Məhkəmə qərarları › İş №1(011)-20/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-20/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-20/2025 01.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Nəriman oğlunun, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Astara rayonu, Şahağac Ə/D, Şahağac kəndində qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 07 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayətlər törətməyə görə əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 181.3.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 20 noyabr 2021-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 17 avqust 2022-ci il tarixdə saat 08 radələrindən 24 avqust 2022-ci il tarixdə saat 11 radələrinədək olan müddətdə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən 25G nömrəli evin 4 saylı mənzilinə eyvanın dəmir barmaqlıqlarını naməlum şəraitdə sındırmaqla qanunsuz daxil olub yataq otağındakı dolabın siyirməsindəki mücrünün içərisindən 3600 manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 30 qram olan qızıl boyunbağı və qolbaqdan ibarət 01 ədəd dəst; 650 manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 12 qram olan bir cüt qızıl sırğa və bir ədəd üzükdən ibarət 01 ədəd dəst; 1800 manat dəyərində, 585 əyyarlı, çəkisi 8 qram olan üzərində 8 ədəd brilliant qaşlı 01 ədəd qızıl üzük; 500 manat dəyərində, 585 əyyarlı, çəkisi 5 qram olan 01 cüt qızıl sırğa; 112 manat dəyərində 583/585 əyyarlı çəkisi 1,33 qram olan 01 ədəd qızıl qolbaq; 600 manat dəyərində, 585 əyyarlı, çəkisi 12 qram olan 01 ədəd qızıl boyunbağı və həmin boyunbağıya aid 400 manat dəyərində üzərində “A” hərfi həkk edilmiş 01 ədəd klonu, həmçinin ümumi dəyəri 200 manat təşkil edən 02 ədəd gümüş üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 7862 (yeddi min səkkiz yüz altmış iki) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 oktyabr 2022-ci il tarixdə saat 12 radələrindən 03 oktyabr 2022-ci il tarixdə saat 04 radələrinədək olan müddətdə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 12 saylı evin 41 nömrəli mənzilinə plastik çərçivəli pəncərənin daxili kilidini naməlum şəraitdə sındırmaqla qanunsuz daxil olub qonaq otağındakı masanın üzərindən 50 manat nağd pul, yataq otağındakı dolabdan 450 manat dəyərində gümüş bəzək əşyaları, Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 23 manat 40 qəpik (iyirmi səkkiz manat qırx qəpik) təşkil edən 1000 Rusiya rublu və saplağı qırmızı rəngli, üzərində “Pirge” yazısı olan 10 (on) manat dəyərində bir ədəd bıçağı gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 538.4 (beş yüz otuz səkkiz manat qırx qəpik) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 oktyabr 2022-ci il tarixdə saat 08 radələrindən saat 23 radələrinədək olan müddətdə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 23 nömrəli evin 2 saylı mənzilinə plastik çərçivəli pəncərənin daxili kilidini naməlum şəraitdə sındırmaqla qanunsuz daxil olub yataq otağındakı dolabın içərisində olan 3200 manat nağd pul, 200 manat dəyərində bir ədəd qızıl boyunbağı və 60 manat dəyərində “N” hərfi fomasında bir ədəd klonu gizli yolla talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 3460 (üç min dörd yüz altmş) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdə saat 09 radələrindən saat 20 radələrinədək olan müddətdə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsində yerləşən 4A nömrəli evin 2 saylı mənzilinə pəncərənin dəmir barmaqlıqlardan sərbəst keçmə və həmin plastik çərçivəli pəncərənin daxili kilidini sıxıb açma yolu ilə qanunsuz daxil olub qonaq otağındakı dolabın içərisindən 1300 manat dəyərində, 750 əyyarlı, damğalı brilyant qaşlı 01 ədəd qızıl üzük; 700 manat dəyərində, 585 əyyarlı, damğalı üçbucaq formalı 01 ədəd qızıl üzük və bir cüt qızıl sırğadan ibarət 01 ədəd dəst, habelə 50 manat məbləğində pul vəsaitini gizli yolla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 2050 (iki min əlli) manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdə saat 17 radələrindən saat 22 radələrinədək olan müddətdə istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 12B nömrəli evin 14 saylı mənzilinə pəncərənin dəmir barmaqlıqların üzərindəki qıfılı naməlum şəraitdə sındırmaqla və həmin plastik çərçivəli pəncərənin daxili kilidini sıxıb açma yolu ilə qanunsuz daxil olub yataq otağındakı dolabın içərisində olan çantadan Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 19550 (on doqquz min beş yüz əlli) manat təşkil edən 11500 ABŞ dolları, 839,8 (səkkiz yüz otuz doqquz manat səksən qəpik) manat təşkil edən 500 Avronu və kamodun orta siyirməsindəki kosmetik əl çantasının içərisində saxlanılan 2900 manat məbləğində nağd pul vəsaitlərini, həmçinin həmin siyirmədəki qara rəngli parça materialdan olan eynək qabının içərisində saxlanılan 100 manat dəyərində, 583 əyyarlı, damğalı üzərində ağ rəngli qaş olan nazik 01 ədəd qızıl üzük; 100 manat dəyərində, 583 əyyarlı, üzərində dalğavari xətlər həkk edilmiş 01 ədəd qızıl üzük və 100 manat dəyərində, 583 əyyarlı 01 ədəd qızıl üzüyü gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 23589,8 (iyirmi üç min beş yüz səksən doqquz manat səksən qəpik) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında törətdiyi əməli etiraf etməməsinin səbəbi özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Ona elan edilmiş ittihamla razıdır, qeyd olunan epizodlar onun tərəfindən törədilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, yaşadığı mənzil 2 bloklu, 4 mərtəbəli yaşayış binasının 1ci mərtəbəsində yerləşir. Mənzili 2 otaqlıdır, girişi dəmir qapıdandır. Qapı üzərində “vaz” tipli və “seyf” tipli iki kilid mövcuddur. O, heç vaxt ailə həyatı qurmamış, odur ki, həmin ünvanda tək yaşamışdır. Qapalı həyat tərzi sürdüyü üçün mənzilinə gediş-gəliş demək olar ki, olmur. Bununla belə 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb, giriş qapısının kilidlərini özündə olan açalar vasitəsi ilə bağlayaraq, Bakı Kinoteratrı yaxınlığında, ünvanını dəqiq bilmədiyi mənzildə yaşayan rəfiqəsi gilə qonaq getmişdir. Həmin gün axşam saatlarınadək rəfiqəsi gildə qonaq qismində olduqdan sonra, saat təxminən 22 radələrində oradan çıxaraq yaşadığı mənzilə qayıtmışdır. Yaşadığı mənzilə gəldikdə, artıq saat 22:30 radələri olardı. Özündə olan açarlar vasitəsi ilə giriş qapısını açıb, içəri daxil olmuşdur. Mənzilin içərisinə daxil olub, işıqları yandırdıqda, mənzilin qonaq və yataq otağındakı əşyaların dağıdılaraq döşəmə üzərinə atılmasını görmüşdür. Artıq həmin vaxt evdən oğurluq edildiyini başa düşüb, evə nəzər salmağa başlamışdır. Mənzilin mətbəx otağına keçdikdə, mənzilin mətbəx otağından həyətyanı sahəyə doğru açılan plastik pəncərənin, habelə həmin pəncərəni əhatə edən dəmir barmaqlıların açıq olmasını, dəmir barmaqlıqlar üzərindəki qıfılın yerində olmadığını, zənnincə sındırılaraq çıxarılmasının ehtimal etmişdir. Bu zaman tanımadığı şəxsin mənzilə mətbəxdəki pəncərədən daxil olduğunu yəqin etmişdir. Bundan sonra mənzildə saxladığı əşyalara nəzərə salmağa başlamışdır. Həmin vaxt yataq otağındakı şkafa nəzər yetirdiyində, şkafın içərisində çimərlik çantasının içərisində, sellofan bağlamada saxladığı özünə məxsus 11.500 ABŞ dolları və 500 avro pulun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Ardınca yataq otağındakı üç siyirməli kamodun siyirmələrini açıb, orada saxladığı əşyalarına nəzər yetirdikdə, kamodun orta siyirməsində, kosmetik çanta içərisində saxladığı 2900 manat pulun, habelə həmin siyirmədə qara rəngli parça materialdan olan gözlük qabının içərisində saxladığı 100 manat dəyərində 01 ədəd 583 əyyarlı, üzərində ağ rəngli qaş olan nazik qızıl nişan üzüyünün, 100 manat dəyərində 01 ədəd 583 əyyarlı, üzərində dalğavari xətlər həkk edilmiş nazik qızıl üzüyün və 100 manat dəyərində 01 ədəd 583 əyyarlı fantaziya tipli nazik qızıl üzüyün yerində olmadığını və oğrulandığını aşkar etmişdir. Mənzildən sadaladığı qızıl-zinət əşyaları və nağd puldan başqa heç bir əşya oğurlanmamışdır. Mənzilin dəhliz, hamam və mətbəx otaqlarında isə hər hansı axtarış aparılmamış, belə ki, həmin yerlərdə dağıntı izi olmamışdır. Baş vermiş oğurluq nəticəsində ona dəymiş ziyanın ümumi məbləği 3200 (üç min iki yüz) manat, 11.500 ABŞ dolları və 500 avro təşkil etmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, hadisə ilə əlaqədar polis orqanına məlumat verdikdən sonra, üst mərtəbədə yaşayan Filipdən hadisə barədə məlumat aldıqda, o, hadisənin törədilməsində bir nəfər şəxdən şübhələdiyini bildirmişdir. Belə ki, Filip həmin gün saat təxminən 22 radələrində yaşadığı mənzilin eyvanına çıxıb, siqaret çəkdiyi zaman bir nəfər, əvvəllər tanımadığı, qaraşın, qara saçlı, orta bədən quruluşlu, üzündə az saqqalı olan, uca boylu, əyninə qara rəngli uzunqol dəri gödəkçə, tünd rəngli cins şalvar geymiş bir nəfər şəxsin mənzilinin pəncərəsi qarşısında gəzişdiyini, daha sonra pəncərəyə qalxıb mənzilin içərisinə nəzər saldığını, ardınca əlinə daş parçası götürərək pəncərəni döydüyünü demişdir. Lakin həmin şəxsin kim olduğunu və nə səbəbə görə bu hərəkətləri etdiyini bilmədiyi üçün, həmin şəxsə əhəmiyyət verməyib mənzilin içərisinə doğru girdiyini və bundan sonra baş verənlər barədə məlumatlı olmadığını demişdir. Onun heç vaxt kimləsə ədavəti olmamış və hadisəni törətməkdə şübhələndiyi şəxslər yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nəriman oğlu ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin mənzil 7 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Hadisə ilə bağlı onu bildirmək istəyir ki, 17 avqust 2022-ci il tarixdə saat təxminən 08 radələrində yaşadığı mənzildən çıxaraq ailə üzvlərini Bakı şəhərinə gətirmək üçün Ağdam rayonuna getmişdir. 24 avqust 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə saat təxminən 11 radələrində yaşadığı mənzilə çatan zaman evin giriş qapısını mənzilə məxsus açarla açaraq daxil olmuşdur. Mənzilə daxil olduqda ilk öncə hər şeyin qaydasında olması nəzərə çarpmışdır, lakin evin yataq otağına daxil olan zaman yataq otağının dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. O, dərhal evin digər otaqlarına nəzər yetirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin balkonundan quraşdırılmış dəmir barmaqlıqları qıraraq evə daxil olmuş və yataq otağında olan paltar asmaq üçün istifadə edilən şkafın içərisində mücrünün içərisində saxladıqları qızıl-zinət əşyalarını oğurlamışlar. Belə ki, hadisə vaxtı 01 dəst ümumi dəyəri 3600 manat olan 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı və qolbaq, 01 dəst ümumi dəyəri 650 manat olan 750 əyyarlı ümumi çəkisi 10-12 qram olan bir cüt sırğa və üzük, 01 ədəd dəyəri 1800 manat olan 585 əyyarlı çəkisi 7-8 qram olan üzərində 8 ədəd biriliant qaşı olan qadın nişan üzüyü, 01 cüt dəyəri 500 manat olan, 585 əyyarlı 4-5 qram olan qadın sırğası, 01 ədəd dəyəri 350 manat olan, 585 əyyarlı çəkisi 1 qram olan uşaq qolbağı, 01 ədəd dəyəri 600 manat olan 585 əyyarlı çəkisi 12 qram qadın boyunbağısı və həmin boyunbağıya aid dəyəri 400 manat üzərində "A" hərfi həkk edilmiş kloun və ümumi dəyəri 200 manat 02 ədəd kişi gümüş üzüyü oğurlanmışdır .O, dərhal baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Onun verdiyi məlumat əsasında hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 8.100 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisəni törətməkdə şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Evin giriş qapısının açarı ondan başqa heç kəsdə yoxdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, ekspertiza rəyi ilə razıdır, əvvəlki ifadəsində uşaq qolbağının çəkisi 10 qram, dəyəri isə 350 manat kimi göstərilmişdir. O, ifadə verərkən uşaq qolbağının çəkisini bir qram kimi qeyd etsə də ola bilər ki, texniki səhv olaraq 10 qram kimi yazılmışdır. Çünki, 10 qram qızılın bazar dəyəri kifayət qədər çoxdur. O, uşaq qolbağının ekspert rəyində göstərildiyi çəkisi və dəyəri ilə tam razıdır. Qızılın çəkisini 1,33 qram, dəyərini isə 112,00 manat kimi götürülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla anası Atlas Məmmədova ilə birlikdə yaşayır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov 15C ünvanında yerləşən “Basilic” restoranında aşbaz kimi işləyir, anası X8 qəsəbəsində yerləşən evlərin birində uşaq baxıcısı, yəni dayə kimi işləyir. Anası Atlas işi ilə əlaqədar olaraq dayə işlədiyi evdə qalır və həftədə iki dəfə yaşadıqları mənzilə gəlir. O, isə hər gün səhər saat 12 radələrində yaşadığı mənzildən çıxaraq işlədiyi restorana gedir və saat 01 radələrində işdən çıxaraq yaşadığı mənzilə geri dönür. Yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir. 02 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanından çıxaraq işlədiyi "Basilic" restoranına işə getmişdir. 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixə keçən gecə saat 03:40-da yaşadığı mənzilə geri qayıtmışdır. Həmin vaxt o, üzərində olan açarla mənzilin giriş qapısını açmağa çalışsa da, qapı açılmadığı üçün kilidin xarab olduğunu düşünmüşdür. Buna görə də, dostu Mamed və Hidayətlə əlaqə saxlayıb onlara bu barədə bildirib mənzilin qapısını açmaqda ona kömək etmələrini xahiş etmişdir. Mamed və Hidayət gəldikdən sonra onlar birlikdə qapını açmağa çalışsalar da, aça bilməmişlər. Həmin vaxt Mamed və Hidayət ona evdən oğurluq olmasında şübhə etdiklərini bildirmişlər və binanın arxa tərəfinə keçərək pəncərəyə baxmağı təklif etmişlər. Onlar yaşadığı binanın arxa ərəfınə keçən zaman mənzilin plastik pəncərəsinin dəmir barmaqlığının açılan hissəsinin üzərində olan kilidin sındırıldığını, pəncərənin açıq vəziyyətdə olduğunu görmüşlər. Bu zaman ona məlum olmuşdur ki, yaşadığı mənzildə oğurluq hadisəsi baş vermişdir. O, tez DİN-nin 102 xidmətinə zəng vurarq hadisə barədə məlumat vermiş, bir qədər sonra Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra polis əməkdaşları ilə birlikdə pəncərədən yaşadığı mənzilə daxil olmuşlar. Mənzilə daxil olan zaman mənzildə axtarış aparıldığını, əşya və paltarların yerə atılmış vəziyyətdə olduğunu görmüşlər. Həmin vaxt mənzildən nələrin götürüldüyünə baxan zaman qonaq otağında olan kompüter masasının siyirməsində saxladığı 50 manat nağd pulun, yataq otağında olan dolabın siyirməsində saxladığı 1000 rus rublu pulun və 450 manat dəyərində anasına məxsus 2 dəst gümüş sırğanın, 01 dəst gümüş boyunbağının və 1 dəst gümüş dəstinin yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra mətbəxə nəzər salan zaman mətbəxdə olan dolabın siyirməsindən 1 ədəd 70 manat dəyərində “PİRGE” markalı qırmızı dəstəkli bıçağın oğurlandığını aşkar etmişdir. Həmin vaxt ona artıq məlum olmuşdur ki, 02 oktyabr 2022-ci il tarixdə sat 12 radələrində 03 oktyabr 2022-ci il saat 03:40-a kimi olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı mənzilin plastik pəncərəsinin dəmir barmaqlığının üzərində olan kilidi sındırb pəncərəni açmaq yolu ilə mənzilə daxil olaraq oradan 50 manat nağd pulu, 450 manat dəyərində gümüş bəzək əşyalarını, 70 manat dəyərində “PİRGE” markalı qırmızı dəstəkli bıçağı və həmin dövrün məzənnəsi ilə 27 manat təşkil edən 1000 rus rublu pulu oğurlamışlar. Polis əməkdaşları hadisə yerinə baxış keçirib müayinə etdikdən sonra o, hadisə barədə ərizə ilə müraciət etmiş və 36-cı PB-nə gedərək izahat vermişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, ona məxsus mənzilin qonaq otağında olan kompüter masasının siyirməsindən 50 manat nağd pul, yataq otağında olan dolabın siyirməsindən 1000 rus rublu pulu, 450 manat dəyərində 2 dəst gümüş sırğa, 1 dəst gümüş boyunbağı və 1 dəst gümüş dəsti, mətbəxdə olan dolabın siyirməsindən 1 ədəd 70 manat dəyərində “PİRGE” markalı qırmızı dəstəkli bıçaq oğurlanmışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 597 manat maddi ziyan dəymişdir. Onun baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs yoxdur. Yaşadığı mənzildən oğurlanmış 1 ədəd bıçaq “PİRGE” markalı olmaqla dəstəyi qırmızı rənglidir. Bıçağın tiyəsinin üzərində “PİRGE” yazısı yazılmışdır. Həmin bıçağı işdə istifadə etdiyi üçün digər bıçaqlarla qarışmaması üçün dəstək hissəsinin al tərəfindən kiçik ölçülü oyuq açmışdı ki, tanıya bilsin. Ekspertiza rəyi ilə razıdır, belə ki, həmin bıçağı xatırlamadığı tarixdə 70 manat pula almışdır. İstifadə olunmuş qiyməti dəqiq olaraq bilmədiyi üçün əvvəlki vermiş olduğu ifadəsində bıçağın hazırki bazar dəyərini təxmini olaraq 70 manat kimi qiymətləndirmişdir. Üzərində “Pirge” yazısı olan bıçağın dəyərinin 10 manat kimi qiymətləndirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, bir ildən çoxdur ki, ünvan 5 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. Yaşadığı ev binanın birinci mərtəbəsində yerləşir və ümumilikdə 4 otaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə arvadı və övladlarını Qax rayonuna aparmışdır. O, "xxxx" MMC-də işləyir və hər gün davamlı olaraq səhər 08:00-da evdən çıxaraq işə gedir və 22:00 və ya 23:00 radələrində evə qayıdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində işdən evə qayıdan zaman yaşadığı mənzilin giriş qapısına yaxınlaşmış və açarı kilidə saldıqda qapının açılmadığın görüb qapının içəridən bağlı olduğunu başa düşmüşdür. O, binanın arxa tərəfinə keçmiş və yaşadığı mənzilin ağ rəngli plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Pəncərənin dəmir barmaqlığı yox idi. Pəncərədən içəri daxil olaraq otaqlara nəzər yetirmişdir. Yataq otağının dağınıq vəziyyətdə olduğunu görüb oğurluq olduğunu anlayaraq dərhal DİN-in 102 Xidməti Zəng Mərkəzinə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumat vermişdir. Bundan sonra evə ətraflı baxış keçirmiş və mənzilin giriş qapısının içəridən bağlı olduğunu görmüşdür. Bundan sonra yataq otağına baxış keçirmiş və həmin otaqda qəhvəyi rəngli dolabın içərisində saxladığı 3200 (üç min iki yüz) manat nağd pulun, dəyəri 200 (iki yüz) manat olan 01 ədəd qızıl boyunbağının və dəyəri 60 manat olmaqla üzərində “N” hərfi olan qızıl klonun olmadığını aşkar etmişdir. Az müddət sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər və evdən bir neçə əl-baqmaq izləri götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə nəticəsində oğurlanmış pul ona məxsusdur, qızıl boyunbağını və klonu isə oğlu üçün alaraq dolabda saxlamışdır. Oğurlanmış nağd pulu dolabın orta hissəsinin üst gözündəki paltarların altında, boyunbağını və klonu isə həmin yerdə bənövşəyi rəngli qutunun içərisində saxlamışdır. Oğurlanmış boyunbağı qızılı rəngli, əyarı 585, çəkisi təxminən 1,2 qram, klonun rəngi isə qızılı, əyarı 585, çəkisi 0,8 qram olmaqla üzərində "N” hərfi olmuşdur, hadisə nəticəsində ümumilikdə ona 3460 (üç min dörd yüz altmış) manat maddi ziyan dəymişdir, baş vermiş oğurluq cinayəti ilə əlaqədar heç kimdən şübhələnmir, heçkimlə düşmənçilik və ya qərəzli münasibəti yoxdur, heçkim ona hədə-qorxu gəlməmişdir. Məhkəmə iclasına videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 1 ilə yaxındır ki, anket məlumatlarında qeyd etdiyi ünvanda arvadı X4 ilə birgə yaşayır. Hazırda “JYSK” mağazalar şəbəkəsində kuryer işləyir. Həmçinin arvadı Nərminə də, onunla birgə həmin şirkətdə kassir vəzifəsində işləyir. Onlar hər gün saat təxminən 09 radələrində işə gedir, saat 20 radələrində isə işdən çıxırlar. Yaşadıqları mənzil 5 mərtəbəli, 4 bloklu yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqlıdır, girişi dəmir qapıdandır. Qapı üzərində “vaz” tipli və “seyf” tipli iki kilid mövcuddur. Həmişə olduğu kimi 25 oktyabr 2022-ci il tarixdə saat 09 radələrində işə getmək məqsədi ilə arvadı Nərminə ilə birgə evdən çıxmışdır. Evdən çıxarkən isə özündə olan açarlar vasitəsi ilə giriş qapısının kilidlərini bağlamışdır. Ardınca hər ikisi birgə işə yollanmışlar. Gün ərzində adi qaydada iş fəaliyyəti ilə məşğul olub, həmin gün saat 20 radələrində işdən çıxaraq yaşadıqları mənzilə qayıtmışlar. Mənzilə gəldikdə özündə olan açarlar vasitəsi ilə giriş qapısının kilidlərini açıb, içəri daxil olmuşdur. Mənzilə daxil olduqda, mənzilin qonaq və yataq otağındakı əşyaların dağıdılaraq döşəmə üzərinə atılmasının şahidi olmuşlar. Artıq həmin vaxt mənzildən oğurluq edildiyini başa düşüb, mənzilə nəzər salmağa başlamışdır. Mənzilin mətbəx otağına keçdikdə, mənzilin mətbəx otağından həyətyanı sahəyə doğru açılan plastik pəncərənin, habelə həmin pəncərəni əhatə edən dəmir barmaqlıqların açıq vəziyyətdə olmasını görmüşdür. Artıq həmin vaxt naməlum şəxsin mənzilə pəncərədən keçməklə daxil olduğunu müəyyən etmişdir. Mənzilin mətbəxindən çölə açılan pəncərə plastik materialdan olub, dəmir barmaqlıqla əhatələnməsinə baxmayaraq, onlar heç vaxt dəmir barmaqlığı qıfılla və ya hər hansı digər üsulla bağlamayaraq açıq saxlamışlar. Elə bu səbəbdən də, tanımadığı şəxs dəmir barmaqlığın açıq olmasından istifadə edib, mənzilə daxil olmuşdur. Bunu müəyyən etdikdən dərhal sonra mənzildə saxladığı əşyalara nəzərə salmağa başlamışdır. Həmin vaxt qonaq otağındakı dolaba nəzər yetirdiyində, dolabın içərisindəki mücrüdə saxladıqları, həyat yoldaşına hədiyyə olaraq aldığı 1300 manat dəyərində 01 ədəd 750 əyyarlı, üzərində 01 ədəd iri briliyant qaş olan qızıl üzüyün, 700 manat dəyərində 01 ədəd 585 əyyarlı, üçbucaq formalı qızıl üzük və bir cüt üçbucaq formalı qızıl sırqalardan ibarət dəstin, habelə həmin dolabdakı 50 manat nağd pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Mənzinin yataq otağına baxdıqda, otaqdakı əşyaların dağınıq vəziyyətdə olmasına baxmayaraq, hər hansı əşyanın götürülmədiyini müəyyən etmişdir. Mənzildən sadaladığı qızıl-zinət əşyalarından və nağd puldan başqa heç bir əşya oğurlanmamışdır. Mənzilin dəhliz, hamam və mətbəx otaqlarında isə hər hansı axtarış aparılmamış, belə ki, həmin yerlərdə dağıntı izi olmamışdır. Baş vermiş oğurluq nəticəsində ona dəymiş ziyanın ümumi məbləği 2050 (iki min əlli) manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Neyrocərrahiyyə xəstəxanası istiqamətdən Ukrayna dairəsi istiqamətdə hərəkətdə olduğu zaman, xəstəxananın qarşısında əvvəllər tanımadığı, təxminən 30 yaşlarında, qaraşın, qara saçlı, orta bədən quruluşlu, üzündə az saqqal olan, uca boylu, əyninə tünd rəngli uzunqol dəri gödəkçə geymiş şəxs müştəri qismində əl işarəsi edərək, avtomobilini saxlatdırmışdır. Həmin zaman tanımadığı şəxs təngənəfəs və həyəcanlı vəziyyətdə idarə etdiyi avtomobilə əyləşib, tez bir zamanda onu “20 yanvar” metrostansiyası istiqamətində aparmasını xahiş etmişdir. O, etiraz etməyib, yol haqqı kimi ondan 10 manat pul tələb etmişdir. O da etiraz bildirməyib, qısa zamanda onu həmin ünvana çatdırmasını xahiş etmişdir. Həmin şəxs avtomobilə əyləşdikdə, xarici görünüşdən onu narkomana oxşatdığı üçün, onunla ünsiyyət saxlamadan 20 yanvar metrostansiyası istiqamətində hərəkətə başlamışdır. 20 yanvar metrostansiyası yaxınlığındakı “Bravo” marketin yaxınlığına çatdıqlarında yolda tıxac olduğu üçün tanımadığı şəxs tələsdyini deyib yol haqqı kimi ona 10 manat deyil 15 manat pul verib yolun ortasında qapını açaraq avtomobildən düşmüş, daha sonra uzaqlaşıb diqqət edə bilmədiyi istiqamətdə hərəkət etmişdir. Həmin şəxsi düşürdükdən sonra yaşadığı ev istiqamətində hərəkət etmişdir. 25 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş şəxsi görsə tanıya bilər, həmin şəxs 30 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, üzündə az saqqal olan, uca boylu şəxs olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Alevtina xanım qonşuluqda, dəqiq desə yaşadığı mənzilin alt mətəbəsindəki mənzildə yaşayır, bir qonşu kimi aralarında yaxşı münasibətləri olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı mənzildə olduğu zaman, siqaret çəkmək məqsədi ilə mənzilin eyvanına çıxmışdır. Eyvanda durub siqaret çəkdiyi zaman, əvvəllər tanımadığı, təxminən 30 yaşlarında, qaraşın, qara saçlı, orta bədən quruluşlu, üzündə az saqqalı olan, uca boylu, əyninə qara rəngli uzunqol dəri gödəkçə, tünd rəngli cins şalvar geymiş bir nəfər şəxsin Alevtina xanımın mənzilinin qarşısı ilə hərəkət etməsinin, arabir mənzilin içərisinə doğru boylanmasının şahidi olmuşdur. Həmin şəxs mənzili nəzərdən keçirdikdən sonra, binanın qarşısındakı otluq sahəyə keçib, aşağı istiqamətdə əyilərək, nəsə axtarmağa başlamışdır. Bir neçə dəqiqə sonra əlinə nəsə götürüb yenidən Alevtina xanımın mənzilin qarşısına doğru gəlmişdir. Alevtina xanımın mənzili balkonunun alt hissəsində yerləşdiyi üçün, həmin şəxsin hansı məqsədlə onun mənzilinə doğru gəldiyini görməmişdir. Lakin bir neçə saniyə sonra Alevtina xanımın mənzilinin pəncərəsi istiqamətdən dəmir taqqıltısı səslərinin gəlməsini eşitmişdir. Həmin zaman aşağı istiqamətdə boylansa da, heç nə görə bilmədiyi üçün, kiminsə istilik radiatorunu döydüyünü fikirləşib, buna əhəmiyyət verməmişdir. Bir neçə saniyə sonra isə həmin şəxsin balkonunun altından, yəni Alevtina xanımın mənzilin qarşısından çıxıb, ətrafa boylanmasının şahidi olmuşdur. Həmin ərəfə də qəflətən qarşı tərəfdən iki nəfər tanımadığı şəxsin gəldiyini gördükdə dərhal əlində saxladığı hansısa əşyanı kənara tullayıb, mənzilin qarşısından uzaqlaşaraq, binanın tininə doğru keçmişdir. Şəxsin tulladığı əşyaya diqqət etdikdə, əşyanın daş parçası olduğunu görmüşdür. Həmin zaman artıq tanımadığı şəxsin bir qədər əvvəl otluq sahədən daş parçası götürdüyünü məlum etmişdir. Həmin şəxs uzaqlaşdıqdan sonra onun artıq getdiyini fikirləşib, mənzilinə qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra yenidən siqaret çəkmək üçün eyvana keçdiyində, həmin şəxsin yenidən Alevtina xanımın mənzilin qarşısı ilə oyan- buyan hərəkət etdiyini görmüşdür. O, özünü biruzə etmək üçün öskürdükdə, həmin şəxs onu görsə də, əhəmiyyət verməyib, mənzilin qarşısı ilə hərəkət etməkdə, Alevtina xanımın mənzilinin içərisinə doğru boylanmaqda davam etmişdir. Həmin şəxsin adekvat olmayan davranışı səbəbindən onun narkoman olduğunu düşünüb, əhəmiyyət verməyərək mənzilin içərisinə keçmişdir. Bundan sonra baş verənlər barədə məlumatı olmamışdır. Həmin gün saat təxminən 23 radələrində Alevtina xanım yaşadığı mənzilə gəlməklə, mənzilindən oğurluq olması barədə məlumat verib, hadisə barədə də hər hansı məlumatının olub-olmaması barədə maraqlanmışdır. O, da öz növbəsində hələ bir qədər əvvəl onun mənzilinin qarşısında olmuş tanımadığı şəxsin şübhəli davranışı barədə onu məlumatlandırıb, hadisənin törədilməsində məhz həmin şəxsdən şübhələndiyini demişdir. Eyni zamanda Alevtina xanımdan mənzilə hansı üsulla daxil olunması barədə məlumat aldıqda, o, naməlum şəxsin mənzilinə məhz onun balkonunun alt hissəsində yerləşən mətbəxin pəncərəsindən daxil olduğunu, pəncərəni açmaq üçün isə pəncərəni əhatə edən dəmir barmaqlıq üzərindəki qıfılı sındırdığını əlavə etmişdir. Bu barədə məlumat aldıqdan sonra, artıq hadisənin baş vermə halları ona tam aydın olmuşdur. Belə ki, həmin tanımadığı şəxs onu ilkin olaraq gördüyündə, binanın qarşısındakı otluq sahədən daş parçası götürməklə, həmin daş parçasından istifadə edib, pəncərəni əhatə edən dəmir barmaqlıq üzərindəki qıfılı sındırmış, ardınca kənara çəkilib, bir qədər gözləyərək heç kimin olmamasından istifadə edib, mənzilə daxil olaraq oğurluq etmişdir. Hadisə ilə əlaqədar bildikləri bundan ibarətdir, ifadəsində qeyd etdiyi şəxsi o, görən kimi tanıyar. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, “BMW 528” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 28 yanvar 2022-ci il tarixdə “Seyfulla” adlı şəxsdən 26000 (iyirmi altı min) manat pula almışdır. X13 Bakı şəhəri, Nərmanov rayonu, “Gənclik” adlanan ərazidə "xxxx" adlı avtomobil icarəsi məntəqəsini işlədir. O, özünə avtomobil alandan sonra qərara gəlmişdir ki, onu həmin məntəqədə icarə əsasında müştərilərə verib pul qazansın. Ona görə də hətta öz adından "xxxx" MMC-nin adına 21 fevral 2022-ci il tarixdə etibarnamə də vermişdir. O, öz mobil telefon nömrəsini sosial şəbəkə səhifələrində müxtəlif elan saytlarında da yerləşdirib günü 90 (doxsan) manata icarəyə avtomobil verdiyini göstərmişdir. 10 sentyabr 2022-ci il tarixdə əvvəllər tanımadığı və heç bir şəxsi münasibətləri olmayan “İbrahim” adlı şəxs 055 *** ** ** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsinə saat 22 radələrində zəng edib icarəyə avtomobil götürmək istədiyini bildirmişdir. Qiymət barədə söhbət düşəndə "İbrahim" adlı şəxs avtomobili uzun müddətli icarəyə götürməyi nəzərdə tutduğunu, ona görə də qiymətdə endirim etməyini xahiş etmiş və əlavə etmişdir ki, əvvəlcə 10 gün üçün nəzərdə tutulan haqqı verəcək. Daha sonra müddəti artırarsa hər dəfə 10 günün pulunu ona ödəyəcəkdir. Belə olan halda o da qiymətdə endirim etmiş və günlük 80 (səksən) manata avtomobili ona icarəyə verəcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra onlar Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Daxili İşlər Nazirliyinin inzibati binasından 200-300 metr irəlidə yolun sağ kənarında görüşmüşlər. “İbrahim” adlı şəxs yanında bir nəfər adını bilmədiyi cavan oğlanla gəlmişdir. Həmin cavan oğlanın kim olmasını bilmir. İbrahimlə həmin şəxs onun idarə etdiyi “BMW 528” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşmişlər və o, öz yaşadığı məhəlləyə getmişdir ki, orada avtomobili “İbrahim” adlı şəxsə təhvil verib özü piyada evə getsin. Yaşadığı məhəlləyə çatanda “İbrahim” adlı şəxs ona avtomobilin 10 günlük icarəsi üçün 800 (səkkiz yüz) manat pul vermişdir. O da avtomobilində saxladığı icarə müqaviləsinin nümunəsini doldurmuşdur. Həmin vaxt məlum olmuşdur ki, avtomobili ondan icarəyə götürən Şahid5dur. O da şirkətin möhürü və MMC-nin direktoru Taleh Səfərovun imzası olan boş etibarnamə blankı da olduğu üçün həmin boş qrafalara Şahid5 adını və digər lazımi məlumatları yazıb şirkətin adından avtomobili 1 (bir) ay ərzində idarə etməsi üçün etibarnamə də vermişdir. Bundan sonra İbrahim, yanındakı dostu ilə birlikdə avtomobilə minib getmişlər. O da öz evinə yollanmışdır. “BMW 528” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 10 sentyabr 2022-ci il tarixdə şirkətin adından Şahid5 1 aylıq icarəyə verməsini və ilkin ödəniş qismində 800 manat pul almasını "xxxx" MMC-nin direktoru Taleh Səfərov bilmişdir. Ona bu barədə telefonla məlumat vermişdir. Aldığı 800 manat puldan Taleh Səfərova hər-hansı məbləğdə pul verməmişdir. O, Təqsirləndirilən şəxs tanımış və onunla bir neçə dəfə mobil telefonda ümumi mövzularda, avtomobilin icarəsi, pulun vaxtında verilməsi, cərimələrin gəlməsi mövzusunda danışmışdır. O, “BMW” markalı avtomobili verməzdən təxminən 20 gün əvvəl İbrahimə tünd yaşıl rəngli, “Chevrolet Camaro” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin icarəyə verilməsini təşkil etmişdir. Həmin avtomobili İbrahim günü 150 (yüz əlli) manat pula kirayəyə götürmüşdür. Qeyd edilən avtomobili Təqsirləndirilən şəxs da idarə etmişdir. Bu barədə o özü də danışdıqları zaman ona demişdir. Həmin avtomobili dostu Taleh deyil, başqa bir “Rentacar 111” şirkəti icarəyə vermişdir. Sadəcə Taleh həmin avtomobili tapıb göndərmişdir. O, şəxsən özü müdiri Talehin qardaşı Rafaellə birlikdə avtomobili götürüb Abşeron rayonu ərazisində “Riad” ticarət mərkəzi ilə üzbəüzdə Şahid5 təhvil verib ondan 7 günlük 1050 (min əlli) manat kirayə haqqı, 200 (iki yüz) və ya 300 (üç yüz) manat da depozit kimi pul almışdır. Həmin vaxt İbrahimin yanında adını bilmədiyi arvadı və qardaşı Təqsirləndirilən şəxs var idi. İsmayılın ləqəbi “Xurayro”-dur. Onun əsl adının İsmayıl olmasını sonradan bilmişdir. Hamı ona “Xurayro” və ya “Xuray” deyə müraciət etmişdir. “Chevrolet Camaro” markalı avtomobilin kirayələnməsində vasitəçilik etdiyinə görə aldığı 1050 manat puldan özünə 70 (yetmiş) manat pul götürmüşdür. Qalan pulu isə Rafaelə vermişdir ki, özü şirkətlə hesablaşsın. O, ibrahim və İsmayılla daha öncədən tanışdır. Lakin onları sadəcə müştəri kimi tanımışdır və başqa yaxın əlaqəsi olmamışdır. Həqiqətən də İbrahim mobil telefon nömrəsini internetdən taparaq ona zəng etmiş və avtomobil götürmək istədiyini bildirmişdir. İsmayıl ona demişdir ki, xalası ilə birlikdə ətir satışı ilə məşğul olur. İbrahim isə ona demişdir ki, motosikl təmiri sexində usta kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğunu bilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 2014-cü ilin dekabr ayında X12 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Həmin nikahdan Tamerlan adlı bir oğlan uşağı olan övladı vardır. Son iki ildir ki, ailə münaqişələri səbəbindən Əzizin yaşadığı ünvandan çıxaraq övladı ilə birlikdə anasının yanına köçmüşdür. Onlar faktiki olaraq ayrılsalar da, rəsmi qaydada boşanmamışlar. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs həmin ərəfədə onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edib səhvən başqa adamı soruşmuşdur. O da ona səhv düşdüyünü demişdir. Sonradan o, yenidən zəng etmiş və bu dəfə onunla tanış olmuş və mütəmadi danışmağa başlamışlar. Onunla danışanda məlum olmuşdur ki, İsmayıl törətdiyi cinayətə görə həbs edilib və cəzaçəkmə müəssisəsinə məxsus mobil telefon nömrəsi ilə ona zəng edirmiş. O, bir neçə dəfə onun yanına cəzaçəkmə müəssisəsinə də gedib baş çəkmişdir. 2021-ci ilin noyabr ayında İsmayıl amnistiya əsasında azadlığa buraxılmışdır. Onlar bir neçə dəfə görüşmüşlər. Qeyd edilən ərəfədə isə İsmayıl anasına məxsus əzbərdən bilmədiyi mobil telefon nömrəsi ilə onunla əlaqə saxlamışdır. Özünün mobil telefonu ümumiyyətlə yox idi. 2021-ci ilin dekabr ayında eşitmişdir ki, İsmayıl yenidən həbs edilərək bu dəfə Kürdəxanı qəsəbəsində yerləşən türməyə yerləşdirilib. 2022-ci ilin avqust ayında isə İsmayıl azadlığa buraxılmışdır. Həmin aydan başlayaraq o, İsmayıl və onun anası Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində, dəqiq tanımadığı yerdə yaşamağa başlamışlar. Təxminən bir neçə həftə sonra onlar birlikdə ünvan 6, blok 1, mərtəbə 1, mənzil 1 ünvanında yaşamağa başlamışlar. İsmayılın qardaşı İbrahim də onlarla eyni mənzildə yaşayırdı. İsmayılın anası uzun müddət ərzində Türkiyədə işləyərək Azərbaycana qayıtmışdır, ona görə də onlara maddi cəhətdən dəstək olmuşdur. Bundan başqa İsmayılın qardaşı İbrahim dərman sahəsində kuryer kimi fəaliyyət göstərir. İsmayıl mahnı bəstələdiyi üçün ara-sıra “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən səsyazma studiyasına gedib-gəlirdi. Əksər hallarda İsmayıl onsuz küçəyə çıxmır və hara gedirdisə onunla birlikdə gedirdi. 2022-ci ilin sentyabr ayında İsmayılın anası Ruhiyə xanım ona 051 *** ** ** saylı, oğlu İsmayıla isə 051 *** ** ** saylı mobil telefon nömrəsini pay kimi almışdır. İsmayılın şəxsiyyət vəsiqəsi olmadığı üçün həmin mobil telefon nömrələrinin hər ikisi onun adına qeydiyyat alınmışdır. Bundan başqa 2022-ci ilin sentyabr ayında Ruhiyə xanım oğlu İbrahimə xatırlamadığı məbləğdə pul vermişdir ki, avtomobil icarəyə götürsün. Belə ki, Ruhiyə xanım qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir və onu xəstəxanalara aparmaq lazım idi. Həmin avtomobil də məhz onun üçün götürülmüşdür ki, Ruhiyə xanımı xəstəxanalara aparsınlar. İbrahim də gedib avtomobil icarəsi məntəqəsindən ağ rəngli “BMW”’ markalı avtomobil götürmüşdür. İsmayıl bir neçə dəfə İbrahimdən avtomobili sürmək üçün götürmüşdür. O da həmin avtomobildə oturub İsmayılla birlikdə şəhərə gəzməyə getmişlər. Əsasən İsmayıl avtomobili götürüb səsyazma studiyasına gedərək orada mahnı yazdırıb evə gətirmiş və ona göstərmişdir. İsmayıl azadlığa çıxandan sonra ümumiyyətlə heç yanda işləmədiyi üçün onun qardaşı və anası onlara baxmışlar. Sonuncu dəfə 06 oktyabr 2022-ci il tarixdə o, yaşlı anasına baş çəkmək istədiyi üçün İsmayıl avtomobillə onu anasının yaşadığı ünvana aparıb düşürdüb özü isə həmin səsyazma studiyasına getmişdir. İsmayıl onu düşürdəndə tapşırmışdır ki, axşam taksi ilə evə qayıtsın. Axşama yaxın İsmayılın mobil telefon nömrəsinə zəng çatmamışdır. O, isə taksi ilə öz evinə getmişdir. Sonradan eşitmişdir ki, İsmayıl Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hansısa oğurluq cinayətində şübhəli olduğu üçün saxlanılmışdır. Bir neçə gün sonra polislər İsmayılı narkotik vasitələrdən istifadədə təqsirləndirib Xətai Rayon Məhkəməsinə aparmışlar. Orada onun barəsində cərimə cəzası təyin olunmuş və həbsdən azad olunmuşdur. Buna baxmayaraq məhkəmənin binasının qarşısında duran polis əməkdaşları qapıdan çıxan İsmayılı yaxalayıb avtomobilə salmışlar. İsmayıl buna müqavimət göstərib polis bölməsinə getmək istəməmişdir. Lakin polislər onu saxlayıb özləri ilə aparmışlar. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, İsmayıl heç yanda işləmədiyi üçün onun pulu yox idi. Ona görə də o, ona hədiyyə verməyib. Ümumiyyətlə ailəyə onun anası və qardaşı baxmışlar və xərclərini onlar qarşılamışlar. Təqsirləndirilən şəxs 2022-ci ilin xatırladığı qədəri ilə avqust ayının 18-də həbsdən azad olunduqdan sonra onunla birlikdə İsmayılın qardaşı İbrahimin Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadığı evdə qalmışlar. İsmayılın anası Ruhiyə Türkiyə Respublikasından gəldikdən sonra iş yeri uzaq olduğu üçün ünvan 6 ünvanını İbrahim kirayə tutaraq hamısı həmin evə köçmüşlər. Onda olan məlumata görə İsmayıl və qardaşının gündəlik cib xərcliklərini, evlərinin bazarlığını və digər xərcləri anası Ruhiyə qarşılamışdır. Onlar İsmayılla təxminən 2-3 həftə Ziya Bünyadov prospektində İbrahimin ailəsi ilə kirayə qaldıqdan sonra İsmayılın anası Ruhiyə onlar üçün “Grand Həyat” yaşayış kompleksində bildiyi qədəri ilə 800 manat pula kirayə ev tutmuşdur. Ruhiyə xanım Türkiyə Respublikasından qayıtdıqdan sonra qaraciyər serrozu xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhərində müalicəsini davam etdirmişdir. Səhhətində olan problemlərə görə onu daimi xəstəxanaya aparması üçün İbrahimə icarəyə avtomobil götürməsini istəmiş və bunun üçündə İbrahim icarəyə avtomobil götürmüşdür. Onun bildiyi qədəri ilə İsmayılın qardaşı İbrahim adına “Chevrolet Camaro”, “BMW F10” markalı avtomobilləri icarəyə götürərək sürmüşdür. İsmayıl hazırki iş üzrə ilk dəfə tutulub azadlığa çıxdıqdan sonra bildiyi qədəri ilə İbrahim yenədə markasını bilmədiyi ağ rəngli maşın icarəyə götürüb onları Astara rayonuna nənələrini görməyə aparmışdır. Bundan başqa, İsmayılın Kənan adlı dostunu tanıyır. Kənanla İsmayıl əvvəllər oğurluq cinayəti törətdikləri üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda məhkəmə işləri gedir. Bundan başqa İsmayılın başqa dostunu tanımır. Cavid Qarayev onun qaynı olmuşdur. Belə ki, hazırda rəsmi nikahda olduğu, lakin ayrı yaşadığı əri X7 qardaşıdır. O, əvvəllər oğurluq cinayət əməli törətdiyi üçün məhkum olunmuşdur. İsmayıl Cavidlə cəza çəkmə müəssisəsində birlikdə cəza çəkmişlər. Bildiyi qədəri ilə Cavidlə İsmayılın əlaqəsi olmamışdır. Yəni ən azından İsmayılın Cavidlə əlaqəsinin olmasını bilsə, buna icazə verməz idi. Cavidin atasının adı şəxsiyyət vəsiqəsində səhv olaraq Habil deyə qeyd olunmuşdur. Ruhiyə xanım oğlu İbrahim və ailəsi ilə birlikdə Ziya Bünyadov prospektində kirayə tutduqları evdə qalsalar da bəzi vaxtlarda Grand həyat yaşayış kompleksində onların yanına gələrək onlarla birlikdə kirayədə yaşamışlar. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır və həbs edilənə qədər eyni ünvanda birlikdə yaşamışlar. 8-9 ay olar ki, o, Bakı şəhəri, Nərmanov rayonu ərazisində İnqilab prospektində yerləşən "xxxx" MMC-yə məxsus motosikllə kuryerlik etmişdir. Təxminən bir il öncə anası Şahid2 Türkiyənin İstanbul şəhərindən Bakı şəhərinə gəlmişdir. O, həmin şəhərdə bir müddət restoran sahəsində işlədikdən sonra Bakıya qayıtmışdır. Anası qaraciyər serrozu xəstəliyindən əziyyət çəkdiyi üçün onu həkimlərə aparmaq lazım idi. Bunun üçün anasını dilə tutaraq-xahiş etmişdir ki, icarəyə avtomobil götürüb xəstəxanalara həmin avtomobillə onu aparsınlar. O da buna etiraz etməyib ona 800 manat pul vermişdir ki, həmin pulla icarəyə avtomobil götürsün. 2022-ci ilin sentyabr ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində olan vaxt orada avtomobil icarəsi ilə maraqlanmışdır. Qabağına bir şirkət çıxmış və o, həmin şirkətin səhifəsində mobil telefon nömrəsini götürüb bəyəndiyi ağ rəngli “BMW” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verən əvvəllər tanımadığı “Fuad” adlı şəxsə zəng edərək gecə radələrində şəhər ərazisində Mərkəzi Univermağın qarşısında onunla görüşmüşdür. Həmin şəxs elə avtomobilin içərisindən müqavilə və digər sənədləri çıxararaq onları doldurmuş, o da müvafiq yerlərə imza etmişdir. İlk əvvəl avtomobili 10 günlük götürdüyü üçün gününə 80 manat hesablanmış və o, “Fuad” adlı şəxsə cəmi 800 manat pul vermişdir. Həmin vaxt o, tək olmuş və yanında başqa heç kəs olmamışdır. Atomobil onda olan ərəfədə anasını təxminən 2-3 dəfə “Bakı Sağlamlıq Mərkəzi”nə apararaq orada tibbi müayinələr etmişdir. Bir neçə dəfə yadında qalmayan tarixlərdə avtomobili idarə etməsi üçün qardaşı Təqsirləndirilən şəxs da vermişdir. Onun sürücülük vəsiqəsi yoxdur. Sadəcə qardaşı olduğu üçün onun xahişini yerə saxlamayaraq avtomobili vermişdir. Həmin avtomobillə onun hara getməsindən və kiminlə görüşməsindən isə onun xəbəri olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər Fuadla heç bir tanışlığı olmamışdır. O, şəxsən onları bir-biri ilə tanış etməmişdir. İsmayıl özü də ona heç vaxt deməmişdir ki, Fuadla hər-hansı əlaqəsi və münasibəti vardır. Ola bilər ki, o, avtomobili icarəyə götürəndən sonra onların arasında münasibət yaranmışdır. Bəlkə də o evdə olub yatdığı vaxtlarda Fuad telefonuna zəng edib və onun yerinə qardaşı İsmayıl telefona cavab verdiyi üçün onların arasında ünsiyyət yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, təxminən 4 ildir ki, ünvan 8 ünvanında yerləşən iki mərtəbəli obyektin ikinci mərtəbəsində, daha dəqiq desə mansard sahəsini əvvəllər 100 manat, hazırda isə 200 (iki yüz) manat pul müqabilində icarəyə götürüb səsyazma studiyası kimi işlədir. O, orada tək işləyir və şəriki yoxdur. Qeyd edilən sahəni ona icarəyə verən şəxsin adı Nəzakətdir. Onların arasında icarə və ya kirayə müqaviləsi bağlanmamışdır. O, boş sahəni icarəyə götürmüş və səsyazma avadanlıqları ona məxsusdur. Təqsirləndirilən şəxs təsadüfən tanımışdır. Belə ki, o, "İnstagram" sosial şəbəkəsində "ses_yazma_studiyasi_m_music” adlı səhifəni işlədir. Orada əlaqə vasitəsi kimi o, öz şəxsi mobil telefon nömrəsini yerləşdirməklə işlətdiyi səsyazma studiyasını reklam edərək müştəriləri oraya dəvət etmişdir. 2022-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək nömrəsini internetdən götürdüyünü bildirmiş və səsyazma studiyasına gəlmək istədiyini bildirmişdir. O, qiymət barədə onunla razılaşdıqdan sonra İsmayıl onun işlədiyi ofisə gəlmişdir. İsmayıl onun yanına əvvəlcə “Chevrolet Camaro”, daha sonra isə “BMW” markalı bahalı idman avtomobilləri ilə gəlmiş və demişdir ki, “işimi yaxşı gör, puldan narahat olma, pul problem deyil, nə qədər lazım olsa verəcəkdir”, təki o, onun işinə can yandırsın. Onun işlətdiyi studiya məşhur yer olmadığı üçün müştərinin gəlib helə sözlər deməsi nadir hadisə idi. Əksəriyyət müştərilər gəlib qiymət barədə danışanda xahiş edirlər ki, gah səsyazmanın qiymətini endirsin, gah aranjemanın qiymətini aşağı salsın. Çünki əksər müştərilər kasıb təbəqənin nümayəndələri idi, İsmayıl isə özünü imkanlı bir adam kimi ona təqdim etmişdir. Hətta birinci dəfə o, onun yanına gələndə dərhal beh kimi 200 (iki yüz) manat pul vermiş və işlədikcə ona pul verəcəyini demişdir. Ona maraqlı olduğu üçün İsmayıldan nə işlə məşğul olmasını soruşmuşdur. İsmayıl da ona danışmışdır ki, suvenir qabların və ətirlərin satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının sonlarında bir dəfə, 2022-ci ilin sentyabr ayının əvvəllərində iki dəfə, sentyabr ayının sonlarında bir dəfə, 2022ci ilin oktyabr ayının 2-sində isə bir dəfə yanına gələrək yazdırdığı mahnılarla bağlı studiyada görüşmüşlər. Onun üçün cəmi üç mahnı hazırlamış və gördüyü işə görə ondan cəmi 900 (doqquz yüz) manat pul almışdır. İsmayıl cəmi 200 (iki yüz) manat pulu ona əlbəəl verib, qalan 700 (yeddi yüz) manatı isə bank kartı vasitəsi ilə onun bank kartına göndərmişdir. İsmayılın ona kartla pul göndərərkən hansı kodlu və kimə məxsus bank kartından istifadə etməsini isə bilmir. Sonuncu dəfə 02 oktyabr 2022-ci il tarixdə İsmayıl studiyaya ağ rəngli avtomobili ilə gəlmişdir. Onunla birlikdə mahnı üzərində bir neçə saat ərzində çalışdıqdan sonra o, çıxıb getmişdir. O isə təxminən 30-40 dəqiqə ərzində studiyada qalıb daha sonra evinə getmişdir. İsmayıl studiyadan çıxarkən ondan soruşmuşdur ki, “sən də çıxırsan?”. O, isə ona cavab olaraq bildirmişdir ki, "yox mən hələki burdayam". Təqsirləndirilən şəxs studiyadan çıxdıqdan sonra hara getməsindən və nə işlə məşğul olmasından isə onun xəbəri olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt hər-hansı cinayət barədə ona danışmamışdır. Onların dialoqu ancaq musiqi ilə bağlı olmuşdur. O, elə fikirləşmişdir ki, yəqin imkanlı bir atası vardır ki, ona dəstək olur və İsmayıl da məhz atasının hesabına pul xərcləyir. Çünki İsmayıl zəhmətkeş və özü pul qazanan adama oxşamamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, barəsində cinayət işinin istintaqı aparılan Təqsirləndirilən şəxs onun doğma övladıdır. İsmayıl törətdiyi cinayət əməllərinə görə əvvəllər məhkum edilmiş, sonradan cəzasını çəkib qurtardıqdan sonra həbsdən azad edilmişdir. 2022-ci ilin may ayından həmin ilin avqust ayına qədər o, Türkiyənin İstanbul şəhərində yaşayıb işləmiş, müxtəlif evlərdə təmizlik işləri ilə məşğul olaraq pul qazanmışdır. Ayda təxminən bizim pulla 1500 (min beş yüz) manat maaş almışdır. 2022-ci ilin avqust ayının sonlarında oğlu İsmayıl həbsdən azad edildiyi üçün o, Azərbaycana qayıtmışdır. O, ilk əvvəl Türkiyədən avtobusla Naxçıvan Muxtar Respublikasına, oradan isə təyyarə ilə Bakıya gəlmişdir. O, Azərbaycana qayıtdıqdan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində oğlu İbrahimə 1100 (min yüz) manat pul vermişdir ki, həm icarəyə avtomobil götürsün, həm də evə bazarlıq etsin. İbrahim də ağ rəngli “BMW” markalı avtomobili icarəyə götürüb evə bazarlıq etmişdir. Həmin avtomobillə bir neçə dəfə o, xəstəxanalara getmişdir. Çünki onda qaraciyər serrozu vardır. Xəstəliyi ilə əlaqədar xəstəxanalara da həmin avtomobillə getmişdir. Hazırda oğlu İbrahim, arvadı Təranə Səmədova, iki azyaşlı övladları, həm də Təqsirləndirilən şəxs qeyri-rəsmi arvadı Şahid9 ilə birlikdə yaşayırlar. Ailəni maddi baxımdan hazırda onun oğlu kuryer kimi işləyərək və 600 manat maaş alaraq dolandırır. O, özü də ara-sıra yığdığı puldan ailəyə köməklik göstərir. Təqsirləndirilən şəxs tərəfindən ona heç vaxt hər-hansı məbləğdə pul və ya qızıl-zinət əşyası verilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqatçı vəzifəsində işləyir, polis mayorudur. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində icraatda olan cinayət işində olan 07 oktyabr 2022-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokolla bağlı onu deyə bilər ki, həmin protokol tərəfindən tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində xidmətdə olarkən gecə saatlarında ünvan 9 ünvanında oğurluq hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı bölmənin əməliyyat-istintaq qrupu ilə birlikdə hadisə yerinə gedərək hadisə yerinə baxış keçirmiş, həmçinin idarənin kriminalistləri tərəfindən hadisə yerindən əl-barmaq izləri götürülmüşdür. 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36- cı Polis Bölməsinin əməkdaşları tərəfindən gətirilmiş, bölmənin inzibati binasının həyətində park edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW" markalı avtomobildən Təqsirləndirilən şəxs iki nəfər hal şahidinin iştirakı ilə avtomobilin qabaq sağ oturacağının yan hissəsində olan 01 ədəd qırmızı dəstəkli mətbəx bıçağını və 01 ədəd qızıla bənzər boyunbağını təqdim edib, mətbəx bıçağını xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvandan, boyunbağını isə ünvan 11ndan oğurladığını bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş, təqdim edilmiş əşyalar sübut əhəmiyyəti kəsb etdiyidən tərəfindən götürülmüş və hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs həmin protokolu imza etmişlər. Təqsirləndirilən şəxs ifadəsində 07 oktyabr 2022-ci il tarixdə idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı "BMW" markalı avtomobilə baxış keçirilərkən hal şahidlərinin iştirak etmədiyini və protokolda imza çəkmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsini yanlış qeyd etmişdir. Təqdim etmə və götürmə protokolu Azərbaycan Respublikası Cinavət-Prosessual Məcəlləsinə uyğun olaraq iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş və sonda Təqsirləndirilən şəxs həmin sənədi imza etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən və ya həqiqi imzası göstərilən sənəd olmadığı üçün protokolda icra etdiyi imzanın həqiqətəndə onun həqiqi imzası olmasını qəbul etmişlər. Hər iki hal şahidi istintaq hərəkəti icra edilərkən iştirak etmişlər və bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində icraatda olan cinayət işində olan 07 oktyabr 2022-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokolda hal şahidi kimi qeyd edilmiş şəxslərdən biri odur. 07 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasının həyətində park edilmiş adı həmin zaman ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW" markalı avtomobildən sonuncu onun və digər hal şahidinin iştirakı ilə avtomobilin qabaq sağ oturacağının yan hissəsində olan 01 ədəd qırmızı dəstəkli mətbəx bıçağını və 01 ədəd qızıla bənzər boyunbağını təqdim edib, mətbəx bıçağını xx.xx.2022-ci il tarixdə ünvan 10 ünvandan, boyunbağını isə ünvan 11ndan oğurladığını bildirmişdir. Bununla bağlı protokol tərtib edilmiş və götürülmüş, həmçinin onlar və avtomobili idarə edən Təqsirləndirilən şəxs həmin protokolu imza etmişlər. Təqsirləndirilən şəxs ifadəsində 07 oktyabr 2022-ci il tarixdə idarə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW” markalı avtomobilə baxış keçirilərkən hal şahidlərinin iştirak etmədiyini və protokolda imza çəkmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsini yanlış qeyd etmişdir. Onlar həmin istintaq hərəkəti zamanı iştirak etmişlər, həmin sənəddə olan imza onundur, həmin istintaq hərəkəti icra edilərkən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir, onun və digər hal şahidinin fotoşəklini orada görmək olar. Təqsirləndirilən şəxs protokol tərtib edilərkən onun yanında həmin sənəddəki imzanı icra etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 12 ünvanında yerləşən 4 mərtəbəli binaya baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı mənzilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 5-12); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 21); şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X5 təqdim edilmiş fotocədvəldəki “3” rəqəmi altında işarələnmiş Təqsirləndirilən şəxs fotoşəklini sifət cizgilərindən tanıyaraq məhz həmin şəxsin 25 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində idarə etdiyi taksi avtomobilinə müştəri qismində əyləşib, onu 20 yanvar metrostansiyası istiqamətinə apardığını bildirmişdir (cild 1, i.v. 38- 39); şəxsin fotoşəkil üzrə tanınmaya təqdim edilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid7 təqdim edilmiş fotocədvəldəki “2” rəqəmi altında işarələnmiş Təqsirləndirilən şəxs fotoşəklini sifət cizgilərindən tanıyaraq məhz həmin şəxsin 25 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 mənzilinin qarşısında olub mənzilin içərisinə doğru boylanıb diqqətlə mənzili nəzərdən keçirdiyini, ardınca yerdən daş parçası götürüb mənzilə doğru yaxınlaşdığını, həmin zaman yaşadığı mənzilin eyvanında olduğu üçün həmin şəxsin konkret olaraq nə etdiyini görə bilmədiyini, lakin həmin ərəfədə dəmir taqqıltısı eşitdiyini, sonradan həmin şəxsin məhz daş parçası ilə mənzilin pəncərəsini əhatə edən dəmir barmaqlıqlar üzərindəki qıfılı sındırdığını ehtimal etdiyini bildirmişdir (cild 1, i.v. 44-45); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında 28 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi həmin Məcəllənin 177.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir (cild 1, i.v. 46-47); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 50); hadisə yerinə baxış keçirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 12 saylı evin 41 mənzilinə baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı mənzilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 59-61); təqdim etmə və götürmə haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibatı binasının həyətində park etdiyi **-BJ-*** nömrə nişanlı “BMW” markalı avtomobilin qabaq sağ oturacağından 01 ədəd qızıla bənzər boyunbağını və 01 ədəd qırmızı dəstəkli mətbəx bıçağını təqdim edərək mətbəx bıçağını xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 12, mənzil 41 ünvanından, qızıl boyunbağını isə ünvan 11ndan oğurladığını bildirmişdirş Bu səbəbdən 01 ədəd mətbəx bıçağı və 01 ədəd boyunbağı maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür (cild 1, i.v. 63-65); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 85); hadisə yerinə baxış keçirilməsi haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən 25G nömrəli evin 4 saylı mənzilinə baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmişdir (cild 1, i.v. 89- 92); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 Nəriman oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 93); əşyanın tanınmaya təqdim edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi **-BJ-*** nömrə nişanlı “BMW” markalı avtomobildən götürülmüş bir ədəd qızıl boyunbağı tanınma üçün Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu 02 nömrəsi ilə nömrələnmiş qızıl boyunbağını əyyarından, rəngindən, işlənmə dərəcəsindən və ölçüsündən tanımışdır. Eyni zamanda həmin qızıl dəstinin tərkibinə daxil olmuş qızıl klounun onda olduğunu bildirmişdir (cild 1, i.v. 117-119); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işi həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 120- 121); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 131); əşyanın tanınmaya təqdim edilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi **-BJ-*** nömrə nişanlı "BMW" markalı avtomobildən götürülmüş "Pirge" markalı bıçaq tanınma üçün Zərərçəkmiş şəxs3 təqdim edilmiş, sonuncu 02 nömrəsi ilə römrələnmiş bıçağı markasından, rəngindən, ölçüsündən və dəstək hissəsinin altında olan oyuqdan tanıyaraq ona məxsus olduğunu bildirmişdir (cild 1, i.v. 140-141); hadisə yerinə baxış keçirilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanına baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı mənzilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 151- 156); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 159-160); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək ********* nömrəsi ilə istintaqı davam etdirilmişdir (cild 1, i.v. 168); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, i.v. 180-182); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 199); Bakı Apellyasiya Məhkəməsinin 4(103)-700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-534/22 saylı, 12 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, 06 avqust 1995-ci il tarixdə Astara rayonu, Şıxaqıran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Astara rayonu, Şiəkərən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yaşamış, və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs məhkəmə zalından həbsdən dərhal azad edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 29-30); CD diskə baxış keçirilməsi haqqında 26 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin X3 Xidmətindən xx.xx.2022-ci il tarixli 003-18823-1222 nömrəli məktubla təqdim olunmuş həmin diskdə "BMW" markalı 07BJ789 dövlət qeydiyyat nişanlı minik avtomobilinin 02 oktyabr 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək təhlükəsiz şəhər xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış fotogörüntüləri və cədvəl tipli məlumatlar yerləşir. Baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin salon hissəsi aydın sezilən görüntülərdə xarici görkəm əlamətlərinə görə barəsində cinayət təqibi aparılan Təqsirləndirilən şəxs bənzəyən şəxsin nəqliyyat vasitəsinin sükanı arxasında olması müəyyən edilmişdir (cild 2, i.v. 42-60); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 2, i.v. 74); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 2, i.v. 82); hadisə yerinə baxış keçirilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 13 ünvanına baş vermiş cinayət hadisəsi ilə əlaqədar baxış keçirilmiş və baxış zamanı mənzilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 86-89); zərərçəkmiş şəxs qismində tanınma haqqında 31 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 97); Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İsa Həbibzadə tərəfindən tərtib edilmiş 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 25 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 4a nömrəli evin 2 saylı mənzilindən Zərərçəkmiş şəxs5 məxsus və həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 12B nömrəli evin 14 saylı mənzildən Zərərçəkmiş şəxs1 məxsus əmlakın talanması faktları ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 4 A, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 4B, Cavanşir küçəsi, ev 6, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi ilə Cavanşir küçələrinin kəsişməsi, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi 14, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 116, habelə 245 nömrəli məktəblərin yaxınlığı və Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində yerləşən “Bravo” marketin yaxınlığında yerləşən müxtəlif mağaza və ictimai iaişə obyektlərinin kamera qurğularından əldə edilməklə 01 ədəd “DVD-R” formatlı diskə köçürülmüş ümumilikdə 31 ədəd videogörüntüyə baxış keçirilmişdir. 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, disk “DVD-R" formatlı olmaqla, üzərində istehsal yerinə və markalanmasına dair hər hansı məlumat mövcud deyildir. Həmin diskdə olan videogörüntülərə baxış zamanı görüntülərin 25 oktyabr 2022-ci il tarixdə saat 1 radələrindən 25 oktyabr 2022-ci il tarixdə saat 22:05-dək olan müddətdə qeydə alınması müəyyən edilir. 25 oktyabr saat 18:41-də qeydə alınmış videogörüntüyə baxış zamanı həmin görüntünün ünvan 14 ünvanının qarşısını və sol yan tərəfini əhatə etməsi, əyninə tünd rəngli uzunqol dəri gödəkçə, tünd rəngli cins şalvar geyinmiş, üzündə qara rəngli tibbi maska olan, xarici görünüş və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs Ümid oğluna oxşar şəxsin R.Məmmədov küçəsi, ev 4a saylı binanın arxa hissəsindən hərəkətə başlayaraq, həmin binada yerləşən 2 nömrəli mənzilin qarşısına gəlməsi, mənzili kənardan müşahidə etdikdən sonra saat 18:43-də binanın blokuna daxil olması, saat 18:44-də həmin blokdan çıxaraq, binanın arxa hissəsinə keçməsi, saat 18:48-də binanın arxa hissəsindən çıxıb, binanın sol yan tərəfində dayanıb, 2 nömrəli mənzilin pəncərəsini, habelə ətrafı müşahidə etməsi, ardınca oradan kənralaşıb yenidən sözügedən binanın arxa hissəsinə keçməsi, saat 19:02-də binanın arxa hissəsindən çıxaraq, 2 nömrəli mənzilin yan tərəfinə keçməsi, mənzilin pəncərəsinin ait hissəsindəki divara söykənib, əlində olan hansısa əşyanı əynindəki tünd rəngii gödəkçənin içəri cibinə qoyması, bundan sonra oradan kənarlaşıb, 245 nömrəli məktəb istiqamətdə hərəkətə gəlməsi müşahidə olunur. 25 oktyabr saat 19:03-dən başlayaraq qeydə alınmış videogörüntülərə baxış zamanı xarici görünüşü və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin X.Məmmədov küçəsi 4B saylı binanın arxa hissəsinə doğru hərəkət etməsi, oradan keçid olmadığını gördükdə geriyə qayıdaraq, həmin binanın qarşısı ilə hərəkətini davam etdirməsi, hərəkətdə olarkən binadakı mənzillənn pəncərələrinin müşahidəsini aparması, saat 19:04-də 245 nömrəli məktəb istiqamətdə hərəkətdə olması, saat 19:44-də Zığ yolu 22V saylı ünvanın yaxınlığından keçərək, Zığ yolu küçəsi 12B ünvanı istiqamətdə irəliləməsi müşahidə edilir. 25 oktyabr 2022-ci il tarixdə saat 21:36-dan başlayaraq qeydə alınmış videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs oxşar şəxsin Zığ yolu küçəsi 12 B ünvanı istiqamətdən Cavanşir küçəsində yerləşən musiqi məktəbinin arxasına doğru yaşıllıq sahə ilə qaçaraq hərəkətdə olması, saat 21:37-də üzündəki tibbi maskanı çıxarıb Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısı ilə iti yerişlə hərəkətini davam etdirməsi, saat 21:38-də əl işarəsi edərək həmin xəsatəxananın qarşısındakı küçə ilə hərəkət edən üzərində "taksi" fərqləndirici nişanı olan “Kia Rio” markalı 90SF230 qeydiyyat nişanlı avtomobili saxlatdırıb, avtomobildə qabaq sağ yan oturacaqda əyləşməsi, avtomobilin üzü “Bravo” matket istiqamətdə hərəkətə başlaması müşahidə edilir. 25 oktyabr 2022-ci il tarixdə saat 21:58-dən başlayaraq qeydə alınmış videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs oxşar şəxsin piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində yerləşən “Bravo” market istiqamətdən "20 Yanvar" metrostansiyası istiqamətdə hərəkət etməsi, saat 22:00-da əynində olan tünd rəngli dəri gödəkçəni çıxararaq sol qoluna keçirməsi, saat 22:01-də “20 yanvar” metrostansiyanın keçidinə daxil olması, metrostansiya keçidindəki mağazaların birindən qara rəngli dəri gödəkçə alaraq əyninə geyinməsi, həmin zaman əynində olmuş əvvəlki tünd rəngli gödəkçənin əlində olmaması, saat 22:05-də metro keçdindən “Şamaxinka” adlanan yer istiqamətdə çıxması müşahidə edilir (cild 2, i.v. 106-107); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 119-121); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 138-144); hadisə yerinə əlavə baxış keçirilməsi haqqında 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanına baş vermiş cinayət hadisəsi ilə əlaqədar əlavə baxış keçirilmiş, hadisə yerində aşkar edilmiş əl-barmaq izləri götürülmüş və baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 2, i.v. 195-198); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanından götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 03 ədəd əlbarmaq izinin xx.xx.1995-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və çeçələ barmaqlarının əksi ilə eynilik təşkil etmişdir (cild 2, i.v. 199-200); "xxxx" MMC-dən götürülmüş məlumatlara (diskə) baxış keçirilməsi barədə 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 01 ədəd diksdə olan məlumatlara baxış zamaı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə törətdiyi oğurluq cinayətinin tədqiqinə münasibətdə Şahid2 istifadəsində olmuş +**********80 saylı mobil telefon nömrəsi üzərindən aparılan istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi olmuşdur: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-02 00:25:11 38 ********** ********** 2022-10-02 09:14:52 19 ********** ********** 2022-10-02 22:05:38 9 ********** ********** 2022-10-02 23:07:36 98 9600(**********41) ********** 2022-10-02 23:15:45 SMS 9600(**********41) ********** 2022-10-02 23:15:46 SMS ********** ********** 2022-10-02 23:16:20 22 ********** ********** 2022-10-02 23:16:55 13 ********** ********** 2022-10-03 18:58:22 218 ********** ********** 2022-10-04 12:38:27 62 ********** ********** 2022-10-04 14:12:03 46 Qeyd olunan danışıqlardan məlum olur ki, 02 oktyabr 2022-ci il tarixdə axşam saat 22 radələrindən sonra Təqsirləndirilən şəxs həqiqətən də ailəsi ilə birgə yaşadığı mənzildə olmamış, belə ki, həmin ərəfədə istifadəsində olan +**********700 saylı mobil telefon nömrəsi üzərindən anası ilə mobil telefonda danışıq aparmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətlərdə olduğu və eyni mənzildə birgə yaşadıqları Şahid9 da həmin gün saat 23 radələrində evdə olmamış belə ki, həmin ərəfədə istifadəsində olan +**********800 saylı mobil telefon nömrəsi üzərindən Şahid2 ilə mobil telefonda danışıqlar aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə törətdiyi oğurluq cinayətinin tədqiqinə münasibətdə Şahid2 istifadəsində olmuş +**********80 saylı mobil telefon nömrəsi üzərindən aparılan istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi qeydə alınmışdır: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-04 12:38:27 62 ********** ********** 2022-10-04 14:12:03 46 ********** ********** 2022-10-04 14:13:07 29 ********** ********** 2022-10-04 14:13:50 366 ********** ********** 2022-10-04 14:20:13 387 ********** ********** 2022-10-05 11:06:56 13 ********** ********** 2022-10-05 11:11:52 126 ********** ********** 2022-10-05 11:53:56 17 ********** ********** 2022-10-05 11:56:04 41 ********** ********** 2022-10-05 12:01:59 11 ********** ********** 2022-10-05 19:19:41 18 Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Şahid2 istifadəsində olmuş +**********80 saylı mobil telefon nömrəsi üzərindən, Təqsirləndirilən şəxs icarəyə avtomobil verdiyi üçün iş üzrə şahid qismində dindirilmiş Şahid8 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi qeydə alınmışdır: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-10 15:28:41 31 ********** ********** 2022-10-10 16:21:59 33 ********** ********** 2022-10-10 16:54:16 59 ********** ********** 2022-10-14 12:31:05 163 ********** ********** 2022-10-14 15:10:57 12 ********** ********** 2022-10-15 17:30:27 11 Baxış zamanı X1 istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsinə daxil olan və həmin nömrədən xaric olan sms mesajları qovluğunda hər-hansı mühüm istintaq əhəmiyyəti kəsb edən mesaj aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə törətdiyi oğurluq cinayətinin tədqiqinə münasibətdə Şahid9 istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsi üzərindən aparılan istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi qeydə alınmışdır: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-02 21:38:37 104 *********** ********** 2022-10-02 22:20:50 48 *********** ********** 2022-10-02 23:16:20 22 *********** ********** 2022-10-02 23:16:55 13 ********** ********** 2022-10-02 23:26:37 24 ********** ********** 2022-10-03 12:25:09 32 9622(**********41 ********** 2022-10-03 12:32:19 SMS ) ********** ********** 2022-10-03 15:05:25 161 ********** ********** 2022-10-03 16:11:53 23 ********** ********** 2022-10-03 16:16:20 80 ********** ********** 2022-10-03 16:38:00 61 ********** ********** 2022-10-03 17:54:39 11 Qeyd olunan danışıqlardan məlum olur ki, 02 oktyabr 2022-ci il tarixdə, axşam saat 22 radələrindən sonra Təqsirləndirilən şəxs həqiqətən də ailəsi ilə birgə yaşadığı mənzildə olmamış, belə ki, həmin ərəfədə istifadəsində olan +**********700 saylı mobil telefon nömrəsi üzərindən qeyri-rəsmi münasibətlərdə olduğu Anastasiya Qarayevə ilə mobil telefonda danışıq aparmışdır. Eyni zamanda Şahid9 da həmin gün saat 23 radələrində evdə olmamış, belə ki, həmin ərəfədə istifadəsində olan +**********800 saylı mobil telefon nömrəsi üzərindən Şahid2 ilə mobil telefonda danışıqlar aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə törətdiyi oğurluq cinayətinin tədqiqinə münasibətdə Şahid9 istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsi üzərindən aparılan istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi qeydə alınmışdır: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-05 18:15:07 83 ********** ********** 2022-10-05 20:48:01 328 ********** ********** 2022-10-06 06:07:51 28 ********** ********** 2022-10-06 06:55:23 8 ********** ********** 2022-10-06 12:47:57 36 ********** ********** 2022-10-06 17:52:47 34 ********** ********** 2022-10-06 18:46:12 60 Qeyd olunan danışıqlardan məlum olur ki, heç bir yerdə işləməyən və heç bir fəaliyyət növü ilə məşğul olmayan, həbsdən yeni azad edilən Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə sübh çağı, daha dəqiq desək saat 06 radələrində faktiki olaraq eyni mənzildə yaşadığı Şahid9 ilə iki dəfə mobil telefon əlaqəsi qurmuşdur. Bu xüsusat isə zəngin baş verdiyi ərəfələrdə tərəflərin birlikdə olmaması, ünsiyyət saxlamaq üçün mobil telefondan istifadə etmələri qənaətinə gəlməyə imkan verir. Bundan başqa istifadəmdə olan +**********00 saylı mobil telefon nömrəsi ilə 17 oktyabr 2022-ci il tarixdə saat 12:20-də şahid qismində dindirilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilməsi məqsədi ilə Şahid9 istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsinə zəng etdikdən və onunla danışığı bitirdikdən sonra qeydə alınmış istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi olmuşdur: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-17 12:23:49 44 (müstəntiq)• ********** 2022-10-17 16:45:59 21 ********** ********** 2022-10-17 16:47:23 17 ********** ********** 2022-10-17 17:34:10 115 ********** ********** 2022-10-17 18:10:07 119 ********** ********** 2022-10-17 18:17:48 9 ********** ********** 2022-10-17 18:20:14 37 ********** ********** 2022-10-17 19:59:55 11 ********** ********** 2022-10-17 20:25:06 9 ********** və Təhqiqat İdarəsinə dəvət edildiyi gün müstəntiqlə telefon əlaqəsini bitirdikdən sonra Şahid9 saat 17:34-də istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsi üzərindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının hesabında və istifadəsində olan +**********43 saylı stasionar telefon nömrəsinə zəng edərək 115 (yüz on beş) saniyə ərzində danışıq aparmışdır. Bu xüsusat isə Şahid9 Bakı Şəhər Baş Polis İdarəsinə getməzdən və orada ifadə verməzdən öncə həmin ərəfədə barəsində həbs qətimkan tədbiri seçilməklə qeyd edilən təcridxarada saxlanılan Təqsirləndirilən şəxsla ünsiyyət qurmasına, ondan “məsləhət” almasına və ya söz soruşmasına dəlalət edir. Bundan başqa 18 oktyabr 2022-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat İdarəsinə gələrək şanid qismində dindirilərək idarəni tərk etdikdən sonra Şahid9, istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsi üzərindən apardığı istintaq əhəmiyyətli danışıqlarının ardıcıllığı aşağıdakı kimi olmuşdur: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-18 10:01:51 15 ********** (müstəntiq) 2022-10-18 13:12:33 19 ********** ********** 2022-10-18 14:56:28 615 ********** ********** 2022-10-18 20:57:52 8 ********** Həmin məlumatlardan görünür ki, 18 oktyabr 2022-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində şahid qismində dindirildikdən və idarəni tərk etdikdən sonra Şahid9 istifadəsində olan +**********00 saylı mobil telefon nömrəsindən yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının hesabında və istifadəsində olan +**********43 saylı stasionar telefon nömrəsinə zəng edərək bu dəfə 615 (altı yüz on beş) saniyə ərzində danışıq aparmışdır. Bu xüsusat isə Şahid9 Bakı Şəhər Baş Polis İdarəsində aparılan ibtidai istintaq zamanı müstəntiq tərəfindən ona verilən suallar, soruşulan hadisələr, özünün verdiyi cavablar, habelə işin gedişatı ilə bağlı maraq doğuran digər məsələlər barədə təcridxanada saxlanılan Təqsirləndirilən şəxs məlumat verməsinə dəlalət edir. Bundan başqa tədqiq edilən dövr ərzində, daha dəqiq desək Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Şahid9 istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsi üzərindən, Təqsirləndirilən şəxs icarəyə avtomobil verdiyi üçün iş üzrə şahid qismində dindirilmiş Şahid8 istifadəsində olmuş +**********77 saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə istintaq əhəmiyyətli danışıqların ardıcıllığı aşağıdakı kimi qeydə alınmışdır: zəng edən: zəngi qəbul edən: tarix: saat: Zəngin davamiyyəti: /saniyə/ ********** ********** 2022-10-20 19:08:49 126 ********** ********** 2022-10-20 19:22:26 75 ********** ********** 2022-10-21 19:04:38 77 ********** ********** 2022-10-21 20:09:41 45 ********** ********** 2022-10-21 20:18:07 23 ********** ********** 2022-10-21 20:22:02 30 ********** ********** 2022-10-22 01:13:51 131 ********** ********** 2022-10-22 01:47:26 10 ********** ********** 2022-10-22 01:51:08 17 ********** ********** 2022-10-22 02:07:14 18 ********** ********** 2022-10-22 02:42:18 178 ********** ********** 2022-10-22 02:47:49 41 ********** ********** 2022-10-22 02:49:09 9 ********** ********** 2022-10-22 20:47:17 38 Baxış zamanı +**********65, +**********63 saylı mobil telefon nömrələrinin Şahid2, +**********96 saylı mobil telefon nömrəsinin Şahid5 və +**********04 saylı Şahid9 adına olması müəyyən edilmişdir (cild 3, i.v. 150-155); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay 01 gün olmaqla, ümumilikdə 05 ay 26 günədək, yəni 28 aprel 2023-cü il tarixə kimi uzadılmışdır (cild 3, i.v. 169-174); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, ümumilikdə 06 ay 26 günədək, yəni 28 may 2023-cü il tarixə kimi uzadılmışdır (cild 3, i.v. 223-228); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2270-9/2798 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1.33 qram kütləli, sarı rəngli 1 ədəd qolbaq “583/585” əyarlı qızıldan hazırlanmışdır. Tədqiqata təqdim edilən 02 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 123,00 manat müəyyən edilir. O cümlədən: aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla 1 ədəd 1,33 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış qolbaq-112,00 manat; 1 ədəd istifadə olmuş, təxminən 32 sm uzunluqda, saplağı qırmızı rəngli, üzərində “Pirge” yazısı olan, türkiyə istehsalı olan bıçaq - 10,00 manatdır (cild 3, i.v. 251-254); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-349/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 15 gün olmaqla, yəni 13 iyul 2023-cü il tarixə kimi uzadılmışdır (cild 4, i.v. 58-63); Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə ona həmin maddə ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və onun üzərində 7 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəlinin 01 may 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi hökm edilmişdir (cild 4, i.v. 181-215); qətimkan tədbirinin nəzərə alınması haqqında 13 iyul 2023-cü il tarixl qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (cild 4, i.v. 216-219); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/651 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 1,2,3,4,5 saylı daktilolentlərin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin çeçələ barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi isə onun sağ əlinin orta barmağından qalmışdır. Təqdim edilmiş 4 və 5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs əl-barmaqlarından qalmamışdır (cild 4, i.v. 230-238); cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və ictimai təhlükəli əməlin tövsif edilməsi haqqında 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Kamal Kərimovun əmlakının oğurlanması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmış, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 4, i.v. 244-247); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci, X6 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(101)-227/2023 nömrəli hökmü ləğv edilmiş, dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi üzrə ittihamdan Təqsirləndirilən şəxs və X14 [oğluna münasibətdə imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2-ci maddəsi ilə bağlı hissədə bəraətverici əsaslarla xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və o, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2021-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 4 (dörd) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır (cild 5, i.v. 10-13); Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-718/2024 saylı, xx.xx.2024-cü-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli CM-nin 181.3.2-ci maddəsindən CM-nin 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilərək qəti olaraq 10 il cəza saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixli qərar dəyişdirilmiş, cəzası 09 ilə endirilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci ildə cəzadan azad edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 04 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 5, i.v. 25-27); sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində 13 iyul 2023-cü il tarixli tərəfimdən seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 180-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş “Xiaomi” markalı “Redmi A10” modelli mobil telefonda cinayətin əlamət və izlərini əks etdirən telefon danışıqlarının əks olunduğu məlumatlar və sms mətnləri olduğundan iş üzrə maddi sübut hesab edilmiş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW” markalı avtomobildən götürülmüş 1 ədəd 1,33 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış qolbaq və 1 ədəd istifadə olmuş təxminən 32 sm uzunluqda, saplağı qırmızı rəngli, üzərində “Pirge” yazısı olan, Türkiyə istehsalı olan bıçaq cinayətin əlamət və izlərini daşıdığından iş üzrə maddi sübut hesab edilmiş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə təkrar baxış zamanı aşkarlanmış mobil telefon qutusundan götürülmüş əl-barmaq izlərində Təqsirləndirilən şəxs orta və çeçelə barmaqlarının əksi ilə eynilik təşkil edən barmaq izi nümunələri olduğundan qablaşdırılmış zərfdə olan əl-barmaq izi nümunələri maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin X3 Xidmətindən götürülmüş CD formatındakı diskdə cinayətin əlamət izlərini əks etdirən məlumatlar olduğundan maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, cinayət işi materiallarına əlavə edilmiş iş üzrə şahid qismində dindirilmiş Şahid8 cinayət prosesini həyata keçirən orqana könüllü təqdim etdiyi 01 (bir) ədəd CD diskdə cinayətin əlamət və izlərini əks etdirən məlumatlar olduğundan maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məxsus mənzillərdə baş vermiş oğurluq hadisələri ilə bağlı 01 ədəd diskdə cinayətin əlamət və izlərini əks etdirən videogörüntülər olduğundan maddi sübut hesab edilmiş və cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, cinayət işi üzrə "xxxx" MMC-dən götürülmüş CD diskdə cinayətin əlamət və izlərini əks etdirən telefon danışıqlarının əks olunduğu məlumatlar və sms mətnləri olduğundan iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (cild 5, i.v. 40-81); təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 5, i.v. 85-88). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli yetkinlik yaşına çatmadığı dövrdə törətdiyindən barəsində çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı üzrə olan məhkumluğu hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının 02 oktyabr 2023-cü il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 2022-ci ilin avqust və oktyabr aylarında törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilmədiyini, bundan əlavə təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun həmin iş üzrə həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, hazırkı iş üzrə 10 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) gün müddət, ümumilikdə 08 (səkkiz) ay 09 (doqquz) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs götürülmüş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş “Xiaomi” markalı “Redmi A10” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumu (qardaşı) Şahid5 geri qaytarılmalı, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW” markalı avtomobildən götürülmüş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş 1 ədəd 1,33 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış qolbaq və 1 ədəd istifadə olmuş təxminən 32 sm uzunluqda, saplağı qırmızı rəngli, üzərində “Pirge” yazısı olan, Türkiyə istehsalı olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 geri qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Xidmətindən götürülmüş 01 ədəd “CD-R” formatlı disk, iş üzrə şahid qismində dindirilmiş Şahid8 cinayət prosesini həyata keçirən orqana könüllü təqdim etdiyi 01 (bir) ədəd “CD-R” formatlı disk, Zərərçəkmiş şəxs3 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məxsus mənzillərdə baş vermiş oğurluq hadisələri ilə bağlı 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 278.29 (iki yüz yetmiş səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzaya hesablanmış 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, həmçinin hazırkı iş üzrə 10 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 10 (on) gün müddət, ümumilikdə 08 (səkkiz) ay 09 (doqquz) gün müddət ona təyin edilmiş 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) il 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1340/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş “Xiaomi” markalı “Redmi A10” modelli mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumu (qardaşı) Şahid5 geri qaytarılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi **-BJ-*** dövlət nömrə nişanlı “BMW” markalı avtomobildən götürülmüş və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa təhvil verilmiş 1 ədəd 1,33 qram kütləli, sarı rəngli, 583/585 əyarlı qızıldan hazırlanmış qolbaq və 1 ədəd istifadə olmuş təxminən 32 sm uzunluqda, saplağı qırmızı rəngli, üzərində “Pirge” yazısı olan, Türkiyə istehsalı olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs3 geri qaytarılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Xidmətindən götürülmüş 01 ədəd “CD-R” formatlı disk, iş üzrə şahid qismində dindirilmiş Şahid8 cinayət prosesini həyata keçirən orqana könüllü təqdim etdiyi 01 (bir) ədəd “CD-R” formatlı disk, Zərərçəkmiş şəxs3 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk, Zərərçəkmiş şəxs4 məxsus mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı 01 ədəd disk və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məxsus mənzillərdə baş vermiş oğurluq hadisələri ilə bağlı 01 ədəd disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 278.29 (iki yüz yetmiş səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar