Məhkəmə qərarları › İş №1(011)-192/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-192/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-192/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi – Zərərçəkmiş şəxs1 və etibarnamə üzrə nümayəndəsi və vəkili Qanuni nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, müdafiəçisi - “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəh., Yasamal ray., ünvan 2 yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, “Profetech" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsinə əsasən həmin MMC-nin maliyyə direktoru vəzifəsində işləyib maddi-məsul şəxs olmaqla davamlı olaraq mənimsəməyə yönələn və vahid qəsdlə əhatə olunan niyyətlə qulluq mövqeyindən istifadə edərək cinayət əməllərini törətməklə həmin MMC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətindəki AZ84ACAB******************** nömrəli hesabında mövcud olmuş və vəzifələrinin icrası ilə əlaqədar ona etibar edilmiş pul vəsaitindən həmin bankda özünə məxsus olan 5374-6212-3147-2713 nömrəli kartının hesabına aylıq əmək haqqından əlavə olaraq 2021-ci ilin oktyabr ayı ərzində cəmi 397 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 500 manat olmaqla 2021-ci ilin noyabr ayı ərzində cəmi 1200 manat, 2021-ci ilin dekabr ayı ərzində cəmi 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat. xx.xx.2022-ci il tarixdə 100 manat, 16,02.2022-ci il tarixdə 300 manat. xx.xx.2022-ci il tarixdə 230 manat, xx.xx.2022-ci il tarixdə 200 manat. xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla 2022-ci ilin fevral ayı ərzində cəmi 1080 manat. xx.xx.2022-ci il tarixdə 300 manat, 0.3.03.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 150 manat. xx.xx.2022-ci il tarixdə 120 manat. xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 250 manat olmaqla 2022-ci ilin mart ayı ərzində cəmi 1320 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla 2022-ci ilin aprel ayı ərzində cəmi 1500 manat, xx.xx.2022-ci il tarixdə 230 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 248 manat, xx.xx.2022-ci il tarixdə 250 manat olmaqla 2022-ci ilin may ayı ərzində cəmi 978 manat, xx.xx.2022-ci il tarixdə 300 manat. xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 240 manat, xx.xx.2022-ci il tarixdə 245 manat olmaqla 2022-ci ilin iyun ayı ərzində cəmi 1485 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 250 manat olmaqla 2022-ci ilin iyul ayı ərzində cəmi 600 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat olmaqla 2022-ci ilin avqust ayı ərzində cəmi 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat olmaqla 2022-ci ilin sentyabr ayı ərzində cəmi 1100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla 2022-ci İlin oktyabr ayı ərzində cəmi 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla 2022-ci ilin noyabr ayı ərzində cəmi 1800 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat olmaqla 2022-ci ilin dekabr ayı ərzində cəmi 600 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat olmaqla 2023-cü ilin yanvar ayı ərzində cəmi 1500 manat, 2023-cü ilin fevral ayı ərzində cəmi 300 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 348 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla 2023-cü ilin mart ayı ərzində cəmi 1448 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2023-cü il tarixdə 100 manat olmaqla 2023-cü ilin aprel ayı ərzində cəmi 330 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 550 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 300 manat olmaqla 2023-cü ilin may ayı ərzində cəmi 1700 manat, 2023-cü ilin iyun ayı ərzində cəmi 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla 2023-cü ilin iyul ayı ərzində cəmi 700 manat, 2023-cü İlin avqust ayı ərzində cəmi 250 manat - ümumilikdə 20488 (iyirmi min dörd yüz səksən səkkiz) manat pul vəsaitini əmək haqqı adı ilə köçürüb özünün şəxsi ehtiyaclarına sərf etməklə talayaraq əmlak sahibi zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində anadan olmuşdur. Hazırda rəsmi qaydada boşanmışdır və iki övladı var. Hazırda Bakı şəh., Yasamal ray., ünvan 2 yaşayır. X2 2017-ci ildən tanıyır. Həmin dövrdə o, “Titan Group" MMC-də baş mühasib vəzifəsində, Zərərçəkmiş şəxs1 kommersiya direktoru vəzifəsində işləmişdir. 2019-cu ildə o, “Titan Group" MMC-dən öz istəyi ilə işdən çıxarılmışdır, 2019-cu ildə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün restoran açmağa cəhd etmiş, lakin bu mümkün olmamışdır. 2021 -ci ilin avqust aymadək müxtəlif şirkətlərin mühasibəlhq işlərini köməklik göstərmişdir, 2021-ci iyun ayında Zemfıra İsmayılova ona zəng edərək "xxxx" MMC-dən işdən çıxdığını və öz şirkətini yaratmaq istədiyini bildirmiş. O, Zərərçəkmiş şəxs1 bu işdə uğur qazana biləcəyini və kömək edə biləcəyini bildirmişdir. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 "xxxx" MMC-ni təsis etmişdir. MMC-nin fəaliyyət istiqaməti restoran və mehmanxanlar üçün peşəkar mətbəx avadanlıqlarının idxalı və satışıdır. 2021-ci ilin avqust ayından etibarən “Profetech" MMC-nin mühasibatlıq işlərinə kömək etməyə başlamış, bununla əlaqədar MMC-nin “Asan" imzası ona verilmişdir. O, avqust ayında əmək haqqı almamış və bu barədə Zemfira ilə heçnə danışmamışdır. Çünki, o, MMC-nin satış və sənəd dövriyyəsini gördükdən sonra əmək haqqı barəsində danışmaq istəmişdir. 2021-ci ilin sentyabr ayında MMC-nin Bakı şəhəri, Xətai rayonu, E.Bayramov küçəsində yerləşən ofisində o, Zemfiradan 500 manat əmək haqqı istədiyini bildirmişdir. Zemfira onunla razılaşmış və 2021-ci ilin sentyabr ayından 500 manat əmək haqqı almağa başlamışdır. O, xx.xx.2021-ci ildən öz əmək vəzifələrinin icrasına başlamışdır. Lakin, 2021-ci ilin sentyabr ayında o, Zərərçəkmiş şəxs1 əmək haqqını verə bilmədiyini görüb, ofisdə olarkən Zemfiraya MMC-nin "xxxx"da yerləşən hesabından öz əmək haqqını götürəcəyini bildirmiş, Zemfira da onunla razılaşmışdır. Onlar bu barədə danışarkən ofisdə o və Zemfiradan başqa heç kəs olmamışdır. 2021-ci ilin oktyabr ayında ofisdə olarkən o, Zemfiraya sənəd dövriyyəsinin çoxaldığını və 500 manat əmək haqqından əlavə 500 manat da bonus istədiyini bildirmiş, Zemifra onunla razılaşmışdır. Onlar bu barədə danışarkən ofisdə o və Zemfiradan başqa heç kəs olmamışdır. 2021-ci ilin noyabr ayında ofisdə olarkən o, Zemfiraya gömrük sənədləşmələrini də onun həyata keçirdiyini, 500 manat əmək haqqıdan və bonus kimi verilən 500 manatdan da əlavə olaraq gömrük sənədləşmələri üçün 300 manat, yəni ümumilikdə 1300 manat istədiyini bildirmişdir, Zemfira onunla razılaşmışdır. Onlar bu barədə danışarkən ofisdə o və Zemfiradan başqa heç kəs olmamışdır. Ümumiyyətlə, işlədiyi dövrdə Zemfira ona heç vaxt nağd şəkildə əmək haqqı və ya bonus verməmiş, bir neçə dəfə kart hesabına köçürmüşdür. Zemfira onu xx.xx.2022-ci il tarixdən MMC-nin maliyyə direktoru vəzifəsinə işə qəbul etmişdir. Əmək müqaviləsində onun əmək haqqının 350 manat göstərilməsinə baxmayaraq o, 500 manat əmək haqqı və 800 manat isə bonus almışdır, Zemfira ona həm əmək haqqını həm də bonusları MMC-nin "xxxx"da yerləşən hesabıdan götürməyə icazə vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ona həmin əlavələri MMC-nin satış direktoru Şahid və həmin dövrdə satış üzrə menecer işləyən sonuncunun qardaşı Emin adlı şəxsin bonuslardan xəbəri olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Şahid Zərərçəkmiş şəxs1 yanında MMC-nin ofisində ona audit yoxlaması keçirildiyini, 22.115 manat çatışmazlıq aşkar olunduğunu, həmin pulun mənim tərəfimdən mənimsənildiyini bildirmişdir. O. Zərərçəkmiş şəxs1 ona 500 manatdan əlavə 800 manat verdiyini həmin an Elçinə deməmişdir. Çünki, Zemfira ondan həmin 800 manatlıq əlavənin Elçin və sonuncunun qardaşı Emin tərəfindən bilinməməsini xahiş etmişdir. O, yalandan ipotekam olduğunu və bu səbəbdən pulu götürdüyümü bildirmişdir, O, Profetech MMC-də işlədiyi dövrdə heç bir məbləğ mənimsəməmişdir. Onların əksiklik kimi bildirdiyi məbləği o, "Profetech” MMC-nin təsisçisi Zərərçəkmiş şəxs1 icazəsi ilə işə başladığı vaxtdan MMCnin hesabından öz hesabına 500 manat əmək haqqıdan əlavə 800 manat bonus qismində köçürmüşdür. Həmin icazəyə dair səs sübutlarını təqdim etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 borcları çox olduğu üçün onun haqqında əsassız şikayətlə rayon prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, "xxxx" MMCnin asan imzası 2021 -ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 tərəfindən ona verilmişdir. Əmək haqqı qaldırılacağı təqdirdə vergilərdə artacaqdı. Bu səbəbdən bonusların artılrılmasını tələb etmişdir. Ona verilmiş bonuslar hər-hansı formada sənədləşdirilməmişdir. O, xx.xx.2023-cü il tarixdə Mən Zərərçəkmiş şəxs2 MMC-nin Bakı şəhəri, Xətai rayonu, F. Bayramov 11/56 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs1 və Şahid yalandan ipotekası olduğunu, oğluna biznes qurmaq istədiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 pis vəziyyətdə qoymamaq üçün əməlini yalandan etiraf etmişdir. Çünki, Şahid Zemifra İsmayılova tərəfindən ona bonus verilməsindən xəbəri olmamışdır və Zemifra İsmayılova ona bonus verilməsinin onun Şahid deməməsini xahiş etmişdir. Şahid qardaşı Emin Ələkbərov "xxxx" MMC-yə 50.000 dollar pul qoymuşdur. Onun fikrincə, onlar Zərərçəkmiş şəxs1 ona bonuslar verməsinə razı olmayacaqdılar. Bu səbəbdən, Zərərçəkmiş şəxs1 ondan onların bilməməsini xahiş etmişdir. O, sistemə 2.097 manatı əmək haqqı adı ilə yerləşdirmişdir. O. Zemfıradan qeyd edilən 2.097 manat pulun köçürülməsinin icazəsini almışdır. Lakin, nə qədər köçürdüyünü o Zemfiraya deməmiş, Zemfira da bilməmişdir. Həmin 28,891 manat ona verilən əmək haqqı və bonuslardır. Həmin MMC-də işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023- cü il tarixədək aldığı əmək haqqı və bonusları nəzərə alınsa onun Zərərçəkmiş şəxs2 MMC-yə heç bir borcu yoxdur. O, bəzən pula ehtiyacı olan zaman hesabına bəzi aylar 1300 manatdan çox pul köçürmüşdür. Lakin, o, sonrakı aylarda 1300 manatdan az pul köçürərək hər şeyi tənzimləmişdir. Zərərçəkmiş şəxs2 MMC-nin ofisində aparılmış video qeydiyyat ilə bağlı bildirmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs1 pis vəziyyətdə qoymamaq üçün əməlinin etiraf etmişdir. Zemifra İsmayılova ona bonus verilməsini Şahid deməməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Həmin dövrdə o, "xxxx" MMC-də kommersiya direktoru, Təqsirləndirilən şəxs isə baş mühasib vəzifəsində işləmişdir. "xxxx" MMC-nin fəaliyyət istiqaməti restoran və mehmanxanalar üçün peşakar mətbəxi avadanlıqlarının idxalı və satışından ibarət olmuşdur. 2021-ci ilin aprel ayında "xxxx" MMC-dən o, öz istəyi ilə işdən çıxmış və MMC təsis edərək fərdi sahibkarlıqla məşğul olmaq qərarına gəlmişdir. 2021-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxs ilə telefonla danışarkən sonuncuya MMC təsis edərək restoran və mehamnxanalar üçün peşakar mətbəxi avadanlıqlarının idxalı, satışı ilə məşğul olmaq istədiyini bildirmiş və ona kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs onun bu işdə uğur qazanacağını və ehtiyac olduğu təqdirdə kömək edə biləcəyini bildirmişdir. xx.xx.2021-ci ildə "xxxx" MMC-ni təsis etmiş, MMC-nin fəaliyyət istiqaməti restoran və mehamnxanalar üçün peşakar mətbəxi avadanlıqlarının idxalı və satışından ibarət olmuşdur. 2021-ci ilin avqust ayında o, MMC-də mühasibatlıq işlərinin təşkil edilməsi üçün Təqsirləndirilən şəxs kömək etməyə çağırmış və həmin vaxtda MMC-nin "Asan" imzasını və "xxxx"-da olan hesabını Təqsirləndirilən şəxs təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında ünvan 4 ünvanında yerləşən MMC-nin ofisində Təqsirləndirilən şəxs ondan kömək etməsi müqabilində hər ay 350 manat əmək haqqı istədiyini bildirmişdir. O da hər ay 350 manatı nağd şəkildə sonuncuya verə biləcəyini bildirmiş və 2022-ci yanvar ayınadək hər ay 350 manat məbləğində əmək haqqını nağd şəkildə ona vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən öz əmək vəzifələrinin icrasına başlamış, xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə rəsmi əmək müqaviləsi bağlayaraq sonuncunu maliyyə direktoru vəzifəsinə 350 manat aylıq əmək haqqı ilə işə götürmüşdür. Lakin, o, Təqsirləndirilən şəxs 500 manat əmək haqqı verəcəyəni bildirmiş və Elmira aylıq 500 manat əmək haqqı almışdır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona gördüyü işlər müqabilində 500 manatlıq əmək haqqının az olduğunu bildirmiş və əmək haqqısından əlavə bonus verilməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs aylıq əmək haqqısının 500 manat qalacağını və sonuncuya əlavə olaraq hər ay öz cibindən 500 manat nağd verəcəyini və ya şəxsi vəsaitindən onun kart hesabına köçürəcəyini bildirmişdir. Lakin, o, Təqsirləndirilən şəxs hesabdan əmək haqqısından əlavə olaraq pul vəsaiti götürməyə icazə verməmişdir. O, Elmiraya əlavəni öz cibindən verəcəyini bildirmişdir. Ola bilsin bir və ya iki dəfə vəsaiti olmadığından MMC-nin hesabından pul vurulmasına icazə vermişdir. Digər hallarda bunu öz şəxsi vəsaiti hesabına etmişdir. 2022-ci ilin sentyabr ayınadək o, öz cibindən Təqsirləndirilən şəxs hər ay nağd şəkildə 500 manat əmək haqqından əlavə vermişdir. 2022-cü ilin oktyabr ayında o, ofisdə olarkən Elmiraya maddi çətinliklər səbəbindən hər ay əmək haqqından əlavə olaraq 500 manat verə bilməyəcəyini, sonuncuya əlavə 300 manat verə biləcəyini bildirmişdir. Elmira onunla razılaşmışdır. Bəzən maddi çətinliklər səbəbindən əlavənin verilməsi gecikirmiş, o, əlavələri bəzən nağd, bəzən isə sonuncunun kart hesabına köçürməklə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmək haqqısı onun tərəfindən əmək maqaviləsi ilə də artırılaraq 500 AZN olmuşdur. O və MMC-nin satış direktoru Şahid maliyyə çatışmazlıqlarının yaranması səbəbindən MMC-nin hesabının auditor tərəfindən yoxlanmasına qərar vermiş və "xxxx" MMC-nə müraciət etmişlər. Auditor tərəfindən "xxxx"MMC- nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə icra olunmuş əmək haqqı ödənişləri yoxlanılmış, yoxlama nəticəsində “Profetech"MMC-nin maliyyə direktoru Təqsirləndirilən şəxs öz əmək haqqı hesabına əmək haqqısından əlavə olaraq 22.115,90 AZN məbləğində pul vəsaiti köçürdüyü müəyyən edilmişdir. Auditor yalnız Təqsirləndirilən şəxs rəsmi işə qəbul edildiyi dövrdən başlayaraq hesablama apardığı üçün qeyd edilən məbləğin 22.115,90 manatı audit rəyi ilə təsdiq etmişdir. Faktiki olaraq isə, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından mənimsəmə fəaliyyətinə başlamışdır. Onun 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində mənimsədiyi məbləğ 2.097 manatdır. Bu halın özü bank çıxarışları ilə təsdiq edilmişdir. Lakin, auditor hesablamalarda müəyyən yanlışlıqlara yol vermişdir. Beləki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin "xxxx" QSC-də mövcud olan AZ84ACAB******************** nömrəli hesabından həmin bankda mövcud olan özünə məxsus 5374-6212-3147-2713 nömrəli əmək haqqı kartının hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqı qismində ümumilikdə 28.891 manat pul köçürmüşdür. xx.xx.2022- ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə rəsmi əmək müqaviləsi bağlayaraq sonuncunu maliyyə direktoru vəzifəsinə 350 manat aylıq əmək haqqı ilə işə götürmüşdür. Lakin, o, Təqsirləndirilən şəxs 500 manat əmək haqqı verəcəyəni bildirmiş və sonuncu aylıq 500 manat əmək haqqı almışdır. Bu səbəbdən yoxlamanın aparıldığı 20 ayda 500 manat yəni, ümumilikdə 10.000 manat həmin məbləğdən çıxılmalıdır. Həmçinin, o, Elmiraya yalnız bir və ya ən çoxu iki dəfə hesabdan əlavəsini götürməyə icazə vermişdir. 2022-ci ilin sentyabr ayında Elmira ondan əlavəni tələb etdikdə o, sonuncuya maddi çətinliklərimin olduğunu, bu səbəbdən 500 manat əlavəni MMC-nin hesabından köçürə biləcəyini bildirmişdir. Bundan başqa o, Elmiraya hesabdan öz hesabına aylıq əmək haqqısından başqa əlavə köçürməyə heç vaxt icazə verməmişdir. Bu səbəbdən həmin 500 manat da 28.891 manatdan çıxılmalıdır. Ümumilikdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə öz əmək haqqı hesabına əmək haqqısından əlavə olaraq 18.391 AZN məbləğində pul vəsaiti köçürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində mənimsədiyi məbləğ 2.097 manatdır. Ümumilikdə, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 2023-cü ilin avqust ayınadək 20.488 manat puı vəsaitini öz hesabına köçürməklə MMC-yə ziyan vurmuşdur. Qeyd edilən halları müəyyən etdikdən sonra, o və Şahid Təqsirləndirilən şəxs ofisə dəvət edərək fərdi söhbət etmiş və telefonla söhbətin video qeydiyyatını aparmışlar. Video qeydiyyatın aparılmasında məqsəd Təqsirləndirilən şəxs onlara böhtan atması ehtimalının olması olmuşdur. O və Şahid Təqsirləndirilən şəxs vergi xidmətinin elektron sistemindən edilmiş çıxarışı və mənimsəməni təsdiq edən digər sənədləri təqdim edib, bunları nə ilə əsaslandırdığını soruşmuş, Təqsirləndirilən şəxs törətdiyi əməli tam şəkildə etiraf etmiş, banklara kredit borcunun, ipoteka öhdəliyinin və s. maliyyə öhdəliklərinin olduğunu deyərək, cəmiyyətin vəsaitini mənimsəməsini əsaslandırmışdır. Təqsirləndirilən şəxs dəfələrlə mənimsədiyi məbləği qaytarmaq istədiyini, lakin maliyyə vəziyyətinin buna imkan vermədiyini bildirmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs işlədiyi dövrdə həm ondan nağd və ya karta köçürmə şəklində bonuslar almış, həm də icazəsiz şəkildə MMC-nin hesabından öz hesabına pul vəsaitləri köçürmüşdür. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə onun əmək müqaviləsi dayandırılmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, MMC-də aylıq əmək haqqının verilməsinin vaxtı aydan-aya dəyişirmiş çünki, satışların zəif və ya güclü olması səbəbindən aylıq əmək haqqılar müvafiq olaraq tez və ya gec verilmişdir. Lakin, bütün İşçilərin, o cümlədən Təqsirləndirilən şəxs əmək haqqısı tam ödənilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək faktiki olaraq Profetech" MMC-də maliyyə direktoru vəzifəsində işləmiş, lakin əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. 050-215- 80-06 mobil nömrəsi ona məxsusdur. O, xx.xx.2022-ci il tarixdə "Whatsapp" sosial şəbəkəsi ilə Təqsirləndirilən şəxs göndərilmiş “Elmira xanım, axşamınız xeyir necəsiz? narahat etmədim sizi? Elmira xanım, mən sizinlə danışmaq istəyərdim ki, işdən danışa bilmirəm sizin əmək haqqınız barədə Elmira xanım, olar ki, sizin əmək haqqınız rəsmi olaraq 500 qalsın qalan 500 manatı isə hər ay mən özümdən siz kartınıza atacam. Emin mənim borclarımı bağlayıb. Tezliklə o, məndən xahiş edəcək ki, haqq hesablara baxsın neyləsin-neyləməsin bilirəm ki, onlar razı olmayacaqlar. Çünki, o elə həmişə deyirdi ki, auditə verək neyləyək. 350 manata gəlib baxırlar neynirlər. Mən israr edirəm ki, yox mənə mühasib lazımdır. Ona görə də sizin rəsmi maaşınız 500 qalsın mən də hər ay özümdən 500 manat sizin kartnıza atacam və ondan onların heç xəbəri olmasın. ikimizin aramızda qalsın. İnciməzsiniz? Prinsipi belə baxanda həmin pulu verəcəm sizə sadəcə olaraq onların xəbəri olmasın. Buna görə” məzmunlu səsli mesajın onun tərəfindən göndərildiyini bildimişdir. Səsdə qeyd edilən Emin adlı şəxs Şahid qardaşı Emin Ələkbərovdur. Emin də əvvəllər "xxxx" MMC-də pay sahiblərindən biri olmuşdur. Emin və Elçin əvvəllər də Təqsirləndirilən şəxs şübhələnmiş və Elmiradan xoşları gəlməmişdir. O, isə Elmira ilə əvvəlcədən tanışlıqları olduğu üçün sonuncuya inanmışdır. Bu səbəbdən, o da Elmiraya verdiyi əlavələri əvvəlcə Emin və Elçinə deməmişdir. Çünki, Emin və Elçin Elmiraya əlavə verilməsinə etiraz edəcəkdilər və onların aralarında mübahisələr yaranacaqdı. Lakin, bir müddət sonra o, Elmiraya verilən əlavələr barədə Elçinə məlumat vermişdir. 2021-ci ilin sentyabr ayından, 2022-ci ilin yanvar ayınadək o, Təqsirləndirilən şəxs hər ay öz cibimdən nağd şəkildə 350 manat əmək haqqı vermişdir. 2022-ci ilin yanvar ayında o, Elmira ilə əmək müqaviləsi bağlayaraq sonuncunu işə götürən zaman onlar əmək haqqının 500 manata razılaşmışlar. Lakin, o, əmək müqaviləsində aylıq əmək haqqısının 350 manat qeyd edildiyini bilməmişdir. Lakin, sonuncunun əmək haqqısı 2022-ci ilin yanvar ayından 500 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmək haqqısı onun tərəfindən əmək maqaviləsi ilə də artırılaraq 500 AZN olmuşdur. Lakin, həmin dövrədək 500 manat əmək haqqı almışdır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona gördüyü işlər müqabilində 500 manatlıq əmək haqqının az olduğunu bildirmiş və əmək haqqısından əlavə bonus verilməsini tələb etmişdir. O, Elmiraya səsli mesajda da qeyd edildiyi kimi aylıq əmək haqqısının 500 manat qalacağını və sonuncuya əlavə olaraq hər ay öz cibindən 500 manat nağd verəcəyini və ya onun kart hesabına köçürəcəyini bildirmişdir. Lakin, o, Elmiraya hesabdan əmək haqqısından əlavə olaraq pul vəsaiti götürməsinə icazə verməmiş, əlavəni öz cibindən verəcəyini bildirmişdir. 2022-cü ilin oktyabr ayında o, ofisdə olarkən Elmiraya maddi çətinliklər səbəbindən hər ay əmək haqqından əlavə olaraq 500 manat verə bilməyəcəyini, sonuncuya əlavə 300 manat verə biləcəyini bildirmişdir. Elmira onunla razılaşmışdır. Bəzən maddi çətinliklər səbibindən əlavənin verilməsi gecikmiş, o, əlavələri bəzən nağd, bəzən isə kart hesabına köçürməklə Elmiraya ödəmişdir. O, Elmiraya səsli mesajda da qeyd edildiyi kimi əmək haqqısının 500 manat qalacağını və hər ay öz kart hesabından sonuncunun kart hesabına 500 manat əlavə olaraq pul köçürəcəyini və ya nağd şəkildə verəcəyini bildirmişdir. Bəzən maddi çətinliklər səbibindən əlavənin verilməsi gecikirmiş, belə olan halda o, bir neçə ayın əlavəsini toplayıb birdəfəlik Elmiraya vermişdir. Lakin, o, Təqsirləndirilən şəxs əlavəni hər ay öz kart hesabından sonuncunun kart hesabına köçürəcəyini bildirmişdir. Sonuncunun MMC-nin hesabından əmək haqqısından əlavə olaraq köçürdüyü pulların hamısı mənimsədiyi məbləğlərdir. Xatırladığı qədər o, yalnız sonuncuya bircə dəfə əmək haqqısından əlavə olaraq 500 manat miqdarında köçürmə etməyə icazə vermişdir. O, Elmira ilə əmək müqaviləsi bağlayan zaman müqavilədə aylıq əmək haqqının 500 AZN qeyd edildiyini zənn etmiş, lakin, sonradan o, əmək müqaviləsində 350 AZN qeyd edildiyini görmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək əmək müqaviləsində 350 AZN qeyd edilməsinə baxmayaraq əmək haqqı kartına köçürdüyü 500 AZN sonuncunun əmək haqqısıdır. Elmira hesabdan öz əmək haqqı hesabına 500 AZN-dən artıq pul köçürərək həmin pulları mənimsəmişdir. O, xx.xx.2022-ci il tarixdə göndərilmiş 38 saniyəlik "Elmira xanım sizin utanmağınız üçün heç bir səbəb yoxdur. Mən utanıram ölüb yerə girirəm ki, mən 5 manat pul düzəldə bilmirəm. Bəlkə siz hesabdan maaşınıza köçürəsiniz. Obyekt icarəyə verirəm. Bunu qurtarım ki, heç olmasa 5 manat pul götürüm. Allah and olsun özüm pis vəziyyətdə qalmışam. Allaha qurban olum nələr baş verir. Siz özünüzə hesabdan maaşı götürün də qurban olum." məzmunlu səsli mesajın onun tərəfindən göndəridiyini bildirmişdir. O, Elmiraya yalnız bircə dəfə hesabdan əlavəsini götürməyə icazə vermişdir. 2022-ci ilin sentyabr ayında Elmira ondan əlavəni tələb etdikdə o, sonuncuya maddi çətinliklərinin olduğunu, bu səbəbdən 500 manat əlavəni MMC-nin hesabından köçürə biləcəyini bildirmişdir. Bundan başqa o, Elmiraya hesabdan öz hesabına aylıq əmək haqqısından başqa əlavə köçürməyə heç vaxt icazə verməmişdir. O, xx.xx.2023-cü il tarixdə göndərilmiş “Əmək haqqına görə dəymiş zərər-24192,75 Azn, dəymiş zərərə görə DSMF Şirkətdən tutulan-4247,23, İşçidən tutulan-3010,09, konsalting 1500 azn, ümumi sistemi qaydaya salmaq hər bir şeyi düzəltmək 2000 azn, birdə də ki, hansı aydan maaşını 300 manatda qaldırdım elə aldığı pulu özü hesablasın, o puluda gəlsin bunun üstünə." məzmunlu mesajın Şahid tərəfindən ona, onun tərəfindən isə Təqsirləndirilən şəxs göndərildiyini bildirmişdir. Elçin Elmiranın mənimsəmə faktım aşkar etdikdən sonra ona həmin məzmunlu mesajı göndərərək Elmiradan əməllərinə görə dəymiş ziyanı və hansı aydan ona 300 AZN əlavə verilibsə, hesablayıb həmin məbləğləri də geri tələb etməli olduğunu bildirmişdir. O da həmin mesajı Elmiraya göndərmişdir. O həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatlar tamamilə yalandır. Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq üçün yalan danışır. O, Təqsirləndirilən şəxs MMC-nin hesabında pul götürməyə icazə versə heç vaxt rayon prokurorluğuna şikayətlə müraciət etməzmiş. 2021-ci ilin sentyabr ayından, 2022-ci ilin yanvar ayınadək o, Təqsirləndirilən şəxs hər ay öz cibindən nağd şəkildə 350 manat əmək haqqı vermişdir. 2022-ci ilin yanvar ayında o, Elmira ilə əmək müqaviləsi bağlayaraq Elmiranı işə götürən zaman onlar əmək haqqının 500 manata razılaşmışlar. Lakin, o, əmək müqaviləsində aylıq əmək haqqısının 350 manat qeyd edildiyini bilməmişdir. Lakin, Elmiranın əmək haqqısı 2022-ci ilin yanvar ayından 500 manat olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmək haqqısı onun tərəfindən əmək maqaviləsi ilə də artırılaraq 500 AZN olmuşdur. Lakin, həmin dövrədək 500 manat əmək haqqı almışdır. 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona gördüyü işlər müqabilində 500 manatlıq əmək haqqının az olduğunu bildirmiş və əmək haqqısından əlavə bonus verilməsini tələb etmişdir. O, Elmiraya səsli mesajda da qeyd edildiyi kimi aylıq əmək haqqısının 500 manat qalacağını və sonuncuya əlavə olaraq hər ay öz cibindən 500 manat ona nağd verəcəyini və ya onun kart hesabına köçürəcəyini bildirmişdir. Lakin, o, sonuncuya hesabdan əmək haqqısından əlavə olaraq pul vəsaiti götürməsinə icazə verməmişdir. O, Elmiraya əlavəni öz cibindən verəcəyini bildirmiş, 2022-ci oktyabr ayında o, ofisdə olarkən Elmiraya maddi çətinliklər səbəbindən hər ay əmək haqqından əlavə olaraq 500 manat verə bilməyəcəyini, sonuncuya əlavə 300 manat verə biləcəyini bildirmişdir. Elmira onunla razılaşmışdır. Bəzən maddi çətinliklər səbibindən əlavənin verilməsi gecikmişdir. Belə olan halda o, bir neçə ayın əlavəsini toplayıb birdəfəlik Elmiraya vermişdir. O, əlavələri bəzən nağd, bəzən isə, Elmiranın kart hesabına köçürməklə ödəmişdir. O, Elmiraya səsli mesajda da qeyd edildiyi kimi əmək haqqısının 500 manat qalacağını və hər ay öz kart hesabından sonuncunun kart hesabına 500 manat əlavə olaraq pul köçürəcəyini və ya nağd şəkildə verəcəyini bildirmişdir. Elmira onunla razılaşmışdır. Lakin, O, Təqsirləndirilən şəxs əlavəni hər ay öz kart hesabından sonuncunun kart hesabına köçürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs MMC-nin hesabından əmək haqqısından əlavə olaraq köçürdüyü pulların hamısı mənimsədiyi məbləğlərdir. O, yalnız sonuncuya yalnız bircə dəfə əmək haqqısından əlavə olaraq 500 manat miqdarında köçürmə etməyə icazə vermişdir. 2022-ci ilin sentyabr ayında Elmira ondan əlavəni tələb etdikdə o, Elmiraya maddi çətinliklərinin olduğunu bu səbəbdən 500 manat əlavəni MMC-nin hesabından köçürə biləcəyini bildirmişdir. Bundan başqa o, Elmiraya hesabdan öz hesabına aylıq əmək haqqısından başqa əlavə köçürməyə heç vaxt icazə verməmişdir. Məhkəmə istintaqında Şahid ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin iyun ayından qeyd edilən "xxxx" MMC-nin direktoru, xx.xx.2022-ci il tarixdən isə icraçı direktoru vəzifəsində işləyir. MMC-nin fəaliyyət istiqaməti restoran və mehamnxanalar üçün peşakar mətbəxi avadanlıqlarının idxalı və satışından ibarətdir. 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 MMC-də mühasibatlıq işlərinin təşkil edilməsi üçün əvvəllər birlikdə işlədiyi Təqsirləndirilən şəxs kömək etməyə çağırmış, həmin vaxtdan MMC-nin “Asan” imzasını və "Access Bank”-da olan hesabını ona təqdim etmişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs 350 manat aylıq əmək haqqı istədiyini və hər ay nağd şəkildə sonuncuya 350 manat verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayınadək hər ay 350 manatı nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ila rəsmi əmək müqaviləsi bağlayaraq sonuncunu maliyyə direktoru vəzifəsinə 350 manat aylıq əmək haqqı ilə işə götürmüşdür. Lakin, Zərərçəkmiş şəxs1 Elmiraya 500 manat əmək haqqı verəcəyəni bildirmiş və Elmira aylıq 500 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs1 sonradan ona bildirmişdir ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 gördüyü işlər müqabilində 500 manatlıq əmək haqqının az olduğunu bildirmiş və əmək haqqısından əlavə bonusların verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs aylıq əmək haqqısının 500 manat qalacağını və əlavə olaraq hər ay öz cibindən 500 manat nağd verəcəyini və ya kart hesabına köçürəcəyini bildirmişdir. Lakin, nə o, nə də Zemfira Elmiraya hesabdan əmək haqqısından əlavə olaraq pul vəsaiti götürməsinə icazə verməmişlər. Zemfira Elmiraya əlavəni öz cibindən dan lava bildirmişdir. 2022-ci ilin sentyabr ayınadək Zemfira öz cibindən Elmiraya hər ay 500 manat vermişdir. 2022-cü ilin oktyabr ayında Zemfira ofisdə olarkən Elmiraya maddi çətinliklər səbəbindən hər ay əmək haqqından əlavə olaraq 500 manat verə bilməyəcəyini, əlavə 300 manat verə biləcəyini bildirmiş, Elmira Zemfira ilə razılaşmışdır. Bəzən maddi çətinliklər səbibindən əlavənin verilməsi gecikmişdir. Zemfira əlavələri bəzən nağd, bəzən isə Elmiranını kart hesabına köçürməklə sonuncuya ödəmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmək haqqısı Zemfira tərəfindən əmək maqaviləsi ilə də artırılaraq 500 AZN olmuşdur. O və Zemfira maliyyə çatışmazlıqlarının yaranması səbəbindən MMC-nin hesabının auditor tərəfindən yoxlanmasına qərar vermiş və "ASON AUDİT” MMC-nə müraciət etmişlər. Auditor tərəfindən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə icra olunmuş əmək haqqı ödənişləri yoxlanılmışdır. Yoxlama nəticəsində "xxxx"MMC-nin maliyyə direktoru Təqsirləndirilən şəxs öz əmək haqqı hesabına əmək haqqısından əlavə olaraq 22.115,90 AZN məbləğində pul vəsaiti köçürdüyü müəyyən edilmişdir. Auditor yalnız Təqsirləndirilən şəxs rəsmi işə qəbul edildiyi dövrdən başlayaraq hesablama apardığı üçün qeyd edilən məbləğin 22.115,90 manatı audit rəyi ilə təsdiq etmişdir. Faktiki olaraq isə, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından mənimsəmə fəaliyyətinə başlamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində mənimsədiyi məbləğ 2.097 manatdır. Bu halın özü bank çıxarışları ilə təsdiq edilmışdir. Lakin, auditor hesablamalarda müəyyən yanlışlıqlara yol vermişdir. Beləki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin "xxxx" QSC-də mövcud olan AZ84ACAB******************** nömrəli hesabından həmin bankda mövcud olan özünə məxsus 5374-6212-3147-2713 nömrəli əmək haqqı kartının hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə əmək haqqı qismində ümumilikdə 28.891 manat pul köçürmüşdür. xx.xx.2022-ci il tarixdə mən Təqsirləndirilən şəxs ilə rəsmi əmək müqaviləsi bağlayaraq onu maliyyə direktoru vəzifəsinə 350 manat aylıq əmək haqqı ilə işə götürmüşdür. Lakin, Zemfira Elmiraya 500 manat əmək haqqı verəcəyini bildirmiş və Elmira aylıq 500 manat əmək haqqı almışdır. Bu səbəbdən yoxlamanın aparıldığı 20 ayda 500 manat yəni, ümumilikdə 10.000 manat həmin məbləğdən çıxılmalıdır. Həmçinin, Zemfira Elmiraya yalnız bircə dəfə hesabdan əlavəsini götürməyə icazə vermişdir. 2022-ci ilin sentyabr ayında Elmira Zemfiradan əlavəni tələb etdikdə Zemfira Elmiraya maddi çətinliklərimin olduğunu bu səbəbdən 500 manat əlavəni MMC-nin hesabından köçürə biləcəyini bildirmişdir. Bundan başqa Zemfira Elmiraya hesabdan öz hesabına aylıq əmək haqqısından başqa əlavə köçürməyə heç vaxt icazə verməmişdir. Bu səbəbdən həmin 500 manat da 28.891 manatdan çıxılmalıdır. Ümumilikdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə öz əmək haqqı hesabına əmək haqqısından əlavə olaraq 18.391 AZN məbləğində pul vəsaiti köçürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan müddət ərzində mənimsədiyi məbləğ 2.097 manatdır. Ümumilikdə, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayından 2023-cü ilin avqust ayınadək 20.488 manat pul vəsaitini öz hesabına köçürməklə MMC-yə ziyan vurmuşdur. Qeyd edilən halları müəyyən etdikdən sonra, 9 o və Zemfira Təqsirləndirilən şəxs ofisə dəvət edib fərdi söhbət etmişlər və telefonla söhbətin video qeydiyyatını aparmışlar. Video qeydiyyatın aparılmasında məqsəd, Təqsirləndirilən şəxs onlara böhtan atması ehtimalının olması olmuşdur. O və X4 Bədəlovaya vergi xidmətinin elektron sistemindən edilmiş çıxarışı və mənimsəməni təsdiq edən digər sənədləri təqdim etmiş, bunları nə ilə əsaslandırdığını soruşmuşlar. Təqsirləndirilən şəxs törətdiyi əməli tam şəkildə etiraf etmiş, banklara kredit borcunun, ipoteka öhdəliyinin maliyyə öhdəliklərinin olduğunu deyərək, cəmiyyətin vəsaitini mənimsəməsini əsaslandırmışdır. Təqsirləndirilən şəxs dəfələrlə mənimsədiyi məbləği qaytarmaq istədiyini, lakin maliyyə vəziyyətinin buna imkan vermədiyini bildirmişdir. Şahid ifadəsində həmçinin bildirmişdir ki, səsdə qeyd edilən Emin adlı şəxs onun qardaşı Emin Ələkbərovdur. Emin də əvvəllər "xxxx" MMC-də pay sahiblərindən biri olmuşdur. O və Emin əvvəllər də Təqsirləndirilən şəxs şübhələnmişlər və Elmiradan xoşları gəlməmişdir. Lakin, Zemfira isə Elmira ilə əvvəlcədən tanışlıqları olduğu üçün sonuncuya inanmışdır. Zemfira əvvəllər aralarında mübahisə yarana bilcəyini düşünərək Elmiraya verdiyi əlavələr barədə ona heçnə deməmişdir. Lakin, bir müddət sonra Zemfira Elmiraya verilən əlavələr barədə ona məlumat vermişdir. 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs 350 manat aylıq əmək haqqı istədiyini və hər ay nağd şəkildə ona 350 manat verəcəyini bildridi. Zərərçəkmiş şəxs1 2022-ci ilin yanvar ayınadək hər ay 350 manatı nağd şəkildə Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə rəsmi əmək müqaviləsi bağlayaraq sonuncunu maliyyə direktoru vəzifəsinə 350 manat aylıq əmək haqqı ilə işə götürmüşdür. Lakin, Zərərçəkmiş şəxs1 Elmiraya 500 manat əmək haqqı verəcəyəni bildirmişdir və Elmira aylıq 500 manat əmək haqqı almışdır. Zərərçəkmiş şəxs1 sonradan ona bildirmişdir ki, 2022- ci ilin iyul ayında Təqsirləndirilən şəxs Zemfiraya gördüyü işlər müqabilində 500 manatlıq əmək haqqının az olduğunu bildirmiş və əmək haqqısından əlavə bonusların verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs aylıq əmək haqqısının 500 manat qalacağını və Elmiraya əlavə olaraq hər ay öz cibindən 500 manat nağd verəcəyini və ya Elmiranın kart hesabına köçürəcəyini bildirmişdir. Lakin, nə o, nə də Zemfira Elmiraya hesabdan əmək haqqısından əlavə olaraq pul vəsaiti götürməsinə icazə verməmişlər. Zemfira Elmiraya əlavəni öz cibindən verəcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayınadək Zemfira öz cibindən Elmiraya hər ay 500 manat vermişdir. 2022-cü ilin oktyabr ayında Zemfira ofisdə olarkən Elmiraya maddi çətinliklər səbəbindən hər ay əmək haqqından əlavə olaraq 500 manat verə bilməyəcəyini, əlavə 300 manat verə biləcəyini bildirmiş, Elmira Zemfira ilə razılaşmışdır. Bəzən maddi çətinliklər səbibindən əlavənin verilməsi gecikmişdir. Zemfira əlavələri bəzən nağd, bəzən isə Elmiranını kart hesabına köçürməklə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əmək haqqısı Zemfira tərəfindən əmək maqaviləsi ilə də artırılaraq 500 AZN olmuşdur. Elmiranın MMC-nin hesabından əmək haqqısından əlavə olaraq köçürdüyü pulların hamısı sonuncunun mənimsədiyi məbləğlərdir. Zemfira Elmiraya yalnız bircə dəfə əmək haqqısından əlavə olaraq 500 manat miqdarında köçürmə etməyə icazə vermişdir. Zemfira Elmiraya yalnız bircə dəfə hesabdan əlavəsini götürməyə icazə vermişdir. 2022-ci ilin sentyabr ayında Elmira Zemfiradan əlavəni tələb etdikdə Zemfira Elmiraya maddi çətinliklərin olduğunu bu səbəbdən 500 manat əlavəni MMC- nin hesabından köçürə biləcəyini bildirmişdir. Bundan başqa nə o, nə də Zemfira Elmiraya hesabdan öz hesabına aylıq əmək haqqısından başqa əlavə köçürməyə heç vaxt icazə verməmişlər. Həmin mesaj onun tərəfindən Zemfira İsmaylovaya göndərilmişdir. O, Elmiranın mənimsəmə faktını aşkar etdikdən sonra Zemfiraya həmin məzmunlu mesajı göndərərək Elmiradan əməllərinə görə dəymiş ziyanı və hansı aydan 300 AZN əlavə verilibsə, hesablayıb həmin məbləğləri də geri tələb etməsini bildirmişdir. Zemfira da həmin mesajı Elmiraya göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. - 18 yanvar 2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixində işə başlamışdır. - 23 may 2023-cü il tarixli 012/23 №-li əmrdən görünür ki, Zərərçəkmiş şəxs2ndə Maliyyə direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə bağlanmış xxxxxxx000701 nömrəli əmək müqaviləsinə dəyişiklik edilərək xx.xx.2023-cü il tarixindən əmək haqqı 350 AZN-dən artırılaraq 500 AZN edilmişdir. - 11 sentyabr 2023-cü il tarixli auditor rəyi və hesabatından görünür ki, müəssisənin bank hesabından çıxarışlara baxış keçirilərkən xx.xx.2022 – xx.xx.2023 tarixləri aralığında maliyyə direktoru Təqsirləndirilən şəxs öz əımək haqqı təyinatı ilə 28891 (iyirmi səkkiz min səkkiz yüz doxsan bir) AZN ödəniş edərək müəssisəni 22115.90 AZN (iyirmi iki min yüz on beş manat 90 qəpik) zərərə məruz qoyması aşkarlanmışdır. - 17 oktyabr 2023-cü il tarixli № 5(011)-764/2023 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin bank məlumatlarının götürülməsi haqqında qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə araşdırmanın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 5374-6212-3147-2713 nömrəli əmək haqqı hesabının debit kartının məlumatları, həmin hesab və ya debit kartından hansı mənbələrdən, hansı üsulla və hansı məbləğlərdə pul vəsaitlərinin nağdlaşdırıldığı, hesabdan başqa hansı hesablara və hansı məbləğdə pul vəsaitlərinin köçürüldüyü (köçürülən hesaba dair anket məlumatlar göstərilməklə), hesabdan hansı məbləğlərdə pul vəsaitlərinin kim və ya kimlər tərəfindən çıxarıldığı, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesabdan çıxarıldığına dair maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatlat, eləcə də göstərilən tarixlərdə həmin bank hesabları üzrə bankomatlarda pul əməliyyatları həyata keçirən zaman qeydə alınmış fotogörüntülər "xxxx" QSC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" QSC-dən daxil olmuş 5374-6212-3147-2713 saylı kartla bağlı olan bank hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həyata keçirən bütün əməliyyatları əks etdirən 083037 nömrəli hesabdan çıxarışdan görünür ki, 5374-6212- 3147-2713 kart hesabının sahibi ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdır. Kartın hesab nömrəsi AZE59ACAB********************-dir. Hesabın statusu aktiv, valyutası AZN-dir. Hesaba ümumi mədaxil həmin dövr üçün 8122.0000, ümumi məxaric isə 7768,8600-dır. Baxış zamanı "xxxx" MMC-nin Z84ACAB******************** nömrəli hesabından 5374-6212-3147-2713 saylı kart hesabına əmək haqqı qismində xx.xx.2021-ci il tarixdə 397 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 200 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN, xx.xx.2021-ci il tarixdə 500 AZN məbləğində pul vəsaitlərinin köçürüldüyü müəyyən edilmişdir. Baxış zamanı "xxxx" MMC-nin Z84ACAB******************** nömrəli hesabından 5374-6212-3147-2713 saylı kart hesabına əmək haqqı qismində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə, 2.097 AZN pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. - 27 noyabr 2023-cü il tarixli 5(011)-897/2023 saylı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin bank məlumatlarının götürülməsi barədə qərarından görünür ki, təqdimat və vəsatət təmin edilmiş, 546-C-23 nömrəli araşdırma materialı üzrə araşdırmanın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 5374-6212-3147-2713 nömrəli əmək haqqı hesabının debit kartının məlumatları, həmin hesab və ya debit kartından hansı mənbələrdən, hansı üsulla və hansı məbləğlərdə pul vəsaitlərinin nağdlaşdırıldığı, hesabdan başqa hansı hesablara və hansı məbləğdə pul vəsaitlərinin köçürüldüyü (köçürülən hesaba dair anket məlumatlar göstərilməklə), hesabdan hansı məbləğlərdə pul vəsaitlərinin kim və ya kimlər tərəfindən çıxarıldığı, ümumilikdə hansı məbləğdə pul vəsaitlərinin hesabdan çıxarıldığına dair maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti barədə şəxsi və kommersiya sirri təşkil edən məlumatlat, eləcə də göstərilən tarixlərdə həmin bank hesabları üzrə bankomatlarda pul əməliyyatları həyata keçirən zaman qeydə alınmış fotogörüntülər "xxxx" QSC-dən götürülməsi qərara alınmışdır. - "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-xx.xx.2023 tarixlər aralığına dair hesabdan çıxarışa baxış keçirilməsi haqqında 07 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 MMC-nin Z84ACAB******************** nömrəli hesabından 5374-6212- 3147-2713 saylı kart hesabına əmək haqqı qismində xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 200 AZN, xx.xx.2022-ci il tarixdə 100 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 100 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 230 AZN, xx.xx.2022-ci il tarixdə 200 AZN, xx.xx.2022-ci il tarixdə 150 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ei il tarixdə 200 AZN, xx.xx.2022-ci il tarixdə 150 AZN, xx.xx.2022-ci il tarixdə 120 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 400 AZN, 14.04,2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 230 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2021-ci il tarixdə 248 AZN, xx.xx.2022-ci İİ tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 700 AZN, 22,06.2022-ci il tarixdə 240 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 245 AZN, xx.xx.2022-ci il tarixdə 350 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN, xx.xx.2022-ci il tarixdə 250 AZN. xx.xx.2022-ci il tarixdə 500 AZN. xx.xx.2022-ci 11 tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN. xx.xx.2022-ci il tarixdə 300 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 200 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN. xx.xx.2022-ci il tarixdə 400 AZN, xx.xx.2022-ci il tarixdə 400 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 500 AZN, xx.xx.2022-ci il tarixdə 100 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, xx.xx.2023-ci il tarixdə 250 AZN, xx.xx.2023-ci il tarixdə 500 AZN, xx.xx.2023-ci il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023-ci il tarixdə 200 AZN, xx.xx.2023cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 348 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-ci il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 120 AZN, xx.xx.2023-cü il tarixdə 250 AZN, 25,04.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023cü il tarixdə 60 AZN, xx.xx.2023-cü il tarixdə 100 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023-cü il tarixdə 550 AZN, xx.xx.2023-cü il tarixdə 350 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, xx.xx.2023-cü il tarixdə 300 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 200 AZN, xx.xx.2023-cü il tarixdə 500 AZN, 21,08.2023-cü il tarixdə 250 AZN məbləğində pul vəsaitlərinin köçürüldüyü müəyyən edilmişdir. Baxış zamanı “Profetech" MMC-nin Z84ACAB00210İ00Ü0********** nömrəli hesabından 5374- 6212-3147-2713 saylı kart hesabına əmək haqqı qismində xx.xx.2022-ci ii tarixdən xx.xx.2023- ci il tarixədək ümumilikdə, 28,891 AZN pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. - 14 noyabr 2023-cü il tarixli cinayət işini icraata qəbul etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai araşdırma aparılmışdır. - 20 noyabr 2023-cü il tarixli zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2MMC-nin direktoru Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - 14 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən 15 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 yanvar 2024-cü il tarixli, 9/9472 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin direktoru O.S.Vəlilovun və auditor S.X.Vəkilov tərəfindən aparılmış audit rəyinin və şahid ifadələrinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda xx.xx.2022-xx.xx.2023 tarixləri aralığında maliyyə direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs öz əmək haqqı hesabına əmək haqqı təyinatı ilə 28.891 (iyirmi səkkiz min səkkiz yüz doxsan bir) AZN ödəniş edərək Zərərçəkmiş şəxs2 MMC-ə 19.715,90 manat (on doqquz min yeddi yüz on beş manat 90 qəpik) zərər vurması müəyyən edilmişdir. - 26 yanvar 2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - 26 yanvar 2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə baxışı zamanı diskdə olan videogörüntüyə baxışdan müəyyən olunur ki, həmin dialoq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, F.Bayramov 11/56 ünvanında yerləşən ofisində qeydə alınıb. Videodakı şəxslər onun özü, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahiddur. Videogörüntülərdən məlum olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli tam şəkildə etiraf etmiş, banklara kredit borcunun, ipoteka öhdəliyini, oğluna biznes qurmaq istədiyini, maliyyə öhdəliklərinin olduğunu deyərək, cəmiyyətin vəsaitini mənimsəməsini əsaslandırmışdır. - İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 13 Pro" markalı mobil telefon cihazına onun və tərcüməçi X1 iştirakı ilə baxış keçirilmiş və həmin mobil telefonun “Whatsapp" sosial şəbəkəsinin söhbətlər bölməsinə baxış keçirilərkən kontaktlarda "Zema.Profet’' adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs1 olması ehtimal olunan şəxs tərəfindən aşağıdakı mətndə qeyd edilən 1 dəqiqə 39 saniyəlik səsli mesaj göndərilmişdir: "Elmira xanım, axşamınız xeyir necəsiz? narahat etmədim sizi? Elmira xanım, mən sizinlə danışmaq istəyərdim ki, işdən danışa bilmirəm sizin əmək haqqınız barədə Elmira xanım, olar ki, sizin əmək haqqınız rəsmi olaraq 500 qalsın qalan 500 manatı isə hər ay mən özümdən siz kartınıza atacam. Emin mənim borclarımı bağlayıb. Tezliklə o, məndən xahiş edəcək ki, haqq hesablara baxsın neyləsin neyləməsin bilirəm ki, onlar razı olmayacaqlar. Çünki, o elə həmişə deyirdi ki, auditə verək neyləyək. 350 manata gəlib baxırlar neynirlər. Mən israr edirəm ki, yox mənə mühasib lazımdır. Ona görə də sizin rəsmi maaşınız 500 qalsın mən də hər ay özümdən 500 manat sizin kartınıza atacam və ondan onların heç xəbəri olmasın, ikimizin aramızda qalsın. İnciməzsiniz? Prinsipi belə baxanda həmin pulu verəcəm sizə sadəcə olaraq onların xəbəri olmasın. Buna görə" “Zema.Profet" adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 olması ehtimal olunan şəxs tərəfindən aşağıdakı mətndə qeyd edilən 38 saniyəlik səsli mesaj göndərilmişdir: “Elmira xanım sizin utanmağınız üçün heç bir səbəb yoxdur. Mən utanıram ölüb yerə girirəm ki, mən 5 manat pul düzəldə bilmirəm. Bəlkə siz hesabdan maaşınıza köçürəsiniz. Obyekt icarəyə verirəm. Bunu qurtarım ki, heç olmasa 5 manat pul götürüm. Allah and olsun özüm pis vəziyyətdə qalmışam. Allaha qurban olum nələr baş verir. Siz özünüzə hesabdan maaşı götürün də qurban olum." "Zema.Profet" adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə X3 olması ehtimal olunan şəxs tərəfindən aşağıdakı məndə qeyd edilən 44 saniyəlik səsli mesaj göndərilmişdir: "Yox, Elmira xanım mən o barədə düşünmürəm. Mən artıq sizə neçə aydır ki pul köçürməliyəm. Heç cürə alınmır. İndi heç olmasa biraz atım sonra yenə gözləyirəm. Mənə onsuzda pul gəlməlidi. Mən axı sizə keçən dəfə dedim ki, yarısını da nağd şəkildə verəcəm. Mən elə özüm darixiram ki, sizə pul köçürə bilmirəm. Onu da atım biraz da yüngülləşim də oradan. Mən indi sizə 500 köçürəcəm. Sonra bu həftə yenə sifariş götürməliyəm, nağd olmalıdır, köçürmə ilə yox. Ordan artıq ataram, sizə hələki bunu sizə atım.” "Zema.Profet" adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 olması ehtimal olunan şəxs tərəfindən aşağıdakı məzmunda mesaj göndərilmişdir: "Əmək haqqına görə dəymiş zərər-24192,75 Azn, Dəymiş zərərə görə DSMF Şirkətdən tutulan-4247,23, işçidən tutulan-3010,09, konsalting 1500 azn, ümumi sistemi qaydaya salmaq hər bir şeyi düzəltmək 2000 azn. birdə ki, hansı aydan maaşını 300 manatda qaldırdım elə aldığı pulu özü hesablasın, o pulu da gəlsin bunun üstünə.” Baxışda iştirak edən Təqsirləndirilən şəxs bu mesajın Şahid tərəfindən Zərərçəkmiş şəxs1 göndərdiyini, sonuncunun da ona göndərdiyini bildirmişdir. Həmçinin, "Zema.Profet" adı ilə qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 olması ehtimal olunan şəxsin "PaşaBank" mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs oğlu X6 məxsus "Kapital” bankda olan 5239-1515- 1171-5867 nömrəli kart hesabına 500 manat məbləğindən pul vəsaiti köçürməsinə qəbzin ekran görüntüsününün şəklinin göndərdiyi müəyyən edilmişdir. - 02 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti ona təqdim edilmişdir. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(011)-93/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlama müddəti 01 (bir) ay 20 (iyirmi) gün həddində müəyyən edilmiş, ev dustaqlığında saxlama müddətinin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmış, ev dustaqlığında olduğu müddətdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 20:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya, həmin Məcəllənin 179.2.3-cü maddəsi eyni əməlləri şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyinə, həmin Məcəllənin 179.2.4-cü maddəsi isə eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Hüquq nəzəriyyəsinə görə mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 (altı) ay 14 (on dörd) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Yasamal ray., Zərdabi küç., ev-92/A, mənzil 660 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq ekspertiza rəyinə uyğun həcmdə, yəni 19715,90 (on doqquz min yeddi yüz on beş manat doxsan qəpik) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 (altı) ay 14 (on dörd) gün ev dustaqlığında saxlama müddəti 01 (bir) il 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 19715,90 (on doqquz min yeddi yüz on beş manat doxsan qəpik) manat məbləğində pul tutularaq, Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxsndan tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar