il tarixdə saat 12 radələrində o, Xətai RPİnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və həmin şöbənin sahə inspektoru, polis leytenantı Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 1054-cü məhəllə ev 71-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Namiq Əliyarov küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edib ünvan 3 ünvanın ətrafında qəbul etməsi həmçinin oğurluq cinayəti törətməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 4 ünvanın qarşısında hərəkət edərkən onlar tərəfindən saxlanılmış və sahə inspektoru, polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb onlara təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan kokos kimi bildiyi narkotik vasitə heroindir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,93 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı Ağasəf Şəhriyarova təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 bükümdə olan narkotik vasitə heroindir. Həmin maddəni tanımadığı şəxsdən özü istifadə etmək üçün əldə etmişdir. Onlar Xətai RPİ-nin 34-cü PŞ-də olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Ləziz dönər" restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi "İsuzu" markalı ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək oradan Zərərçəkmiş şəxs məxsus ciblərində 585 manat nağd pul və 555 manat dəyərində "Hauve" markalı smart qol saatı olan 120 manat dəyərində gödəkçəni oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1260 manat maddi ziyan vurmuşdur. Şahid2 əlavə olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmamış, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Narkotik vasitənin çəkisində olan fərqi izah edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroin özlərində olan elektron tərəzi ilə çəkilmiş və narkotik vasitənin çəkisində fərq olmuşdur. Onlar tərəfindən narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsinin yaxınlığında avtodayanacaqda parklanma xidməti ilə məşğul olur. 07 yanvar 2025-ci il tarixdə saat 18:30 radələrində avtodayanacaqda işdə olan zaman əvvəllər tanımadığı, adını sonradan Təqsirləndirilən şəxs bildiyi şəxs ona yaxınlaşaraq bildirmişdir ki, anası xəstədir, dərman almağa pulu yoxdur və pula ehtiyacı olduğu üçün özünə məxsus olan elektron qol saatını dəyərindən çox ucuz qiymətə satır. O, da Hüseynin anasının xəstə olduğunu nəzərə alıb markasını və qiymətini bilmədiyi qol saatını 10 manata Hüseyndən almış və qoluna taxmışdır. 09 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, işdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Hüseyndən qol saatını alıb-almamağı barədə soruşduqda, o, polis əməkdaşlarına 10 manata Hüseyndən aldığı qol saatını göstərmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nə getmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona 10 manata satdığı qol saatını oğurluq yolu ilə əldə etmişdir. Bundan sonra aldığı qol saatını polis əməkdaşlarına təqdim etmiş və baş vermiş hadisə ilə əlaqədar izahat verib bölmədən çıxıb iş yerinə gəlmişdir. Şahid1 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qol saatını ona satan zaman bildirmişdir ki, həmin qol saatı onun özünə məxsusdur və anasına dərman almaq üçün pulu olmadığına görə saatı satmaq istəyir, o, da Hüseynin anasının xəstə olduğunu nəzərə alıb həmin saatı almışdır. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid1 28 aprel 2025-ci il tarixdə məhkəməyə göndərdiyi teleqramda qeyd olunmuşdur ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməmişdir və ibtidai istintaqda verdiyi ifadəsini təsdiqləmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 10 yanvar 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v.1) - 08 yanvar 2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvan Əhmədli metrostansiyasının aşağı hissəsində əlavə yolda yerləşir. Avtomobil yolunun gediş hissəsinin sol hissəsindədir. Yük avtomobilidir. Avtomobilin salonunda zərərçəkmiş şəxsin deməsinə görə əşyaları yoxdur. Qeyd olunan ünvanın və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir; (i.v12-14) - 09 yanvar 2025-ci il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, qeyd olunan saat elektron saatdır, qara rənglidir "Huavei" markalı saatdır, saat işlək vəziyyətdədir, hər hansı sınığı və nasazlığı yoxdur, təhvil götürən zaman hər hansı nasazlığı aşkar edilməmişdir. Qeyd olunan saat təhvil alınaraq zərfə yerləşdirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir; (i.v 22-24) - 09 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngdə olan cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli toz şəkilli spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Sonra toz şəkilli narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilmiş, çəkisi 0.93 qram olması müəyyən edilmiş və həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmışdır, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir; (i.v.41-42) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsini əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır; (i.v.43) - 09 yanvar 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və "Çin" istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.93 qram olduğu müəyyən edilmiş, daha sonra 1 ədəd Xiomi Mi 11T markalı mobil telefonda baxış keçirilmişdir. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq götürülməsi əks olunmuşdur; (i.v.45) - Cinayət işində olan təqdim olunmuş əşyaya baxış keçirilməsini əks etdirən bir ədəd “CD” disk sübut kimi tanınmışdır; (i.v.46) - 09 yanvar 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə saat 12:42-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v.56) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6-90 nömrəli 10 yanvar 2025-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün № 152” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,986 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,986 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 0,836 qram; (i.v.71-72) - 10 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.82-83) - 11 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.94-95) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-11/2025 saylı, 11 yanvar 2025-ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmışdır; (i.v.114-119) - 11 yanvar 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və sahə inspektoru, polis leytenantı Şahid4 ünvan 3 ünvanın qarşısında şübhəli şəxsə yaxınlaşıb özlərini təqdim edirlər. Əynində qara rəngli cins şalvar, qara rəngli gödəkçə və başında qara rəngli papaq olan şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilir. Videogörüntünün davamında əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir və bildirir ki, həmin bükümün içərisində kokos kimi bildiyi narkotik vasitə heroindir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 0,93 qram müəyyən olunur. Bundan sonra aşkar olunmuş predmet qablaşdırılır üzərində müvafiq qeydlər aparılmaqla möhürlənir və götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə heroini tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edimədiyini bildirir; (i.v.120-121) - 11 yanvar 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, çəkiliş Xətai RPİ-nin 34-cü PŞnin təhqiqatçısı, polis baş leytenantı X1 xidməti otağında qeydə alınmışdır. Xətai RPİ-nin 34-cü PŞ-nə Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün, 09 yanvar 2025-ci il tarixdə, saat 12:42 dəqiqədə ünvan 5 ünvanında saxlanılaraq üstünə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd zərfə və 1 ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs imzası olan zərfdə 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 0,93 qram müəyyən edilmişdir. Sonra həmin kütlə yenidən qablaşdırılıb narkotik vasitəyə maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən özü istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir; (i.v.122-123) - 13 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 09 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,986 qram narkotik vasitə heroin iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış, qalıq çəkisi 0,836 qram saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir; (i.v.138-139) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24 yanvar 2025-ci il tarixli tələbnamədən, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-460/2025 nömrəli hökmündən və xx.xx.2022-ci il tarixli 7(011)-605/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən həbs edilmiş, Xətai rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 09 gün hissəsi 06 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olnumuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir; (i.v.147- 159) - 25 dekabr 2024-cü il tarixli cinayət təqibinə xitam verilməsi və icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir; (i.v.164-165) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.182) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X3 Xəstəxanası tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-cı il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir; (i.v.184) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9-236 nömrəli 04 mart 2025-ci il tarixli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Huawei” markalı, “PNX B19” model, Çin istehsalı, qara rəngli smart qol saatının orta bazar qiyməti təxminən 120.00 manat müəyyən olunmuşdur; (İ.V.190-191) - Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 854 nömrəli xasiyyətnaməsindən və 855 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Namiq Əliyarov küçəsində qeydiyyatsız yaşayır. Yaşadığı müddətdə onun barəsində heç bir şikayət daxil olmamışdır; (i.v. 196-197) - "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar aparılmışdır. Siyahılara baxış keçirilərkən ***-***-**-** saylı abonentin mesaj bölməsinə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir mesaj mətni, yazışma və ya məlumat aşkar edilməmişdir; (i.v.213) - "xxxx" MMC tərəfindən daxil olmuş 12 mart 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.198) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxs ambulator məcburi narkoloji tibb ekspertinin xx.xx.2025-ci il tarixli 1518 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F15x2) diaqnozu ilə dispanser qeydiyyatdadır; (i.v.199-200) - 12 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; (i.v.220-236) - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; (i.v.238-239) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, ərizəsini heç bir təzyiq olmadan könüllü özü yazmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,986 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,836 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan – 03 (üç) ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalı, 01 ədəd “Huavei” markalı “PNX B19” model, Çin istehsalı, qara rəngli smart qol saatının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 22 (iyirmi iki) iş saatına görə 162 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (xx.xx.2025-ci il tarixdən 11 manat) məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,836 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın, 01 ədəd “HUAWEİ” markalı, “PNX b19” model, Çin istehsalı, qara rəngli smart qol saatının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 22 (iyirmi iki) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 162 (yüz altmış iki) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-190/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-190/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver