Məhkəmə qərarları › İş №1(011)-2/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-2/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-2/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Ukrayna Respublikası, Dnepropetrovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı ** YE ***572 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir (epizod İ). Bundan başqa, Təqsirləndirilən şəxs 29 iyun 2019-cu il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqənin dəyişdirilməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı ** YE ***572 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının "BB311971" nömrəli sürücülük vəsiqəsini əldə etmişdir (epizod İİ). Bundan başqa, Təqsirləndirilən şəxs 1 noyabr 2021-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BB311971” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqənin dəyişdirilməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 50 25 326015 nömrəli sürücülük vəsiqəsini və saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı ** YE ***572 nömrəli sürücülük vəsiqəsini təqdim etməklə 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BB311971” nömrəli sürücülük vəsiqəsini 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BB323582” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir (epizod İİİ). Bundan başqa, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BB323582” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqənin dəyişdirilməsi məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 50 25 326015 nömrəli sürücülük vəsiqəsini və həmin saxta sürücülük vəsiqəsini təqdim etməklə 27 oktyabr 2022ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “66323582” nömrəli sürücülük vəsiqəsini 2 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Xətai rayonu, V.Tau küçəsində fəaliyyət göstərən 6 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BB520540” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir (epizod İV). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-2022-ci illərdə Rusiya Federasiyasında fəhləsuvaqçı kimi işləyərək yaşamışdır. Onun Rusiya Federasiyasında daimi yaşamaq icazəsi olsa da, heç vaxt həmin ölkənin vətəndaşı olmamışdır. 2009-cu ilin avqust ayında Rusiya Federasiyasında olarkən artıq o, işi ilə əlaqədar avtomobil idarə etməli idi. Bunun üçün də sürücülük vəsiqəsi lazım olmuşdur. O da Rusiya Federasiyasının vətəndaşı olmadığından sürücülük vəsiqəsi almaq daha çətin olmuşdur. Belə ki, o, sürücülük məktəbində oxuyub daha sonra imtahan verərək imtahandan keçdiyi halda sürücülük vəsiqəsini ala bilərdi. Bunun üçün də onun kifayət qədər vaxtı və həvəsi olmadığından, o sürücülük vəsiqəsini daha rahat yol ilə almaq qərarına gəlmişdir. Bunun yollarını axtarmışdır. Həmin ərəfədə Rusiya Federasiyasının Tomsk şəhərində yerləşən sürücülük məktəbində uzun müddət keçdiyindən adını hazırda xatırlamadığı şəxslə tanış olmuşdur. Ona Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsi almaq istədiyini, lakin bunun üçün sürücülük məktəbi oxuyub, imtahan verməyə vaxtının olmadığını bildirmişdir. Həmçinin ona bildirmişdir ki, ona B və C kateqoriyalı sürücülük vəsiqəsi lazımdır. Onu dinlədikdən sonra heç bir problem olmadığını, bu məsələdə ona kömək edə biləcəyini demişdir. Belə ki, ondan 3x4 formatında şəkillərini, həmçinin bu işin düzəlməyi üçün 70.000 (həmin dövrün məzənnəsi ilə təxminən 1400 manata bərabər olmuşdur) rus rublu pul istəmişdir. Bunun qarşılığında ona saxta sürücülük vəsiqəsi düzəldib verəcək idi. Onunla razılaşmışdır və 3x4 formatında şəklini, həmçinin 70000 rus rublunu həmin şəxsə onun üçün Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsi düzəltməsi üçün vermişdir. Ona bildirmişdir ki, həmin saxta sürücülük vəsiqəsini 10 gün ərzində düzəldib ona verəcək. O əvvəlcə ehtiyat etmişdir, çünki heç bir rəsmi dövlət orqanına getmədən, imtahan vermədən sürücülük vəsiqəsinin veriləcəyinə inanmamışdır. Lakin ona narahat olmamağını, əvvəllər onun kimi bir neçə nəfər şəxsə də eyni qayda ilə saxta sürücülük vəsiqəsini düzəltdiyini və sonrasında heç bir problem yaranmadığını bildirmişdir. O, onunla razılaşmışdır. O, pulu və fotoşəklini verdikdən 10 gün sonra ona zəng edərək sürücülük vəsiqəsinin hazır olduğunu bildirmiş və onunla Tomsk vilayətində görüşmüşdür. Ona RUS yazılı saxta sürücülük vəsiqəsini təqdim etmişdir. 2019-cu ilin iyun ayında Rusiya Federasiyasından Azəraycan Respublikasına geri qayıtmışdır. Onda olan saxta sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edə bilmədiyindən 29 iyun 2019cu il tarixdə Azərbaycanda avtomobil idarə edə bilmək üçün onda olan saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə dəyişdirmək qərarına gəlmişdir. Bunun üçün də ünvan 3 ünvanında yerləşən 4 saylı “ASAN Xidmət Mərkəzi”nə yaxınlaşmış və özündə olan Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini həqiqi sürücülük vəsiqəsi adı ilə təqdim edərək onu Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə dəyişdirmək istədiyini bildirmişdir. ASAN Xidmətdə onda olan saxta sürücülük vəsiqəsini almışlar və əvəzində 1 illik müvəqqəti sürücülük vəsiqəsini təqdim etmişlər. Həmin sürücülük vəsiqəsi Azərbaycan Respublikasına məxsus olmuş və AC743629 seriyalı və nömrəli olmuşdur. Bundan sonra o, 2020-ci ilin mart ayında ölkə ərazisində pandemiya elan olunmamışdan, yəni ölkə sərhədləri bağlanmamışdan 2-3 gün əvvəl işləmək üçün yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2021-ci ilin oktyabr ayında o, yenidən Azərbaycana qayıtmışdır. Ölkə ərazisində avtomobil idarə etməli olmuş, lakin onun saxta rus sürücülük vəsiqəsi əsasında 1 illik müddətinə aldığı Azərbaycan Respublikası sürücülük vəsiqəsinin müddəti bitdiyindən onu dəyişdirmək zərurəti yaranmışdır. Bunun üçün də 1 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “4 saylı Asan Xidmət Mərkəzi”nə müraciət etmişdir. Ona 1 illik BB311971 seriyalı və nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi vermişlər. Bir müddət ölkə əraizisində qaldıqdan sonra yenidən Rusiya Federasiyasına işləmək üçün yollanmışdır. O, ümumiyyətlə ilin 3 fəslini Rusiyada işləmiş, qış ayları orada həddindən artıq soyuq olduğu üçün qışı Azərbaycanda ailəsinin yanında keçirmişdir. 2019-cu ildə onun pul qarşılığında aldığı saxta rus sürücülük vəsiqəsinin müddəti bitdiyindən o, avtomobil idarə edə bilməmişdir, buna görə də həmin sürücülük vəsiqəsini yeniləməli olmuş, lakin o, maraqlandıqda bunun üçün imtahan verməli olduğunu bildirmişlər. O, bütün günu işlədiyinə görə imtahana hazırlaşa bilməmiş, buna görə həmin sürücülük vəsiqəsini yeniləmək üçün başqa yollar axtarmağa başlamışdır. Beləliklə 2022-ci ilin avqust ayında Dosaf adlı sürücülük məktəbində Kiril adlı şəxslə tanış olmuşdur. O, Kirilə Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsinin müddəti bitdiyinə görə onu yeniləmək istədiyini, lakin bunun üçün imtahan verməyə vaxtının olmadığını bildirmişdir. Kiril onu dinlədikdən sonra heç bir problem olmadığını, bu məsələdə ona kömək edə biləcəyini demişdir. Belə ki, ondan 3x4 formatında şəkillərini, həmçinin bu işin düzəlməyi üçün 6000 rus rublu pul istəmişdir. Bunun qarşılığında ona saxta sürücülük vəsiqəsi düzəldib verəcək idi. Onunla razılaşmış və 3x4 formatında şəklini, həmçinin 6000 rus rublunu Kiril adlı şəxsə onun üçün Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsi düzəltməsi üçün vermişdir. Kiril ona bildirmişdir ki, həmin saxta sürücülük vəsiqəsini 2 həftə ərzində düzəldib ona verəcəkdir. O, əvvəlcə ehtiyat etmişdir, çünki heç bir rəsmi dövlət orqanına getmədən, imtahan vermədən sürücülük vəsiqəsinin veriləcəyinə inanmamışdır. Lakin Kiril ona narahat olmamağını, əvvəllər onun kimi bir neçə nəfər şəxsə də eyni qayda ilə saxta sürücülük vəsiqəsini düzəltdiyini və sonrasında heç bir problem yaranmadığını bildirmişdir. Onunla razılaşmışdır. O, pulu və foto şəklini verdikdən 10 gün sonra Kiril ona zəng edərək Cemal adlı şəxsin Dağıstanın Kizilyar vilayətində saxta sürücülük vəsiqəsini verəcəyini demişdir. O da qatar vasitəsilə deyilən yerə getmiş, orada Cemal adlı şəxsə zəng vurmuş, onunla görüşmüşdür. Cemal ona 50 25 326015 nömrəli RUS yazılı saxta sürücülük vəsiqəsini təqdim etmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında o, Azərbaycan Respublikasına qayıtmışdır. O, ölkə ərazisində rahat avtomobil idarə edə bilmək üçün saxta rus sürücülük vəsiqəsi təqdim edərək ikinci dəfə aldığı 1 il müddəti olan Azərbaycan Respublikası sürücülük vəsiqəsinin müddəti bitdiyindən 27 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “4 saylı Asan Xidmət Mərkəzi”nə müraciət etmişdir. Ona 1 illik BB323582 seriya və nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi vermişlər. Bundan sonra 2 noyabr 2023-cü il tarixdə o, saxta rus sürücülük vəsiqəsini təqdim edərək əldə etdiyi və sonradan müddətləri bitdiyinə görə bir neçə dəfə dəyişdirdiyi Azərbaycan Respublikasına məxsus saxta sürücülük vəsiqəsinin yenidən müddəti bitdiyinə görə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsinin yaxınlığında yerləşən “6 saylı Asan Xidmət Mərkəzi”nə yaxınlaşıb sürücülük vəsiqəsini dəyişdirmiş və Mərkəzdən ona illik BB520540 seriya və nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi vermişlər. O, bilmişdir ki, ilk dəfə 2019-cu ildə aldığı, sonradan müddətləri bitdiyinə görə 2021, 2022 və 2023-cü illərdə aldığı Azərbaycan Respublikasına məxsus 1 illik sürücülük vəsiqələri onun Rusiya Federasiyasında əldə etdiyi saxta rus sürücülük vəsiqəsinin əsasında verilmişdir. O, ilk dəfə 2009-cu ildə Rusiya Federasiyasında sürücülük vəsiqəsi almaq üçün hər hansı rəsmi dövlət orqanına müraciət etməmiş, 70000 rubl qarşılığında hazırda adını xatırlamadığı şəxsdən saxta rus sürücülük vəsiqəsi almışdır. O, Rusiyada olarkən 50 25 326015 nömrəli sürücülük vəsiqəsini təsadüfən Kiril adlı şəxslə tanış olaraq, 6000 rus rublu qarşılığında ona saxta sürücülük vəsiqəsi hazırlatdırıb vermişdir. O, həmin vəsiqənin kim tərəfindən hansı şəraitdə hazırlanmasını bilməmiş, lakin pul qarşılığında Kiril adlı şəxsdən almış, belə güman etmişdir ki, həmin saxta vəsiqə Kiril adlı şəxs tərəfindən və ya onun tanışları tərəfindən hazırlanmışdır. O, həmin sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edə bilmədiyinə görə ASAN Xidmətə təqdim edərək Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almaq istəmiş. Kiril adlı şəxs onu o qədər inandırmışdır ki, vəsiqə saxta olsa da problem yaranmayacağını düşünmüşdür. Həmçinin o, ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən 29 iyun 2019-cu il, 01 noyabr 2021-ci il və 27 oktyabr 2022-ci il tarixlərdə baş vermiş cinayət epizodları ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); Rusiya Federasiyası DİN QİBDD tərəfindən verilmiş ** YE ***572 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ verilmişdir (i.v. 6); Təqsirləndirilən şəxs tərəfindən BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin “4 Saylı “ASAN Xidmət” mərkəzindəki məntəqəsinə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2019cu il tarixdə aldığı AC seriyalı, 743629 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir (i.v. 8); Təqsirləndirilən şəxs tərəfindən BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin “4 Saylı “ASAN Xidmət” mərkəzindəki məntəqəsinə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2021ci il tarixdə aldığı BB seriyalı, 311971 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir (i.v. 9); Təqsirləndirilən şəxs tərəfindən BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin “4 Saylı “ASAN Xidmət” mərkəzindəki məntəqəsinə ünvanlanmış ərizədən görünür ki, o, aldığı 77YE seriyalı, 930572 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir (i.v. 10); Təqsirləndirilən şəxs tərəfindən BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin “4 Saylı “ASAN Xidmət” mərkəzindəki məntəqəsinə ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.2022ci il tarixdə aldığı BB seriyalı, 323582 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsini xahiş etmişdir (i.v. 14); xx.xx.2022-ci il tarixli, ********** saylı yoxlama nəticəsi barədə çıxarışdan görünür ki, yoxlama nəticəsində Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması müəyyən edilməmişdir (i.v. 15); könüllü təqdim edilən əşyanı götürmə haqqında 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq BB 520540 saylı sürücülük vəsiqəsini təqdim etmiş və sürücülük vəsiqəsi sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir (i.v. 24-25); Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/383/2024 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına olan 50 25 326015 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 50 25 326015 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir (i.v. 29-33); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 39); cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət təqibinə xitam verilməsi haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BB520540” nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs ifadəsi, sənədlərin məhkəmə-texniki ekspertizasının 5/383 nömrəli rəyi, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və əlavə edilmiş sənədlər, könüllü təqdim edilən əşyanı götürmə haqqında 27 fevral 2024-cü il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 62-69); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 79-81); qətimkan tədbirinin seçilməsi haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 96-97); cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən CM-nin 320.1 və 320.2ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (i.v. 98-99); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü övladı X2 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İ epizod üzrə, həmçinin onun 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının "BB311971" nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İİ epizod üzrə, habelə onun 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BB311971” nömrəli sürücülük vəsiqəsini 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BB323582” nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İİİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin epizodlar üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmalarını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, həmin epizodlar üzrə cinayət əməllərinin xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baş verməsini, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və həmin epizodlar üzrə Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işi üzrə icraata xitam verildiyindən ona elan edilmiş ittihamdan “təkrar” sözü xaric edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını (CM- 59.1.4), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, ittiham aktında qeyd olunan İ, İİ və İİİ epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə başlanılmış cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB520540” nömrəli həqiqi sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 100 (yüz) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İ epizod üzrə, həmçinin onun 29 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “AC743629” nömrəli sürücülük vəsiqəsini 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının "BB311971" nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İİ epizod üzrə, habelə onun 1 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BB311971” nömrəli sürücülük vəsiqəsini 27 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 3 ünvanında fəaliyyət göstərən 4 saylı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BB323582” nömrəli sürücülük vəsiqəsini əldə etdiyi İİİ epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “**********” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BB520540” nömrəli həqiqi sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar