Məhkəmə qərarları › İş №1(011)-20/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-20/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-20/2022 10.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X6, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs3 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx.xx.1987-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zəngilan şəhəri, Nizami küçəsi, ev 7-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Çiyni kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.03.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanının blokunun giriş hissəsində yerləşən, qapısı açıq vəziyyətdə olan, saxlanc yeri hesab edilən yerdən vətəndaş Zərərçəkmiş şəxs məxsus həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.360 (min üç yüz altmış) manat olan 800 (səkkiz yüz) ABŞ dolları qiymətində bir ədəd «Mountain Buggy» markalı uşaq arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.360 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, «Maşın Bazarı»nın yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda siqaretin qara rəngli kağızına bükülmüş kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,196 qram olan narkotik vasitə - heroin əldə edib üzərində saxlamaqla daşımış, 01 aprel 2021-ci il tarixdə saat 12:00-da ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Reabilitasiya Mərkəzində olan zaman Bakı şəhəri Xətai rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Xətai RPİ-nin 34-cü PŞnin inzibati binasına gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən, onun əynində olan boz rəngli şalvarının sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş, içərisində təmiz çəkisi 0,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.03.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanının blokunun giriş hissəsində yerləşən, qapısı açıq vəziyyətdə olan, saxlanc yeri hesab edilən yerdən vətəndaş Zərərçəkmiş şəxs məxsus həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.360 (min üç yüz altmış) manat olan 800 (səkkiz yüz) ABŞ dolları qiymətində bir ədəd «Mountain Buggy» markalı uşaq arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.360 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,182 qram olan narkotik vasitə - heroin əldə edib üzərində saxlamaqla daşımış, 10 aprel 2021-ci il tarixdə saat 16:30-da Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsində saxlanılaraq ünvan 5 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümün içərisində olan təmiz çəkisi 0,182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.03.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanının blokunun giriş hissəsində yerləşən, qapısı açıq vəziyyətdə olan, saxlanc yeri hesab edilən yerdən vətəndaş Zərərçəkmiş şəxs məxsus həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.360 (min üç yüz altmış) manat olan 800 (səkkiz yüz) ABŞ dolları qiymətində bir ədəd «Mountain Buggy» markalı uşaq arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.360 (min üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,305 qram olan narkotik vasitə - heroin əldə edib üzərində saxlamaqla daşımış, 12 aprel 2021-ci il tarixdə saat 21:00-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüş kağız bükümün içərisində olan təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitələr istifadə edir. O, «kakos»u tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 01 aprel 2021-ci il tarixdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, «Maşın Bazarı»nın yaxınlığında olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını və barəsində başqa heç bir məlumat bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxs ona narkotik vasitə «kakos» təklif etmişdir. O, qiymətini soruşmuş və bir büküm narkotikə görə həmin şəxs ondan 15 (on beş) manat pul istəmişdir. O həmin şəxslə razılaşaraq 15 manat pul vermiş və narkotiki sonuncudan almışdır. Sonra istifadə edər deyə üzərinə, yəni əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra həmin şəxsdən aralaşaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Reabilitasiya Mərkəzinə getmişdir. Saat 12 radələrində Reablitasiya Mərkəzində xidmət aparan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ondan da özünü təqdim etməsini tələb etmişlər. Polis əməkdaşları ondan şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra ona üzərində nə varsa təqdim etməsini təklif etmişlər və o, əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə «kakos»u çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Ona qarşı irəli sürülmüş ittihamın qalan hissəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi ilə razı deyil. Belə ki, 28.03.2021-ci il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsini o törətməmişdir. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda “izahatı oxudum, mənim sözlərimlə düzgün yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözləri tərəfindən yazılmış, imzalar da özünə məxsusdur. Tutulduqdan sonra ona təzyiq və təsir edilmiş, bu səbəbdən ilkin izahat və ifadələrində oğurluğun tərəfindən edildiyini demişdir. Həmin oğurluq hadisəsini o, törətməmişdir. Məhkəmədən bunların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, şəxsi ehtiyaclarını qarşılamaq üçün oğurluq edir və bir neçə müddətdir ki, narkotik vasitə olan «kakos» istifadə edir. Belə ki, Təqsirləndirilən şəxs3 bir neçə müddətdir ki, tanıyır və sonuncu ilə birlikdə arabir narkotik vasitə qəbul edirlər. 28 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, Bəhrəmlə birlikdə olan zaman sonuncuya ünvan 9 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Bəhrəm onun bu təklifi ilə razılaşdıqdan sonra onlar birlikdə həmin ünvana getmişlər. Həmin vaxt digər tanışı Rəşad da onlarla birlikdə olmuşdur. Onlar həmin ünvana çatdıqdan sonra o və Rəşad binanın kənarında dayanaraq Bəhrəmi gözləmişlər və Bəhrəm həmin bloka daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Bəhrəm həmin yerdən bir ədəd «Mountain Baggy» markalı uşaq arabasını oğurlayaraq onların yanına gəlmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci km Bazarı»na gedərək oğurladıqları arabanı orada satmaq istəmişlər. Lakin arabanı orada sata bilmədikləri üçün həmin arabanın üzərinə «20 manata satılır» sözünü yazıb asmış və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən meyvə-tərəvəz mağazasının qarşısına gəlmişlər. Həmin vaxt meyvə-tərəvəz mağazasında işləyən şəxsdən arabanı satmaqda köməklik göstərməsini xahiş etmiş, lakin həmin şəxs onunla razılaşmamış və bu səbəbdən onlar arabanı həmin yerdə qoyaraq çıxıb getmişlər. Axşam saatlarında yenidən həmin ünvana qayıdan zaman arabanın orada olmadığını görüb meyvə-tərəvəz mağazasında işləyən şəxsdən araba barədə soruşmuşlar. Həmin şəxs isə bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa o, narkoitk vasitə olan «kakos» istifadə etdiyi üçün, həmin «kakos»u müxtəlif yerlərdən və tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, «Maşın Bazarı»nın yaxınlığında olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını və başqa heç bir anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxs ona narkotik vasitə «kakos» təklif etmişdir. O, qiymətini soruşmuş və 1 çet, yəni bir büküm narkotikə görə 15 (on beş) manat pul istəmişdir. O da həmin şəxslə razılaşıb 15 manat pulu verərək narkotiki sonuncudan almış və sonra istifadə edər deyə üzərində, yəni əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra həmin şəxsdən aralaşaraq piyada getməklə ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Reablitasiya Mərkəzinə getmişdir. Təxminən saat 12 radələrində həmin Reablitasiya Mərkəzində xidmət aparan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edibetməməsini soruşduqda, o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsi bildirildikdə, o, əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş içərisində narkotik vasitə «kakos» olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan bir büküm zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, son üç ildə hərdən narkotik vasitə hesab edilən heroindən istifadə edir. Həmin narkotik vasitəni bir neçə dəfə üzdən tanıdığı şəxslərdən almışdır. 09 aprel 2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə bağlı «Əhmədli» metrostansiyasının yaxınlığında olmuşdur. Həmin vaxt bir nəfər uca boylu, arıq bədən quruluşuna malik olan, üzü saqqallı olan bir şəxs ona yaxınlaşaraq adının Səyavuş olduğunu və onu haradansa tanıdığını bildirmişdir. O, isə həmin şəxsə onu tanımadığını bildirmişdir. Eləcə aralarında ünsiyyət yaranmışdır. Sonra həmin şəxs ondan nə işlə məşğul olduğunu, hansı rayondan olduğunu, harada yaşadığını soruşmuşdur. Söhbət zamanı həmin şəxs ondan narkotik vasitə olan «kokos»-dan istifadə edib-etməməsini soruşmuş, o, həmin şəxsə müsbət cavab verəndə, həmin şəxs onun üçün 15 manata bir çet «kokos» təşkil edə biləcəyini demişdir. O, həmin şəxsin təklifini qəbul edəndən sonra, sonuncu ona gözləməyi və 15 dəqiqəyə qayıdacağını deyib evlərin arası ilə harasa getmişdir. O da həmin yerdə gözləmişdir. Təxminən 15 dəqiqədən sonra həmin şəxs qayıtmış və ona siqaret kağızından olan bir büküm uzatmışdır. O, bükümü götürüb əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Sonra isə həmin şəxsə narkotikə görə 15 manat pul verişdir. Həmin şəxs pulu götürən kimi oradan uzaqlaşmışdır. Əldə etdiyi narkotik vasitəni cibində saxlamışdır ki, «lomka», yəni ağrıları başlayanda ondan istifadə etsin. Növbəti gün, yəni 10.04.2021-ci il tarixdə saat 16 radələrində şəxsi işləri ilə bağlı kənd Əhmədlidə olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onun Xətai rayonu ərazisində narkotik vasitələrindən istifadə etməkdə və oğurluq cinayətlərini törətməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu saxlayıb 34-cü PŞə gətirmişlər. Polis əməkdaşları onu 34-cü polis şöbəsinə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Polis şöbəsində hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu halda könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O da çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində «kokos», yəni heroin olan kağız bükümü çıxardıb açmış və masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan həmin bükümün içərisində olan maddənin nə olduğunu soruşanda o, bükümün içərisində «kokos» olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 09 aprel 2021-ci il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Aşkar edilmiş maddə bir ədəd zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar zərfdə imza etmişdir. Sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolda imza etmişlər. Üzərindən aşkar edilmiş heroini öz istifadəsi üçün almış, onu satmaq niyyəti olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamın qalan hissəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi ilə razı deyil. Belə ki, 28.03.2021-ci il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsini o törətməmişdir. Tutulduqdan sonra ona təzyiq və təsir edilmişdir. Məhkəmədən bunların nəzərə alınaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 28 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, tanışları Bəhrəm və İsmayılla birlikdə olan zaman İsmayıl ünvan 9 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Onlar İsmayılın bu təklifi ilə razılaşdıqdan sonra birlikdə həmin ünvana getmişlər. Həmin vaxt o, İsmayılla binanın kənarında dayanaraq Bəhrəmi gözləmişlər və Bəhrəm isə həmin bloka daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Bəhrəm həmin yerdən bir ədəd «Mountain Baggy» markalı uşaq arabasını oğurlayaraq onların yanına gəlmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci km Bazarı»na gedərək oğurladıqları arabanı orada satmaq istəmişlər. Lakin arabanı orada sata bilmədikləri üçün həmin arabanın üzərinə «20 manata satılır» sözünü yazıb asmış və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən meyvə-tərəvəz mağazasının qarşısına gəlmişlər. Həmin vaxt İsmayıl meyvə-tərəvəz mağazasında işləyən şəxsdən arabanı satmaqda köməklik göstərməsini xahiş etmiş, lakin həmin şəxs razılaşmamış və bu səbəbdən onlar arabanı həmin yerdə qoyaraq çıxıb getmişlər. Axşam saatlarında yenidən həmin ünvana qayıdan zaman arabanın orada olmadığını gördükdən sonra İsmayıl meyvə-tərəvəz mağazasında işləyən şəxsdən araba barədə soruşmuşdur. Həmin şəxs isə bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa son üç ildə arabir narkotik vasitə hesab edilən heroindən istifadə edir. Həmin narkotik vasitəni bir neçə dəfə üzdən tanıdığı şəxslərdən almışdır. 09 aprel 2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə bağlı «Əhmədli» metrostansiyasının yaxınlığında olmuşdur. Həmin vaxt bir nəfər uca boylu, arıq bədən quruluşuna malik olan, üzü saqqallı olan bir şəxs ona yaxınlaşaraq adının Səyavuş olduğunu və onu haradansa tanıdığını bildirmişdir. O, isə həmin şəxsə onu tanımadığını bildirmişdir. Eləcə aralarında ünsiyyət yaranmışdır. Sonra həmin şəxs ondan nə işlə məşğul olduğunu, hansı rayondan olduğunu, harada yaşadığını soruşmuşdur. Söhbət zamanı həmin şəxs ondan narkotik vasitə olan «kokos»-dan istifadə edib-etməməsini soruşmuş, o, həmin şəxsə müsbət cavab verəndə, həmin şəxs onun üçün 15 manata bir çet «kokos» təşkil edə biləcəyini demişdir. O, həmin şəxsin təklifini qəbul edəndən sonra, sonuncu ona gözləməyi və 15 dəqiqəyə qayıdacağını deyib evlərin arası ilə harasa getmişdir. O da həmin yerdə gözləmişdir. Təxminən 15 dəqiqədən sonra həmin şəxs qayıtmış və ona siqaret kağızından olan bir büküm uzatmışdır. O, bükümü götürüb əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Sonra isə həmin şəxsə narkotikə görə 15 manat pul verişdir. Həmin şəxs pulu götürən kimi oradan uzaqlaşmışdır. Əldə etdiyi narkotik vasitəni cibində saxlamışdır ki, «lomka», yəni ağrıları başlayanda ondan istifadə etsin. Növbəti gün, yəni 10.04.2021-ci il tarixdə saat 16 radələrində şəxsi işləri ilə bağlı kənd Əhmədlidə olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun şəxsiyyəti ilə maraqlanmışlar. O, özünü polis əməkdaşlarına təqdim edəndən sonra, polis əməkdaşları onu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onun Xətai rayonu ərazisində narkotik vasitələrindən istifadə etməkdə və oğurluq cinayətlərini törətməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu saxlayıb 34-cü PŞ-ə gətirmişlər. Polis əməkdaşları onu 34-cü polis şöbəsinə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Polis şöbəsində hüquq və vəzifələrini izah etdikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarışın keçiriləciyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu halda könüllü olaraq təqdim etmək təklif olunmuşdur. O da çıxılmaz vəziyyətdə olduğunu görüb əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində «kokos», yəni heroin olan kağız bükümü çıxardıb açmış və masanın üzərinə qoymuşdur. Polis əməkdaşı ondan həmin bükümün içərisində olan maddənin nə olduğunu soruşanda o, bükümün içərisində «kokos» olduğunu bildirmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 09 aprel 2021-ci il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya və ya maddə aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Aşkar edilmiş maddə bir ədəd zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar zərfdə imza etmişdir. Sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolda imza etmişlər. Üzərindən aşkar edilmiş heroini öz istifadəsi üçün almış, onu satmaq niyyəti olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə olan «kakos» istifadə edir. Təqsirləndirilən şəxs1 bir neçə müddətdir tanıyır və sonuncu ilə birlikdə arabir narkotik vasitə qəbul edirlər. O, narkoitk vasitə olan «kakos» istifadə etdiyi üçün, həmin «kakos»u müxtəlif yerlərdən və tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 12 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını və başqa heç bir anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxs ona narkotik vasitə «kakos» təklif etmişdir. O, qiymətini soruşmuş və sonuncu 1 çet, yəni bir büküm narkotikə görə 10 (on) manat pul istəmişdir. O da həmin şəxslə razılaşıb 10 manat pulu verərək narkotiki sonuncudan almış və sonra istifadə edər deyə üzərində, yəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostasiyasının yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları oluqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edəndən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməsini soruşduqda, o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə «kakos», yəni heroin olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan bir büküm zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Ona qarşı irəli sürülmüş ittihamın qalan hissəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi ilə razı deyil. Belə ki, 28.03.2021-ci il tarixdə ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsini o törətmişdir, lakin digər təqsirləndirilən şəxslər onunla birlikdə olmamışlar. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda “ifadəmi oxudum, düz yazılıb, imzamla təsdiq edirəm” sözləri tərəfindən yazılmış, imzalar da özünə məxsusdur. Tutulduqdan sonra ona təzyiq və təsir edilmiş, bu səbəbdən ilkin izahat və ifadələrində oğurluğu digər təqsirləndirilən şəxslərlə etdiyini bildirmişdir. Məhkəmədən bunları nəzərə alaraq ədalətli qərar çıxarmasını xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, şəxsi ehtiyaclarını qarşılamaq üçün oğurluq edir və bir neçə müddətdir ki, narkotik vasitə olan «kakos» istifadə edir. Belə ki, Təqsirləndirilən şəxs1 bir neçə müddətdir ki, tanıyır və sonuncu ilə birlikdə arabir narkotik vasitə qəbul edirlər. 28 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, İsmayıl və sonuncunun tanışı Rəşadla birlikdə olan zaman İsmayıl ünvan 9 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Onlar həmin təkliflə razılaşdıqdan sonra üçü birlikdə həmin ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra İsmayıl və Rəşad binanın kənarında dayanmışlar, o isə həmin bloka daxil olmuşdur. Bloka daxil olduqdan sonra orada yerləşən, qapısı açıq vəziyyətdə olan, saxlanc yeri kimi istifadə edilən yerdə bir ədəd «Mountain Baggy» markalı uşaq arabasının olduğunu görmüş və həmin uşaq arabasını oğurlayaraq bloku tərk edib İsmayılla Rəşadın yanına gəlmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən «8-ci km Bazarı»na gedərək oğurladıqları arabanı orada satmaq istəmişlər. Lakin arabanı orada sata bilmədikləri üçün həmin arabanın üzərinə «20 manata satılır» sözünü yazıb asmış və Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən meyvə-tərəvəz mağazasının qarşısına gəlmişlər. Həmin vaxt İsmayıl meyvə-tərəvəz mağazasında işləyən şəxsdən arabanı satmaqda köməklik göstərməsini xahiş etmiş, lakin həmin şəxs razılaşmamış və bu səbəbdən onlar arabanı həmin yerdə qoyaraq çıxıb getmişlər. Axşam saatlarında yenidən həmin ünvana qayıdan zaman arabanın orada olmadığını gördükdən sonra İsmayıl meyvə-tərəvəz mağazasında işləyən şəxsdən araba barədə soruşmuşdur. Həmin şəxs isə bu barədə məlumatının olmadığını bildirmişdir. Bundan başqa o, narkoitk vasitə olan «kakos» istifadə etdiyi üçün, həmin «kakos»u müxtəlif yerlərdən və tanımadığı şəxslərdən əldə edir. Sonuncu dəfə 12 aprel 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını və başqa heç bir anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmışdır. Həmin şəxs ona narkotik vasitə «kakos» təklif etmişdir. O, qiymətini soruşmuş və sonuncu 1 çet, yəni bir büküm narkotikə görə 10 (on) manat pul istəmişdir. O da həmin şəxslə razılaşıb 10 manat pulu verərək narkotiki sonuncudan almış və sonra istifadə edər deyə üzərində, yəni əynimdəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra həmin gün axşam saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostasiyasının yaxınlığında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları oluqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edəndən zaman cibində narkotik vasitə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu 34-cü Polis Şöbəsinə dəvət etmişlər. 34-cü PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməsini soruşduqda, o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə «kakos», yəni heroin olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan bir büküm zərfə qoyularaq möhürlənmiş, həmçinin bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Solovyeva Alona ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 26.07.2019-cu il təvəllüdlü əkiz, bir qız və bir oğlan övladları vardır. Uşaqlar doğulduqdan sonra uşaq arabası almaq qərarına gəlmiş və o, tanışlarına bu barədə bildirmişdir. Bundan sonra X5 istirahət edən tanışından biri ona «Mountain Buggy» markalı uşaq arabasının fotoşəkillərini göndərmiş və o, həmin uşaq arabasını bəyəndikdən sonra həmin tanışına kart hesabı vasitəsi ilə 800 (səkkiz yüz) ABŞ dolları məbləğində pul göndərmiş və sonuncu Azərbaycan Respublikasına qayıtdıqdan sonra həmin uşaq arabasını ona təhvil vermişdir. Arvadı Alona uşaqları gəzdirmək üçün arabadan istifadə edir, daha sonra yaşadıqları mənzilə qayıdarkən arabanı yaşadıqları mənzil yerləşən blokun giriş hissəsində yerləşən, qapısı açıq vəziyyətdə olan yerə qoyur və o, işdən qayıdan zaman həmin arabanı yaşadıqları mənzilə qaldırır. Belə ki, onlar ikinci mərtəbədə qaldıqları üçün və həmin uşaq arabası ağır olduğundan Alonanın gücü çatmır, bu səbəbdən də sonuncu arabanı giriş hissəyə qoyur və o, işdən qayıdanda götürüb evə qaldırır. 28 mart 2021-ci il tarixdə arvadı Alona «Mountain Buggy» markalı uşaq arabasını yenə də həmin yerə qoymuş və o, həmin gün axşam saat 22:25 radələrində yaşadıqları mənzilə gələn zaman arabanı götürüb mənzilə qaldırmaq istədikdə arabanın yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə barədə DİNin 102 xidməti zəng mərkəzinə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət etmişdir. İstintaq zamanı oğurlanan əşyası ona geri qaytarılmamışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır, onlara qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2008-ci ildən DİO-da xidmət edir, 2014-cü ildən isə Bakı şəhəri Xətai Rayon Mühafizə İdarəsinin polis serjantı vəzifəsində işləyir. 01 aprel 2021-ci il tarixdə, təxminən saat 12 radələrində Bakı şəhəri Xətai Rayon Mühafizə İdarəsinin polis kiçik serjantı Şahid2 ilə birlikdə ünvan 11 ünvanında yerləşən Bakı şəhəri Reabilitasiya Mərkəzində xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vətəndaşla ünsiyyətdə olan zaman onun hərəkətləri narkotik vasitəyə meyilli şəxsin hərəkətlərinə oxşadığından və bu hal onlarda şübhə doğurduğu üçün həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Lakin həmin şəxsin şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmadığından sonuncunu Xətai RPİ-nin 34-cü PŞ-yə təhvil vermişlər. Polis Şöbəsində olan zaman onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1dur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümün nədən ibarət olması soruşulduqda, Təqsirləndirilən şəxs1 həmin bükümdəki kütlənin narkotik vasitə heroin olmasını, 01 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, «Maşın Bazarı»nın yaxınlığında olan zaman tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2012-ci ildən DİO-da xidmət edir, 2020-ci ildən isə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Rəşad adlı şəxsin Xətai rayonu ərazisində oğurluq cinayətləri törətməsi, eyni zamanda narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 10 aprel 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4la birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 16:30-da Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi, 9-cu Əhmədli ünvanının yaxınlığında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi Xətai RPİ-nin 34-cü PB-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərsində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bükümü 09 aprel 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Bundan başqa Bəhrəm adlı şəxsin Xətai rayonu ərazisində oğurluq cinayətləri törətməsi, eyni zamanda narkotik maddələrin qəbulu və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 12 aprel 2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid5 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 21:00-da Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Xətai rayonunda yerləşən «Əhmədli» metrostansiyasının yaxınlığında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi Xətai RPİnin 34-cü PB-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynindəki əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyli, toz şəklində narkotik vasitə hesab olunan heroinə bənzər maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, təqdim etdiyi bükümü tanımadığı şəxsdən 10 (on) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadə verərək, iş üzrə Şahid3 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi barədə 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Rəşad adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür ( İ cild, i.v.1); Şübhəli şəxsin tutulması haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 01 aprel 2021-ci il tarixdə tutulmuşdur ( İ cild, i.v. 19); Şəxsi axtarış və götürmə aparılması haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis leytenantı X11, Bakı şəhəri Xətai rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Şahid1, Bakı şəhəri Xətai rayon Mühafizə İdarəsinin polis nəfəri, polis kiçik serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs1, müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 01.04.2021-ci il tarixdə narkotik vasitələrinin saxlanması və istifadəsi cinayətlərinin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürülmə aparılmış, prosessual hərəkətin aparılması barədə protokol tərtib edilmiş, prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə iştirakçılar xəbərdar edilmiş və iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş maddənin nədən ibarət olması soruşulduqda həmin bükümün “Kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir ( İ cild, i.v. 30-31); Təqsirləndirilən şəxs1 Səlvər oğlunun 01.04.2021-ci il tarixli izahatından görünür ki, o, 28.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 və Rəşad adlı tanışı ilə birlikdə ünvan 9 ünvanında blokun giriş hissəsində yerləşən saxlanc yerindən bir ədəd iki nəfərlik uşaq arabasını oğurlamasını etiraf etmiş, “izahatı oxudum mənim sözlərimlə düzgün yazılmışdır əlavəm yoxdur imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (İ cild, i.v. 33-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 6/1282 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №159” möhür əksi, “...Təqsirləndirilən şəxs1...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,196 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir ( İ cild, i.v. 38- 42); Diskə baxış keçirilməsi haqqında 28 mart 2021-ci il tarixli protokoldan görünür ki, video-müşahidə cihazı vasitəsilə qeydə alınmış görüntülər “Samsung” markalı telefon vasitəsilə kameraya çəkilmiş və görüntülər diskə yazılmışdır. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, 28.03.2021-ci il tarixdə, saat 16:57 radələrində ünvan 14 ünvanında yerləşən saxlanc yerindən bir ədəd qara rəngli, “Mountain Buggy” markalı, iki nəfərlik uşaq arabasını oğurlayan naməlum şəxs arıq bədən quruluşlu, qara rəngli gödəkçədə, qara rəngli papaqdadır və o, iki nəfərlik uşaq arabasını saxlanc yerindən götürüb sürərək aparır və hadisə yerini tərk edir (İ cild, i.v. 56); Diskə baxış keçirilməsi haqqında 01 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis mayoru X12, şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X2 iştirakı ilə video-müşahidə cihazı vasitəsilə qeydə alınmış və “Samsung” markalı telefon vasitəsilə kameraya çəkilərək diskə yazılmış görüntülərə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 bildirdi ki, birinci diskdəki arabanı sürərək binadan çıxan şəxs Təqsirləndirilən şəxs3dur, digər diskdə hərəkət edərək meyvə-tərəvəz mağazasının qarşısına gələn üç nəfər şəxsdən biri o özü, digəri Bəhrəm, digər şəxs isə tanışları Rəşad adlı şəxsdir ( İ cild, i.v. 66); Zərərçəkmiş şəxs qismində tanıma haqqında 02 aprel 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Yuriyeviç zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 76); Şübhəli şəxs Təqsirləndirilən şəxs1 dindirmə haqqında 02 aprel 2021-ci il tarixli protokoldan görünür ki, o, Bəhrəmlə birlikdə olan zaman ona ünvan 15 ünvanının giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satıb pul əldə etməyi təklif etmiş, Bəhrəm onun təklifi ilə razılaşdıqdan sonra onlar birlikdə həmin ünvana getmişlər. Həmin vaxt digər tanışı Rəşadın da onların yanında olmasını, Rəşadla onun (İsmayılın) binanın kənarında dayanaraq Bəhrəmi gözlədiklərini, bir neçə dəqiqədən sonra Bəhrəmin həmin yerdən uşaq arabasını oğurlayaraq onların yanına gəldiyini, bundan sonra onlar birlikdə Bakı şəhəri Nizami rayonunda yerləşən 8-ci km Bazarına gedərək oğurladıqları uşaq arabasını satmaq istədiklərini bildirmişdir ( İ cild, i.v. 86-87); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir ( İ cild, i.v. 89-90); Təqsirləndirilən şəxs1 dindirmə haqqında 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki,ona 03 aprel 2021-ci il tarixli qərarla elan edilmiş Azərbaycan Respublikası CMnin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilir (İ cild, i.v. 97-98); Videoyazıya baxış keçirilməsi haqqında 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 01.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürülmə keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükülünü təqdim edir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Aşkar olunmuş əşyalar bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmişdir ( İ cild, i.v. 99); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-128/2021 saylı, 03.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 109-111); Cinayət işinin icraata qəbul edilməsi və icraatın birləşdirilməsi barədə 12 aprel 2021ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və ********* saylı cinayət işi birləşdirilərək ********* sayı altında istintaqı davam etdirilmişdir ( İ cild, i.v. 122-122); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( İ cild, i.v. 126); Şübhəli şəxsin tutulması haqqında 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 10.04.2021-ci il tarixdə tutulmuşdur ( İ cild, i.v. 146); Şəxsi axtarış və götürmə aparılması haqqında 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis leytenantı X11, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 01.04.2021-ci il tarixdə narkotik vasitələrinin saxlanması və istifadəsi cinayətlərinin törədilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürülmə aparılmış, prosessual hərəkətin aparılması barədə protokol tərtib edilmiş, prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə iştirakçılar xəbərdar edilmiş və iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarının sol cibindən 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş maddənin nədən ibarət olması soruşulduqda həmin bükümün “Kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir ( İ cild, i.v. 156-157); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2021-ci il tarixli, 6/1414 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №152 dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir ( İ cild, i.v. 163-166); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur ( İ cild, i.v. 172); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir ( İ cild, i.v. 192-193); Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (İ cild, i.v. 195-196); Təqsirləndirilən şəxs2 dindirilməsi barədə 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs protokolun doğruluğunu təsdiq etmək üçün imza atmaqdan imtina etmişdir. Lakin müstəntiq Elşən Quliyevin və müdafiəçi Vəfa Abdullayevanın imzaları ilə təsdiq edilmiş həmin protokolda: - “28 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, tanışları Bəhrəm və İsmayılla birlikdə olan zaman İsmayıl ünvan 9 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Onlar İsmayılın bu təklifi ilə razılaşdıqdan sonra birlikdə həmin ünvana getmişlər. Həmin vaxt o, İsmayılla binanın kənarında dayanaraq Bəhrəmi gözləmişlər və Bəhrəm isə həmin bloka daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Bəhrəm həmin yerdən bir ədəd «Mountain Baggy» markalı uşaq arabasını oğurlayaraq onların yanına gəlmişdir”-sözləri yazılmışdır ( İ cild, i.v. 205-206); Videoyazıya baxış keçirilməsi haqqında 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 10.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürülmə keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Aşkar olunmuş əşyalar bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmişdir ( İ cild, i.v. 207); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-138/2021 saylı, 12.04.2021-ci il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 (iki) ay 22 (iyirmi iki) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 10 aprel 2021-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 224-228); Şübhəli şəxsin tutulması haqqında 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində 12 aprel 2021-ci il tarixdə tutulmuşdur ( İİ cild, i.v. 1); Şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in təhqiqatçısı, polis baş leytenantı X10, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in sahə inspektoru, polis leytenantı Şahid5, şübhəli şəxs X3, müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə 12.04.2021-ci il tarixdə narkotik vasitələrinin saxlanması və istifadəsi cinayətlərinin törədilməsində şübhəli bilinən X3 üzərində şəxsi axtarış və götürülmə aparılmış, prosessual hərəkətin aparılması barədə protokol tərtib edilmiş, prosessual hərəkətin aparılması zamanı “Xiaomi” markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə iştirakçılar xəbərdar edilmiş və iştirakçılar tərəfindən videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs X9 bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra X9 əynində olan göy rəngli cins şalvarının sağ cibindən içərisində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. X7 üzərindən aşkar edilərək götürülmüş maddənin nədən ibarət olması soruşulduqda həmin bükümün “Kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir (İİ cild, i.v. 11-12); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2021-ci il tarixli, 6/1440 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Hüseynov B.” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,305 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir ( İİ cild, i.v. 19-23); Şübhəli şəxs X3 dindirilməsi barədə 14.04.2021-ci il tarixli protokoldan görünür ki, o, 28.03.2021-ci il tarixdə o, İsmayıl və onun tanışı Rəşadla birlikdə olan zaman ünvan 9 ünvanında blokun giriş hissəsində yerləşən saxlanc yerindən bir ədəd iki nəfərlik uşaq arabasını oğurlamasını etiraf etmiş, “izahatı oxudum, sözlərimlə doğru yazılmışdır əlavəm yoxdur imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (İİ cild, i.v. 39-40); Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin məcəllənin 177.2.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir ( İ cild, i.v. 41-43); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İİ cild, i.v. 45-46); Təqsirləndirilən şəxs3 dindirmə haqqında 14 aprel 2021-ci il tarixli protokoldan görünür ki,ona 14 aprel 2021-ci il tarixli qərarla elan edilmiş Azərbaycan Respublikası CMnin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilir (İİ cild, i.v. 53-54); Videoyazıya baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 12.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürülmə keçirilmiş, şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edir. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış və götürmə aparılır, lakin həmin vaxt Təqsirləndirilən şəxs3 üzərindən heç bir qanunsuz əşya müəyyən edilmir. Aşkar olunmuş əşyalar bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmişdir ( İİ cild, i.v. 55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-141/2021 saylı, 14.04.2021-ci il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 2 (iki) ay 20 (iyirmi) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmışdır ( İİ cild, i.v. 71-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin 09.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci imaddəsi ilə toplanmış 200110305, ********* nömrəli cinayət işi 12.11.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir ( İİ cild, i.v. 80-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin 21.04.2021-ci il tarixli cavabından və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Rəhimov X13 Rayon Məhkəməsinin 21.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 9 (doqquz) ay 12 (on iki) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyindən 24.02.2021-ci il tarixli qərarla cinayət məsuliyyətindən azad edilmişdir ( İİ cild, i.v. 82-83, 85-89); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin 21.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur ( İİ cild, i.v. 84); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02.03.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir ( İİ cild, i.v. 90-95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 Komissiyasının 01.06.2021-ci il tarixli, 1683 nömrəli rəyindən görünür ki, X4 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( İİ cild, i.v. 107- 108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 Komissiyasının 03.06.2021-ci il tarixli, 1715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( İİ cild, i.v. 109-110); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxsi Ambulator X1 Komissiyasının 03.06.2021-ci il tarixli, 1731 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( İİ cild, i.v. 111-112); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu icra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 513 nömrəli, 10.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 24.04.1994-cü ildə ünvan 16 ünvanında yaşayır. Yaşadığı müddətdə onun haqqında heç br şikayət daxil olmamışdır (İİ cild, i.v. 114); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommuunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 31 nömrəli, 16.06.2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 A.Qurban küçəsi 25/46a saylı evdə qeydiyyatsız Zəngilan rayonu məcburi köçkün kimi müvəqqəti qeydə alınıb, Təqsirləndirilən şəxs2 haqqında 66 saylı MKİS-ə şikayət daxil olmayıb ( İİ cild, i.v. 115-116); Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 05 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham, həmçinin hər üç təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan onun özünün qeyd etdiyi kimi - 800 (səkkiz yüz) ABŞ dolları olmaqla, həmin vaxta Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.360 (min üç yüz altmış) manat məbləğində qəbul edilmiş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan şəxslərdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etmələri xüsusatının araşdırılması məqsədi ilə ********* №-li cinayət işinin istintaq materiallarından ayrıca icraata material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Xətai RPİ-nin 34-cü PŞ-yə göndərilmiş, bundan başqa cinayət işinin istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş bir büküm şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş bir büküm şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 aşkar olunaraq götürülmüş bir büküm şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə oğurluq cinayəti baş verən zaman qeydə alınmış videogörüntülər əks olunan 02 ədəd «CD» disk onların üzərlərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 03 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkiləri 0,146 qram, 0,132 qram və 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, oğurluq cinayəti baş verən zaman qeydə alınmış videogörüntülər əks olunan 02 ədəd «CD» diskin, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 03 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır ( İİ cild, i.v. 117-128); Təqsirləndirilən şəxsi dindirmə haqqında 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona 07 iyun 2021-ci il tarixli qərarla elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilmişdir ( İİ cild, i.v. 138-139); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 9/6349 nömrəli ekspert rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd iki uşaq üçün nəzərdə tutulmuş “Mountain Buggy” markalı uşaq arabasının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına orta bazar qiymət nəzəri qaydada təxminən 440,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 10.12.2021-ci il tarixli, 211/312202 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 qeydiyyata düşmədiyi üçün cəzasından çəkməmişdir. Qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs1 haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02 mart 2021-ci il il tarixli hökmü 29 mart 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-677/2021 saylı, 27.12.2021-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 himayəsində 05.09.2014-cü il təvəllüdlü Rəhimli Ayan adlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 07.02.2022-ci il tarixli, 21-1/3-1328/7 saylı məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21.04.2009-cu il tarixli hökmü ilə 09 ay 12 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 cəzasını 15.04.2010-cu il tarixdə çəkib qurtarmışdır. Məhkəmə istintaqı zamanı “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş, içərisində təmiz çəkisi 0,196 qram olan narkotik vasitəni təqdim edir və onun - heroin olduğunu bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş maddəni haradan əldə etdiyi soruşulduqda və o, narkotik vasitə olan heroini tanımadığı şəxsdən 15 manat pul müqabilində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən, «Maşın Bazarı»nın yaxınlığında şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə istintaqı zamanı “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız bükümün içərisində olan təmiz çəkisi 0,182 qram olan narkotik vasitəni təqdim edir və onun - heroin olduğunu bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş maddəni haradan əldə etdiyi soruşulduqda və o, narkotik vasitə olan heroini tanımadığı “Səyavuş” adlı şəxsdən 15 manat pul müqabilində “Əhmədli” metrostansiyasının yaxınlığında şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə istintaqı zamanı “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü kağız bükümün içərisində təmiz çəkisi 0,305 qram olan narkotik vasitəni təqdim edir və onun - heroin olduğunu bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş maddəni haradan əldə etdiyi soruşulduqda və o, narkotik vasitə olan heroini tanımadığı şəxsdən 10 manat pul müqabilində Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Məhkəmə istintaqı zamanı “CD” disklərə baxış keçirilmiş, disklərdə olan video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs3 28.03.2021-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını götürür, sonra isə meyvə-tərəvəz mağazasının qarşısından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə uşaq arabasıynan hadisə yerindən uzaqlaşırlar. Məhkəmə, təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 2 ünvanında oğurluq etməmələri barədə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakı ilə təqsirləndirilən şəxslərin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özlərini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələri təzyiq-təsir altında vermələri ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciətləri olmamışdır. Əlavə olaraq, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ünvan 15 ünvanından uşaq arabasının oğurlanması barədə olan video görüntülərə baxış keçirilərkən də Təqsirləndirilən şəxs1 birinci diskdəki arabanı sürərək binadan çıxan şəxsin Təqsirləndirilən şəxs3 olmasını, digər diskdə hərəkət edərək meyvə-tərəvəz mağazasının qarşısına gələn üç nəfər şəxsdən birinin onun özü, digərinin Bəhrəm, digər şəxsin isə tanışları Rəşad olduğunu bildirmişdir. Bundan əlavə olaraq, həmçinin məhkəmə, Təqsirləndirilən şəxs2 dindirilməsi barədə protokolu və s. sənədləri imzalamamasına münasibətdə hesab edir ki, onun bu əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə münasibətdə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, həmin protokolda “28 mart 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, tanışları Bəhrəm və İsmayılla birlikdə olan zaman İsmayıl ünvan 9 ünvanının blokunun giriş hissəsində yerləşən uşaq arabasını oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. Onlar İsmayılın bu təklifi ilə razılaşdıqdan sonra birlikdə həmin ünvana getmişlər. Həmin vaxt o, İsmayılla binanın kənarında dayanaraq Bəhrəmi gözləmişlər və Bəhrəm isə həmin bloka daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Bəhrəm həmin yerdən bir ədəd «Mountain Baggy» markalı uşaq arabasını oğurlayaraq onların yanına gəlmişdir”-sözləri yazılmış, həmin protokol təqsirləndirilən şəxsin müdafiəçisi və digərləri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan əlavə olaraq, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında baş vermiş oğurluq hadisəsinin iştirakçılarından olması iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istintaq dövründə verdikləri ifadələri ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə irəli sürülmüş ittihama görə onlar Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.360 (bir min üç yüz altmış) manat olan 800 (səkkiz yüz) ABŞ dolları qiymətində bir ədəd “Mountain Buggy” markalı uşaq arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1.360 (bir min üç yüz altmış) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 9/6349 nömrəli ekspert rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd iki uşaq üçün nəzərdə tutulmuş “Mountain Buggy” markalı uşaq arabasının istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin mart ayına orta bazar qiymət nəzəri qaydada təxminən 440,0 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə 1.360 (bir min üç yüz altmış) manat məbləğində maddi ziyan vurduqlarını qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, məhkəmə tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Ekspertiza Mərkəzinin 01 noyabr 2021-ci il tarixli, 9/6349 nömrəli rəyində maddi ziyanın məbləği 440.0 (dörd yüz qırx) manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs vurduqları maddi ziyanın miqdarının 440.0 (dörd yüz qırx) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 hazırkı əməllərinə qiymət verib cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə istinad edərək cinayətlərin məcmusu kimi, həm də CM-nin 67.1-ci maddəsinə istinad edərək hökmlərin məcmusu kimi qiymət verib müvafiq cəza təyin etməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CMnin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02.03.2021-ci il tarixli hökmünün 29 mart 2021-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 28 mart 2021-ci il tarixdə törədilməsini, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini isə 01.04.2021-ci il tarixdə törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk növbədə CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada cinayətlərin məcmusu, sonra isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi qiymət verməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02.03.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını (CM- 59.1.4.), törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Suraxanı Rayon Məhkəməsinin 21.04.2009-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 234.1-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 234.1-ci maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,146 qram; 0,132 qram və 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 05 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs1, 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs2 və 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-74/2021 saylı, 02.03.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-677/2021 saylı, 27.12.2021-ci il tarixli qərarı ilə 1 il müddətinə azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,146 qram, 0,132 qram və 0,255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsinlər. İş üzrə maddi sübut – 05 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs1, 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs2 və 129.63 (yüz iyirmi doqquz manat altmış üç qəpik) manat Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar