Məhkəmə qərarları › İş №1(011)-20/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-20/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-20/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də mühasib vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırmışdır. Belə ki, verilmiş ittihama əsasən o, xx.xx.2011-ci il tarixdən "xxxx" ASC-nin Kredit Portfelinin Monitorinqi və İdarə olunması Departamentinin Fərdi müştərilərin kreditləşməsi şöbəsinin baş mütəxəssisi işləyərkən "xxxx" ASC-i ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №07/SKMF saylı kreditin verilməsi haqqında müqaviləyə əsasən illik 6 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 15000(on beş min) manat məbləğində üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməyərək nəticədə Banka 12204.38 (on iki min iki yüz dörd manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 2226.18 (iki min iki yüz iyirmi altı manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 834.15 (səkkiz yüz otuz dörd manat on beş qəpik) manat məbləğində cərimə borcu, 1824.1 (min səkkiz yüz iyirmi dörd manat on qəpik) manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə ümumilikdə 17088.81 (on yeddi min səksən səkkiz manat səksən bir qəpik) manat məbləğində borcu qaldığından və Azərbaycan Respublikasının Mərkəzi X6 xx.xx.2020-ci il tarixli 18/2 nömrəli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası ləğv edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-3(103)- 130/2020 nömrəli qərarına əsasən müflis elan edilərək Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edildiyindən "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 71 və 72-ci maddəsinə əsasən həmin Fond tərəfindən "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə edilmiş müraciət əsasında mülki işə baxılarkən Azərbaycan Respublikasının MPM-nin 50 və 76-cı maddələrinə əsasən iddia tələbinin yönəldiyi fiziki şəxs kimi cavabdeh hesab olunduğu üçün işin nəticəsinə olan şəxsi marağı səbəbindən, yəni həmin kredit borcu üzrə öhdəliyini yerinə yetirməmək məqsədilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında istintaqla şəxsiyyəti araşdırılan şəxs və ya şəxslər tərəfindən istintaqa məlum olmayan şəraitdə hazırlanmış xx.xx.2020-ci il tarixli ABHD- 596/20 nömrəli, "Verilir Təqsirləndirilən şəxs ondan otur ki, Təqsirləndirilən şəxs ilə "xxxx"ASC-nin "Gənclik" filialı arasında bağlanmış 01 oktaybr 2014-cu il tarixli, 07/SKMF saylı kredit müqaviləsi üzrə heç bir borcu yoxdur." sözləri keçən, uydurulmuş və həqiqətə uyğun olmayan məzmuna malik, xx.xx.2019-cu il tarixdə keçirilmiş Müşahidə Şurasının İclasının qərarı ilə Cəmiyyətin ünvanı "Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 36A" ünvanına köçürülməsinə baxmayaraq blankda "Azərbaycan, ünvan 3 ünvanı qeyd edilmiş. "Şahid1" qrafasındakı "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsini icra edən Şahid1 Heybətbəy qızının imzası saxtalaşdırılmaqla hazırlanmış saxta arayışı əldə edərək, qeyd edilən arayışı ünvan 4 ünvanında yerləşən Xətai Rayon Məhkəməsində baxılan 2(011)-608/2021 nömrəli mülki iş üzrə keçirilən acıq məhkəmə iclasında təqdim etməklə və bununla əlaqədar həmin mülki iş üzrə keçirilən məhkəmə prosesində saxta arayışa istinad edib iddia tələbinin təmin edilməməsi istiqamətində qanunsuz və əsassız mövqeyini müdafiə etməklə mülki iş üzrə sübutları saxtalaşdırmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 294.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ali təhsillidir və təhsilini Azərbaycan Texniki Universiteti standartlaşdırma və sertifikasiya ixtisası üzrə almışdır. Universiteti bitirdikdən sonra müxtəlif yerdə çalışmış, lakin 2011-ci ildən rəsmi olaraq "xxxx" ASC-də Qarayev filialında kassir vəzifə üzrə işləməyə başlayaraq daha sonra Cəmiyyətin baş ofisində kredit mütəxəssisi vəzifəsində çalışmışdır. Buna baxmayaraq 2017-ci ildə bankdan ayrılmış və 2018-ci ildən "xxxx" QSC-də mühasib vəzifəsində işləyir. "xxxx" ASCdə işlədiyi dövrlərdə bankın əməliyyat filialından maddi sıxıntıları ilə bağlı ən azı iki dəfə xırda məbləğlərdə kredit götürmüş və krediti vaxtında ödəyib bağlamışdır. Daha sonra 2014-cü ildə Salyan rayonunda yerləşən ona ayrılmış pay torpağında fermerçiliklə məşğul olmaq və əlavə gəlir əldə etmək üçün 15000 manat məbləğində kredit götürməklə bağlı işlədiyi bankın Gənclik filialına müraciət etmişdir. xx.xx.2014-cü il tarixli, 07/SKMF nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Həmin kredit üzrə zaminlər isə həm iş yoldaşı, həm də münasibətinin yaxşı olduğu bankın Binə filialında kassir vəzifəsində işləyən Şahid8 ilə baş ofisdə filiallarla iş departamentinin müdiri işləyən Şahid7 olmuşdur. Həmin kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcu 2019-cu ilə qədər tərəfindən tam məbləğdə "xxxx" ASCyə ödənilmişdir. Kreditin gec ödənilməsinə səbəb isə maddi sıxıntıları ilə bağlı problemləri olduğundan kredit ödənişlərində gecikmələri olmuşdur. Buna baxmayaraq banka olan kredit borcunu tam bağladığı halda 2020-ci ilin noyabr ayında "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona qarşı həmin kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt qeyd olunan kredit müqaviləsi üzrə borcun olmaması barədə xx.xx.2020-ci il tarixli, ABHD-596/20 nömrəli arayışı məhkəməyə təqdim etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Bundan əlavə olaraq o, bildirmişdir ki, kreditlə bağlı ilkin olaraq ərizə vermiş və daha sonra Salyan rayonunda yerləşən adına olan torpaq sahəsinin sənədinin surətini təqdim etmişdir. Müraciətinə baxan şəxsi tam xatırlamasa da, 30-40 yaş arası cavan oğlan olduğunu xatırlayır. Maliyyə təhlili zamanı həmin əməkdaşa Salyan rayonunda yerləşən torpaq ərazisini və biznes planını əyani olaraq göstərmişdir. Kredit ödənişləri ilə bağlı gecikmələr olduğu zaman bank əməkdaşı əlaqə saxlamış, lakin kim olmasını xatırlamır. Gecikmələr qeyd etdiyi kimi maddi sıxıntılar səbəbindən baş vermişdir. Bankdan möhlət verildiyi üçün 2019-cu ilədək sonradan yavaş-yavaş ödənişlərini edərək təxminən 17000 manat pul ödəmişdir. Kredit ödənişlərini 2019-cu ilədək yalnız nəğd formada əvvəllər Bakı şəhəri, Nəsimi rayonu R.Behbudov küçəsində, sonradan Bakı şəhəri, Xətai rayonu Xocalı prospektində yerləşən mərkəzi filialın kassasına ödəmişdir. 2017-ci ilin oktyabr ayınadək "xxxx" ASC-nin əməkdaşı olduğu və maaş aldığı müddətdə kreditlə bağlı maaşından tutulmalar olmuşdur. Buna baxmayaraq ödənişləri ilə bank çıxarışı arasında olan fərq barədə heç nə deyə bilməmişdir. Pul vəsaitlərinin ödənilməsinə dair ödəniş qəbzləri özündə saxlamadığından istintaqa təqdim edə bilməmişdir. Kredit borcununun tam ödənilməsi barədə arayışı tərtib edildiyi tarixdən təxminən 7-10 gün əvvəl "xxxx" ASC-nin telefon nömrəsi ilə əlaqə saxlayaraq hüquq departamentinin əməkdaşı ilə danışmış və borcunun tam ödənilməsi ilə bağlı arayış istəmişdir. Bank əməkdaşı onunla əlaqə saxlayaraq arayışın hazır olduğunu bildirdikdən sonra o, ASC-nin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən mərkəzi filialına yaxınlaşaraq qeydiyyatdan xatırlamadığı bank əməkdaşından 2020-ci il aprel ayında götürmüşdür. Kredit borcununun olmaması barədə arayışı hansı səbəbdən kredit borucunu tam ödədikdən sonra yox, Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edildikdə alması barədə bildirmişdir ki, o arayışı aldığı ərəfədə yeni avtomobil almaq üçün “PashaBank”-ın telefon mobil tətbiqi vasitəsilə kredit götürmək istəmiş və bunun üçün müraciət etdikdən sonra bank əməkdaşı ona zəng edərək tam ödənilməmiş kreditinin olduğuna görə kredit ayıra bilməyəcəklərini demiş və o da bu problemi aradan qaldırmaq üçün banka müraciət edərək həmin arayışı əldə etmişdir. Buna baxmayaraq arayışı aldıqdan sonra heç bir banka və ya bank olmayan kredit təşkilatına təqdim etməmişdir. Yalnız sonradan Yasamal rayonu ərazisində "Hermes Finance" şirkətindən əvvəllər idarə etdiyi 90 və ya **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli "Chevrolet Cruze" markalı avtomobili lizinglə götürdüyü zaman həmin arayışı təqdim etməsə də, əyani olaraq orada şirkətin əməkdaşlarına göstərmişdir. Həmin arayış proses zamanı iclas zalında tərəfindən Xətai Rayon Məhkəməsinin hakimi İlahə Abbasovaya təqdim edilmişdir. "xxxx" ASC-nin əməkdaşı olduğu üçün digər əməkdaşlar kimi Leyla xanımla da bir iş yoldaşı kimi tanışlığı olmuş, lakin sonuncu ilə işdən sonra münasibəti olmamışdır. Məhkəmə iclas zalında suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, arayışı götürdüyü konkret saatı və tarixi xatırlamır, sadəcə olaraq 2020-ci ilin aprel ayında əldə etməsini xatırlayır. Məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası hüdudlarını tərk etmiş və hazırda Almaniya Federativ Respublikası, Ştutqart şəhəri, Höscheleweg 1 ünvanında yaşayan Şahid1 xx.xx.2023-cü il tarixli şahid qismində videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilməsi haqqında qərar əsasında çəkilmiş video görüntüdə ifadəsində göstərmişdir ki, o, xx.xx.2009-cu il tarixdə Amrahbank" ASC-nin Strukturlaşdırılmış Maliyyə departamentinin direktoru vəzifəsinə təyin olunmuş və xx.xx.2012-ci il tarixdə Maliyyə menecmenti departamentinin direktoru, xx.xx.2017-ci il tarixdən 01 may 2020-ci il tarixədək isə İdarə Heyətinin sədri vəzifəsini icra etmişdir. 28 aprel 2020-ci il tarixdə "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş, eləcə də Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Vəzifə öhdəlikləri İdarə Heyətinin sədri kimi səsvermə yolu ilə qərarların verilməsindən, bankın adından çıxış etməkdən, kurasiyasında olan departamentlərin işlərinə nəzarət edilməsindən, investorların cəlb edilməsindən və s. ibarət olmuşdur. Bundan əlavə olaraq o, bildirmişdir ki, fiziki və ya hüquqi şəxsin banka kredit borcunun olmaması haqqında arayış adətən girovun azad olunması hallarında tərtib olunmuş və həmin arayışa Kredit Departamenti, Hüquq Departamenti və X7 Depratamenti tərəfindən vizalar qoyulduqdan sonra İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. O, bu cür arayışlarda hər hansı departamentin vizası olmadıqda arayışı imzalamamışdır. Təqsirləndirilən şəxs ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 07/SKMF nömrəli kredit müqaviləsi üzrə borcun olmaması barədə xx.xx.2020-ci il tarixli arayışın əsli ilə məhkəmə prosesi zamanı tanış olmuş və həmin arayış bankın müəyyən etdiyi qaydalar çərçivəsində tərtib olunmadığını qeyd etmişdir. Belə ki, arayışın arxa tərəfinə vizalar qoyulmamış, Təqsirləndirilən şəxs özünə həmin arayışın hansı zərurətdən verilməsi aydın olmamışdır. Həmin arayış adətən girova qoyulmuş əmlakın azad edilməsi məqsədilə ilə verilirmiş, lakin Təqsirləndirilən şəxslə bağlanmış kredit müqaviləsində isə hər hansı girov olmamışdır. Eyni zamanda həmin arayışla eyni nömrəli bankda qeydiyyata alınmış başqa bir təşkilata xaric olmuş bir məktub olmuşdur. Eyni zamanda yadında qaldığına görə blankın üzərində də müəyyən səhvlər olmuşdur. Həmin arayışın qeydiyyat nömrəsi kimi ABHD-596 qoyulmuşdur, bu da arayışın Hüquq Departamenti tərəfindən hazırlandığını göstərir. Halbuki, həmin arayışlar Kredti departamenti tərəfindən hazırlandığına görə arayışda ABKD hərfləri olmalı idi. Sözügedən arayışın arxa tərəfində arayışın doğruluğunu əks etdirən Bankın məsul əməkdaşının imzasının olmadığı üçün həmin arayışı imzalaya bilməzdi. Bankın məlumat sistemdə axtarış aparılmaqla borclu tərəfindən kreditin ödənilib-ödənilmədiyi müəyyən edilir və əgər borclu şəxs tərəfindən nağd və ya köçürmə yolu ilə ödəniş olunduqda sistemdən dərhal borc silinir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ödənişlərə dair kassa mədaxil orderləri olmadığından sonuncu tərəfindən banka kredit tam həcmdə ödənilməmişdir. Həmçinin "borcun olmaması" haqqında xx.xx.2020-ci il tarixli, ABHD- 596/20 nömrəli arayışın nümunəli blankında bankın ünvanı kimi ünvan 6 hüquqi ünvanı Bakı şəhəri Xocalı prospekti olmuşdur. Bu arayış bank tərəfindən Təqsirləndirilən şəxs verilə bilməzdi. Arayış bir mənalı olaraq saxtalaşdırılmış, lakin arayışın kimin tərəfindən saxtalaşdırıldığını bilməmişdir. Təqsirləndirilən şəxs Kreditlərin monitorinqi departamentində işləmiş, lakin sonuncu ilə tabelik münasibətlərində işləməmiş və işlədiyi departament onun kurasiyasında olmamışdır. Təqsirləndirilən şəxslə işgüzar münasibət olmuş, hər hansı xüsusi bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs işdən azad edildikdən sonra onunla əlaqə saxlamamış, eləcə də, tərəfindən kredit borcunun ödənilməsi ilə bağlı ona xahiş olunmamışdır. Kredit müqaviləsinin xx.xx.2014-cü il tarixdə 3 il müddətinə bağlanılmasına baxmayaraq, 2021-ci ilədək kredit borcunun ödənilməsi tələbi ilə hansı səbəbdən məhkəmə müraciət edilməməsini və vəzifə öhdəliklərinə müştərilər tərəfindən kreditlərin vaxtı-vaxtında ödənilməsinə nəzarət edilməsi daxil olmadığından xx.xx.2017- ci il tarixli İdarə Heyətinin qərarı ilə 3.395 manat faiz pulun necə silinməsini bilmir. Təqsirləndirilən şəxslə dostuluq və ya şəxsi münasibəti olmamış, ancaq bankın adından çıxış etmiş və bankın maraqlarını qorumuşdur. Təqsirləndirilən şəxs isə həmin kredit müqaviləsi üzrə ancaq müştəri gözü ilə baxmış, sonuncunun isə bankın digər əməkdaşları ilə şəxsi və ya dostluq münasibətlərinin olub-olmadığını dəqiq bilməmişdir. Məhkəməyə müraciət edilməməsinin, eləcə də SKMF kreditinin Təqsirləndirilən şəxs verilməsi və kreditin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı bankın digər əməkdaşlarının hər hansı maraqlarının olub-olmadığını və bu maraqların bankın maraqları ilə toqquşub-toqquşmadığını barədə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o işdə olarkən möhür onda olmuşdur. Hesab edir ki, arayışda olan möhür başqa vaxtı vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Filiallarla iş departamentinin müdiri işləmiş Şahid7 ifadəsində bildirmişdir ki, 2009-ci ildən rəsmi olaraq "xxxx" ASC-nin baş ofisində İnsan resursları departamentində mütəxəssis vəzifə üzrə işləməyə başlamış. daha sonra isə Filiallarla iş departamentinin müdiri işləmiş və 2020-ci ilin dekabr ayında öz ərizəsi ilə işdən çıxmışdır. Hazırda Ali Məhkəmədə İnformasiyanın təhlili sektorunun müdiri işləyir. "xxxx" ASC-də işlədiyi dövrlərdə bir neçə əməkdaşla tanışlığı olduğu kimi həmçinin Təqsirləndirilən şəxs ilə də münasibəti olmuşdur. Təqsirləndirilən şəxslə baş ofisdə birgə çalışmış və 2014-cü ilin sonlarında sonuncu ona yaxınlaşaraq Salyan rayonunda yerləşən ona ayrılmış pay torpağında fermerçiliklə məşğul olmaq və əlavə gəlir əldə etmək üçün 15000 manat məbləğində kredit götürmək istədiyini demişdir. Həmin krediti götürərəkən isə zamin dura biləcəyi ilə bağlı soruşmuş və o, məbləğin elə də böyük olmadığını görüb həmin vaxt Təqsirləndirilən şəxs etibar etdiyindən razılaşmışdır. Hətta həmin vaxt ona Şahid8 də zamin duracağını demişdir. Şahid8 şəxsən tanımasa da, sonuncunun bankın Gənclik filialında çalışdığını bilmişdir. Həmin kreditlə bağlı "xxxx" ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Təqsirləndirilən şəxs qarşı həmin kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdiyini və hətta onu məhkəmələrə dəvət etsələr də, üzrlü səbəblərdən həmin məhkəmə proseslərində iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs qeyd olunan kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışı məhkəməyə təqdim etmiş və məhkəmədə onun xeyrinə qətnamə çıxarılmışdır. Məhkəmə dövründə xatırlayır ki, ona bildiriş gəldikdən sonra Təqsirləndirilən şəxs kreditlə bağlı soruşduğunda ona ödəniş etdiyi halda ƏSF tərəfindən problemli kredit kimi məhkəməyə verilməsini demişdir. Bundan əlavə olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs kredit ödənişlərində gecikmələr olması ilə bağlı hər hansı bank əməkdaşı onunla əlaqə saxlamamışdır. Buna baxmayaraq tarixi dəqiq xatırlamasa da, Təqsirləndirilən şəxs işdən çıxdığı üçün ona 1000 manat pul verərək baş ofisdə kreditinin bir qisminin ödənilməsini xahiş etmiş, o da, öz növbəsində baş ofisin kassasından kreditin 1000 manatını ödəmiş və həmin vaxt məbləğin çoxluğundan gecikmənin olmasını bilmişdir. Təqsirləndirilən şəxs krediti ilə bağlı öz cibindən ödəniş etməmiş, Təqsirləndirilən şəxs verdiyi pulla kreditin 1000 manatını ödəsə də, ödənişlə bağlı əldə etdiyi qəbzi neynədiyini xatırlamır. Təqsirləndirilən şəxs kredit borcunun tam ödənilməsi barədə arayışı almaq üçün ona müraciət etməmiş və ya bu məsələdə hər hansı formada ondan köməklik istəməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq Şahid7 bildirmişdir ki, möhür idarə heyətinin sədrində olmuş, sədr olmadıqda isə əmirlə başqa şəxsə verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Gənclik filialında kassir işləmiş Şahid8 da özünə aid hissədə Şahid7 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Gənclik filialının müdiri işləmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən "xxxx" ASC-nin Gənclik filialında kredit mütəxəssisi, daha sonra filialın müdir müavini işləmişdir. 2020-ci ilin may ayında bank müflisləşmə ilə əlaqədar ləğv olunduqdan sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayının ixtisarı ilə) tutduğu vəzifədən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxt isə "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Şahid1 icra etmişdir və özü isə Gənclik filialının müdiri olmuşdur. Təqsirləndirilən şəxs qiyabi bank əməkdaşı kimi tanıyır. Belə ki, Təqsirləndirilən şəxs 2014-cü ildə baş ofisin əməkdaşı kimi çalışdığı filiala müraciət edərək 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüş və həmin krediti işçisi olan Əfrayim Kərimov adlı kredit mütəxəssisi rəsmiləşdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Salyan ərazisində yerləşən torpaq sahəsinin sənədi ilə birgə digər rəsmi sənədlərlə müraciət edərək SKMF, kənd təsərrüfat təyinatlı kredit götürmüşdür. O, filial müdiri əvəzi olsa da, həmin təyinatlı kreditlərə tərəfindən deyil də, baş ofis tərəfindən verilmiş razılıq əsasında kredit ayrılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs krediti götürdükdən bir müddət sonra ödənişlərdə gecikmələr etmişdir. Həmin vaxt onun bank əməkdaşı olduğu üçün müəyyən müddət ərzində ona güzəştlər tətbiq edilmiş, lakin artıq güzəşt müddətində ödənişi olmadığı üçün onun tapşırığı ilə Şahid3 şəxsən Təqsirləndirilən şəxs kreditin ödənişi ilə bağlı bir neçə dəfə zəng edərək danışmışdır. Danışıqlara baxmayaraq Təqsirləndirilən şəxs yenə də ödənişi gecikdirdiyi üçün həmin kredit üzrə problemin olduğunu görüb baş ofisin Problemli kreditlər üzrə iş şöbəsinə məlumat verilmişdir. Buna baxmayaraq işlədiyi dövr ərzində, yəni 2020-ci ilin may ayının sonunadək Təqsirləndirilən şəxs krediti sıfırlanmamış və problemli kredit kimi qalmışdır. Lakin işdən çıxdıqdan sonra həmin kreditlə bağlı məsələnin nəticəsi barədə məlumatı olmamışdır. Bundan əlavə olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs kredit müqaviləsi üzrə borcun olmaması barədə xx.xx.2020-ci il tarixli, ABHD-596/20 nömrəli arayışın əsi və ya saxta olması barədə bir söz deyə bilməmiş və arayışda olan olan imza "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Şahid1 məxsus olsa da, baş ofisin işçisi olmadığı üçün Leyla xanımın imzasına tam bələd olmadığından bu barədə konkret bir söz bildirməmişdir. Buna baxmayaraq bir daha bildirmişdir ki, işlədiyi dövr ərzində, yəni 2020-ci ilin may ayının sonunadək Təqsirləndirilən şəxs krediti sıfırlanmamış və problemli kredit kimi qalıq qalmışdır. Təqsirləndirilən şəxs kreditinin 2019-cu ilədək kreditini tam bağlamağının şahidi olmamışdır. Çünki bununla bağlı rəsmi hər hansı ödəniş və ya sənədləşmə aparılmamışdır. Qeyd edilənlər bankda olan hesabdan çıxarışda da müşahidə edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş " cəmiyyətin Problemli kreditlər üzrə iş departamentində mütəxəssis işləmiş Şahid4 və Şahid5 özlərinə aid hissədə Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Hüquq Departamentinə direktor vəzifəsində işləmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Hüquq Departamentinə direktor vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayının ixtisarı ilə) tutduğu vəzifədən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxt isə "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Şahid1 icra etmişdir. Bundan əlavə olaraq o, bildirmişdir ki, fiziki və ya hüquqi şəxsin Banka kredit borcunun olmaması haqqında arayış Kredit Departamenti tərəfindən tərtib olunub sənədin arxasına viza qoyularaq təsdiq olunması üçün İdarə Heyətinin sədrinə göndərilməmişdən qabaq X7 Departamentinə göndərilirdi, həmin Departament tərəfindən məlumatların doğruluğu sistemdə yoxlanıldıqdan sonra sənədin arxasına viza qoyulduqdan sonra Hüquq Departamentinə göndərilirdi, yekunda isə Hüquq Departamenti tərəfindən həmin şəxs barəsində məhkəmədə hər hansı mübahisənin olub- olmaması və sənədin doğruluğu yoxlanıldıqdan sonra sənədin arxasına viza qoyulub imza olunması üçün İdarə Heyətinin sədrinə göndərilirdi. Lakin Hüquq Departamentinin əsasnaməsində belə bir arayışın tərtib olunması ilə bağlı hər hansı müddəa yox idi, lakin qeyri-rəsmi həmin sənədin tərtib olunmasının doğruluğuna nəzarət edilməsi direktoru olduğu Hüquq Departamentinə tapşırılmışdır. Təqsirləndirilən şəxs ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 07/SKM.F nömrəli kredit müqaviləsi üzrə borcun olmaması barədə xx.xx.2020-ci il tarixli arayışla tanış olduqdan sonra Hüquq departamentinin direktoru kimi sənədin bu formada tərtib olunmasına həmişə etiraz etdiyini, həmçinin sənəddə çox saylı orfoqrafik səhvlər olduğunu qeyd etmişdir. Eləcə də qeydiyyatın aparılması hüquq departamentinin ümumi şöbəsində olduğuna görə həmin sənəd Hüquq Departamentinin qeydiyyatından keçməli olsa da, keçməmişdir. Həmçinin arayışın blankında baş ofisin yerləşdiyi ünvan H.Sarabiski küçəsi 45A, 657-ci məhəllə kimi qeyd olunmuşdur. Halbuki işlədiyi dövrdə 2019-cu ilin aprel ayında baş ofisin ünvanı H.Sarabiski küçəsindən Xocalı prospektində yerləşən ünvana köçdüyündən blankda "Xocalı pr." qeyd olunmamağı doğru deyil. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs İşdən ayrıldığı üçün şəxsən tanımır. Məlum hadisələrlə bağlı araşdırma gedərkən belə bir şəxsdən xəbər tutmuşdur. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Gənclik filialında xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə götürdüyü 15000 manat kreditin ödənişi xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq bank tərəfindən ləğv edici prosesə daxil olmamışdan öncə Hüquq departamentinin direktoru kimi işlədiyi dövrdə kreditinin ödənilməməsi ilə bağlı hər hansı hüquqi addım atmamışdır. Bela gecikmələrlə bağlı ki, ilkin olaraq Kredit departamentinin özü məşğul olmuş və daha sonra Problemli kreditlər departamentinə ötürülmüşdür. Daha sonra məsələ orada həllini tapmadıqda sənədlərlə birlikdə mülki iddia qaldırmaq üçün rəhbərlik etdiyi Hüquq Departamentinə ötürülürdü. Buna baxmayaraq Təqsirləndirilən şəxs kredit gecikməsi ilə bağlı rəhbərlik etdiyi Hüquq Departamentinə hər hansı sənəd daxil olmamışdır. Təqsirləndirilən şəxs şəxsən tanımadığı üçün kredit borcunun tam ödənilməsi barədə arayışı almaq üçün ona müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X4 bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2023-cü il tarixli, 4/107-5/120 saylı rəyi onun tərəfindən verilmişdir. Vermiş olduğu rəyin doğruluğunu təsdiq edir. Ekspert məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, həmin rəy verilərkən həm ümumi, həm də xüsusi metodikadan istifadə olunmuşdur. Həmin imza Şahid1 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Həmin imzanın qadın və ya kişi tərəfindən icra edilməsinin müəyyən edilməsi mümkün deyildir. Geniş həcimli yazı nümunələri əsasında yazı yazan şəxsin cinsinin müəyyən edilməsi mümkündür, bu halda oxşadılmaqla icra edilmiş imzanın həqiqi icraçısını müəyyən etmək mümkün deyildir. Həmin imza oxşadılmaqla icra edilib. Oxşadılmaqla çəkilən imzalar şəklini çəkməklə icra olunur. Təhqiqat prosesində əvvəlki ekspert iştirak etmiş, lakin rəy onun tərəfindən verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid3 və Şahid10 məhkəmə iclasına gəlməmiş, şahidlərin hər ikisi məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdikərini bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin X7 departamentinə direktor vəzifəsinə işləmiş Şahid10 özünə aid hissədə Şahid9 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş "xxxx" ASC-nin Gənclik filialında kredit mütəxəssisi işləmiş X5 özünə aid hissədə Şahid2 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, 02/2-361c-22 saylı material üzrə Şahid1 Heybətbəy qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması qərara alınmışdır.(cild 1, i.v 4) 01 oktyabr 2020-ci il tarixli iddia ərizəsindən görünür ki, Cavabdehlər Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 müştərək qaydada 12204 (on iki min iki yüz dörd) manat 38 (otuz sekkiz) qəpik məbləğində əsas borc. 2226 (iki min iki yüz iyirmi altı) manat 18 (on səkkiz) qəpik məbləğində faiz borcu, 834 (səkkiz yüz otuz dörd) manat 15 (on beş) qəpik məbləğində cərimə borcu, 1824 (bir min səkkiz yüz İyirmi dörd) manat 10 (on) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 17088 (on yeddi min səksən səkkiz) manat 81 (səksən bir) qəpik məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesinda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edəsiniz (Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində verilmişdir) Xətai Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(011)-608/2021 saylı qətnaməsindən görünür ki, ləğv prossesində olan "xxxx" ASC-nin ləğvedicisi X1 cavabdehlər Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir (cild 1, i.v 14-17) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-328/2022 saylı qətnaməsindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 608/2021 saylı 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman sözügedən arayışın saxta olub-olmamasının araşdırılması məqsədi ilə kompleks sənədlərin texniki və xəttşünaslıq ekspertizaları təyin edilmiş, arayışda olan möhürün həqiqətən də "xxxx" ASC-nin möhürü olubolmaması, imzanın isə arayışı imzalayan Şahid1 aid-olub-olmamasına dair suallar qoyulmuşdur. MƏhkəmə ekspertiza Mərkəzinin rəyinə əsasən arayışda olan möhürün Banka məxsus olması öz təsdiqini tapmışdır. Rəyin əsaslandırma hissəsində imzanın Məmmədbəyliyə məxsus olmasının hər hansı şübhə doğurmaması qeyd edilsə də, nəticə hissəsində imzanın L.Məmmədbyliyə məxsus olmaması qeyd edilmişdir(Qeyd edilən ziddiyyətin aydınlaşdırılması məqsədilə ekspert Famil Əliyev kollegiya iclasına dəvət edilmiş və bildirmişdir ki, rəyin nəticə hissəsində imzanın Şahid1 məxsus olmamasının qeyd edilməsi texniki səhv nəticəsində baş vermişdir. X15 həmçinin izahat yazaraq qeyd edilən halın texniki səhv nəticəsində baş verməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəf təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət versə də, ekspert rəyində olan anlaşılmazlıq kollegiya iclasında tərəflərin iştirakı ilə ekspertin izahatı əsasında aradan qaldırıldığından, buna görə də təkrar ekspertizanın keçirilməsinə hər hansı zərurət olmadığından, vəsatət təmin edilməmişdir). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli, **********44 nömrəli məktub daxil olmuş, məktubda ABHD-596/20 nömrəli məktubun Lənkəran Ərazi İdarəsinə daxil olması barədə hər hansı məlumatın aşkar edilməməsi bildirilmişdir. (cild 1, i.v 19- 25) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2985/2022 saylı qərarından görünür ki, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi X2 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.(İ cild, i.v 26-33) xx.xx.2014-cü il tarixli, №07/SKMF saylı kreditin verilməsi haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-i ilə arasında bağlanmış, həmçinin Şahid7 və Şahid8 zaminlik müqaviləsinə əsasən illik 6 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində üzərinə kredit öhdəlikləri götürmüşdür. Götürdüyü kreditin ödənişlərini lazımınca yerinə yetirmədiyi üçün sonuncunun Banka olan 12204.38 (on iki min iki yüz dörd manat otuz səkkiz qəpik) manat məbləğində əsas borc, 2226.18 (iki min iki yüz iyirmi altı manat on səkkiz qəpik) manat məbləğində faiz borcu, 834.15 (səkkiz yüz otuz dörd manat on beş qəpik) manat məbləğində cərimə borcu, 1824.1 (min səkkiz yüz iyirmi dörd manat on qəpik) manat gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə Ümumilikdə 17088.81 (on yeddi min səksən səkkiz manat səksən bir qəpik) manat məbləğində borcu qalmışdır.(cild 1,i.v 34-40) 14 aprel 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Amrahbank ASC-nin “Gənclik” filialı arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli, 07/SKMF saylı kredit müqaviləsi üzrə heç bir borcu yoxdur. (cild 1, i.v 41) ABHD-596/20 saylı, xx/xx/2020 saylı məktubdan görünür ki, həmin məktub idarə heyətinin sədri v.i.e Şahid1 tərəfindən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə ünvanlanmışdir. “Yazaraq Sizdən xahiş edirəm ki, "xxxx" ASC ilə Şahid6 arasında bağlanmış 17 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən girovda olan Şahid6 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestr xidmətinin **********63- 06301 nömrəli çıxarışına əsasən, Lənkəran rayonu, Gərmətürk qəsəbəsində yerləşən ümümi sahəsi 56.1 kv.metrdən ibarət qeyri yaşayış sahəsinə dair bore tam ödənildiyi üçün girov qeydiyyatını ləğv edəsiniz.”(həmin məktubun hansı tarixdə göndərilməsi, həmçinin ünvanlanan şəxs tərəfindən alınıb-alınmaması təsdiq edən sənəd əlavə edilməmişdir.) Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, 2019-cu ilə qədər təxminən 17.000 manat pul ödəmişdir. O pulları nağd qaydada "xxxx" ASC-nin filiallarının kassalarına ödəmişdir. Təxminən 2020-ci ildə yenidən kredit götürmək istədim və bu səbəbdən səhv etmirəmsə "Hermes" adlı bank olmayan kredit təşkilatına müraciət etdim və oradan mənə adıma reyestrdə gecikmənin olduğunu və kredit götürmək üçün borcun olmaması barədə arayış təqdim etməli olduğumu dedilər. Bu səbəbdən mən "xxxx" ASC-yə zəng vurdum və məni hüquq departamentinin əməkdaşları calaşdırdılar və mən onlara kredit müqaviləsi üzrə borcu tam ödədiyim halda hansı səbəbdən reyestrdə adımda gecikmənin olduğunu soruşdum və adıma banka hər hansı borcun olmaması haqqında arayış verilməsini istədim, onlar da arayış tərtib edib resepşndə qoyacaqlarını dedilər. Mən də Xocalı prospektində yerləşən "xxxx"ın mərkəzi filialının resepşndən borcun olmaması haqqında arayış götürdüm. Arayışın konkret olaraq kimin tərəfindən verilməsini xatırlamıram, bu resepeşnin əməkdaşları olmuşdur. .(cild 1 i.v 44-46) xx.xx.2011-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs işə götürən "xxxx" ASC-nin İnşaatçılar filialının Xəzinə şöbəsinə baş xəzinədarı vəzifəsinə təyin olmaqla işə başlamış, daha sonra xx.xx.2015-ci il tarixli əmrlə "xxxx" ASC-nin Kredit Portfelinin Monitorinqi və İdarə olunması Departamentinin Fərdi müştərilərin kreditləşməsi şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmış və xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir.(cild 1 i.v 65-109) 16 fevral 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Şahid9 xx.xx.2018ci il tarixdə "xxxx" ASC-nin Hüquq Departamentinə direktor vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayının ixtisarı ilə) tutduğu vəzifədən azad olunaraq əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxt isə "xxxx" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini Şahid1 icra etmişdir.(cild 1 i.v 131-145) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.(cild 2 i.v 82) xx.xx.2023-cü il tarixli, 1449 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X9 daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıb.( cild 2 i.v 93) xx.xx.2023-cü il tarixli, 1033 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Bakı şəhəri Narkoloji Mərkəzi" X9 daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda yoxdur.( cild 2 i.v 94) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/107- 5/120 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına olan xx.xx.2020-ci il tarixli ABHD-596/20 nömrəli arayışda "Şahid1" qrafasındakı imza - X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, imzanın - Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmasa da, imzada oxşadılmaqla icra olunma əlamətləri müəyyən olunmuşdur. Arayışın üzərində olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş, "Azərbaycan Respublikası Bakı şəhəri AÇİQ SƏHMDAR CƏMİYYƏTİ AMRAHBANK" məzmunlu möhür əksi eyni məzmunlu möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir.(cild 2 i.v 109-113) (ekspertiza xərci 200 manat) 20 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "cell\anten\şan" yerləşdiyi inzibati ərazi vahidi kimi ləğv prosesində olan "xxxx" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 36A ünvanında qeydə alınmadığı, həmçinin həmin tarixlərdə daxil olan və çıxan zənglərə, eləcə də SMS-lərə baxış zamanı Şahid1 istifadəsində olan 055 *** ** ** mobil nömrə arasında danışığın olmadığı müəyyən edilmişdir. Həmin fayllarda olan cədvəllərə baxılaraq Şahid1 istifadəsində olan digər 050 *** ** ** mobil nömrəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək daxil olan və çıxan zənglərə, eləcə də SMS-lərə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrə arasında danışığın olmadığı müəyyən edilmişdir.( cild 2 i.v 116-161) 22 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi 01 oktyabr 2014-cü il tarixli,07/SKMF saylı kredit müqaviləsi üzrə borcunun olmaması və 2019-cu ilin sonunadək öhdəliyində olan kredit ödənişlərini tam ödəməsi,həmçinin xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin ləğvedicisi X1 “kredit müqaviləsi üzrə əsas borcun ,hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair” iddia ərizəsi əsasında Xətai rayonu məhkəməsində mülki işə baxılarkən təqdim etdiyi borcunun olmamasına dair xx.xx.2020-ci il tarixli ABHD-596/20 nömrəli arayışı 2020-ci ilin aprel ayında "xxxx" ASC-nin baş ofisinə yaxınlaşaraq rəsmi şəkildə əldə etməsi ilə bağlı xüsusatlar öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməsi və ifadəsi həmin hissədə sübut növü kimi qəbul edilməməsi,qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrindən CM-nin 294.1ci maddəsinə tovsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilməsi,Şahid1 Heybətbəy qızı barəsində CM-in 308.1 və 313-cü maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.1ci maddəsinə əssən cinayət təqibinə xitam verilməsi, Şahid7 və Şahid8 barələrində CMnin 320.2-ci maddəsilə aparılan cinayət təqibinə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, ********* nömrəli cinayət işinin materiallarındanfakta görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılmasına dair qərar qəbul edilməsi,şahidlərin ifadələri, ekspert rəyi arayışlar, həyata keçirilmiş digər istintaq hərəkətlərinin nəticələrinə əsasən tərtib edilmiş protokollar, protokola əlavələr və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməklə toplanmış sübutların kifayət hesab edilməsi, ********* № cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqdim etdiyi xx.xx.2020-ci il tarixli ABHD-596/20 № saxta arayış öz xüsusiyətinə və əlamətinə, eləcə də aşkar olunduğu yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər Prokurorluğuna təqdim edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsindən görünür ki, “...Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-608/2021 nömrəli mülki iş üzrə açıq məhkəmə iclasında cavabdeh şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi xx.xx.2020-ci il tarixli ABHD-596/20 nömrəli saxta arayışın hansı şəxs və ya şəxslər tərəfindən saxtalaşdırılması və ya hazırlanması hazırda istintaqa məlum olmayan şəraitdə baş verdiyindən əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkib əlamətləri vardır....”(cild 2 i.v 162-178) 22 fevral 2023-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki,222026399 nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət işinin ayrıca icraata arılması, ayrılmış cinayət işinə ********* nömrəli cinayət işindən müvafiq sənədlərin əsli və ya surətinin siyahı üzrə əlavə edilməsi qərara alınmışdır (cild 2 i.v 179-180) 22 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham edlan edilmişdir (cild 2 i.v 188-189) 17 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/1085 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(011)-248/2023 nömrəli cinayət işinin 1-ci cildinin 242-ci vərəqələrində olan Təqsirləndirilən şəxs adına olan 14.04.202-ci il tarixli ABHD-596/20 nömrəli arayışda “Şahid1 “ qrafasındakı imza- Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş, 1(011)-248/2023 nömrəli cinayət işinin 1-ci cildinin 242-ci vərəqələrində olan Təqsirləndirilən şəxs adına olan xx.xx.2020-ci il tarixli ABHD-596/20 nömrəli arayışda “Şahid1” qrafasındakı imzada oxşadılma əlamətləri müəyyən olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 294.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi- mülki işdə iştirak edən şəxs tərəfdinən sübutları saxtalaşdırma cinayətinin obyekti ədalət mühakiməsinin mənafeyi, habelə şəxsiyyətin hüquqları və qanuni mənafeləri, cinayət obyektiv cəhətdən mülki işlər üzrə sübutların saxtalaşdırılmasından, subyektiv cəhətdən yalnız birbaşa qəsdlə edilə bilər. Cinayətin motivi işin nəticəsinə olan şəxsi maraq, tamah niyyəti və s. ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız işdə iştirak edən şəxslər və onların nümayəndələri ola bilər. Təhlil edilən maddədə nəzərdə tutulmuş mənada mülki iş dedikdə, Azərbaycan Respublikasının müxtəlif instansiya ümumi məhkəmələrində, iqtisad məhkəmələrində, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə aid Azərbaycan Respublikasının İqtisad Məhkəməsində və münsiflər məhkəmələrində iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat qaydasında baxılan işlər başa düşülür. Mülki işlər üzrə sübutların saxtalaşdırılması dedikdə, maddi sübutların və yazılı sübutların (sənədlərin, protokolların və s.) uydurulması, onlara onların məzmununu və mahiyyətini dəyişən əlavə və düzəlişlər edilməsi, onların görkəminin dəyişdirilməsi və s. başa düşülür. Mülki işlər üzrə yazılı sübutlar dedikdə, iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, lazımi qaydada rəsmiləşdirilmiş aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. 142.2-ci maddəsinə əsasən Mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Hazırki cinayət işi üzrə verilən ittiham Təqsirləndirilən şəxs mülki işdə ABHD- 596/20 saylı arayışı saxtalaşdıraraq, həmin arayışı sübut qismində təqdim etməsi ilə əlaqədardır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-328/2022 saylı qətnaməsində(həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2985/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) müəyyən edilmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman sözügedən arayışın saxta olubolmamasının araşdırılması məqsədi ilə kompleks sənədlərin texniki və xəttşünaslıq ekspertizaları təyin edilmiş, arayışda olan möhürün həqiqətən də "xxxx" ASC-nin möhürü olub-olmaması, imzanın isə arayışı imzalayan Şahid1 aid olub-olmamasına dair suallar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən arayışda olan möhürün Banka məxsus olması öz təsdiqini tapmışdır. Rəyin əsaslandırma hissəsində imzanın Məmmədbəyliyə məxsus olmasının hər hansı şübhə doğurmaması qeyd edilsə də, nəticə hissəsində imzanın Şahid1 məxsus olmaması qeyd edilmişdir (Qeyd edilən ziddiyyətin aydınlaşdırılması məqsədilə ekspert Famil Əliyev kollegiya iclasına dəvət edilmiş və bildirmişdir ki, rəyin nəticə hissəsində imzanın Şahid1 məxsus olmamasının qeyd edilməsi texniki səhv nəticəsində baş vermişdir. X15 həmçinin izahat yazaraq qeyd edilən halın texniki səhv nəticəsində baş verməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəf təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət versə də, ekspert rəyində olan anlaşılmazlıq kollegiya iclasında tərəflərin iştirakı ilə ekspertin izahatı əsasında aradan qaldırıldığından, buna görə də təkrar ekspertizanın keçirilməsinə hər hansı zərurət olmadığından, vəsatət təmin edilməmişdir). Həmçinin ABHD-596/20 nömrəli məktubun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə göndərilməməsi də həmin qətnamə ilə öz təsdiqini tapmışdır. ABHD-596/20 saylı, xx.xx.2020-ci il tarixli arayış ilə əlaqədar keçirilmiş ekspertiza rəylərindən görünür ki, həmin arayışda olan möhür "xxxx" ASC-yə məxsusdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, müvafiq möhür idarə heyətinin sədrində və ya sədrin özü olmadıqda isə onu əvəz edən şəxsdə olur. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, maşın almaq üçün kredit götürmək istəsə də, ona adında kredit olduğu üçün kredit verilməyəcəyi bildirilmiş, bu səbəbdən də, "xxxx" ASC ilə telefonla əlaqə saxlamış, daha sonra gedib arayışı götürmüşdür. Göründüyü kimi ABHD-596/20 saylı, xx.xx.2020-ci il tarixli arayışın üzərində olan möhürün Təqsirləndirilən şəxs olması qeyri-mümkün olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından "xxxx" ASC-dən işdən çıxmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə verilən ittiham üzrə həmin cinayətin tərkib əlamətlərinin, yəni cinayətin obyekti, subyekti, subyektiv tərəfi və obyektiv tərəfinin mövcud olması zəruridir. Saxta olması mübahisələndirilən ABHD-596/20 saylı arayışın üzərində olan möhürün "xxxx" ASC-yə məxsus olması keçirilmiş ekspertizalar ilə tam sübut olunmuş, həmin hal isə nə ittiham, nə də müdafiə tərəfindən mübahisələndirilməmişdir. Verilmiş ekspertiza rəylərində isə ABHD-596/20 nömrəli arayışda “Şahid1” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək qeyri-mümkündür. Keçirilmiş ekspertiza rəyləri ilə ABHD-596/20 nömrəli arayışda olan imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilib-edilməməsinin qeyrimümkün olması bildirilmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs verilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti olan sübut saxtalaşdırmanın sonuncu tərəfindən törədilməsi müəyyən etmək mümkün olmamışdır. 01 oktyabr 2020-ci il tarixli iddia ərizəsindən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 müştərək qaydada 12204 (on iki min iki yüz dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində əsas borc 2226 (iki min iki yüz iyirmi altı) manat 18 (on səkkiz) qəpik məbləğində faiz borcu, 834 (səkkiz yüz otuz dörd) manat 15 (on beş) qəpik məbləğində cərimə borcu, 1824 (bir min səkkiz yüz İyirmi dörd) manat 10 (on) qəpik gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi, ümumilikdə isə 17088 (on yeddi min səksən səkkiz) manat 81 (səksən bir) qəpik məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesinda olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edəsiniz (iddia ərizəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində verilmişdir). Göründüyü kimi Təqsirləndirilən şəxs müvafiq arayışı iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən 06 ay qabaq əldə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, yeni avtomobil almaq üçün PashaBankın mobil tədbiqi vasitəsi ilə kredit götürmək istəmiş və bunun üçün müraciət etmiş sonra bank əməkdaşı ona zəng edərək tam ödənilməmiş krediti olduğuna görə kredit ayıra bilməyəcəklərini demiş, o da bu problemi aradan qaldırmaq üçün həmin arayışı müraciət edərək almışdır. Qeyd edilən xüsusatlar Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət üzrə onun əməlinə qiymət verilməsi, niyyətinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Beləliklə də, bu hal Təqsirləndirilən şəxs həmin sənədi gələcəkdə veriləcək iddia ərizəsi ilə bağlı mülki iş üzrə sübutları saxtalaşdırmaq niyyətinin olması barədə məhkəmədə şübhələr yaradır. İş materiallarına əlavə edilmiş anten dairəsinə dair məlumatlarda Təqsirləndirilən şəxs bankın yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində olmamasına istinad edilərək onun sənədi həmin ünvanda yerləşən "xxxx" ASC-nin baş filialından almaması və saxtalaşdırılması qənaətinə gəlinmişdir. Lakin bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aprel ayında bəzi saat aralarında harada olması barədə məlumatlar anten dairəsində müəyyən olunmur, qeyd edilən xüsusat onun həmin vaxt aralıqlarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində, yəni "xxxx" ASC-nin baş ofisinda olmaması kimi qəbul edilə bilməz. Odur ki, bu sübuta Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübut kimi istinad edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs anten məlumatları 13 aprel 2020-ci il tarix, saat 20:13:23-də Bakı şəhəri, Xətai rayonu, Serqey Senyuşkin küçəsində, 14 aprel 2020-ci il, saat 11:43:23-də isə Sumqayıt şəhərində göstərir. Göründüyü kimi 13 aprel 2023cü il tarixində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayonu ərazisində olmuş, daha sonra 14 aprel 2020-ci il, saat 11:43-də isə Sumqayıt ərazisində olması qeyd olunmuşdur. Beləliklə də, qeyd olunan vaxt aralıqlarında Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ABHD-596/20 saylı arayışı almaq üçün olması anten məlumatları ilə də istisna olunmur. Həmçinin həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin 24 aprel 2020-ci il tarixə, saat 23:19:06-ya olan məlumatlar ünvan 13 ünvanını, 25 aprel 2020-ci il, saat 11:47:53-ə olan məlumatlar isə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 15 saylı binanı göstərir. Qeyd olunan məlumatdan da, görünür ki, 25 aprel 2020-ci il tarix, saat 11:47-ə kimi anten məlumatları verilməmiş, həmin müddət ərzində də, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində olması istisna olunmur. Azərbaycan Respublikası Konstitusiyasının; 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X10 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” (1988) şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilməli, 200 manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixli ABH-596/20 nömrəli arayış iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut –xx.xx.2020-ci il tarixli ABH-596/20 nömrəli arayış iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz)manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 100 (yüz) saat üçün nəzərdə tutulan 600 (altı yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar