Məhkəmə qərarları › İş №1(011)-194/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-194/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-194/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşıması və xx.xx.2024-cü il tarixdə saat 22:30-da Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin 34-cü PŞ-nə aparılaraq müdafiəçinin iştirakı və videogörüntü ilə şəxsi-axtarış və götürmə zamanı, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,164 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı və bununla bağlı toplanmış material olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, bacısı və onun ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir müxtəlif ünvanlarda müxtəlif şəxslərdən müxtəlif qiymətə narkotik vasitələri alıb istifadə edir. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Xəzər rayon məhkəməsinin hökmü ilə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 15 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu metronun <<Neftçilər» stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat nağd pul müqabilində kakos kimi tanıdığı narkotik vasitə heroini alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanın qarşısında olduğu zaman özünü şübhəli apardığından mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan narkotik vasitə və ya psixotrop maddənin qəbulu ilə məşğul olmağı barədə soruşduqda, kakos kimi tanıdığı narkotik vasitə istifadə etməsini bildirmişdir. Bundan sonra onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə dəvət edərək aparmışlar. Polis Şöbəsində hüquqlarını izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirib, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra xidməti otaqların birində vidoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Həmin vaxtı polis əməkdaşı ona üzərində və ya əynində dövriyəsi qanunla qadağ edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Səmimi etiraf edərək uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini deyib, üzərində də olan 01 ədəd şəffaf sellofona bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb təqdim edərək həmin bükümü 15 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu metronun «Neftçilər» stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat nağd pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi şöbəyə etimad doğuran, qərəzsiz mənbədən ünvan 4B, mənzil 58-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin saxlaması və qəbul ilə bağlı daxil olmuş məlumata əsasən, həmin şəxsin ifşa olunması məqsədilə 12 avqust 2023-cü il tarixdə PŞnin sahə inspektoru Eldəniz Əsədovun iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin gün tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 18:00-da Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılaraq ərazi aidiyyəti üzrə Xətai RPİ- nin 34-cü PŞ-nə gətirərək təhvil vermiş və həmin şəxslə bağlı zəruri tədbirlər görülməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmişlər. Raportla məruzə etdikdən sonra tərəflərindən polis şöbəsinə gətirilmiş Hüseyn Bağırov nəzarətlərində olmuşdur. Bundan sonra təhqiqatçı Aşqin Abdullayev tərəfindən Hüseyn Bağırova hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün ona dövlət hesabına vəkil təyin edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüseyn Bağırov şübhəli şəxs qismində tutulduqdan sonra təhqiqatçı tərəfindən və video görüntü ilə onun üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olub olmaması barədə sual verilərək olduğu halda könüllü sürətdə təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Hüseyn Bağırov əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli maddəni çıxararaq təqdim etmişdir. Hüseyn Bağırovdan təqdim etdiyi 01 ədəd şəffaf sellofanın içərisində olan maddənin nə olduğu təhqiqatçı tərəfindən soruşulduqda H.Bağırov həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanıldığı gün yəni xx.xx.2023-cü il tarixdə Neftçilər metrosu yaxınlığında üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirdi. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən elektron tərəzi ilə ölçülən zaman həmin maddənin 1,81 qram olması müəyyən edildilərək qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunaraq və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 16 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Bakı şəhər Baş Polis İdarəsi Xətai RPİ 34-cü PŞ-nin əməliyyat qrupunun yaradılması barədə 15 yanvar 2024-cü il tarixli əmrindən görünür ki, qrupun rəhbəri Xətai RPİ-nin 34cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Qrupun üzvü Xətai RPİ-nin 34cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 təyin edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Şübhəli şəxsin tutulması haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə saat 22:30-da tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngdə, toz şəkilində olan, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimdən baxış keçirildi və üzərindən başqa heç bir əşya aşkar olunmadı. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrinin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən təqdim etdiyi 01 bükümdə şəffaf rəngli sellofan torbaya bükülmüş qəhvəyi rəngdə, toz şəkilində olan, spesifik qoxuya malik maddənin "heroin" adlanan narkotik vasitə olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş kütlə tərəfimdən elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 ədəd şəffaf sellofan bükümdə olan maddənin çəkisi 0,21 qram təşkil etdiyi müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə zamanı Xətai RPİ-nin inspektor-kriminalisti polis baş leytenantı X6 tərəfindən “Panasonic” tipli video-kamera istifadə olunmaqla videoçəkiliş aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/240 nömrəli 16 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Arayışlar üçün № 152” dairəvi möhür əksi “(imza) Tehran Ağakişiyev ” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki,240110024 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-37/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 17 yanvar 2024cü il tarixli protokoldan və həmin diskə məhkəmə iclası zamanı baxışdan məlum olmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 15 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Telman Camalovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Aşqin Abdullayevin qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X4r. Xidməti otaqda təhqiqatçı Telman Camalovun sol tərəfində ayaq üstə dayanmış əynində tünd göy rəngli cins rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı X5, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı X5 həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd şəfaf rəngli sellafona bükülünün içərisində ki, kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər qanunsuz əşya və predmet olduğu soruşulmuş və təhqiqatçı X5 tərəfindən üzərinə şəxsi axtarış aparıldı. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs üzərindən və geyim əşyalarında hər hansı bir əşya və ya maddə aşkar edilmir. Həmin bükümün çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis kapitanı X5 elektron tərəziyə qoyur və bükümdə olan Təqsirləndirilən şəxs heroin adı ilə tanıdığı narkotik asetilə edilmiş narkotik vasitə Heroinin 0,21 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 152 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(003)-281/2022 № hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasısa məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 1(003)-281/2022 № hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cəzaçəkmənin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmış, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmişdir. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında mənfi halların baş verməsi barədə qəsəbə nümayəndəliyində heç bir yazılı məlumat yoxdur. Onun barəsində Türkan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Xəzər RİH-i başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X1 qəsəbəsi Sovxoz dalan 2 küçəsi 2 saylı ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilmiş 27 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə “Respublika Psixiatriya Xəstəxanasında” müalicədə olmamışdır. Azərbaycan Respublikası “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 Bakı Baş Səhiyyə X11 Şəxsi 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbərliyi xx.xx.2024-cü il tarixli ********* nömrəli məktuba cavab olaraq bildirir ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs müəssisənin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 22 yanvar 2024-cü il tarixli 354 №-li Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən onun əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzanı yüngülləşdirən və cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 15 yanvar 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X2nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,114 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dört) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,114 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bu müddət ərzində hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar