Məhkəmə qərarları › İş №1(011)-20/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-20/2023

14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-20/2023 14.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 16 avqust 1961-ci ildə Ermənistan Respublikası, Vedi rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olan, barəsində "həbs" qismində qətimkan tədbiri seçilmiş, Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tanışı X19 ilə qabaqcadan albir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə va aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində olan torpaq sahəsinin ona maxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisində sonuncu Azər Novruzovun kart hesabına 10.500 (on min beş yüz) manat pulu köçürmüş və həmin tarixdə Zərərçəkmiş şəxs1 hüquq verən rəsmi sənədləri, yəni Sabunçu rayonu, Maştağa qosobo nümayəndəliyi adından 14 nömrəli qərardan çıxarışın və yerləşmə sxeminin saxta surətlərini təqdim etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs1 Qurbanoli oğluna ümumilikdə 10.500 (on min beş yüz) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X19 ilə qabaqcadan əlbir olub bir qrup soxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qosobosi, Savalan yeni yaşayış massivində 0,02 ha torpaq sahəsinin ona maxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2021-ci il tarixda Bakı şəhəri, Xəzər rayonu, Bino qasəbəsi ərazisində 31 saylı notariat ofisinin qarşısında sonuncudan 3500 (üç min beş yüz) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs2 hüquq verən rəsmi sənədi, yəni Sabunçu rayonu, Maştağa qosoba nümayəndəliyi adından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın və həmin torpaq sahəsinə dair yerləşmə sxeminin saxta surətlərini təqdim etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə 300 manat məbləğində pulu "xxxx" ASC-nǝ aid, nömrəsi 4203 82** **** 6597 olan 3801000GB9274414A76 kart hesab nömrəsinə köçürmək yolu ilə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X19 ilə qabaqcadan albir olub bir qrup şoxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 0,017 ha torpaq sahəsinin ona maxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisinin qarşısında sonuncudan 3000 (üç min) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs3 hüquq veran rasmi sənədi, yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə nümayəndəliyi adından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın saxta surətini təqdim etməklə, aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs3 3000 (üç min) manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X19 ilə qabaqcadan albir olu qrup şəxs halında cinayət əlaqəsinə girərək özganin mlakını etibardan sui-istifada etmo aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Atçılıq yeni yaşayış massivində olan torpaq sahəsinin ona maxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xazar rayonu, Buzovna qəsəbəsi, Atçılıq yeni yaşayış massivinds beh kimi 200 manat pulunu xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 31 saylı notariat ofisində sonuncu Azər Novruzovun kart hesabına 6400 (altı min dörd yüz) manat pulu köçürmüş və həmin tarixda Asif Aliyevə hüquq verən rəsmi sənədləri, yəni Abşeron rayon İcra Hakimiyyəti adından xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamdan çıxarışın və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kand Tosrrüfatı Müassisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli omrdən çıxarışın saxta surətlərini təqdim etməklə aldadıb ələ keçirərək zərərçəkmiş şəxs X20 ümumilikdə 6600 (altı min altı yüz) manat məbləğində pulu vahid niyyətə ala keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X19 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını etibardan sui-istifadə etma va aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Nocof oğluna Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 12.000 (on iki min) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs5 hüquq verən rəsmi sənədi, yəni X4 adından xx.xx.1990-ci il tarixli 428 nömrəli əmrdən çıxarışın saxta surətini təqdim etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs5 Nocǝf oğlunun ümumilikdə 12.000 (on iki min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ǝlə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində torpaq sahəsinin ona məxsus olduğuna inandırıb etibarından sui istifadə edib aldadaraq xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 18 saylı notariat ofisində sonuncudan 13.000 (on üç min) manat pulu almış və həmin tarixdə Zərərçəkmiş şəxs6 hüquq verən rəsmi sonadi, yəni Abşeron rayonu, X24 adından xx.xx.2009-cu il tarixli **********85 nömrəli çıxarışın saxta suratini taqdim etməklə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 13.000 (on üç min) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri, cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə cinayət işinin digər materialları və mötəbər dəlillərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heçkimə qarşı dələduzluq etməmişdir. Azərə sürücülük etmişdir. Bütün dələduzluq əməlləri Azər tərəfindən törədilmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 24, manzil 47-də ailəsi ilə birlikdə kirayədə yaşayır. 2021-ci ilin sentyabr ayında "taz.az" internet saytında torpaq alqı- satqısı ilə məşğul olan Emin adlı şəxslə tanış olmuş, ona torpaq sahəsi almaq istədiyini bildirmiş və Emin bu işdə ona köməklik edəcəyini bildirmişdir. Emin buna görə Azər adlı şəxsin 070-440- 06-45 mobil nömrəsini vermişdir ki, Z.Oliyev onunla əlaqə saxlasın və torpaq sahəsini ona göstərsin. Sonra Azərlə əlaqə saxlamış va xx.xx.2021-ci il tarixdə onunla Sabunçu rayonu, Savalan yeni yaşayış massivində görüşmüşdür. Onun yanında bir nəfər şəxs də olmuşdur, lakin adını bilməmişdir. Azər ona Sabunçu rayonu, Savalan qəsəbəsində yerləşən 28 nömrəli məktəbin yaxınlığında 0,06 ha torpaq torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsini bəyənmiş və qiymətini 10.500 manata razılaşmışlar. Ondan sonra birlikdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmiş, orada əvvəlcə ödəmə aparatı vasitəsi ilə 10.500 manat pulu Azərin hesabına, 21 manat da bank fazi ödəmiş, 400 manat da əlavə sənədləşmə aparılması üçün Azərin özünə vermiş, sonra isə Azər ona 31 saylı notariat ofisi tərəfindən tasdiq edilmiş X9 adına olan Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 14 nömrəli qərarından çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsindən 0,055 ha torpaq sahəsinin ayrılmasına dair ilkin müqaviləni vermişdir. Müqavilədən əlavə Azər ona həmin torpaq sahəsinə görə də Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən ümumi sahə 107 saylı torpaq sahəsinin yerləşmə sxeminin surətini də vermişdir. Bundan əlavə Azər sənədləşmə üçün ondan 100 manat, onda olan sənədləri yoxlamaq üçün yanındakı şəxsə də 50 manat verməyini bildirmiş vo Z.Oliyev də həmin məbləği vermişdir. Beləliklə Azərə ümumilikdə 11.071 (on bir min yetmiş bir) manat pul vermişdir. Həmin gündən təxminən 3 gün sonra təsadüfən "taz.az" internet saytında görmüşdür ki, həmin torpaq sahəsinin şəkili elanda yerləşdirilib va bir sotu 1500 (mun beş yüz) manata satışa qoyulub. Səhəri gün həmin torpaq sahəsinə getmiş, maraqlandıqda ətrafda olan şəxslər ona bildirmişlər ki, bu torpaq sahəsi başqa bir şəxsə məxsusdur. Bunu eşidən kimi Azərlə əlaqə saxlamış və ona bildirmişdir ki, "sənin mənə satdığın torpaq sahəsi başqasına məxsusdur, xahiş edirəm mənim pulumu qaytar", Azər da bildirmişdir ki, "elə şey ola bilməz, halhazırda mən rayondayam, 3-4 gündən sonra gələrəm görüşüb aydınlşadırarıq". 3-4 gündən sonra Azər ona zəng vurmamış, məcbur olub özü ona zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamışdır. Ondan sonra dəfələrlə Azərin istifadəsində olan nömrəyə zəng vursa da həmin nömrə bağlı olmuşdur. Ondan sonra başa düşmüşdür ki, Azər onun etibarından sui istifadə edərək torpaq satmaq adı ilə dələduzluq edərək 11.071 (on bir min yetmiş bir) manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə etmişdir ki, Azar Novruzova ümumilikdə 11.071 (on bir min yetmiş bir) manat pulu veran zaman 31 saylı notariat ofisinin qarşısında Azərin yanında gələn bir nəfər adını bilmədiyi, lakin üzdən tanıdığı şəxs olmuşdur.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.lsazadə küçəsi, fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Xəzər rayonu, Binə qəsəbəsində paltar mağazasında satıcı işləmiş və özünə pul toplamışdır ki, torpaq sahəsi alsın. Yaşadığı ev olmadığı üçün torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün sosial şəbəkədə torpaq sahəsi axtararkən ev- torpaq alqı-satqısı ilə məşğul olan Emin adlı şəxslə tanış olmuş, onunla telefon vasitəsilə danışmış va o, da Arif adlı şəxsin mobil nömrəsini vermişdir ki, onun adından Ariflə danışsın və satışda olan torpaq sahəsinə baxsın. Bundan sonra Zərərçəkmiş şəxs2 Eminin adından Ariflə danışmış, nömrənizi Emin adlı şəxsin ona verdiyini va satışda olan torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Arif bildirmişdir ki, mümkündürsə "Koroğlu" metro stansiyasının yaxınlığında görüşsünlər və gedib birlikdə həmin torpaq sahəsinə baxsınlar. O, nənəsi Şahid5 Nahmət qızına demiş va onunla birlikda "Koroğlu" metro stansiyasının yaxınlığında Ariflə görüşmüşdür. Onun yanında Azər adlı şəxs də olmuşdur. Nənəsi ilə Arifin göy rəngli "Ford" markalı avtomobillə minmiş, Arif onları Sabunçu rayonu, Maştağa qəsəbəsində Savalan yeni yaşayış massivində yerləşən orta məktəbin yaxınlığına aparıb orada 0,02 ha torpaq sahəsini göstərmiş və bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur və 4500 manata satır. Deyilən qiymət onun puluna uyğun olmamış, lakin torpaq sahəsi xoşuma gəlmiş və bəyənmişdir. Oradan qayıdanda Emin adlı şəxslə yolda görüşüb ona demişdir ki, torpaq sahəsinin qiyməti bir qadar bahadır, mümkünsə Arif qiymətini münasib eləsin və razılaşıb alsın. Bundan sonra Emin ona demişdir ki, "mən xahiş edərəm münasib edər, yani 500 manat qiymati aşağı salar". Emin danışdıqdan sonra 4.000 manata razılaşmışdır. 01 oktyabr 2021-ci il tarixdə Xəzər rayonu, Bins qəsəbəsində yerləşən 31 saylı Notariat ofisinin qarşısında görüşmüş, həmin vaxt pulu tam olmadığı üçün Arifə demişdir ki, 3.500 manat pulu düzəlib, pulun qalan hissəsini isə, yəni 500 manatını mümkünsə bir həftə və ya on gün müddətinə düzəldib versin. Arif bununla razılaşmış və Arifin avtomobilində nənəsi və Azərin iştirakı ilə ona 1.000 dollar va 1.800 manat pul vermişdir. Arif pulu ondan alandan sonra notariat ofisina girmiş və onlara bildirmişdir ki, bayırda gözləsinlər. Bir qədər keçdikdən sonra Arif çıxmış və ona X10 adından etibarnaməni vermişdir O, etibarnamədən əlavə Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışı, ərizə və torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir. Ondan bu sənədlərin əslini istədikdə o, bildirmişdir ki, "etibarnama aslidir, lakin qalan sənədlərin surətini sənə verirəm, bu sənədlərin heç birində problem yoxdur, əgər gələcəkdə hər hansı bir problem yaranarsa özü sənə köməklik edəcəyəm". Təxminən iki həftə keçdikdən sonra Arif ona zəng vurub bildirmişdir ki, "torpaq sahəsinin ölçülərini dəqiqləşdirmək üçün nümayəndələri çağırmışam və onlar 500 manat pul istəyirlər, lakin man onlarla danışıb 300 manata razılaşmışam". Zərərçəkmiş şəxs2 300 manatı ona necə çatdıracağını soruşmuş və Arif da demişdir ki, həmin şəxsin kart hesabına keçirtmək lazımdır. Onunla telefonla danışarkən yanında başqa şəxslərin səsi də gəldiyini bildirmişdir. Danışdıqdan sonra Arif ona kartın hesab nömrəsini göndərmiş və o, Xəzər rayonu, Binə qəsəbəsində Mehriban qonşular adlanan küçədə yerləşən marketdə million aparatı vasitəsilə həmin hesaba 300 manat pul köçürmüşdür. Ödənişlə aparatdan çıxan qəbzin surətini təhqiqat araşdırması zamanı təqdim etmişdir. Bundan sonra Arif ona heç bir sənəd təqdim etməmiş və sonradan maraqlandıqda məlum olmuşdur ki, həmin torpaq sahəsinin nə Arifə nə də Azərə heç bir aidiyyəti yoxdur. Arifdən pulunu geri qaytarmağı tələb etmiş və o, qaytaracağını bildirsə də, lakin bu günə kimi müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Ümumilikdə Arifə 3.800 manat pul verdiyini, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmadığını, torpaq sahəsini alınan gündən sonra orada olmadığını bildirmişdir. Eminin ancaq adını və mobil nömrəsini (***-***-**-**). Arifin də adını və mobil nömrəsini (055- 886-63-55) va ona etibarnamə verən şəxs X10 isə soyadını, adını, ata adını və mobil nömrəsini (***-***-**-**) bildiyini, onların başqa heç bir anket malumatlarını bilmədiyini ifadəsində qeyd etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində qardaşı ilə birlikdə kirayədə yaşayır. Öz evi yoxdur, kirayədə yaşayır, ona görə torpaq sahəsi alıb ev tikmək istəmişdir, bunun üçün sosial şəbəkədə satışda olan torpaq sahələrini axtarmış, orada Azər adlı şəxsin Sabunçu rayonu, Savalan yaşayış massivində yerləşən məktəbin yaxınlığında 1,7 sot torpaq sahəsinin satışının elanda görmüşdür. Həmin elanı oxumuş və görmüşdür ki, həmin torpaq sahəsini satan Azər adlı şəxsdir. Onun elanda yerləşdirdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və bildirmişdir ki, torpaq sahəsi almaq istəyir. xx.xx.2021-ci il tarixdə Azər adlı şəxslə Sabunçu rayonu, Savalan yaşayış massivində görüşmüşdür. Həmin vaxt onunla birlikdə bir nəfər də şəxs də gəlmiş və sonradan bilmişdir ki, onun adı Arifdir. Maraqlandığı həmin torpaq sahəsinə baxmağa onlarla birlikdə getmiş və orada həmin torpaq sahəsini sənədləşmə ilə birlikdə 3200 manata razılaşmış va birlikdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinə getmişlər. Ora çatanda onların digər bir makler tanışı da ora gəlmiş, lakin onun adını bilməmişdir. Orada alacağı torpaq sahəsinə görə xx.xx.2021-ci il tarixdə X19 ilə müqavilə bağlamış va notarial qaydada təsdiqlənmişdir. Ondan sonra Azərǝ 3000 manat torpaq sahəsinə görə 200 manat da sənədləşməyə görə vermişdir. Azər müqavilədən əlavə Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışı, əriza va torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir. Sonradan həmin sənədlərin dəqiqliyi ilə maraqlanmış va aldığı torpaq sahəsi olan yerə getmişdir. Orada maraqlanan zaman bir nəfər avtomobili ilə gəlib dayanmış va ondan hasarı kim tərəfindən uçurdulduğunu soruşmuşdur. Elmin ona cavab verərək bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsus olduğunu və təzə aldığını bildirmişdir. Həmin şəxs də ona bildirmişdir ki, bu torpaq sahəsi ona məxsusdur və bununla bağlı sənədin olduğunu bildirmişdir. O, sənədini Zərərçəkmiş şəxs3 göstərmişdir. Həmin gün Azərin mobil nömrəsinə zəng vurmuş və həmin nömrəyə zəng çatmamışdır. Sonra Arif adlı şəxsə zəng vurmuş və olanları ona danışmış və onunla görüşmək istədiyini bildirmişdir. Arif ona bir saata görüşə biləcəyini bildirsə də, lakin sonradan onun zənginə cavab verməmişdir. Bu zaman başa düşmüşdür ki, Azər və Arif adlı şəxslər onun etibarından sui istifadə edərək aldatmış, dələduzluq yolu ilə saxta sənədlərlə ona torpaq sahəsi satmış və 3200 manat pulunu ələ keçirmişdir. Müraciət etmək üçün bu barədə DİN- in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs3 ümumilikdə 3200 manat pulu Azər Novruzova həmin gün 31 saylı natariat ofisinin qarşısında verəndə yanında Arif, sonradan onların yanına gələn adını bilmədiyim şəxs və iş yoldaşı Xaləddin adlı şəxslər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospekti, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Qeyd etmişdir ki, öz evi yoxdur və fəhləliklə özünə topladığı pulla torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün "tap.az" sosial şəbəkəsində elanlarda bir ünvana rast gəlmiş və daxil olub baxanda vasitəçinin ***-***-**- ** mobil nömrəsini götürüb ona zəng vurmuşdur. Vasitəçi ilə danışdıqda adını Emin kimi təqdim etmişdir. Ona torpaq sahəsi almaq istədiyini bildirmiş və o, Arif adlı şaxsin ***-***- **-** mobil nömrəsini vermişdir ki, bu nömrə ilə əlaqə saxlayıb danışsın. xx.xx.2022-ci il tarixdə Arifə zəng vurmuş və bildirmişdir ki, elanda gördüyü evə görə zəng etmişdir. Arif də bildirmişdir ki, "problem yoxdur, sabah görüşək gedib həmin yerə baxaq". xx.xx.2022-ci il tarixdə "Əhmədli metro stansiyasının yaxınlığında Ariflə görüşmüş, onun yanında Azər adlı şəxs də gəlmişdir. Arif bildirmişdir ki, həmin torpaq sahəsi Azərə məxsusdur va torpaq sahəsini o, satır. Orada tikilmiş hasar va evi isə Azərlə birlikda tikmişdir. Sonra onlarla birlikdə Xəzər rayonu, Binə qəsəbəsi Donuzkökəltmə Sovxozuna getmiş, həmin evi görəndən sonra bəyənmişdi. Orada torpaq sahəsini tikililərlə birlikdə 12.000 manata razılaşmışlar. Ondan sonra birlikdə Xətai rayonu ərazisində yerləşən 18 saylı notariat ofisinǝ getmişlər. Orada 12.000 manatı sayıb Arifə vermiş, o, da pulu yenidən sayıb Azərə vermiş, sonra onlarla birlikdə notariat ofisinə girmiş və orada Azərin adından onun həyat yoldaşı X5 adına etibarnamə təsdiq etdirərək ona təqdim etmişdir. X3 ona etibarnamədən başqa Abşeron Rayon Donuz Kökəltmə Sovxozu üzrə 135 saylı əmrdən xx.xx.1999-cu il tarixli 428 nömrəli çıxarışın surətini də təqdim etmişdir. Ondan sonra sağollaşıb onlardan ayrılmışdır. Təxminən 2 aydan sonra aldığı evin elektrik sayğacını çəkdirmiş, ondan da 3 gün sonra həyətinin darvazası olmadığına görə alıb yerinə qoymuşdur. İki gündən sonra işıq idarəsindən ona zəng olunmuş və bildirilmişdir ki, aldığı evin əvvəlki sahibi onu axtarır. Səhəri gün həmin şəxslə, yəni Şahid4 ilə görüşmüş və o, həmin torpaq sahəsinin sənədini göstərmişdir. Bundan sonra görmüşdür ki, həqiqətən də həmin torpaq sahəsi Şahid4 məxsusdur. Onda başa düşmüşdür ki, Azər və Arif adlı şəxslar məni aldadaraq 12.000 (on iki min) manat pulunu ələ keçirmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə 18 saylı notariat ofisinin qarşısında Arif və Azər adlı şəxslərə 12.000 (on iki min) manat pulu verəndə başqa heç kim şahid olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə biryerdə yaşayır və Ramana qəsəbəsində yerləşən ayaqqabı sexində fəhlə işləyir.2022-ci ilin mart ayında X24 ərazisində torpaq almaq istəmiş, bu məqsədlə «Lalafo» saytından bir nəfər şaxsin mobil telefon nömrəsinə zəng etmiş və həmin torpaq sahəsi ilə maraqlanmışdır. Torpağı salan şəxs özünü Arif kimi təqdim edərək demişdir ki, həmin satdığı torpaq sahəsi 2 sotun içərisindədir və torpağın içərisində yarım tikili var. Arif demişdir ki, 2 sot torpaq sahəsini və 90 kv metr sahəsi olan yarım tikili evi 13000 manata satır. O, gedib həmin torpaq sahəsinə baxış və torpaq sahəsi xoşuna gəlmişdir. 19 mart 2022-ci il tarixdə Ariflə telefonla danışıb Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 18 saylı notariat kontorunda görüşmüşlər.Notariat kontorunda Arif adlı şəxsin Təqsirləndirilən şəxs olmasını bilmiş və ondan Abşeron rayonu, Südçülük Sovxozu ərazisində yerləşən 200 kv.m. torpaq sahəsini 13000 manat pulu ödəməklə almışdır. Arif notariat kontorunda demişdir ki, həmin torpaq sahəsi onun özünə məxsusdur. Daha sonra həmin torpaq sahəsində təmir işləri apardıqda bir nəfər şəxs iddia edərək həmin torpaq sahəsinin ona məxsus olduğunu qeyd etmişdir. O, özü araşdırmış və məlum olmuşdur ki, X21 etibarından sui-istifadə edfǝrǝk onu aldatmış və məlum olmuşdur ki, torpaq sahəsi Arifa maxsus deyil. Dəfələrlə Arifin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmayinə baxmayaraq Arif zənglərinə cavab verməmişdir. Bu vaxta kimi Arifi tapa bilmir ki, ondan 13000 manat pulu alsın. Arif ondan yayınır va qaçıb gizlanir. Arifin dələduzluq yolu ilə ələ keçirdiyi 13000 manat pul onun özünə məxsusdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Öz evləri yoxdur, kirayədə yaşayırlar, ona görə torpaq sahəsi alıb ev tikmək istəmişlər. Bunun üçün yoldaşı sosial şəbəkədə satışda olan torpaq sahələrini axtararkən Azər adlı şəxsin Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi ərazisində olan torpaq sahəsini elanda yerləşdirdiyini görmüş və onun elanda yerləşdirdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Azərlə Xəzər rayonu, Buzovna qəsəbəsində görüşüb maraqlandığı həmin torpaq sahəsinə birlikdə baxmağa getmişdir. Həmin torpaq sahəsinin bir sotunu 1200 manata razılaşmışdır. Həmin torpaq sahəsi 10 sotdan ibarət olsa da, lakin yoldaşı 5.5 sotunu istəmişdir. Razılaşandan sonra Asif ona zəng vurmuşdur ki, beh vermək üçün evdən 200 manat pul gətirsin. Evdən 200 manat pul götürüb onların olduğu yerə, yəni torpaq sahəsi olan yerə getmiş və həyat yoldaşı 200 manatı ondan alıb Azərə vermişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında yoldaşı Azərlə lazım olan sənədləşmə işlərini görmüş və ona 6400 manat torpaq sahəsinə və 200 manat da sənədləşmə işlərinə görə pul vermişdir. Həmin vaxt N.Aliyeva orada olmamış, Azərdən başqa bir nəfər şəxs olmuşdur ki, onun da adını yoldaşı bilmədiyini qeyd etmişdir. Yoldaşı Azərin ona təqdim etdiyi sənədlərin düzgünlüyünü yoxlatdırdıqdan sonra məlum olmuşdur ki, Azər yoldaşının etibarından sui istifadə edərək onu aldatmış, dələduzluq yolu ilə saxta sənədlərlə torpaq sahəsi satmış və 6800 manat pulunu ələ keçirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, nəvəsi Zərərçəkmiş şəxs2 onunla biryerdə yaşayır.Nəvəsi Xanım əvvəllər Xəzər rayonu, Binə qəsəbəsində paltar mağazasında satıcı işləyib özünə pul toplamışdır ki, torpaq sahəsi alsın. Bunun üçün 2021-ci ilin sentyabr təxminən ayının axırlarında sosial şəbəkə vasitəsi ilə torpaq sahəsi axtaran zaman torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi özünü tanıtdıran Elmin adlı şəxslə tanış olmuş və ona torpaq sahəsi ilə maraqlandığını bildirmişdir.O, X37 adlı şəxsin mobil nömrəsini vermişdir ki, onun adından Ariflə danışsın və satışda olan torpaq sahəsinə gedib birlikdə baxsın. Nəvəsi Xanım da Ariflə danışdıqdan sonra Arif ona «Koroğlu» metrostansiyasının yaxınlığında görüşüb satışda olan torpaq sahəsinə baxmağı bildirmişdir. Nəvəsi Xanım bunu ona deyib bildirmişdir ki, Arif onu «Koroğlu metrostansiyasının yaxınlığına çağırıb ki, görüşüb satışda olan torpaq sahəsini göstərsin. Nəvəsini tək buraxmayıb onunla birlikda «Koroğlu» metrostansiyasının yaxınlığına gedib orada Arif adlı şəxslə görüşmüşlər.Arifin yanında bir nəfər Azər adlı şəxs də olmuş, Arif və Azər onları öz avtomobilləri ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində Savalan yeni yaşayış massivində yerləşən orta məktəbin yaxınlığına aparıb orada 0,02 ha torpaq sahəsini göstərib bildirmişlər ki, hamin torpaq sahəsi Azərə məxsusdur va 4500 manata satır. Həmin torpaq sahəsinə baxıb. bəyənmişlər, lakin qiyməti bir qədər nəvəsinin büdcəsinə uyğun gəlməmişdir. Buna baxmayaraq oradan qayıdanda Elmin adlı şəxslə yolda görüşüb ona demişlər ki, torpaq sahəsinin qiyməti bir qədər bahadır, mümkündürsə qiymətini münasib eləsin və razılaşıb alsınlar. Bundan sonra Elmin demişdir ki, xahiş edər münasib qiymətə edərlər, yəni 500 manat qiyməti aşağı salar.Elmin danışdıqdan sonra novasi 4000 manata razılaşmışdır.01 oktyabr 2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı Notariat ofisinin qarşısında görüşmüşlər. Həmin vaxt Xanımın pulu tam olmadığı üçün Arifə demişdir ki, 3500 manat pulu düzəldib, pulun qalan hissəsini isə, yani 500 manatını mümkündürsə bir həftə və ya on gün müddətinə düzəldib verəcək.Arif bununla razılaşmış, Xanım Arifin avtomobilində ona 1000 ABŞ dolları va 1800 manat pul vermişdir. Həmin vaxt Azər adlı şəxs də yanlarında olmuşdur.Xanım onların iştirakı ilə pulu Arifə vermişdir. Arif pulu nəvəsindən alandan sonra notariat ofisinə girib bildirmişdir ki, bayırda gözləsinlər.Bir qədər keçdikdən sonra Arif çıxıb navasina X11 adından etibarnamə vermişdir.O, etibarnamədən əlavə Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışı, arizo vo torpaq sahəsinin yerləşdiyi yerin sxeminin surətlərini də vermişdir Xanım ondan bu sənədlərin əslini istədikdə o, bildirmişdir ki, etibarnama aslidir, lakin qalan sənədlərin surətini verir, bu sənədlərin heç birində problem yoxdur, əgər gələcəkdə hər hansı bir problem yaranarsa özü köməklik edəcək. Təxminən iki həftə keçmiş Arif nəvəsinə zəng edib bildirmişdir ki, torpaq sahəsinin ölçülərini dəqiqləşdirmək üçün nümayəndələri çağırıb və onlar 500 manat pul istəyirlar, lakin onlarla danışıb 300 manata razılaşmışdır. Novasi 300 manatı neca ona çatdıracağını soruşmuş, Arif bildirmişdir ki, həmin şaxsin kart hesabına keçirtmək lazımdır.Danışdıqdan sonra Arif, Xanıma kartın hesab nömrəsini göndərmiş və Xanım gedib həmin hesaba Xəzər rayonu, Bina qəsəbəsində Mehriban qonşular adlanan küçədə yerləşən marketdə milliön aparatı vasitəsi ilo 300 manat pul köçürtmüşdür. Ödəniş aparatından çıxan qəbz hazırda Xanımın özündədir və surətini təhqiqat araşdırması zamanı toqdim etmişdir.Bundan sonra Arif nəvəsi Xanıma heç bir sənəd təqdim etməmiş və daha sonra novasi maraqlananda məlum olmuşdur ki, homin torpaq sahəsinin no Arifa, no do Azərɔ heç bir aidiyyəti yoxdur. Arifin verdiyi sənədlərin kökü yoxdur, həmin sənədlər saxtadır. Bunu bildikdən sonra nəvəsi Arifdən pulunu geri qaytarmağı tələb etmiş, o, isǝ müxtəlif bəhanələr gətirərək nəvəsinin pulunu vermir. Hazırda məlum olmuşdur ki, Arif və Azər qabaqcadan əlbir olub nəvəsinin etibarından sui-istifadə etməklə onun 3800 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. İş üzrə şahid qismində dindirilmiş 31 saylı notariat ofisinin xüsusi notariusu Şahid6 birmişdir ki, 2014-cü ildən Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu kimi fəaliyyət göstərir. Notarius kimi vəzifəsi fiziki və hüquqi şəxslər arasında bir, iki tərəfli əqdlərin, vəsiyyətnamənin, imzanın həqiqliyinin, sənədlərdən surətlərin düzgünlüyünün, vərəsəlik işlərinin və sair notariat hərəkətləri təsdiq etməkdən ibarətdir. xx.xx.2021-ci il tarixdə notarius kimi fəaliyyət göstərdiyi Bakı şəhəri 31 saylı notariat ofisinə X19 ilə Zərərçəkmiş şəxs1 gələrək, Azər Novruzova Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X15 adından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1991-ci il tarixli 14 saylı qərarından çıxarışa əsasən ona maxsus 107 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair etibarnamə verilǝrǝk 7E- 9211 reyestrlə təsdiq olunmuş etibarnaməni, eyni zamanda həmin notariat ofisi tərəfindən qeyd olunan qərarın əslinin surəti ilə düzügünlüyünün İS-9108 reyestrlə təsdiq olunmuş, sənədləri təqdim edərək 550 kv.m torpaq sahəsini Masallı rayon sakini Zərərçəkmiş şəxs1 ilkin alqı-satqı yolu ilə 10830,00 (on min səkkiz yüz otuz) manata satmaq niyyəti ilə müraciət etmişdir. Təqdim olunan sənədləri, eyni zamanda "Elektron notariat "Avtomatlaşdırılmış informasiya sistemindən qeyd olunan notariat ofisi tərəfindən verilmiş etibarnamənin qüvvədə olubolmamasını və təsdiqini, eyni zamanda onların şəxsiyyət vəsiqələri əsasında şəxsiyyətlərini müəyyən edərək, fəaliyyət qabiliyyətləri tərəfindən yoxlanılıqdan sonra, ilkin alqı-satqı müqaviləsinin hazırlanmasına göstəriş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqavilə hazırlanaraq notariat ofisinin bankda olan depozit hesabına, alıcı kimi çıxış edən, Zərərçəkmiş şəxs1, satıcı kimi çıxış edən X10 adına 10830,00 on min səkkiz yüz otuz manata razılaşdıqları vəsaitdən, gələcəkdə verginin tutulması nəzərə alınmaqla 10500,00 (on min beş yüz) manata banka qoymuş. məktubu əsasında müqavilə və reyestr kitabı yuxarıda qeyd olunan şəxslər tərəfindən şəxsən imzalandıqdan sonra 3M/313 reyestr kitabına qeydə alınaraq tərəfindən təsdiq olunmuşdur. Depozit hesaba qoyulmuş 10500,00 (on min beş yüz) manat tərəfindən təsdiq olunmuş bank çeki osasında X19 tərəfindən götürülmüşdür. 01 oktyabr 2021-ci il tarixdə X19 notariat ofisinə yenə gələrək, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək hüququ ilǝ 70 il müddətinə vətəndaş X1 baş etibarnamə vermək niyyəti ilə müraciət etmişdir. Onun şəxsiyyət vəsiqəsi əsasında şəxsiyyəti müəyyən edildikdən sonra etibarnamə hazırlanaraq, 7E-8088 reyestr kitabına qeydə alınaraq Azər Novruzov tərəfindən şəxsən imzalandıqdan sonra tərəfindən təsdiq olunmuşdur. Eyni vaxtda həmin olan Maştağa torpaq sahəsindən 0.02ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 istifadəsinə verilməsinə və həmin torpağa qarşı heç bir iddiası tələbi olmayacağı barədə ərizəsində imzasının həqiqiliyi hazırlanaraq 81-5325 reyestr kitabına qeydə alınmış, onun tərəfindən saxson imzalandıqdan sonra tərəfindən təsdiq olunmuşdur. Azərbaycan Respublikası "Notariat haqqında" Qanunun 67-ci maddəsinə əsasən notariusa sənəddə imzanın həqiqliyini tasdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. 04 oktyabr 2021-ci il tarixdə X22 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1927-ci il tarixli 11 nömrəli çıxarışa əsasən Maştağa qəsəbəsində ona maxsus 0.12ha torpaq sahəsindən 0.017 ha torpaq sahəsini vətəndaş Zərərçəkmiş şəxs3 3000,00 ( üç min) manata satdığına görə ilkin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar müraciət etmiş, ona məxsus torpağa aid sənədləri nəzərdən keçirib, tərəfindən şəxsiyyət vəsiqələri əsasında onların şəxsiyyətini müəyyən edilərək, Mülki Məcəllənin 402-ci maddəsinə əsasən ilkin alqı-satqı müqaviləsinin hazırlanmasına göstəriş vermişdir. Müqavilə hazırlanaraq 3M-333 reyestrlə qeydə alınmış, tərəflər şəxsən imzaladıqdan sonra tərəfindən təsdiq olunmuş, 3000,00 (üç min) manat Azər Novruzova nağd şəkildə Zərərçəkmiş şəxs3 tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixdə X19 yenidən notariat ofisinə gələrək X7 adından, ona Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 7E-38 reyestrla təsdiq olunmuş etibarnamə əsasında Elşən Hətəmova məxsus Buzovna qəsəbəsi tərəvəzçiliksüdçülük sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsini 7200,00 (yeddi min iki yüz) manata X26 ils razılığa gələrək ilkin alqı-satqı müqaviləsinin təsdiqi ilə əlaqədar müraciət etmiş, tərəflərin şəxsiyyətini müəyyən edib, fəaliyyət qabiliyyətini va torpağa aid sənədi yoxladıqdan sonra. tərəflərin razılığına əsasən notariusun bankda olan, depozit hesabına satıcı qismində çıxış edin X10 adına məktubları əsasında 6400,00 (altı min dörd yüz) manat qismində çıxış edən X26 tərəfindən banka qoyulmuş, müqavilə hazırlanaraq 3M-01 reyestr kitabına qeydə alınmış, tərəflər şəxsən imzaladıqdan sonra tərəfindən təsdiq olunmuşdur. Bankda depozitdə alıcı Zərərçəkmiş şəxs4 tərəfindən qoyulmuş 6400,00(altı min dörd yüz) manat təsdiq etdiyi bank çeki əsasında X19 tərəfindən götürülmüşdür. Bir qayda olaraq ilkin alqı-satqı müqavilələrin təsdiqi zamanı torpaq və digər daşınmaz əmlaka dair sənədlərinin əsli və ya notarial qaydada təsdiq olunmuş kserosürəti tərəfindən notariat hərəkətlərin aparılması təlimata uyğun olaraq onun tərəfindən nəzərdən keçirildikdən sonra kserosürəti müqaviləyə əlavə olunur, əsli isə torpaq və ya əmlak sahibə qaytarılır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Özü fəhlə işləyir və qazandığı pulla ailəsini dolanırır. Öz evi yoxdur, kirayədə yaşayır, ona görə torpaq sahəsi alıb ev tikmək istəmişdir. Bunun üçün sosial şəbəkədə satışda olan torpaq sahələrini axtarmış və Azər adlı şəxsin Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi ərazisində olan torpaq sahəsini elanda yerləşdirdiyini görmüşdür. Onun elanda yerləşdirdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, xx.xx.2022-ci il tarixdə Azər adlı şəxslə Xəzər rayonu, Buzovna qəsəbəsində görüşüb maraqlandığı həmin torpaq sahəsinə birlikdə baxmağa getmişlər. Həmin torpaq sahəsi 10 sotdan ibarət olmuşdur. Orada həmin torpaq sahəsinin bir sotunu 1200 manata razılaşmış, lakin 10 sot torpaq sahəsindən 5.5 sotunu istəmişdir. Razılaşdıqdan sonra yoldaşına zəng vurmuşdur ki, 200 manat beh vermək üçün evdən pul gətirsin. Yoldaşı 200 manat pul gətirmiş və həmin pulu Azərə vermişdir. xx.xx.2022-ci il tarixdə Azərlə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında görüşmüşdür. Orada alacağı torpaq sahəsinə görə xx.xx.2022-ci il tarixdə X19 tərəfindən etibarnamə verilmiş, müqavilə bağlamış və ondan sonra Azǝrǝ 6400 manat pul vermişdir. Bundan əlavə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Azərə 200 manat da vermiş və Azər ona aldığı torpaq sahəsinə dair etibarnamə və müqavilədən əlavə X7 adina Abşeron rayon İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamdan xx.xx.1999-cu il tarixli 096 nömrəli çıxarışının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışının surətini vermişdir. xx.xx.2022-ci il tarixdə həmin sənədlərin dəqiqliyi ilə maraqlanmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə təqdim etmiş və orada ona bildirilmişdir ki, 3 gündən sonra cavabı veriləcək. 3 gündən sonra cavab bilindikdə məlum olmuşdur ki, Azər ona Xəzər rayonu, Binə qəsəbəsi, Atçılq yeni yaşayış massivi ərazisində torpaq sahəsini saxta sənədlərlə satmışdır. Bu barədə Azərlə danışmış, ona verdiyi pulu geri qaytarmağını ya da düzgün sənəd verməyini tələb etmiş. Azər isə rayonda olduğunu, 10 gündən sonra Bakı şəhərinə gələcəyini və gəldikdən sonra ya pulunu ya da düzgün sənəd verəcəyinə vəd versə də, lakin həmin gündən sonra 10 gün keçmiş, lakin Azərə dəfələrlə zang vursa da zənginə cavab verməmiş va A.Aliyev onda başa düşmüşdür ki, Azər onun etibarından sui istifadə edərək aldatmış, dələduzluq yolu ilə saxta sənədlərlə ona torpaq sahəsi satmış və 6800 manat pulunu ələ keçirmişdir. Müraciət etmək üçün bu barədə DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gün Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında Azəra ümumilikdə 6400 manat pulu verəndə yanında bir nəfər tanımadığı şəxs də olmuş, lakin onu tanımamışdır. Belə ki, 6400 manat va sənədləşmə üçün 200 manat pulu Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notariat ofisinin qarşısında, 200 manat behi isə torpaq sahəsi yerləşən yerdə yoldaşının yanında vermişdir. (cild 1. i. v. 167-169) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 iclasa gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Digər şahidlər Şahid1, Şahid4, Şahid7 isə məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinə əlavə edilmiş Sabunçu rayon lcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarının surətindən xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1991-ci il tarixli 123 saylı və xx.xx.1991-ci il tarixli 293 saylı qərarları ilə X16 Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi üçün ümumi sahə nömrəsi 998 olan 1200 kv.m hayətyanı torpaq fondu ayrılması haqqında Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatı tərəfindən çıxarış verilmişdir.(Cild 1, i. v. 49-50) Zərərçəkmiş şəxs X2 təqdim etdiyi ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ona torpaq sahəsinin sənədləşdirilməsi üçün danışdığı şaxsin "xxxx" ASC-nə aid olan nömrəsi 4203 82****** 6597 olan 3801000GB9274414A76 hesab nömrəsinə 300 manat pul köçürülmüşdür.(Cild 1, i. v. 53) Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın surətindən görünür ki, xx.xx.1999-cu il tarixli "vətəndaşlara torpaq sahəsi ayrılması haqqında" 096 nömrəli çıxarışdan görünür ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə, eləcə də X12 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmasına dair Abşeron rayon İcra Hakimiyyəti tərəfindən çıxarış verilmişdir. (Cild 1, i. v. 125) Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli "vətandaşlara torpaq sahəsi verilməsi haqqında" 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı, tərəvəzçilik-südçülük sovxozu Həmkarlar İttifaqının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X12 0,10 ha torpaq sahəsi ayrılması barədə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsi tərəfindən xx.xx.2003cü il tarixli 28 nömrəli əmrdən çıxarış verilmişdir.(Cild 1, i. v. 126) Zərərçəkmiş şəxs X18 təqdim etdiyi ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC-nə aid olan X10 ona verdiyi AZ90GUNA******************** hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 6.400 (altı min dörd yüz) manat pul köçürülmüşdür.(Cild 1, i. v. 129) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubundan görünür ki, X10 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv. m torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.(Cild 1, i. v. 173) İş üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli BA-01685-2022 nömrəli məktubundan görünür ki, Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin arxiv sənədləri, o cümlədən xx.xx.1997-ci il tarixli, 11 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Eyni idarənin xx.xx.2022-ci il tarixli BA-01812-2022 nömrəli məktubundan da görünür ki, Abşeron Rayon lcra Hakimiyyətinin arxiv fondu üzrə 1999-cu ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamı Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.(Cild 1, i. v. 184) İş üzrə Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 98 nömrəli məktubundan görünür ki, Maştağa qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sahəsi 1200 kv.m olan torpaq sahəsinin kimin adına və hansı tarixdə verilməsinə aid qeydiyyat qəsəbə nümayəndəliyində aparılmamış və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.(Cild 1, i. v. 217) Zərərçəkmiş şəxs1 təqdim etdiyi ödəniş qəbzlərinin surətindən görünür ki, Günay Bank" ASC-yə aid olan X10 ona verdiyi AZ90GUNA******************** hesab nömrəsina xx.xx.2021-ci il tarixdə 10.500 (on min beş yüz) manat nagd pul, bundan əlavə həmin hesaba 21 (iyirmi bir) manat bank faizi köçürülmüşdür. (Cild 1, i. v. 231) Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq nazirliyi Respublika İstehsalatelm damazlıq-heyvandarlıq birliyi RİEB "Azardamazlıq birliyi" X25 Sovxozu üzrə 135 nömrəli əmrdan xx.xx.1990-cı il tarixli 428 nömrəli çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar asasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarın tələbinə uyğun olaraq X16 fərdi ev tikmək üçün 0,03 ha torpaq sahəsi ayrılmasına dair X25 Sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli 428 nömrəli çıxarış verilmişdir.(Cild 1, i. v. 275) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi, İ saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********95 nömrəli məktubundan görünür ki, X7 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.(Cild 1, i. v. 295) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, X10 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış əmlak aşkar edilməmişdir.(Cild 1, i. v. 296) Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsi, Kökəltmə Sovxozunda üç sot torpağın içində olan yarım tikilini X8 12 min manata satmış, qəbzi imzası ilə təsdiq etmişdir.(Cild 2, i. v. 50) DİN-in BƏSİİ-də daxil olmuş tələbnamədən görünür ki, Cəlilov X13 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, təyin edilmiş cərimə cəzası tam olaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixində Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət işi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir.(Cild 2, i. v. 185-187) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmışdır.(cild 2, i.v 241-245) Hacıqabul Rayon Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinyaət əməlinin törədilməsində təqsirli bilinərək 3 min manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.(cild, 2 i.v 251-256) 14 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham vǝ barəsində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayon məhkəməsinin hakimi X17 tərəfindən həbs qətiimkan tədbirinin seçilməsi nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olmaması nəzərə alınması, iş üzrə ilkin təhqiqat materialları, şahidlər və zərərçəkmiş şəxslərin ifadəsi , təqsirləndirilən şəxsin etiraf edici ifadələri əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, iş üzrə Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışı, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərancamından xx.xx.1999-cu il tarixli "vətəndaşlara torpaq sahəsi ayrılması haqqında" 096 nömrəli çıxarışı, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli "vətəndaşlara torpaq sahəsi verilməsi haqqında" 28 nömrəli əmrindən çıxarışı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazlıq-Heyvandarlıq Birliyi RİEB "Azǝrdamazlıq Birliyi" X25 Sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990-cı il tarixli 428 nömrəli çıxarışı, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzin surəti maddi sübut kimi tanınsın və cinayət işində saxlanılması nəzərə alınması, iş üzrə Şahid4 Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazlıq- Heyvandatrlıq Birliyi RİEB "Azardamazlıq Birliyi" X25 Sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990- a il tarixli 428 nömrəli çıxarışla məxsus olan torpaq sahəsinin Zərərçəkmiş şəxs5 Nocof oğlu tərəfindən zəbt edilməsi faktı müəyyən edilmədiyindən barəsində cinayət işi başlanılması rədd edilməsi, Bakı şəhəri, 31 saylı notariat ofisinin xüsusi notariusu Şahid6 və Bakı şəhəri, 18 saylı notariat ofisinin xüsusi notariusu Şahid7 Dağboyi oğlunun Təqsirləndirilən şəxs və X10 təqdim etdikləri sənədlərin əsilləri olmadığı halda notariat hərəkətləri aparmaları faktına görə əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət işi başlanılması rədd edilməsi qərara alınmışdır. (cild 2, i.v 257-273) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat ofisi tərəfindən 26 avqust 2022-ci il tarixli 698 saylı məktubla məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, etibar edən X23, etibar edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsindən qeydiyyat nömrəsi **********, **********85 reyestr nömrəsi olan xx.xx.2009-cu il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu X24 ərazisinde yerləşən 1.0 ha torpaq sahəsindən 200kv.m torpaq sahəsine olan icarə hüququnu təyinatı üzrə istifadə və idarə etməyi, lazımi sənədleri toplamağı, almağı, təqdim etməyi, tikinti işləri aparmağı, vergi va kommunal xərclərini ödəməyi, Milli Arxiv İdarəsində, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrində və digər dövlət orqanlarında, idarələrdə təşkilatlarda təmsil etməyi, Bələdiyyələrdə, Qaz, Su, İşıq idarələrində, Asan Xidmət və Asan Kommunal mərkəzlərində, müvafiq icra hakimiyyəti orqanında və digər idarə və müəssisələrdə nümayəndə olub, sənədləşdirmə işlərini aparmağı tikinti sahəsinin özəlləşdirmək üçün sənədləri toplamağı, təqdim etməyi, çıxarış, texniki pasportu, kadastr planı, plan-cizgi almağı üzərində məhdudiyyətin olub-olmaması barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin dələduzluq cinayəti törətməməsinə dair ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır, zərər çəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər sübutlar ilə təkzib olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli, bilə bilə saxta sənədlərdən istifadə etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirlən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, onun əvvəllər məhkum olunması şəxsiyyətini mənfi xarkterizə edən hal kimi qiymətləndirilməli, həmçinin iş üzrə zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli "vətəndaşlara torpaq sahəsi ayrılması haqqında" 096 nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli "vətəndaşlara torpaq sahəsi verilməsi haqqında" 28 nömrəli əmrindən çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və ərzaq Nazirliyi Respublika İstehsalat-Elm Damazhq-Heyvandarlıq Birliyi RİEB "Azǝrdamazlıq Birliyi" X25 Sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990-ci il tarixli 428 nömrəli çıxarışın surəti, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzin surəti cinayət işi materiallarında saxlanılmalıdır (CPM-198.1.) “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləriini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyi aparatının qərarından xx.xx.1997-ci il tarixli 11 nömrəli çıxarışın surəti, Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından xx.xx.1999-cu il tarixli "vətəndaşlara torpaq sahəsi ayrılması haqqında" 096 nömrəli çıxarışın surəti, Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli "vətəndaşlara torpaq sahəsi verilməsi haqqında" 28 nömrəli əmrindən çıxarışın surəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və ərzaq Nazirliyi Respublikası İstehsalat-Elm Damazhq-Heyvandarlıq Birliyi RİEB "Azǝrdamazlıq Birliyi" X25 Sovxozu üzrə 135 nömrəli əmrdən xx.xx.1990-ci il tarixli 428 nömrəli çıxarışın surəti, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzin surəti iş materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar