Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-199/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə 07 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Qardaşlar” adlı mağazanın arxa hissəsində olan pəncərənin dəmir barmaqlığını və şüşəsini sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan 01 ədəd 11 manat dəyərində 0,5 kq “Azərçay” çay paketini, 01 ədədi 4,20 manat olmaqla 84 manat dəyərində 20 ədəd “Sobranie” markalı, 01 ədəd 3,90 manat olmaqla 78 manat dəyərində 20 ədəd “Sobranie kompakt” markalı, 01 ədədi 3,50 manat olmaqla 140 manat dəyərində 40 ədəd “Winston” markalı, 1 ədədi 3,10 manat olmaqla 62 manat dəyərində 20 ədəd “LD” markalı, 01 ədədi 2,90 manat olmaqla 29 manat dəyərində 10 ədəd “LD kompakt” markalı, 01 ədədi 2,30 manat olmaqla 23 manat dəyərində 10 ədəd “Want” markalı, 01 ədədi 2,10 manat olmaqla 33,60 manat dəyərində 16 ədəd “Magna” markalı, 01 ədədi 3,70 manat olmaqla 74 manat dəyərində 20 ədəd “Kent 8” markalı siqaretləri və saxlanc yeri hesab edilən masanın siyirməsindən 125 manat nağd pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 659,60 (altı yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 11 yanvar 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında icarə əsasında işlətdiyi “telefon aksesuarları” adlı mağazanın sağ yan hissəsində olan pəncərənin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındırıb pəncərəni açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan 01 ədəd 100 manat dəyərində “Samsung” markalı notebooku kompüteri, 01 ədəd 250 manat dəyərində “Samsung” markalı planşeti, ayaqqabı qutusunda olan 1000 manat dəyərində telefon hissələrini, 01 ədəd 60 manat dəyərində “2 TB” yaddaş tutumlu Samsung markalı sərt diski, 01 ədədi 30 manat olmaqla 60 manat dəyərində 02 ədəd 500 GB yaddaş tutumlu Toshiba markalı sərt diski, 01 ədəd 30 manat dəyərində 500 GB yaddaş tutumlu sərt diski, 01 ədəd 30 manat dəyərində “Samsung” markalı GT-C3035 modelli mobil telefonu, 01 ədəd 80 manat dəyərində “Hisense” markalı F20 modelli mobil telefonu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1720 (bir min yeddi yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 12.01.2022-ci il tarixdə ünvan 2 ünvanında tanışı X1 oğurluq yolu ilə əldə etdiyi “Samsung” markalı noutbuk qarşılığında satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 1,817 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 yanvar 2022-ci il tarixdə saat 05:00 radələrində Xətai RPİ-nin 34cü PŞ-in əməkdaşları tərəfindən ünvan 4 ünvanın yaxınlığında oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılıb ünvan 5 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1,817 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, buna görə də maddi cəhətdən sıxıntıları olmuşdur. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, oğurluq edərək əldə etdiyi əşyaları satıb öz şəxsi ehtiyaclarına xərcləyər. Ona görə də 06.01.2022-ci il tarixdə yaşadığı binanın alt hissəsində olan “Qardaşlar” ərzaq mağazası onun diqqətini çəkmişdir. Həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın axşam saatlarında bağlı olduğunu bilmiş, ona görə də axşam olmasını gözləmişdir. Təxminən saat 03 radələrində yaşadığı evdən çıxaraq həmin mağazanın qarşısına getmişdir. Mağazanın sol hissəsində olan dəmir barmaqlıqları yerdən tapdığı lomla sındırmışdır. Sonra üzərində olan vintaçanla plastik pəncərəni açaraq oradan mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra mağazada içərisində 10 ədəd olan bir blok ağ rəngli nazik “Sobranie” siqaretini, içərisində 10 ədəd olan bir blok göy rəngli nazik “Sobranie” siqaretini, bir blokunun içərisində 10 ədəd olan iki blok “Sobranie kompakt” siqaretini, bir blokunun içərisində 10 ədəd olan iki blok nazik “Vinston” siqaretini, bir blokunun içərisində 10 ədəd olan iki blok “Vinston kompakt” siqaretini, bir blokunun içərisində 10 ədəd olan iki blok boz nazik “LD” siqaretini, içərisində 10 ədəd olan bir blok ağ rəngli “Magna” siqaretini, içərisində 10 ədəd olan bir blok nazik “Vant” siqaretini, içərisində 10 ədəd olan bir blok ağ rəngli nazik “LD kompakt” siqaretini, 2 qutu “Kent 8” markalı siqareti, 6 qutu “Magna” markalı siqareti, kassada olan 104 manat pulu, 21 manat civarında qəpik pulu və yarım kiloqramlıq “Azərçay” markalı çayı götürərək gəldiyi kimi mağazadan çıxıb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Həmin 104 manat nağd pulu və 21 manatlıq qəpikləri öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Siqaretlərin bir hissəsini satmış, bir neçə qutusunu isə istifadə etmişdir. Bundan sonra 07.01.2022-ci il tarixdə qalan siqaretləri satmaq qərarına gəlmişdir. Siqaretləri kənar bir yerə satmaq istəmişdir ki, siqaretlərin oğurluq olmasından heç kimin xəbəri olmasın. Ona görə də Xalqlar dostluğu metro stansiyasına gedib orada yaxınlıqda yerləşən Qara Qarayev küçəsində marketə girmişdir. Marketdə satıcıya yaxınlaşıb mağaza işlətdiyini, mağazanı bağladığı üçün qalan tütün məmulatlarını satdığını demişdir. Həmin şəxs də siqaretləri ondan almağa razılaşmışdır. O, yaşadığı evə qayıtmış bir neçə saat sonra qalan siqaretləri həmin mağazaya aparmışdır. O, mağazaya 27 manata içərisində 10 ədəd olmaqla bir blok “LD” markalı nazik siqareti, 35 manata içərisində 10 ədəd olmaqla bir blok “Sobranie Caster” markalı siqareti, 30 manata içərisində 10 ədəd olan bir blok “Vinston” markalı nazik siqareti, 30 manata içərisində 10 ədəd olan “Vinston kompakt” markalı siqareti, 30 manata içərisində 10 ədəd olan bir blok “Kent 4” markalı siqareti və 8 manata 05 qutu “Magna” markalı siqareti satmış və satıcıdan ümumilikdə 160 manat pul alaraq oradan uzaqlaşmışdır. 160 manat pulu da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa pulu qurtardığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Əhmədli metro stansiyası yaxınlığında olan zaman oğurluq etmək üçün yer axtaran zaman yaxınlıqda Sarayevo küçəsi 3 ünvanında yerləşən telefon aksesuarları mağazası diqqətini çəkmişdir. Həmin mağazadan oğurluq etməyi fikirləşmiş və axşam saatları olmasını gözləmişdir. 11.01.2022-ci il tarixdə təxminən saat 03 radələrində yaşadığı evdən çıxaraq piyada ünvan 3 ünvanına getmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra yerdən götürdüyü dəmir parçası ilə telefon aksesuarları mağazasının sağ hissəsində olan dəmir barmaqlıqları sındırdıqdan sonra obyektin pəncərəsini itələyərək açıb obyektə daxil olmuşdur. Obyektə daxil olduqdan sonra orada olan bir ədəd notebooku, bir ədəd planşeti, 4 ədəd kompüterə məxsus hard diski, iki ədəd mobil telefon və ayaqqabı qutusunun içərisində telefon hissələrini götürərək gəldiyi qaydada obyektdən çıxmışdır. Yolda yaşadığı ünvana gedən zaman planşetin işləmədiyini gördüyü üçün planşeti xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Həmçinin o, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 12.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində bədənində olan ağrılar üçün tanışı İlkinə zəng edərək narkotik vasitə lazım olduğunu, üzərində nağd pul olmadığını, ona görə də özünə məxsus notebooku ona verəcəyini bildirmişdir. İlkin də onunla razılaşdıqdan sonra onun yaşadığı ünvana gəlmişdir. Yaşadığı ünvanın qarşısında İlkinə notebooku verib əvəzində öz istifadəsi üçün təxminən iki qram psixotrop maddə olan metamfetamin almışdır. Aldığı psixotrop maddəni qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Saat təxminən 05 radələrində ünvan 7 ünvanının qarşısında yolu keçən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində olan zaman o, polis əməkdaşlarına üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Polis Şöbəsinə vəkil dəvət olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, o, əynindəki qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümdə olan maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən etibarən ünvan 2 ünvanda yerləşən “Qardaşlar” adlı marketi icarə əsasında işlədir. Mağaza təxminən 30 kv/m ölçülü olmaqla mağazada müxtəlif ərzaq məhsulları və digər gündəlik tələbat malları satılır. Hər gün saat 07 radələrində marketə gəlib mağazanın dəmir metaldan olan giriş qapısının kilidini özündə olan açarlar vasitəsi ilə açaraq fəaliyyətə başlayır. Müştərilərin gediş-gəlişlərindən asılı olaraq gecə saat 01 radələrində marketi bağlayır. Həmişə olduğu kimi 06 yanvar 2022-ci il tarixdə saat 07 radələrində marketə gedərək fəaliyyətə başlamışdır. Gecə saat 24 radələrində marketi bağlayaraq yaşadığı evə getmişdir. Həmin gün ərzində hər hansı şübhəli şəxs marketə gəlməmiş və ya hər hansı şəxsin şübhəli davranışı onun diqqətini çəkməmişdir. Buna baxmayaraq 07 yanvar 2022-ci il tarixdə səhər saat 07 radələrində marketə gedib giriş qapısını açdıqda marketin içərisinin dağınıq vəziyyətdə olduğunun və marketin arxa pəncərəsi ilə pəncərəni əhatə edən barmaqlığın sındırılmasını görmüşdür. Həmin vaxt o, icarə əsasında işlətdiyi marketdən oğurluq edildiyini başa düşmüşdür. Dərhal ərazi üzrə 34-cü Polis şöbəsinin sahə inspektoru Natiqə zəng edərək həmin oğurluq hadisəsi barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşlarının gəlməsini xahiş etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə marketdə olan əşyalara nəzər saldığı zaman, marketdə olan masanın siyirməsindən özünə məxsus 104 manat məbləğində pulun, 21 manat məbləğində xırda pulun, vitrində olan dəyəri 11 manat olan 01 ədəd yarım kiloluq “Azərçay” paketinin, vitrində dəyəri 4 manat olan 20 ədəd “Sobranie” markalı tütün məmulatının, dəyəri 3 manat 90 qəpik olan 20 ədəd “Sobranie kompakt” markalı tütün məmulatının, dəyəri 3 manat 50 qəpik olan 40 ədəd “Winston” markalı tütün məmulatının, dəyəri 3 manat 10 qəpik olan 20 ədəd “LD” markalı tütün məmulatının, dəyəri 2 manat 90 qəpik olan 10 ədəd “LD kompakt” markalı tütün məmulatının, dəyəri 2 manat 30 qəpik olan 10 ədəd “Want” markalı tütün məmulatının, dəyəri 2 manat 10 qəpik olan 16 ədəd “Magna” markalı tütün məmulatının və dəyəri 3 manat 70 qəpik olan 20 ədəd “Kent 8” markalı tütün məmulatının oğurlandığını aşkar etmişdir. İcarə əsasında işlətdiyi “Qardaşlar” adlı marketdən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 655 manat 60 qəpik maddi ziyan dəymişdir. Beləliklə o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirərək onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Xətai rayonu, Sarayevo küçəsi 3 ünvanında yerləşən “Telefon aksesuarları” mağazasını icarə əsasında işlədir. Maqazini səhər 10 radələrində açır və axşam 22 radələrində bağlayr. Mağazada əsasən mobil telefon və kompüter aksesuarları təmir etmiş, həm də həmin aksesuarları satmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 22 radələrində hər gün olduğu kimi mağazanı bağlayıb yaşadığı evə getmişdir. 11.01.2022-ci il tarixdə saat 09 radələrində işlədiyi Sarayevo küçəsi 3 ünvanına getmişdir. Mağazanın qarşısına gələn zaman mağazanın sağ tərəfində olan pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. Mağazadan oğurluq olması ilə bağlı şübhələndiyi üçün Elşən adlı tanışından xahiş etmişdir ki, DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat versin və qeyd olunan ünvana polis əməkdaşlarının gəlməsini xahiş etsin. Elşən məlumat verdikdən sonra işi olduğu üçün çıxıb getmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşları hadisə yerinə gələnədək mağazaya daxil olmamışdır. O, polis əməkdaşları ilə birlikdə mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra mağazaya baxış keçirilmişdir. Baxış zamanı mağazada ona aid sol tərəfdə rəflərin üzərində olan qidalandırıcı bloku olmayan 01 ədəd 200 manat dəyərində “Samsung” markalı noutbukun, 01 ədəd 250 manat dəyərində “Samsung” markalı planşetin, ayaqqabı karobkasının içərisində olan 1000 manat dəyərində telefon hissələrini, 01 ədəd 95 manat dəyərində “1 TB”, 01 ədədi 73 manat olmaqla 146 manat dəyərində 02 ədəd 500 MB və 01 ədəd 40 manat dəyərində 250 MB hard disklərin, bir ədəd 50 manat dəyərində “Samsung” markalı mobil telefonun və 01 ədəd 100 manat dəyərində “Hisense” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1881 manat maddi ziyan dəymişdir. Beləliklə o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirərək onun barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 114 ünvanında yerləşən binanın qarşısında mağazanı təxminən bir ilə yaxındır ki, işlədir, həmin mağazada müxtəlif növ ərzaq məhsulları və tütün məmulatları satır. Gün ərzində saat 08 radələrində mağazanı açmış və axşam saat 24 radələrində mağazanı bağlayaraq yaşadığı ünvana getmişdir. Elxan Abbasovu təxminən bir həftə əvvəl tanımışdır. 07.01.2022-ci il tarixdə saat 17 radələrində bir nəfər tanımadığı şəxs onun işlədiyi mağazaya gəlmişdir. Həmin şəxs təxminən 45 yaşlarında olmuş və çəliklə gəzmişdir. Həmin şəxs özünü Elxan deyə təqdim etmiş və ona mağaza işlətdiyini, mağazanı bağladığını və mağazanı bağladığı zaman qalan tütün məmulatlarını satmaq istədiyini bildirmişdir. O, Elxandan tütün məmulatlarının harada olduğunu soruşan zaman Elxan ona tütün məmulatlarının yaşadığı evdə olduğunu bildirmişdir. O, Elxandan tütün məmulatlarını gətirməsini istədikdən sonra Elxan çıxıb getmiş və bir neçə saatdan sonra əlində sellofanla geri qayıtmışdır. Həmin sellofanın içərisində tütün məmulatları olmuşdur. O, Elxandan 27 manata içərisində 10 ədəd olmaqla bir blok “LD” markalı nazik siqaret, 35 manata içərisində 10 ədəd olmaqla bir blok “Sobranie Caster” markalı siqareti, 30 manata içərisində 10 ədəd olan bir blok “Vinston” markalı nazik siqareti, 30 manata içərisində 10 ədəd olan “Vinston kampak” markalı siqareti, 30 manata içərisində 10 ədəd olan bir blok “Kent 4” markalı siqareti və 8 manata 05 qutu “Magna” markalı siqareti almış və ümumilikdə Elxana 160 manat pul vermişdir. Bundan sonra Elxan çıxıb getmişdir. 13 yanvar 2021-ci il tarixdə onun işlədiyi mağazaya polis əməkdaşları gələrək onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona Elxanın ona satdığı siqaretlərin oğurluq yolu ilə əldə olunduğunu, yəni Elxanın həmin siqaretləri oğurladığını demişlər. O, həmin siqaretləri tanımadığı şəxslərə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda qeydiyyatdadır və faktiki olaraq oğlu ilə birlikdə həmin ünvanda yaşayır. X6 onun oğludur. İlkin avtobus sürücüsü işləmişdir. İlkinin narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. İlkin tutulduqdan sonra onun xəbəri olmuşdur ki, İlkin narkotik vasitə istifadəçisidir. İlkin hər gün səhər saatlarında evdən sərnişin avtobusu idarə etmək üçün çıxmış, axşam saatlarında yaşadıqları evə qayıtmışdır. 12 yanvar 2022-ci il tarixdə axşam saatlarında İlkin yaşadıqları evə gəlmişdir. İlkin evə gələn zaman əlində bağlama olduğunu görmüşdür. Həmin bağlamada nə olmasını soruşan zaman İlkin bildirmişdir ki, həmin bağlamanın içərisindəki notbukdur, pul verib almışdır. O, İlkinə heç nə deməmiş və İlkin notbuku evə qoymuşdur. 13.01.2022-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə zəng gəlmişdir. Zəng edən şəxs özünü Xətai RPİ-nin 34-cü polis şöbəsinin əməkdaşı olaraq təqdim edərək oğlu İlkinin tutulduğunu demişdir. Bundan əlavə polis əməkdaşı İlkinin evə notbuk gətirib-gətirmədiyini soruşan zaman o, İlkin bir gün əvvəl, yəni 12.01.2022-ci il tarixdə evə gələn zaman notbuk gətirdiyini bildirmişdir. Polis əməkdaşları həmin notbuku Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirməsini istəmişlər. O, da etiraz etməyərək İlkinin evə gətirdiyi notbuku 34-cü Polis Şöbəsinə aparıb polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində Elxan adlı şəxsin oğurluq etməsi, mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 13.01.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsinə yollanmışlar. Həmin gün saat 05:00 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda onun Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsə oğurluq etməkdə, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə yollanmışlar. Polis şöbəsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil polis bölməsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü masanın üzərinə qoymuşdur. Sellofanın içərisinə baxış keçirilən zaman kristal halında olan maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükülünün içərisindəki psixotrop maddə olan metamfetamindir və həmin metamfetamini öz istifadəsi üçün “Kubinka” deyilən ərazidən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən alıb istifadə etmək üçün üzərində gəzdirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Baxışdan sonra Təqsirləndirilən şəxs əlavə olaraq hər hansı bir cinayət törətməsi barədə sual verildikdən sonra o, bir neçə gün əvvəl yaşadığı binanın həyətində olan “Qardaşlar” mağazasının pəncərəsini sındıraraq oraya daxil olub həmin mağazadan nağd pul, müxtəlif markalı tütün məmulatları və digər əşyalar oğurladığını, bundan əlavə Əhmədli metro stansiyasının yaxınlığında, Sarayevo küçəsi 3 ünvanında yerləşən “telefon aksesuarları” mağazasından bir ədəd notbuk, 02 ədəd mobil telefon və başqa aksesuarları oğurladığını bildirmişdir. Sonradan Elxanla söhbət zamanı o, bildirmişdir ki, üzərində olan metamfetamini “Kubinka” deyilən ərazidən deyil, tanışı İlkin adlı şəxsdən öz istifadəsi üçün almış və narkotik alması üçün pul əvəzinə İlkinə oğurladığı notbuku vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. Şahid Əliyev X7 istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. Xətai rayonunun inzibati ərazisində Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlinə görə saxlanılmış və Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ilkin olaraq həmin psixotrop maddə olan metamfetamini “Kubinka” deyilən ərazidə, tanımadığı şəxsdən aldığını bildirmişdir. Psixotrop madə olan metamfetaminin mənbəsinin müəyyən olunması istiqamətində Təqsirləndirilən şəxsla söhbət zamanı Elxan üzərindən aşkar edilmiş psixotrop maddəni tanışı İlkin adlı şəxsdən aldığını, İlkinin Bakı şəhər Baş Polis İdarəsininin yaxınlığında qaldığını bildirmişdir. Bundan sonra 13.01.2022-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsinə yollanmışlar. Həmin gün saat 14:30 radələrində orada onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşmaq istəyən zaman həmin şəxs onlardan qaçmağa başlamışdır. Onlar da həmin şəxsin arxasınca qaçan zaman həmin şəxs öz dediyinə görə narkotikin təsiri altında müvazinətini itirərək yerə yıxılmışdır. Onlar həmin şəxsə yaxınlaşaraq yerdən qaldırıb özlərini təqdim etmişlər. Həmin şəxsdən şəxsiyyətini soruşduqda özünü X6 olmasını bildirmişdir. Həmin şəxsə narkotik vasitə satmaqda şübhəli olduğunu deyərək şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə dəvət etmişlər. X6 onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermiş və birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsinin inzibati binasında olan zaman İlkin Mahmudovun hüquqlarını müdafiə etmək üçün 13 saylı Vəkil bürosundan vəkil dəvət olunmudur. Vəkil Polis Şöbəsinə gəldikdən sonra xidməti otaqda X3 üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı İlkin Mahmudova təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Həmin vaxt X6 əynində olan boz rəngli şalvarın sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisindən ilkin olaraq bir ədəd bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı İlkin həmin siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra İlkin digər iki ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli bükülünü masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. X6 həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından 40 manata onlayn yolla əldə etdiyini demişdir. Baxış zamanı X4 bildirilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-də üzərinə baxış keçirilən zaman Elxanın üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuş və Elxan izahatında həmin psixotrop maddəni İlkin Mahmudovdan oğurluq yolu ilə əldə etdiyi bir ədəd notbuka dəyişdiyini bildirmişdir. İlkin Mahmudov isə cavabında Təqsirləndirilən şəxs 02 qram narkotik verdiyini və Elxana verdiyi narkotik qarşılığında notbuk aldığını bildirərək, həmin notbuku yaşadığı evində saxladığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid6 şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); şübhəli şəxsin tutulması haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 16); şəxsi axtarış və götürmə aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu bildirmişdir. Qeyd olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və ağ rəngli sellofana bükülmüş maddənin ümumi çəkisinin 2 qram olduğu müəyyən edilmişdir (cild 1, i.v. 26-27); hadisə yerinə baxış keçirilməsi haqqında 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Qardaşlar” adlı ərzaq mağazasında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 37-40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2022-ci il tarixli, 6/220 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,817 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 47-50); şübhəli şəxsin dindirilməsi haqqında 13 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə istifadəçisi olduğunu, heroin və metamfetamindən istifadə etdiyini, 12.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində bədənində olan ağrılar üçün tanışı İlkinə zəng edərək narkotik vasitə lazım olduğunu, üzərində nağd pulu olmadığını, ona görə də özünə məxsus notebooku ona verəcəyini bildirdiyini, yaşadığı ünvanın qarşısında İlkinə notebooku verib əvəzində öz istifadəsi üçün təxminən iki qram psixotrop maddə olan metamfetamin aldığını və aldığı psixotrop maddəni qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəmi oxudum, düz yazılıb, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 1, i.v. 54-58); hadisə yerinə baxış keçirilməsi haqqında 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Telefon Aksesuarları” adlı mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 68-74); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 82); zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 91-92); “CD-R” diskə baxış keçirilməsi haqqında 14.01.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 yanvar 2022-ci il tarixli protokola uyğun olmuşdur (cild 1, i.v. 145-146); 14.01.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və X6 ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (cild 1, i.v. 147-151); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14.01.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 152-153); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur (cild 1, i.v. 155-157); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, o, narkotik vasitə istifadəçisi olduğunu, heroin və metamfetamindən istifadə etdiyini, 12.01.2021-ci il tarixdə saat təxminən 22 radələrində bədənində olan ağrılar üçün tanışı İlkinə zəng edərək narkotik vasitə lazım olduğunu, üzərində nağd pulu olmadığını, ona görə də özünə məxsus notebooku ona verəcəyini bildirdiyini, yaşadığı ünvanın qarşısında İlkinə notebooku verib əvəzində öz istifadəsi üçün təxminən iki qram psixotrop maddə olan metamfetamin aldığını və aldığı psixotrop maddəni qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoyduğunu etiraf etmiş və “ifadəmi oxudum, düz yazılıb, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (cild 1, i.v. 168-172); “DVD-R” diskə baxış keçirilməsi haqqında 14.01.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “telefon aksesuarları” mağazasının müşahidə kamerasından götürülmüş 01 ədəd “DVD-R” fomatlı diskə baxış keçirilmiş müəyyən olmuşdur ki, bir nəfər şəxs mağazanın sağ hissəsində olan pəncərədən mağazaya daxil olur, həmin şəxsin başında papaq, üzündə tibbi maska və üzərində qış gödəkcəsi olması aşkar edilir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mağazaya daxil olan şəxsin özü olmasını bildirir. Elxan mağazaya daxil olan zaman vitrinlərin üzərində olan telefon aksesuarları yerə dağılır, bundan sonra Elxan əlində olan fənərin işığını yandıraraq mağazanın içərisinə baxaraq vitrinin üzərindən bir ədəd notbuk götürüb paltarının içərisində gizlədir, daha sonra digər bir vitrindən əlavə bir ədəd də notbuk götürərək əlində saxlayır, vitrinlərin birindən əlavə olaraq bir ədəd planşet götürərək həmin planşeti paltarının içərisinə yerləşdirir, əlində olan notbuku isə kreslonun üzərinə qoyur, sonra yerə dağılmış mobil telefonlara və vitrində olan ayaqqabı qutularının içərisinə baxır, içərisində telefon hissələri olan ayaqqabı qutularından birini götürərək mağazaya daxil olduğu pəncərənin qarşısına qoyur, vitrinin siyirməsində olan portmanata bənzər əşyanı götürərək gödəkçəsinin sağ yan cibinə qoyur, həmin portmanatın içərisində 4 ədəd sərt disk vardır, sonra oğurladığı bir ədəd notbuku, bir ədəd planşeti, iki ədəd mobil telefon və içərisində telefon hissələri olan ayaqqabı qutusunu da götürərək gəldiyi qaydada mağazadan çıxıb gedir (cild 1, i.v. 173); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.01.2022-ci il tarixli 4(011)-17/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13.01.2022-ci il tarixdən hesablanmışdır (cild 1, i.v. 190-195); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 04.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 08.04.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 83.3, 143.3, 213, 38, 23-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il müddətinə azadlıqdan şərti məhrum edilmişdir, Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 23.09.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 144.4, 39-cu maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.07.2000-ci ildə Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Lənkəran Rayon Məhkəməsinin 17.07.2003cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 67-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.11.2005-ci ildə cəzasının sonu ilə azad olunmuşdur, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.05.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə təyin olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.07.2008-ci ildə vaxtından əvvəl şərti azad olunmuşdur, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.12.2014-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə təyin olunmaqla 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.12.2015-ci ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzasının 10 ay 14 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 11.07.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23.04.2020-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarına əsasən cəzasının 07 ay 20 günü hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, 12.12.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 2, i.v. 36-39); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsinin 07.02.2022-ci il tarixli 578 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 69-70); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2022-ci il tarixli, 6/351 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,767 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...imzalar...təhqiqatçı E.Qəribov (imza)...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.376 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Üzərində “...imzalar...təhqiqatçı E.Qəribov (imza)...” sözləri olan 2№-li zərfdəki iki ədəd bükümdə ümumi təmiz çəkisi 1.309 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (cild 2, i.v. 72-77); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 9/449 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 360.0 manat müəyyən edilmişdir (cild 2, i.v. 79- 81); əşyanın tanınmaya təqdim edilməsi haqqında 04 mart 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Elmir Abdullayev “telefon aksesuarları” mağazasından oğurlanmış “Samsung” markalı notbukun, 02 ədəd mobil telefonun və 04 ədəd hard diskin ona məxsus olduğunu bildirmişdir. O, həmin notbuku qidalandırıcısı olmadığından, hard disklərin birinin üzərində olan yazıların silinməsindən, digərinin üzərində rəsimlərin olmasından, digərinin qara parçasının içərisində olmasından, işlənmə dərəcəsindən və rəngindən tanımışdır (cild 2, i.v. 82-83); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 08.03.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-əmtəəşünaslıq ekspert rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.817 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.767 qram çəkidə psixotrop maddə olan metamfetamin Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, 02 ədəd 500 Gb yaddaş tutumlu “Toshiba” markalı sərt disk, 01 ədəd 2 Tb yaddaş tutumlu, “Samsung” markalı sərt disk, 01 ədəd 500 Gb yaddaş tutumlu sərt disk, 01 ədəd “Samsung” markalı notebook, 01 ədəd “Samsung” markalı, GT-C3035 modelli və 01 ədəd “Hisense” markalı F20 modelli mobil telefon aparatları maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmış, 01 ədəd “DVD-R” və 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır (cild 2, i.v. 105-130); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 1(011)-89/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, i.v. 165-169); hökmün icrası barədə 01 aprel 2022-ci il tarixli göstərişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 1(011)-89/2022 saylı hökmü 31 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardıb təqdim edir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması soruşulduqda o, üzərindən aşkar edilmiş maddənin metamfetamin olduğunu bildirir və qeyd olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilərək ümumi çəkisinin 2 qram olduğu müəyyən edilir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntü “DVD-R” diskə baxış keçirilməsi haqqında 14.01.2022-ci il tarixli protokolda qeyd olunan hallara uyğun olmuş, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “telefon aksesuarları” adlı mağazanın sağ yan hissəsində olan pəncərənin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındırıb pəncərəni açmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq, oradan 01 ədəd 100 manat dəyərində “Samsung” markalı notebooku kompüteri, 01 ədəd 250 manat dəyərində “Samsung” markalı planşeti, ayaqqabı qutusunda olan 1000 manat dəyərində telefon hissələrini, 01 ədəd 60 manat dəyərində “2 TB” yaddaş tutumlu Samsung markalı sərt diski, 01 ədədi 30 manat olmaqla 60 manat dəyərində 02 ədəd 500 GB yaddaş tutumlu Toshiba markalı sərt diski, 01 ədəd 30 manat dəyərində 500 GB yaddaş tutumlu sərt diski, 01 ədəd 30 manat dəyərində “Samsung” markalı GT-C3035 modelli mobil telefonu, 01 ədəd 80 manat dəyərində “Hisense” markalı F20 modelli mobil telefonu gizli talaması faktı öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün “Kubinka” deyilən ərazidən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Həmçinin sonradan Elxanla söhbət zamanı o, bildirmişdir ki, üzərində olan metamfetamini “Kubinka” deyilən ərazidən deyil, tanışı İlkin adlı şəxsdən öz istifadəsi üçün almış və narkotik alması üçün pul əvəzinə İlkinə oğurladığı notbuku vermişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün “Kubinka” deyilən ərazidən tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən alıb istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol və qablaşdırma iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Həmçinin sonradan Elxanla söhbət zamanı o, bildirmişdir ki, üzərində olan metamfetamini “Kubinka” deyilən ərazidən deyil, tanışı İlkin adlı şəxsdən öz istifadəsi üçün almış və narkotik alması üçün pul əvəzinə İlkinə oğurladığı notbuku vermişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə, ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1.817 qram olan psixotrop maddə – metamfetamin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğurluq əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan əvvəlki hökmlər üzrə məhkumluqları ödənilsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.04.2017-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunn bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.04.2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində dəyişiklik edilərək göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 1(011)-89/2022 saylı hökmünün 31 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada cəza təyin edilməlidir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.817 qram, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.717 qram psixotrop maddə olan metemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd 500 Gb yaddaş tutumlu “Toshiba” markalı sərt diskin, 01 ədəd 2 Tb yaddaş tutumlu, “Samsung” markalı sərt diskin, 01 ədəd 500 Gb yaddaş tutumlu sərt diskin, 01 ədəd “Samsung” markalı notbukun, 01 ədəd “Samsung” markalı, GT-C3035 modelli və 01 ədəd “Hisense” markalı F20 modelli mobil telefon aparatlarının sahibinə geri qaytarılması nəzərə alınmalı, 1 ədəd “DVD-R” və 01 ədəd “CD-R” formatlı disklər iş materiallarında saxlanılmalı (CPM-132), 326 (üç yüz iyirmi altı) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-89/2022 saylı 11 mart 2022-ci il il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin saxlancında təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,817 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,717 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 02 ədəd 500 Gb yaddaş tutumlu “Toshiba” markalı sərt diskin, 01 ədəd 2 Tb yaddaş tutumlu, “Samsung” markalı sərt diskin, 01 ədəd 500 Gb yaddaş tutumlu sərt diskin, 01 ədəd “Samsung” markalı notbukun, 01 ədəd “Samsung” markalı, GT-C3035 modelli və 01 ədəd “Hisense” markalı F20 modelli mobil telefon aparatlarının sahibinə geri qaytarılması nəzərə alınsın, 1 ədəd “DVD-R” formatlı və 01 ədəd “CD-R” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 326 (üç yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-199/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-199/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver