Məhkəmə qərarları › İş №1(011)-192/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-192/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-192/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs3 «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 24 avqust 2024-cü il tarixdə müraciət etmiş Şahid1 ilə Təqsirləndirilən şəxs2 alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 14:43-də Aysel Kərimova ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orla məktəbin qarşısına gəlib o, kənarda taksidə gözləmiş, Təqsirləndirilən şəxs2 isə Şahid1 və əri Zərərçəkmiş şəxs3 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və Təqsirləndirilən şəxs3 satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı - bijuteriyanı qızıl-zinət əşyası kimi 2700 manata Zərərçəkmiş şəxs3 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs3, qalan 700 manatı isə Təqsirləndirilən şəxs2 ilə aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs3 2700 (iki min yeddi yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs3 «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 20 sentyabr 2024-cü il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orta məktəbin qarşısına gəlib o, kənarda taksidə gözləmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və Təqsirləndirilən şəxs3 satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86,55 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı-bilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 5150 manata Zərərçəkmiş şəxs2 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 4000 manatını Təqsirləndirilən şəxs3, qalan 1150 manatı isə Təqsirləndirilən şəxs2 ilə aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs2 5150 (beş min yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra «Lalafo.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 17 oktyabr 2024-cü il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsinə gəlib o, kənarda taksidə gözləmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və onun satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 39,28 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı-bilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 2800 manata Zərərçəkmiş şəxs1 sataraq aldadıb ələ keçirdiyi həmin məbləği Təqsirləndirilən şəxs2 ilə aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs1 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs3 «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 24 avqust 2024-cü il tarixdə müraciət etmiş Şahid1 ilə alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 14:43-də Təqsirləndirilən şəxs1 onu taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orta məktəbin qarşısına gətirərək kənarda taksidə gözləmiş, sonra isə Şahid1 və əri Zərərçəkmiş şəxs3 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və Təqsirləndirilən şəxs3 satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı bijuteriyanı qızıl-zinət əşyası kimi 2.700 manata Zərərçəkmiş şəxs3 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs3, qalan 700 manatı isə Təqsirləndirilən şəxs1la aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs3 2700 (iki min yeddi yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs1 və qonşusu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs3 «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 20 sentyabr 2024-cü il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 12 radələrində Təqsirləndirilən şəxs1 onu taksi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orta məktəbin qarşısına gətirərək kənarda taksidə gözləmiş, sonra isə Zərərçəkmiş şəxs2 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və Təqsirləndirilən şəxs3 satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86,55 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağıbilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 5.150 manata Zərərçəkmiş şəxs2 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 4000 manatını Təqsirləndirilən şəxs3, qalan 1150 manatı isə Təqsirləndirilən şəxs1la aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs2 5150 (beş min yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs1 «Lalafo.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 17 oktyabr 2024-cü il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs1 ilə alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 13 radələrində Təqsirləndirilən şəxs1 onu taksi ilə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsinə gətirərək kənarda taksidə gözləmiş, sonra isə Zərərçəkmiş şəxs1 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və Təqsirləndirilən şəxs1 satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 39,28 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı-bilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 2.800 manata Zərərçəkmiş şəxs1 sataraq aldadıb ələ keçirdiyi pulu Təqsirləndirilən şəxs1la aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs1 2800 (iki min səkkiz yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, onun «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 24 avqust 2024-cü il tarixdə müraciət etmiş Şahid1 ilə Təqsirləndirilən şəxs2 alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 14:43-də Təqsirləndirilən şəxs1 taksi ilə Aysel Kərimovam Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orta məktəbin qarşısına gətirərək kənarda taksidə gözləmiş, Təqsirləndirilən şəxs2 isə Şahid1 və əri Zərərçəkmiş şəxs3 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və onun satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı bijuteriyanı qızıl-zinət əşyası kimi 2700 manata Zərərçəkmiş şəxs3 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 2000 manatını ona verib, qalan 700 manatı isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs3 2700 (iki min yeddi yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə qonşusu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarındakı vəzifə bölgüsünə əsasən adi metaldan hazırlanmış bəzək əşyasını qızıl-zinət əşyası adı altında satıb qazanc əldə edəcəkləri barədə razılığa gəldikdən sonra, onun «Tap.az» sosial şəbəkəsində yerləşdirdiyi elana görə 20 sentyabr 2024-cü il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 alqı-satqı üçün danışıb razılığa gəlmiş və həmin günü saat 12 radələrində Təqsirləndirilən şəxs1 taksi ilə Aysel Kərimovanı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Hövsan yolu 2/3 ünvanında 315 saylı tam orta məktəbin qarşısına gətirərək kənarda taksidə gözləmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 ilə görüşüb istintaqla müəyyən edilməyən şəxs tərəfindən hazırlanmış və onun satmaq üçün verdiyi üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86,55 qram olan, sarı rəngli qiymətsiz metal (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış boyunbağı-bilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 5150 manata Zərərçəkmiş şəxs2 sataraq aldadıb ələ keçirdiyi həmin məbləğin 4000 manatını ona verib, qalan 1150 manatı isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında bərabər bölməklə Zərərçəkmiş şəxs2 5150 (beş min yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında icarəyə köşk götürərək işlətmiş və həmin ərəfədə Təqsirləndirilən şəxs2 ilə tanış olaraq onunla qeyrirəsmi ər-arvad münasibətində olub bir yerdə kirayə yaşamağa başlamış, kirayə yaşadığı həyət evində qalan zaman orada başqa ailələr də qalmış, onlarda biri də Könül adlı xanım olmuş, Könüllə qısa müddət ərzində qonşu kimi münasibətləri yaranmış, söhbət zamanı Könül saxta qızılı olmasını, yəni qızıla oxşayan sarı metaldan olan bəzək əşyaları olmasını, hətta üzərində əyyarı da olmasını, həmin əşyaları sosial şəbəkədə yerləşdirib satışı ilə məşğul olmasını bildirmiş və ona «istəyirsənsə üstünə pul qoyub sən də satışla məşğul ol və qazan» demiş, həmin vaxt Könüllə razılaşmış və evdə Aysellə məsləhətləşdikdən sonra Könül elan səhifəsində 2700 manata yerləşdiriyi elanla tapdığı müştəriyə saxta qızıl boyunbağı və qolbağı satmaq məqsədilə ondan götürmüş və Aysellə birlikdə 24 avqust 2024-cü il tarixdə günorta saatlarında Könülün yerləşdirdiyi elan əsasında müştəri ilə görüşərək saxta qızıl olan boyunbağını 2700 manata satıb dələduzluq etmiş, bu qazancdan 700 manatı özünə götürərək Aysellə birlikdə bərabər xərcləmiş, 2000 manatını isə Könüllə danışıb razılaşdığı kimi onun təqdim etdiyi kart hesabına göndərmişdir. Bundan başqa ikinci dəfə Könülün elan səhifəsində 5150 manata yerləşdirdiyi elanla tapdığı müştəriyə saxta qızıl olan boyunbağı və qolbağı satmaq məqsədilə Könüldən götürmüş və Aysellə birlikdə 20 sentyabr 2024-cü il tarixdə günorta saatlarında taksi ilə gedərək Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbin qarşısında görüş təyin etmiş və aralıda taksidə gözləyərək Ayseli əşyanı satmağa göndərmiş, təxminən 5 dəqiqə sonra Aysel gələrək boyunbağı və qolbağı satmasını bildirmiş, sonra isə oradan çıxaraq evə gedən zaman Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən «Araz Market»də olan ödəmə terminalı vasitəsilə əvvəlcədən danışıb razılaşdığı kimi əldə etdikləri pulun 4000 manatını Könülün verdiyi kart hesabına göndərmiş, qalan 1150 manat pulu isə Aysellə birlikdə bərabər xərcləmişdir. Hər iki cinayət əməlini Aysel və Könüllə birlikdə planlaşdıraraq törətmiş, cinayət törətməyi qonşusu Könül təklif etmiş, belə ki, özünün bu kimi əməl etdiyini və qazanc əldə etmək istəyirsə satdığı həmin saxta qızılın üzərinə pul qoyaraq sata biləcəyini təklif etdikdə pula ehtiyacı olduğuna görə razılaşmış, Aysellə birlikdə satdığı hər iki bəzək əşyası olan boyunbağı və qolbağı Könül özü şəxsən yaşadığı ünvana gətirib təqdim etmişdir. 2024-cü ilin avqust-sentyabr aylarında iş yerinin yaxınlığında yerdən "xxxx" MMC-yə məxsus ***- ***-**-** mobil nömrəsi tapmış, həmin mobil nömrəni özünə məxsus «Honor» markalı mobil telefona taxaraq təxminən bir ay işlətmiş, lakin nömrə sahibi zəng etməmişdir. 2024-cü ilin sentyabr ayında «Tap.az» saytına daxil olduqda tanımadığı şəxsin qızıl boyunbağı və qızıl bilərzik kimi qeyd etdiyi qızıl zinət əşyalarını 230 manata satışa yerləşdirdiyini görmüş, elana yerləşdirilmiş, lakin hal-hazırda unutduğu mobil nömrə ilə əlaqə saxladıqda telefon zənginə cavab verən şəxs üzərində əyyarı olduğunu, ikisinin bir yerdə 38,7 qram olduğunu, lakin tərkibinin qızıl olmadığını bildirsə də həmin şəxsə bəzək əşyasını almaq istədiyini demiş, bir neçə saat sonra Xətai rayonu ərazisində yerləşən «Bakı kinoteatrı»nın qarşısında kuryerlə görüşərək yol pulu ilə birlikdə ümumilikdə 245 manat verib boyunbağı və bilərziyi götürmüş, sonra Aysellə birlikdə kirayə yaşadığı ünvan 7 ünvanına gəlmiş, söhbət zamanı Ayselə boyunbağının və qolbağın qızıl olmadığını, lakin üzərində əyarı olmasını bildirmiş, təxminən 5 gün sonra həmin bilərzik və boyunbağını metronun «Əhmədli» stansiyasının yaxınlığına gətirib, orada olan mağazaların birindən qara rəngli qızıl qabı alıb içərisinə qoymuş, 15 oktyabr 2024-cü il tarixdə həmin boyunbağının və qolbağın şəkillərini çəkərək ***-***-**-** mobil nömrə ilə «Lalafo.az» saytına qızıl adı ilə 2800 manata satışa yerləşdirmiş və həmin nömrədə whatsapp ani mesajlaşma sistemini açaraq “Ləman” kimi qeyd etmiş, həmin günü axşam saatlarında ***-***-**-** mobil nömrənin sahibi Zərərçəkmiş şəxs1 whatsapp ani mesajlaşma sistemi ilə mesaj yazaraq həmin «qızıl» kimi qeyd etdiyi boyunbağıya və qolbağa baxmaq istədiyini dedikdə səhəri günü baxa biləcəyini bildirmişdir. 16 oktyabr 2024-cü il tarixdə Suraxanı rayonu, Zığ kəndində yaşayan və taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid2nın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Xətai rayonu, Əhmədli kəndinə aparmasını xahiş etmiş, sonra Xətai rayonu, “Pluton” restoranının yaxınlığında yerləşən Əhmədli kəndindəki küçələrin birinə getmiş, məhəllənin birində avtomobili saxlatdıraraq yerə düşmədən Asəf adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə həmin yerin məkanını bildirən xəritəni göndərərək yenidən yaşadığı ünvana qayıtmışdır. 17 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Ayseli də götürərək Aynurun idarə eldiyi avtomobillə müştəri Asəf adlı şəxsə xəritəsini göndərdiyi ünvana getmiş,Ayselə orada olan evlərin birinin qapısını göstərərək müştəri harada qaldığını soruşarsa həmin evi göstərməsini, boyunbağını və bilərziyi satdıqdan sonra həmin ünvanın qapısının ağzında dayanmasını, müştəri getdikdən sonra gəldikləri avtomobilə minməsini bildirmiş, bir neçə dəqiqə sonra Asəf adlı şəxs whatsapp ani mesajlaşma sistemi ilə mesaj yazaraq həmin ünvanda olduğunu dedikdə Aysel avtomobildən düşüb həmin şəxsin gəldiyi «Land Rover» markalı avtomobilə yaxınlaşmış, təxminən iki dəqiqə sonra həmin şəxsin boyunbağını və bilərziyi götürdüyünü və pulunu verdiyini görmüş, Aysel həmin şəxsdən ayrılaraq göstərdiyi ünvanın qarşısında təxminən 1-2 dəqiqə dayanmış və sonra gəldikləri taksiyə əyləşmiş, sonra oradan uzaqlaşıb birgə yaşadığı ünvana gəlmiş, evdə olan zaman Aysel 2800 manat pulu çıxarıb verdikdə həmin pulu Aysellə birlikdə bərabər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan üç gün sonra Aysel zəng edərək yaşadıqları ünvana polis əməkdaşlarının gəlməsini və onları polis şöbəsinə çağırmalarını bildirmiş, sonra polisə gedib törətdiyi əməli səmimi etiraf etmiş, törətdiyi cinayətdən taksi sürücüsü Aynurun xəbəri olmamış, onun xidmətindən sadəcə taksi kimi istifadə etmiş və 50 manat yol pulu vermiş, ancaq Aysel törətdiyi cinayətdən xəbərdar olmuş və həmin cinayətləri onunla birlikdə törətmişdir. Müştəriyə 2800 manata satdığı saxla qızıl boyunbağını və bilərziyi ona Könül verməmiş, bu cinayətdə Könülün rolu olmamış, həmin qazancdan Könülə hər hansı bir məbləğdə pul verməmiş, ilkin ifadəsində 2800 manatdan Könülə 2000 manatını verib 8 manatını özünə götürməsini bildirsə də əsl həqiqətdə Könülə 2800 manatdan pul verməmişdir. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyandan ümumilikdə 270 manat ödəniş edilmişdir. Ödənişi o və Aysel birlikdə etmişlər. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, bu işi görməyi onlara Könül təklif etmişdir. Könül bir gün onlara gəlmiş və saxta qızıl olduğunu bildirmişdir. Onlara həmin qızılı gətirəcəyini onların isə həmin qızılı satmaq üçün yalnız müştəri tapmalı olduqlarını bildirmişdir. Onlar Könüllə razılaşmışlar və bununla əlaqədar Könüldən nömrəni almışlar. Könül onun ətrafının geniş olduğunu bildiyi üçün həmin qızılları satmağı onlara təklif etmişdir. İlk dəfə 2700 manat dəyərində qızılı satmış, həmin puldan 700 manat götürmüş, 2000 manatı könülə vermişdir. İkinci dəfə 5150 manat dəyərində olan qızılı Zərərçəkmiş şəxs2 satmış, 4000 manatı Könülə vermiş, 1150 manatı özünə götürmüşdür. Üçüncü epizodda Könülün iştirakı olmamışdır. Bütün qızıllarda prob olmuş və bu qızılların saxta olması heç bilinməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə yoldaşı törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum edildiyindən onunla əlaqəsi kəsilmiş, 2023-cü ildə metronun “Əhmədli” stansiyasının yaxınlığında olan köşklərin birində işləyən, sonradan adının Rasim olduğunu bildiyi şəxslə tanış olmuş, həyatında olanları Rasimə danışdıqdan sonra övladları ilə birlikdə onu yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsində yerləşən 158 nömrəli evə gətirmiş və orada yaşamağa davam etmişlər, bundan sonra Rasimlə arasında qeyri-rəsmi ər-arvad münasibəti yaranmışdır. Həmin vaxt onlarla eyni həyətdə başqa mənzildə Könül adlı xanım kirayə yaşamış və qonşu kimi Könüllə münasibətləri yaxın olmuş, söhbət zamanı Könül saxta qızıl, yəni sarı metaldan olan bəzək əşyası təşkil edib sosial şəbəkədə müştəri tapıb satışı ilə məşğul olması barədə Rasimə bildirmiş və sonra Rasimə «istəyirsən həmin bujuteriyanı sosial şəbəkədə müştəri tapıb sat və pul qazan deyə təklif etmiş, sonra Rasim evə gəlib bu barədə ona danışmış, daha sonra Rasim saxta qızılı satmaq məqsədilə lazım olan ünvana getməli olduğunu, satdıqdan sonra əldə olunmuş qazancın çox hissəsini Könülə verməli olduqlarını bildirdikdə maddi imkanı pis olduğuna və pula ehtiyacı olduğuna görə Rasimlə və Könüllə razılaşmışdır. Bundan sonra Könül «Tap.az» sosial elan səhifəsində 2700 manata yerləşdirdiyi elanla tapdığı müştəriyə saxta qızıl olan boyunbağı və qolbağı satmaq məqsədilə Rasimə vermişdir və Rasimlə birlikdə 24 avqust 2024-cü il tarixdə günorta saatlarında Könülün yerləşdirdiyi elan əsasında müştəri ilə görüşərək saxta qızıl olan boyunbağını 2700 manata sataraq dələduzluq etmiş, bu qazancdan 700 manatı Rasim özlərinə götürərək birlikdə bərabər xərcləmiş, 2000 manatı isə Könüllə danışıb razılaşdığı kimi kart vasitəsilə onun təqdim etdiyi karta göndərmişdir. Bundan başqa ikinci dəfə Könülün elan səhifəsində 5150 manata yerləşdirdiyi elanla tapdığı müştəriyə saxta qızıl olan boyunbağı və qolbağı satmaq məqsədilə Rasim ondan götürmüş və birlikdə 20 sentyabr 2024-cü il tarixdə günorta saatlarında taksi ilə gedərək Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbin qarşısında görüş təyin etmiş və Rasim aralıda dayanıb gözləmiş, onu isə həmin saxta qızıl əşyasını satmağa göndərmiş, təxminən 5 dəqiqə sonra həmin əşyanı müştəriyə satıb gəlmiş və Rasimlə birlikdə oradan çıxaraq evə qayıdan zaman Rasim Qaraçuxur qəsəbəsində yerləşən «Araz Market»də olan ödəmə terminalı vasitəsilə əvvəlcədən danışdığı kimi əldə etdiyi pulun 4000 manatını Könülün verdiyi kart hesabına göndərmiş, qalan 1150 manat pulu isə onunla birlikdə bərabər xərcləmişdir. Qeyd etdiyi hər iki cinayət əməlini Rasim və Könüllə birlikdə etmiş, cinayət hadisəsini törətməyi Könül təklif etmiş, belə ki, qonşusu olan Könül özünün bu kimi əməli etdiyini və onların da qazanc əldə etmək istəyirlərsə həmin qızılın üzərinə pul qoyaraq sata biləcəkləri barədə Rasimə fikir bildirmiş, Rasim də evdə Könülün təklifi barədə bildirdikdə razılaşmış, çünki pula ehtiyacları olmuş, Rasimlə birlikdə satdığı hər iki bəzək əşyalarını Könül kirayə yaşadığı ünvana gətirib Rasimə təqdim etmişdir. Bundan başqa 2024-cü ilin avqust-sentyabr aylarında Rasim iş yerinin yaxınlığında "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə tapmış və həmin nömrəni özünə məxsus “Honor” markalı mobil telefona taxıb təxminən bir ay işlətmiş, lakin sahibi zəng etməmiş, 2024-cü ilin sentyabr ayında Rasim «Tap.az» saytına daxil olduqda tanımadığı şəxsin sarı metaldan olan boyunbağı və bilərziyi 230 manata satışa yerləşdirdiyini görmüş, sonra Rasim elana yerləşdirilmiş mobil nömrə ilə əlaqə saxladıqda telefon zənginə cavab verən şəxs üzərində əyyarı olduğunu, ikisinin bir yerdə 38,7 qram olduğunu, lakin tərkibinin qızıl olmadığını bildirsə də Rasim almaq istədiyini demiş və bir neçə saat sonra Xətai rayonu ərazisində kuryerlə görüşüb yol pulu ilə birlikdə 245 manat verib boyunbağı və bilərziyi alaraq kirayə yaşadıqları ünvan 7 ünvanına gətirmiş, sonra Rasim həmin boyunbağı və qolbağı göstərərək qızıl olmadığını bildirmiş, təxminən 5 gün sonra Rasim həmin bilərzik və boyunbağını metronun “Əhmədli” stansiyasının yaxınlığına aparıb, orada olan mağazaların birindən qara rəngli qızıl qabı alıb içərisinə qoymuşdur. 15 oktyabr 2024-cü il tarixdə isə Rasim həmin boyunbağının və qolbağın şəkillərini çəkərək «Lalafo.az» saytına qızıl adı ilə 2800 manata satışa çıxarıb tapdığı ***-***-**-** mobil nömrə ilə yerləşdirmiş və həmin nömrədə whatsapp ani mesajlaşma sistemini açaraq ad olaraq “Ləman” kimi qeyd etmiş, həmin günü axşam saatlarında ***-***-**-** mobil nömrə istifadəçisi sonradan Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs whatsapp ani mesajlaşma sistemi ilə mesaj yazaraq həmin “qızıl” kimi qeyd etdiyi boyunbağıya və qolbağa baxmaq istədiyini dedikdə səhəri günü baxa biləcəyini demiş, 16 oktyabr 2024-cü il tarixdə Rasim Suraxanı rayonu, Zığ kəndində yaşayan taksi fəaliyyətilə məşğul olan tanışları Şahid2nın istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək onu Xətai rayonu, Əhmədli kəndinə aparmasını xahiş etmiş, Rasimlə birlikdə Xətai rayonu, “Pluton” restoranının yaxınlığında yerləşən Əhmədli kəndində olan küçələrin birinə gəlmiş, məhəllənin birində Rasim avtomobili saxlatmış və avtomobildən düşmədən Asəf adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə həmin yerin məkanını bildirən xəritəni göndərib yenidən yaşadığı ünvana qayıtmışdır. 17 oktyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində Rasim onu da götürüb Aynurun idarə etdiyi avtomobillə birlikdə xəritəsini göndərdiyi ünvana getmişdir. Rasim orada olan evlərin birinin qapısını göstərərək müştəri harada qaldığı ilə maraqlanarsa həmin evi göstərməsini, boyunbağını və bilərziyi satdıqdan sonra həmin ünvanın qapısının ağzında dayanmasını, müştəri getdikdən sonra gəldikləri avtomobilə minməsini bildirmişdir. Bir neçə dəqiqə sonra Asəf adlı şəxs whatsapp ani mesajlaşma sistemi ilə mesaj yazaraq həmin ünvanda olduğunu dedikdə avtomobildən düşüb həmin şəxsin gəldiyi «Land Rover» markalı avtomobilə yaxınlaşmış, Rasim isə taksidə qalmış, təxminən iki dəqiqə sonra həmin şəxs boyunbağını və bilərziyi alaraq 2800 manat vermiş, həmin şəxsdən ayrıldıqdan sonra Rasimin deməsi ilə göstərdiyi ünvanın qarşısında təxminən 1-2 dəqiqə dayanaraq gəldiyi taksiyə minmiş, oradan uzaqlaşıb Rasimlə birgə kirayə yaşadığı ünvana gəlmiş, evdə olan zaman 2800 manat pulu Rasimə vermiş və həmin pulu Rasimlə birlikdə bərabər şəxsi ehtiyaclarına xərcləmişlər. Təxminən üç gün sonra kirayə yaşadığı ünvana polis əməkdaşları gələrək Rasimlə onu polis bölməsinə çağırmışlar, sonra Rasimlə birlikdə polisə gedib törətdikləri əməli səmimi etiraf etmişdir. Törətdikləri bu cinayətdə Könülün rolu olmamış, müştəriyə 2800 manata satdığı saxta qızıl boyunbağını və bilərziyi Könül verməmiş, Rasim özü əldə etmiş, Rasim həmin qazancdan Könülə hər hansı bir məbləğdə pul verməmiş, ilkin ifadəsində 2800 manatdan Könülə 2000 manat verilməsini bildirsə də əsl həqiqətdə ona pul verməmişlər. Qeyd etdiyi hər üç cinayətdən başqa cinayəti olmamış, Rasim üçlükdə törətdikləri iki cinayətdən Könülün verdiyi karta pul göndərmiş, müştəri ilə Könül və Rasim əlaqə saxlamışlar, satış etməyə getdikdə isə elandakı telefonu ona vermiş və qızılı özü aparıb satmış, saxta qızılların Könül tərəfindən hansı yolla əldə edilməsini bilməmiş, qeyd olunmuş cinayətləri Rasimin göstərişləri əsasında etmişdir. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyandan ümumilikdə 270 manat ödəniş edilmişdir. Ödənişi o və Rasim birlikdə etmişlər. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, bu işi görməyi onlara Könül təklif etmişdir. Könül bir gün onlara gəlmiş və saxta qızıl olduğunu bildirmişdir. Onlara həmin qızılı gətirəcəyini onların isə həmin qızılı satmaq üçün yalnız müştəri tapmalı olduqlarını bildirmişdir. Onlar Könüllə razılaşmışlar və bununla əlaqədar Könüldən nömrəni almışlar. Elan edilmiş ittihamla razılaşır. Razılaşma belə olmuşdur ki, onlar müştəri tapıb qızılı satmalı, Könül isə onlara həmin qızılları gətirməli idi. Qızılları satdıqdan sonra pulu bölmüşlər, 5150 manatdan 4000 manatı Könülə vermişlər, 1150 manatı isə özlərinə götürmüşlər. Tanış adamdan qızılın qalması məsələsi yalandır, elə bir şey yoxdur. Onlarla kirayədə qaldığı evdən puldan ötrü çıxmamışdır. Ev sahibi ilə aralarında problem yarandığından çıxmışdır. Könül onlara qızıl gətirib vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun əvvəl qaldığı kirayə həyət 3 evdən ibarət olmuşdur. Evlərdən birində o, yoldaşı və uşaqları ilə qalmış, birində Rasim və Aysel öz uşaqları ilə qalmış, bir evdə isə yaşlı bir qadın qalmışdır. İyun ayının 15-də o, kirayə haqqını ödəyə bilmədiyindən evdən çıxarılmışdır. O vaxtdan sonra hadisələr baş verənədək Aysel və Rasimlə ünsiyyəti olmamışdır. Sadəcə bir dəfə Ayselin qaynanası ona zəng etmiş və Ayselgilin harada olduğunu soruşmuş, sonuncu isə artıq orada yaşamadığını bildirmişdir. Bir müddət sonra Aysel ona zəng edib bu cür hadisələrin baş verdiyini bildirmiş, onları satanın o olduğunu deyərək, onu da özləri ilə yandıracağını bildirmişdir. Onun hadisələrdən məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, qızıllar haqqında heç bir məlumatı olmamışdır, sadəcə bir dəfə Aysellə söhbət edərkən, sonuncu ona maddi imkanlarının yaxşı olmadığını demiş, Rasimin dostundan qızıl boyunbağı qaldığını bildirmiş və həmin boyunbağını satacaqlarını bildirmişdir. Aysel həmin 200 manatlıq bazarlığı təkcə ona yox, ümumi etmişdir, çünki onun yoldaşı da orada qaldıqları müddətdə onlar üçün bəzən bazarlıq etmişdir, habelə o, sonuncunun uşaqlara baxmasına kömək etdiyi üçün Aysel və Rasim arada onlar üçün də müəyyən şeylər almışlar. Sim nömrəni özü ona vermiş, lakin nar nömrənin onda olduğunu bilməmişdir. Bir dəfə evdə oğluna əsəbləşdiyindən pul qabını ona tərəf atmış, həmin hadisədən sonra nar nömrəsini tapa bilməmişdir. Ondan qisas almaq məqsədilə onu şərləyirlər, bir dəfəsində Aysel ona 70 manat dəyərində telefon vermiş, o isə telefonun pulunu sonuncuya verməmişdir. Polis bölməsində verdiyi izahatında Ayselin ona Rasimin atasından qızıl qaldığını və satdıqları təqdirdə ona köməklik edəcəklərini bildirdiyini qeyd etmişdir. Belə ki, o, ona köməklik məqsədilə, həm də uşaqlarına baxdığı üçün verəcəyini demişdir. Onun qızıllar haqqında heç bir məlumatı olmamışdır, Rasim və Ayseldən pul almamışdır, sadəcə bir dəfə 15 manat pul almış, bir dəfə də Aysel onun üçündə bazarlıq etmişdir. Orada üç ailə qalmışlar, hər üç ailə arasında münasibət normal olmuşdur, amma onun Ayselgillə münasibəti daha yaxşı olmuşdur. Cinayət əməlləri törədilərkən istifadə edilmiş mobil nömrələr ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında oğlu Riza Əlizadəyə toy etmək qərarına gəlmiş, bu məqsədlə qızıl-zinət əşyalarını axtardıqda 16 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində «Tap.az» sosial elan saytındə 2800 manata qızıl boyunbağı və bilərzik satışı elanı ilə rastlaşmış, sonra elanda göstərilmiş «Ləman» adlı şəxsin ***-***-**- ** saylı mobil nömrəsinə «Whatsapp» ani mesajlaşma sistemi ilə istifadəsində olan ***-***- **-** mobil nömrəsindən mesaj yazmış və elana yerləşdirilmiş qızıl boyunbağı ilə bilərziyin satılıb-satılmadığı barədə maraqlandıqda mobil nömrə istifadəçisi həmin qızıl əşyalarının satılmasını bildirmiş, sonra «Ləman» adlı xanıma həmin əşyaları almaq istədiyini və hara gəlib baxa biləcəyi barədə mesaj yazdıqda polis əməkdaşı olan həyat yoldaşının işdə olduğunu, ondan nə vaxt görüşə biləcəyini soruşub yazacağını bildirmişdir. 16 oktyabr 2024-cü il tarixdə gec olduğu üçün onunla görüşə bilməmiş və 17 oktyabr 2024-cü il tarixdə həmin mobil nömrədən görüşə biləcəkləri yeri bildirən xəritə göndərilmiş, sonra həmin yerə gedərək “Whatsapp” ilə əlaqə saxlayıb göndərilən yerin yaxınlığında olduğunu və idarə etdiyi avtomobilin **-DK-*** dövlət qeydiyyat nişanlı olduğunu bildirmiş, görüş yerinə çatdıqdan təxminən iki dəqiqə sonra özünü «Ləman» kimi təqdim edən qadın idarə etdiyi avtomobilə yaxınlaşmış, sonra isə əlində olan sellofan torbadan qara rəngli qızıl qabını çıxardaraq ona göstərmiş, ilkin olaraq həmin əşyaya baxış keçirərək qızıl olubolmamasına əmin olmaq istəmiş, bu zaman «Ləman» adlı qadın təqdim etdiyi əşyaların qızıl olmasına cavabdeh olduğunu bildirmiş, hətta əmin olub inanması üçün sol tərəfdə olan bir evi göstərib həmin ünvanda yaşadığını demişdir. Bundan sonra inanaraq «Ləman» adlı qadının qızıl olaraq təqdim etdiyi boyunbağını və bilərziyi qutusu ilə birlikdə götürərək 2800 manat vermiş, sonra «Ləman» adlı şəxs göstərdiyi evə tərəf getməyə başlamış, avtomobilini idarə edib «Ləman»ın yanından keçsə də güzgüdən baxdıqda həmin şəxsin göstərdiyi evin qarşısında dayandığını, lakin həmin evə girmədiyini, bir qədər irəlidə yol kənarında dayanmış dövlət qeydiyyat nişanını unutduğu üzərində taksi nişanı olan «VAZ- 2106» markalı avtomobilin qadına tərəf hərəkət etdiyini görmüş, şübhələndiyi üçün geri qayıdıb həmin ünvana çatdıqda orada heç kim olmamış, dərhal ***-***-**-** mobil nömrəsinə zəng etmiş, lakin telefon sönülü olduğu üçün zəng çatmamış, sonra yaşadığı Sumqayıt şəhərinə qayıdaraq şübhələndiyi üçün həmin qızıl kimi aldığı boyunbağını və bilərziyi Sumqayıt şəhərində yerləşən «Karvan» ticarət mərkəzinin yaxınlığında qızıl alqısatqısı ilə məşğul olan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə təqdim edərək yoxlatdırmış və həmin boyunbağı ilə bilərziyin qızıl olmadığını bilmişdir. 18 oktyabr 2024-cü il tarixdə isə baş vermiş hadisə barədə AR DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək şikayət ərizəsi ilə müraciət etmiş, qızıl adı ilə 2800 manata satılmış boyunbağını və bilərziyi isə təhqiqatçıya təqdim etmiş, sonradan aparılan araşdırma zamanı onu aldadan «Ləman» adlı qadının Təqsirləndirilən şəxs2 olduğunu öyrənmiş, ***-***-**-** mobil nömrə istifadəçisi olan və özünü «Ləman» kimi təqdim edən, lakin həqiqi adı Təqsirləndirilən şəxs2 olan şəxslə 17 oktyabr 2024-cü il tarixdə saat 12-13 radələrində göndəriyi xəritəyə uyğun olaraq ünvan 8 ünvanında görüşmüşdür. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, hər 2 təqsirləndirilən şəxs-cavabdehlər qabaqcadan əlbir olub qrup halında birləşməklə onu aldadaraq 2800 manat məbləğində pulunu ələ keçirmişlər. Belə ki, 17 oktyabr 2024-cü il tarixində “Lalafo» sosial şəbəkəsində bir elan diqqətini cəlb etmiş, həmin elanda qızıl zinət əşyaları yerləşdirilmişdir və qiyməti 2800 manat qeyd olunmuşdur. O, həmin qızılı satan şəxslə əlaqə yaratmış və həmin gün o, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində özünü ona Aysel kimi təqdim edən cavabdeh Təqsirləndirilən şəxs2 ilə görüşmüş və ondan üzərində 585 əyar damqası həkk olunmuş ümumi çəkisi 39,28 qram olan sarı rəngli qiymətsiz metalı (mis əsaslı) ərintisindən kustar üsulla hazırlanmış 1 ədəd boyunbağıbilərzik bijuteriyanı qızıl-zinət əşyası kimi 2800 manata almışdır. İstintaq gedişi zamanı ona məlum olmuşdur ki, həmin vaxt digər cavabdeh Təqsirləndirilən şəxs1 kənarda taksidə olmuş və ondan aldatma yolu ilə aldıqları pulları bir yerdə mənimsəmişlər. Ona görə də həmin pulu onlardan müştərək qaydada tələb edir. Beləliklə o, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 2800 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarxdə “Tap-Az” sosial şəbəkəsində paylaşılan elanlara baxdıqda bir elan diqqətini cəlb etmiş, həmin elanda qızıl zinət əşyası yerləşdirmiş şəxs qızılın qiymətini səhifədə 5400 manata paylaşmış, həmçinin özünün ***- ***-**-** saylı mobil əlaqə nömrəsini yerləşdirmiş, bununla bağlı həmin nömrə ilə əlaqə saxladıqda telefon danışığı zamanı həmin şəxs özünü «Gülnara» kimi təqdim etmiş, onunla söhbət edən zaman ilkin olaraq həmin qızılı 5200 manata təklif etmiş, ona 50 manat taksi puluna görə 5200 manatdan çıxmasını təklif etdikdə razılaşaraq həmin qızıla dair ondan 5150 manat alacağını bildirmişdir. Sonra həmin gün, yəni 20 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Gülnarə adlı şəxsin dediyi ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli məktəbin qarşısına gedərək onunla görüşmüş, bir neçə dəqiqə ərzində danışıb razılaşdığı qiymətə, yəni 5150 manatı nağd ödəyərək təqdim etdiyi qızılı almış, daha sonra həmin qızılı Sumqayıt şəhərində qızıl dükanlarının birində yoxlatdıran zaman Gülnarə adlı şəxsin qızıl adı satdığı əşyanın qızıl deyil, saxta olmasını bilmiş, bundan sonra AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Gülnarə adlı şəxslə görüşüb qızılı alan zaman yanlarında kənar şəxs olmamış, baş vermiş dələduzluq hadisəsi nəticəsində ona cəmi 5150 manat maddi ziyan dəymişdir. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, hər 3 təqsirləndirilən şəxs cavabdehlər qabaqcadan əlbir olub qrup halında birləşməklə onu aldadaraq 5150 (beş min yüz əlli) manat məbləğində pulunu ələ keçirmişlər. Belə ki, 20 sentyabr 2024-cü il tarixində “Tap-Az” sosial şəbəkəsində bir elan diqqətini cəlb etmiş, həmin elanda qızıl zinət əşyaları yerləşdirilmişdir və qiyməti 5400 manat qeyd olunmuşdur. Həmçinin sayta əlaqə üçün ***-***-**-** saylı mobil nömrə əlavə edilmişdir. Bu nömrə ilə əlaqə saxladığı zaman həmin şəxs cavabdeh Təqsirləndirilən şəxs2 özünü ona “Gülnarə” kimi təqdim etmişdir. Onunla danışdığında ilk olaraq qızılı ona 5200 manata təklif etmişdir. Lakin o, daha sonra 50 manatı taksiyə verəcəyini qeyd etdiyinə görə 5150 manata razılığa gəlmişlər. O, həmin gün 20 senytabr 2024-cü il saat 12 radələrində Gülnarə adlı şəxsin dediyi ünvana, yəni Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli məktəbin qarşısına gedərək onunla görüşmüş, bir neçə dəqiqə danışıb, razılaşdıqları qiymətə 5150 manata qızılı nağd formada ondan almışdır. Sonra həmin qızılları yoxlatmaq üçün Sumqayıt şəhərində yerləşən qızıl dükanlarından birinə yaxınlaşmışdır. Yoxlama prosesi zamanı “Gülnarə” adlı şəxsdən əldə etdiyi qızılların saxta olduğunu müəyyənləşdirmişdir. Bundan dərhal sonra AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Gülnarə adlı şəxsdən qızılları alan zaman yanlarında kənar şəxs olmamış, baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 5150 manat məbləğində ziyan dəymişdir. İstintaq gedişi zamanı ona məlum olmuşdur ki, həmin sayt Təqsirləndirilən şəxs3 adına olmuş və ona saxta qızıl kimi satılan həmin mis əşya da Könülə məxsus olmuşdur və cavabdeh Müdafiəçi2 onunla görüşüb pulu alan zaman Təqsirləndirilən şəxs1 Əlbəndə oğlu onu kənarda maşında gözləmişdir. Bu səbəbdən də o, 5150 manat pulu bu şəxslərdən müştərək qaydada tələb edir. Beləliklə o, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 5150 (beş min yüz əlli) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 sosial şəbəkələr üzərindən ucuz qiymətə qızıl-zinət əşyaları satan şəxsləri taparaq onlardan uzuz qızıl almış və bir qədər sonra baha qiymətə sataraq ailəsini dolandırmışdır. 24 avqust 2024-cü il tarixdə instaqram sosial şəbəkəsində onlara vasitəçi kimi kömək etmiş xanımla əlaqə saxladıqda Aytən Məhərrəmli adlı qadının qızıl satmasını bildirmiş və həmin şəxsin ***-***-**-** nömrəsini vermiş, sonra həyat yoldaşı Şahid1 özünə məxsus nömrənin «Whatsapp» proqramı vasitəsilə həmin xanımla əlaqə saxlamış və almaq istədiyi qızılların şəklini göndərmiş, qiymətini isə ilkin olaraq 3300 manata razılaşmış, bundan sonra telefonla danışaraq həmin qadınla qızılın qiymətini 3000 manata alacağı barədə razılaşmış, sonra həmin qadın görüşəcəkləri ünvanı «Whatsapp» vasitəsilə göndərmiş və saat 14:43-də Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı orta məktəbin yaxınlığında həmin qadınla görüşmüş, orada qızıllara baxaraq bəyəndiyi qızılı 2700 manata razılaşaraq almış və pulunu nağd şəkildə vermiş, həmin vaxt «qızıl işi bir qədər çətindir, yoldaşım qalsın burda mən gedim yoxlatdırım gəlim» desə də uşaqlarının evdə tək olmasını və gözləyə bilməyəcəyini demiş və pulu götürərək getmişdir. Daha sonra Suraxanı rayonu ərazisində 10-cu dairə deyilən ünvana gedərək orada qızıl alışı və satışı məntəqəsinə daxil olub aldığı qızılı yoxlatdırmaq istəsə də orada qızıl yoxlayan aparat olmadığı üçün mərkəzi univermağa getmiş, orada 2700 manata aldığı qızılları yoxlatdırdıqda ona həmin əşyanın qızıl deyil, saxta olması və qızıl suyuna salınması bildirilmiş, bundan sonra AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Cinayət əməli nəticəsində ona dəymiş maddi ziyandan Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 tərəfindən ona cəmi 270 manat məbləğində ödəniş edilmişdir. Həmçinin o, məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, cavabdehlərin qanunsuz və hüquqa zidd əməlləri nəticəsində ona 2430 manat maddi ziyan dəymişdir. Beləliklə o, cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 2430 (iki min dörd yüz otuz) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də sosial şəbəkələr üzərindən ucuz qiymətə qızılzinət əşyaları taparaq almış və baha qiymətə sataraq ailəsini dolandırmışdır. 24 avqust 2024-cü il tarixdə İnstaqram sosial şəbəkəsində Aytən Məhərrəmli adlı şəxs özünü qızıl satan kimi təqdim edərək ***-***-**-** saylı nömrəsini vermiş, sonra istifadəsində olan özünə məxsus ***-***-**-** nömrənin «Whatsapp» proqramı vasitəsilə Aytən adlı xanımla əlaqə saxlamış, həmin qadın alacağı qızılların şəkillərini göndərmiş və qiymətini ilkin olaraq 3300 manata demiş, sonra telefonda danışaraq almaq istədiyi qızılı 3000 manata razılaşmış, bundan sonra həmin şəxs evin ünvanını «Whatsapp» vasitəsilə göndərmiş, həmin günü saat 14:43-də həyat yoldaşı Zərərçəkmiş şəxs3la birlikdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbin yaxınlığına gedərək görüşmüş, sonra qızıllara baxmış və bəyənərək 2700 manata razılaşmış, lakin həyat yoldaşı «qızıl işi çətindir və inanmaq olmur» deyərək aparıb yoxlatmaq lazım olduğunu bildirmiş, ancaq həmin qadın uşaqlarının evdə tək olmasını və gözləyə bilmədiyini deyərək onları sanki ovsunlamış, sonra Zərərçəkmiş şəxs3 2700 manat pulu nağd ödədikdən sonra oradan ayrılıb Suraxanı ərazisində mərkəzi univermağa gedib aldığı qızıl əşyasını yoxlatdırmış, həmin vaxt onlara təqdim etdikləri əşyanın qızıl olmadığı, saxta və qızıl suyuna salınması bildirilmiş, bundan sonra AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, onda da instagramda ikinci əl satışla məşğul olan xanımın nömrəsi olmuşdur. Bir səhər görmüşdür ki, whatsapda statusda qızıl paylaşıb, o, isə ondan nömrəni istəmişdir. Nömrəni aldıqdan sonra zəng etmişdir, lakin onun telefonunu Aysel xanım açmamış, uşağını yatızdırdığını bildirərək ona yazmasını xahiş etmişdir. O, bu xahişdən sonra ona yazmış və razılığa gəlmişlər. Razılığa gəldikdən sonra Aysel ona görüşəcəkləri yerin konumunu atmışdır. O, sonuncuya bildirmişdir ki, oraya anası ilə gələcəkdir. Aysel xanım oraya adi ev paltarında gəlmiş, evinin orda olduğunu bildirmiş, evini göstərmiş və gedib yoxlada biləcəyini demişdir. Bir qədər söhbət etdikdən sonra ona qarşı güvən hisi yarandığından yoxlamadan qızılı almışdır. Qızılı ucuz verdiyi və qramı çox olduğu üçün almaq istəmişdir. Qızılı yoxlatmamışdır, çünki Aysel gələndə ev paltarında olmuş və uşaqlarını yatızdırdığını, uşaqların evdə tək olduğunu demiş, tez evə getməli olduğunu bildirmişdir. Yalnız Aysel xanımı tanıyır. Digərlərini görməmişdir, sadəcə 30-cu Polis Bölməsində olanda eşitdiyinə görə aldıqları metalları qızıl suyuna batıran və hazırlayan Könül xanım olmuşdur olmuşdur. Həmçinin, ona atılan şəkildə bilərziyin taxıldığı qolda yanıq ləkəsinə bənzər ləkələr var idi. Təqsirləndirilən şəxs3 qolunda da ləkələr olduğundan, şəkilin onun qolunda çəkilməsi sübut olunur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən 15 ildir etibarnamə ilə idarə etdiyi «VAZ-2106» markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Suraxanı rayonu, Zığ kəndində Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşamış, onunla normal münasibəti olmuş və Rasim mütəmadi olaraq onun taksi xidmətindən istifadə etmiş, hətta Rasim bir neçə dəfə taksi kimi xidmətindən nisyə istifadə etmiş və onu istədiyi ünvanlara aparmış, lakin Rasim pulu olduqda borcunu gətirib vermişdir. 16 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Xətai rayonu, Əhmədli qəsəbəsinə aparmasını xahiş etmiş, sonra ünvan 11 ünvanında yerləşən “Vərəm dispanserinin qarşısında Təqsirləndirilən şəxs1la görüşərək onu Xətai rayonu, Kənd Əhmədli deyilən yerə-həmin ərazini yaxşı tanımadığı üçün dəqiq bilmədiyi ünvana aparmış və Rasimin deməsi ilə maşını küçədə saxlamış, sonra Rasim avtomobildən enərək həmin küçədə bir az gəzişmiş və tez-tez əlində olan mobil telefonuna baxmış və SMS yazmış, təxminən 10 dəqiqə sonra Rasim gəlib avtomobilə əyləşmiş və onun kirayə yaşadığı ünvana yaxın yerə, yəni ünvan 12ış, Rasim avtomobildən enərək 15 manat yol pulu verərək getmiş, səhəri günü, yəni 17 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Rasim yenə zəng vuraraq həmin ünvana aparıb-gətirməsini xahiş etmiş, sonra Rasimin yaşadığı Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi 158 ünvanında yerləşən evinin qarşısına getmiş, həmin vaxt Rasim evdən qeyri-rəsmi yaşadığı Aysel adlı qadınla birlikdə çıxaraq avtomobilə əyləşmiş, Rasimin göstərdiyi ünvana, yəni xx.xx.2024-cü il tarixdə apardığı Xətai rayonu, Kənd Əhmədli qəsəbəsinə getmiş, orada Təqsirləndirilən şəxs1 Ayselə düşməsini demiş və Aysel əlində olan göy rəngli sellofanla avtomobildən enmiş, sonra Rasimin istəyi ilə avtomobili bir qədər irəli sürüb saxlamış, ancaq Rasim avtomobilin ön sərnişin oturacağında əyləşmiş və maşından düşməmiş, təxminən 10 dəqiqə sonra Aysel qayıdaraq gəlmiş və avtomobilə əyləşmiş, yenə də Rasimin istəyi ilə onları Zığ qəsəbəsinə, yaşadıqları ünvana aparmış, Rasim yaşadığı evin qarşısında Aysellə birlikdə avtomobildən enmiş və həmin vaxt Rasim əvvəlcədən də olan borcu ilə birlikdə 50 manat verərək çıxıb getmişdir. Rasimin dediyi ünvandan yaşadığı ünvana qayıdan zaman yolda Rasim və Aysel bir-biri ilə pıçıltı ilə danışmış, lakin asta danışdıqlarına görə onların nədən danışığını başa düşməmiş, Rasim və Ayselin kənd Əhmədliyə nə üçün getmələrini bilməmiş və Rasim ona heç nə bildirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsinə baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 4-7); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 6/5080-9/9116 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan boyunbağı-qolbaq dəsti-üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı qiymətsiz metal (mis əsaslı) ərintisindən hazırlanmış bijuteriyadır, ümumi çəkisi 39,28 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd bijuteriya hesab edilən boyunbağı-qolbaq dəstinin 2024-cü ilin oktyabr ayına olan orta bazar qiymətilə dəyəri 15.00 manat müəyyən edilmişdir (cild 1, i.v. 40-43); cinayət işinin icraata qəbul edilməsi haqqında 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 49); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 53-55); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 320.1 v. 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 4500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cərimə cəzası 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (cild 1, i.v. 95-96); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i.v. 97); cinayət əməlinin tövsif edilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v. 122); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 126-127); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 141-143); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 150-151); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 165-167); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v. 173-176); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i.v. 180); hadisə yerinə baxış keçirilməsi haqqında 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, 315 saylı orta məktəbin yaxınlığında yerləşən torpaq yola baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 186-190); maddi sübutun götürülməsi barədə 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, dələduzluq hadisəsinin törədilməsində istifadə olunan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq istintaq orqanı tərəfindən götürülmüşdür (cild 1, i.v. 191); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 31 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:27-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 223-224); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, i.v. 230-231); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 240-241); cinayət işlərinin birləşdirilməsi və icraata qəbul edilməsi, əməlin tövsif edilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 2, i.v. 2); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 2, i.v. 4); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 19); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 2, i.v. 39-40); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v. 68-69); 02 noyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar bir-birilərinin iştirakı ilə ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etmişlər (cild 2, i.v. 75-78); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v. 79-80); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 111- 116); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild 2, i.v. 123-128); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 129); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 6/4994-3/1680 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan boyunbağı üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı qiymətsiz metal (dəmir əsaslı) ərintisindən hazırlanmışdır, çəkisi 46.98 qramdır. Təqdim edilən boyunbağı kustar üsulla hazırlanmış bijuteriyadır, ona görə də onun istehsal yerini və ilini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş sarımtıl rəngli metal materialdan hazırlanmış bir ədəd boyunbağı üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr yoxdur (cild 2, i.v. 135-138); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5173-3/1775 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan boyunbağı-qolbaq dəsti üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı qiymətsiz metal (mis əsaslı) ərintisindən hazırlanmışdır, ümumi çəkisi 86.55 qramdır. Təqdim edilən dəst kustar üsulla hazırlanmış bijuteriyadır, ona görə də onun istehsal yerini və ilini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş sarımtıl rəngli metal materialdan hazırlanmış bir ədəd boyunbağı və bir ədəd qolbağın üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik zədələr yoxdur (cild 2, i.v. 142-145); 16 yanvar 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar bir-birilərinin iştirakı ilə ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etmişlər (cild 2, i.v. 153-156); ifadənin yerində yoxlanılması haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 160-162); ifadənin yerində yoxlanılması haqqında 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hadisənin təfərruatlarını yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, i.v. 163-165); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v. 174-175); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 190-191); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 2, i.v. 194); Azərbaycan Respublikası vətəndaşının AA3510502 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 övladı X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (cild 2, i.v. 209); Azərbaycan Respublikası vətəndaşının AA3510740 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 övladı X6 xx.xx.2012-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuşdur (cild 2, i.v. 210); Azərbaycan Respublikası vətəndaşının AZE11910221 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 övladı X7 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuşdur (cild 2, i.v. 209); Azərbaycan Respublikası vətəndaşının AA6683476 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladı X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur (cild 2, i.v. 217); Azərbaycan Respublikası vətəndaşının AA5637781 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladı X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (cild 2, i.v. 218); Azərbaycan Respublikası vətəndaşının AA5644016 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 övladı X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (cild 2, i.v. 219); şüa diaqnostikası üzrə həkim X1 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hamiləlik müşahidə olunur (cild 2, i.v.221); şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 fevral 2025-ci il tarixli prptokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim edilmiş şəxslər arasından ona 2700 manat məbləğində maddi ziyan vuran Təqsirləndirilən şəxs2 tanımışdır (cild 2, i.v. 229-230); şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 fevral 2025-ci il tarixli prptokoldan görünür ki, Şahid1 təqdim edilmiş şəxslər arasından ona 2700 manat məbləğində maddi ziyan vuran Təqsirləndirilən şəxs2 tanımışdır (cild 2, i.v. 231-233); şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 fevral 2025-ci il tarixli prptokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilmiş şəxslər arasından ona 5150 manat məbləğində maddi ziyan vuran Təqsirləndirilən şəxs2 tanımışdır (cild 2, i.v. 234-236); şəxsin tanınmaya təqdim edilməsi haqqında 22 fevral 2025-ci il tarixli prptokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim edilmiş şəxslər arasından ona 2800 manat məbləğində maddi ziyan vuran Təqsirləndirilən şəxs2 tanımışdır (cild 2, i.v. 237-239); sübutların qiymətləndirilməsi haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 39,28 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan bijuteriya boyunbağı maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86.55 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, kompleks məhkəmə-kimyəvi və əmttəşünaslıq ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (cild 2, i.v. 240-259); təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 1-3); təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 20-22); təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 3, i.v. 65-67). İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, onun əvvəl qaldığı kirayə həyət 3 evdən ibarət olmuşdur. Evlərdən birində o, yoldaşı və uşaqları ilə qalmış, birində Rasim və Aysel öz uşaqları ilə qalmış, bir evdə isə yaşlı bir qadın qalmışdır. İyun ayının 15-də o, kirayə haqqını ödəyə bilmədiyindən evdən çıxarılmışdır. O vaxtdan sonra hadisələr baş verənədək Aysel və Rasimlə ünsiyyəti olmamışdır. Sadəcə bir dəfə Ayselin qaynanası ona zəng etmiş və Ayselgilin harada olduğunu soruşmuş, sonuncu isə artıq orada yaşamadığını bildirmişdir. Bir müddət sonra Aysel ona zəng edib bu cür hadisələrin baş verdiyini bildirmiş, onları satanın o olduğunu deyərək, onu da özləri ilə yandıracağını bildirmişdir. Onun hadisələrdən məlumatı olmamışdır. Qızıllar haqqında heç bir məlumatı olmamışdır, sadəcə bir dəfə Aysellə söhbət edərkən, sonuncu ona maddi imkanlarının yaxşı olmadığını demiş, Rasimin dostundan qızıl boyunbağı qaldığını bildirmiş və həmin boyunbağını satacaqlarını bildirmişdir. Lakin məhkəmə, Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, məhkəmə iclasında verdikləri ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı-ayrılıqda bildirmişlər ki, bu işi görməyi onlara Könül təklif etmişdir. Könül bir gün onlara gəlmiş və saxta qızıl olduğunu bildirmişdir. Onlara həmin qızılı gətirəcəyini onların isə həmin qızılı satmaq üçün yalnız müştəri tapmalı olduqlarını bildirmişdir. Onlar Könüllə razılaşmışlar və bununla əlaqədar Könüldən nömrəni almışlar. Razılaşma belə olmuşdur ki, onlar müştəri tapıb qızılı satmalı, Könül isə onlara həmin qızılları gətirməli idi. Qızılları satdıqdan sonra pulu aralarında bölmüşlər. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yalnız Aysel xanımı tanımışdır. Digərlərini görməmişdir, sadəcə 30-cu Polis Bölməsində olanda eşitdiyinə görə aldıqları metalları qızıl suyuna batıran və hazırlayan Könül xanım olmuşdur olmuşdur. Həmçinin, ona atılan şəkildə bilərziyin taxıldığı qolda yanıq ləkəsinə bənzər ləkələr var idi. Təqsirləndirilən şəxs3 qolunda da ləkələr olduğundan, şəkilin onun qolunda çəkilməsi sübut olunur. Bundan əlavə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində “Aysellə söhbət edərkən, sonuncunun ona maddi imkanlarının yaxşı olmadığını deməsi, Rasimin dostundan qızıl boyunbağı qaldığını bildirməsini” qeyd etsə də, ibtidai istintaq zamanı və digər təqsirləndirilən şəxslərlə aralarında keçirilən üzləşdirmə zamanı verdiyi ifadəsində “Ayselin ona qızılın Rasimin atasından qaldığını bildirməsini” qeyd etmiş, bununla da onun verdiyi ifadələr arasında olan ziddiyyətli məqamlar onun ifadəsinin həqiqəti əks etdirməsini şübhə altına salmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, ehitmal edilən cinayatlər törədilərkən Təqsirləndirilən şəxs3 adına olan nömrədən istifadə olunmuşdur ki, bu da Təqsirləndirilən şəxs3 ifadələrinin qeyri-səmimi olmasına dəlalət edir. Məhkəmə, şahidlərə və zərərçəkmiş şəxlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmələrini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin və zərərçəkmiş şəxslərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 2700 manat (İ epizod) və Zərərçəkmiş şəxs2 5150 manat (İİ epizod) məbləğində, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 2800 manat (İİİ epizod) məbləğində maddi ziyan vurmaları faktı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlarla, habelə cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirildiyindən cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın məbləği təqsirləndirilən şəxslərin dələduzluq cinayətinin törədilməsində faktiki iştirakçılıq payları nəzərə alınmaqla bölünməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə görə, həmin Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 40-cı bəndinə görə, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd edilən cinayət əməllərinin törədildiyini və cinayət nəticəsində əldə etdikləri qazancın Təqsirləndirilən şəxs3 ilə aralarında bölündüyünü qeyd etmişlər. Digər Təqsirləndirilən şəxs3 ona elan etmiş ittihamı qəbul etməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ifadələri daha inandırıcı qəbul edir. Buna uyğun olaraq məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməllərində təqsirliliyi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, cinayət əməlləri nəticəsində dəymiş ziyan verilmiş ittihama uyğun bölünməlidir. Yəni İ epizod üzrə Zərərçəkmiş şəxs3 əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirməklə sonuncuya 2700 manat məbləğində maddi ziyan vurmaları təsdiq edildiyindən, vurulmuş ziyanın 350 (üç yüz əlli) manat hissəsi Təqsirləndirilən şəxs1, 350 (üç yüz əlli) manat hissəsi Təqsirləndirilən şəxs2 və 2000 (iki min) manat hissəsi Təqsirləndirilən şəxs3 aiddir. Bundan əlavə, İİ epizod üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birlikdə törətdikləri cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirməklə sonuncuya 5150 manat məbləğində maddi ziyan vurmaları təsdiq edildiyindən, vurulmuş ziyanın 575 (beş yüz yetmiş beş) manat hissəsi Təqsirləndirilən şəxs1, 575 (beş yüz yetmiş beş) manat hissəsi Təqsirləndirilən şəxs2 və 4000 (dörd min) manat hissəsi Təqsirləndirilən şəxs3 aiddir. Bundan əlavə, İİİ epizod üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə törətdikləri cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirməklə sonuncuya 2800 manat məbləğində maddi ziyan vurmaları təsdiq edildiyindən, vurulmuş ziyanın 1400 (min dörd yüz) manat hissəsi Təqsirləndirilən şəxs1, 1400 (min dörd yüz) manat hissəsi Təqsirləndirilən şəxs2 aiddir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: - tutulduğu və həbsdə saxlanıldığı müddət; - ev dustaqlığında saxlanıldığı müddət; - məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; - Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), həm ibtidai istintaq həm məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı övladının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini (CM-59.1.14), həm ibtidai istintaq həm məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, hamilə olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “ev dustaqlığında” saxlanıldığı 03 (üç) ay müddət müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), cəzasının əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli X2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (olması) və ağırlaşdıran halların (olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alıb hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 39,28 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti, 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan bijuteriya boyunbağı və 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86.55 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə xx.xx.2024-cü il tarixli, 6/4994-3/1680 saylı və xx.xx.2024-cü il tarixli, 6/5173- 3/1775 saylı kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti bölünməklə 100 (yüz) manat Təqsirləndirilən şəxs1, 100 (yüz) manat Təqsirləndirilən şəxs2 və 100 (yüz) manat Təqsirləndirilən şəxs3, xx.xx.2024-cü il tarixli, 6/5080-9/9116 saylı kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti bölünməklə 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Mülki iddia ərizələrinə münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialar təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 69-cu bəndində qeyd edilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər. Bir neçə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş mülki iddia (mülki iddialar) təmin edildiyi halda ittiham hökmünün nəticəvi hissəsində hansı hissənin (konkret məbləğin) müştərək, hansı məbləğlərin isə hər bir təqsirləndirilən şəxsdən paylar üzrə, eləcə də hansı mülki iddiaçının xeyrinə tutulması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 2800 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 48 (qırx səkkiz) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 2800 manat məbləğində maddi ziyan vurması təsdiq edildiyindən, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 maddi ziyana görə 1400 (min dörd yüz) manat və dövlət rüsumuna görə 24 (iyirmi dörd) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 1400 (min dörd yüz) manat və dövlət rüsumuna görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməli, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 48 (qırx səkkiz) manat təşkil etdiyindən, artıq ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, iş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 5150 (beş min yüz əlli) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun tutulub ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 5150 (beş min yüz əlli) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 71.5 (yetmiş bir manat əlli qəpik) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 5150 manat məbləğində maddi ziyan vurması təsdiq edildiyindən, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 maddi ziyana görə 575 (beş yüz yetmiş beş) manat və dövlət rüsumuna görə 8 (səkkiz) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 575 (beş yüz yetmiş beş) manat manat və dövlət rüsumuna görə 8 (səkkiz) manat və Təqsirləndirilən şəxs3 maddi ziyana görə 4000 (dörd min) manat və dövlət rüsumuna görə 55.5 (əlli beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməli, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 71.5 (yetmiş bir manat əlli qəpik) manat təşkil etdiyindən, artıq ödənilmiş 1.5 (bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, iş materiallarında olan iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs3 mülki iddia ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada 2430 (iki min dörd yüz otuz) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun tutulub ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin internet səhifəsində olan dövlət rüsumunun hesablanması üçün nəzərdə tutulmuş kalkulyatorun göstəricisinə əsasən 2430 (iki min dörd yüz otuz) manat məbləğində pul tələbi üzrə dövlət rüsumu 44.3 (qırx dörd manat otuz qəpik) manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə sonuncuya 2430 manat məbləğində maddi ziyan vurması təsdiq edildiyindən, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 maddi ziyana görə 215 (iki yüz on beş) manat və dövlət rüsumuna görə 3.9 (üç manat doxsan qəpik) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 215 (iki yüz on beş) manat və dövlət rüsumuna görə 3.9 (üç manat doxsan qəpik) manat və Təqsirləndirilən şəxs3 maddi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumuna görə 36.5 (otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməli, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 44.3 (qırx dörd manat otuz qəpik) manat təşkil etdiyindən, artıq ödənilmiş 1.7 (bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “ev dustaqlığında” qismində saxlanıldığı 03 (üç) ay müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia ərizələri təmin edilsin. Təqsirləndirilən şəxs1 maddi ziyana görə 1400 (min dörd yüz) manat və dövlət rüsumuna görə 24 (iyirmi dörd) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 1400 (min dörd yüz) manat və dövlət rüsumuna görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 48 (qırx səkkiz) manat təşkil etdiyindən, artıq ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilsin. Təqsirləndirilən şəxs1 maddi ziyana görə 575 (beş yüz yetmiş beş) manat və dövlət rüsumuna görə 8 (səkkiz) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 575 (beş yüz yetmiş beş) manat manat və dövlət rüsumuna görə 8 (səkkiz) manat və Təqsirləndirilən şəxs3 maddi ziyana görə 4000 (dörd min) manat və dövlət rüsumuna görə 55.5 (əlli beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 71.5 (yetmiş bir manat əlli qəpik) manat təşkil etdiyindən, artıq ödənilmiş 1.5 (bir manat əlli qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilsin. Təqsirləndirilən şəxs1 maddi ziyana görə 215 (iki yüz on beş) manat və dövlət rüsumuna görə 3.9 (üç manat doxsan qəpik) manat, Təqsirləndirilən şəxs2 maddi ziyana görə 215 (iki yüz on beş) manat və dövlət rüsumuna görə 3.9 (üç manat doxsan qəpik) manat və Təqsirləndirilən şəxs3 maddi ziyana görə 2000 (iki min) manat və dövlət rüsumuna görə 36.5 (otuz altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin, həmçinin hazırki iş üzrə dövlət rüsumunun məbləği 44.3 (qırx dörd manat otuz qəpik) manat təşkil etdiyindən, artıq ödənilmiş 1.7 (bir manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu da mülki iddiaçının özünə aid edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd sarı rəngli metaldan hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 39,28 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti, 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, çəkisi 46,98 qram olan bijuteriya boyunbağı və 01 ədəd sarı rəngli metaldan kustar üsulla hazırlanmış, üzərində «585» əyar damğası həkk olunmuş, ümumi çəkisi 86.55 qram olan bijuteriya boyunbağı-qolbaq dəsti hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək dövlət nəfinə alınsın. İş üzrə xx.xx.2024-cü il tarixli, 6/4994-3/1680 saylı və xx.xx.2024-cü il tarixli, 6/5173- 3/1775 saylı kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti bölünməklə 100 (yüz) manat Təqsirləndirilən şəxs1, 100 (yüz) manat Təqsirləndirilən şəxs2 və 100 (yüz) manat Təqsirləndirilən şəxs3, xx.xx.2024-cü il tarixli, 6/5080-9/9116 saylı kompleks məhkəməkimyəvi və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti bölünməklə 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar