Məhkəmə qərarları › İş №1(011)-193/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-193/2020

11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-193/2020 11.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 9 mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə və xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 86 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurlamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 2 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus, başqa saxlanc yeri hesab edilən bağ sahəsinə, giriş qapısının üzərində olan qıfılı sındırıb içəriyə qanunsuz daxil olaraq onların cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 idarə etdiyi və sonuncunun adına olan **-RT-*** nömrəli «VAZ 2104» markalı avtomobilə 1 ədədi 80 manat olan, 5 ədəd dəmir listi, 100 manat qiymətində hamam vannası, 1 ədədi 350 manat qiymətində 2 ədəd dəmir çərçivələri, 1 metri 2 manat qiymətində 30 metr ölçüdə qaz borusunu və 1 metri 3 manat qiymətində 150 metr ölçüdə su borusunu yükləyib aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1710 manat zərər vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yenidən həmin bağ sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd 60 manat qiymətində, həcmi 1.5 ton olan çənin 4 mm qalınlığında 1,2x2 metr ölçülü dəmir üzlüyü və 90 manat qiymətində 4 ton su tutumuna malik çənin 4 mm qalınlığında 1,5x2,5 metr ölçülü dəmir üzlüyünü gizli olaraq talamaq istəyərkən Zərərçəkmiş şəxs onları hadisə yerində yaxalaması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək zərərçəkmiş şəxsə 150 manat, ümumilikdə isə 1860 manat zərər vurmaqla oğurluq etməyə cəhd etmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, başqa saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurlamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 2 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus başqa saxlanc yeri hesab edilən bağ sahəsinə giriş qapısının üzərində olan qıfılı sındırıb içəriyə qanunsuz daxil olaraq onların cinayətkar niyyətindən xəbəri olmayan Şahid2 idarə etdiyi və sonuncunun adına olan **-RT-*** nömrəli «VAZ 2104» markalı avtomobilə 1 ədədi 80 manat olan, 5 ədəd dəmir listi, 100 manat qiymətində hamam vannası, 1 ədədi 350 manat qiymətində 2 ədəd dəmir çərçivələri, 1 metri 2 manat qiymətində 30 metr ölçüdə qaz borusunu və 1 metri 3 manat qiymətində, 150 metr ölçüdə su borusunu yükləyib aparmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1710 manat zərər vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində yenidən həmin bağ sahəsinə qanunsuz daxil olaraq oradan bir ədəd 60 manat qiymətində, həcmi 1.5 ton olan çənin 4 mm qalınlığında 1,2x2 metr ölçülü dəmir üzlüyü və 90 manat qiymətində 4 ton su tutumuna malik çənin 4 mm qalınlığında 1,5x2,5 metr ölçülü dəmir üzlüyünü gizli olaraq talamaq istəyərkən Zərərçəkmiş şəxs onları hadisə yerində yaxalaması səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək zərərçəkmiş şəxsə 150 manat, ümumilikdə isə 1860 manat zərər vurmaqla oğurluq etməyə cəhd etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxslərin (qismən), zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə dostu İlham ona zəng edərək Neapol dairəsinin yaxınlığında yerləşən bağ sahəsində paslanmış dəmir materiallar olduğunu bildirmiş, həmin dəmir materialları satmalarını təklif etmişdir. İlhamla razılaşmış, Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığındakı həmin bağ sahəsinin qarşısında İlhamla görüşmüşlər. İlham həmin bağ sahəsinin olduğu yeri ona göstərəndə həmin yerin qonşusu Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. Bağ sahəsinin qapısı açıq olmuş və yerdə sındırılmış qıfıl olmuşdur. İlhamdan bağ sahəsinin qapısının kimin tərəfindən sındırıldığını soruşanda İlham ona qapının çoxdan açıq olduğunu və qapıya əl vurmadığını demişdir. Dəmir materiallar içəridə sol tərəfdə yığılmış halda olmuşdur. İlhama bağ sahəsinin qonşusu Elçinə məxsus olmasını, bu barədə qonşusu Elçinin oğlu Elnura xəbər edəcəyini demişdir. İlhamla dəmirləri götürüb maşına yükləmək və aparıb satmaq qərarına gəlmişlər. Onların maşınları olmamış və onlar dəmirləri yükləmək üçün Neapol dairəsi yaxınlığından taksi tutmuş və dəmirləri yükləmək üçün “VAZ 2104” markalı 10-RT- 492 dövlət qeydiyyat nişanlı avtomobili həmin bağ sahəsinin qarşısına gətirmişlər. Həmin avtomobilin yiyəsinə bağ sahəsinin onlara məxsus olduğunu və içəridə onlara məxsus təmir-tikinti materiallarının olduğunu demişlər. İlhamla dəmir çənin üzlüklərini taksiyə yükləməyə başlamış, yükləyib qurtardıqdan sonra bağ sahəsinin qapısını bağlayarkən Zərərçəkmiş şəxs uzaqdan qışqıra-qışıqra onlara tərəf gəlmişdir. Elçinin uzaqdan gəldiyini görüb dərhal dəmir çənin üzlüklərini avtomobilin içərisindən götürüb yerə qoymuşlar. Zərərçəkmiş şəxs yanlarına gələrək polis çağıracağını, qışqıraraq onların oğru olduqlarını bildirmiş və nalayiq söyüşlərlə onları təhqir etməyə başlamışdır. Onlar Elçinə polis çağırmamasını və hər şeyi öz aralarında həll etmələrini demişlər. Lakin, Elçin ona nalayiq ifadələrlə cavab verərək üzünə sillə vurmuş və sonra da bir neçə dəfə onun qarın nahiyəsindən təpikləməyə başlamışdır. Bunu görən taksi sürücüsü İlhamın və onun yalan danışdıqlarını anlamış və onlara etirazını bildirərək qalmaqala qarışmamaq və başına problem açmamaq üçün hadisə yerindən maşını sürüb uzaqlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs polis əməkdaşlarını çağırmış və polis əməkdaşları onları Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə daxil olmamış, oradan hər hansı əşya oğurlamamışlar. Maddi çətinlikləri ilə bağlı zərəçəkmiş şəxsə dəymiş zərəri ödəməmişlər. Əməlindən peşmandır, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə dostu Tərlana zəng edərək Neapol dairəsinin yaxınlığında yerləşən bağ sahəsində paslanmış dəmir materiallar olduğunu bildirmiş, həmin dəmir materialları maşına yükləyib satmalarını təklif etmişdir. Tərlan onunla razılaşmış, Bakı şəhəri Xətai rayonu Neapol dairəsi yaxınlığındakı həmin bağ sahəsinin qarşısında görüşmüşlər. Həmin bağ sahəsinin olduğu yeri Tərlana göstərəndə Tərlan həmin yerin qonşusu Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Bağ sahəsinin qapısı açıq olmuş və yerdə sındırılmış qıfıl olmuşdur. Tərlan ondan bağ sahəsinin qapısının kimin tərəfindən sındırıldığını soruşanda o qapının çoxdan açıq olduğunu, qapıya əl vurmadığını bildirmişdir. Dəmir materialları bağ sahəsinin içərisində sol tərəfdə yığılmışdır. Tərlan ona bağ sahəsinin qonşusu Elçinə məxsus olduğunu, heç bir problem olmadığını və bu barədə qonşusu Elçinin oğlu Elnura xəbər edəcəyini demişdir. Bundan sonra o və Tərlan dəmirləri götürüb maşına yükləmək və aparıb satmaq qərarına gəlmişlər. Onların maşınları olmamış və onlar dəmirləri yükləmək üçün Neapol dairəsi yaxınlığından taksi tutmuş və dəmirləri yükləmək üçün “VAZ 2104” markalı 10-RT- 492 dövlət qeydiyyat nişanlı avtomobili həmin bağ sahəsinin qarşısına gətirmişlər. Həmin avtomobilin yiyəsinə bağ sahəsinin onlara məxsus olduğunu və içəridə onlara məxsus təmir-tikinti materiallarının olduğunu demişlər. O və Tərlan dəmir çənin üzlüklərini taksiyə yükləməyə başlamışlar. Yükləyib qurtardıqdan sonra Tərlan bağ sahəsinin qapısını bağlayarkən Zərərçəkmiş şəxs uzaqdan qışqıra-qışıqra onlara tərəf gəlməyə başlamış, o və Tərlan Elçinin uzaqdan gəldiyini görüb dərhal dəmir çənin üzlüklərini avtomobilin içərisindən götürüb yerə qoymuşlar. Zərərçəkmiş şəxs yanlarına gələrək polis çağıracağını, qışqıraraq onların oğru olduqlarını bildirmiş və nalayiq söyüşlərlə onları təhqir etməyə başlamışdır. Onlar Elçinə polis çağırmamasını və hər şeyi öz aralarında həll etmələrini demiş, lakin Elçin Tərlana nalayiq ifadələrlə cavab verərək Tərlanın üzünə sillə vurmuş və sonra da bir neçə dəfə Tərlanın qarın nahiyəsindən təpikləməyə başlamışdır. Bunu görən taksi sürücüsü qalmaqala qarışmamaq və başına problem açmamaq üçün hadisə yerindən maşını sürüb uzaqlaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs polis əməkdaşlarını çağırmış və polis əməkdaşları onları Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə aparmışlar. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə daxil olmamış, oradan hər hansı əşya oğurlamamışlar. Əməlindən peşmandır, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 2 ünvanının qarşısında yerləşən özünə məxsus bağ sahəsində müxtəlif vaxtlarda aldığı tikinti avadanlıqlarını qoyub saxlamışdır. Bağ sahəsinin dörd bir tərəfini hasarla haşiyəyə almış, giriş qapısını isə qıfılla kilidləmişdir. xx.xx.2019-cu il tarixdə saat 18:00-da özünə məxsus bağ sahəsinə baş çəkərkən həmin təmir tikinti materiallarının bağ sahəsində olduğunu görmüşdür. Bağın qapısını isə həmin gün qıfılla bağlamışdır. Səhəri gün yəni, xx.xx.2019-cu il tarixdə dostu Camulla ona zəng edərək Xətai rayonu ərazisinə gəldiyini və onunla görüşmək istədiyini demişdir. O isə dostu Camullaya qaynatasını həkimə aparacağını, əgər vaxtı olsa gəlib onunla görüşəcəyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 11 radələrində qaynatasını həkimə aparan zaman özünə məxsus bağ sahənin yanından keçmiş, bağ sahəsinin qapısının üzərində qıfılın salamat olduğunu görmüşdür. xx.xx.2019-cu il tarixdə səhər saatlarında qaynatasını ünvan 2 ünvanın yanında yerləşən bərbərxanaya aparmış, bərbərxanadan çıxıb yenidən evə gedən zaman, özünə məxsus bağ sahəsinin üzərində olan qıfılın sındırıldığını və qapının girişində yerə atılmış vəziyyətdə olduğunu görmüşdür. Bağa baxdıqda içəridə kənara, səliqə ilə yığdığı 1 ədədi 80 manat olan 5 ədəd dəmir listin, 100 manat dəyərində 1 ədəd hamam vannasının, 1 ədədi 350 manat olan 2 ədəd dəmir çərçivələrin, 1 metri 2 manat olan 30 metr uzunluğunda qaz borusunun və 1 metri 3 manat olan 150 metr uzunluğunda su borusunun yerində olmadığını aşkar etmişdir. Qaynatasını bərbərxanadan çıxarıb evə aparmış və yenidən saat 10-da aşağı düşdükdə ağ rəngli, **- RT-*** dövlət qeydiyyat nişanlı “Vaz 2104” markalı avtomobilin bağın qabağında dayandığını, üç nəfər şəxsin isə bağda qalan təmir tikinti materiallarının həmin avtomobilə yüklədiklərini görmüşdür. Qışqıraraq onları səsləmiş və onların yanına getmişdir. Həmin şəxslər onu görüb avtomobilə yüklədikləri əşyaları avtomobildən götürüb yerə qoymuş və onun yaxınlaşmağını gözləmişlər. Həmin şəxslərə yaxınlaşanda onlardan birinin qonşuluqda yaşayan Tərlan olduğunu görmüş, digərini isə tanımamışdır. Üçüncü şəxs isə özünü ağ rəngli, **-RT-*** dövlət qeydiyyat nişanlı “Vaz 2104” markalı avtomobilin yiyəsi olaraq təqdim etmiş və Tərlan və adını bilmədiyi həmin şəxs onu taksi qismində əşyaların maşınla daşınması üçün müəyyən pul müqabilində buraya gətirdiklərini və həmin əşyaların da özlərinə məxsus olduğunu ona bildirdiklərini demişdir. Taksi sürücüsü xx.xx.2019-cu il tarixdə də həmin şəxslərin dəvəti ilə taksi qismində bağ sahəsinə gəldiyini, müxtəlif əşyaları maşına yüklədiklərini və mütal qəbulu məntəqəsinə satdıqlarını, həmin şəxslərin bağ sahəsinə oğurluq məqsədi ilə gəlməsindən xəbərsiz olduğunu bildirmişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək polis əməkdaşlarının gəlməsini istəmişdir. Bir müddətdən sonra polis əməkdaşları gələrək onları Xətai RPİ-nin 34-cü polis şöbəsinə dəvət etmişlər. Bu əsnada dostu Camulla ona zəng vurmuş və söhbət zamanı dostu Camullaya bağ sahəsindən oğurluq hadisəsi baş verdiyini söylədikdə, Camulla ona, dünən də **-RT-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2104” markalı avtomobilin bağın qarşısında dayandığını və iki nəfər şəxsin də bağ sahəsindən əşyaları daşıyaraq maşına yüklədiklərini bildirmişdir. Bundan sonra Camulla da Xətai RPİ-nin 34-cü PŞ-nə gəlmişdir. Bölmədə olarkən xx.xx.2019-cu il tarixdə yəni dünən də bağ sahəsindən oğurluq edən Tərlan və İlhama öz iradlarını bildirmişdir. Hazırda ona dəymiş zərər ödənilməmişdir, təqsirləndirilən şəxslərdən şikayətçidir, zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Azəriqaz”la problemi yarandığından tez-tez Xətai rayonu ərazisinə gəlmişdir. Xətai Rayon Məhkəməsində proseslərdə iştirak etmişdir. Həmin vaxtlarda da, əvvəllər birlikdə işlədiyi, sonralar dostluq münasibətində olduğu Elçinlə zəngləşərək görüşmüşlər. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə növbəti məhkəmə prosesinin nə vaxt baş tutacağını öyrənmək üçün Xətai Rayon Məhkəməsinə getmişdir. Məhkəmədə işlərini bitirdikdən sonra Elçinlə görüşmək üçün ona zəng vuraraq görüşmək istədiyini bildirmiş, Elçin qaynatasını xəstəxanaya aparacağını, işlərini bitirdikdən sonra görüşə biləcəyini söyləmiş və onu yaşadığı ünvanın yaxınlığında yerləşən, adını xatırlamadığı və tez-tez Elçinlə görüşdükləri çayxanada gözləməyini xahiş etmişdir. Bundan sonra, Elçinin yaşadığı ünvanının yaxınlığında yerləşən, adını bilmədiyi çayxanada Elçini gözləməyə başlamışdır. Həmin çayxanadan Elçinin yaşadığı bina və ona məxsus bağ sahəsi aydın görünmüşdür. Təxminən saat 14 radələrində əvvəlcədən tanıdığı və Elçinin yaşadığı ünvanla qonşuluqda yaşayan Tərlan adlı şəxsin, digər bir nəfər tanımadığı şəxslə birlikdə Elçinə məxsus bağ sahəsinə daxil olaraq təmir-tikinti materiallarını ağ rəngli, “Vaz 2104” markalı avtomobilə yüklədiklərini görmüşdür. Elə zənn etmişdir ki, Tərlan və yanındakı şəxs Elçinin tapşırığı əsasında həmin materialları avtomobilə yükləyirlər. Elçinin özünün xəbərinin olduğunu düşünmüş və heç bir müdaxilə etməmişdir. Daha sonra, Tərlan və digər şəxs materialları avtomobilə yüklədikdən sonra oradan getmişlər. Əvvəllər Elçinlə bir neçə dəfə görüşən zaman Tərlanı Elçinin yanında görmüş və qonşu olduğunu bilmişdir. Həmin gün yəni, xx.xx.2019-cu il tarixdə Elçinlə, şəxsi işlərinin uzanması səbəbindən görüşə bilməmişdir. Səhəri gün, xx.xx.2019-cu il tarixdə səhər saatlarında Elçinə zəng edib danışan zaman Elçin polis bölməsində olduğunu, qonşuluqda yaşayan Tərlanın onun bağ sahəsindən oğurluq etdiyini və bu səbəbdən də başının qarışıq olduğunu bildirmişdir. O, xx.xx.2019-cu il tarixdə çayxanada onu gözləyən zaman Tərlanın bir nəfər şəxslə birlikdə bağ sahəsindən tikinti materiallarını daşıyıb ağ rəngli “Vaz 2104” markalı avtomobilə yüklədiyini gördüyünü söyləmiş və Xətai RPİ-nin 34-cü PŞ-nə Elçinin yanına getmişdir. Polis şöbəsində Tərlana etdiyi hərəkətlərə görə öz iradını bildirmiş və yanında olan şəxsin adının İlham olduğunu öyrənmişdir. Bir daha təsdiq edir ki, xx.xx.2019-cu il tarixdə Tərlan və İlham Elçinə məxsus bağ sahəsindən müxtəlif dəmir materialları ağ rəngli “Vaz 2104” markalı avtomobilə yükləyib aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, arada bir özünə məxsus olan “Vaz 2104” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Neapol dairəsi yaxınlığında bir nəfər tanımadığı arıq bədən quruluşlu orta boylu əsmər saçlı bir nəfər şəxs ona yaxınlaşmış, avtomobilinə əyləşərək ondan yaxınlıqdakı Neapol küçəsinə sürməyini, həmin küçədə özünə məxsus bağ sahəsinin içərisində təmir-tikinti materiallarının olduğunu, avtomobilinə yükləyib aparmağını xahiş etmiş, bunun müqabilində isə ona 4 manat pul verəcəyini bildirmişdir. Həmin şəxslə razılaşmış və dediyi ünvana sürmüşdür. Həmin ünvana gələn zaman bir nəfər şəxsin də bağ sahəsinin qarşısında dayandığını görmüşdür. Avtomobilində əyləşən şəxs ona avtomobilin arxasını bağ sahəsinin qapısına tərəf saxlamağı bildirmiş və maşından düşmüşdür. Avtomobilinin arxasını həmin bağ sahəsinin qapısına tərəf yaxınlaşdırıb saxlamışdır. Həmin iki nəfər şəxs bağın içərisində olan, müxtəlif dəmir listləri, 1 ədəd hamam vannasını, dəmir çərçivələri, və dəqiq xatırlaya bilmədiyi ölçüdə olan qaz və su borularını maşına yükləmişlər. Daha sonra onlarla birlikdə maşınla Neapol dairəsi yaxınlığına gəlmiş, yolun kənarında maşını saxlamış, həmin şəxslər maşından düşmüş və maşına yüklədikləri əşyaları maşından çıxarıb yolun kənarına qoymuşlar. O isə onlardan 4 manat taksi pulunu alıb oradan uzaqlaşmışdır. Həmin əşyaları daha sonra kimə və hara satmalarını bilməmişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə səhər saat 10 radələrində yenə də Neapol dairəsi yaxınlığında taksi kimi dayanıb müştəri gözləyən zaman dünən ona yaxınlaşan həmin şəxs ona yenə yaxınlaşmış, dünənki ünvanda bəzi əşyaların qaldığını və yenidən həmin əşyaları maşına yükləyib aparmaq lazım olduğunu demişdir. 4 manat pul müqabilində yenə onunla razılaşmış və dünən sürdüyü ünvana həmin şəxslə birlikdə gəlmişdir. Həmin ünvana gələn zaman dünənki bağ sahəsinin yanında onları gözləyən şəxsin də bağ sahəsinin qarşısında dayandığını görmüşdür. Avtomobilində əyləşən şəxs ona yenə də avtomobilin arxasını bağ sahəsinin qapısına tərəf saxlamağı bildirmiş və maşından düşmüşdür. Avtomobilinin arxasını həmin bağ sahəsinin qapısına tərəf yaxınlaşdırıb saxlamışdır. Həmin iki nəfər şəxs bağın içərisində olan dəmir çənin üzlüklərini götürüb maşına yükləyən zaman bir nəfər tanımadığı şəxsin uzaqdan əsəbi şəkildə qışqıra-qışqıra gəldiyini görmüşdür. Əşyaları maşına yükləyən iki nəfər şəxs həmin qışqıran şəxsi görüb maşına yüklədikləri əşyaları dərhal maşından götürüb yerə qoymuşlar. Uzaqdan gələn həmin şəxs onların yanına çatarkən həmin iki nəfər şəxsin üstünə qışqırmağa başlamış və nə üçün ona məxsus bağ sahəsindən oğurluq etdiyini irad tutmuşdur. Söhbət əsnasında uzaqdan qışqıra-qışqıra gələn şəxsin həmin bağ sahəsinin sahibi olduğunu və adının da Elçin olduğunu öyrənmişdir. Bu zaman onu taksi kimi buraya gətirən həmin iki nəfər şəxsin oğurluq etmək niyyətini anlamış və o da həmin iki nəfər şəxsə öz iradını bildirərək nə üçün onu aldatdıqlarını soruşmuşdur. Elçin ona həmin şəxslərin oğru olduğunu və nə üçün onların yanında olduğunu soruşanda o Elçinə həmin şəxslərin oğurluq niyyətindən xəbərsiz olduğunu bildirmiş və dünən də onu buraya taksi kimi gətirib buradan təmir tikinti materiallarını götürüb onun maşınına yükləyib apardıqlarını demişdir. Daha sonra isə maşınına əyləşib oradan uzaqlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29 və 177.2.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata götürülmüşdür (i.v. 1); baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, hal şahidləri X3 və X2 iştirakları ilə Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanının qarşısında olan bağ sahəsinin darvazasının kilidi sındırılmışdır. Bağ sahəsi təxminən 2 sot ərazini əhatə edir. Baxış zamanı fotoşəkillər çəkilərək materila əlavə olunmuşdur. Bundan başqa iş üzrə maddi sübut əhəmiyyəti daşıyan həcmi 4 tonluq və 1.5 tonluq olan dəmir çənin üzləri götürülmüşdür. Bundan başqa hadisə yerində bağ sahəsinin darvazasının üzərində olan dəmir qıfıl açar da götürülmüşdür (i.v. 6); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24424 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən dəmir listlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: 1.4mm qalınlığında 1,2x2 metr ölçülü dəmir list- 60.00 manat; 1.4mm qalınlığında 1,5x2,5 metr ölçülü dəmir list-90.00 manat (i.v. 16-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 24); əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus 02 ədəd 4 mm qalınlığında 1,2x2 metr və 1,5x2,5 metr ölçülü dəmir çənin hissələri olan dəmir listlər cinayət işi üzrə maddi sübut hesab edilmişdir (i.v. 39); iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd 4 mm qalınlığında 1,2x2 metr və 1,5x2,5 metr ölçülü dəmir çənin hissələri olan dəmir listlər Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 42); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016cı il tarixli Amnistiya haqqında qərarına əsasən xx.xx.2016-cı ildə təyin olunmuş cəzadan azad edilmişdir (i.v. 58-59); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2019-cu il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə isə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 61-62); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 26533 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilən asma qıfılın gövdə hissəsi sınıb yerindən qopmuş və dib hissəsindən başyaraq deformasiyaya uğramışdır. Təqdim edilən qıfıl kənar bərk-küt predmət (məsələn, təkər açarı, ling və s. kimi alət və vasitələr) tətbiq edilməklə fiziki təsirlə sındırılaraq açılmışdır (i.v. 67-70); cinayət əməlinin tövsif edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29 və 177.2.1-ci maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə ittiham elan edilmişdir (i.v. 75); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 86); ifadənin yerində yoxlanması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 101-102); qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 104); əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs məxsus bağ sahəsinin qapısının üzərində olan bir ədəd qıfıl və bir ədəd açar cinayət işi üzrə maddi sübut hesab edilmişdir (i.v. 110); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-242/2017 saylı, xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir (i.v. 117-120); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 138); tutma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Orxan Hüseynzadənin xx xxxxx 2020-ci il tarixli qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 17:30 radələrində Əhmədli qəsəbəsində tutularaq 34-cü PŞ-nə gətirilmiş, MSY-ə təhvil verilmişdir (i.v. 157); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v. 175-176); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 179); təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 201); üzləşdirmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.195-197); üzləşdirmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.198-200); üzləşdirmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.216-218); üzləşdirmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə istintaq hərəkəti yerinə yetirilmiş, onlar üzləşmədə istintaq zamanı vermiş olduqları ifadlərə uyğun ifadə vermişlər (i.v.219-221); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və xx.xx.2019-cu il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin, həmçinin Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və xx.xx.2020-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin öz qüvvəsində saxlanılması nəzərə alınmış, təqsirlənsirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 21424 nömrəli rəyi, məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 26533 nömrəli rəyi, üzləşdirmə istintaq hərəkətlərinin protokolları və ifadənin yerində yoxlanılması istintaq hərəkətinin protokolları sübut növü kimi qiymətləndirilmiş, iş üzrə oğurlanmış 1 ədədi 80 manat olan, 5 ədəd dəmir listi, 100 manat qiymətində hamam vannası, 1 ədədi 350 manat qiymətində 2 ədəd dəmir çərçivələri, 1 metri 2 manat qiymətində 30 metr ölçüdə qaz borusunu və 1 metri 3 manat qiymətində, 150 metr ölçüdə su borusunun qiyməti Zərərçəkmiş şəxs ifadəsinə əsasən qəbul olunmuş, iş üzrə şahid qismində dindirilmiş Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 29 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində cinayət təqbinin başanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə xarakterli dəlil kimi göstərdiyi xüsusatların məsuliyyətdən yayınmaq niyyəti daşıdığından və bu xüsusatlar əsassız olduğundan həmin vəsatətlər təmin olunmadan rədd edilmiş, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivi kimi qiymətləndirilmiş, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd qıfıl və 01 ədəd açarın saxlanılması üçün maddi sübutlar otağına təhvil verilməsi, dəmir çənin listlərinin istifadə olunması və istintaq müddətinin sonuna qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, Zərərçəkmiş şəxs əməlində Təqsirləndirilən şəxs1 döyməsi faktı üzrə cinayət tərkibi olmadığı üçün, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 224-233); Məhkəmə, təqsirləndirilən şəxslərin xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus bağ sahəsindən oğurluq etməmələri ilə bağlı ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlər Şahid1 və Şahid2 bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, Şahid2, həm xx.xx.2019-cu il tarixdə, həm də xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxslər tərəfindən taksi kimi sözügedən bağ sahəsinə dəvət edildiyini bildirmiş, xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxslərin müxtəlif dəmir listləri, 1 ədəd hamam vannasını, dəmir çərçivələri, və dəqiq xatırlaya bilmədiyi ölçüdə olan qaz və su borularını maşına yükləyərək apardıqlarını qeyd etmiş, Şahid1 da xx.xx.2019-cu il tarixdə bağ sahəsindən təqsirləndirilən şəxslərin müxtəlif əşyaları avtomobilə yükləyərək apardığını təsdiq etmişdir. Şahidlərin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamışdır. Məhkəmə, zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli isə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsaəsn hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə Təqsirləndirilən şəxs2 az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.2), Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübutlar - 01 (bir) ədəd qıfıl yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalı və dəmir listlərin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 (bir) ədəd qıfıl hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar – 01 (bir) ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın, dəmir listlərin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 106 (bir yüz altı) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar