Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-194/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Mirzəyeva Ünsiyyət Hacımehdi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgə əmlakını talama məqsədilə 08 dekabr 2020-ci il tarixdə, saat 03 radələrində ünvan 2 ünvanda yerləşən mağazanın qapısını özü ilə gətirdiyi dəmir alət vasitəsi ilə açaraq oraya qanunsuz daxil olub mağazada olan saxlanc yeri hesab olunan 03 ədəd kassalardan ümumilikdə 1200 manat məbləğində pul vəsaitini, o cümlədən kassaların yanında olan rəfdən 100 manat dəyərində lotereya biletlərini ciblərinə yığdıqdan sonra, 600 manat dəyərində iki sellofan torbaya yığdığı siqaret qutularını götürərək mağazadan çıxdığı zaman, ətrafda olan mühafizəçi Şahid2 onu gördükdə əlindəki sellofan torbaları və dəmir aləti yerə ataraq qaçmaqla Zərərçəkmiş şəxs məxsus əmlakı gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 1300 (bir min üç yüz) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 2014-cü ildən etibarən Xətai rayonunda yerləşən avtoyuma məntəqəsində işləmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün, oğurluq etmək fikrinə gəlmişdir. Bunun üçün işlədiyi avtoyuma məntəqəsinə gedərkən, “Əhmədli” metrostansiyasının yaxınlığında kiçik bir mağazanı seçmişdir. Belə ki, oraya daxil olmaq onun üçün daha rahat idi. 07 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində işdən çıxmış, ətrafda biraz gəzərək gecəni gözləmişdir. İşdən özü ilə dəmir mismar çıxardan aləti götürmüşdür. Həmin vaxt ölkə üzrə komendant saatı tətbiq edildiyindən, gecəni gözləyirdi ki, ətrafda heç kim olmasın. 08 dekabr 2020-ci il tarixdə, saat 03 radələrində o, oğurluq etmək üçün seçdiyi “Əhmədli” metrostansiyasının yaxınlığında olan kiçik mağazaya gəlmişdir. Orada bağlı vəziyyətdə olan plasmas qapını özü ilə gətirdiyi mismar çıxardan alət vasitəsi ilə sındıraraq açmışdır. Oraya daxil olub kassada olan 168 manat nağd pul və 41 manat dəyərində lotereya biletlərini oğurlayaraq, cibinə yığmış, daha sonra müxtəlif çeşidli, təxminən 6-7 blok siqaret məhsullarını götürüb 02 ədəd sellofan bağlamalara yığıb oğurlamaq istəyərkən, orada olan mühafizəçi onu görmüşdür. O, qorxaraq həmin sellofan bağlamaları yerə ataraq oradan qaçmışdır. Həmçinin özü İlə gətirdiyi dəmir aləti də orada qoymuşdur. Oğurladığı pula ev üçün bazarlıq etmiş və özü üçün xərcləmişdir. Lotereya biletlərinin isə işlənmiş olduğunu görüb metrostansiyanın yaxınlığında atmışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilmir, iş üzrə Təqsirləndirilən şəxsla hazırda barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur, təqsirləndirilən şəxsə cəza təyin olunması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 25 il ərzində Xətai rayonu, M.Hadi küçəsi 38 ünvanında yerləşən “Azərmətbuat Yayım” şirkətinə məxsus mağazanı icarə əsasında işiədir. Orada olan mallar onun vəsaiti hesabına alınaraq satılır. Onunla birlikdə orada Şahid1 işləyir. 08 dekabr 2020-ci il tarixdə, 03 radələrində mağazanın yerləşdiyi ərazidə xidmət aparan mühafizəçi Yaqub adlı şəxs Cəmaləddinə zəng edib, mağazada oğurluq olmasını bildirmişdir. Cəmaləddin həmin vaxt ona zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt ölkə üzrə komendant saatı tətbiq olunduğu üçün o, həmin yerə gedə bilməmişdir. Lakin Cəmaləddin DİN-nin 102 xidmətinə zəng edib, hadisə bərədə məlumat verərək, oraya getmişdir. Saat 07 radələrində o, mağazaya getmişdir. İlkin olaraq mağazanın plasmas qapısının kilidinin sındırıldığını görmüşdür. İçəri daxil olduqda mağazanın dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Mağazada olan 03 ədəd kassalardan ümumilikdə 1200 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Həmin pul vəsaitini o, Şahid1la uzun müddət ərzində yığıb mağazada saxlayırdı. Pul vəsaitlərini saxladığı kassaların yanında olan ayrıca bir rəfdən isə ümumilikdə 100 manat məbləğində lotereya biletləri oğurlanmışdır. Lotereya biletlərinin qiymətləri fərqli idi. Bəzilərinin qiyməti 01 manat, bəzilərinin isə 40-50 qəpik təşkil edirdi. Həmin biletlərin arasında işlənmiş biletfər də var idi. Həmçinin mağazada olan təxminən 600 manat dəyərində 20 blok siqaret məhsulları 02 ədəd sellofana qoyularaq orada yerə atılmışdır. Buna baxmayaraq, mağazadan bır neçə siqaret qutuları oğurlanmış, lakin siqaretlərin qeydiyyatını aparmadığı üçün hansı məbləğdə və sayda siqaret qutularının oğurlanması barədə məlumatı yoxdur. Ümumilikdə ona 1300 manat məbləğində maddi ziyan dəymişdir. İş üzrə Şahid1 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 göstərmişdir ki, 1999-cu ildən "xxxx" ASC-yə məxsus Xətai rayonu, M.Hadi küçəsi 38 ünvanında yerləşən mağazada satıcı işləyir. Həmin mağazanı Zərərçəkmiş şəxs tərəfindən icarəyə götürülüb işlədilir. 07 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində mağazanın qapısını bağlayıb, oradan getmişdir. Həmin vaxt ölkə üzrə komendant saatı tətbiq olunduğu üçün, mağazanı tez bağlayırdır. 08 dekabr 2020-ci il tarixdə, saat 03 radələrində mağazanın ətrafında mühafizəçi işləyən Yaqub adlı şəxs ona zəng edib, mağazadan oğurluq hadisəsinin baş verdiyini söyləmişdir. Həmin vaxt o, evdən çıxaraq mağazaya getmişdir. Mağazaya gedib ilk olaraq mağazanın qapısının kənardan müdaxilə edilməklə açıldığını, mağazanın girişində 02 ədəd bağlamada böyük miqdarda siqaret qutularının yığılaraq, orada atıldığını, həmçinin mağazanın giriş qapısının yanında qapının açılması üçün istifadə edilən dəmir alətin olduğunu aşkar etmişdir. Daha sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Ətraflı baxdıqda, mağazada 03 ədəd kassadan ümumilikdə 1200 manat məbləğində pul vəsaitinin və kassaların yanında olan ayrıca rəfdən təxminən 100 manat məbləğində lotereya biletlərinin oğurlandığını aşkar etmişdir. Həmçinin, mağazadan bir neçə siqaret qutuları oğurlanmış, lakin siqaret məhsullarının hansı miqdarda və məbləğdə oğurlanması barədə məlumatı yoxdur. Həmin vaxt gecə saatlarında orada olan mühafizəçi Yaqub adlı şəxs ona bildirmişdir ki, mağazada bir nəfər şəxsi əlində 02 ədəd bağlamalar ilə görüb, lakin həmin şəxsi saxlaya bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 011-11715-1220 nömrəli, 09 dekabr 2020-ci il tarixli arayışından görünür ki, 08 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 38 ünvanında yerləşən mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri Kriminalistik Tədqiqatlar İdarəsinin bazasında olan və təqdim edilmiş şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən bir ədədi xx.xx.1976-cı il Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı ilə eynilik təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 21/88R nömrəli, 01 fevral 2021-ci il tarixli daktiloskopik ekspertizasının rəyindən görünür ki, 08 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 38 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı 16 ədəd yapışqan lent kəsikləri vasitəsilə götürülmüş əl izlərindən 07 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1976cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağın əksi ilə eynilik təşkil etmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsinin tərkibi olmadığından, həmin hissədə barəsində cinayət təqibinə xitam verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 01 ədəd dəmir alət cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 18 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin X2 azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdə tutularaq, 30 aprel 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 30 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun 16 dekabr 2020ci il tarixdən 18 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu andan - 29 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 01 ədəd dəmir alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdən 18 dekabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 29 aprel 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi 01 ədəd dəmir alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-194/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-194/2021
05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver