Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-198/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X5, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, BA207102 nömrəli B1,B,C,C kateqoriyalı sürücülük vəsiqəsi ilə anası Şahid5 xüsusi mülkiyyətindəki texniki cəhətdən saz "Hyundai İX-35" markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 aprel 2024-cü il tarixdə saat 07:00-da Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospektində idarə edib sola Sadıqcan küçəsi istiqamətində dönmə əməliyyatı apararkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 60-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinə əsasən sveteforun və ya nizamlayacının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısnda (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında digər yol ayrıclarında isə svetofor qarşısında dayanmalı (60.2), 1.18 nişanlanma xətti yol ayrıcında hərəkətin zolaqları üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanlar ilə birlikdə tətbiq edilir (69.6.18) qeyd olunan maddələrin tələblərinə riayət etməklə sürücü diqqətini daim dəyişən yol şəraitində və avtomobili idarə etməsində ayırmamalı, yol ayrıcında sola dönmə əməliyyatı aparmaq üçün əvvəlcədən sola dönməyə icazə verilən səl hərəkət zolağına keçməli və svetoforun sola dönməyə icazə verilən yaşıl işığı yandıqdan sonra yol ayrıcına daxil olaraq sola doğru dönmə əməliyyatı aparmalı olduğu halda avtomobili hərəkətin düzünə icazə verilən soldan ikinci hərəkət zolağından yol ayrıcına daxil edərək sola dönməni qadağan edən svetoforun qırmızı işığında sola dönməsi və qarşı tərəfdən düzünə hərəkətdə olan "Hyundai Accent" markalı avtomobilin hərəkəti üçün təhlükə yaradaraq avtomobillərin yol ayrıcında toqquşma nəticəsində onun idarə etdiyi “Hyundai İX-35” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda sərnişin olmuş X8 ehtiyatsızlıqdan baş-beyinə qan sızma, baş-beyin ödemi, yoğun bağırsağa və bağırsaq müsariqəsinə qan sızmalar, daxili qanaxma, bədənin çoxsaylı sıyrıq və qançırları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvuran xəsarətlər yetirməklə Ayxan Əliyevin travmatik və hemorraqik şok olmaqla 17 aprel 2024-cü il tarixdə saat 08:00-da Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş belə ki, həmin gün qazıntı və duman olduğu üçün yolu görmək mümkün olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən etibarən BC kateqoriyalı sürücülük vəsiqəsinə və xx.xx.2024-cü il tarixdən isə anası Şahid5 mülkiyyətində olan Hyundai İX 35 markalı **-UK-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququna malikdir, xx.xx.2024-cü il tarixdə saat 23:12-də dostu Altun ona sms yazaraq şəhərdə tək olduğunu bildirmiş, olduğu yerin kordinatlarını whatsapp mesajlaşma proqram vasitəsi ilə göndərərək yanına dəvət etmişdir. O da etibarnamə əsasında idarə etdiyi Hyundai İX 35 markalı **-UK-*** dövlət nömrə nişanlı avtomaşınla Altunun yanına fəvvarlər meydanının yaxınlığına getmiş və Altun onu qarşılıyaraq adını xatırlamadığı kafelərdən birinə getmişlər. Bir qədər oturduqdan sonra Altunun qardaşı Ayxan yanlarına gəlmiş, onlar masa arxasında əyləşmiş, o avtomobil idarə etdiyi üçün kola, dostları isə spirtli içki qəbul etmişlər. Həmin vaxtı Altun kafedə digər masada olan iki nəfər qızı işarə edərək dostları olduğunu və onları da masaya dəvət etmək istədiyini bildirmiş, o da razılaşmış və xanımlar da onların masasına gəlmişdirlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə səhər saat 06,00-da evə getmək qərarına gəlmişlər və həmin xanımları H.Aslanov metrosu yaxınlığında düşürmək üçün yola düşmüşlər. O maşında sürücü oturacağında, Ayxan maşının qabaq sağ oturacağında, Altun və qızlar isə arxa oturacaqda əyləşmişlər. Avtomobillə Ağ şəhər istiqamətindən 8 noyabr prospekti ilə üzü Sadıqcan küçəsi istiqamətində saatda 60-70 km sürətlə hərəkət etmiş, 8 noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsinə çatmamış yol ayrıcında soldan birinci zolaqda pikap tipli avtomaşın dayandığını görmüşdür. Ona görə də gəldiyi yolla 8 noyabr prospekti ilə soldan ikinci zolaqla hərəkətini davam etdirib dayanmış pikap tipli maşını sağdan ötmə əməliyyatı edərək Sadıqcan küçəsində olan işıqforun sola dönmə əməliyyatını göstərən işığın yaşıl olduğunu düşünüb hərəkətini sola istiqamətləndirərək yol ayrıcına daxil olmuşdur. Ani bir vaxtda Naximov dairəsi istiqamətindən 8 noyabr prospekti ilə üzü Ağ şəhər istiqamətində hərəkət edən ağ rəngli, Hyundai markalı maşının yüksək sürətlə gəldiyini görmüş, artıq yolun ortasında ohuğu üçün, heç nə edə bilməmiş və Hyundai markalı avtomaşın gələrək idarə etdiyi avtomaşının sağ arxa qapı hissəsindən vuraraq toqquşmuş və toqquşmanın zərbəsindən idarə eldiyi avtomaşın aşmışdır. Avtomobilin aşması nəticəsində qabaq oturacaqda sərnişin qismində əyləşmiş Ayxan xəsarət almış və ətrafda olan insanlar onlara yaxınlaşaraq idarə etdiyi avtomobili düzəltdikdən sonra hadisə yerinə TTY briqadası gəlmiş və Ayxanı müayinə olunması üçün Respublika. Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Həmin zaman sərxoş olmamışdır. Həmçinin hadisə nəticəsində Sadıqcan küçəsində üzü 8 noyabr prospekti istiqamətində işıqforda dayanmış markasını bilmədiyi digər avtomaşına dəymişdir. Həmin gün qazıntı və duman olduğu üçün yolu görmək mümkün deyildi. Hazırda əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən etibarən X4 ilə dini kəbinlə ailə həyatı qurmuş, birgə evliliklərindən Ayxan Əliyev və Şahid4 adlı övladları dünyaya gəlmişdir. Lakin həyat yoldaşı ilə nikahı olmadığına görə övladları Rəhimə Əliyevanın soyadlarını götürmüşlər. xx.xx.2024-cü il tarixdə səhər saatlarında iş yerində olan zaman böyük oğlu Şahid4 telefon zəngi edərək qardaşı Ayxan və dostu İsmayılla birlikdə sonuncuya məxsus olan avtomaşınla evə gələn zaman Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı qardaşı Ayxan xəsarət alaraq TTY-ın köməkliyi ilə xəstəxanaya yəni Neyrocərrahiyyə xəstəxanasına aparıldığını bildirmişdir. Dərhal Altunun dediyi xəstəxanaya getmiş və xəstəxanaya çatdıqda həkimlər baş vermiş hadisə nəticəsində Ayxanın ağır xəsarətlər aldığına görə xəstəxananın reanimasiya şöbəsində olduğunun bildirmişlər. Bir qədər sonra həkimlər Ayxanın aldığı bədən xəsarətlərindən reanimasiya şöbəsində vəfat etdiyini bildirmişlər. Bundan sonra mərhum oğlu Ayxanın meyiti müayinə olunduqdan sonra onlara təhvil verilmiş və sonra Hövsan quşçuluq massivində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 06:30 radələrində mülkiyyətində olan Hyundai Accent markalı **-CJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi istiqamətindən 8 noyabr prospekti ilə üzü Ağ şəhər istiqamətində soldan ikinci zolaqla saatda 60-65 km sürətlə hərəkətdə olan zaman 8 noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində olan işıqforun onun düzünə hərəkəti üçün işıqforun yaşıl işığının işıqforun növbəti yəni sarı işığına keçməsini bildirən üç dəfə yanıb söndüyü anın birincisində artıq işıqforun dayanma xəttini keçərək yol ayrıcına daxil olan zaman 8 noyabr prospekti ilə soldan ikinci zolaqla qara rəngli Hyundai İX 35 markalı avtomaşını hərəkət etmişdir. Həmin nəqliyyat vasitəsinin düzünə hərəkət etməsini düşünmüş, lakin, buna baxmayaraq Hyundai İX 35 markalı avtomobilin sürücüsü ani bir vaxtda sola yəni Sadıqcan küçəsi istiqamətində dönmə əməliyyatı edərək yol ayrıcına daxil olmuşdur. O yol ayrıcına daxil olaraq onun düzünə hərəkəti üçün təhlükə yaratdığı andan aralarında təxminən 8-10 metr məsafə olmuşdur. O hərəkəti üçün təhlükəni gördüyü andan 60-65 km/saat hərəkətdə olduğu sürət həddini soldan ikinci zolaqda əyləci basaraq azaldaraq, hərəkətini sağa istiqamətləndirərək qəzadan yayınmışdır. Lakin Hyundai İX 35 markalı avtomobilin sürücüsü ani bir vaxtda sürətini azaldaraq sonradan sürətini qəfildən çoxaldaraq hərəkətini tamamlamaq istəyən zaman idarə etdiyi avtomobilin qabaq hissəsilə Hyundai İX 35 markalı avtomobilin sağ arxa qapısından vuraraq toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən Hyundai İX 35 markalı avtomobil aşaraq Sadıqcan küçəsi ilə 8 noyabr prospektinin kəsişməsində işıqforun qırmızı işığında dayanmış Kia markalı avtomobilə dəyərək toqquşmuşdur. Hadisə zamanı maşını texniki cəhətdən saz olmuş və sərxoş olmamışdır. Toqquşma zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarətlər adığına görə hadisə yerinə gələn TTY biriqadası gələrək müayinə olunmağı üçün xəstəxanaya aparmışlar. Həmin gün duman nisbətən var idi, lakin yolu görmək olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, rəfiqəsi Şahid3 ilə birlikdə kirayədə yaşayır. Şahid4 uzun müddətdir tanımış, lakin, sonuncu hərbi xidmətdə olduğuna görə görüşə bilməmişdir. Altun hərbi xidmətdən qayıtdıqdan sonra onunla görüşmədiyinə görə xx.xx.2024-cü il tarixdə görüşmək qərarına gəlmiş və fəvvarələr meydanında görüşmüşlər. Altunla görüşdükdən sonra yanlarına ümumi tanışları olan İsmayıl daha sonra isə Altunun qardaşı Ayxan gəlmişdir. Həmin vaxtı rəfiqəsi Şövkətlə birlikdə olmuşdur. Onlar fəvvarələr meydanında adını xatırlamadığı kafelərin birində əyləşərək söhbətləşmiş və çoxdan görüşmədikləri üçün səhərə qədər birlikdə kafedə olmuşlar. xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 06.00 radələrində evə gəlmək qərarına gəlmiş və İsmayılın idarə etdiyi Hyundai İX 35 markalı avtomaşınına əyləşərək evə getmək üçün yola düşmüşlər. İsmayıl sükan arxasında, Ayxan qabaq sağ oturacağda, Şövkət arxa sol hissəsində, o ortada, Altun isə arxa sol tərəfdə əyləşmiş idi və hərəkətə başlamışlar. Evə getmək üçün 8 noyabr prospekti ilə üzü Sadıqcan küçəsi istiqamətində hərəkət edərək 8 noyabr prospekti ilə Sadıqcan küçələrinin kəsişməsində olan işıqfordan sola dönmə əməliyyatı edən zaman ani bir vaxtda Ziğ dairəsi istiqamətindən 8 noyabr prospekti ilə üzü Ağ şəhər istiqamətində hərəkət edən ağ rəngli Hyundai accent markalı maşın yüksək sürətlə gələrək sərnişini olduğu avtomobilin arxa sağ hissəsindən vuraraq toqquşmuş və toqquşma zamanı zərbənin təsirindən İsmayılın idarə etdiyi avtomaşın aşmışdır. Hadisə zamanı heç bir xəsarət almamış, lakin, qabaq sağ tərəfdə əyləşmiş Ayxan xəsarət almışdır. Hadisə yerinə gələn TTY briqadasını həkimlərinin köməyi nəticəsində Ayxan xəstəxanaya aparılmış, lakin, sonuncu xəstəxanada aldığı bədən xəsarətlərindən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu İsmayılın sürücülük vəsiqəsi olduğundan mülkiyyətində olan Hyundai İX 35 markalı **-UK-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün oğlu İsmayıla xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək avtomobili idarə etmək üçün etibarnamə vermişdir. O gündəlik olaraq işdə olduğu üçün ev işləri və digər işlərin arxasınca getmək üçün İsmayıl həmin avtomobili idarə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında oğlu İsmayıl telefon zəngi edərək 8 noyabr prospektində yol nəqliyyat hadisəsinin baş verdiyini və nəticədə idarə etdiyi avtomaşın aşdığını bildirmişdir. Həmin günü anası yataq xəstəsi olduğuna görə anasının evində qalmış və İsmayıl ilə danışdıqdan sonra evdən bir başa hadisə yerinə getmişdir. Hadisə zamanı avtomobildə sərnişin qismində əyləşmiş dostu Ayxan adlı şəxs avtomaşının aşması nəticəsində xəsarət alaraq həlak olmuşdur. Hadisə nəticəsində ona məxsus olan avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 06:30 radələrində etibarnamə əsasında idarə etdiyi KİA Soul markalı **-AL-*** dövlət nömrə nişanlı avtomaşınla Sadıqcan küçəsi ilə 8 noyabr prospektinin kəsişməsində olan işıqforun qırmızı işığında dayanan zaman ani bir vaxtda Hyundai accent markalı avtomobillə Hyundai İX 35 markalı avtomaşının toqquşması nəticəsində Hyundai İX 35 markalı avtomobil aşaraq onun idarə etdiyi avtomobilin qabaq ön hissəsinə dəyərək toqquşmudur. Hadisə nəticəsində xəsarət almamış, lakin, avtomobilin qabaq hissəsi əzilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 aprel 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 17 aprel 2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai İX-35" markalı, **-UK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şahid1 idarə etdiyi "Hyundai Accent" markalı, **- CJ-*** dövlət nömrə nişanlı avtomobillərin toqquşma yeri Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti Sadıqcan küçəsinin kəsişməsidir; (i.v.9-19) - 17 aprel 2024-cü il tarixli 2/20272 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.20) - 30 mart 2024-cü il tarixli etibarnamədən görünür ki, Məmmədov X1 Sevinc Telman qızına məxsus olan **-UK-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ İX-35” minik markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir; (i.v.25) - Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ var; (i.v.25) - 17 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, “HYUNDAİ İX-35” minik markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, sağ yan qapıların əziyi, tavanın əziyi, son yan ətrafın əziyi, ön şüşələrin qırılması, tavanda quraşdırılmış havalandırmanın qırılması aşkar olunmuşdur; (i.v.27-29) - 17 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, “Kia Soul” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, ön kapotun əziyi, ön buferin əziyi, qoruyucu setkanın əziyi aşkar olunmuşdur; (i.v.30-32) - 12 mart 2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" BOKT ASC 30 Yanvar 2023-cü il tarixli, 2023/00030-01 saylı X11 Müqaviləsinə əsasən "xxxx" BOKT ASC-yə məxsus olan 01 ədəd KİA markalı, SOUL model, dövlət qeydiyyat nişanı 77AL286 olan (BB357371 reyestr nömrəli, Ban No KNAJT811BC7427686) minik avtomobilini Şahid6 (şəxsiyyət vəsiqəsi: AA*******, Asan 1 tərəfindən xx.xx.2019-cu il tarixində verilib; sürücülük vəsiqəsi: BA018829) Azərbaycan Respublikası hüdudlarında idarə etməyi etibar etmişdir; (i.v.45) - 02 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 471 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində 17 aprel 2024-cü il tarixə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir; (i.v.57-58) - 03 may 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında qərardan görünür ki, vətəndaş X9 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır; (i.v.63) - 07 may 2024-cü il tarixli videoyazıya baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, TŞ-5.049 təhlükəsizlik kamerasında qeyd alınmış ərazi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsini əhatə edir. TŞ-5-049 saylı kameranın 3 zonasına baxış keçirilən zaman qeyd alınmış görüntü 15 dəqiqəlik görüntüdür. Görüntünün qeydə alındığı tarix xx.xx.2024-cü il saat 06.24.59-dan 06.039.59-dəkdir. Belə ki, görüntünün davamında saat 06.29.14-də Təqsirləndirilən şəxs idarə etdiyi **-UK-*** dövlət nömrə nişanlı avtomaşınla Ağ şəhər istiqamətindən 8 noyabr prospekti ilə soldan ikinci zolaqla üzü Sadıqcan küçəsi istiqamətində hərəkət edib sola yəni Sadıqcan küçəsinə dönmə əməliyyatı etmək üçün hərəkətdə olduğu zolaqda quraşdırılmış işıqforun sola yaşıl işığı yanması üçün sektorun tələbinə məhəl qoymayaraq sola dönmə əməliyyatı davam etdirmək üçün yaşıl işığın yanmasını göstərən düzünə hərəkətin dödüncü yaşıl işığın yanıb sönməsində yol ayrıcına daxil olub üzü Sadıqcan küçəsi istiqamətində hərəkət edən zaman Zığ dairəsi istiqamətindən 8 noyabr prospekti ilə üzü Ağ şəhər istiqamətində hərəkət edən Şahid1 idarə etdiyi **-CJ-*** dövlət nömrə nişanlı avtomaşınla ilk olaraq sağdan ikinci zolaqla lakin yol ayrıcına çatmamış soldan ikinci zolağa daxil olaraq hərəkətini düzünə davam etdirmək istəyən zaman yol ayrıcına daxil olmamış hərəkətini sağa yəni zolağı dəyişərək soldan ikinci zolağa daxil olmaqla yol ayrıcına daxil olaraq **- UK-*** dövlət nömrə nişanlı avtomaşının sağ yan hissəsindən vuraraq toqquşur, toqquşmadan sonra **-UK-*** dövlət nömrə nişanlı avtomaşın sol yanı üstə aşdıqdan sonra **-CJ-*** dövlət nömrə nişanlı avtomaşın yol ayrıcında quraşdırılmış işıqfora çırpılır. Eyni zamanda TŞ-5-077 saylı təhlükəsizlik şəhər kamerasının 3 zonasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07.00.53-cü saniyəsində Şahid1 idarə etdiyi Hyundai Accent markalı **-CJ-*** dövlət nömrə nişanlı avtomaşınla Zığ dairəsi istiqamətindən 8 noyabr prospekti ilə sağdan birinci zolaqda təmir tikinti işləri aparıldığına görə sağdan ikinci zolaqla üzü Sadıqcan küçəsi istiqamətində hərəkət edib hərəkətdə olduğu zolağı dəyişərək sağdan ikinci zolaqla üçüncü zolağı ayrıran qırıq qırıq xəttin ortası ilə hərəkətini davam etdirir və yol ayrıcına çatmamış görüntüdən göründüyü kimi **-CJ-*** dövlət nömrə nişanlı avtomobilin sağ arxa əyləc sisteminin qırmızı işığı yanaraq, daha sonra avtomobil irəliyə hərəkətini davam etdirib yol ayrıcına daxil olan **-UK-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması öz əksini tapmışdır; (i.v.94) - 17 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik hüquqi şəxsin 42 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X2 meyitində baş-beyinə qansızma, baş-beyin ödemi, yoğun bağırsağa və bağırsaq müsariqəsinə qansızmalar, daxili qanaxma, bədənin çoxsaylı sıyrıq və qançırlar müəyyən edildi. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində travmatik və hemorraqik şok olmuşdur, ölüm xx.xx.2024-cü il tarixdə saat 08:00-da Neyrocərrahiyyə xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir; (i.v.95-99) - 09 may 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin arayışından görünür ki, DİN BDYPİ-nin mərkəzi infromasiya sisteminin məlumatına əsasən xx.xx.2006-cı il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus BA 207102 saylı sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixindən xx.xx.2034-cü il tarixədək aktivdir; (i.v.100) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v. 102) - 16 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 108) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 8/1654-4/1001 saylı ekspert rəyindən görünür ki, Hyundai İX35 markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndəinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hyundai Accent markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 tətdqiq olunan şəraitdə hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və "yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə haqısənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şahid1 sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtardığı vəziyyətdə avtomobili idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olması qeyd edilmişdir; (i.v.124-134) - 04 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir; (i.v.140) - 04 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 147) - 05 mart 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir; (i.v.166) - 05 mart 2025-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işindən Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin tərkib əlamətləri olduğundan ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır; (i.v.169- 171) - 05 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb odilmiş və ona ittiham elan edilmişdir; (i.v. 174-175) - 05 mart 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (i.v. 189-190) - 06 mart 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 471 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 42 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 493 nömrəli, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 avqust 2024-cü il tarixli, 3-16-16/2-8/1654- 4/1001 saylı rəyləri, ifadələr və protokollar sübut əhəmiyyət kəsb etdiyindən sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 264cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Xətai rayon Prokurorluğuna göndərilmişdir; (i.v. 203-209) - Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə təqdim etdiyi 29 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Qərar qəbul edilərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-198/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-198/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver