Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-199/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Üsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədilə Zərərçəkmiş şəxs Xıdır bəy qızının oğlu Murad Həbibovun ali məktəbə qəbul imtahanlarından uğursuz nəticə əldə etməsi barədə dayısı X3 məlumat aldıqdan sonra onların etibarından sui istifadə edərək X13 Akademiyasına qəbul etdirəcəklərinə dair yalan vədlər verib aldadaraq 15 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 14 ünvanda yerləşən biııanm 70 nömrəli mənzilində Şahid3 vasitəsilə 5.000 manat pul vəsaitini alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdi ki, o, Şahid3 5-6 il olar ki, tanıyır, Şahid2 və Şahid1 ötəri olaraq Nicadın vasitəsilə tanımışdır. 2021-ci ilin yay aylarında Nicad zəng edərək bildirmişdir ki, bir nəfər şəxs vardır və həmin şəxsə təhsillə bağlı kömək etmək lazımdır. Nicada yalandan həmin şəxsin sənədlərinə baxdıqdan sonra kömək edə biləcəyini demişdir. Bundan sonra görüş təyin olunmuşdur. 15 avqust 2021-ci il tarixdə Nicad ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində adını bilmədiyi kafedə görüşmüşlər. Orada Nicad bildirmişdir ki. Ramin və Vüqar adlı şəxslər gələcək. Bir neçə dəqiqə keçdikdən sonra olduqları kafeyə Ramin və Vüqar adlı şəxslər gəlmişdir. Vüqarı və Ramini ilk dəfə həmin vaxt görmüşdür. Həmin günə qədər Vüqarı və Ramini görməmiş, eyni zamanda tanımamışdır. Orada Vüqar demişdir ki, bacısı oğlu X2 İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmiş və hazırda İdman Akademiyasına qəbul olmaq istəyir. Vüqardan gətirdiyi sənədləri alıb baxmış və yalandan kömək edə biləcəyini bildirmişdir. Vüqardan işi düzəltməyi üçün 5.500 manat pul istəmişdir. Yalandan Vüqara demişdir ki, 5.000 manat pulu işin düzəlməsi üçün, 500 manat isə özünə görə istəyir. Lakin orada işi kimin düzəldəcəyi barədə heç nə deməmişdir. Yalnız Təhsil Nazirliyi ilo əlaqələrinin geniş olmasını bildirib söz vermişdir ki, işi düzəldəcək. Vüqardan pulu gətirib-gətirməməsini soruşmuş, o da pulu gətirmədiyini, lakin yaşadığı evdə hazır olmasını demişdir. Bundan sonra isə Ramin, Nicad və Vüqar pulu götürmək üçün getmişlər. Belə ki, pulu Muradın anası verməli olmuşdur. Kafedə əyləşib onları gözləmişdir. Bir neçə saat sonra Nicad tək gəlmiş və 5000 manat pul verilməsini bildirmişdir. Nicaddan 5000 manat pulu almış və sonuncu getmişdir. Sonradan Vüqar və bacısı Mərziyə adlı qadın zəng etmişdir. Onlara yalandan işi həll edəcəyini bildirmişdir. Sonradan isə öyrənmişdir ki, nömrəsini onlara Nicad vermişdir. O, nə Şahid1, nə də ki, Şahid2 heç bir məbləğdə pul almışdır. Onlarla görüşən zaman yalnız bildirmişdir ki, X13 Akademiyasına qəbul etdirə bilər. Bunu onlara öz əlaqələrindən istifadə edərək edəcəyini demişdir. İnanmalarından ötrü də Təhsil Nazirliyi ilə əlaqələrinin geniş olmasını bildirmişdir. Heç bir iş görməmiş, onları aldadıb pul almışdır. Niyyəti əvvəlcədən pul əldə etmək olmuş, hər hansı bir iş görmək məqsədi olmamışdır. Hazırda o, əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona vurulan ziyanı tam ödəmişdir. Xəstəliyi ilə əlaqədar bir neçə məhkəmə prosesində iştirak edə bilməmişdir. Vurulan ziyanın ödənilməsinə və zərərçəkmişlə barışıq əldə olunmasına baxmayaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, oğlu X8 xx.xx.2004cü il təvəllüdlüdür və onun himayəsində yaşayır. Oğlu Murad heç bir yerdə işləmir, belə ki, sonuncu 2021-ci il tarixdə orta məktəbi bitirmiş və X12 tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmişdir. Bundan sonra onlar oğlunu İdaman Akademiyasına tələbə kimi qəbul olunmasını istəmişlər. Bunun üçün də onlara kömək edəcək şəxs axtarmışdır. Bu barədə yaxın qohumlarına və tanışlarına məlumat vermişlər. 2021-ci ilin yay aylarında qardaşı Şahid1 tanıdığı Şahid2 ilə görüşərək oğlu X6 tələbə kimi qoymaq istədiyini bildirmiş və kömək etməsini xahiş etmişdir. Şahid2 də oğlu X6 qoya biləcəyinə söz vermişdir. Bu barədə qardaşı Vüqar bildirmişdir. Ramin qardaşı Vüqara X7 qoymaq üçün 5.000 manat pul istəmişdir. 15 avqust 2021-ci il tarixdə qardaşı Vüqarın yaşadığı evdə olmuşdur. Həmin günü qardaşı Vüqar zəng edərək demişdir ki, Ramin ilə pulu götürməyə gəlirlər. Bir neçə dəqiqə keçdikdən sonra yaşadığı mənzilin qapısı döyülmüş və qapını açmışdır. Vüqar və Ramin içəri evə daxil olmuşlar. Evin digər otağına keçmiş və 5.000 manat pulu Vüqara vermişdir. Qardaşı Vüqar evdə Ramin ilə söhbət etmiş və 5.000 manat pulu Raminə vermişdir. Ramin də pulu götürüb qardaşı Vüqar ilə aşağı həyətə düşmüşlər. Bunları sonradan qardaşı Vüqar evdə bildirmişdir. Bir neçə gün keçdikdən sonra qardaşı Vüqar Ramin ilə danışan zaman Nicad adlı şəxsin telefon nömrəsini almışdır. X15 adlı şəxsin telefon nömrəsini ona vermişdir. Oğlunun təhsil məsələsinin alınmadığını görüb Nicad adlı şəxso zəng etmiş və telefonla danışmışdır. Nicad bildirmişdir ki. Ramin pulu ona vermiş, o da pulu başqa bir şəxsə vermişdir ki, işi düzəltsin. Nicada inanmış, lakin işin düzəlmədiyini görüb yenidən Nicada zəng etmiş və ucadan danışıb öz iradını bildirmişdir. Bu zaman Nicad pulu Əziz adlı şəxsə verməsini və sonuncunun işi düzəldəcəyini demişdir. Nicad Əziz adlı şəxsin telefon nömrəsini ona vermişdir. Bundan sonra Nicad i.ə danışığı olmamışdır. Əziz adlı şəxsə zəng etmiş və sonuncu ilə danışmışdır. Əziz Nicadın dediklərini təsdiq edərək söz vermişdir ki. oğlu X6 qəbul etdirəcək və pul ona çatmışdır. Lakin Əziz onu aldatmış və telefonu söndürmüşdür. Bundan sonra məlum olmuşdur ki, Əziz onları aldatmış və pulu ələ keçirmişdir. X10 Şahid2 500 manat pul verməsini görməmiş və onların danışıqlarında iştirak etməmişdir. Qardaşı Raminə pul verən zaman digər otaqda olmuşdur. Şahid2 qardaşı tərəfindən verilmiş 5.000 manat pul vəsaiti özünə məxsus olmuşdur. X7 qəbul etdirməyi qardaşı Vüqara Əziz adlı şəxs söz vermişdir. Pulun verilməsi ilə bağlı qəbz və yaxud müqavilə yoxdur. Qardaşı pulu yaşadığı mənzildə Raminə vermişdir. Həmin vaxt evdə yalnız Ramin və qardaşı Vüqar olmuşdur. Əziz adlı şəxsi tanımamış və görməmişdir. Əzizin X7 kimlərin vasitəsilə qəbul etdirəcəyini bilməmişdir. Oğlu X5 qəbul olunması üçün heç bir yerə müraciət etməmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulan ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qeyd etdiyi halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, evlidir və iki azyaşlı uşağı vardır. ünvan 2 ünvanda yerləşən “Turku.az” mətbəx avadanlıqlarının satışı mağazasında sürücü işləyir. Həmin mağazaya məxsus “Fiat’' yük markalı avtomobili idarə etmişdir. Həmin avtomobillərə malları paylayır. Şahid1 10 il olar ki, tanıyır, sonuncu ilə qohumluğu yoxdur. Mütəmadi olaraq Vüqarla telefonla danışmış və görüşmüşlər. 2021-ci ilin yay aylarında Vüqar ilə telefonla danışan zaman sonuncu bildirmişdir ki, bacısı oğlu Murad Dövlət imtahanından kəsilmiş və sonuncunu İdman Akademiyasına tələbə kimi düzəltmək istəyirlər. Ramin kömək istəmiş, sonuncuya bildirmişdir ki. maraqlanıb xəbər edəcək. Bir neçə gün sonra tanışı Nicad adlı şəxs ilə telefonla danışan zaman sonuncu tanışının bacısı oğlunun imtahandan kəsilməsini və İdman Akademiyasına tələbə kimi düzəlmək istəməsini bildirmişdir. Nicad da maraqlanıb xəbər edəcəyini demişdir. Nicadı iki il olar ki, tanıyır. Bir ay sonra Nicad zəng edərək bildirmişdir ki. Əziz adlı şəxs vardır və sonuncu ilə danışmış, təhsil məsələsini həll edəcək. Nicad görüşməyi təklif etmiş və həmin günü Vüqara zəng edərək görüşmək haqqında demişdir. 15 avqust 2021-ci il tarixdə Nicad, Əziz və Vüqar Sabunçu rayonu Bakıxaov qəsəbəsində adını bilmədiyi kafedə görüşmüşlər. Həmin vaxt Əzizi ilk dəfə görmüşdür. Əziz ilə tanış olmuşdur. Əziz Təhsil Nazirliyi ilə əlaqələrinin geniş olmasını demişdir. Orada Vüqar bacısı oğlu barədə danışdıqdan sonra Əziz Vüqardan 5.000 manat və 500 manat pul istəmişdir. Əziz həmin pulun 5.000 manatını işi görmək üçün, 500 manatı isə özünə istəmişdir. Əziz Vüqardan pulu istədikdə sonuncu üzərində olmadığını demişdir. Bu zaman Əziz nə üçün hazır gəlmədiyini soruşmuşdur. Vüqar da pulun hazır olmasını, lakin yaşadığı evdə olmasını bildirmişdir. Onlar razılaşmışlar ki, Əziz gözləyəcək, o isə Vüqar və Nicad ilə Vüqarın yaşadığı mənzilə gedəcəkdir. Bundan sonra onlar onun avtomobili ilə Vüqarın yaşadığı mənzilə gəlmişlər. Nicad avtomobildə qalmış, o isə Vüqarla onun yaşadığı evə getmişlər. Evdə əyləşmiş, Vüqar isə digər otağa keçmiş və bir neçə dəqiqə sonra gəlmişdir. Vüqar 5.000 manat pulu vermiş və onlar aşağı həyətə düşmüşlər. Avtomobilə əyləşmiş və Vüqarın yanında pulu Nicada vermişdir. Bundan sonra avtomobili idarə edib Bakı Metropolitenin “Xalqalar Dostluğu” stansiyası yaxınlığına gəlmişdir. Orada Nicadı düşürüb getmişdir. Sonradan Vüqar onunla əlaqə saxlamış və işin uzanmasını bildirmişdir. Ona bildirmişdir ki, pulu Nicada vermiş və bu işlə Əzizlə məşğuldur. Özü də Nicad ilə telefonla danışmış, sonuncu bildirmişdir ki, pulu Əzizə vermişdir. Bu barədə Vüqara demiş, eyni zamanda Nicadın telefon nömrəsini də Vüqara vermişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 14 ünvanda yerləşən binanın 70 nömrəli mənzilində yaşayır. Zərərçəkmiş şəxs bacısıdır, lakin sonuncu onunla birlikdə yaşamır, lakin bacısı Mərziyə onun yaşadığı evdə qeydiyyatdadır, ancaq ünvan 3 ünvanda kirayə yaşayır. Bacısı evlidir və bir oğlu vardır. Bacısı oğlu X8 xx.xx.2004cü il təvəllüdlüdür. Murad heç bir yerdə işləmir, belə ki, o, 2021-ci il tarixdə orta məktəbi bitirmiş və X12 tərəfimdən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə elmişdir. Bundan sonra bacısı və oğlu X4 tələbə kimi qəbul olunmasını istəmişdir. Bunun üçün də onlara kömək edəcək şəxs axtarmışlar. Bu barədə yaxın qohumlarına və tanışlarına məlumat vermişlər. O da bu iş üçün kömək edə biləcək şəxs axtarmışdır. Şahid2 dostudur və sonuncunu 10 il olar ki, tanıyır. 2021-ci il yay aylarında dostu Ramin ilə mobil telefon vasitəsilə danışan zaman sonuncuya bacısı oğlu X5 tələbə kimi düzəlmək istəyinin olmasını bildirmişdir. Ramin də maraqlanıb xəbər edəcəyini demişdir. Bir ay keçdikdən sonra, yəni 15 avqust 2021-ci il tarixdə Ramin ilə telefonla danışan zaman sonuncu bildirmişdir ki, Nicad adlı şəxs vardır və sonuncunun tanışları çoxdur. Həmin günü Nicad, Əziz və Ramin Bakıxanov qəsəbəsində kafedə görüşmüşlər. Nicadı və Əzizi tanımamış, belə ki, onları ilk dəfə görmüşdür. Orada Ramin bildirmişdir ki, artıq Nicad və Əzizə bacısı oğlu Murad barədə məlumat vermişdir. Əziz və Nicad ilə tanış olduqdan onlara bacısı oğlu Murad barədə məlumat vermişdir. Əziz işin düzəlməsi üçün 5.000 manat, 500 manat isə işi görməsi üçün istəmişdir. Üzərində pul olmadığını, lakin düzəldib veriləcəyini demişdir. Bu zaman Əziz nə üçün hazır gəlmədiyini bildirmişdir. Orada razılaşmışlar ki, Əziz gözləyəcək. Ramin və N icadla yaşadığı mənzilə gedəcək. Həmin günü bacısı onlar da olmuşdur. Bundan sonra onlar Raminin avtomobili ilə yaşadığı mənzilə gəlmişlər. Nicad avtomobildə qalmış, o. Raminlə yaşadığı evə getmişlər. Çünki Nicadı və Əzizi tanımamışdır. Buna görədə evə Raminlə daxil olmuşdur. Raminlə evdə əyləşmiş, bacısı Mərziyə isə digər otaqda olmuşdur. Bacısından 5.000 manat pul almış və yaşadığı ünvan 4 ünvanda Raminə vermişdir. Bundan sonra Ramin ilə aşağı həyətə düşmüşlər. Ramin avtomobilə əyləşmiş və verdiyi 5.000 manat pulu Nicada vermişdir. Bundan sonra onlar getmişlər. O isə evə gəlmiş və bacısına baş verənlər barədə danışmışdır. Bir neçə gün keçdikdən sonra Ramin ilə danışdıqda sonuncudan Nicadın telefon nömrəsini almışdır. Bundan sonra bacısı Muradın təhsil məsələsinin alınmadığını görüb Nicada zəng etmişlər. Nicad onlara bildirirmişdir ki. Ramindən aldığı pulu həmin günü Əzizə vermiş, işi sonuncu görəcək. Lakin işi düzəlmədiyini görüb Nicaddan Əzizin telefon nömrəsini alaraq sonuncuya zəng etmiş və danışmışlar. Əziz də Nicadın pulu ona verməsini bildirib söz vermişdir ki, X6 qəbul etdirəcək və yaxşı olacaq. Lakin Əziz onlar aldatmış və telefonu söndürmüşdür. Bundan sonra məlum olmuşdur ki. Əziz onları aldatmış və pulu ələ keçirmişdir. Vüqar və Əziz adlı şəxsləri tanımamış, onları Ramin tanımışdır. Yalnız həmin şəxsləri bir dəfə görmüşdür. Şahid2 5.000 manat pulu bacısı oğlu X6 tələbə kimi düzəltməsinə görə Əziz adlı şəxsə çatdırılmasından ötrü vermişdir. Əziz demişdir ki, bacısı oğlu X6 öz əlaqələrindən istifadə etməklə düzəldəcək. Ramin iştirakı ilə 5.000 manat pulu Nicada vermişdir. Nicadın isə pulu Əzizə verməsini görməmişdir. Sonradan isə Nicad bildirmişdir ki, pulu Əzizə vermiş, sonuncu da bunu təsdiq etmişdir. Ramin yalnız kömək etmiş, yəni onu Əziz və Nicad ilə tanış etmişdir. Ramin və Nicad X5 düzəlməsi üçün heç bir vəd verməmişlər. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, 3 ildir ki, Əziz adlı şəxsi tanıyır. Şahid2 isə 2 il olar ki, tanıyır. Şahid1 isə tanımır, lakin sonuncunu bir dəfə Raminin vasitəsilə görmüşdür. 2021-ci ilin yay aylarında Ramin zəng edərək bildirmişdir ki, dostunun problemi vardır və görüşmək lazımdır. Belə ki. Ramin dostunun bacısı oğluna təhsillə bağlı kömək etmək lazım olmasını demişdir. Raminə bildirmişdir ki, Əzizə bu barədə demək lazımdır və sonuncu kömək edə bilər. Raminə Əzizə bu barədə deyəcəyini demişdir. Bundan sonra Əzizə bu barədə məlumat vermişdir. Əziz də kömək edə biləcəyini bildirmiş və onlar Ramin ilə danışıb görüş təyin etmişlər. 15 avqust 2021-ci il tarixdə o, Ramin, Əziz və Vüqar Sabunçu rayonu Bakıxaov qəsəbəsində adını bilmədiyi kafedə görüşmüşlər. Həmin vaxt Vüqarı ilk dəfə görmüşdür. Orada məlum olmuşdur ki,Vüar Raminin dediyi şəxs, yəni təhsil məsələsi ilə bağlı problemi olan şəxsin dayısıdır. Söhbət zamanı məlum olmuşdur ki, Vüqarın bacısı oğlu X2 İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında uğursuz nəticə əldə etmiş və hazırda İdman Akademiyasına qəbul olmaq istəyir. Vüqar orada Əziz ilə razılaşmışdır. Belə ki. Əziz söz verərək öz öhdəsinə götürmüşdür ki, X6 qəbul etdirəcək. Əziz bunun qarşılığında özünə 500 manat, 5.000 manat isə işin düzəlməsi üçün istəmişdir. Əzizə özü üçün istədiyi 500 manatı qəbul məsələsindən sonra veriləcəkdi. Vüqar da razılaşmış və Muradın şəxsiyyət vəsiqəsinin surətini, eyni zamanda digər sənədləri Vüqar Əzizə vermişdir. Əziz öz yaxın tanışlarının vasitəsilə X6 qəbul etdirəcəyini vəd vermişdir. Əziz Vüqardan pulu istədikdə sonuncu üzərində olmadığını demişdir. Bu zaman Əziz Vüqardan nə üçün hazır gəlmədiyini soruşmuşdur. Vüqar da pulun hazır olmasını, lakin yaşadığı evdə olmasını demişdir. Orada razılaşmışlar ki. Əziz gözləyəcək, o, Vüqar və Ramin Vüqarın yaşadığı mənzilə gedəcəklər. Bundan sonra onlar Raminin avtomobili ilə Vüqarın yaşadığı mənzilə gəlmişlər. O, avtomobildə gözləmiş, Ramin isə Vüqarla onun yaşadığı evə getmişdir. Bir neçə dəqiqə sonra Ramin və Vüqar gəlmişdir. Ramin 5.000 manat pul vermişdir ki, Əzizə çatdırsın. Vüqar da orada qalmış, o isə Raminlə Bakı Metropolitenin “Xalqalar Dostluğu" stansiyası yaxınlığına gəlmişlər. Orada avtomobildən düşmüşdür. Dayanacaqdan 40 nömrəli marşrut avtobusuna əyləşib Bakıxanov qəsəbəsinə Əzizin yanına gəlmişdir. 5.000 manat pulu Əzizə vermiş və getmişdir. Sonradan Vüqar və bacısı zəng etmişlər, o isə onlara bildirmişdir ki, pulu Əziz almış və işi sonuncu düzəldəcək. Əzizin telefon nömrəsini də Vüqara vermişdir. Bundan sonra onun nə olmasından xəbəri olmamışdır. Belə ki, Nərimanov rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2022-ci ilin fevral ayının 16-da isə şərti olaraq azadlığa çıxmışdır. Sonradan isə öyrənmişdir ki, Əziz Vüqarı aldatmışdır. Şahid1 heç bir məbləğdə pul almamış, pulu Vüqarın iştirakı ilə Ramindən almışdır. Şahid1 və yaxud Şahid2 iştirakı ilə Əzizə pul verməmişdir. Əzizə 5.000 manat pulu o vermişdir. Əziz Vüqara vəd vermişdir ki, bacısı oğlu X6 qəbul etdirəcək, bunun qarşılığında özünə 500 manat, işə görə isə 5.000 manat alacaq. Nə o, nə də ki, Ramin Şahid1 bacısı oğlu X5 qəbul olunması üçün hər hansı bir formada vəd verməmiş, eyni zamanda onların pulun ələ keçirilməsində heç bir formada iştirakı olmamışdır. Həmin işdə heç bir marağı da olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 18 oktyabr 2022-ci qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdir. Zərərçəkmiş şəxs qismində tanıma haqqında 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 11 yanvar 2018-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2019-cu ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Sübutların qiymətləndirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan, 13 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayəti, tələbi və mülki iddiası olmadığını bildirmişdir. İş materiallarında olan, 25 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödəmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi əsası ilə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1ci maddəsi ilə özünü tam təqsirli bildiyini, hüquqlarının izah olunduğunu, ərizəni özü yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan görünür ki, o Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini 2021-ci ilin avqust ayının 15-də törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmiş və CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması halları olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair xx.xx.2006-cı il tarixli Qərarında bildirilir ki, müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq etmək üçün həmçinin, CPM-in 39-cu maddəsində istisna hal kimi göstərilən CM-in 75.3-cü maddəsi ilə müəyyən edilən müddətin axımının dayanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sonuncu maddəyə müvafiq olaraq cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1-ci maddələrinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə olan ittiham üzrə CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 356, 358 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrli̇ k edən: Rəfail Sadixov
Məhkəmə qərarları › İş №1(011)-199/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-199/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver