Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-200/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 12 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24 ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-42/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 16:55-də Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın yaxınlığında saxlanılıb ünvan 2nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və diskə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, anası Ülkər və qardaşı Rüfət ilə bir ünvanda yaşayır. Uzun müddətdir narkotik vasitələri müxtəlif ünvanlarda müxtəlif şəxslərdən müxtəlif qiymətə alaraq istifadə edir. 2021-ci ildə Azərbaycan Respublikası CM - 177.2 nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Suraxanı rayon məhkəməsinin qərarı ilə 01 il 11 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması qətimkan tədbiri seçilmiş, 2022-ci ildə 09 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. 16 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu metronun "Neftçilər" stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat nağd pul müqabilində kakos kimi tanıdığı narkotik vasitə heroini alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:55-də ünvan 4 ünvanın yaxınlığında olduğu zaman özünü şübhəli apardığından iki nəfər şəxs ona yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan narkotik vasitə və ya psixotrop maddənin qəbulu ilə məşğul olmağı barədə maraqlandıqda kakos kimi tanıdığı narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34cü Polis Şöbəsinə dəvət edərək aparmışlar. Polis Şöbəsində ona hüquqlarını izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirib, hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil gəldikdən sonra xidməti otaqların birində vidoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Həmin vaxtı polis əməkdaşı ona üzərində və ya əynində olan geyim əşyalarında dövriyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş kakos kimi tanıdığı narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu metronun "Neftçilər” stansiyasının yaxınlığında üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat nağd pul müqabilinində aldığı kakos kimi tandığı narkotik vasitə olmasını bildirmişdirBundan başqa onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə götürülmüşdür. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi polis kapitanı vəzifəsində işləyir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 24 ailəvi yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar olaraq Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 16:55-də keçirilən əməliyyat təqdbiri zamanı ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini ona təqdim edib, saxlama səbəbini izah edərək Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, polis şöbəsinə Bakı şəhəri, Vəkilər kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olundu. Onun, Xətai Rpl-akil 34cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı polis mayoru X6 şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edərək daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs oğl cibindən çıxardığı həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmiş və həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami rayonu metronun "Neftçilər" stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdi və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Ardınca isə təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkildikdə bükümün 0,51 qram olması müəyyən edilmişdir. Təqdim olunan kütlə zərfə qoyularaq möhürlənmiş, zərf şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır; (i.v.1) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Xətai RPİ-nin 34-cü PŞ-nin 17 yanvar 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrindən görünür ki, 12 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 24 ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri - Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, qrupun üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis kapitanı Şahid2 Əsgər oğlu olmuşdur; (i.v.5) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 12 avqust 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 24 ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; (i.v.7-8) - şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdə saat 16:55 dəqiqədən tutulmuşdur; (i.v.21-22) - şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddə halında olan kütləni çıxararaq təqdim etdi. Təqsirləndirilən şəxs həmin qızılı rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) olmasını bildirdi. Həmin bükümdəki maddə tərəfimdən elektron tərəzidə çəkisi çəkildi və həmin qızılı rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin çəkisi 0.51 (sıfır nöqtə əlli bir) qram olması məlum oldu. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro-stansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın arxa sağ cibindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; (i.v.35-37) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır və cinayət işində olan DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.38) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/282 nömrəli 17 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; (i.v.49-53) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir; (i.v.63-64) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 4(011)-42/2024 saylı qərarından görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azaərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 24 ailəvi yataqxanada qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmışdır; (i.v.84-87) - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 18 yanvar 2024cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD-R” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 16 yanvar 2024-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİnin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Asiman İmaməliin qarşısında oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X4r. Xidməti otaqda təhqiqatçı Asiman İmaməlinin sol tərəfində ayaq üstə dayanmış əynində qara rəngli şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi polis kapitanı Şahid1 və Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi polis kapitanı Şahid2 Əsgər oğludur. Video çəkilişin davamında baş təhqiqatçı X6, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli rəngli şalvarın arxa sağ cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Daha sonra baş təhqiqatçı X6 həmin bükümdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülünün içərisində ki, kakos kimi tanıdığı narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər qanunsuz əşya və predmet olduğu soruşulmuş və baş təhqiqatçı X6 tərəfindən üzərinə şəxsi axtarış aparıldı. Qeyd olunanlardan əlavə Təqsirləndirilən şəxs üzərindən və geyim əşyalarında hər hansı bir əşya və ya maddə aşkar edilmir. Həmin bükümün çəkisini müəyyən etmək üçün şöbənin baş təhqiqatçısı polis mayoru X6 elektron tərəziyə qoyur və bükümdə olan Təqsirləndirilən şəxs heroin adı ilə tanıdığı narkotik vasitə Heroinin 0,51 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü görüntüdəki şəxslərin gözü zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 152 saylı möhürü ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanmışdır; (i.v.88-89) - istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,437 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,387 qram narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir; - təqsirləndirilən şəxsin İstintaq Təcridxanasından Respublika Narkoloji Mərkəzinə etap edilməsi haqqında 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizası müayinəsindən keçirilməsi üçün Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasından Respublika Narkoloji Mərkəzinə etap olunmuşdur; (i.v.93) - 11 saylı MKİS-in rəisi tərəfindən verilmiş 18 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhərində 1995-ci ildə anadan olmuşdur. 2018-ci ildən Hövsan qəsəbəsi, 9-cu sahil döngəsi, ev 14 yataqxanada qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində 11 saylı MKİS-nə heç bir şikayət məktubu qəbul olmamışdır. 3 (üç) nəfər ailə üzvü ilə birlikdə yaşayır; (i.v.95) - 11 saylı MKİS-in 18 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, 9-cu sahil döngəsi küç 14 № li evin y/x mənzilində qeydiyyatsız yaşayır. Ailə tərkibi: X7 – anası, X9 – qardaşıdır; (i.v.96) - Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 1(010)- 114/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 19-21 dekabr 2020-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün və 20 iyul 2021-ci il tarixindən bu günədək həbsdə saxlanıldığı 04(dörd) ay 25 (iyirmi beş) gün (ümumilikdə 04 (dörd) ay 27 (iyirmi yeddi) gün), Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmış və ona qəti olaraq 01(bir) il 11(on bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir; (i.v.98-104) - Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 iyul 2022-ci il tarixli 7(010)-811/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 1(010)-114/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmış və azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə hesablanmış və cəzaçəkmə müddətinin başlanğıcı, tutulduğu vaxtdan, yəni 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmiş, Təqsirləndirilən şəxs qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilmişdir; (i.v.105-112) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 29 yanvar 2024-cü il tarixli 2520 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küç, ev 24 ailəvi yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.122B) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 43 nömrəli Şəhər Poliknikasının 29 yanvar 2024-cü il tarixli 66 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küç, ev 24 ailəvi yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müəssisənin psixiatriya kabinetində qeydiyyatda yoxdur; (i.v.122D) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-114/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 (on bir) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-811/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir; (i.v.123-124) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin 29 yanvar 2024-cü il tarixli 534 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.125-126) - Həbs edilmiş şəxsin istintaq təcridxanasından X8 köçürülməsi haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə - xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 24 ailəvi yataqxanada qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ilə bir sıra istintaq hərəkətləri aparılmasından ötrü həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 05 (beş) gün müddətinə Xətai RPİ-nin X8 keçirilmişdir; (i.v.129-130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,437 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 16 yanvar 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında 28 iyun 2002-ci il tarixli qərarına əsasən islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,387 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,387 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-200/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-200/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver