Məhkəmə qərarları › İş №1(011)-193/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-193/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-193/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ali təhsilli, N nömrəli hərbi hissədə qazanxana operatoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» xx xxxxxx 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları’nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020- ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində yaşayış yerini tərk edib özünə məxsus “Chevrolet Aveo” markalı **- RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərbəst hərəkət edərək Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində ünvansız evdə yaşayan Şahid2 yanına getmiş, o cümlədən, xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda yaşayış yerini tərk edib vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərdə sərbəst hərəkət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsiri bilərək ifadəsində göstərmişdir ki, o, səhhəti ilə bağlı qızdırması olduğu üçün xx xxxxxx 2020-ci il tarixdə Zığ sağlamlıq mərkəzinə müraciət etmişdir. Orada onu içəri buraxmayaraq adına bülleten açdıqlarını bildirmişdirlər. Ona müalicə üçün resept yazsalar da yaxma götürməmişdirlər. Orada bülleten yazdıqları vaxt “Covid 19” infeksiyasına yoluxmağına dair test götürəcəklərini və onu növbəyə saldıqlarını bildirmişdirlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə evinə həmin mərkəzdən gələn tibb işçisi boğazından və burnundan yaxma götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə test cavabının pozitiv olması barədə məlumat verilərək yaşadığı evi tərk etməməyinə dair xəbərdarlıq edilmişdir. Bununla bağlı evdə müalicə almağa başlamışdır. Lakin ona Zığ sağlamlıq mərkəzi tərəfindən köməklik göstərilmədiyi üçün Naximov küçəsində dəqiq ünvanı bilmədiyi qonşuluqda yaşayan tibbi bacısı Sevinc adlı xanımın yanına getmək qərarına gəlmişdir. Buna görə də, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində sistem vurdurmaq üçün o, evdən çıxaraq özünə məxsus “Chevrolet Aveo” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qonşuluqda yaşayan Sevinc adlı xanımın evinə getmişdir. Orada Sevincdən başqa heç kim olmamışdır. Həmin tarixdə saat 17:00 radələrində mobil nömrəsinə 35-ci PB-nin əməkdaşı zəng edərək onun “Covid 19” xəstəsi olaraq evdən çıxdığı üçün məsuliyyətə cəlb olunacağını bildirmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə Sevinc adlı tibb bacısının evinə müalicə almaq məqsədi ilə getmişdir, ondan başqa heç kim ilə əlaqədə olmamışdır. Digər vaxtlarda yaşadığı mənzildən kənara çıxmamışdır. Əməlindən peşman olduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin göstərişi ilə əlaqədar olaraq daxil olmuş əməliyyat məlumatına əsasən “Covid 19” xəstəliyinə yoluxmuş ünvan 2 ünvanda yaşayan vətəndaş Təqsirləndirilən şəxs əhalinin sıx olduğu yerlərdə sərbəst hərəkət edərək xəstəliyin yayılmasına real təhlükə yaratması ehtimalı olmuşdur. Bununla bağlı onun və əməliyyat müvvəkili Şahid1 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanda sərbəst hərəkət edərək “Covid 19” xəstəliyinin yayılmasına şərait yaratmışdır. Bu faktı müəyyən etdikdən sonra o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə rəsmi qaydada Polis bölməsinə raportla müraciət edib vətəndaş barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin vətəndaş ilə telefon əlaqəsi saxlayıb törətdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Bakı şəhəri Xətai RPİ-nin göstərişi ilə əlaqədar olaraq daxil olmuş əməliyyat məlumatına əsasən “Covid 19” xəstəliyinə yoluxmuş ünvan 2 ünvanda yaşayan vətəndaş Təqsirləndirilən şəxs əhalinin sıx olduğu yerlərdə sərbəst hərəkət edərək xəstəliyin yayılmasına real təhlükə yaratması ehtimalı olmuşdur. Bununla bağlı onun və əməliyyat müvvəkili Şahid3 tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanda sərbəst hərəkət edərək “Covid 19” xəstəliyinin yayılmasına şərait yaratmışdır. Bu faktı müəyyən etdikdən sonra o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə rəsmi qaydada Polis bölməsinə raportla müraciət edib vətəndaş barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin vətəndaş ilə telefon əlaqəsi saxlayıb törətdiyi qanun pozuntusuna görə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, bir müddət saç ustası kimi işlədiyi vaxt Təqsirləndirilən şəxs yoldaşı Xeyransa ilə tanış olmuşdur. Əvvəllər tibb sahəsində çalışdığı üçün Xeyransa Fuadın səhhəti ilə bağlı problemlərin olduğunu və buna görə də ondan kömək göstərilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Fuad birinci dəfə onun yaşadığı ünvana gəlmişdir. O, Fuada sistem qoşmuş və vəziyyəti yaxşı olduqdan sonra onu yola salmışdır. Bundan sonra Fuad bir neçə gün onunla əlaqə saxlamırdı. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Fuad yenidən onun yaşadığı evə gəlmişdir. Evə gəldikdə vəziyyəti yaxşı deyildir və qızdırması var idi. O, Fuada sistem qoşmuş və halı yaxşı olduqdan sonra Fuad evinə qayıtmışdır. O, Təqsirləndirilən şəxs “Covid 19” xəstəliyinin daşıyıcısı olduğunu bilmirdi, Fuad ona bu barədə heç bir məlumat verməmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 Zığ Sağlamlıq Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 6 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə müəssisə tərəfindən covid yaxma götürülmüş, xx xxxxxx 2020-ci il tarixdə cavabı pozitiv çıxmışdır. Cinayət işinin 65-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx xxxxxx 2021-ci il tarixli 49/KEŞ nömrəli ekspert rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. ”Covid 19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinin 74-78-ci vərəqələrində olan Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə kartına dair məlumatları özündə əks etdirən Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd diskə baxış zamanı tərtib edilmiş “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə kartının anten dairəsi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif saatlarda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsindən başqa digər ünvanları da əhatə etmişdir. Cinayət işinin 93-100-cü vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Azərbaycan Respublikası DİNnin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 91-ci vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 981 saylı Hərbi Hissənin xx xxxx 2021-ci il tarixli, 1038 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən mülki işçi kimi hərbi hissənin Suraxanı yaşayış məntəqəsində qazanxana operatoru vəzifəsində çalışır. Cinayə işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 10 №-li Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Özünü nümunəvi hərəkətləri ilə daim fərqlənən Təqsirləndirilən şəxs haqqında yaşadığı müddət ərzində qonşular və ərazidə yaşayan sakinlər tərəfindən 10 №li Mənzil-İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, ilk dəfə məhkum olduğunu, yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, ailəli olduğunu, ailəsinin yeganə dolandıranı olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən şikayət və ya protest verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar