Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-196/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, tərcüməçi Hurma Burkazovanın, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonu, Qaçaqan kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı, BA418789 nömrəli sürücülük vəsiqəsi əsasında BA207464 nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə texniki cəhətdən saz vəziyyətdə, mülkiyyətində olan ağ rəngli "VAZ- 21074" markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili 15 dekabr 2023-cü il tarixdə saat 08:55-də Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə mərkəz istiqamətində 40- 45 km/saat sürətlə idarə edərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub avtomobilin qabaq sağ hissəsi ilə piyada Jemshit Charyyevi vurararaq ehtiyatsızlıqdan ona baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, ikitərəfli hematoraks, hər iki ağciyərin kontuziyası və qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunmuş döş qəfəsinin küt travması, dalağın zədələnməsi və çıxarılmasından sonrakı vəziyyət, alının, sağ gicgah nahiyyəsinin, alt çənənin sağ yarısının sıyrıqları, hər iki gözaltı nahiyyənin və göz qapaqlarının hematomaları, sağ burun keçəcəyinin cırılmış yarası, sol əl və mil-bilək oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və Jemshit Charyyevin ölümü ilə birbaşa səbəbli əlaqə olmuş çoxsaylı xəsarətlər nəticəsində baş vermiş kəskin ürək-ağciyər çatışmazlığı olaraq 15 dekabr 2023-cü il tarixdə saat 20:40-da xəstəxanada ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, Türkmənistan Respublikasında anadan olmuşdur. Türkmənistan Respublikasında orta məktəbi bitirsə də, ali təhsili yoxdur. Charyyev Jemshit onun qohumu, doğma əmisi Charyyev Rahmangeldinin övladıdır. Onlar Türkmənistanda bir-birinə yaxın küçələrdə yaşayırlar. 2023-cü ilin oktyabr ayında qohumu Charyyev Jemshit ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Türkmənistan Respublikasında Polşa dövlətinin səfirliyi olmadığı üçün onlar Azərbaycana gələrək burada Polşa səfirliyinə müraciət edərək viza almaq qərarına gəlmişlər. Polşaya getməklə orada işləmək məqsədləri olmuşdur. xx.xx.2023-cü il tarixdə mərhum qohumu Charyyev Jemshıt ilə birlikdə səhər saat 08:55 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində olan zaman avtomobil yolunu qarşı tərəfə keçərək digər tərəfdə yerləşən obyektə getmək qərarına gəlmişlər. Onlar yolu keçən zaman Charyyev Jemshit onun sol tərəfində hərəkət etmişdir. Yolu bir qədər keçmiş, lakin avtomobillər gəldiyi üçün yolun orta hissəsində dayanmaq məcburiyyətində qalmışlar. Bu zaman bir ədəd ağ rəngli avtomobil dayanaraq onlara yolu keçməyə şərait yaratsa da Charyyev Jemshit anidən qaçmağa və yolu keçməyə çalışmışdır. Həmin an Charyyev Jemshiti digər bir ağ rəngli avtomobil vurmuş və o yerə yıxılmışdır. O dərhal Charyyev Jemshıtın yanına qaçmış və tanımadığı bir neçə nəfərin köməyi ilə Charyyev Jemshıtı, onu vuran avtomobilə yerləşdirmişlər. Charyyev Jemshit dərhal xəstəxanaya gətirmiş və orada Jemshitə tibbi yardım göstərilmişdir. Axşam saatlarında Charyyev Jemshıtın aldığı xəsarətlərdən rəhmətə getməsini bilmişdir. Onlara dəymiş zərər ödənilməsini, təqsirləndirilən şəxslə barışdıqlarını, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 15 dekabr 2023-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yol asfalt beton örtüklü, düz olmuş, hadisə baş verən zaman yol yaş olmuşdur. Hadisə baş verən yolun ümumi eni 28 metr olmaqla, 8 hərəkət zolağından ibarətdir, hərəkət hissələrinin eni 28 metrdir. Yol, qarşı-qarşıya istiqamətdə nəqliyyat axınını ayırmaq üçün uzununa beton səki yol ayırıcısı hər istiqamət 4 hərəkət zolağına 1.5 üfuqi nişanlanma xətləri ilə bölünmüşdür. Hadisə yerində “Vaz-2107” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Piyada Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən "Blue Mall" ticarət mərkəzinin qarşısından şəhər istiqamətində 390 metr məsafədə vurulmuşdur. Bu istintaq hərəkətinin nəticəsi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nicat İbrahimov tərəfindən protokolla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilərək həmin protokola əlavə edilmişdir (i.v. 5-16); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2005-ci il buraxılışlı, sedan tipli, “Vaz 2107” minik markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v. 21); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BA418789 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 21); Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsis edilmiş №İ-9900 saylı "Suqovuşanın azad olunmasına görə" medalından, №İ-4364 saylı "Ağdamın azad olunmasına görə" medalından və №İ-37769 saylı "Vətən müharibəsi iştirakçısı" medalından görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsinin iştirakçısı olmuş, çoxsaylı medallarla təltif edilmişdir.(i.v. 22); 2/52268 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v. 23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 37); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş **********86 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, mərhum xx.xx.2001-ci il təvəllüdlü Türkmənistan Respublikası vətəndaşı Charyyev Jemshıt xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yerləşən X6 vəfat etmişdir. (i.v. 40) 23 dekabr 2023-cü il tarixli notarial ərizənin təsdiqlənmiş tərcüməsinin surətindən görünür ki, Çaryyew Jemşidin atası X1 nəqliyyat vasitəsinin sürücüsü olmuş Təqsirləndirilən şəxs bağışlamış və gələcəkdə ona qarşı heç bir şikayəti olmayacaqdır (i.v.48-49); zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 əmisi oğlu X3 hüquqi varis qismində tanınmışdır (i.v. 63); Azərbycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 16 yanvar 2024-cü il tarixli, 114 nömrəli ekspert rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər baş beynin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, ikitərəfli hematoraks, hər iki ağciyərin kontuziyası və qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunmuş döş qəfəsinin küt travması, dalağın zədələnməsi və çıxarılmasından sonrakı vəziyyət, alının, sağ gicgah nahiyyəsinin, alt çənənin sağ yarısının sıyrıqları, hər iki gözaltı nahiyyənin və göz qapaqlarının hematomaları, sağ burun keçəcəyinin cırılmış yarası, sol əl və mil-bilək oynağı nahiyyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də yolnəqliyyat hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2023-cü il, saat 19:07) müraciət etməsindən bir qədər əvvəl törənmişlər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X4 ölümünə səbəb onun almış olduğu çoxsaylı xəsarətlər nəticəsində baş vermiş kəskin ürək-ağciyər çatışmamazlığı olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cü il, saat 20:40-da baş vermişdir. X4 meyitindən meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 72-76); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 8/41 nömrəli ekspert rəyindən görünür ki, “Vaz-2107” markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur ( i.v. 78-80); 16 fevral 2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD-R formatındakı 02 ədəd disk məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023cü il tarixdə saat 08:32-dən 09:32-dək olan müddətdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin iki istiqamətli yolun ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Video faylın 08:55:19 anında artıq sürücü Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-21074" markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum Charyyev Jemshıt adlı Türkmənistan Respublikası vətəndaşını ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşərək ətrafdakı şəxslərin köməyi ilə mərhumu idarə etdiyi avtomobilə mindirərək köməklik məqsədilə hadisə yerindən xəstəxanaya aparması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə hadisəni törədən avtomobili idarə edən şəxsin özü olmasını bildirdi. Bundan əlavə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsini törətdikdən sonra ətrafda olan şəxslərin köməyi mərhum Charyyev Jemshıtı idarə etdiyi avtomobilə mindirərək, təcili tibbi yardım üçün "Medilan" hospitala aparmasını bildirmişdir.(i.v 81) Sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham elan olunması və həmin ittiham üzrə məhkəmə məsuliyyətinə göndərilməsi, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD-R formatındakı 02 ədəd disklərin iş üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, iş üzrə sürücü Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinin, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 114 saylı rəyinin, məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/41 saylı rəyinin, hadisə yerinə və avtomobilə baxış protokolunun, hadisə anına dair videogörüntülərin qeydə alındığı disklərə baxış protokolunun iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Vaz 2107” minik markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 82-87); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 97-98); Qətimkan tədbirinin seçilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 114-115); Təşəkkür məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini tərəfindən Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində göstərmiş olduğu şücaət və qəhrəmanlığına görə onun ailəsinə təşəkkür məktubu ünvanlanmışdır. Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən disklərə baxış keçirilmiş, görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqni tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vətən müharibəsi iştirakçısı olmasını(CM-59.2), zərərçəkmiş şəxsin əmisi oğlu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “VAZ 2107” minik markalı **-NV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 2107” minik markalı **-NV-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 ( yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-196/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-196/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver