Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-201/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1948-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi ev 7, mənzil 70-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:36-da özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Outlander» minik markalı ** BK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Alfred Nobel prospektində Zığ yolu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, dərhal nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna etməmiş, 65,8 metr aralıda olarkən X3 yolun hərəkət hissəsinə çıxdığını lazimi diqqətlilik göstərərək görməli olduğu halda gec gördüyündən avtomobili dayandıra bilməyib idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə yolu soldan-sağa adi yerişlə keçən Rübabə Bağırovanı vurub ehtiyatsızlıqdan ona - qapalı kəllə-beyin travması və baş beyinin əzilməsi ilə müşaiyət olunan baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, başın sağ təpə və ənsə nahiyyələrində şişkinli qançırlar ilə qeyd olunan başın sağ təpə, sağ və sol ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasına qansızmalar, sol bazu nahiyəsində şişkinli qançır ilə sol bazu sümüyünün qapalı sınığı, sol baldır nahiyyəsində yara ilə qeyd olunan sol baldır sümüklərini açıq sınığı, döş qəfəsinin sağ və sol yarısında çoxsaylı qabırğaların və sağ körpücük sümüyünün sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalı qançırlar və daxili üzvlərin azqanlığı ilə qeyd olunan ağciyərin, qaraciyərin və dalağın zədələnmələri, sol said və sağ bud nahiyyələrində qançırlar ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz müdafiəsi üçün heç bir dəlil göstərmədən ifadəsində göstərmişdir ki, MİTSUBİSHİ OUTLANDER markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşın onun şəxsi mülkiyyətindədir. Avtomaşın idarə etmək üçün B kateqoriyalı sürücülük vəsiqəsi vardır, hansı ki, sürücülük vəsiqəsini 2013-cü il tarixdə Azərbaycan Respublikası DİN-in BDYPİ Hİ-dən almışdır. 2020-ci ilin mart ayının 09-da təxminən saat 20 radələrində özünə nəxsus MİTSUBİSHİ OUTLANDER markalı ** BK *** dövlət nömrə nişanlı avtomobillə “Nargilə dairəsi” adlanan yerdən Alferd Nobel prospektinə çıxıb Zığ yoluna tərəf işıqforda qırmızı işıq yandığı üçün dayanmış, sonra hərəkətə keçib ikinci yolla hərəkətini davam etdirmişdir. Həmin vaxt ondan qarşıda motosklet hərəkət etdiyi, sükanı birinci yola səkinin kənarına tərəf keçib yoluna saatda 60 km sürətlə hərəkət etməyə başlamışdır. Bu zaman “Mega Store” marketin yanına çatarkən bir nəfər yaşlı qadının yolun əks istiqamətindən keçib yerüstü keçidin altı ilə hərəkət etdiyini görmüş, ehtiyatsızlıqdan avtomaşının qabaq sol tərəfi ilə qadını vurmuşdur. Sonradan adının X5 olduğunu öyrəndiyi qadın zərbənin təsirindən bir neçə metr məsafədə irəli tərəf sürüşüb yolun kənarında təxminən 1 metr qalmış dayanmışdır. Hadisədən qabaq o piyadanı lap yaxın məsafədən gördüyü üçün dərhal reaksiya verə, tormoz əyləcini vaxtında basa və hadisənin qarşısını ala bilməmişdir. Piyada qadın aldığı xəsarətlər səbəbindən hadisə yerində ölmüşdür. Qəzadan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermiş və hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Törətdiyi yol nəqliyyat hadisəsi tamamilə ehtiyatsızlıq səbəbindən baş vermişdir, həmin hadisə nəticəsidə Rübabə Bağırovanın ölməsinə görə səmimi peşmandır. Bundan başqa əməlindən peşman olduğunu, ehtiyatsızlıqdan törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etdiyini, yaşını və səhhətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınaraq dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Rübabə Bağırova onun doğma anasıdır. Həmişə aralarında yaxşı ailə münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində ona gələn telefon zəngindən sonra bilmişdir ki, anası Rübabə Bağırova Bakı şəhəri, Xətai rayonu Alfred Nobel prospektində yolu piyada qarşıdan-qarşıya piyada keçmək istəyərkən, baş vermiş yol nəqliyyat hadisəsində xəsarət almışdır. Anası yaşlı qadın olduğu üçün onu səhhətindən narahat olub xəstəxanaya getmiş, orada anası Rübabə Bağırovanın yol qəzasında aldığı xəsarətlər səbəbindən hadisə yerində öldüyünü öyrənmişdir. Daha sonra ona məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu Alfred Nobel prospektində əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs idarə etdiyi «Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Zığ Şossesi istiqamətində hərəkətdə olarkən yolu keçən anası Rübabə Bağırova ehtiyatsızlıqdan vurmuş və onun ölümünə səbəb olmuşdur. Buna baxmayaraq təqsirləndirilən şəxs bu günədək bir üzrxahlıq belə etməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxslə barışmadığını və qanun çərçivəsində onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası DİN-nin X12 Alayının 3-cü Patrul Bölüyününün polis nəfəri polis serjantı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahidifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində xidmətdə olarkən Təqsirləndirilən şəxs adlı şəxsin yol nəqliyyat hadisəsi törətməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 qaynar xəttinə verdiyi məlumat Xətai RPİ-nin Növbətçi hissəsinə daxil olmuşdur. Həmin məlumat əsasında o da əməliyyat qrupunun üzvləri ilə birlikdə dərhal hadisə yerinə getmiş, hadisənin Bakı şəhəri, Xətai rayonu Alfred Nobel prospektində, Zığ Şössesi istiqamətində “Mega Store” marketinin qarşısında baş verdiyi müəyyən etmişdir. X3 cansız bədənini isə vurulduğu yerdən 20 metr aralıda yolayrıcı tərəfdə olduğunu görmüşdür. Hadisə yerində olan Təqsirləndirilən şəxs qeyd etmişdir ki, idarə etdiyi “Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu Alfred Nobel prospektində üzü Zığ Şossesi istiqamətində saatda 60-70 km/saat surətlə hərəkətdə olarkən “Mega Store” marketinin qarşısındakı yerüstü keçidin altında, yolu keçməkdə olan piyada qadını avtomobilin sol qabaq tərəfi ilə ehtiyatsızlıqdan vurmuşdur. Hadisə nəticəsində ölən qadının şəxsiyyəti dəqiqləşdirilmiş və onun 1938-ci il təvəllüdlü X5 olduğu müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerində ilkin yoxlama aparılmış və hadisə yerində baxış protokolu tərtib olunmuşdur. O da öz növbəsində həmin protokolu imzalamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli 2/2801 nömrəli aktdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Tibb Ekspertizası və X7 X10 mərhum X3 barəsində verilmiş xx xxxx 2020-ci il tarixli 30 nömrəli rəyindən görünür ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər qapalı kəllə-beyin travması və baş beyinin əzilməsi ilə müşayət olunan baş beyin maddəsinə, qişasına və mədəciklərinə qansızmalar, başın sağ təpə və ənsə nahiyələrində şişkinli qançırlarla qeyd olunan başın sağ təpə, sağ və sol ənsə sümüklərinin kəllə əsnasına keçən qəlpəli sınıqları, hər iki göz almasının ağlı qişasında qansızmalar, sol bazu nahiyəsində şişkinli qançır ilə müşayət olunan sol bazu sümüyünün qapalı sınığı, sol baldır nahiyəsində yara ilə qeyd olunan sol baldır sümüklərinin açıq sınığı, döş qəfəsinin sağ və sol yarısında çoxsaylı qabırğaların və sağ körpücük sümüyünün sınıqları, sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalı qançırlar və daxili üzvlərin azqanlığı ilə qeyd olunan ağciyərin, qaraciyərin və dalağın zədələnmələri, sol said və sağ bud nahiyələrində qançırlar bərk küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilən xəsarətlərdir. Ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum X3 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınığı, baş beyin toxumasının əzilməsi, yumşaq qişaya, beyin toxumasına və beyin mədəciklərinə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin müayinə olduğu vaxtdan təxminən 3-6 saat əvvələ uyğun gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 8/337 saylı rəyindən görünür ki, «Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda zəruri tədbirlər görmədiyi üçün «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, xx.xx.2018-ci ildə verilmiş AC 361412 №-li sürücülük vəsiqəsindən görünür ki, həmin sürücülük vəsiqəsi “B” kateqoriyalıdır və nəqliyyat vasitəsini xx.xx.2020-cu il tarixədək idarə etməyə hüquq verir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və mülkiyyətçisi Təqsirləndirilən şəxs təhvil verilmişdir. “Təhlükəsiz Şəhər” müşahidə kamerasından götürülmüş xx.xx.2020-ci il tarixli videogörüntünün köçürüldüyü DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış, ona qanun çərçivəsində cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, səmimi etirafını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə edilməməsinidə nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X9 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və mülkiyyətçisi Təqsirləndirilən şəxs təhvil verilmiş “Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış hesab edilməlidir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “Təhlükəsiz Şəhər” müşahidə kamerasından götürülmüş xx.xx.2020-ci il tarixli videogörüntünün köçürüldüyü DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X9 Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X9 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və mülkiyyətçisi Təqsirləndirilən şəxs təhvil verilmiş “Mitsubishi Outlander” minik markalı ** BK *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmış hesab edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “Təhlükəsiz Şəhər” müşahidə kamerasından götürülmüş xx.xx.2020-ci il tarixli videogörüntünün köçürüldüyü DVD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-201/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-201/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver