Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-196/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünü Zərərçəkmiş şəxs X1 əməkdaşı kimi təqdim edərək əlaqələrinin geniş olmasını və işlədiyi Agentliyə işə düzəltmək səlahiyyətində olmasını yalandan bildirməklə onun inanmasına nail olduqdan sonra sonuncunun qızı X5 Təhlükəsizliyi Agentliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə 24 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən «Asan Xidmət» Mərkəzinin inzibati binasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus olan 4169-7423-2191-4976 nömrəli "xxxx" ASC tərəfindən verilmiş bank kartının hesabına köçürdüyü 200 manat, 29 noyabr 2021-ci il tarixdə «ABB Mobile» adlanan mobil tətbiq vasitəsi ilə ona məxsus olan həmin bank kartının hesabına köçürdüyü 800 manat, 03 dekabr 2021-ci il tarixdə Goranboy rayonu, V.Bayramov küçəsində yerləşən «Goranboy» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus olan həmin bank kartının hesabına köçürdüyü 2.000 manat, 07 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən «Kooperasiya» Universitetinin inzibati binasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus olan həmin bank kartının hesabına köçürdüyü 500 manat, 09 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xarici dairəvi yolun 10-cu km-də yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsində quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus olan həmin bank kartının hesabına köçürdüyü 100 manat və sonuncu dəfə 10 dekabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən «F» adlanan marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə ona məxsus olan həmin bank kartının hesabına köçürdüyü 50 manat olmaqla, ümumilikdə 3.650 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs 3.650 (üç min altı yüz əlli) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən həmin ilin sonuna kimi “Azəriexpress” yük daşıma xidmətində kuryer işləmişdir. Təxminən 2021-ci ilin noyabr ayının sonlarında X1 Tovuz rayon şöbəsindən qida nümunələrini götürüb Bakı şəhərinə çatdırmalı imiş. O, rayona sifariş üçün getdiyi zaman çox vaxt pul qazanmaq üçün idarə etdiyi avtomobilə sərnişin də götürürmüş. 2021-ci ilin noyabr ayında icarə əsasında idarə etdiyi **-MH-*** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobil ilə Tovuz rayonundan Bakı şəhərinə gələn zaman bir nəfər şəxsi də sərnişin qismində özü ilə Bakı şəhərinə gətirmişdir. Söhbət zamanı həmin şəxsin adının Şahin olduğunu bilmişdir. O da özünü Şahinə Azərbaycan Respublikası X1 əməkdaşı kimi təqdim etmişdir. Bu zaman Şahin qızının Azərbaycan Kooperasiya Universiteti bitirdiyini deyərək onu da Azərbaycan Respublikası X1 Şəki rayon şöbəsinə işə düzəltmək istədiyini bildirmişdir. O Şahinə onun qızını Azərbaycan Respublikası X1 Şəki rayon şöbəsinə işə düzəldə biləcəyini demiş və bunun müqabilində Şahinin 2.000-4.000 manat aralığında pulunun çıxacağını bildirmişdir. Şahin də onunla razılaşmış və bundan sonra onlar bir-birilərinə istifadələrində olan mobil nömrələrini bir birlərinə təqdim etmişlər. Bir neçə gün keçdikdən sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Şahinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Şahinə qızını 3.000 manat pulun müqabilində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə işə düzəldə biləcəyini demişdir. Şahin onun təklifi ilə razılaşmışdır. 24 noyabr 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Şahinə qızının işə qəbul olması üçün lazım olan sənədlərin siyahısını göndərmişdir. Bundan sonra o, özünə məxsus olan “Kapital” banka aid hesab kartının şəklini göndərərək müqavilə pulu üçün 200 manat pul istəmişdir. Şahin də həmin tarixdə ona məxsus “Kapital” banka aid hesab kartına 200 manat məbləğində pul göndərmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində olan bankomat vasitəsi ilə Şahinin ona məxsus olan “Kapital” banka aid hesab kartına göndərdiyi 200 manat məbləğində pulu əldə etmiş və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 29 noyabr 2021-ci il tarixdə o, “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Şahindən kadrlara vermək üçün 800 manat məbləğində pul verməsini istəmişdir. Şahin də həmin tarixdə ona məxsus “Kapital" banka aid hesab kartına 800 manat məbləğində pul göndərmişdir. O, həmin pulu bir müddət kartda saxlamışdır. 03 dekabr 2021-ci il tarixdə o, yenidən Şahin ilə əlaqə saxlayaraq qızının işə qəbul olması üçün verməli olduğu qalan 2.000 manat məbləğində pulu da istəmişdir. Şahin də həmin tarixdə ona məxsus “Kapital” banka aid hesab kartına 2.000 manat məbləğində pul göndərmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində olan bankomat vasitəsi ilə Şahinin ona məxsus olan “Kapital” banka aid hesab kartına göndərdiyi ümumilikdə 2.800 manat məbləğində pulu əldə etmiş və həmin puldan 2.700 manatını idarə etdiyi avtomobilin icarəsi üçün vermiş, qalan 100 manat məbləğində pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 05.12.2021-ci il tarixdə O, “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə yenidən Şahin ilə əlaqə saxlayaraq Şahinə Şəki rayonundan başqa bir nəfər şəxsin işə qəbul olmaq üçün sənəd verdiyini və həmin şəxsin bunun müqabilində Şahindən daha çox pul verdiyini deyərək Şahindən əlavə 500 manat məbləğində pul istəmişdir. Şahin də 07.12.2021-ci il tarixdə ona məxsus “Kapital” banka aid hesab kartına 500 manat məbləğində pul göndərmişdir. O da həmin pulu Abşeron rayonu, Masazır qəsəbəsində olan bankomat vasitəsi ilə əldə etmiş və həmin pulu idarə etdiyi avtomobilin təmirinə xərcləmişdir. Bundan sonra o, Şahin ilə yenidən əlaqə saxlayaraq qızının tibbi komissiyadan keçməsi üçün ondan daha 150 manat pul istəmişdr. Şahin də ona məxsus “Kapital” banka aid hesab kartına 09.12.2021-ci il tarixdə 100 manat, 10.12.2021-ci il tarixdə isə 50 manat məbləğində pul göndərmişdir. O, 10.12.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində olan bankomat vasitəsi ilə həmin pulu əldə etmiş və həmin pulu idarə etdiyi avtomobilin yağının dəyişdirilməsinə sərf eləmişdir. Bundan sonra o, Şahin ilə telefon vasitəsi ilə danışdıqda Şahinə ona verdiyi pulu öz problemlərinin həllinə xərclədiyini demiş və pulu Şahinə qaytaracağını bildirmişdir. Lakin maddi vəziyyətinin pis olması səbəbindən Şahinin etibarından sui-istifadə edərək ondan aldığı 3.650 manat məbləğində pulu Şahinə geri qaytara bilməmişdir. Lakin o, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sürücü işləyir. 2021-ci ilin noyabr ayının sonlarında Tovuz rayonundan Bakı şəhərinə gələn zaman Orxan adlı bir nəfər şəxslə tanış olmuş və həmin şəxs özünü Azərbaycan Respublikası X1 əməkdaşı olduğunu bildirmişdir. Bu zaman o da qızının Azərbaycan Kooperasiya Universitetinin İstehlak mallarının ekspertizası və marketinqi fakültəsini bitirdiyini və qızı X3 da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə işə düzəltmək istədiyini bildirmişdir. Orxan da onun qızını Azərbaycan Respublikası X1 Şəki rayon şöbəsinə işə düzəldə biləcəyini demiş və bunun müqabilində 2.000-4.000 manat məbləğində pulunun çıxacağını bildirmişdir. O da Orxanla razılaşmış və o, Orxana özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini təqdim etmişdir. Bir neçə gün keçdikdən sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə Orxanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə Orxan onun qızını 3.000 manat pulun müqabilində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə işə düzəldə biləcəyini demiş və o, da Orxanla razılaşmışdır. 24 noyabr 2021-ci il tarixdə saat 09:30 radələrində Orxan "Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona qızının işə qəbul olması üçün lazım olan sənədlərin siyahısını göndərmişdir. Bundan sonra Orxan özünə məxsus olan “Kapital" banka aid hesab kartının şəklini göndərərək müqavilə pulu üçün 200 manat pul istəmişdir. O da 24 noyabr 2021-ci il tarixdə saat 11:48-də ünvan 2 ünvanda yerləşən Asan Xidmət Mərkəzində olan aparat vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Kapital” banka aid hesab kartına 200 manat məbləğində pul göndərmişdir. 29 noyabr 2021-ci il tarixdə Orxan “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə kadrlara vermək üçün onun 800 manat məbləğində pul verməsini istəmişdir. O da 29 noyabr 2021-ci il tarixdə saat 15:06-da “Beynəlxalq” banka aid “ABB Mobile” adlı mobil tətbiqi vasitəsi ilə Orxanın kart hesabına 800 manat məbləğində pul göndərmişdir. 03 dekabr 2021-ci il tarixdə Orxan onunla əlaqə saxlayaraq onun qızının işə qəbul olması üçün Orxana verməli olduğu 2.000 manat məbləğində pulu istəmişdir. O da həmin zaman işi ilə əlaqədar olaraq Goranboy rayonunda olduğu üçün Goranboy rayonu, V.Bayramov küçəsində yerləşən “Goranboy" adlı marketdə olan aparat vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Kapital” banka aid hesab kartına 2.000 manat məbləğində pul göndərmişdir. 05.12.2021-ci il tarixdə Orxan “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona səs ataraq Şəki rayonundan başqa bir nəfər işə qəbul olmaq üçün sənəd verdiyini və bunun müqabilində ondan daha çox pul verdiyini deyərək ondan əlavə 500 manat məbləğində pul istəmişdir. O da qızının işə qəbul olmasını istədiyi üçün Orxanla razılaşmış və 07.12.2021-ci il tarixdə saat 08:59 radələrində ünvan 4 ünvanında yerləşən Kooperasiya Universitetində olan aparat vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus “Kapital” banka aid hesab kartına 500 manat məbləğində pul göndərmişdir. Daha sonra Orxan onunla əlaqə saxlayaraq onun qızının tibbi komissiyadan keçməsi üçün 150 manat da verməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs məxsus “Kapital” banka aid hesab kartına 09.12.2021-ci il tarixdə saat 19:04 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xarici Dairəvi yolun 10-cu km-də yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində olan aparat vasitəsi ilə 100 manat, 10.12.2021-ci il tarixdə saat 09:15-də ünvan 5 ünvanda yerləşən “F” adlı marketdə olan aparat vasitəsilə isə 50 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs da 11 dekabr 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan mobil nömrəsinə səs ataraq 13 dekabr 2021-ci il tarixdə saat 09:00-da “Azadlıq” metro stansiyasında görüşərək idarəyə getmələrini və orada onun qızının müqaviləni imzalayacağını bildirmişdir. 13 dekabr 2021-ci il tarixdə saat 08:34-də Orxan “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə onun istifadəsində olan mobil nömrəsinə başqa br nəfər xanıma aid səs yazısını göndərmişdir. O həmin səs yazısına qulaq asdıqda danışan xanımın idarəyə getmələrinə ehtiyac olmadığını, təyinat ilə birgə Şəkiyə göndəriləcəyini demişdir. O, bu səs yazısından sonra Təqsirləndirilən şəxs onu aldadaraq pulunu mənimsədiyini anlamış və Orxandan pulunu geri qaytarmasını istəmişdir. Orxan isə ondan aldığı 3650 manat məbləğində pulu ailəsi ilə bağlı olan probleminə xərclədiyini və həmin məbləğdə pulu geri qaytaracağını demişdir. O da Orxanın onun etibarından sui-istifadə edərək 3650 manat məbləğində pulunu dələduzluq yolu ilə mənimsədiyi üçün 15 dekabr 2021-ci il tarixdə ərizə ilə 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Həmçinin o qeyd etmişdir ki, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə odənilmişdir, buna görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 07 yanvar 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); cinayət işinin icraata qəbul edilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 10); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 14); Azərbaycan Beynəlxalq Bankı, Milliön və eManat MMC-dən əldə olunmuş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs hesabına 24.11.2021-ci il tarixdə 200 manat, 03.12.2021-ci il tarixdə 2000 manat, 07.12.2021-ci il tarixdə 500 manat, 09.12.2021-ci il tarixdə 100 manat, 10.12.2021-ci il tarixdə 50 manat məbləğində pul vəsaito köçürmüşdür (i.v. 53-54); ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (i.v. 63); axtarışdan olan şəxsin tutulması haqqında 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 69); CD diskdə olan səs yazılarının dinlənilməsi haqqında 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ilk olaraq 01 ədəd “WhatsApp Audio 2021-12-27 at 12.24.12 (3)”, adlı səs yazıya qulaq asılan zaman Şahinin Orxana kart vasitəsilə pul göndərməsi üçün yer axtardığı, WhatsApp Audio 2021-12-27 at 12.24.11 (3) )” adlı səs yazıya qulaq asılan zaman Orxanın kadrlar şöbəsinə pul verməli olduğu, həmin pulu kadrlar şöbəsinə həmin gün çatdırmalı olduğu, müdiriyyətin pulun isə 1-2 gün gün gecikdirə biləcəyini deyir, sənədləri verdiyini, işin həll olunması üçün pulu həmin gün çatdırmalı olduğunu deyir. WhatsApp Audio 2021-12-27 at 12.24.13 (1) adlı səs yazıya qulaq asılan zaman ayın 15-i Şahinə qızının işə çıxa biləcəyini deyir, WhatsApp Audio 2021-12-27 at 12.24.09 (2) adlı səs yazıya qulaq asılan zaman müqavilə pulu olaraq Orxan Şahindən 200 manat pul istəyir və əlavə olaraq həmin 200 manat pulun da 3000 manatın içərisində olduğunu, 200 manatı verdikdən sonra isə əlavə olaraq 2800 manat verəcəyini bildirir (i.v. 91-92); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 93-94); təqsirləndirilən şəxs qismində cəlb etmə barərə 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 95-96); 19.02.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 107-110); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 115- 116); qətimkan tədbirinin seçilməsi barədə 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 117-118); 94 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında daimi qeydiyyatdadır. Yaşadığı müddət ərzində 94 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır (i.v. 125); Azərbaycan Respublikası vətəndaşının AA0997950 saylı şəxsiyyət vəsiqəsinin surətindən və elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05.03.2014-cü il təvəllüdlü X4 vardır (i.v. 126); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.11.2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün müddətinə islah işləri (20%) cəzasına məhkum edilmişdir (i.v. 128-130); sübutların qiymətləndirilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, 01 ədəd CD-R disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir ( i.v. 134-139). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam olaraq ödədiyini qeyd etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-196/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-196/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver