Məhkəmə qərarları › İş №1(011)-194/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-194/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-194/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,320 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli aparmasına görə 04 noyabr 2022-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4əşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı onun üzərində olan göy rəngli gödəkçənin sağ yan cibindən təmin çəkisi 0,320 qram olan ağ rəngli kristillardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində Tikinti və Təchizat şöbəsinin texniki vəzifəsində işləmişdir. Daha sonra isə gömrük orqanından xaric edildikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. Tutulduğu gün, yəni xx.xx.2022-ci il tarixdə taksi fəaliyyətinin dördüncü günü idi. Fiziki cəhətdən yorucu işdir, hər gün səhər 6 radələrində fəaliyyətə başlayırmış. Yemək qəbul etmək üçün imkan tapa bilmədiyindən uyğun zaman olduqda nadir hallarda qida qəbul üçün fürsət tapırmış. Həmin gün maşının mühərrik yağını dəyişdikdən sonra yemək (qəhvə və qoğal) qəbul etməsi üçün sağ arxa oturacaqda əyləşmişdir. Sürücü yeri dar olduğuna görə o, maşının arxa oturacağında rahat olması üçün əyləşmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşaraq qapını açmış onun maşından çıxmasını tələb etməklə eyni vaxtda onlardan biri onu maşından dartıb çıxarmış, digər isə o biri qapıdan daxil olaraq maşına baxış keçirmişdir. O, polisi görən kimi heç nəyi cibinə qoymamışdır. Polis əməkdaşları onun ciblərini axtarmışlar və heç nə aşkar etməmişlər. Belə ki, polis maşının sol şüşələri tam bağlı olmuşdur və polis əməkdaşlarının hərəkət istiqaməti onun maşının sol paralelində hərəkət idi. Şüşənin açıq olmasını onlar görməmiş və görmədiklərinə görə də bu hal onlarda şübhə də yarada bilməzdi. Əvvəl mübahisə olmasına baxmayaraq daha sonra vəziyyət sakitləşmiş və polis əməkdaşlarının tələbi ilə 37-ci Polis Şöbəsinə getmişdirlər. Bu hadisə xx.xx.2022-ci il tarixdə saat 16:00-da baş vermişdir. Şöbəyə gəldikdə dərhal onun əllərini qandal vasitəsilə bağlamışlar. Həmin qandalı vuran Elməddin adlı polis əməkdaşı idi. Azər adlı polis əməkdaşı növbətçi hissədə ona sillə vurmuşdur. Şöbədə onu “kamera”ya salmışlar, daha sonra onun telefonunu əlində almış və bir müddət keçdikdən sonra isə maşının açarını istəmişlər. Polis əməkdaşları maşının açarını istədiklərində onda şübhə, yəni etimadsızlıq yaranaraq açarıları təqdim etməkdən imtina etmişdir. Daha sonra zorakılıq tətbiq edərək təhqiqatçı ondan açarı almış və Elməddin və İsmayıl adlı polis əməkdaşları da bu faktın şahidi olmuşdur. Bir müddət keçikdən sonra onun qarşısına büküm qoyaraq bildirmişlər ki, həmin büküm guya onun maşınından aşkar edilərək götürülmüşdür, o cümlədən onu da tələb etmişlər ki, videoçəkiliş zamanı həmin bükümü cibindən çıxarsın və ona məxsus olmasını qeyd etsin. Şöbədə polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq faktı olmuşdur. Bu səbəbdən səlahiyyətli şəxslərin tərtib etdikləri bütün sənədləri oxumadan və həmin sənədlərdə əks olunan məlumatlardan xəbərsiz olaraq imza etmişdir. Heç vaxt narkotik vasitə almamış və daşımamışdır. Narkoloji müayinə zamanı isə ondan heç bir nümunə götürülməmişdir. Müayinə zamanı ona qarşı təzyiq olmuşdur. Ona ailəsi ilə əlaqə yaratmaq, habelə öz istədiyi müdafiəçinin iştirak etməsi üçün şərait yaradılmamışdır. Polis əməkdaşlar tərəfindən 16:00-da saxlanılmasına baxmayaraq protokollarda həmin vaxt 18:30 kimi qeyd edilmiş və onu saxlayan post patrul əməkdaşları da bunu protokolda yanlış olaraq təsdiq etmişlər. Mobil operatorun təqdim etdiyi anten lokasiyasına əsasən müəyyən edilir ki, 16:00-da onun rabitə əlaqəsi olmamış, saat 15:58-dən saat 16:34-dək o, “AMAY” anten dairəsində olmuş, saat 16:56-da onun yeri 4 (dörd) dəqiqə ərzində “Nobel pr 23” anten dairəsində olur və GPS yerləşmə koordinatları dəyişir və 40.382xx/xx.87901-dən 40.379xx/xx.8795-ə keçmişdir. Daha sonra saat 17:02-dən həmin günün sonunadək 40.383xx/xx.87654 koordinatlarında olmaqla “Rəfiyev 17” ünvanını təsbit edən anten əhatə dairəsində olmuşdur. Odur ki, o, heç bir cinayət əməli törətmədiyini, xx.xx.2022-ci il tarixdə 37-ci Polis Şöbəsinə aparılan zaman üzərində, o cümlədən idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya daşımadığını bildirərək ona elan olunmuş ittiham üzrə bəraət verilməsinə və məhkəmə iclas zalından azad olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, heç vaxt psixi xəstəliyi olmamış və 01 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. 04 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhərində “Papanin” kimi tanına ərazidə üzdən tanıdığı anket məlumatlarını dəqiq bilmədiyi şəxslə görüşərək söhbət əsnasında həmin şəxsə bədənində ağrılar olduğunu bildirərək ondan 10 manat müqabilində şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Həmin 01 ədəd psixotrop maddə olan metamfetamini siqaretin şəffar rəngli sellofanına bükülmüş vəziyyətdə almışdır. Həmin 01 ədəd psixotrop maddə olan metamfetamini siqaretin şəffaf rəngli sellofanına bükülmüş vəziyyətdə almış və üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanın qarşısında polis əməkdaşları onu saxlamış özlərini təqdim edib əllərini ciblərinə salmağa imkan verməyərək 37-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilmişdir. Onun istəyi ilə müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin şəffar rəngli sellofan bükümünün içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə metamfetamindən başqa heç bir yerdə psixotrop maddə metamfetamin saxlamadığını qeyd etmişdir. Saxlanılan zaman polis əməkdaşları onun üzərinə baxış keçirməmiş və ona qarşı heç bir fiziki zoraklıq göstərməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 əvvəlcə istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir, o, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 04 noyabr 2022-ci il tarixdə saat 18:30 dəqiqədə inzibati ərazidə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə xidmətdə olarkən ünvan 3 ünvanda yolun kənarında “Toyota Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin avtomobilə yaxınlaşdıqda avtomobilin arxa oturacağında bir nəfər şəxsin əyləşdiyini görmüşlər. Həmin şəxs onları gördükdə özünü şübhəli apararaq əlində olan əşyanı tez cibinə qoymuşdur. Onlar xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək onunla söhbət apararkən həmin şəxsin suallarına uyğunsuz cavablar verməsini, bəzi suallarından yayınmasını və qaçmağa cəhd göstərməsini hiss edərək, ona narkotik vasitələrin istifadəsində şübhəli bilinərək yaxınlıqda olan Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 37-ci PŞ-yə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, ona hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Vəkilin, onun, Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və ekspertkriminalist X2 iştirakı ilə Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Seymur Məmmədli tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qanunla qadağan edilmiş əşya varsa, onu könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli kristal şəkilli maddəni könüllü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm açılaraq içərisində spesifik iyli, ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, təqdim etdiyi 1 ədəd bükümün içərisindəki maddə psixotrop maddə olan metamfetamindir, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhərində “Papanin” kimi tanınan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istiladə etmək üçün 10 manata almış və 04 noyabr 2022-ci il tarixdə saat 18:30 dəqiqədə ünvan 7 ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilmişdir. Bundan sənra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, zərf möhür ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı dindirilərkən Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin şüşəsinin aşağı olması və arxa oturacaqda tək əyləşməsi şübhə yaratmışdır. Təqsirləndirilən şəxs yaxınlaşan əlindəki əşyanı dərhal cibinə qoymuşdur. Təqsirləndirilən şəxs yaxınlaşdıqda onun hər-hansı qida qəbul etməsini müşahidə etməmişdir. Bundan əlavə şübhənin kəskinləşməsində əsas elementlərdən biri də onlar Elvindən nə işlə məşğul olduğunu sual etdikdə Elvin cavab olaraq bildirmişdir ki, maşını təmizləməklə məşğuldur. O və digər polis əməkdaşı Elməddin isə Elvindən nəyə görə maşını düşüb təmizləmədiyini, habelə digər suallar soruşduqda adekvat cavablar almamışlar. Elvinin üzərində narkotik vasitə olması ehtimalı olmasına dair şöbəyə gətirilərkən onların raportda məhz “metamfetamin” növündə psixotrop maddə qeyd etməsi də tamamilə ehtimal əsaslıdır, Elvinin öz ifadəsinə dayanmaqdır. Həmçinin, onlar Elvini saxlayan zaman onun üzərində şəxsi axtarış həyata keçirməmişlər. Metamfetaminin istifadəsi qaydası barədə geniş məlumata malik deyil, sadəcə yandırılma üsulu ilə qəbul edilir. Belə ki, Elvin saxlanılan zaman həmin psixotrop maddəni maşının arxa oturacağında qəbul etmək üçün onun imkanı və münbit şəraiti olmuşdur. Elvin şöbəyə onların müşayiəti ilə xidməti nəqliyyat vasitəsində gətirilmişdir. Elvinin idarə etdiyi maşın saxlanılan zaman həmin ərazidə qalmışdı. Şöbədə Elvin digər polis əməkdaşları maşının açarını tələb etmişlər, lakin Elvinin açarı kimə verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 əvvəlcə istintaqda verdiyi ifadəsini təsdiq edərək Şahid2 qeyd etdiyi xüsusatlara uyğun və eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilərkən Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elvinin içində olduğu maşının şüşəsi yarımçıq şəkildə açıq idi, özü isə ortada oturmuşdu. Elvindən üzərində hər-hansı qanunsuz əşya və ya narkotik vasitə olmasını soruşduqda heç bir cavab vermədi. Elvin onları görən kimi ani şəkildə nəsə hərəkət etdi. Elvinin maşını təmizləməyini və ya diqqət cəlb edən heç bir şey görməmişdir. Elvinlə onların arasında yaranmış mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Onları görəndə Elvində qorxu hissi yaranmışdı və həyəcandan suallara cavab verə bilməmişdi. Bu səbəbdən də şübhə doğurduğu üçün şöbəyə dəvət edildi. Elvin Əliyev saxlanılarkən müqavimət göstərməmişdir və sərbəst şəkildə onlarla şöbəyə getmişdir. Elvinin üzərində şəxsi axtarışın həyata keçirilməsində iştirak etmişdir. Saat 07:00-dan 20:00-dək inzibati ərazi üzrə xidmət edir. Raportu yazmaq üçün 30 dəqiqə vaxt sərf edilmişdir. Elvini saxlayan zaman saat 18:00-ı keçmişdi. Raportda yanlış vaxt və tarix qoyulmur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin direktor müavini vəzifəsində işləyir. Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cahid Musayevin xx.xx.2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs barəsində ambulator məcburi-X8 keçirilmişdir. Tibbi yoxlama zamanı ekspert komissiyanın sədri olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli, 7471 №-li rəyə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyantorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamış habelə, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs şəxsən söhbət aparmışdır. Rəy verilərkən anamnez məlumatları, analizlərin nəticəsi və klinik göstəricilər əsas götürülür. Klinik göstəriciləri zəif idi. Elvin onunla söhbət aparan zaman narkotik vasitə istifadə etidiyi bildirmişdir. Metamfetamin 48 saat ərzində test üsulu ilə aşkar edilir. Xromotoqrafiya test üsulu ilə ekspertiza aparılması Azərbaycan Respublikasında mövcud deyil. Azərbaycan Respublikasında adi test üsulu ilə, yəni sidik analizinin götürülməsi ilə ekspertiza aparılır. Təqsirləndirilən şəxs testin nəticəsi mənfi olmuşdur, yəni narkotik vasitə və.s aşkar edilməmişdir. Elvində olan klinik əlamətlər əhval-ruhiyyəsinin dəyişkən olmağı idi və uzun müddətli söhbətə dözə bimirdi, tez yorulurdu. Ümumiyyətlə, metamfetamin istifadəçilərində nəzərə çarpan sindrom olmur. Təqsirləndirilən şəxs narkoloji yoxlama zamanı narkotik vasitə və.s bu kimi maddələrdən istifadə etmədiyini bildirmiş olsa idi, diaqnozun qoyulması qeyri-mümkündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs stasionar müalicəyə göndəriləcəkdi və müvafiq müşahidə aparılacaqdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xətai RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 aşağıdakı məzmunda 37-ci PŞ-nin rəsinə o səbəbdən məruzə etmişlər ki, xx.xx.2022-ci il tarixdə saat 18:00-da xidmətdə olarkən Xəqani Rüstəmov küçəsi 7c ünvanında dayanmış “Toyoto Prius” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından keçərkən avtomobilin arxa oturacağında oturmuş şəxsin onları gördükdə əlində olan əşyanı tez cibinə qoymuş, ona yaxınlaşıb özlərini təqdim etmiş və cibinə qoyduğu əşyanın nə olduğunu soruşduqda o, bildirdi ki, narkotik vasitə metamfetamindir. Həmin şəxsi şöbəyə dəvət etmişlər. Şöbədə məlum oldu ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Odur ki, qeyd edilənlərə əsasən onun barəsində qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:55-də Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 18:30-dan o, tutulmuş hesab edilmişdir. şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış saat 19:25-də başlamış və 19:32-də qurtarmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu. X.Rüstəmov küçəsində saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, “Papanin” kimi adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Sonra Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,41 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər aparılanıq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6414 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Təqsirləndirilən şəxs narkomandır mı və məcburi müalicəyə ehtiyacı vardır mı? 2. Müalicə onun səhhətinə əks-təsir göstərə bilər mi ?”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X3 X8 Komissiyasının xx.xx.2022-ci il tarixli, 7471 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyantorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokola uyğun olmuşdur. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. AA3101690 və AA3101691 №-li şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşaqları vardır. cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri, diskə baxış protokolu, məhkəməkimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,320 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. 37-ci Polis Şöbəsinin təhqiqatçısı Seymur Məmmədli tərəfindən ünvan 9 ünvanında yaşayan X1 göndərilmiş xx.xx.2022-ci il tarixli, 2968 №-li məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair məlumat Lyudmila Məmmədovaya verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş sənədlərdən görünür ki, Tibbi Xidmət İdarəsinin rəisi C.Məmmədovun xx.xx.2022-ci il tarixli, 2800-011/0xx/xx/000535 №-li raportunun araşdırılmasına dair arayışa əsasən xx.xx.2022-ci il tarixdə müayinədən keçirilən “Azərterminalkompleks” Birliyində Tikinti və Təchizat şöbəsinin texniki, gömrük xidməti kiçik leytenantı Təqsirləndirilən şəxs sidik nümunəsində 6 (altı) növ narkotik və psixotrop maddələr aşkar edilmiş və Təqsirləndirilən şəxs xidməti araşdırma zamanı verdiyi izahatda təxminən 5 ay əvvəl uzaq qohumunun toy məclisində çətənə bitkisindən hazırlanan narkotik maddədən istifadə etdyini etiraf etmiş, digər narkotik maddə və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs gömrük orqanlarından xaric edilmiş və onun xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs sidik analizinin nəticəsi mənfi olmuş və onda heç bir narkotik və psixotrop maddənin istifadəsi aşkar edilməmişdir. “Stimul Hospital” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli siyahının surətindən görünür ki, Təqsirləndirilən şəxs sidik analizinin nəticəsi mənfi olmuş və onda heç bir narkotik və psixotrop maddənin istifadəsi aşkar edilməmişdir. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin “Gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan edilmiş müvafiq çıxarışların surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin Şöbəyə gətirilmə vaxtı və tarixi “xx.xx.2022-ci il saat 17:00” və onu gətirən şəxslər isə “Şahid1 və Şahid2” olaraq qeyd edilmişdir. İş materiallarında olan internet resurslarından (bakupolice.gov.az) istifadə olunaraq əldə edilmiş sənəddən görünür ki, Xətai Rayon Polis İdarəsinin 37-ci X10 Rəfiyev 17 ünvanında yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-194/2023 saylı qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrələrin 04 noyabr 2022-ci il tarixdə saat 12:00-dan 22:00a qədər aparılmış danışıqların konkret hansı ərazilərdən olması, yəni ötürücü antenalar cədvəli barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən əldə olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, həmin məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən (mobil telefon nömrəsinin yönləndirilməsi, yəni digər mobil operatora daşınması xidməti yoxlanılmaq şərti ilə) əldə olunması qərara alınmışdır. "xxxx" MMC tərəfindən müvafiq məlumatlar təqdim edilmiş, lakin digər nömrələr üzrə (Şahid1 istifadəsində olan ***-***-**-** saylı və Şahid2 istifadəsində olan ***-***-**-** saylı) “nömrə daşınma” xidməti vasitəsilə "xxxx" adlı operatorun abunəçisi olması səbəbi ilə müvafiq nömrələrə aid hissədə qərar "xxxx" MMC tərəfindən icra edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə saat 12:00-dan 22:00-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten dairələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 15:58 radələrindən başlayaraq 16:56 radələrinədək (15:58, 16:02, 16:09, 16:34, 16:56) “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.382xx/xx.87901 koordinatında (saat 16:56 istisna olmaqla) olmuşdur. Belə ki, saat 16:56-da anten əhatə dairəsində ünvan “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 göstərilsə də koordinat 40.379xx/xx.8795 olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs həmin gün saat 17:02 radələrindən başlayaraq 20:11 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə saat 12:00-dan 22:00-dək Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten dairələri barədə məlumatlardan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 16:19 radələrindən başlayaraq saat 19:42 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə saat 12:00-dan 22:00-dək Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə üzrə anten dairələri barədə məlumatlardan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 16:33 radələrindən başlayaraq saat 17:09 radələrinədək (16:33, 16:48, 17:09) “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.379xx/xx.8795 koordinatında olmuşdur. Daha sonra isə Şahid2 həmin gün saat 17:09 radələrindən başlayaraq saat 19:42 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatı ilə yanaşı “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.379xx/xx.8795 koordinatında (hər iki anten əhatə dairəsi və koordinatlar) olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0.320 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 13 ünvanda saxlanılıb ünvan 14 gətirilərək üzərində keçirilən şəxsiaxtarış zamanı, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.320 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov 7c ünvanda saxlanılaraq Bakı şəhəri, ünvan 14 gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadəsi və anten əhatə dairələri barədə məlumatlar ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə üzrə anten dairəsi məlumatındanda göründüyü kimi onun qeyd etdiyi xüsusatlarla uyğunluq təşkil edir. Şübhəli şəxsin tutulması protokolunda, şahidlər – PPXB-nin əməkdaşları olan Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da tutulması göstərilməsinə baxmayaraq anten dairə məlumatlarına əsasən müəyyən edilir ki, həmin tarix və vaxtda Təqsirləndirilən şəxs artıq poliş şöbəsində idi. Hətta saat 18:30-dan bir saat yarım əvvəl o, şöbəyə gətirilmişdir. Bunu təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin “Gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan edilmiş müvafiq çıxarışı, habelə xx.xx.2022-ci il tarixdə saat 17:02 radələrindən başlayaraq 20:11 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında olması ilə məcmu halında qiymətləndirdikdə təsdiq etmək mümkündür. Bundan əlavə, təqsirləndirlən şəxs onun 16 radələrində saxlandığını qeyd etməsinə baxmayaraq istintaq orqanı prosessual sənədlərdə sözügedən azadlığın faktiki məhdudlaşdırılmasını saat 18:30 kimi göstərmişdir. Lakin, anten dairəsi məlumatlarından o da görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:58 radələrindən başlayaraq 16:56 radələrinədək (15:58, 16:02, 16:09, 16:34, 16:56) “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.382xx/xx.87901 koordinatında (saat 16:56 istisna olmaqla) olmuşdur. Belə ki, saat 16:56-da anten əhatə dairəsində ünvan “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 göstərilsə də koordinat 40.379xx/xx.8795 olmuşdur. Sadalanan istisnaya xüsusilə diqqət yetirilməsinin səbəbi ondan ibarətdir ki, koordinatların dəyişməsi və qısa zaman ərzində, yəni 6 dəqiqə sonra təqsirləndirilən şəxsin olduğu yerin Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında, yəni 37-ci Polis Şöbəsində olmasıdır. Həmçinin, PPXB-nin əməkdaşı Şahid1 istifadəsində olan mobil nömrə üzrə çıxarılmış anten dairəsi məlumatlarına əsasən o, saat 16:19 radələrindən başlayaraq saat 19:42 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında, yəni 37-ci Polis Şöbəsində olmuşdur. Belə ki, saat 16:19 radələrindən başlayaraq saat 19:42 radələrinədək dedikdə o, saat 16:19, 16:39, 16:42, 16:48, 16:49, 17:14, 17:20, 17:21, 17:29, 17:31, 17:43, 17:44, 17:47, 18:08, 18:09, 18:11, 18:13, 18:14, 18:18, 18:21, 18:29, 18:39, 18:41, 18:47, 19:09, 19:15, 19:19, 19:20, 19:22, 19:42-də Xətai rayonu, N.Rəfiyev küçəsi 17 antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatında, yəni 37-ci Polis Şöbəsində olması nəzərdə tutulur. O cümlədən, PPXB-nin digər əməkdaşı Şahid2 istifadəsində olan mobil nömrə üzrə çıxarılmış anten dairəsi məlumatlarına əsasən o, xx.xx.2022-ci il tarixdə saat 16:33 radələrindən başlayaraq 17:09 radələrinədək (16:33, 16:48, 17:09) “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.379xx/xx.8795 koordinatında olmuşdur. O, həmin gün saat 17:09 radələrindən başlayaraq 19:42 radələrinədək Xətai rayonu, N.Rəfiyev küçəsi 17 (37-ci Polis Şöbəsi) antenna dairəsinin əhatəsində - 40.383xx/xx.87654 koordinatı ilə yanaşı “AMAY” Ticarət Mərkəzi və Xətai rayonu, Nobel prospekti 23 anten dairəsinin əhatəsində - 40.379xx/xx.8795 koordinatında (hər iki anten əhatə dairəsi və koordinatlar) olmuşdur. Göründüyü kimi “Gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan edilmiş müvafiq çıxarışı, o cümlədən polis əməkdaşlarının və təqsirləndirlən şəxsin istifadəsində olan mobil nömrələr üzrə anten dairə məlumatlarının uyğunluq təşkil etməsi ilə yanaşı, həmin məlumatlarda əks edilən tarix, vaxt və yer (məkan) elementləri təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Lahıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Əlavə olaraq o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ambulator məcburi X8sı zamanı da bir sıra pozuntular olmuşdur. Belə ki, ilkin olaraq qeyd edilməli xüsusat məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda ekspert qarşısına qoyulan suallarda əksikliyin olmasıdır. Məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Təqsirləndirilən şəxs narkomandır mı və məcburi müalicəyə ehtiyacı vardır mı? 2. Müalicə onun səhhətinə əks-təsir göstərə bilər mi ?”. “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarix, 186 №-li Qərarının 6-cı bəndinə əsasən, şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Lakin, məhkəmə-narkoloji ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda xəstəliyin mərhələsi barədə sual qoyulmamışdır. Bundan əlavə, Nazirlər Kabinetinin həmin Qərarının 15-ci bəndinə əsasən, tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri hərəkətlərində və çıxardıqları nəticələrdə müstəqildirlər və tibb elminin müvafiq tövsiyələrini, məhkəmə yoxlaması aparılması haqqında qanunları, eləcə də bu Qaydanı əldə rəhbər tuturlar. Belə ki, narkoloji rəydən və məhkəmə iclasında dindirilmiş ekspertin ifadəsinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyantorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması yalnız onunla aparılan söhbət rəhbər götürülmüşdür. Onun sidik analizinin göstəricilərinin mənfi olması, yəni narkotik və ya psixotrop maddənin aşkar edilməməsi qiymətləndirilməmişdir. Həmçinin, tibb elminin müvafiq tövsiyələrinə riayət edilməməsi onunla əlaqələndirilmişdir ki, xromotoqrafiya test üsulu ilə ekspertiza aparılması Azərbaycan Respublikasında mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs sidik analizinin nəticəsi mənfi olmuş və onda heç bir narkotik və psixotrop maddənin istifadəsi aşkar edilməmişdir, o cümlədən “Stimul Hospital” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli siyahının surətindən görünür ki, Təqsirləndirilən şəxs sidik analizinin nəticəsi mənfi olmuş və onda heç bir narkotik və psixotrop maddənin istifadəsi aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən ümumiyyətlə iş materiallarında olan sənədlərin ziddiyyət təşkil etməsi Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmağı belə şübhə yaradır. Digər qeyd edilməli xüsusatlardan biri də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və onun tutulması zamanı hüquq və azadlıqlarının təmin edilməməsi ilə bağlıdır. Belə ki, təqsirləndirilən şəxs tutulduqda ona məhz öz istədiyi müdafiəçinin (öz vəkili) köməyindən istifadə etmək üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikasının CPM-nin 153.2.5-ci maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmalıdır. Həmin Məcəllənin 153.2.6-cı maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmalıdır. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı Seymur Məmmədli tərəfindən ünvan 9 ünvanında yaşayan X1 göndərilmiş xx.xx.2022-ci il tarixli, 2968 №-li məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair məlumat Lyudmila Məmmədovaya verilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinə görə onun ümumiyyətlə Lyudmila Məmmədova adlı tanışı yoxdur və belə bir adam tanımamışdır. O cümlədən, məktubun surətindən görünür ki, təhqiqatçı belə məlumatı öz təşşübüsü ilə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tutulmadan dərhal sonra onun tutulması barədə xəbər vermək hüququ dedikdə, bu mümkün davranış qaydası kimi nəzərdə tutulmalıdır. Yəni, Təqsirləndirilən şəxs bu hüququnu həyata keçirmək niyyəti olduğu təqdirdə istintaq orqanının həmin hüququn həyata keçirilməsini təmin etmək vəzifəsi yaranır. Lakin, burada diqqət yetirilməli olan məsələ ondan ibarətdir ki, belə məlumat şəxsin özü tərəfindən yaxınlarına xəbər verilməlidir. Qanun bu halın istisnasını konkret hallarda nəzərdə tutmuşdur ki, həmin hallarda polis əməkdaşı öz təşəbbüsü ilə belə məlumatı tutulan şəxsin yaxınlarına versin. Hazırkı iş üzrə də sözügedən halların heç biri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 153.2.4-cü maddəsinə əsasən tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etməlidir (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir). “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq hüququna da malikdirlər. “Polis haqqında” Qanunun 23-cü maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən dərhal sonra ona tutulduğu və ya həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmalıdır (tutulmuş və ya həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verməməlidir). Yuxarıda sadalananlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs şəxsən özü tərəfindən yaxınlarına tutulması barədə məlumatı verməsi üçün şərait yaradılmamış və polis əməkdaşı tərəfindən qanunun tələbləri pozularaq onun öz təşəbbüsü ilə aidiyyəti olmayan, yəni qanuni maraq doğurmayan şəxsə - Lyudmila Məmmədovaya Təqsirləndirilən şəxs tutulması barədə məlumat verilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, bir neçə saat sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmişdir və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman narkotik vasitə olan heroinin aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram psixotrop maddə - metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması faktı müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, maddi sübut – narkotik vasitənin bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 0,270 qram psixotrop maddə - metamfetamin isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatların əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,270 qram çəkidə psixotrop maddə - metamfetamin həmin psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Xətai RPİ-nin saxlanc otağında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk, o cümlədən "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş məlumatların əks olunduğu 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar