Məhkəmə qərarları › İş №1(011)-197/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-197/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-197/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər və mülki iddiaçılar– Zərərçəkmiş şəxs, "xxxx" MMC-nin nümayəndəsi X2, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1991-ci ildə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində nömrəsiz fərdi yaşayış evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda 1 saylı Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə 2022-ci il oktyabrın 21-də saat 02 radələrində Salyan rayonu Noxudlu kəndində yerləşən "xxxx" MMC-yə məxsus 3172 nömrəli "xxxx" mağazasına arxa giriş qapısını sındırıb açmaqla qanunsuz daxil olub, mağazadan "xxxx" MMC-yə məxsus 100 manat dəyərində müşahidə kameralarının görüntülərini qeydə alan DVR aparatını, habelə mağazada quraşdırılan "xxxx" MMC-nin şəxsi mülkiyyəti olan 01523 saylı saxlanc yeri olan ödəmə terminalını özü ilə götürdüyü istintaqa məlum olmayan armatur parçası ilə vurub sındırmaqla terminalın içərisindən 100 manat dəyərində pul kasetini, həmçinin həmin kasetin içində olan 2995 manat nağd pulu gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinə 100 manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC şirkətinə ümumilikdə 3095 (üç min doxsan beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 noyabr 2022-ci il tarixdə saat 03:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, ünvan 1 ünvanında yerləşən «Minə» marketin giriş qapısını sındırıb açmaqla qanunsuz daxil olaraq, həmin marketin içərisindən Zərərçəkmiş şəxs məxsus 309 manat nağd pulu və 01 ədəd 100 manat dəyərində “ JF TECH” markalı, “ JF-ADVR-T7204” modelli səkkiz kanallı DVR aparatını, o cümlədən marketdə quraşdırılmış, "xxxx" MMC-yə məxsus, saxlanc yeri olan İD-1947 saylı «Emanat» ödəmə terminalını üzərində götürdüyü istintaqa məlum olmayan armatur parçası ilə vurub sındırmaq yolu ilə terminalın içərisindəki 2.708 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 409 (dörd yüz doqquz) manat, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə isə 2.708 ( iki min yeddi yüz səkkiz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci il oktyabrın 20-də saat 22 radələrində Bakı şəhərindən tanımadığı şəxsin idarə etdiyi taksi ilə yaşadığı Beyləqan rayonuna getdiyi vaxt sürücü avtomobildə olan digər sərnişini Salyan şəhərinə düşürmək üçün Salyan şəhərinə dönmüş, Salyan şəhərinin giriş hissəsində yerləşən "xxxx" mağazasının qarşısında sürücü avtomobili dayandırmış və digər sərnişin avtomobildən düşmüş, və avtomobildə olan digər sərnişin də su almaq üçün avtomobildən düşərək "xxxx" mağazasına girmiş, mağazada su aldığı vaxt içəridə “Milliön” ödəmə terminalının quraşdırıldığını və mağazanın arxa tərəfində də giriş qapısının olduğunu görmüş, gecə saatlarında mağazaya arxa giriş qapısından daxil olaraq “Milliön” ödəmə terminalının pul yığılan xəzinə qutusunu oğurlaya biləcəyini düşünmüş, əvvəlki müddətdə də “Milliön” ödəmə terminalının xəzinə qutusunu oğurladığı və həmin cinayətə görə məhkum olunduğu üçün həmin terminalların xəzinə qutularının harada yerləşdiyini və necə çıxarmaq lazım olduğunu bilirmiş. Mağazada təhlükəsizlik kameralarının olduğunu gördüyü üçün həmin kameraların görüntülərini qeydə alan DVR aparatını da oğurlamağı qərara almış, bundan sonra su alıb mağazadan bayıra çıxmış, gəldiyi taksi sürücüsünə Salyan şəhərində yaşayan dostu ilə görüşəcəyini və yoluna davam etməsini deyib yol pulunu vermiş, sonrakı müddətdə mağazanın sağ tərəfindən dolanaraq arxa tərəfinə doğru getmiş, həmin yerdə daş hasar olduğunu görüb ərazidə gəzməyə başlamış, gəzdiyi vaxt “Milliön” ödəmə terminalının qarşı hissəsində olan metal qıfılı sındırmaq üçün dəmir axtarmağa başlamış və zibillik ərazidən kiçik armatur parçası tapmış, bundan sonra gəzərək gecənin düşməsini gözləmiş, oktyabrın 21-də saat 02 radələrində ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yenə də mağazanın arxa tərəfinə doğru getmiş, hasarın üzərindən keçərək mağazanın arxa giriş qapısının qarşısına gəlmiş, giriş qapısının qıfıl ilə deyil, üzərində olan metalın divara keçməsi ilə bağlandığını görmüş, əlini divarın kənarında olan boşluqdan içəri salaraq barmağı ilə divarın içinə keçən hissəni geri itələmiş və nəticədə qapı açılmış, bundan sonra qapıdan keçərək kiçik otağa daxil olmuş, daxil olduğu otaqda sol tərəfdə küncdə təhlükəsizlik kameralarının görüntülərini qeydə alan DVR aparatını birləşdiyi kabellərdən ayırıb yerə qoyduqdan sonra otağın plastik materialdan olan qapısına yaxınlaşmış, həmin qapı açarla bağlı olmadığından açaraq mağazanın içinə daxil olmuş, bundan sonra “Milliön” ödəmə terminalının quraşdırıldığı yerə, yəni soyuducunun yanına yaxınlaşmış, həmin yer dar olduğundan əli ilə dartaraq terminalı mağazanın orta hissəsinə gətirmiş, burada özü ilə götürdüyü armatur parçası ilə terminalın qarşı hissəsinə vuraraq qıfılla bağlanmış hissəni sındırmış, daha sonra xəzinə qutusunun yerləşdiyi yerin də qarşı hissəsini sındıraraq qutunu terminaldan çıxarmış, bundan sonra xəzinə qutusunu götürərək mağazaya girdiyi otağa keçmiş, həmin otaqdan da təhlükəsizlik kameralarının görüntülərini qeydə alan DVR aparatını götürmüş və içəri daxil olduğu qapıdan bayıra çıxmış, metaldan olan qapını əli ilə itələyib bağladıqdan sonra gəldiyi yolla geri qayıdıb hasarın üzərindən digər tərəfə keçmiş, orada üzərində olan armatur parçası ilə xəzinə qutusunu vuraraq sındırmış, qutunun içində olan pulu sayaraq götürmüş və ümumilikdə təxminən 2900 manat pul olduğunu görmüş, bundan sonra yerdən tapdığı köhnə sellofan torbaya xəzinə qutusunun qalıqlarını, DVR aparatını və armatur parçasını ataraq mağazadan uzaqlaşmağa başlamış, mağazadan xeyli uzaqlaşdıqdan sonra Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində körpünün üzərinə çıxmış, burada Biləsuvar rayonu istiqamətində gedən avtomobillərə əl etməyə başlamış, təxminən yarım saat sonra tanımadığı şəxs idarə etdiyi avtomobili dayandırmış və İmişli rayonuna getdiyini demiş, onun idarə etdiyi avtomobilə əyləşmiş və onu da aparmasını xahiş etmişdir. Yolda getdiyi vaxt xatırlamadığı yerdə sürücüyə təbii ehtiyacının olduğunu demiş və avtomobili dayandırmasını xahiş etmiş, sürücü avtomobili dayandırdıqdan sonra avtomobildən düşmüş və orada özü ilə götürdüyü armatur parçasını, xəzinə qutusunun qalıqlarını və DVR aparatını adını bilmədiyi su kanalına atmış, bundan sonra yenidən avtomobilə əyləşmiş, həmin avtomobil ilə İmişli rayonuna, oradan isə başqa avtomobil ilə Beyləqan rayonuna getmiş, oğurluq yolu ilə əldə etdiyi pulu isə sonrakı müddətdə öz şəxsi məsrəflərinə xərcləmişdir. Maddi gəlir əldə etmək üçün həmin hadisədən sonra təkrar oğurluq etmək məqsədi ilə təxminən 2022-ci ilin oktyabr ayında təsadüfən Xətai rayonu, İ.İsmaylov küçəsindən keçərkən özünə siqaret almaq məqsədi ilə həmin küçədə yerləşən «Mina» marketə daxil olmuş, həmin vaxt marketin içərisində «E-manat» ödəmə terminalının olmasını görmüş və oradan oğurluq etmək qərarına gəlmiş, bundan sonra xeyli müddət həmin mağazadan necə oğurluq edəcəyini planlaşdırmağa başlamış, mağazadan çıxarkən oranın qapısının dəmir barmaqlıqlarla bağlandığını gördüyü üçün həmin barmaqlıqları qırmaq məqsədi ilə dəmir mismarçıxaran alət tapmış, 14 noyabr 2022-ci il tarixdə, saat 23:30 radələrində yaşadığı evdən həmin mismar çıxaran aləti, o cümlədən marketin plastik qapısını açmaq və içəridəki ödəmə terminalını qıra bilmək üçün kəlbətin və vintaçan alətlərini götürərək paketin içərisinə yığıb evdən çıxmış, bundan sonra yaşadığı evin yaxınlığına, yəni «Ayna Sultanova» heykəlinin yaxınlığındakı «Bravo» marketin qarşısına gələrək orada yoldan keçən, təsadüfi «Opel Astra» markalı taksilərdən birinə yaxınlaşmış və Xətai rayonu, Əhmədli qəsəbəsinə aparmasını xahiş etmiş, həmin taksi sürücüsü onunla razılaşaraq bildirdiyi ünvana, yəni oğurluq etməyi planlaşdırdığı «Minə» marketdən təxminən 300 metr aralıya gətirmiş, orada taksi sürücüsünə 10 manat pul ödəyərək avtomobildən düşmüş, bundan sonra piyada «Minə» marketin qarşısına gəlmiş, həmin vaxt market artıq bağlı olsa da ətrafda kənar şəxslərin olmasını görüb bir qədər gözləmək qərarına gəlmiş, marketdən bir qədər aralanaraq təxminən saat 03:30 radələrinə kimi gözləmiş, saat 03:30 radələrində hava şəraitinin pisləşməsini, yağışın güclənməsini və artıq küçələrdə kənar şəxslərin olmadığını görüb marketdən oğurluq etmək qərarına gəlmiş, bundan sonra ünvan 2 ünvanında yerləşən «Minə» marketin qarşısına gəlmiş, əvvəlcə özündə olan dəmir mismar çıxaran alətlə marketin giriş qapısının dəmir barmaqlığının sol qapısının petləsini sındırmış, sonra üzərində olan vintaçanla marketin plastik qapısının kilid hissəsini qırmış və marketə daxil olmuş, marketə daxil olan kimi əvvəlcə pulların yığılması üçün nəzərdə tutulan siyirmələrə baxmış və həmin siyirmələrin birindən 309 manat pul taparaq cibimə qoymuş, həmin vaxt marketin içərisində təhlükəsizlik kamerasının quraşdırıldığını görmüş və həmin kamera vasitəsi ilə aşkar olunacağından ehtiyat etdiyi üçün kameranın qeydə aldığı görüntülər yazılan yaddaş qurğusunu axtarmağa başlamış, kameranın məftillərinin getdiyi istiqamətə baxaraq ərzaqlar yığılan rəflərin arxasında həmin kameranın yaddaş qurğusunu tapmış, özündə olan kəlbətinlə məftillərini kəsmiş və qurğunu götürmüş, bundan sonra marketin içərisində quraşdırılmış «E-manat» ödəmə terminalının aparatını yerə yıxmış, sonra qabaqcadan özü ilə gətirdiyi mismar çıxaran alətlə güc tətbiq edərək həmin aparatın qapısını qırmış və içərisindəki bütün pulları götürmüşdür. Pulları saymadan cibinə qoymuş və bir qədər əvvəl məftillərini kəsdiyi, təhlükəsizlik kamerasının yaddaş qurğusunu da özü ilə götürərək dərhal marketi tərk etmiş, bundan sonra piyada «Zığ» dairəsi istiqamətinə getmiş, yol gedərkən hazırda xatırlamadığı, ətrafı ağaclıq olan yerdə özü ilə gətirdiyi alətləri, yəni mismar çıxaran aləti, kəlbətini və vintaçanı tullamış, «Zığ dairəsi» adlanan yerə çatandan sonra yoldan keçən təsadüfi «Toyota Prius» markalı taksilərdən birini saxlayaraq izini itirmək üçün birbaşa yaşadığı evin yanına deyil, «Gənclik» metrostansiyasının qarşısına getmiş, taksi sürücüsünə 10 manat ödəyərək avtomobildən düşmüş, sonra isə piyada kirayədə yaşadığı evə getmiş, yaşadığı evə çatdıqdan sonra «E-manat» ödəmə terminalından oğurladığı pulları sayaraq 2.708 manat olduğunu müəyyən etmiş, marketin özündən oğurladığı pulun məbləği 309 manat idi və beləliklə də həmin oğurluq nəticəsində ümumilikdə 3.017 manat pul oğurlamış, sonrakı müddət ərzində «Mina» marketdən və həmin marketin içərisində quraşdırılmış ödəmə terminalından oğurladığı pulların hamısını şəxsi ehtiyaclarına sərf etmiş, 17 noyabr 2022-ci il tarixdə yaşadığı evdə olarkən Xətai rayon 35-ci Polis bölməsinin əməkdaşları yaşadığı evə gəlmiş, xx.xx.2022-ci il tarixdə Xətai rayon ərazisində yerləşən «Mina» marketdən oğurluq etməkdə şübhəli olduğunu bildirmiş və polis bölməsinə dəvət etmişdirlər. Törətdiyi əməlin aşkar olunmasını başa düşdüyü üçün hər şeyi könüllü etiraf etmiş və marketdən oğurladığı, təhlükəsizlik kamerasının yaddaş qurğusunu da götürüb polis əməkdaşları ilə birlikdə polis bölməsinə gələrək həmin yaddaş qurğusunu təhqiqatçıya təhvil vermişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, 2022-ci il oktyabrın 21-də saat 08 radələrində işlədiyi "xxxx" MMC-nin Təhlükəsizlik Departamentinin direktoru Kənan Məmmədov məlumat verərək Salyan rayonu Noxudlu kəndində yerləşən və onun xidməti ərazisi olan "xxxx"in içərisində quraşdırılmış “Milliön” ödəmə terminalının xəzinə qutusunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmiş, o dərhal iş yerinə gedərək “Milliön” ödəmə terminalının nömrəsini və içərisində nə qədər pul olmasını öyrənmiş, naməlum şəxs və ya şəxslər "xxxx" in binasına daxil olaraq orada quraşdırılmış "xxxx" MMC şirkətinin şəxsi mülkiyyəti olan 01523 saylı ödəmə terminalı aparatının içərisində olan 210 manat dəyərində pul kasetini, həmçinin həmin kasetin içində olan 2995 manat nağd pulu gizli yolla talamış, eyni zamanda ödəmə terminalının hissələri də sındırılaraq şirkətə 1426 manat məbləğində maddi ziyan vurulmuş, baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC şirkətinə ümumilikdə 4631 manat məbləğində maddi ziyan vurulmuşdur. Hal-hazıradək həmin məbləğdən hər hansı bir ödəniş geri qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Minə” mağazasının sahibi tərəfindən şirkətə məlumat verilərək bildirilmişdir ki, marketdə olan ödəmə terminalı naməlum şəxs tərəfindən sındırılmış və mağazada oğurluq hadisəsi baş vermiş, həmin məlumat saat 09:03-də daxil olmuş, daxil olmuş məlumata əsasən ödəmə terminalında olan pulun miqdarı və pul kasetinin çıxarılıb-çıxarılmaması inkassasiya şöbəsindən dəqiqləşdirilmiş və İD-1947 saylı terminalda 2708 ( iki min yeddi yüz səkkiz) manat pul olmuş və həmin məbləğ naməlum şəxs tərəfindən oğurlanmış, oğurluq hadisəsi ilə bağlı mağazanın sahibi olan Zərərçəkmiş şəxs həmçinin faktla bağlı polisə məlumat verildiyinidə şirkətə bildirmişdir. Hal-hazıradək həmin məbləğdən hər hansı bir ödəniş geri qaytarılmamışdır. Bu səbəbdən də o, mülki iddia verərək, Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. O, mülki iddianın təmin olunmasını xahiş edir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən “Minə” marketi icarə əsasında işlədir, ailəsinin dolanışığını bu formada təmin edir, günün bir çox hissəsini mağazada keçirdir, xx.xx.2022-ci il tarixdə axşam vaxtı marketi bağlamış və işin bitməsi səbəbi ilə birbaşa evə yollanmış, mağazanı hər gün səhər erkən saatlarda gedib özü açır, xx.xx.2022-ci il tarixdə saat 07:45-də marketə gəlmiş, qapıya yaxınlaşıb onu açmaq istəyən zaman isə marketin giriş qapısının dəmir barmaqlıqlarının sındığını görmüş, daha sonra marketə daxil olan zaman isə marketin içərisində olan “E manat” aparatının yerini dəyişdiyini aşkar etmiş, aparata yaxınlaşıb ona baxış keçirən zaman isə ona müdaxilə olduğunu aşkar etmiş, daha sonra isə özünə məxsus olan təhlükəsizlik kamerasının yaddaş qurğusunun yerində olmadığını aşkar etmiş, bundan sonra dərhal cinayət hadisəsi ilə bağlı Xətai RPİ-nin 35-ci Polis bölməsinə zəng vuraraq məlumat vermiş, məlumat verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, eyni zamanda "xxxx" MMC-yə baş vermiş hadisə ilə bağlı məlumat vermiş, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və ərizə və izahatı alınmış, polis əməkdaşları getdikdən bir müddət sonra kassaya baxış keçirən zaman orada olan 309 AZN pulun yerində olmadığını aşkar etmiş, lakin bu barədə məlumat verməsədə ifadəsində qeyd etmişdir. Hal-hazıradək həmin məbləğdən hər hansı bir ödəniş geri qaytarılmamışdır. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, 2022-ci il oktyabrın 21-də saat 08 radələrində Salyan rayonu Noxudlu kəndində yerləşən 3172 nömrəli "xxxx"in mağazasının müdir müavini Şahid1 zəng edərək mağazadan oğurluq hadisəsinin baş verdiyini demiş, Vüsala DİN-in 102 xidmətinə zəng edərək məlumat vermələrini demiş və özü də dərhal həmin mağazaya getmiş, mağazaya çatdıqdan sonra məlum olmuşdur ki, 2022-ci il oktyabrın 21-də gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazaya daxil olmuş və mağazada quraşdırılan “Milliön” ödəmə terminalının qarşı hissəsini sındırıraraq pul yığılan qutusunu, həmçinin mağazanın təhlükəsizlik kameralarının görüntülərini qeydə alan DVR aparatını oğurlamışdır. Halhazıradək dəymiş ziyandan hər hansı bir ödəniş edilməmişdir. Eyni zamanda, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 3172 nömrəli mağazasında müdür müavini vəzifəsində işləyir, əsas vəzifəsi mağazanın gündəlik fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. 2022-ci il oktyabrın 20-də saat 22:30 radələrində mağazada satıcı-kassir işləyən Şahid2lə birlikdə mağazanın kassasında olan pulu saymış, pulları mağazanın içində yerləşən anbar otağında şkafda olan seyfə qoymuş, kassada olan və içinə siqaretlər yığılan şkafı Bəxtiyarla birlikdə anbar otağına aparmış, daha sonra açar vasitəsi ilə mağazanın qapısını bağlayaraq uzaqlaşaraq yaşadığı evə getmiş, 2022-ci il oktyabrın 21-də saat 07:27 radələrində mağazada satıcı-kassir işləyən Şahid3la birlikdə mağazaya gəlmiş, mağazanın əsas giriş qapısını açarla açdıqdan sonra içəri daxil olmuş, mağazanın əsas giriş qapısını açdıqdan sonra içəri daxil olmuş, mağazada işçi kartını qeydiyyatdan keçirmək üçün operator otağına getmiş, otaqda olan kompüterin işləmədiyini gördükdə kabelləri yoxlamış, kompüteri yandırıb-söndürdüsə də, lakin yenə işləməmiş, həmin anda Salyan rayonu, Kürqaraqaşlı kəndində yerləşən "xxxx" mağazasında əvəllər müdir işləmiş əmisioğluna zəng edərək kompüterin işləmədiyini demiş o isə kabelləri yoxlamağını dedikdən sonra o yenidən kabellərə baxmış, telefon ilə danışdığı vaxt mağazanın digər tərəfində olan Şahların yanına getmiş, həmin anda mağazada quraşdırılmış “Milliön” ödəmə terminalının yerinin dəyişdirildiyini və öz hissəsində olan metalın qırıldığını görmüş, bu barədə əvvəlcə bölgə müdirinə daha sonra polisə məlumat vermişdir. Eyni zamanda, Şahid2 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək və ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 göstərmişdir ki, "xxxx" MMC-nin Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 3172 nömrəli mağazasında satıcı-kassir vəzifəsində işləyir. Əsas vəzifəsi mağazada satışı həyata keçirmək və kassada qeydiyyat aparmaqdan ibarətdir. 2022-ci il oktyabrın 21-də saat 07:30 radələrində mağazaya gələn zaman qapıdan içəri daxil olan vaxt Vüsal ona içəri girməməyini və bayırda gözləməyini demiş, həmin anda ona məlum olmuşdur ki, gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazaya daxil olub mağazada quraşdırılmış “Milliön” ödəmə terminalının içərisində olan pul yığılan qutu oğurlanmışdır. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 göstərmişdir ki, 5 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur, taksi fəaliyyətini özünə məxsus olan “Opel Astra” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyata keçirdir,xx.xx.2022-ci il tarixdə axşam təxminən 23:30-da sonuncu müştərini yaşadığı ünvana çatdırdıqdan sonra avtomobillə Binəqədi rayonu, Ayna Sultanov adlanan ərazidə hərəkətdə olan zaman, yolun kənarında dayanan tanımadığı şəxs əl ilə avtomobili dayandırmağını bildirmiş, o da avtomobili saxlamış, daha sonra kişi cinsindən olan həmin şəxs avtomobilə yaxınlaşaraq müştəri qismində onu Köhnə Günəşli qəsəbəsinə aparmağını xahiş etmiş, o da həmin şəxsi 10 manat müqabilində qeyd olunan ünvana çatdıracağını demiş və razılaşmış, bundan sonra həmin şəxsi avtomobili ilə Köhnə Günəşli qəsəbəsinə aparmış, həmin şəxs isə ödənişi edərək avtomobildən enmiş, həmin şəxs barəsində heç bir məlumatı olmamış, onu aparıb ünvana çatdırana kimidə avtomobildə aralarında heç bir ünsiyyət olmamış, Yalnız həmin şəxsin əlində paket olduğunu görmüş bundan başqa həmin müştərinin oğurluq hadisəsi törətməsindən məlumatı və ya əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, "xxxx" MMC-nin Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 3172 nömrəli mağazasında satıcı-kassir vəzifəsində işləyir. Əsas vəzifəsi mağazada satışı həyata keçirmək və kassada qeydiyyat aparmaqdan ibarətdir. 2022-ci il oktyabrın 21-də saat 07:27 radələrində mağazanın müdir müavini Şahid1 ilə birlikdə mağazaya gələn zaman mağazada quraşdırılmış “Milliön” ödəmə terminalının yerinin dəyişdirildiyini və ön hissədində olan metalın qırıldığını görmüş, bundan sonra dərhal Vüsalı həmin yerə çağırmış, Vüsal həmin yerə gəldikdən sonra bu barədə əvvəlcə Nümayəndə3 daha sonra isə polisə məlumat vermişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli Cinayət işinin baçlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 21 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, oğurluq hadisəsi Salyan rayonu, Noxudlu kəndində yerləşən "xxxx" mağazasının içərisində baş vermidir baş vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 6 ünvanında yerləşən “Minə” marketin içərisində baş vermişdir. İş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Zakir Bəhrəmov tərəfindən tərtib edilmiş raportdan görünür ki, X3 ərzə ilə Xətai RPİ-nin 35-ci PB-yə müraciət edərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə işlədiyi İ.İsmayilov 12A ünvanında yerləşən Mina marketə yaxınlaşıb aşkar etmiş ki, girış qapısının dəmir barmaqcığını qırarax içəri keçmış naməlum şəxs “e manat” terminalını sındırıb dvr-nı oğurlayıb getmışdir. xx.xx.2022-ci il tarixdə vətəndaş Nümayəndə1 ərzə ilə 35-ci PB-yə müracıər edərək bildirmişdir kı, xx.xx.2022-ci il tarixdə “İ.İsmayılovda yerləşən Mina marketdən oğurluq baş vermiş orada olan “e manat” terminalını sindiraraq içərisində olan 2.708 manat pulu naməlum şəxs oğurlayaraq qetmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında qərardan görünür ki, Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında qərardan görünür ki, Nümayəndə2 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 4(011)-590/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, 3 (üç) ay həddində prosessual məcburiyyət tədbiri tətbiq edilmiş və həbsetmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC-nin məktubundan görünür ki, ünvan 7 ünvanında yerləşən “Minə” marketdə şirkətə məxsus olan İD-1947 saylı “e Manat” ödəmə terminalından 2708 manat nağd pul oğurlanmış, hadisə nəticəsində terminala 445 manat maddi ziyan dəymiş və ümumilikdə şirkətə 3153 manat maddi ziyan dəymişdir. İş materiallarında olan hüquqi şəxs "xxxx" MMC-nin məktubundan görünür ki, Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən "xxxx"-ə qanunzus daxil olma nəticəsində "xxxx" MMC-yə 2995 manat nağd pul, 210 manat dəyərində oğurlanmış pul kaseti və qurğunun sındırılmış 1426 manat dəyərində digər detalları olmaqla ümumilikdə 4631 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 29 oktyabr 2022-ci il tarixli Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayə işi başlanılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş raportdan görünür ki, 2022-ci il oktyabr 21-də gecə saatlarında Salyan rayonu, Noxudlu kəndində yerləşən "xxxx" mağazasına qanunsuz daxil olaraq mağazada quraşdırılmış "xxxx" MMC məxsus 01523 saylı ödəmə terminalının içərisində olan 210 manat dəyərində pul kaseti, həmçinin həmin kasetin içində olan 2995 manat nağd pul oğurlanmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Xətai RPİ-nin İŞ-də istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün aidiyyatı üzrə Xətai Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi bir icraatda birləşdirilmiş, cinayət işi ********* nömrə ilə davam etdirilmiş və əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən CMnin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus Səlyan rayonu, Noxudlu kəndində yerləşən 3172 saylı mağazadan xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq nəticəsində "xxxx" MMC-yə 284 manat maddi ziyan dəymişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən ibtidai istintaq müddətində verilmiş olduğu mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 4631 manat tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması xahiş edilmişdir. İş materiallarında olan “trasoloji” ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 3/1719 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd ödəmə aparatının üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Ödəmə aparatının gövdəsinin çərçivəsində (qapının oturan hissəsi) və qapısının qıfıllarının üzərində olan zədələr bərk küt təsirindən yaranmaöa xarakterikdir. Belə predmetə deşici xassəyə malik olan iti uclu ling mismar çıxardan və s. aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8825-5/1542 saylı “məhkəmə kompüter-texniki ekspertizası” rəyindən görünür ki, təqdim edilmiş “JF TECH” markalı, JF- ADVR-T7204” modelli, səkkiz kanallı, müşahidə kameralarından video görüntüləri qeydə alan bir ədəd DVR tiqli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış saat göstəricisi real saata uyğun deyildir. Təqdim edilmiş “JF TECH” markalı, “JF-ADVR-T7204” modelli səkkiz kanallı müşahidə kameralarından görüntüləri qeydə alan DVR tipli cihazın daxilində olan Western Digital markalı maqnit informasiya yaddaş daşıyıcısının yaddaşında (dörd kameradan qeydə alınan) müəyyən edilmiş video fayllardan həmin görüntülərin sağ yuxarı küncündə qeyd olunmuş tarix göstəricisinə görə seçilmiş xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrindən 05:45 radələrinədək zaman intervalına aid video fayllar müəyyən olundu. Ekspertizanın tədqiqatına təqdim edilmiş 01 ədəd “JF TECH” markalı “JF-ADVR-T7204” modelli səkkiz kanallı DVR aparatının istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 100,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 16 yanvar 2023-cü il tarixli, 9/8907 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilməyən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1210,00 manat müəyyən edilir. Bu məbləğdən 100 (yüz) manat "xxxx" MMC-yə məxsus DVR aparatına, qalan 1110 (min yüz on) manat "xxxx" MMC-yə aid ödəmə terminalının zərər dəymiş hissələrinə və oğurlanmış pul kassetinə aiddir. İş materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus “JF TECH” markalı “JF-ADVR-T7204” modelli səkkiz kanallı DVD aparatını sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətinən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Masallı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, iş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsl oğlu tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxs "xxxx" MMC 4105 (dörd min altı yüz otuz bir) manat maddi zərər vurulduğu (2995 manat nağd pul və 1110 manat texniki ziyan) sübut olunduğundan, iş üzrə mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4105 (dörd min yüz beş) manat məbləğində pul tutularaq, zərərçəkmiş şəxs "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında mövcud olan mülki iddiaçı qismində tanınma barədə xx.xx.2023-cü il tarixli qərara əsasən “Modenis MMC” şirkətinin nümayəndəsi Nümayəndə1 mülki iddiaçı kimi tanınmışdır. Lakin qeyd olunan şəxsin işin materiallarında mülki iddiaçı kimi tanınması barədə yazılı müraciəti mövcud deyildir. Eyni zamanda məhkəmə baxışı zamanı da adıçəkilən şəxs onun mülki iddiaçı kimi tanınması barədə məhkəməyə müraciət etməmişdir. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. CPM-nin 183.3-cü maddəsinin tələblərinə əməl edilmədiyindən, iddia ərizəsi yazılı formada verilmədiyindən, bu səbəbdən həmin məsələyə baxmaq mümkün olmadığından və prosessual qaydaya əməl edilmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilindiyindən, məhkəmə tərəflərin diqqətinə çatdırır ki, iddia mülki mühakimə icraatı qaydasında verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Modenis MMC” barədə mülki iddia baxılmamış saxlanılmalı və mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. CPM-nin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Həmin Məcəllənin 354.1.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - 04 ədəd CD-R formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut “JF TECH” markalı “JF-ADVR-T7204'’ modelli səkkiz kanallı DVD aparatını saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 04 ədəd CD-R formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə maddi sübut “JF TECH” markalı “JF-ADVR-T7204'’ modelli səkkiz kanallı DVD aparatını saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 4105 (dörd min yüz beş) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dair mülki iddia baxılmamış saxlanılsın və izah edilir ki, mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ vardır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar