Məhkəmə qərarları › İş №1(011)-191/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-191/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-191/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 07 may 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində alimenti övladları 30 may 2009-cu il təvəllüdlü X1 və 02 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli, 2(011)-1668/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 18 may 2020-ci il tarixli, 3(011)-591/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 18 may 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq məktubu təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 19 oktyabr 2020-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 5000,00 manat alıment borcunu tələbkara ödəməməklə məlum qətnaməni qərəzli olaraq icra etmədiyindən ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından X3 və X4 adlı övladları doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, 2019-cu il tarixdə ona qarşı aliment tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 07 may 2019-cu il tarixli, 2(011)-1668/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 07 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq övladları 30 may 2009-cu il təvəllüdlü M.M.Hüseynlinın və 02 may 2010-cu il təvəllüdlü N.M.Hüseynlinin yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmişlər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 18 may 2020-ci il tarixli, 3(011)-591/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etmiş, lakin o, maddi imkanının yüksək olmadığından alimenti ödəmədiyini göstərmişdir Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə evlənmiş, birgə nikahlarından X3 və X4 adlı övladları anadan olmuşdur. Evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları ilə birlikdə valıdeyinlərinin yanana köçərək orada yaşamış, Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən alıment tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 07 may 2019-cu il tarixli, 2(011)-1668/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 07 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 30 may 2009-cu il təvəllüdlü M.Hüseynlinin və 02 may 2010-cu il təvəllüdlü N.Hüseynlinın yetkinlik yaşlarına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o, isə alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən həmin məhkəmənin 18 may 2020-ci il tarixli, 3(011)-591/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olduğundan xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəli 07 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 154,00 manat olmaqla, iki uşağa görə cəmi 308,00 manat sabit pul məbləğində aliment tutularaq 30 may 2009-cu il təvəllüdlü Mədinə Hüseynlinin və 02 may 2010-cu il təvəllüdlü Nihad Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 may 2019-cu il tarixli, 2(011)-1668/2019 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon icra Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 27 may 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 18 may 2020-ci il tarixli, 3(011)-591/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, qətnamə icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, tələbkar Zərərçəkmiş şəxs müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən 5000 manat aliment borcunun olduğunu və həmin borcdan heç bir məbləğdə ödəniş etmədiyi barədə müraciətinə əsasən Xətai Rayon İcra və Probasiya şöbəsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat vermişdir (i.v. 7-8); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(011)-1668/2019 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, 30 may 2009-cu il təvəllüdlü X3, 02.05.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Təqsirləndirilən şəxs 07.05.2019-ci il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 154,00 manat, cəmi 308,00 manat məbləğində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra vərəqəsi 07.05.2019-cu il tarixdə verilmişdir (i.v. 09-13); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən 27.05.2019-cu il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(011)-1668/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v.17-18); 13.03.2020-ci il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (i.v.22- 24); 18 may 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2019-cu il tarixli 2(011)-1668/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, aliment ödənişlərinin ödənilməməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir (i.v. 29-30); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 3(011)-591/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir (i.v. 31-32); 18.05.2020-ci il tarixli bildirişdən görünür ki, təkrar olaraq 3000 manat borcu ödəmək üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verildiyi bildirilmişdir(i.v.36); mənzilə baxış keçirilməsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir(i.v. 37); icra məmurunun sorğularına cavablardan görünür ki, Təqsirləndirilən şəxs adına daşınar, daşınmaz əmlak, banklarda pul vəsaitləri aşkar edilməmişdir. (i.v. 40-42); Bakı şəhəri Xətai rayonu MKTB-nin 1110 Saylı MKİS-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və narazılıq daxil olmamışdır(i.v.47); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 07.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 65); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 93-94); qətimkan tədbiri seçilməsi haqqında 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 102-103); 24.05.2021-ci il tarixli məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, həbs etmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğli 21.06.2021-ci il tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmişdir. Zərərçəkmiş şəxs 07.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam olaraq ödəmişdir və xahiş edir ki, iş üzrə icraata xitam verilsin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etməsini nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsində göstərilir ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 39.1.11-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəmə qətnaməsini icra etməsi ilə əlaqədar olaraq cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət işi üzrə icraata xitam verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə zalından dərhal azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 40.2, 156.4, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, o, məhkəmə zalından dərhal azad olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar