Məhkəmə qərarları › İş №1(011)-192/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-192/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-192/2021 20.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Əliəfsər oğlunun, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1975-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ev 8-də (inzibati bina) qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Səbail Rayon Məhməməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə tanışı X36 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında digər şəxslə cinayət əlaqəsinə girərək 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs1 oğlu, X32 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs1 aldadıb 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanda yerləşən «Saatlı» binanın yanında 3000 manat pulunu, daha sonra həmin vədlə 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs1 oğlu, X32 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs1 aldadıb 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 5 ünvanda yerləşən «Bizim Marketin» yanında 1400 manat pulunu, daha sonra həmin vədlə 13 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM -nin 310 və 312.2-ci maddələri ilə həbs edilmiş Zərərçəkmiş şəxs1 oğlu, X32 cəzasını Bakı Ağır Cinayətlər Məhkəməsində yüngülləşdirəcəyi və azadlığa çıxaracağı adı ilə Zərərçəkmiş şəxs1 aldadıb 29 noyabr 2018-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesinin içərisində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs1 5400 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 qızı, X15 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin verilməsi adı ilə aldadıb ünvan 6 ünvanda yerləşən Elmlər Akademiyası metrosunun qarşısında Şahid5 Söhlət oğlunun vasitəsi ilə 5000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs2 qızı X15 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən şəhadətnamənin verilməsi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib 18 aprel 2019-cu il tarixdə saat 15 radələrində ünvan 7 ünvanda yerləşən Q.Qarayev metrosunun qarşısında 500 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs2 5500 manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 25 iyun 2019-cu il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs4 qızı, X24 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb ünvan 6 ünvanda yerləşən Elmlər Akademiyası metrosunun qarşısında 2000 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs4 qızı, X24 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 28 iyun 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X47 İdarəsinin qarşısında 2000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs4 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 20 iyul 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb ünvan 8 ünvanda yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin binasının yaxınlığında 3500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs3 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 27 iyul 2019-cu il tarixdə saat 14 radələrində ünvan 9 ünvanında 2500 manat pulunu, daha sonra həmin vədlə yenidən Zərərçəkmiş şəxs3 Əlisəfər oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadıb özünü «Rizvan» adı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib 01 avqust 2019-cu il tarixdə saat 15 radələrində ünvan 10 ünvanda yerləşən “Neftçilər xəstəxanasının arxa hissəsində 1000 manat pulunu vahid niyyətlə alıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək Zərərçəkmiş şəxs3 7000 manat məbləğində yəni, xeyli miqarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış və fərdi əməklə məşğul olmuşdur. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. 2018-ci ilin iyun ayında tanışı X36 vətəndaş Zərərçəkmiş şəxs2 qızı X16 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və ona şəhadətnamənin verilməsi üçün razılaşdırılmış qaydada 5000 manat pul almışdır. Rasim pulu Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyası metrosunun qarşısında Şahid5 ilə görüşərək ondan götürmüşdür. Rasim bu görüşə onunla birgə getsə də, Novruz gələn zaman ona avtomaşından düşməyini və Novruzla özü danışacağını bildirmiş, Novruzla Rasimin görüşü yekunlaşdıqdan sonra təkrar Rasimin idarə etdiyi avtomobilə minmişdir. Bu zaman Rasim, Novruz adlı şəxsin tanışı Zərərçəkmiş şəxs2 qızının xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və ona şəhadətnamənin verilməsi üçün Rasim Şahid5 5000 manat pul almış və 3 ay ərzində həll edəcəyini bildirmişdir. Rasim şəhadətnamənin verilməsini təşkil edə biləcək tanışınının olub-olmamasını soruşduqda, tanışının olmadığını Rasimə bildirmişdir. Rasim Novruzdan aldığı 5000 manat pulun 500 manat hissəsini ona verib 3 ay müddətində şəhadətnaməni verə bilməyəcəkləri təqdirdə 5000 manat pulu Novruza qaytaracaqlarını bildirmişdir. Rasim, Novruza söz verdiyi 3 ay müddət tamam olduqdan sonra şəhadətnaməni verə bilmədiyi üçün Novruz bir neçə dəfə Rasimə zəng etmiş və pulu geri qaytarmasını bildirmişdir. Rasim hər dəfə müxtəlif bəhanələr gətirib vaxt qazanmağa çalışmış, buna görədə onun istifadəsində olan nömrəsini Novruza verərək onunla əlaqə yaratmalarını istəmişdir. Rasim eyni zamanda onu Novruz və Zərərçəkmiş şəxs2 Rizvan adlı şəxs kimi təqdim etmiş və Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Rasim ona Zərərçəkmiş şəxs2 zəng edəcəyini, ona müxtəlif yalan danışaraq vaxt qazanmağa çalışmağı istəmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs2 və qızı Nuranə Qəmbərova ona zəng edərək ödənilmiş pulu geri qaytarmağını istəmişlər. O, telefon danışıqlarında onları müxtəlif bəhanələrlə aldadıb vaxt qazanmışdır. 2019-cu ilin aprel ayında Zərərçəkmiş şəxs2 ona növbəti dəfə zəng edərək şəhadətnamənin verilməsini, əks halda ödədiyi 5000 manatın geri qaytarılmasını bildirmiş, o, Lətifə xanımı aldadaraq ona şəhadətnamə hazır olduğunu, lakin verilməsi üçün əlavə 1000 manat pul tələb olunduğunu bildirmiş, Zərərçəkmiş şəxs2 əgər 1000 manat əlavə pul ödənsə sabah şəhadətnaməni təqdim edəcəyini söylədikdə Zərərçəkmiş şəxs2 ona 500 manat pulunun olduğunu və həmin məbləği ödəyəcəyini bildirmişdir. O, həmin gün Rasimlə birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində Zərərçəkmiş şəxs2 yaşadığı məhəlləyə gedərək 500 manat pulu ondan götürmüş, Zərərçəkmiş şəxs2 pulu götürdükdən sonra həmin məhəllənin yuxarısında onu gözləyən Rasimlə görüşmüş və əldə etdiyi 500 manat pulun 250 manat hissəsini ona vermişdir. Bundan başqa, 2018-ci ilin avqust ayında Rasim bildirmişdir ki, Qadir adlı tanışının oğlunun məhkəmə prosesi zamanı işinin yüngülləşdirilməsi üçün Qadirdən 5400 manat pul tələb etmişdir. Rasim ona Qadir adlı şəxslə görüşərək pulu ondan götürməyini istəmiş, o, 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ilə görüşərək müxtəlif günlərdə ümumi məbləği 5400 manat pulu ondan götürmüşdür. Həmin pulun 2700 manat hissəsini Rasimə vermişdir. Onun Rasimə 3000 manat pul borcu olmuş, həmin pulun 2700 manat pulunu qaytarmışdır. Bundan başqa 2019-cu ilin iyun ayında Məhəmməd kimi tanıdığı X6 vasitəsi ilə Zərərçəkmiş şəxs4 tanımış, Zərərçəkmiş şəxs4 qızının Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzində işə düzəlməsini ondan xahiş etmişdir. Bunun üçün Zakirdən 4000 manat pulu almış və Zakirin qızının FHN-də işə qəbul olunmasını təşkil edəcəyinə söz vermişdir. Daha sonra verdiyi sözə əməl edə bilmədiyi üçün Məhəmmədcəfərlə təkrar görüşüb 4000 manat pulu ona qaytarmışdır. O, həmin pulu Məhəmməd kimi tanıdığı şəxsə qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 tanıyır. Həqiqətəndə Kamranı FHN-nə işə düzəltmək adı ilə aldadıb Məhəmmədcəfərlə bir yerdə Kamrandan 7000 manat pul almışlar. Həmin pulun axırıncı hissəsini yəni 1000 manatını Xətai rayonu ərazisində yerləşən Neftçilər xəstəxanasının arxa hissəsində almışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəyən zərəri maddi çətinlikləri olduğundan ödəyə bilməmişdir. Mülki iddiaları qismən etiraf edir, zərərçəkmiş şəxslərdən aldığı pulların ondan tutulmasına etiraz etmir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 13 avqust 2018-ci il tarixdə oğlu X38 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 310 və 312.2-ci maddələri ilə həbs olunmuş və sonradan işini Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişlər. Oğlu Elnurun barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində getdiyi vaxt Elnurun işi məhkəməyə göndərilməmişdən qabaq o, çalışmışdır ki, məhkəmədə oğlunun cəzasını yüngülləşdirsin və azadlığa çıxarsın. Buna görə də uzun illərdir tanıdığı və həmyerlisi olan X1 istəmişdir. Rasim onun həmkəndlisidir. Rasim onun xahişindən sonra onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və onu Müşfiqlə görüşdürmüşdür. Rasim, Müşfiqin əlaqələrinin geniş olduğunu və ona köməklik edəcəyini bildirmişdir. O, Rasim və Müşfiq bir yerdə oturub oğlunun tutulma səbəbləri barədə Müşfiqə danışmış, Müşfiq ona Məhkəmədə oğlunun işini yüngülləşdirib şərti azadlığa çıxardacağını təşkil edəcəyini bildirmişdir. Bunun müqabilində Müşfiq ondan 5000 manat pul istəyib sabahısı gün saat 12-yə kimi pulu çatdırmağını demişdir. İlk əvvəl Müşfiqlə razılaşmış, lakin 2018-ci ilin sentyabr ayının əvvəllərində razılaşdıqları pulu Müşfiqlə tapıb verə bilməmişdir. 2018-ci ilin sentyabr ayının 15-də yenidən Müşfiqə istifadəsində olan mobil nömrəsindən hazırda xatırlamadığı Müşfiqin istifadəsində olan köhnə «Bakcell» nömrəsinə zəng edərək oğlunun işi ilə bağlı ona köməklik etməyini istəmiş, Müşfiq ona 3000 manat pul verməyini və oğlunun işini yüngülləşdirib onu azadlığa çıxardacağını bildirmişdir. 16 sentyabr 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Saatlı» binanın yanında görüşərək 3000 manat pulu Müşfiqə vermişdir. Sonradan Müşfiq oğlunun işini məhkəmə ilə də danışdığını bildirib əlavə olaraq 2400 manat pul məhkəməyə, 400 manat isə ekspertiza xərci üçün istəmişdir. 20 noyabr 2018-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Bizim marketin yanında Müşfiqlə görüşərək 1400 manat pulu ona vermiş, Müşfiq söz vermişdir ki, oğlunu azadlığa çıxardacaqdır. Bundan sonra 29 noyabr 2018-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən «Arpaçay» kafesində 1000 manat pulu Müşfiqlə görüşərək ona vermişdir. Yenə də Müşfiq söz vermişdir ki, oğlunu azadlığa çıxardacaqdır. Ümumilikdə Müşfiqə 5400 manat pul vermişdir. 2018-ci ilin dekabr ayının 24-də oğlu Elnurun azadlığa çıxmadığını və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini bildikdən sonra Müşfiqin onu aldatdığını və ona verdiyi 5400 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Məhkəmə prosesindən sonra Müşfiqlə əlaqə saxlasa da sonuncu onu aldadaraq yenə də ümid verərək yaxşı olacağını bildirmişdir. Daha sonra o, Müşfiqlə əlaqə saxlasa da sonuncu zənglərinə cavab verməmiş, əlacsız qalaraq Rasimə zəng edərək Müşfiqin onu aldatdığını və zənglərinə cavab vermədiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Mülki iddia üzrə cavabdeh X3 5400 (beş min dörd yüz) manat ona vurulmuş maddi ziyanın və iddia ərizəsi vermək üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, cəmi 5431 (beş min dörd yez otuz bir) manat pulun tutularaq ona ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 17 iyul 2019-cu il tarixdə atası Əlisəftər Əliyevin dostu X7 yaşadıqları ünvan 11 ünvanına təsadüfən gəlmiş və aralarındakı söhbətlər əsnasında onun işsiz olmağı barədə atası onunla danışmışdır. Həmin gün Məhəmmədcəfər atasına onun işə düzəlməsi üçün maraqlanıb xəbər verəcək deyib getmişdir. 18 iyul 2019-cu il tarixdə saat 18 radələrində Məhəmmədcəfər Mehdiyev yenidən yaşadıqları ünvana gələrək onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətində tanışı Rəşad Əliyev və Rəşadın isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyən Rizvan adlı tanışlarının olduğunu və həmin şəxslər vasitəsi ilə onu işə düzəlməkdə köməklik edəcəyini bildirmişdir. X11 tanışı Rəşad Əliyevlə danışdıqdan sonra onu ümumilikdə 6000 manat pulun müqabilində tanışları Rəşad və Rizvanın köməkliyi vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Şöbəsinə inspektor vəzifəsinə işə düzəldə biləcəyinə inandırmışdır. 19 iyul 2019-cu il tarixdə Məhəmmədcəfər hərbi biletinin, tələbə biletinin, şəxsiyyət vəsiqəsinin və atestatının əsillərini və eyni zamanda həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini 3500 manat pul ilə birlikdə ona verməli olduğunu bildirmişdir. 20 iyul 2019-cu il tarixdə saat 12 radələrinə Məmmədcəfər ona FHN-nin Elmlər Akademiyası tərəfdə yerləşdiyindən həmin istiqamətdə, yəni Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Alov» qüllələri binaları ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətininin yaxınlığında olan ərazidə görüşməyini, ona məxsus sənədlərin əsillərini və həmin sənədlərin surətlərinin notariat qaydada təsdiq olunmuş surətlərini, eləcə də 3500 manat pulu Rizvan adlı şəxslə görüşərək sonuncuya verəcəyini bildirmişdir. O, da qeyd edilən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinn 3500 manat pulu götürüb Məhəmmədcəfərin dediyi yerə getmişdir. Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən «Alov» qüllələri binaları ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətininin yaxınlığında olan ərazidə Məhəmmədcəfərin yanında tanışı Rizvan adlı şəxslə görüşüb ona məxsus sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinin 3500 manat pulu özünü ona Rizvan kimi təqdim etmiş, əslində əsl adı Müşfiq olan şəxsə vermiş, Müşfiq həmin vaxtı oraya qara rəngli, **-MM-*** dövlət qeydiyyat nişanlı «Range Rover» markalı avtomobillə gəlmişdir. Həmin gündən 1 həftə sonra yəni 27 iyul 2019-cu il tarixdə 14 radələrində Məhəmmədcəfər yaşadıqları evə gələrək ondan 2500 manat pulu nağd şəkildə alıb ona qısa müddət ərzində işə çıxacağını bildirmişdir. Həmin müddət ərzində Məhəmmədcəfər istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində oan nömrəyə zəng edərək onun boyunun 158 sm olduğunu bəhanə edib əlavə olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. Məhəmmədcəfər demişdir ki, həmin 1000 manat pulu Müşfiqə verər. O, da işsiz qaldığından və işinin düzələcəyinə ümid edib borca 1000 manat pul alaraq 01 avqust 2019-cu il tarixdə saat 15 radələrində Bakı şəhəri Xətai rayonu Neftçilər xəstəxanasının arxa hissəsində Müşfiqlə görüşüb 1000 manat pulu ona verib Müşfiqə verdiyi sənədlərin əsillərini ondan götürmüşdür. 1000 manat pulu Müşfiqə verən zaman o, tək gəlmiş, Müşfiq ona narahat olmamağı, işinin düzəldiyini və işə çıxacağını demişdir. Bundan sonra Məhəmmədcəfər zəng edərək İran İslam Respublikasına getdiyini və Müşfiqin istifadəsində olan ***-***-**-** mobil nömrəsini ona verərək onunla özünün əlaqə saxlamağını demişdir. Həmin hadisədən bir ay keçməsinə baxmayaraq onun işə düzəlməyi barədə heç bir xəbər olmadığını, Məhəmmədcəfərin və Müşfiqin onun telefonlarına cavab vermədiyindən qənaətə gəlmişdir ki, Məhəmmədcəfər və Müşfiq adlı şəxslər ona qarşı dələduzluq edib 7000 manat pulunu ələ keçirmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Mülki iddia üzrə cavabdeh X4 dələduzluq yolu ilə mənimsəyərək ələ keçirtdiyi 7000 (yeddi min) manat maddi və bu cinayət nəticəsində ona prokurorluq orqanlarıa, məhkəmələr, hüquq mühafizə orqanlarına müraciət etməyinə, çəkdiyi stress və əsəb xəstəliyinə tutulmağına görə cavabdehdən mənəvi olaraq 2000 (iki min) manat pulun tutularaq ona ödənilməsini, təqsirləndirilən şəxsdən şikayətçi olduğundan ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 2019-cu ilin iyun ayının ortalarında qızı X18 işə düzəlməsi ilə bağlı uzun illər tanışı olan Sürəyyadan kömək etməsini istəmiş, bir neçə gün keçdikdən sonra Sürəyyə istifadəsində olan ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan nömrəyə zəng edərək Məhəmmədcəfər adlı tanışının kömək edəcəyini bildirib Məhəmmədcəfər adlı şəxsin nömrəsini ona vermişdir. Həmin ərəfələrdə Məhəmmədcəfərin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Sürəyyadan nömrəni aldığını bildirmişdir. Məhəmmədcəfər də Sürəyyanın ona dediyini və bu haqda məlumatının olduğunu bildirib Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Şəhid Bulağının» yanında onu gözlədiyini bildirmiş, o, həmin günü orada Məhəmmədcəfərlə görüşmüşdür. Məhəmmədcəfər geniş əlaqələrinin olduğunu və qızı Asimanı hər yerə işə düzəldə bilməyə gücünün olduğunu bildirib bir neçə yerin adını saymışdır. O, da Məhəmmədcəfərə qızının Fövqəladə Hallar Nazirliyinin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəltməsini xahiş etmişdir. Məhəmmədcəfər həmin vaxt telefonla Rizvan adlı şəxsə zəng edərək danışmışdır. Məhəmmədcəfər ona Rizvan adlı şəxsin FHN-də yüksək vəzifəli şəxs olduğunu bildirmişdir. Rizvan adlı şəxslə danışdıqdan sonra Məhəmmədcəfər ona qızının FHN-nin 112 çağrı xidmətinə operator vəzifəsinə işə düzəldilməsi müqabilində ondan 4000 manat pul istəmiş, o da Məhəmmədcəfərə inanıb onunla razılaşmışdır. 25 iyun 2019-cu il tarixdə saat 13 radələrində ünvan 6 ünvanda yerləşən Elmlər Akademiyası metrostansiyasının qarşısında Məhəmmədcəfər və Rizvan adlı şəxslərlə görüşmüş, Rizvan adlı şəxs ora **- MM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli «Range Rover» markalı avtomobillə gəlmişdir. Rizvan adlı şəxs maşından düşərək tələsdiyini bildirib demişdir ki, arxayın olsun, qızını FHN-nin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə düzəldəcəklər. O, da Məhəmmədcəfər və Rizvan adlı şəxslərə inanmışdır. Razılaşmalarına əsasən ilkin olaraq 2000 manat pul vəsaitini Rizvan adlı şəxsə vermişdir. Həmin vaxtı Məhəmmədcəfər də yanlarında olmuşdur. Rizvan adlı şəxs ondan 2000 manat pulu aldıqdan sonra gəldiyi avtomobilə əyləşərək getmişdir. Aralarında olan razılaşmaya əsasən yerdə qalan 2000 manat pulu da 3 gün müddətinə onlara verməli idi. O, Məhəmmədcəfərdən, Rizvan adlı şəxsin ***-***-**-** əlaqə nömrəsini götürüb sağollaşıb evə getmişdir. Həmin vaxtdan 3 gün sonra yəni, 28 iyun 2019-cu il tarixdə Rizvan adlı şəxs və Məhəmmədcəfər zəng edərək onlara verməli olduğu 2000 manat pulu təcili çatdırmağını bildirmişlər. O, da 2000 manat pulu götürüb Rizvan adlı şəxsə zəng edib pulun hazır olduğunu bildirmişdir. Rizvan adlı şəxs ona ünvan 12 ünvanda yerləşən Baş X47 İdarəsinin qarşısında onu gözləməyini bildirmişdir. 28 iyun 2019-cu il tarixdə saat 15 radələrində Rizvan adlı şəxs ora yenə də **- MM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli «Range Rover» markalı avtomobillə gəlmiş, maşından düşərək onunla görüşüb 2000 manat pulu ondan alaraq qızının 10 gün müddətinə FHN-nin 112 çağrı mərkəzinə operator vəzifəsinə işə çıxacağını deyib oradan çıxıb getmişdir. O, da Rizvan adlı şəxsə 2000 manat pul verməyini zəng edərək Məhəmmədcəfərə demişdir. Məhəmmədcəfər ona narahat olmamağını söyləmiş, eyni zamanda demişdir ki, narahat olmasın qızı 10 günə işə çıxacaq. Rizvan adlı şəxs dediyi vaxtda, yəni 10 gün müddətində qızının işə çıxmadığından heç bir xəbər olmadığını görüb Rizvan adlı şəxslə əlaqə saxlamış, lakin Rizvan adlı şəxsin nömrəsinə zəng çatmamışdır. Daha sonra da Məhəmmədcəfərlə əlaqə saxlamaq istəsə də Məhəmmədcəfərə də zəng çatmamışdır. Həmin anda düşünmüşdür ki, Məhəmmədcəfər və Rizvan adlı şəxslər qabaqcadan əlbir olub onu aldadaraq onun 4000 manat pulunu alıb ona qarşı dələduzluq etmişlər. Sonradan bilmişdir ki, Məhəmmədcəfər adlı şəxs X5r. X22 adlı tanışının vasitəsi ilə qızının işə düzəltməsi ilə bağlı tanımışdır. Sonradan Məhəmmədcəfərlə görüşüb nə üçün qızını işə düzəltmədiklərini, onlara verdiyi 4000 manat pulu qaytarmalarını demiş, Məhəmmədcəfər narahat olmamasını, qızının işi düzələcəyini, bir az gözləmək lazım olmasını demişdir. Həmin vaxtı Məhəmmədcəfər ona Rusiya Federasiyasında dövlət işində işlədiyini, Rusiya Federasiyasının vətəndaşı olduğunu bildirmişdir. Rizvan adlı şəxsin sonradan Təqsirləndirilən şəxs olduğunu bilmiş, Müşfiqi də Məhəmmədcəfər vasitəsi ilə tanımışdır. Ona 4000 (dörd min) manat ziyan dəyib, hal-hazıradək dəymiş ziyan ödənilməyib, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, qzı X33 1998-ci ildə RF-in Rostov şəhərində yerləşən İnstitutu bitirmiş, qızının diplomunu Azərbaycan Respublikasında tanıtmaq istəmişlər. Bunun üçün 2018-ci ilin iyun ayın 08-də qızı X15 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamənin verilməsi üçün Bakı şəhərində yaşayan Novruz adlı tanışının istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kömək istəmişdir. Bir müddət sonra Novruz onunla telefon əlaqəsi yaradaraq qeyd edilən diplomun tanınması və şəhadətnamənin verilməsi üçün 5000 manat pul tələb olunduğunu bildirmiş, Novruzla razılaşaraq qızı Nuranəyə məxsus diplomunun və şəxsiyyət vəsiqəsinin surətini, eyni zamanda 5000 manat pulu 2018-ci ilin iyun ayının 08-də Bakı şəhəri Yasamal rayonu ərazisində Novruz adlı tanışına vermişdir. Novruzla həm söhbət olan zaman sonuncu məsələnin həllində Rasim adlı dostundan kömək istədiyini, onun vasitəsi ilə tanıdığı və Təhsil Nazirliyində işləyən Rizvan adlı şəxsin onlara köməklik göstərəcəyini, 5000 manat pulun ona təqdim ediləcəyini bildirmişdir. Razılaşmaya əsasən bir ay keçəndən sonra qeyd olunan şəhadətnamə Novruz tərəfindən onlara təqdim edilməli idi. Novruz tərəfindən deyilən müddət tamam olduğu üçün o, şəhadətnamənin verilməsini, əks halda ödədiyi pulun geri qaytarılmasını Novruzdan tələb etmişdir. Bir neçə dəfə Novruzla əlaqə saxlayaraq şəhadətnamənin verilməsini, ya da pulunun qaytarılmasını Novruzdan tələb etdikdə Novruz, Rasim və Rizvan adlı şəxslərin istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil nömrələrini vermiş və ondan xahiş etmişdir ki, özü birbaşa həmin şəxslərlə əlaqə saxlasın. O, Rasim adlı şəxsin mobil nömrəsinə zəng edərək ödədiyi 5000 manat pulun qaytarılmasını tələb etdikdə, sonuncu ona polis əməkdaşı olduğunu, heç kimin onu aldada bilməyəcəyini, narahat olmamağını bildirib inandırmışdır. Daha sonra isə Rizvan adlı şəxsə zəng edərək ödədiyi 5000 manat pulu geri qaytarılmasını tələb etdikdə, sonuncu da yaxın zamanlarda şəhadətnamənin hazır olacağını deyib onu gözlətmişdir. Rasim və Rizvan adlı şəxslərin onu gözlətmələri bir neçə dəfə baş vermişdir. 18 aprel 2019-cu il tarixdə saat 14 radələrində Rizvan adlı şəxs zəng edərək şəhadətnamənin 2 gün sonra hazır olacağını və buna görə əlavə 1000 manat pul tələb olunduğunu bildirmişdir. O, da Rizvana inanıb həmin gün saat 15 radələrində onunla ünvan 13 ünvanda yerləşən Qara Qarayev metrosunun yanında görüşmüşdür. Rizvan adlı şəxs qızı Nurayə Qənbərovanın sənədinin əslini ona verib 2 günə şəhadətnaməni verəcəyini bildirmişdir. O, da Novruzdan borca aldığı 500 manat pulu həmin yerdə Rizvan adlı şəxsə verib ona şəhadətnaməni verəcəyi gün də əlavə olaraq 500 manat pulu verəcəyini bildirmişdir. Rizvan adlı şəxsdə onunla razılaşaraq ona verdiyi 500 manat pulu alıb oradan uzaqlaşmışdır. Rizvan adlı şəxsin ona dediyi 2 gün başa çatdıqdan sonra onunla əlaqə saxlayıb şəhadətnamənin hazır olub-olmadığını soruşduqda, ona yaxın qohumunun vəfat etdiyini və qısa müddət ərzində həmin sənədi alaraq verəcəyini bildirmişdir. 2018-ci ilin iyun ayından hazırki dövrədək qızı X12 xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamənin verilməsi üçün ümumilikdə verdiyi 5500 manat pulu ona qaytarılmamışdır. Qızı Nuranə ona məxsus olan xarici ali diplomunun Azərbaycan Respublikasında tanınması üçün Təhsil Nazirliyinə rəsmi qaydada müraciət etməmişdir. Ona 5500 manat ziyan dəyib, hal-hazıradək dəymiş ziyan ödənilməyib, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 bir neçə il olar ki tanıyır. 2018-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Qadirin oğlu Elnur Rzayev həbs olunub. Qadirdə həmin vaxtları oğlu Elnurun azadlığa çıxması üçün müxtəlif yollar axtarmış, elə olmuşdur ki, 2018-ci ilin yay aylarında Qadir demişdir ki, Müşfiq adlı şəxslə tanış olub və X26 azadlığa çıxması üçün ona köməklik edəcək. Qadir demişdir ki, Müşfiqlə oğlunun işi ilə bağlı görüşməyə gedir və ondan xahiş etmişdir ki, o, da onunla getsin. Onun vaxtı olduğu üçün Qadirlə biryerdə Müşfiqlə görüşmək üçün Nərimanov rayonu ərazisində yerləşən “AVESTA” çay evinə getmişlər. Həmin vaxtı Qadirin tanışı Şahid2 da onlarla biryerdə həmin yerə getmiş, orada Rasim və Müşfiq adlı şəxslər oturmuş, söhbət zamanı Qadir, Müşfiqə oğlu Elnurun həbs olunması barədə ona məlumat vermişdir. Müşfiq onların yanında demişdir ki, Qadirin oğlu Elnurun işini məhkəmədə yüngülləşdirib şərti azadlıq çıxarda bilər. Bunun üçün Müşfiq, Qadirdən 5000 manat pul istəmiş, həmin söhbət zamanı Rasim də orada olmuşdur. Qadirlə, Müşfiq, Qadirin oğlu Elnurun işi ilə bağlı söhbət etdikdən sonra onlar oradan çıxıb getmişlər. Sonrdan Qadirdən eşitmişdir ki, Müşfiq hissə-hissə ondan 3 dəfəyə 5400 manat pul almış, lakin Müşfiq, Qadirin oğlu Elnurun işini həll etməmiş və Elnur Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Qadir də dəfələrlə Müşfiqdən pulunu geri istəsədə bu vaxta kimi Müşfiq Qadirin 5400 manat pulunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 bir neçə il olar ki, tanıyır və münasibətləri normaldır. 2018-ci ilin iyun ayının əvvəllərində Lətifə xanım qızı Nuranənin xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamə verilməsi üçün ona köməklik etməyini ondan xahiş etmişdir. O da Lətifə xanımın xahişini yerə salmayıb tanışı Rasim Nəsirovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ondan bu barədə məsləhət almış, Rasim ona dediyi şəhadətnamənin alınması üçün ondan 5000 manat pul istəmiş, o da Lətifə xanımla bu barədə danışıb qızının diplomunun tanınması və şəhadətnamənin verilməsi üçün 5000 manat pul tələb olunduğunu bildirmişdir. Lətifə xanım da razılaşıb onunla görüşüb 5000 manat pulu ona vermiş və bir daha həmin işi həll olunmasında ona köməklik etməyini xahiş etmişdir. 10 iyun 2018-ci il tarixdə saat 15 radələrində ünvan 14 ünvanda yerləşən Elmlər Akademiyası metrosunun qarşısında Rasimlə görüşüb Lətifə xanımın qızının xarici ali təhsil diplomunun Azərbaycan Respublikasında tanınması və Təhsil Nazirliyi tərəfindən ona şəhadətnamə verilməsi üçün 5000 manat pulu Rasimə vermişdir. Rasim ondan pulu aldıqdan sonra 2 aya şəhadətnamənin hazır olacağını bildirmişdir. Rasim onunla görüşə qara rəngli “Range Rover” markalı avtomobillə gəlmişdir. Avtomobilin dövlət qeydiyyat nişanını və seriyasını hazırda xatırlamır, lakin Gürcüstan nömrəsi olduğunu deyə bilər. Qeyd edilən vaxtdan bir neçə ay keçməsinə baxmayaraq Rasim verdiyi vədə əməl etməyib şəhadətnaməni təhvil verə bilmədiyindən onu aldatmağa çalışmış, buna görə də o, dəfələrlə Rasimlə əlaqə saxlamışdır. Artıq Rasimin onu aldatdığını bilib Rasimə zəng edərək ona verdiyi pulu geri qaytarmasını bildirmişdir. Həmin günü Rizvan adlı şəxs ona zəng edərək Təhsil Nazirliyində işlədiyini, Rasimin pulu ona verdiyini bildirərək qeyd olunan şəhadətnamənin onun tərəfindən hazırlanaraq gətiriləcəyini demişdir. Rizvan adlı şəxs ona zəng etdiyi vaxtadək onu tanımamışdır. Rizvan adlı şəxsə daha sonra bir neçə dəfə zəng etmiş, Rizvanın da ona yalan vədlər verdiyini görüb Rizvanın istifadəsində olan ***-***-**-** mobil nömrəsini Lətifə xanıma verərək Lətifə xanıma Rizvanla əlaqə saxlamasını bildirmişdir. Rasimlə onun tanışlığı ifadəsində qeyd etdiyi məsələdən 1-2 il əvvələ təsadüf edir. Həmin vaxtları Rasim ona özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etdiyini və geniş əlaqələrinin olduğunu bildirmişdir. Rasimlə dərin münasibəti olmamışdır. Lakin ona özü haqda müsbət sözlər danışdığından o aldanmışdır. Rizvanı isə ifadəsində qeyd etdiyi vaxtda tanımışdır. Rizvanla telefon vasitəsi ilə əlaqə saxlamış, başqa münasibəti olmamışdır. Sonradan bilmişdir ki, özünü ona Rizvan kimi təqdim etmiş şəxs Təqsirləndirilən şəxsdur. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 bir neçə il olar ki, tanıyır. Belə ki, Qadiri tanımağı onun balaca oğlu Raminlə dostluq münasibətləri etdiyi vaxtdan başlayıb. 2018-ci ilin avqust ayında ona məlum olmuşdur ki, Qadirin oğlu Elnur Rzayev həbs olunub. Həmin vaxtları Qadirin balaca oğlu Ramin ona zəng edib demişdir ki, böyük qardaşı Elnur Rzayev bəzi nöqsanlara görə həbs edilmişdir. Zərərçəkmiş şəxs1 isə oğlu Elnura kömək etmək üçün vasitələr axtarmışdır. Bir müddət keçdikdən sonra Qadir ona zəng etmiş və onlar Elnurun işi ilə bağlı söhbət etmişlər. Söhbət zamanı Qadir oğlu Elnurun azadlığa çıxması üçün bir nəfər Müşfiq adlı şəxslə tanış olduğunu və Müşfiq adlı şəxsə oğlu Elnurun azadlığa çıxması üçün 4000 manat pul verdiyini demişdir. Qadir, Müşfiq adlı şəxsə axşam əlavə 1000 manat pul da verəcyini demişdir. Ondan xahiş etmişdir ki, birlikdə gedib həmin pulu Müşfiqə versinlər. O, da razı olmuşdur. 29 noyabr 2018-ci il tarixdə saat 19 radələrində Qadirlə Nərimanov metrosunun yanında görüşmüşlər. Qadirin yanında Əyyub adlı bir qohumu da olmuşdur. Qadir bundan sonra Müşfiqə zəng etmiş və harda olduğunu soruşmuşdur ki, hara gəlsinlər. X44 rayonu Keşlə qəsəbəsində yerləşən Köhnə ət kombinatı kimi tanınan ərazidəki, “Arpaçay” kafesinə gəlmələrini demişdir. Onlar biryerdə Qadir, Əyyub və o həmin yerə getmişlər. Orada onları bir nəfər orta boy, kök insan qarşılayıb özünü Müşfiq kimi təqdim etmişdir. Sonra onlar kafedə ayrı bir otağa keçib oturmuşlar. Müşfiq oturan kimi Qadirə pulu verməsini demişdir. Müşfiq eyni zamanda bildirmişdir ki, kafedə qonaqları var tələsir. Onlar Müşfiqdən işin nə yerdə olduğunu soruşan zaman Müşfiq demişdir ki, onun vəzifədə işləyən qohumları var, həmin qohumlarından xahiş edib ki, Elnurun işinə köməklik etsinlər. Müşfiq, Qadirə, oğlu Elnurun işini artıq danışdığını, işin həll olunduğunu, heç bir problem olmadığını, ittiham idarəsinin də tam razı olduğunu bildirmişdir. Qadir, Müşfiqdən soruşanda ki, birdən iş alınmadı, Müşfiq demişdir ki, bu mümkün deyil, pulu versin, tələsir. Məsələni uzatmasınlar yoxsa pullarını qaytarar, uşağı həbsdə qalar, heç kimdə həbsdən çıxarda bilməz. Bundan sonra saat 19:30 radələrində Qadir pulu cibindən çıxardıb yanlarında 10 ədəd 100 manatlıq, ümumi 1000 manat Müşfiqə vermiş və oradan çıxıb getmişlər. Bundan bir neçə gün sonra Qadir zəng edib oğlu Elnura 6 il iş verdiklərini bildirərək Müşfiqin telefona cavab vermədiyini bildirmişdir. Bundan sonra Qadir, Müşfiqlə axşam əlaqə saxladığını, Müşfiqin ona tezliklə pulu qaytaracağını demişdir. Ancaq Müşfiq sonradan Qadirə heç bir pul qaytarmamış, hər dəfə qaytaracağını bildirmiş və vaxtı uzatmışdır. Bunu ona Qadir demişdir. Sonradan ona məlum olmuşdur ki, Müşfiq dələduzluq yolu ilə Qadirdən 5400 manat pul almış, bu vaxta kimi dələduzluq yolu ilə ələ keçirdiyi 5400 manat pulu Qadirə qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması barədə 15 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 310, 178.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır ( İ cild, i.v. 01); cinayət işini icraata qəbul etmək haqqında 27 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 32.4, 310 və 178.2.2-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (İ cild, i.v. 50); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 dekabr 2019-cu il tarixli qərardan görünür ki, X37 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 51); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 66); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Nüsrəddin oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 78); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Şahid5 Şöhrət oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 89); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 101); zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 134); zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında 07 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Şahid5 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir (İ cild, i.v. 146-147); Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 17.01.2020-ci il tarixli, 14/14-34/00157 nömrəli məktubundan görünür ki, X13, X36 və X8 adında şəxslərin Fövqəladə Hallar Nazirliyində işləməsi barədə Nazirliyin Kadr siyasəti Baş idarəsində heç bir məlumat yoxdur (İ cild, i.v. 175); Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17.01.2020-ci il tarixli, 09-09-40/10 nömrəli məktubundan görünür ki, Təhsil Nazirliyinin aparatında X36 və X14 adlı şəxlər çalışmışlar ( İ cild, i.v. 177); əməlin tövsif edilməsi və cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında 24.02.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 32.4, 310 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilərək istintaqın davam etdirilməsi üçün ərazi və istintaq aidiyyatı üzrə Bakı şəhər Prokurorluğu vasitəsilə Bakı şəhər Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (İİ cild, i.v. 152-156); cinayət işinin icraatına hissəvi xitam verilməsi, cinayət işinin ərazi aidiyyatı üzrə göndərilməsi və zərər çəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi haqqında 30 mart 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraatın X37 ilə bağlı hissəsinə xitam verilmiş, Təqsirləndirilən şəxs, X36 və X2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ərazi aidiyyatı üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Bakı şəhər Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, X25 cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmiş, X9 mülki qaydada məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir ( İİ cild, i.v. 169-175); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 22.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20.08.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 182.2.2, 62-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19.03.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.06.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.05.2015-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 24.08.2016-cı ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Xəzər Rayon Məhkəməsinin 21.12.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət işi üzrə icraata xitam verilmişdir ( İİ cild, i.v. 214-216); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-353/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir ( İİ cild, i.v. 243-246); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-588/2011 saylı, 20 iyun 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və əmlakı müsdirə olunmamaqla 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ( İİ cild, i.v. 258-261); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1166/2020 saylı, 03.10.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır ( İİİ cild, i.v. 47-52); sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunaraq ona həmin maddələrlə ittiham elan edilməsi və barəsində Bakı şəhəri Səbail Rayon Məhməməsinin 03 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Şahid5 oğlunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən hissəsi üzrə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq qeyd edilən dələduzluq cinayətlərini törətmiş və X36 və X6 barəsində ********* №-li cinayət işi materiallarından fakta üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4- cü maddələri ilə ********* №-li cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmiş, ********* №-li cinayət işində olan bütün sənədlərin kserosurətləri ayrılmış ********* №-li cinayət işinə əlavə olunmuş və ayrılmış sənədlərin siyahısı hər iki cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir ( İİİ cild, i.v. 68-78); cinayət təqdibi üzrə ayrıca cinayət işinin ayrılması haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və cinayət işi icraata qəbul edilmişdir ( İİİ cild, i.v. 80-88); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir ( İİİ cild, i.v. 100-101); qətimkan tədbirinin nəzərə alınması haqqında 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 oktyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır ( İİİ cild, i.v. 110-112); iş materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona 4000 (dörd min) manat ziyan dəyib, hal-hazıradək dəymiş ziyan ödənilməyib, təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-29/2021 saylı, 14.04.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 17 iyun 2020-ci il tarixdən 19 iyun 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) günü müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.08.2010-cu il təvəllüdlü, Mehdixanlı Cəvahir adlı bir övladı var. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-29/2021 saylı, 14.04.2021-ci il tarixli hökmünün icrasına dair göstərişdən görünür ki, 1(009)-29/2021 saylı, 14.04.2021-ci il tarixli hökm 05 may 2021-ci il tarixdə qanuni qüvvəsini aldığından icra edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanını olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (cinayətin çox epizodlu olması, vurulmuş zərərin həcminin çox olması, həmçinin zərərçəkənlərə vurulmuş zərərin ödənilməməsi), əvvəllər məhkum edilməsi onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli (CM 66.5), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmaqla qətimkan tədbiri seçilməməlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 5431 (beş min dörd yez otuz bir) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 Əliəfsər oğlu Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə 7000 (yeddi min) manat maddi ziyanın, 2000 (iki min) manat mənəvi zərərin, ümumilikdə 9000 (doqquz min) pulun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası tam, Zərərçəkmiş şəxs3 Əliəfsər oğlunun mülki iddiası qismən əsaslıdır. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Əliəfsər oğluna qarşı dələduzluq əməlini törətməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs1 5400 (beş min dörd yüz) manat, Zərərçəkmiş şəxs3 7000 (yeddi min) manat maddi ziyan vurulması təsdiq edildiyindən, bu səbəbdən də həmin hissələrdə mülki iddialar əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh qeyd edilən hissələrdə mülki iddiaları etiraf edərək təmin edilməsinə etiraz etmədiyindən Zərərçəkmiş şəxs1 iddiası tam, Zərərçəkmiş şəxs3 iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 5400 (beş min dörd yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1, 7000 (yeddi min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda ödənilmiş dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs3 mülki iddiasının mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X27 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X27 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X27 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, işə düzəlmək üçün pul vermiş Zərərçəkmiş şəxs3 işə düzəlməməsi, həmçinin, əmlakının dələduzluq yolu ələ keçirilməsi sonuncuda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Beləliklə, iddiaçı mənəvi sarsıntılar keçirmiş, bunlar mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxsin təqsiri hazırkı hökmlə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əmlakının dələduzluq yolu ələ keçirilməsi, bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirmiş mülki iddiaçı mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Bununla belə, məhkəmə, mülki cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 800 (səkkiz yüz) manat məbləğində pul tutulması məqsədəmüvafiq və ağılabatandır. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 1(009)-29/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 03 oktyabr 2020-ci il tarixdən hesablansın. Hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 5400 (beş min dörd yüz) manat pul, 31 manat dövlət rüsumu, ümumilikdə 5431 (beş min dörd yüz otuz bir) manat Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 7000 (yeddi min) manat pul, mənvi zərərə görə 800 (səkkiz yüz) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 7830 (yeddi min səkkiz yüz otuz) manat Zərərçəkmiş şəxs3 xeyrinə tutulsun. Qalan hissədə Zərərçəkmiş şəxs3 mülki iddiası təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar