Məhkəmə qərarları › İş №1(011)-193/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-193/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-193/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1984-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 52, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 2 ünvanında yerləşən mərhum bibisi X5 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında 500 manat, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında 2500 manat pul almış daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “Fiat Punto” minik markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini 8000 manat qiymətləndirilməsinə aralarında razılaşaraq, ünvan 4 ünvanda yerləşən «ASAN» xidmət mərkəzində sonuncunun arvadı X2 adından öz adına baş etibarnamə alaraq, avtomobili sonuncunun oğlu Şahid3 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında təhvil almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 1500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ifadə olunan cinayət əməlini başa çatdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X7 onun bibisidir. Bibisi 2020-ci ilin yay aylarında vəfat etmişdir. Bibisinin ünvan 6 ünvanında fərdi yaşayış evi olmuşdur. Həmin evdə bibisi öz həyat yoldaşı Şahid5lə birlikdə yaşamışdır. Bibisinin övladı olmadığına görə uşaqlıqdan onu saxlamışdır. Yaşadıqları evin açarı onda da olmuş və o, tez-tez bibisinin evində qalmışdır. 2019-cu ildə 2 dəfə, sonuncu dəfə oktyabr ayında o, bibisinin evində təmir işləri aparmışdır. Təmir işlərini tanışı Ceyhunla həyata keçirmişdir. Təmir işlərinə görə Ceyhuna pulların əsas hissəsini o vermişdir. Həmin ərəfədə bibisi və Adil ondan həmin evi satmağını istəmişlər. Adil evin satılması üçün ona etibarnamə vermişdir. O, da tanışlarına o cümlədən Şahid1 bu barədə bildirmiş və müştəri olarsa xəbər etməsini istəmişdir. Bundan sonra Hüseyn, Elçin adlı iş yoldaşının olduğunu bildirmiş və evi almaq istədiyini ona bildirmişdir. O, evdə olarkən Elçinin oğlu Fazil gələrək evə baxmış və atasına zəng edib məlumat vermişdir. Bir qədər sonra Elçin, iki nəfər tanımadığı iş yoldaşı və Hüseynlə birlikdə evə gəlmişdir. Onlar evin 14.000 manata satılması barədə razılaşmışlar. Bundan sonra Elçin ilkin olaraq ona 500 manat beh vermişdir. Növbəti dəfə o, Səbail rayonunda Elçinin yaşadığı evin yaxınlığında Elçindən 2500 manat pul almışdır. Bundan sonra Elçin qalan pulu vermək üçün özünün “Fiat Punto” minik markalı avtomobilini satmaq istədiyini ona demişdir. Onlar həmin avtomobilin qiymətinin 8000 manat olması barədə razılaşmışlar. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, Hüseyn və Hüseynin dostu Vüqarla birlikdə Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığındakı “Asan” xidmət mərkəzinə gəlmişdir. Orada Elçinin həyat yoldaşı və oğlu Fazillə görüşmüşdür. Həmin vaxt “Asan” xidmət mərkəzində Elçinin həyat yoldaşının adından onun adına baş etibarnamə verilmişdir. Bundan sonra o, Hüseyn və Hüseynin dostu ilə gedərək Fazildən həmin avtomobili təhvil almışdır. xx.xx.2019-cu il tarixdə Elçinlə aralarında verilmiş pulla bağlı müqavilə bağlamışdır ki, sonradan narazılıq olmasın. Müqavilədə də qeyd olunmuşdur ki, evin satışı üçün o, Elçindən 11.000 manat pul almış və qalıq 3000 manat qalıb. Həmçinin həmin ərəfədə tanışı Şahid1 avtomobil almaq istəmişdir. Onun Hüseynə 2000 manat borcu olmuş, buna görə də qərara gəlmişdir ki, elə Elçinin ona satdığı avtomobili o, da Hüseynə satsın. Hüseynin həmin vaxt üzərində 5000 manat pul olmuşdur. Hüseyn həmin pulu ona vermişdir. Növbəti gün xx.xx.2019-cu il tarixdə o, Hüseynlə Baş Dövlət yol Polisi İdarəsinə getmiş və orada Hüseynlə alqı-satqı eləmişdir. Həmin avtomobili Hüseynə satmışdır. Bir müddət sonra Hüseyn ona avtomobilin pulu olaraq 300 manat da vermişdir. Beləcə də Hüseyn ona avtomobil üçün 5300 manat pul vermişdir. Onun Hüseynə 2000 manat da borcu olmasını nəzərə almaqla o, avtomobili Hüseynə 7300 manata satmışdır. Daha sonra o, bibisinin yoldaşı Şahid5 ona vermiş olduğu etibarnamə əsasında mənzilin su və qaz xətlərini Elçinin adına keçirtmişdir. Pulu tam vermədiyinə görə işığı Elçinin adına keçirtməmişdir. Bundan bir neçə gün sonra Elçin ona çatdırması üçün Hüseynə 1500 manat pul vermiş və o, Hüseynlə Xətai rayonu, Gəncə prospektində görüşərək pulu Hüseyndən almışdır. Bununla da o, Elçindən cəmi 12500 manat pul almışdır. Aralarında olan razılaşmaya əsasən Elçin evə köçdükdən sonra qalan pulu verəcəkmiş. Sonuncu dəfə pul aldıqdan sonra o, İrana ailəsinin yanına getmişdir. Geri qayıtdıqda isə öyrənmişdir ki, Elçin ondan şikayət etmişdir. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, bibisi özü həmin evin satılmasına ona icazə vermişdir. İcazə olaraq da bibisinin yoldaşı Şahid5 ona etibarnamə vermişdir ki, o, həmin evi sata bilsin. O, Elçindən aldığı puldan müəyyən qədər bibisinə vermiş, bir hissəsini isə nağd formada Adilə vermişdir. Pulun bir hissəsini isə təmir işləri üçün xərclədiyi pulların əvəzi olaraq saxlamışdır. Lakin hazırda o, həmin məbləğləri xatırlamır. Göstərilənlərə əsasən o, özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 12500 manat pulu Elçindən dələduzluq niyyəti ilə almamışdır. Verilmiş etibarnamə əsasında evin satışını həyata keçirmişdir. Hazırda da pulu Adildən və bibisindən ala bilməməsinə baxmayaraq geri verəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2019-cu il tarixdə ev almaq istəmiş, həmin ilin oktyabr ayında iş yoldaşı Şahid1 adlı şəxs ona Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapdığını bildirmişdir. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin özünün uşaqlıq dostu olduğunu bildirmişdir. Buna görə də o, oğlu Fazilə demişdir ki, gedib həmin evə baxsın. Fazil ünvan 7 ünvanında olan evə getmişdir. Həmin ev birmərtəbəli iki otaqlı ev olmuşdur. Bir qədər sonra ona zəng edərək evi bəyəndiyini və onun da gəlməyini istəmişdir. O, iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin Şahid1 adlı şəxslə birlikdə həmin evə getmişdir. Evdə həmin vaxt Ramin adlı şəxs və yanında usta olmuşdur. Evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, Raminə beh olaraq 500 manat pul vermişdir. Ramin ona demişdir ki, həmin ev bibisinə məxsusdur. Bibisi Lənkərandadır və hazırda xəstədir. Onlar narahat olduğu üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olub-olmadığını soruşmuşlar. Ramin demişdir ki, hər şey qaydasındadır. Hətta Hüseyn də Raminin yanında dəfələrlə demişdir ki, arxayın olsunlar. Heç bir problem ola bilməz. Bundan bir neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Oğlu bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin elə maşını onlardan alacağını və qiymətinin də 8000 manat olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu və həyat yoldaşı ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Sonra isə avtomobili Raminə təhvil vermişdir. Həmin gün isə o, Ramin və Hüseynlə görüşmüş və Xətai rayonunda, Zığ qəsəbəsində Raminin tanıdığı ofisə getmiş, orada müqavilə bağlamışlar ki, o, Raminə 11000 manat pul vermiş, qalıq olaraq 3000 manat qalmışdır. Raminlə onun arasında olan razılaşmaya əsasən onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli imişlər. Onlar danışmışlar ki, evə köçəndən sonra qalan 3000 manatı da verərlər. Onlar həmin evin sənədlərinin olmadığını bilmişlər. Ramin qaz və suyu onun adına keçirtmişdir. Pulu tam vermədiyinə görə Ramin işığ onun adına keçirtməmişdir. Bundan sonra o, Hüseynlə danışaraq Raminin 1500 manat pul istədiyini demişdir. O kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində olan ünvanın yaxınlığında Hüseynə 1500 manat pul vermişdir ki Raminə çatdırsın. Onlar noyabr ayının 3-də evə köçməli imişlər. Həmin ərəfədə o, Raminə dəfələrlə zəng etsə də Ramin telefonlara cavab verməmişdir. Sonra Hüseynlə birlikdə həmin evə getmişdir. Evdə bir nəfər qadın qarşılarına çıxmışdır. O, həmin qadına bu evi Raminin ona satdığını dedikdə həmin qadın Raminin bibisi olduğunu demiş və Raminin bu evi satmağa səlahiyyəti olmadığını, evin özünə məxsus olduğunu və heç kəsə də satmadığını demişdir. Bundan sonra o, başa düşmüşdür ki, Ramin onları aldadıb. Oğluna demişdir ki, tez gedib Raminə avtomobil üçün verdikləri etibarnaməni ləğv etsin. Oğlu da getdikdə öyrənmişdir ki, elə onlar Raminə etibarnamə verdikdən 1 gün sonra yəni, xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Hüseyn isə bunu onlardan gizlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onlar kirayə yaşayırlar. 2019-cu il tarixdə özlərinə ev almaq istəmişlər. Həmin ilin oktyabr ayında atası Zərərçəkmiş şəxs bildirmişdir ki, iş yoldaşı Şahid1 adlı şəxs Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapmışdır. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin Hüseynin uşaqlıq dostu olduğunu bildirmişdir. Buna görə də atası ona tapşırmışdır ki, gedib həmin evə baxsın. O, ünvan 7 ünvanında olan evə getmişdir. Həmin ev birmərtəbəli iki otaqlı ev olmuşdur. Evdə Ramin adlı şəxs və yanında usta olmuşdur. Evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, evə baxdıqdan sonra atasına zəng edərək evi bəyəndiyini demişdir. Bundan sonra atası ona orada gözləməyini və özünün də gələcəyini demişdir. O, gözləmiş, bir qədər sonra atası iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin evi tapan Şahid1 adlı şəxslə birlikdə gəlmişdir. Evdə olarkən atası Raminə beh olaraq 500 manat pul vermişdir. Ramin demişdir ki, həmin ev bibisinə məxsusdur. Bibisi Lənkərandadır və hazırda xəstədir. O, narahat olduğu üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olubolmadığını soruşmuşdur. Hətta o, Raminə demişdir ki, bibisinin adından yazılı razılıq ərizəsi də alsın. Ramin isə demişdir ki, bunlara ehtiyac yoxdur. Hər şey qaydasındadır bibisi də razıdır. Hətta Hüseyn də Raminin yanında dəfələrlə demişdir ki, arxayın olsunlar. Heç bir problem ola bilməz. Bundan sonra atası Elçin, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanları olmadığına görə o, etibarnamə əsasında idarə etdiyi **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Həmin avtomobil onun anasının mülkiyyətində olmuşdur. Bu barədə Raminə bildirmiş və demişdir gözləsin. O, həmin avtomobili satdıqdan sonra əldə olunan pulla mənzilin pulunu versin. Ramin avtomobili neçəyə satacağını soruşduqda o, 8500 manata satacağını bildirmişdir. Bundan sonra Ramin həmin avtomobili almaq istədiyini bildirmiş və qiyməti də 8000 manata razılaşmağını istəmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə o, anası ilə birlikdə həmin Raminə satacağı **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobillə gəlmişdir. Orada Ramin bir daha bibisinin əri Adilin evi satması üçün etibarnamə verdiyini demiş və həmin etibarnaməni də göstərmişdir. Həmin vaxt ora Hüseyn, Hüseynin dostları Vüqar və digər adını bilmədiyi şəxs də gəlmişdir. Asan xidmət mərkəzində anasının adından Təqsirləndirilən şəxs **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobil üçün baş etibarnamə vermişlər. Bundan sonra o, həmin avtomobillə evə gəlib anasını evə düşürtmüşdür. Onların arxasınca da Ramin, Hüseyn, Hüseynin dostları Vüqar adlı şəxs və digər adını bilmədiyi şəxs öz idarə etdikləri “Hyunai Elantra” markalı avtomobillə gəlmişlər. O, Səbail rayonu, Bayıl qəsəbəsində kirayə yaşadığı evin qarşısında **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobilin açarlarını Raminə təhvil vermişdir. Bundan sonra ev üçün ödəyəcəkləri 3000 manat pul qalmışdır. Atası ilə Raminin arasında olan razılaşmaya əsasən onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli imişlər. Onlar danışmışlar ki, evə köçəndən sonra qalan 3000 manatı da verəcəklər. Bundan başqa o, Raminin onları aldada bilməsindən ehtiyat edərək təklif etmişdir ki, verdikləri pulla bağlı müqavilə bağlasınlar. Buna görə də atası Raminin tanıdığı ofisə getmiş və orada atası ilə Raminin arasında ev alqı-satqısı olması ilə bağlı xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, ev alqı satqısı üçün atası ilə Ramin 14000 manata razılaşmış, 11000 manat ödəniş olunmuş 3000 manat isə qalıq qalmaqdadır. Həmin müqavilənin surəti də cinayət işinə əlavə edilmişdir. Onlar həmin evin sənədlərinin olmadığını bilirmişlər. Ramin demişdir ki, kommunal ödənişləri atasının adına keçirdəcək. Qaz və suyu atasının adına keçirtmişdir. İşığı isə ödənilməli puldan 1500 manat da vrdikdən sonra onların adna keçirdəcəyini bildirmişdir. Bundan sonra atası Hüseynlə danışaraq Raminin 1500 manat pul istədiyini demişdir. Hüseyn isə demişdir ki, həmin pulu versin, Hüseyn də Raminə çatdırsın. Bundan sonra atası kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində olan ünvanın yaxınlığında Hüseynə 1500 manat pul vermişdir. Onlar noyabr ayının 3-də evə köçməli imişlər. Atası ona demişdir ki, Raminə zəng çatmır. Hüseynlə birlikdə həmin evə gedir. Bundan sonra atası ona demişdir ki, evdə Raminin bibisi onları qarşılamış və demişdir ki, Ramin bu evi sata bilməz. Bu ev özünə məxsusdur və evin satılması üçün Raminə icazə verməmişdir. Bundan sonra atası başa düşmüşdür ki, Ramin onları aldadıb və ona demişdir ki, tez gedib Raminə avtomobil üçün verdiyi etibarnaməni ləğv etsin. O, getdikdə öyrənmişdir ki, elə onlar Raminə etibarnamə verdikdən 1 gün sonra yəni, xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Hüseyn isə bunu gizlətmişdir. Bundan sonra başa düşmüşlər ki, Ramin və Hüseyn onları aldatmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı oğludur. O, həyat yoldaşı X7 ilə Səbail rayonu, A.İsmayılov küçəsi 6/1 ünvanında təxminən 3 il yaşamışdır. Həmin evin sənədi yoxdur. O, evi təxminən 2018-ci ildə 20.000 manata almışdır. Ramin həmin ərəfədə İran İslam Respublikasının Qum şəhərində təhsil almışdır. 2019-cu ilin oktyabr ayında Ramin ona demişdir ki, Bakıda dini dükan açmaq istəyir. Bunun üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, yəni VÖEN almalıdır. Ramin bildirmişdir ki, özü Qum şəhərində oxuduğuna, həmçinin tələbə olduğuna görə öz adına VÖEN aça bilmir. Buna görə də ondan xahiş etmişdir ki, onun adına açsın. Ona demişdir ki, o, etibarnamə versin. Həmçinin Ramin ona bildirmişdir ki, onu İran İslam Respublikasına Məşhəd ziyarətinə göndərəcək və o, geri qayıtdıqda açdığı dükanda onu işə götürəcək. O, razılaşmış və xx.xx.2019-cu il tarixdə Raminlə Asan Xidmət mərkəzinə getmiş, Raminə etibarnamə vermişdir. Həmin günü axşam Ramin onunla Astara şəhərinə gəlmiş və onunla birlikdə sərhədi keçərək İran İslam Respublikasının Astara şəhərindən onu Məşhəd şəhərinə yola salmışdır. Ramin ona demişdir ki, 1 həftə sonra onu yenə də İran İslam Respublikasının Astara şəhərində qarşılayacaq və Bakı şəhərinə gətirəcək. 1 həftə sonra o, ziyarətdən qayıtmış, lakin Ramin onu Astara şəhərində qarşılamamışdır. Onun pulu qurtarmışdır. Buna görə də məcbur olub, İran İslam Respublikasının Astara şəhərində 1 həftə oteldə qalmışdır. Pulu olmadığına görə pasportunu otelə vermiş və oteldə qalmağına razı olmuşlar. 1 həftə sonra o, Bakıdan bir tanışı ilə əlaqə saxlamış və otel müdirinin hesab nömrəsini vermişdir. Həmin şəxs otelin pulunu həmin hesaba köçürmüş, həmçinin onun üçün yol pulu olaraq əlavə də pul köçürmüşdür. O, həmin pulu da götürüb Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə yoldaşı Gülxar xanım ona bildirmişdir ki, o, İranda olduğu zaman Ramin onun evini kiməsə qanunsuz olaraq satmışdır. Bundan sonra o, daha Ramini görməmişdir. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, yaşadığı Səbail rayonu, A.İsmayılov küçəsi 6/1 ünvanında olan ev daşınmaz əmlakın dövlət qeydiyyatından keçməmişdir və ümumiyyətlə sənədi yoxdur. Həmin evi sənədsiz formada almışdır. Kommunal ödənişlərdən isə yalnız qaz onun adınadır. Su yoldaşı Gülxarın adına olmuşdur. İşıq isə Raminin adına olmuşdur. Ramin su və qazı həmin evi satmaq istədiyi Elçin adlı şəxsin adına keçirtmişdir. O və yoldaşı ümumiyyətlə evin satılmasından məlumatsız olmuş və onlara heç bir pul verilməmişdir. Həmin vaxt, yəni 2019-cu ilin oktyabr ayında yoldaşı xəstə olmuş və Ramin yoldaşını Xətai rayonu, Sadıqcan küçəsində olan evə aparmışdır. Evdə isə təmir işləri getmişdir. Təmir işlərini Raminin dostu Ceyhun həyata keçirmişdir. O, isə gün ərzində işdə olmuş və axşam evə gəlmişdir. Evin açarının biri onda digəri isə Ramində olmuşdur. Buna görə də ola bilsin ki, gün ərzində evdə heç kim olmayanda Ramin müştəri olaraq kimisə evə gətirib razılaşmışdır. Onun bundan xəbəri olmamışdır. İstintaq dövründə verilmiş izahatla bağlı o qeyd etmişdir ki, həmin izahatı verməsi yadına gəlmir, lakin izahatdakı imza onun imzasına oxşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi uşaqlıqdan tanıyır. Əvvəllər onunla eyni məhlədə qalmışdır. O, 2012-ci ildən bu günədək “Gilan” beton zavodda işləyir. Həmçinin zavodda Zərərçəkmiş şəxs de həmin dövrdə işləyirdi. 2019-cu ilin oktyabr ayında Elçin ona bildirmişdir ki, ev almaq istəyir əgər ev satan tanış adam olsa xəbər etsin. O, da bilmişdir ki, onun tanışı Ramin ev satır. Ramin bundan qabaq ona demişdir ki, bibisinin Bayılda evi var. Bibisi xəstədir və evi satmağı ona həvalə etmişdir. Bundan sonra o, Elçinə bu barədə demişdir. O, Raminin mobil nömrəsini Elçinə vermişdir. Elçin oğlu Fazili evə baxması üçün göndərmişdir. Bir qədər sonra o, Elçin və Gilanda işləyən sürücü Ceyhun və usta Ceyhunla birlikdə Bayıl qəsəbəsində evə baxmağa gəlmişlər. Evə baxdıqdan sonra Elçin bəyənmiş və Raminlə aralarında 14000 manata razılaşmışlar, Elçin Raminə 500 manat beh vermişdir. X16 demişdir ki, evin sənədləri yoxdur. Ev bibisinə məxsusdur, evin satılmasına ona bibisi və onun yoldaşı Adil həvalə etmişlər. Kommunal ödənişləri isə Elçinin adına keçirdəcəyini demişdir. Bundan sonra onlar ayrılmışlar. Bundan sonra onun məlumatı olmuşdur ki, Elçin Raminlə görüşmüş və 2500 manat pul vermişdir. Həmçinin hazırda xatırlamadığı gündə o, Elçin və Ramin görüşərkən söhbət zamanı Elçin bildirmişdir ki, oğlunun idarə etdiyi “Fiat Punto” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili sataraq əldə olunan pulla evin qalan pulunu ödəyəcək. Bundan sonra Raminlə aralarında həmin avtomobilin qiymətinin 8000 manat olması ilə razılaşmışlar ki, Ramin həmin avtomobili Elçindən alsın. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, dostu Vüqar və Ceyhunla, Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında olan “Asan Ximdət” mərkəzinə gəlmişdir. Yolda olarkən Ramin demişdir ki, həmin avtomobili Elçindən aldıqdan sonra satacaq. Onun isə həmin ərəfədə avtomobil almaq fikri olmuşdur. Həmçinin Raminin ona 2300 manat borcu olmuşdur. Buna görə də razılaşmışdır ki, Raminin Elçindən aldığı avtomobili o, Ramindən alsın. Avtomobilin qiymətinin 8300 manat olması ilə razılaşmışlar və qərara gəlmişdir ki, Raminə 6000 manat pul versin. Buna görə də yolda olarkən qardaşı İlqara zəng etmişdir ki, 6000 manat pul götürüb gəlsin. Asan xidmətə çatdıqda Elçinin oğlu və həyat yoldaşı ilə görüşmüşlər və Elçinin həyat yoldaşının adından Raminə baş etibarnamə verilmişdir. Sonra həmin gün Ramin avtomobili Elçinin oğlundan təhvil almışdır. Növbəti gün xx.xx.2019-cu il tarixdə alqı-satqı edərək o, avtomobili Ramindən almışdır. Bundan bir neçə gün sonra Elçin ona bildirmişdir ki, Ramin evin verilməli olan pulundan 1500 manat da pul istəmişdir ki, işığı adına keçirtsin. O, Raminə çatdırmaq üçün Elçindən 1500 manat pulu Səbail rayonu, A.İsmayılov küçəsində almış və Raminlə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində görüşərək Raminə vermişdir. Həmin vaxt dostu Vüqar da yanında olmuşdur. O, orada bilmişdir ki, noyabr ayının 3-də ev Elçinə təhvil verməlidir. Həmin gün işdə olarkən Elçin ona demişdir ki, Ramin telefonlara cavab vermir. Bundan sonra o, Elçinlə birlikdə həmin Raminin satmaq istədiyi evə getmişdir. Evdə qapını bir nəfər qadın açmışdır. Onlar Raminin həmin evi satdığını bildirmişlər. Həmin qadın Raminin bibisi olduğunu demiş və bildirmişdir ki, Ramin bu evi sata bilməz. Getsin öz evini satsın. Bundan sonra Elçinlə o, Xətai rayonuna Raminin yaşadığı məhləyə getmişlər, lakin Ramini tapa bilməmişlər. Bundan sonra Elçin polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid1 onun qardaşıdır. Onun məlumatı olmuşdur ki, zavodda işləyən Elçin özü üçün ev almaq istəmiş və həmin evi onun tanıdığı Ramin adlı şəxs satmışdır. xx.xx.2019-cu il tarixdə qardaşı ona zəng edərək Ramindən 6000 manata avtomobil alacağını demiş və onun pul gətirməyini istəmişdir. O, Hüseyndən harada olduğunu soruşduqda Hüseyn Raminlə birlikdə Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə getdiyini demişdir. O, da aparıb 6000 manatı “Asan Xidmət” mərkəzində qardaşına vermişdir. Orada olarkən onun məlumatı olmuşdur ki, Elçin öz avtomobilini mənzilin pul əvəzi olaraq Raminə satmış, qardaşı Hüseyn isə Ramindən həmin avtomobili almaq qərarına gəlmişdir. Həmin gün artıq gec olduğu üçün Hüseyn Raminlə arasında alqı-satqı edə bilməmişdir. Növbəti gün Hüseyn artıq Raminlə Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı etmiş avtomobili almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 uşaqlıqdan tanıyır, onlar eyni məhlədə böyümüşlər. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Həmçinin Təqsirləndirilən şəxs da uşaqlıdan tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Onun məlumatı vardır ki, Hüseyn, Raminin satmaq istədiyi ev üçün Elçin adlı müştəri tapmışdır. Həmin vaxt Elçin adlı şəxs öz avtomobilini satılacaq evin dəyərinin bir hissəsi olaraq Raminə satacaqmış. Buna görə də xx.xx.2019-cu il tarixdə o, Ramin, Hüseyn, həmçinin digər tanışı Ceyhunla birlikdə Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında olan “Asan Xidmət” mərkəzinə gəlmişlər. Yolda olarkən Ramin demişdir ki, həmin avtomobili Elçindən aldıqdan sonra satacaq. Hüseynin isə həmin ərəfədə avtomobil almaq fikri olmuşdur. X10 2300 manat borcu olmuşdur. Buna görə də onlar razılaşmışlar ki, Raminin Elçindən aldığı avtomobili Hüseyn də Ramindən alsın. Avtomobilin qiymətinin 8300 manat olması ilə razılaşmışlar və Hüseyn qərara gəlmişdir ki, Raminə 6000 manat pul versin. Asan xidmətə çatdıqda həmin Elçin adlı şəxsin həyat yoldaşının adından Raminə baş etibarnamə verilmişdir. Növbəti gün xx.xx.2019-cu il tarixdə Baş Dövlət Yol Polisi İdarəsində alqı-satqı edərək Hüseyn avtomobili Ramindən almış və Raminə 6000 manat pul vermişdir. Bundan bir neçə gün sonra isə Hüseynlə o, Xətai rayonu, Gəncə prospektində görüşmüşlər və Hüseyn özündə olan, Elçinin verdiyi 1500 manat pulu Raminə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar kirayə yaşayırlar. 2019-cu il tarixdə özlərinə ev almaq istəmişlər. Həmin ilin oktyabr ayında yoldaşı Elçin bildirmişdir ki, iş yoldaşı Şahid1 adlı şəxs Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapıb. Həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin Hüseynin uşaqlıq dostu olduğunu bildirmişdir. Bundan sonra yoldaşı Raminə ayrı-ayrı vaxtlarda əvvəlcə 3000 manat nağd pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə onun mülkiyyətində olan və oğlunun etibarnamə əsasında idarə etdiyi **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişlər. Həyat yoldaşı bu barədə Raminə bildirərkən sonuncu həmin avtomobili almaq istədiyini bildirmiş və qiyməti də 8000 manata razılaşmışlar. Bu formada həmin 8000 manat pulu evin qiymətində nəzərə alacağını bildirmişdir. Buna görə də xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzinə o, oğlu Fazil ilə birlikdə gəlmişdir. Orada o, öz adından Təqsirləndirilən şəxs adına avtomobil üçün baş etibarnamə vermişdir. Bundan sonra yoldaşı Raminə 1500 manat da pul vermiş və xx.xx.2019-cu il tarixdə Raminin satmaq istədiyi evə gedərkən Raminin bibisi həmin evin özünə məxsus olduğunu və satmadığını bildirmişdir. Beləliklə də başa düşmüşlər ki, Ramin onları aldadaraq dələduzluq etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin avtomobil yoldaşı Elçinin vəsaiti hesabına alınmışdır. Buna görə də avtomobil onun mülkiyyətində olsa da, Təqsirləndirilən şəxs satılması nəticəsində həyat yoldaşı Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O iki dəfə onların evini remont etmişdir və həmin evə onu Təqsirləndirilən şəxs aparmışdır. Evi təmir edəndə bilmişdir ki, bibisi evi satmaq fikrində olmuşdur. Bibisi bütün işlərini Raminə həvalə etmişdir və təmir xərclərini də bibisi və Ramin ona vermişdir. Evdə bütün təmir məsələlərinə Ramin nəzarət etmişdir. Ramin və bibisi evi remont etdirdikdən sonra 20000 manata satmaq barədə öz aralarında danışmışlar, lakin ev balaca olduğundan təxminən 10000-15000 manata satıla bilərdi. Həmçinin o qeyd etmişdir ki, bibisi onu yanında evi satmaq istəməsini bir neçə dəfə demişdir, Adil də evdə olan zaman bu barədə danışmışdır, o da evin satılmasını istəmişdir. Bibisi o evdə təmir işləri apararkən Raminə evi satmasını xahiş etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, X7 onun bacısı, Təqsirləndirilən şəxs isə onun qardaşı oğludur. Uşaqlıqdan Ramin onun bacısı ilə birlikdə yaşamışdır. Təxminən 2018-2019-cu illərdə bacısı xərçəng xəstəliyinə tutulmuşdur. 2020-ci ilin mart ayından avqust ayına qədər isə vəziyyəti ağır olduğu üçün onun evində qalmışdır və o, bacısının bütün ehtiyaclarını qarşılamışdır. Bacısı onun evinə köçdükdən bir müddət sonra ona məlum olmuşdur ki, bacısının yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Ramin və Adil tərəfindən satılmışdır. O bu barədə onlardan məlumat almaq istəsə də, Ramin və Adilin İrana getdiklərini eşitmişdir. Adil İrandan geri qayıtdıqdan sonra isə ona bildirmişdir ki, Ramin onun xəbəri olmadan evi satmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır (i.v. 01); Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli azad ofis müqaviləsindən görünür ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üçün Zərərçəkmiş şəxs tərəfindən 11000 manat məbləğində pul qoyulmuşdur (i.v. 24); hadisə yerinə baxış keçirilməsi haqqında 03 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, A.ismayılov küçəsinə baxış keçirilmiş və Şahid3 hadisənin təfərruatlarını göstərən zaman fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 27-32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 35, 118); 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AR-İ seriyalı 915554 nömrəli etibarnamədən görünür ki, Şahid5 tərəfindən Təqsirləndirilən şəxs 1 il müddətinə verilmiş həmin etibarnaməyə əsasən sonuncuya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Şahid5 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə vermək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmaq, əvəzindən notarial qaydada rəsmiləşdirilən sənədləri imzalamaq və sair hüquqlar verilmişdir (i.v. 44); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 46-48); cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilərək materialın əlavə yoxlamaya qaytarılması haqqında 29 iyul 2020-ci il tarixli qərardan görünür ki, HK- 1/486(RM-25/20) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir (i.v. 58-59); cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 avqust 2020-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından onların barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (i.v. 65-66); cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilərək materialın əlavə yoxlamaya qaytarılması haqqında 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, RM- 25/20 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 avqust 2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilmişdir (i.v. 88-89); Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 170247 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Astara rayonunun Pensər kəndində durğunluq ürək çatmamazlığından vəfat etmişdir (i.v. 106, 233); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 128); şahidin ifadəsinin yerində yoxlanılması haqqında 18 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında Təqsirləndirilən şəxs 1500 manat məbləğində pulu verdiyi yeri göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 151-153); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan olunması qərara alınmışdır (i.v. 154); 05 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (i.v. 198-200); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 201-202); qətimkan tədbirinin seçilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 214); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birinci dəfə 500 manat pul aldığı ünvan 6 ünvanını, ikinci dəfə 2500 manat pul aldığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 234-236); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və ifadənin yerində yoxlanılması protokolları sübut növü kimi qiymətləndirilmişdir (i.v. 238-251); 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ seriyalı 027133 nömrəli etibarnamənin surətindən görünür ki, X4 ona məxsus “Fiat Punto” minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair müvafiq səlahiyyətləri Təqsirləndirilən şəxs etibar etmişdir. Həmçinin həmin etibarnamənin surətində xx.xx.2019-cu il tarixdə X2 ərizəsi əsasında ləğv edilməsi qeyd edilmişdir (i.v. 265). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, yəni sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsini sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 2 ünvanında yerləşən mərhum bibisi X5 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 3 ünvanında 500 manat, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında 2500 manat pul almış daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus “Fiat Punto” minik markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini 8000 manat qiymətləndirilməsinə aralarında razılaşaraq, ünvan 4 ünvanda yerləşən «ASAN» xidmət mərkəzində sonuncunun arvadı X2 adından öz adına baş etibarnamə alaraq, avtomobili sonuncunun oğlu Şahid3 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında təhvil almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 1500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ifadə olunan cinayət əməlini başa çatdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı olan Şahid1 ev almaq niyyətində olduğunu bildirdiyindən sonuncu ona Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini 14000 manata satdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin fərdi yaşayış evi üçün Təqsirləndirilən şəxs beh olaraq 500 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək əlavə olaraq 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəldiyindən, Ramin həmin avtomobili almaq istədiyini və qiymətinin də 8000 manat olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində X1 adına baş etibarnamə vermiş və avtomobil Raminə təhvil verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında bağlanmış azad ofis müqaviləsinə əsasən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi üçün Zərərçəkmiş şəxs tərəfindən 11000 manat məbləğində pul ödənilmiş, qalıq olaraq 3000 manat qalmışdır. Həmçinin, Ramin qaz və suyu onun adına keçirtmiş, işığı keçirtmək üçün isə əlavə olaraq Zərərçəkmiş şəxs tərəfindən evin ödənilməli olan ümumi pulundan 1500 manat pul ödənilmişdir. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, Zərərçəkmiş şəxs öz könüllü razılığı əsasında Şahid1 vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs sonuncunun bibisinə məxsus sənədsiz fərdi yaşayış evini almaq, həmin evə qeydiyyata düşmək və kommunal xərclərin onun adına keçirilməsi üçün 12500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən sənədsiz fərdi yaşayış evini satmasını bibisinin və onun əri Adilin ondan xahiş etdiyini, bunun üçün ona etibarnamə verdiyini götərmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı oğludur. O, həyat yoldaşı X7 ilə Səbail rayonu, A.İsmayılov küçəsi 6/1 ünvanında təxminən 3 ildir ki, yaşamışlar. Həmin evin sənədi yoxdur. O, evi təxminən 2018-ci ildə 20.000 manata almışdır. Ramin həmin ərəfədə İran İslam Respublikasının Qum şəhərində təhsil almışdır. 2019-cu ilin oktyabr ayında Ramin ona demişdir ki, Bakıda dini dükan açmaq istəyir. Bunun üçün vergi ödəyicisi kimi qeydiyyatdan keçməli, yəni VÖEN almalıdır. Ramin bildirmişdir ki, özü Qum şəhərində oxuduğuna, həmçinin tələbə olduğuna görə öz adına VÖEN aça bilmir. Buna görə də ondan xahiş etmişdir ki, onun adına açsın. O isə Raminə VÖEN açmaq üçün etibarnamə vermişdir. Lakin Məşhəd şəhərindən Bakı şəhərinə gəldikdə yoldaşı Gülxar xanım ona bildirmişdir ki, o, İranda olduğu zaman Ramin onun verdiyi etibarnamə əsasında evini kiməsə qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi etibarnamənin evin satılması üçün verilməsinə dair xüsusat həmçinin Şahid5 Bakı şəhəri Səbail RPİ-nin İstintaq Şöbəsində verdiyi ilkin izahatında da öz təsdiqini tapmışdır. Belə ki, Şahid5 izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşının qardaşı oğludur. Həyat yoldaşı X7 xərçəng xəstəliyindən əziyyət çəkir və halhazırda vəziyyəti ağırdır. Sovetskiy adlanan yerdə olan evləri plana düşdüyündən Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən sənədsiz mənzili almışdır. Evdəkilər narazıçılıq etmişlər ki, evi satsın, lakin onun işi çıxdığı üçün xx.xx.2019-cu il tarixdə 2 saylı “Asan xidmət” mərkəzində Raminə etibarnamə vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə ona məlum olmuşdur ki, Ramin onun verdiyi etibarnamə əsasında evi 14000 manata satmışdır. Sonradan ona məlum olmuşdur ki, o, evdə olmadığı müddətdə evi alanlar onlara gəlmişlər, lakin yoldaşı narazıçılıq etmişdir. Bunun səbəbi isə yoldaşının xəstə olması idi, belə ki o, evin ucuz qiymətə satıldığını bəhanə edirdi. Bundan sonra o, Raminə bildirmişdir ki, evin pulunu sahibinə geri qaytarsın məsələ alınmır. Həmçinin o, Raminə etibarnaməni məhz evi satmaq üçün vermişdir (i.v. 42-43). Həmçinin, 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli AR-İ seriyalı 915554 nömrəli etibarnamədən məlum olur ki, Şahid5 tərəfindən Təqsirləndirilən şəxs 1 il müddətinə verilmiş həmin etibarnaməyə əsasən sonuncuya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Şahid5 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə vermək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq hesab aparmaq, əvəzindən notarial qaydada rəsmiləşdirilən sənədləri imzalamaq və sair hüquqlar verilmişdir. Əlavə olaraq nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs və Şahid5 arasında 05 fevral 2022-ci il tarixdə keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı Şahid5 bildirmişdir ki, 2 saylı “Asan xidmət” mərkəzində Təqsirləndirilən şəxs etibarnamə verilən zaman, ona izah edilmişdir ki, həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs ona məxsus əmlakı satmaq hüququ vardır. Lakin buna baxmayaraq Şahid5 tərəfindən heç bir etiraz daxil olmamış, xx.xx.2019-cu il tarixli AR-İ seriyalı 915554 nömrəli etibarnamə əsasında Şahid5 məxsus əmlakı idarə etmək, üzərində sərəncam vermək və digər məsələləri həll etmək Təqsirləndirilən şəxs etibar edilmiş, həmçinin cinayət işinin materiallarına əlavə olunmuş Şahid5 izahatı ilə də mübahisə olunan etibarnamənin Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini satmaq üçün verilməsi öz təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən “həmin evdə yaşayan Şahid5 məlumatı və razılığı olmadan, Zərərçəkmiş şəxs guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq” hissəsi əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsi ilə təkzib edilir. Belə ki, Şahid7 ifadəsində bildirmişdir ki, sözügedən evə onu Təqsirləndirilən şəxs aparmışdır. Evi təmir edəndə bilmişdir ki, bibisi evi satmaq fikrində olmuşdur. Bibisi bütün işlərini Raminə həvalə etmişdir və təmir xərclərini də bibisi və Ramin ona vermişdir. Evdə bütün təmir məsələlərinə Ramin nəzarət etmişdir. Ramin və bibisi evi remont etdirdikdən sonra 20000 manata satmaq barədə öz aralarında danışmışlar, lakin ev balaca olduğundan təxminən 10000-15000 manata satıla bilərdi. Həmçinin o qeyd etmişdir ki, bibisi onu yanında evi satmaq istəməsini bir neçə dəfə demişdir, Adil də evdə olan zaman bu barədə danışmışdır, o da evin satılmasını istəmişdir. Bibisi o evdə təmir işləri apararkən Raminə evi satmasını xahiş etmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi, istintaq orqanı xx.xx.2020-ci il tarixdə hazırki iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilərək materialın əlavə yoxlamaya qaytarılması haqqında qərar qəbul edilmiş, xx.xx.2020ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında yenidən qərar qəbul edilmiş, xx.xx.2021-ci il tarixli qərarla təkrarən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar ləğv edilmişdir. Təqsirləndirilən şəxsin bibisi X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahid ifadələrinin arasında ziddiyyətin aydınlaşdırılması üçün X5 şahid qismində izahatının alınmasında istintaq orqanı maraqlı olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs verilmiş ittihamın “verdiyi vədə əməl etməyib aldatmaqla” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən sənədsiz fərdi yaşayış evi təqsirləndirilən şəxsin bibisi Gülxar Quliyevaya və əri Şahid5 məxsus olmuşdur. Zərərçəkmiş şəxs də ifadəsində Raminin həmin evin bibisinə məxsus olduğunu bildirdiyini, bu barədə məlumatının olduğunu göstərmişdir. Belə olduğu halda sözügedən sənədsiz fərdi yaşayış evinin zərərçəkənə təhvil verilməsini təqsirləndirilən şəxs deyil, onun bibisi Gülxar Quliyeva və əri Şahid5 həyata keçirməli idi. Eləcə də Təqsirləndirilən şəxs ifadəsində əldə etdiyi pulun bir hissəsini bibisi Gülxar Quliyevaya və bir hissəsini isə onun əri Şahid5 verdiyini göstərmiş, Şahid5 bunu inkar etsə də həmin pulun verilib verilməməsi ilə bağlı şübhələr də istintaq orqanı tərəfindən aradan qaldırılmamışdır. Göründüyü kimi yuxarıda göstərilən ziddiyətlər, uyğunsuzluqlar öz-özlüyündə ittihamın sübut kimi təqdim etdiyi zərərçəkmiş şəxslərin və şahid ifadələrinin həqiqiliyini əsaslı şübhə altına alır. Təbii ki, qanunvericiliyin tələbinə görə bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və ya onu aldadaraq 12500 manat məbləğində pulunun ələ keçirilməsinə yönəldilmiş hər hansı bir əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq cinayətini törətməsi sübuta yetirilməmiş, ona zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə əsaslanmaqla qanunsuz və əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülkihüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs sahibkarı əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Qasımov Azərbaycana qarşı" iş üzrə 10 noyabr 2016-cı il tarixli Qərarında qeyd edir ki, “Bu nəticə yox vasitə öhdəliyidir. Dövlət orqanları hadisə ilə bağlı sübutları toplamaq üçün ağlabatan addımlar atmalıdırlar. Hansı üsuldan istifadə edilməsindən asılı olmayaraq dövlət orqanları onların diqqətinə çatdırılan məsələ barədə öz təşəbbüsləri ilə tədbirlər görməlidirlər. Bundan əlavə təcrübədə cavabdehliyin təmin edilməsi üçün istintaq və onun nəticələri üzərində kifayət qədər ictimai nəzarət elementi olmalıdır”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X13 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar