Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-200/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi «Kia ceed» markalı AZ-**-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhər, Xətai Rayonu, Neapol dairəsində yolun sağdan 1-ci hərəkət zolağı ilə G.Mehmandarov küçəsindən Günəşli qəsəbəsi istiqamətinə saatda 40 km surətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçıların, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı» olduğu halda bunu etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olmağına baxmayaraq idarə etdiyi avtomobili yolun sağ kənarında Bakı şəhər, Xətai Rayonu, G.Mehmandarov küçəsi 15 saylı üvnanın qarşısında dayanmış Şahid məxsus «BMW» markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq həmin avtomobildə sərnişin olmuş 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan burunun yerdəyişən sınığı, sol ayağın İV barmağın əsas falanqasının yerinidəyişən sınığı, sol baldırın qançırı, sol ayaq pəncəsinin şişkinlik halıda əziyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətinə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aid bədən xəsarətlərinin almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanda baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs aldığı xəsarət ilə bağlı özünü təqsirli bilir. 2008-ъi ил бурахылышлы, gümüşü рянэли «Kia Ceed» markalı **-EM-*** dövlət qeydiyyat nişanlı автомобил qeydiyyat şəhadətnaməsi ilə X3 məxsusdur. X6 həmin avtomobil xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə ona vermişdir. Щямин автомобили идаря етмяк цчцн «BC» категорийалы «AE» серийалы, 129253 нюмряли сцрцъцлцк вясигяsi вардыр. Həmin avtomobil ilə “UBER” taksi şirkətində sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. 20 ilə yaxındır ki, avtomobil idarə etmək təcrübəsi vardır. 07 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Nizami metrostansiyasının yaxınlığında olarkən mobil telefonunda olan “UBER” taksi şirkətinin mobil tətbiqi proqramına bildiriş gəlmişdir. O, telefona baxaraq həmin bildiriş üzrə hərəkət etməyə başlamışdır. Həmin ərazinin yaxınlığında sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobili sifariş etdiyini bilmişdir. Zərərçəkmiş şəxs avtomobilinə əyləşdikdə sonra onun yaşadığı ünvan 3 ünvanına doğru hərəkət etməyə başlamışdır. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən yolun sağdan 1-ci hərəkət zolağı ilə G.Mehmandarov küçəsi ilə Günəşli qəsəbəsi istiqamətinə tərəf saatda 40-50 km sürətlə hərəkətdə olarkən mobil telefonuna bildiriş smsi gəlmişdir. Mobil telefonu əvvəlcədən şitin üzərində olan yapışdırıcıya bərkidilmişdir. O, həmin bildirişə baxan zaman mobil telefonu yapışdırıcıdan qoparaq ayağının altına düşmüşdür. O, sol əlini sükanda ola-ola sağ əli ilə əyilib mobil telefonunu götürmək istədikdə sükanın sağa doğru hərəkət etməsini hiss etmədiyi üçün avtomobilinin qabaq hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan göy metalik rəngli “BMW-530” minik markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verdikdən sonra o, başını yuxarı qaldırdıqda hadisənin baş verdiyini və arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsinin qabaq oturacağın arxa hissəsinə sol ayağının isə oturacağın alt hissəsinə dəyərək xəsarət aldığını görmüşdür. O, cib dəsmalını Zərərçəkmiş şəxs vermişdir ki, burun nahiyəsinə tutsun. Zərərçəkmiş şəxs ona təcili yardıma məlumat verməyini bildirmişdir. Zərərçəkmiş şəxs həyacanlı olduğu üçün ətrafda olan şəxslər su vermişlər. Onun tanış həkimi olduğu üçün Zərərçəkmiş şəxs həmin həkimin yanına getməklərini məsləhət etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Onlar yolda onun tanış həkiminin yanına gedərkən Zərərçəkmiş şəxs fikirini dəyişmişdir. Zərərçəkmiş şəxs xəstəxanaların birinə getməyini bildirmişdir. Zərərçəkmiş şəxs onun avtomobilini saxlatdıraraq yolda tanımadığı şəxsə onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sonradan o, həmin şəxsin arxasınca gedərək 3 saylı Sabunçu xəstəxanasına getmişdir.O, hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmiş, yəni hər hansı bir spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamışdır. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 07 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxarkən “Uber” taksi şirkətinə avtomobil sifariş edib Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Nizami metrostansiyasının yaxınlığına şəxsi işi ilə bağlı getmişdir. Orada işlərini görüb qurtardıqdan sonra təkrar “Uber” şirkətinə proqram vasitəsi ilə taksi sifariş etmişdir. Təxminən 2-3 dəqiqədən sonra gümüşü metalik rəngli, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu yerə getmişdir. O, həmin avtomobilə əyləşdikdə sonra yaşadığı ünvan 3 ünvanına gələrkən təksi sürücüsü sonradan adını bildiyi Rövşən adlı şəxs Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsindən yolun sağdan 1-ci hərəkət zolağı ilə G.Mehmandarov küçəsi ilə Günəşli qəsəbəsi istiqamətinə saatda 40-50 km sürətlə hərəkətdə olarkən mobil telefon əlindən yerə düşdüyü üçün avtomobili idarə edə-edə telefonu əyilib axtarmağa başlamışdır. Bu zaman o, yolun kənarında dayanmış vəziyyətdə olan göy metalik rəngli “BMW-530” minik markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma baş verən zaman onun sifət nahiyəsi qabaq oturacaqın arxa hissəsinə, sol ayaq isə oturacağın alt hissəsinə dəyərək xəsarət almışdır. Bundan sonra o, sürücüyə təcili yardıma müraciət etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona polisə məlumat veriləcəyindən qorxduğu üçün müraciət etməməyini öz tanışı həkimin yanına aparacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs ziyan gəlməməsi üçün başa düşüb razılaşıb təcili yardıma müraciət edən şəxslərə bildirmişdir ki, həkim briqadasını geri qaytarsınlar. Lakin sifət nahiyəndən qan gəldiyinə görə onu təcili həkimə aparmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs onu həkimə aparmaqdan yayınmışdır. O, Təqsirləndirilən şəxs həkimə aparmaq istəmədiyini görüb özü yolda tanımadığı avtomobili saxlatdıraraq onu hadisə yerinə aparmasını bildirmişdir. Həmin şəxs onu hadisə yerinə apardıqda oradan təcili yardım avtomobili ilə 3 saylı Sabunçu xəstəxanasına müraciət etmişdir. Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra həmin günü evə buraxılmışdır. Hadisə olan gündən bu günədək sürücü Təqsirləndirilən şəxs ona maddi və ya mənəvi köməklik göstərməmiş və əlaqə saxlayıb vəziyyəti ilə bağlı maraqlanmamışdır. Hazırda isə iş üzrə Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 12 sentyabr 2022-ci il tarixli, 1008 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs burunun yerdəyişən sınığı, sol ayağın İV barmağın əsas falanqasının yerinidəyişən sınığı, sol baldırın qançırı, sol ayaq pəncəsinin şişkinlik halıda əziyi müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 8/2487 saylı ekspert rəyində qeyd olunur ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Kia Ceed» minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Ceed» minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs BB seriyalı 703557 nömrəli, “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi verilmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi ilə bağlı məlumat yoxdur. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli, 2/30052 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, onda alkoqolun qəbulu əlamətləri yoxdur. İş materiallarından görünür ki, 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 01 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisn nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Ceed» minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Ceed» minik markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-200/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-200/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver