Məhkəmə qərarları › İş №1(011)-201/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-201/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-201/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1966-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnformasiya institutu şöbəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid2 təhsil aldığı Azərbaycan Dəniz Akademiyasında «Dəniz Texnikası və X1» ixtisası üzrə dövlət imtahanından müvəffəqiyyətlə keçirəcəyi barədə yalan vəd verib, aldatmaqla Zərərçəkmiş şəxs 2018-ci ilin iyul ayının ortalarında dəqiq məlum olmayan tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında 2.300 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid2 təhsil aldığı Azərbaycan Dəniz Akademiyasının «Dəniz Texnikası və X1» ixtisası üzrə “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyətində işə qəbul etdirəcəyi barədə yalan vəd verib, aldatmaqla Zərərçəkmiş şəxs 25 iyun 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında 2.000 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid2 təhsil aldığı Azərbaycan Dəniz Akademiyasının «Dəniz Texnikası və X1» ixtisası üzrə “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyətində işə qəbulu prosesini sürətləndirəcəyi barədə yalan vəd verib, aldatmaqla Zərərçəkmiş şəxs 25 avqust 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında 2.500 manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində 2005-ci il təvəllüdlü Zəkəryəyev Murad adlı övladı vardır. Hazırda Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin Elmi-Tədqiqat İnformasiya institutu şöbəsinin rəisi vəzifəsində xidmət edir. Zərərçəkmiş şəxs təxminən 2014-2015-ci illərdə Neft şirkətinə məxsus Qum adası adlanan idarədə istehsalat işlərini təhvil verərkən tanımışdır. Zərərçəkmiş şəxs Socarda işləmiş, bir müddət sonra aralarında münasibətlər yaranmışdır. Rəmzinin oğlu Şahid2 Azərbaycan Dəniz Akademiyasında təhsil almışdır. Şahid2 bilik səviyyəsi aşağı olduğundan diplom müdafiəsini verə bilməmiş, Zərərçəkmiş şəxs ona əvvəllər X8 işlədiyini, oğlu Buludun diplom almasında köməklik etməyini xahiş etmişdir. O, həqiqətən də həmin idarədə 1993cü ildə çilingər kimi, eləcə də digər sahələrdə işləmişdir. Təxminən 2017-ci ildə Rəmzi ondan tanışları vasitəsi ilə oğlu Buludun diplom almasında köməklik etməyini xahiş etmişdir. O, dəfələrlə Rəmziyə artıq həmin idarədə işləmədiyini bildirsə də, sonuncu ondan xahiş etmişdir ki, oğlu Buludun diplom almasında köməklik etsin. Çox saylı xahişlərdən sonra fikirləşəcəyini bildirmiş, bu məqsədlə adını xatırlamadığı Ulduz metrostansiyasının yaxınlığında yerləşən elmi-tədqiqat institutunda texnoloq kimi işləyən və mühəndis işlərində onunla görüşən Teymuraz adlı şəxsdən xahiş etmişdir ki, Rəmzinin oğlu Buludun diplom almasında köməklik etsin. Teymuraz isə ona fikirləşəcəyini demişdir. Daha sonra məlum olmuşdur ki, Bulud Azərbaycan Dəniz Akademiyasından xaric edilmişdir. Rəmzi ona bu barədə deməmişdir. O, Rəmziyə oğlu Buludun Akademiyadan xaric olunduğunu dedikdə, sonuncu bu barədə məlumatının olmadığını ona bildirmişdir. Daha sonra Şahid2 həmin Akademiyaya bərpa edilmişdir. Rəmzi isə bir il sonra yəni 2018-ci il tarixdə yenidən ona oğlu Buludun diplom müdafiəsini keçməkdə köməklik etməyini xahiş etmişdir. Çoxsaylı xahişlərdən sonra o, yenidən Teymuraza müraciət etmiş və bu işdə köməklik etməyini sonuncudan xahiş etmişdir. Sonuncu isə həmin işin baş tutması üçün öz növbəsində onun tanımadığı müvafiq şəxslərə müraciət etmişdir. Teymuraz ona bu işin həll edilməsi üçün 8.000 (səkkiz min) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, bu barədə Rəmziyə bildirdikdə sonuncu oğlunun diplom almasında köməklik etməyini və qeyd edilən pulun hissə-hissə ödəniləcəyini bildirmişdir. Rəmzinin qeyd edilən məbləğdə pulu hissəhissə ödəyəcəyini Teymuraza bildirmiş, sonuncu isə razılaşmışdır. Rəmzi ona 2.000 (iki min) manat məbləğində pulu oğlu Buludun diplom müdafiəsini uğurla keçməsi üçün Əhmədli metrostansiyasının yaxınlığında vermişdir. O, həmin məbləğdə pulu Teymurazla görüşüb, sonuncuya vermiş, qalan hissəni yəni 6.000 (altı min) manat məbləğində pulu isə tezliklə çatdıracağını bildirmişdir. Teymuraz isə tezliklə xəbər verəcəyini və gözləmələrini bildirmişdir. O, Rəmzidən Teymuraza hədiyyə almaq üçün əlavə olaraq 500 (beş yüz) manat məbləğində pul almışdır. Həmin pula müxtəlif hədiyyələr alıb, Teymuraza vermişdir. Rəmzi oğlunun imtahana hazırlaşdığını ona bildirmişdir. Buludun bilik səviyyəsini yoxlamaq üçün sonuncu ilə Nərimanov və Xocalı parklarında görüşüb, sorğusual etmişdir. Lakin görmüş ki, Buludun ümumiyyətlə heç bir şeydən məlumatı yoxdur. Bununla da əmin olmuş ki, Buludun həqiqətən də bilik səviyyəsi aşağı səviyyədədir. Beləliklə, Bulud Teymurazın köməkliyi ilə 2018-ci ilin iyul ayında imtahan vermiş və uğurla keçmişdir. Bir müddət sonra Teymuraz ona zəng edib, pulun qalan hissəsinin çatdırılmasını istəmişdir. O, Rəmzinin imkanının olmadığını Teymuraza demiş və vaxt verməsini xahiş etmişdir. Teymuraz isə pulun çatdırılmasını sürətləndirməyi ona bildirmişdir. Bu məsələ uzandığından o, Teymuraza bunun müqabilində ümumilikdə 6.000 (altı min) manat qiyməti olan dəmir darvaza, traktor hissələri, hidravlik silindirlər və sair avadanlıqlar təklif etmişdir. Teymuraz isə həmin sahənin mütəxəssisi olduğundan onunla razılaşmışdır. O, isə Rəmzinin pulunun olmadığını bildiyindən ona bu barədə deməyə tələsməmişdir. Bir müddət sonra Teymuraza söz verdiyi həmin avadanlıqları göndərmişdir. Göndərdikdən sonra o, Rəmziyə oğlu üçün Teymuraza 6.000 (altı min) manat qiyməti olan avadanlıqları göndərdiyini demişdir. Rəmzi isə daha sonra bu məsələni həll edəcəyini bildirmişdir. Lakin üstündən müddət keçməsinə baxmayaraq Rəmzi ona verməli olduğu 6.000 (altı min) manat məbləğində pulu ödəməmişdir. Bulud isə diploma sahib olduqdan sonra müxtəlif idarələrə CV ilə müraciət etməsinə baxmayaraq işə qəbul ola bilməmişdir. Buna görə də Rəmzi ondan oğlu X17 Gəmçiliyində oxuduğu ixtisas üzrə işə düzəltdirməyi xahiş etmişdir. Rəmziyə pulunu qaytarmadığını dedikdə sonuncu tezliklə bu məsələni həll edəcəyini bildirmişdir. Çoxsaylı xahişlərdən sonra o, Rəmziyə oğlu Buludun X5 işə qəbul olunmasında köməklik edəcəyini bildirmişdir. Rəmzi oğlu Buludun artıq CV ilə işə qəbul olunması üçün X6 elektron qaydada müraciət etdiyini ona demişdir. O, Rəmzinin oğlu Buludun X5 işə qəbul olunmasında köməklik etmək üçün yenidən Teymuraza müraciət etmişdir. Teymuraz ona bildirmişdir ki, bu işin baş tutması üçün təxminən 5.000-6.000 manat məbləğində pul lazımdır. O, isə Rəmzinin imkanının olmadığını və Rəmzi ilə danışıb, xəbər verəcəyini bildirmişdir. Rəmzi ilə bu barədə danışmış və sonuncu ilkin olaraq 2.000 (iki min) manat məbləğində pul verəcəyini, daha sonra ümumilikdə hissəhissə olaraq 4.000 (dörd min) manat məbləğində pul verəcəyini ona bildirmişdir. O, həmin məbləği Teymuraza demiş, sonuncu isə bununla razılaşmışdır. Beləliklə o, Rəmzidən 2.000 (iki min) manat məbləğində pulu 25 iyun 2019-cu il tarixdə saat 18 radələrində Əhmədli metrostansiyasının yaxınlığında almışdır. Həmin pulu Teymuraza Nərimanov metrostansiyasının yaxınlığında növbəti gün görüşüb, vermişdir. Teymuraz tezliklə Buldun X5 işə qəbul olunacağını bildirmişdir. X5 heç kimi birbaşa işə qəbul etmirlər. Qəbul olan şəxsləri ilk olaraq imtahandan keçəndən sonra rezerv kimi götürürlər, daha sonra həmin şəxslər işə başlayırlar. Beləliklə işə qəbulla bağlı imtahan olarkən Teymuraz ona zəng edib bildirmişdir ki, Buludun CV-si kadrlar idarəsində qeydiyyatdan keçməmişdir. Bu səbəbdən də Bulud imtahanda iştirak edə bilməmişdir. O, bu barədə Rəmziyə bildirmiş və aydın olmuşdur ki, özləri səhlənkarlıq edib, CV-ni elektron qaydada təqdim etməmişlər. Daha sonra Buldun ixtisasına uyğun olan vakant yerlərin olmasını gözləmək məcburiyyətində qalmışlar. Bir müddət sonra vakant yer olmadığından Teymurazdan sonuncu dəfə verdiyi 2.000 (iki min) manat məbləğində pulu almışdır. Daha sonra Rəmziyə demişdir ki, ona 6.000 (altı min) verəcəyi vardır və həmin 2.000 (iki min) pulu özünə götürmüşdür. Rəmzi isə buna etiraz etməmişdir. Bir müddət sonra Elmlər Akademiyasının qarşısında olan çayxanada əyləşdiyi zaman Nigər adlı qadınla təsadüfən tanış olmuşdur. Söhbət zamanı Nigərin X11 ilə əlaqəsinin olduğunu öyrənmişdir. Nigərdən tanışı Rəmzinin Azərbaycan Dəniz Akademiyasını bitirmiş oğlu X14 Gəmiçiliyində işə düzəltdirməkdə köməklik edə biləcəyini soruşmuşdur. Nigər isə bu məsələni həll edə biləcəyini demişdir. Daha sonra Nigərə öz mobil nömrəsini vermiş və onunla əlaqə saxlamasını xahiş etmişdir. Üstündən uzun müddət keçdikdən sonra Nigər ona zəng edib bildirmişdir ki, X7 Buludun ixtisasına uyğun olaraq iki vakant yer vardır. Buludu həmin yerə tanışları vasitəsi ilə imtahandan keçməklə təyin etdirə bilər. Lakin Nigər kimin vasitəsi ilə Buludu işə qəbul etdirəcəyini ona deməmişdir. Nigar bu işin baş tutması üçün 2.500 (iki min beş yüz) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, Rəmziyə bu barədə dedikdə sonuncu razılıq vermişdir. O, Rəmziyə özünün Nigarla görüşməyini təklif etsə də, Rəmzi onu tanıdığını və inandığını bildirmişdir. O, Rəmzi ilə razılaşmış və bu məqsədlə 25 avqust 2019-cu il tarixdə saat 13 radələrində Əhmədli metrostansiyasının yaxınlığında görüşüb, həmin məbləğdə pulu ondan almışdır. Həmin pulun 2.000 (iki min) manatını X15 metrostansiyasının yaxınlığında parkda görüşüb, həmin gün sonuncuya vermiş, qalan 500 (beş yüz) manatını isə Rəmzinin ona borcu olduğu üçün özünə götürmüşdür. Rəmziyə bu barədə heç nə bildirməmişdir. Çünki Rəmzi bildirdi ki, sonuncunun ona borcu vardır. Beləliklə Nigər tezliklə Buludun işlə təmin olunacağını ona bildirmişdir. Bir müddət sonra Nigarla əlaqə saxlamış və məsələnin nə yerdə olmasını soruşmuşdur, Nigər isə hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmçinin Rəmzi ilə görüşmək istədiyini demişdir. O, Rəmziyə Nigarın onunla görüşmək istədiyini bildirmişdir. Rəmzinin razılığını aldıqdan sonra Nigara Rəmzinin nömrəsini vermişdir. Daha sonra Rəmzi ona Nigarla görüşdüyünü, Buldun işə qəbul olunması üçün Nigara əlavə olaraq 2.000 (iki min ) manat pul verdiyini, hətta Buludun tibbi komissiyadan keçdiyini, tezliklə işə qəbul olunacağını bildirmişdir. Lakin bir müddət sonra müəyyən olunmuşdur ki, Bulud işə qəbul olmamış, Nigar Rəmzini aldadıb, pulunu ələ keçirmişdir. O, dəfələrlə Rəmziyə məsləhət vermişdir ki, hüquqmühazifə orqanlarına müraciət etsin. Buna görə də Rəmzi polis bölməsinə şikayət etmişdir. Teymuraz adlı şəxs hazırda vəfat etmişdir, onun əlaqə nömrəsi onda yoxdur. Onun şəxsiyyəti barədə başqa məlumatı yoxdur. Teymuraz adını xatırlamadığı Ulduz metrostansiyasının yaxınlığında yerləşən elmi-tədqiqat institutunda texnoloq kimi işləmişdir. Mühəndis işlərində onunla görüşmüşdür. Həmin avadanlıqlar onun özünə məxsus olmuş, həmin avadanlıqları Babək prospektində yerləşən qarajdan Teymurazın sifarişi əsasında gəlmiş evakuator vasitəsi ilə bilmədiyi yerə aparmışlar. Bunu evakuatorun işçiləri təsdiq edə bilərlər. Lakin onları tanımır. Nigar Əhmədova yalan izahat vermiş, çünki Nigar Rəmzidən ümumilikdə onda olan məlumata əsasən 4.500 (dörd min beş yüz) manat məbləğində pulu Buludun işlə təmin edilməsi üçün almışdır. Həmin pul heç bir şirinlik məqsədi ilə Nigara verilməmişdir. Zərərçəkmiş şəxs bilirdi ki, diplomun qiyməti 8.000 (səkkiz min) manat məbləğindədir. Zərərçəkmiş şəxs isə oğlu Buludun diplom alması üçün ona ilkin olaraq 2.000 (iki min) manat məbləğində pul vermişdir. Daha sonra Rəmzi hədiyyə almaq üçün əlavə olaraq ona 500 (beş yüz) manat məbləğində pul vermişdir. Qalan 6.000 (altı min) manat pulun əvəzinə isə Teymuraza o, öz hesabına həmin qiymətdə əmlak vermişdir. Teymuraz adlı şəxsə əmlak verərkən bu barədə Zərərçəkmiş şəxs heç bir məlumat verməməyi barədə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs inandığından Teymuraz adlı şəxsə 6.000 (altı min) manat qiymətində əmlak verdiyini deməmişdir. Çünki bilirdi ki, Rəmziyə desə idi ki, sonuncunun oğlunun diplom alması üçün əmlak vermiş, belə olan halda Rəmzi onun pulunu qaytaracaqdır. Lakin sonradan Rəmziyə sonuncunun oğlunun işinə görə Teymuraz adlı şəxsə əmlak verdiyini demişdir. Rəmzinin maliyyə vəziyyəti çətin olduğundan ondan borcunu tələb etməmiş və daha sonra borcunu ödəyəcəyinə ümid etmişdir. Bu səbəbdən Rəmzidən borcunu almadan oğlunun işə düzəlməyi üçün pul almışdır. Hazırda Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəməklə onunla barışıq əldə etdiyini və həmin şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Socar “X13” Trestində mexanik kimi çalışır. Təqsirləndirilən şəxs ilə təxminən 2017-ci il tarixdən xidməti işi ilə əlaqədar olaraq tanış olmuşdur. Daha sonra sonuncu ilə dostluq münasibətləri yaranmışdır. 2018-ci il tarixdə Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alan oğlu Şahid2 diplom müdafiəsi ərəfəsi idi. Oğlu Buludun bilik səviyyəsi o qədərdə yaxşı olmadığından və diplom müdafiəsindən keçə bilməməsindən ehtiyat edib, Həsəndən bu işdə köməklik etməyini xahiş etmişdir. Əvvəllər söhbət zamanı Həsən ona bildirmişdir ki, qabaq X5 işləmişdir və hazırda həmin idarədə çoxlu sayda tanışları vardır. Beləliklə o, Həsəndən oğlu Buludun diplom almasında tanışları vasitəsi ilə köməklik etməyini xahiş etmişdir. O, Həsəndən oğlu Bulud üçün diplom almasını deyil, imtahan komisiyyasının üzvlərinin oğlu Buluda çətin sullar verməməsi üçün xahiş etmişdir. Çünki, oğlu Bulud da imtahana hazırlaşırdı, həmçinin oğlu Buludun oxuduğu dəniz texnikası və X1 ixtisası çətin bir sahə olduğundan Həsəndən tanışları vasitəsi ilə köməklik etməyini xahiş etmişdir. Həsən ona bildirmişdir ki, adı ona məlum olmayan və imtahanın gedişatına təsir edə biləcək şəxslərə bu işin baş tutması üçün müxtəlif hədiyyələr alınmalıdır. Buna görə ondan 2300 (iki min üç yüz) manat məbləğində pul istəmişdir. O, razılaşmış və 2018-ci ilin təxminən iyul ayında Həsənə köməklik etməyi üçün 2300 (iki min üç yüz) manat məbləğində pulu Əhmədli metrostansiyasının yaxınlığında vermişdir. Həmin pulu o, arvadı X3 adına bank kartı şəklində “Uni Bank”dan kredit götürüb vermişdir. Beləliklə oğlu Bulud həmin imtahandan keçmiş və müvafiq olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almasına dair bakalavr səviyyəsində oxuduğu dəniz texnikası və X1 ixtisası üzrə diplomu əldə etmişdir. Təqsirləndirilən şəxs verilmiş pulla sonuncunun kiməsə hədiyyə alıb-almaması və ya imtahan üzvlərinə təsir edib-etməməsi ona məlum deyildir. Lakin bununla bağlı Həsəndən heç bir şikayəti və tələbi yoxdur. Oğlu Buludun bitirdiyi Azərbaycan Dövlət Dəniz Akademiyasında təyinat üzrə işlə təmin edilməsi son 5-6 ildir ki, ləğv edilmişdir. Belə olan halda o, oğlu Buludun işə qəbul olunması üçün müxtəlif idarələrə CV-lər vasitəsi ilə müraciət etmişdir. Lakin həmin ixtisas üzrə vakansiya olmadığından oğlunun işə qəbulu baş tutmamışdır. Bundan sonra 2019-cu ilin avqust ayında o, oğlu Buludun işlə təmin olunması üçün Həsənlə görüşüb, sonuncudan köməklik etməsini xahiş etmişdir. Söhbət zamanı Həsən adını ona demədiyi tanışları vasitəsi ilə oğlu Buludu işə düzəltdirə biləcəyini demişdir. Bir müddət sonra növbəti görüş zamanı Həsən tanışları ilə danışdığını və oğlu Buludu X5 öz ixtisası üzrə işə düzəltdirə biləcəyini bildirmişdir. Bu işin baş tutması üçün 2.000 (iki min) manat məbləğində pulun lazım olduğunu demişdir. Həsən ona həmin pulu kimə verəcəyini deməsə də, o, Həsənə inandığından razılaşmışdır. 25 iyun 2019-cu il tarixdə saat 18 radələrində Əhmədli metrostansiyasının yaxınlığında Həsənlə görüşüb sonuncuya həmin məbləğdə pulu vermişdir. Bunan sonra Həsənin istəyi ilə oğlu Buludun CV-ni ona təqdim etmişdir. CV-də olan çatışmazlıqları Həsən özü doldurmuşdur. Həsən oğlu Buludun tezliklə X5 ixtisası üzrə işlə təmin ediləcəyini bildirmişdir. Hər dəfə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən Həsən bir həftəyə bu işin baş tutucağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq oğlu Bulud işlə təmin edilməmişdir. Həsənlə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu ona bildirmişdir ki, oğlu Buludun işlə təmin edilməsi prosesini sürətləndirmək üçün əlavə olaraq 2.500 (iki min beş yüz) manat məbləğində pul lazımdır. Nigar adlı şəxsin bu işi həll edəcəyini bildirmişdir. Qeyd etmiş ki, mobil telefon vasitəsi ilə Həsənlə söhbət zamanı Nigar onun yanında idi. Belə ki, danışıq zamanı Nigarın səsi gəlirdi. O, Həsənə qeyd etdiyi pulu tapa bilmədiyini, növbəti günə toplayıb, gətirəcəyini dedikdə, sonuncu pulun həmin gün saat 12:30-a kimi çatdırılmasının vacib olduğunu bildirmişdir. O, da həmin gün yəni, 25 avqust 2019-cu il tarixdə saat 13 radələrinə kimi arvadı X3 adına bank kartı şəklində “Uni Bank”dan kredit götürdükləri və əlavə qoyduğu puldan 2.500 (iki min beş yüz) manat məbləğində pulu toplayıb, Əhmədli metrostansiyasının yaxınlığında Həsənlə görüşüb, sonuncuya vermişdir. Həsən həmin pulu Nigar adlı şəxsə verəcəyini, tezliklə oğlu Buludun işlə təmin olunacağını vəd vermişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Nigar ona zəng edib bildirmişdir ki, iş tamamlanmaq üzrədir, sonuncu dəfə 2.000 (iki min) manat məbləğində pul vermək lazımdır. X4 bir həftəyə X5 öz ixtisası üzrə işə çıxacağını bildirmişdir. O, ortada heç bir nəticənin olmadığı halda yenidən 2.000 (iki min) manat məbləğində pul istəmələrinə etiraz etdiyində Nigar bu işin etaplarla həll olunduğunu və bunun sonuncu olduğunu, həmçinin oğlu Buludun işə çıxmağını bir həftəyə qədər sürətləndirmək üçün vacib olduğunu bildirmişdir. O, razılaşmış və təxminən 2019-cu ilin oktyabr ayının 2-də saat 19 radələrində ünvan 5 ünvanının yaxınlığında yerləşən “İstirahət” parkında Nigar adlı şəxslə görüşüb, dediyi məbləğdə pulu ona vermişdir. Beləliklə oğlunun işlə təmin olunması üçün Həsən və Nigara ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində pul vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq oğlu Bulud işlə təmin edilməmişdir. O, Həsən və Nigarla əlaqə saxlamış, onlar isə bunu bir-birinin üstünə ataraq məsuliyyətdən yayınmışlar. Bundan sonra o, pulunu geri istəmiş, lakin onlardan pulunu ala bilməmişdir. Buna görə də uzun müddət keçdikdən sonra ərizə ilə 37-ci Polis şöbəsinə müaciət etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq 2.000 (iki min) manat məbləğində pulu verdiyində Nigar adlı şəxs bu işdə olmamışdır. Nigar növbəti 2.500 (iki min beş yüz) manat və 2.000 (iki min ) manat pul verdiyində bu işin həll edilməsi üçün iştirak etmişdir. Təqsirləndirilən şəxs və Nigar adlı şəxslə əvvəllər hər hansı ədavəti olmamışdır. Həsənlə aralarında dostluq münasibətləri olmuşdur. Nigarı isə birinci dəfə idi ki, görmüşdür. Təhqiqat araşdırması zamanı ərizəsini qısa şəkildə yazdığından hadisənin xırda detallarını qeyd etməmişdir. Həqiqətdə isə hadisə ifadəsində qeyd etdiyi kimi olmuşdur. Ona ümumilikdə 6.500 (altı min beş yüz) manat maddi ziyan dəymişdir və həmin pulun bir qismini arvadı İlhamə Qənbərovanın adına “Uni Bank” dan götürməyinə baxmayaraq pul ona məxsusdur. Şahid1 ilkin olaraq 2.500 (iki min beş yüz) manatı Həsənin vasitəsi ilə vermişdir. İkinci dəfə isə özü ilə görüşüb, 2.000 (iki min) manat məbləğində pul vermişdir. Həmin pullar heç bir şirinlik məqsədi ilə verilməmişdir. Həmin pulları ondan Həsən və Nigar istəmişlər. O, diplom üçün Həsənə 2.300 (iki min üç yüz) manat pul vermişdir. Teymuraz adlı şəxsi o, ümumiyyətlə tanımır, nədə ki, Həsənin oğlu Buludun diplom alması ilə bağlı kiməsə borclu qalması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs yalan izahat vermişdir. Şahid1 ifadəsində qeyd etdiyi həmin 2.000 (iki min) manat məbləğində pulu verdikdən təxminən 1 ya sonra Nigərə zəng edib, oğlunun işə qəbul məsələsini sonuncudan soruşmuşdur. Bu zaman Nigər ona demişdir ki, onun İman adlı tanışı vardır. Həmin İman adlı şəxsin X11 İdarəsində tanışları vardır və İman Buludun işə qəbulu məsələsini həmin tanışları vasitəsi ilə həll edəcəkdir. Qeyd etmiş ki, həmin günə qədər o, İmanı ümumiyyətlə tanımamışdır. Həmçinin bildirmişdir ki, İman adlı şəxs oğlu Buludun işə qəbul olunması ilə bağlı ona hər hansı bir vəd verməmişdir. O, ümumiyyətlə İman adlı şəxsi görməmişdir. Lakin Nigərə ifadəsində qeyd etdiyi kimi sonuncu dəfə 2.000 (iki min) manat məbləğində pul verdikdən təxminən 2 ay sonra İman özü ona zəng etmişdir. Hesab edir ki, İman onun mobil nömrəsini Nigərdən öyrənmişdir. Beləliklə İmanla mobil telefon vasitəsi ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, narahat olmasın, müvafiq sənədləri toplayıb, Buludu yanına göndərsin. Bundan sonra oğlu Bulud İmanla mobil telefon vasitəsi ilə danışıb, İmanın dediyi sənədləri toplayıb, sonuncu ilə görüşmüşdür. İman oğlu Şahid2 X11 İdarəsinə aparıb, sənədləri təqdim etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq yenə də oğlunun X6 işə qəbul məsələsi öz həllini tapmamışdır. Şahid1 verdiyi puldan İmana hər hansı bir məbləğin çatıb-çatmaması ona məlum deyildir. Lakin Nigər ona göndərdiyi səs yazısında bildirmişdir ki, İmanla pulu hazırlayırıq. Buradan belə aydın olur ki, onun Nigərə verdiyi puldan İmana hər hansısa məbləğdə pul çatmışdır. Rasim adlı şəxs isə onun kürəkənidir. Rasim onun aldadılaraq pulunun ələ keçirilməsi barədə eştidikdə sonuncu Nigərə zəng edib, pulu geri istəmişdir. Nigərin səs yazısında dediyi şəxs həmin onun kürəkəni Rasim Əzizovdur. O, Həsəndən oğlunun diplom ala bilməsi üçün kiməsə sonuncunun öz hesabına 6.000 (altı min) manat qiymətində əmlak verməyini xahiş etməmiş və Həsən ona bu barədə heç bir şey deməmişdir. Həmçinin Teymuraz adlı şəxsi o, tanımır. Həsən Buludun diplom alması üçün kiməsə öz hesabına əmlak versəydi, ilk öncə onunla razılaşmalı idi. Onun isə bundan heç bir xəbəri yoxdur. Hesab edir ki, Həsən şəxsiyyəti tam bəlli olmayan bir şəxsin adını ortaya atmaqla sadəcə öz əməllərinə haqq qazandırmaq və məsuliyyətdən yayınmaq məqsədi güdür. Nigər ondan pul aldığı zaman İman adlı şəxsin adını çəkməmişdir. Nigər ondan sonuncu dəfə 2.000 (iki min) manat məbləğində pul istəyərkən bildirmişdir ki, X5 işləyən tanışları vasitəsi ilə oğlu Buludu işə düzəltdirəcəkdir. Qeyd etdiyi kimi Nigərə 2.000 (iki min) manat məbləğində pulu verdikdən təxminən 2 ay sonra İman ona zəng etmişdir və oğlunun işə qəbul məsələsində narahat olmamağını bildirmişdir. Həmçinin ifadəsində qeyd etdiyi kimi Nigərin ona göndərdiyi səs yazısından görünür ki, Nigər İmana hansısa məbləğdə pul vermişdir. Rüfət adlı şəxsi o, ümumiyyətlə tanımır. Onun sözügedən prosesdə iki nəfərlə danışığı olmuşdur. Onlar Təqsirləndirilən şəxs və Şahid1dır. Həmçinin pulları həmin iki şəxsə vermişdir. Digər şəxsləri o, tanımır. O, inanmır ki, Təqsirləndirilən şəxs və ya Şahid1 Buludun işə qəbulu ilə bağlı verdikləri vədə əməl etmək niyyətləri olmuşdur. Belə ki, hesab edir ki, həmin şəxslər ondan müəyyən pul vəsaitini almaq üçün yalandan tanışları vasitəsi ilə oğlu Buludu işə qəbul etdirəcəklərinə söz vermişlər. Onlar ümid edirdilər ki, oğlu müvafiq sənədləri həmin İdarəyə təqdim etdikdən sonra təsadüfən işə qəbul ediləcəkdir. Bununla da onlar guya vədlərini həyata keçirirlərmiş görüntüsünü yaradacaqdılar. Bunu ən azından işin bu qədər müddət uzanması göstərir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. 2011-ci il tarixdə Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmuşdur. Həmin Akademiyada dəniz texnikası və X1 ixtisası üzrə oxumuşdur. 2015-ci ildə Akademiyanı bitirmə müddəti çatmasına baxmayaraq kəsirlər ucbatından əlavə olaraq üç il oxumuşdur. 2018-ci ilin iyul ayında növbəti diplom müdafiəsi ərəfəsi idi. Bilik səviyyəsi aşağı olduğundan atası Zərərçəkmiş şəxs sonuncunun dostu, əvvəllər X5 işləmiş Təqsirləndirilən şəxs köməklik etməsi üçün müraciət etmişdir. Onda olan məlumata əsasən Həsən atası Rəmzi ilə onun imtahandan keçməsi ilə bağlı köməklik etmək üçün razılaşmış və Həsən bu işi üçün 2.300 (iki min üç yüz) manat pul lazım olduğunu bildirmişdir. Atası Rəmzi isə həmin məbləğdə pulu Həsənə vermişdir. Həmin pulu atası Rəmzi anası X3 adına bank kartı şəklində “Uni Bank”dan kredit götürüb vermişdir. O, özü imtahana hazırlaşmış, sadəcə olaraq oxuduğu ixtisas çətin sahə olduğundan ona imtahanda komisiya üzvləri tərəfindən çətin sullar verilməməsi üçün atası Rəmzi Həsəndən tanışları vasitəsi ilə köməklik etməyini xahiş etmişdir. Həsən həmin pulu tanışlarına onu tapşırtdırıb, imtahandan keçməyinə köməklik etmələri üçün hədiyyə alacağı adı ilə əldə etmişdir. Beləliklə 2018-ci ilin iyul ayının 5-də oxuduğu Akademiyada imtahan vermiş və uğurla keçmişdir. Bununla bağlı 02 oktyabr 2018-ci il tarixdə müvafiq diplomu əldə etmişdir. Bitirdiyi Azərbaycan Dövlət Dəniz Akademiyasında təyinat üzrə işlə təmin edilməsi son 5-6 ildir ki, ləğv edilmişdir. Belə olan halda işə qəbulla bağlı müxtəlif idarələrə CV-lər vasitəsi ilə müraciət etmişdir. Lakin onun ixtisası üzrə vakansiya olmadığından işə qəbul baş tutmamışdır. Bundan sonra 2019-cu ilin avqust ayında atası Rəmzi onun işlə təmin olunmağı üçün Həsənlə görüşüb, sonuncudan tanışları vasitəsi ilə köməklik etməsini xahiş etmişdir. Onda olan məlumata əsasən Həsən onu X7 öz ixtisası üzrə işə düzəldə biləcəyini atası Rəmziyə bildirmişdir. Bu işin baş tutması üçün 2.000 (iki min) manat məbləğində pulun lazım olduğunu atasına demişdir. Atası Rəmzi isə Həsənlə razılaşıb, həmin məbləğdə pulu sonuncuya vermişdir. Hətta Həsənin istəyi ilə onun CV-ni sonuncuya vermişdir. CV-də olan çatışmazlıqları Həsən özü doldurmuşdur. Həsən onun tezliklə X7 ixtisası üzrə işlə təmin ediləcəyinə söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq onu işlə təmin etdirməmişdir. Daha sonra Həsən atasından Nigar adlı şəxslə əlbir olub, onun həmin işlə təmin edilmə prosesini sürətləndirmək üçün əlavə olaraq 2.500 (iki min beş yüz) manat məbləğində pul istəmişdir. Atası Rəmzi onlarla razılaşmış və dedikləri məbləğdə pulu anası X3 adına bank kartı şəklində “Uni Bank”dan kredit götürdükləri və əlavə olaraq atasının qoyduğu puldan 2.500 (iki min beş yüz) manat məbləğində pulu toplayıb Həsənə vermişdir. Həsən həmin pulu Nigar adlı şəxsə verəcəyini, tezliklə onun işlə təmin olunacağını vəd vermişdir. Təxminən 2019-cu ilin sentyabr ayında Nigar atasından onun işlə təmin olunmağı üçün sonuncu dəfə 2.000 (iki min) manat məbləğində pul istəmişdir. Atası Nigarla razılaşmış və həmin məbləğdə pulu sonuncuya vermişdir. Bununla da atası Rəmzi Nigar və Həsənə onun işlə təmin olunmağı üçün ümumilikdə 6.500 (altı min beş yüz) manat məbləğində pul vermişdir. Nigar atasına bir həftəyə onun işlə təmin olunacağını vəd vermişdir. Hətta Nigarın istəyi ilə o, “Mediclub” tibb mərkəzinə gedib tibbi arayış almaq üçün analiz vermişdir. Guya tezliklə X7 ixtisası üzrə işləyəcəkdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, işlə təmin edilməmişdir. Atası Rəmzi aldandığını bildikdən sonra pulunu Həsən və Nigardan geri istəsə də, sonuncular onun pulunu qaytarmamışlar. Buna görə də atası ərizə ilə 37-ci Polis şöbəsinə müaciət etmişdir. İşə düzəlməyi ərəfəsində Təqsirləndirilən şəxslə Bakı şəhərinin müxtəlif yerlərində sənədləri toplamaqla bağlı görüşmüşdür. Belə ki, bir dəfə sonuncu ilə imtahana hazırlaşdığı ərəfədə Nərimanov parkında görüşmüş, həmin görüşdə Həsən onunla dərslərlə bağlı sual-cavab etmişdir. Bir dəfə isə Xocalı parkında işə düzəlmə ərəfəsində diplomunu notariuasda təsdiq etdirmək üçün Həsənin dəvəti ilə görüşmüşlər. Həmçinin Nigar adlı şəxslə də görüşləri olmuşdur. Belə ki, işə düzəlməyi ilə bağlı Nigarın dəvəti ilə Ali Məhkəmənin qarşısında və Sahil bağında görüşmüş, müvafiq sənədləri Nigara təqdim etmişdir. Təqsirləndirilən şəxs və Nigar adlı şəxslə onun və atasının əvvəllər heç bir ədavəti olmamışdır. Atası Zərərçəkmiş şəxs ümumilikdə 6.500 (altı min beş yüz) manat maddi ziyan dəymişdir və həmin pullar atasına məxsus olmuşdur. Şahid3 onu X11 İdarəsinə aparıb, sənədlərini kadrlar şöbəsinə təqdim etmişdir. Həmçinin Şahid3 onun işə qəbulla bağlı tibbi arayış almağını Şahid1 vasitəçiliyi ilə təşkil etmişdir. Həmin əldə etdiyi tibbi arayışı X16 İdarəsinin kadrlar şöbəsinə təqdim etmişdir. Lakin onu kadrlar şöbəsindən çağırmamışlar. 14 avqust 2018-ci il tarixdə birinci dəfə özü diplom əldə etdikdən sonra “Azərbaycan X11” Qapalı Səhmdar Cəmiyyətinə işə qəbulla bağlı CV-ni təqdim etmişdir. Halbuki, Təqsirləndirilən şəxs ona və atası Rəmziyə yalandan demişdir ki, onun müraciəti daxil olmamışdır. 23 sentyabr 2019-cu il tarixdə isə hesab edir ki, Şahid3 vasitəsi ilə həmin idarəyə gedib, sənədlərini təqdim etdikdə sözügedən müraciət daxil olmuşdur. Belə ki, Şahid3lə həmin idarəyə müraciət etdiyində həmçinin işə qəbulla bağlı ərizə yazmışdır. Lakin ifadəsində qeyd etdyi kimi onu həmin idarədən çağırmamışlar. Həsən onun işə qəbul olunması ilə bağlı heç bir real hərəkət etməmişdir. Sonuncu ancaq sözlərlə ona və atası Rəmziyə işə qəbul olunmağı ilə bağlı vədlər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Fide” hüquq məsləhətxanasında hüquqşünas kimi fəaliyyət göstərir. Şahid1 təxminən 5 ay əvvəl ortaq tanışları olan Rüfət adlı şəxsin vasitəsi ilə tanımışdır. Nigər yaxşı bilirdi ki, onun X5 rəhbər vəzifələrdə yaxını çalışır. Buna görə də 2019-cu ilin əvvəllərində Nigər ona demişdir ki, Zərərçəkmiş şəxs adlı şəxs vardır və sonuncunun oğlu Şahid2 Xəzər X2 bitirsə də, işsiz qalmışdır. Nigər ondan xahiş etmişdir ki, Buludun X5 oxuduğu ixtisas üzrə işə qəbul olunmasını həmin vəzifədə olan yaxınının vasitəsi ilə təşkil etsin. O, fikirləşəcəyini demişdir. Çoxsaylı xahişlərdən sonra o, razılıq vermiş və bu barədə yaxınına danışacağını bildirmişdir. Bundan sonra Nigər onun mobil nömrəsini Rəmziyə vermiş və sonuncu mobil telefon vasitəsi ilə ona zəng edib, oğlu Buludun X5 işə qəbul etdirilməsi üçün Həsən adlı şəxsə pul verdiyini, həmçinin həmin idarəyə oğlu Buldun CV-ni təqdim etdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq Buludun işə qəbul olunmadığını bildirmişdir. Buna görə də ondan xahiş etmiş ki, Buludun işə qəbul edilməsi üçün bu işi sona çatdırsın. O isə Rəmziyə demişdir ki, maksimum çalışacaqdır ki, Buludu işə qəbul etsinlər. Belə ki, Rəmziyə həmin idarədə tanışlarının olduğunu bildirmişdir. Rəmziyə pul barədə heç bir şey deməmiş, həmçinin Rəmzi də ona heç bir məbləğdə pul təklif etməmişdir. Rəmzi köməklik edəcəyi təqdirdə qonaqlıq verəcəyini söz vermişdir. Beləliklə bir müddət sonra Buludla Ali Məhkəmənin yanında görüşmüş, onu X11 İdarəsinə aparmışdır. Orada onun tapşırığı ilə Bulud tərəfindən gətirilmiş sənədləri kadrlar idarəsinə təqdim etmişlər, həmçinin Bulud işə qəbulla bağlı rəsmi ərizə yazmışdır. Kadrlar idarəsindən bildirmişlər ki, rəsmi olaraq Buluda məlumat veriləcəkdir. Bir həftə sonra Bulud ona zəng edib, bildirmiş ki, həmin idarədən məktub gəlmişdir ki, onun sənədləri qəbul olunub, idarədə olan vakant yerə işə qəbulla bağlı onunla əlaqə saxlanılacaqdır. Müəyyən vaxt keçdikdən sonra pandemiya ilə əlaqədar işə qəbul baş tutmamışdır. Bu ərəfə də Rəmzi özü ona zəng edib, soruşmuş ki, oğlu Buludun işə qəbulu hansı səbəbdən uzanır. O, isə bildirmiş ki, bu idarənin təşkilati məsələsidir, yəqin ki, bu yaxın vaxtlarda həllini tapar. Təxminən bir ay sonra 2019-cu ilin oktyabr ayında Nigərlə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsinin yaxınlığındakı parkda görüşmüşlər. Bu vaxt Nigər təklif etmiş ki, Buludun işə qəbul olunması məsələsini sürətləndirmək üçün kadrlar idarəsinə hörmət etmək lazımdır. Bu məqsədlə ona 500 (beş yüz) manat pul vermişdir. O, həmin pulun kimə məxsus olduğunu soruşduqda Nigər heç bir şey bildirməmişdir. O, həmin pulu kadrlar idarəsinə çatdıracağını bildirmişdir. Beləliklə bir müddət sonra Buluda idarədən xəbər vermişlər ki, onun sənədlərini qəbul ediblər, həmin idarədə iki vakansiya yeri vardır, vəzifələrdən biri mexanik vəzifəsidir. Həmçinin Buludu müvafiq yoxlama işlərinin aparılmasından ötrü, yenidən həmin idarəyə çağırmışlar. Lakin Bulud oraya getməmişdir. Bir müddət sonra Rəmzi ilə əlaqə saxlamış və oğlu Buludun idarəyə getmədiyini bildirmiş, Rəmzi isə oğlunu həmin idarəyə apara bilmədiyini demişdir. Bununla da Buludun işə qəbul olunma məsələsi öz səhlənkarlığı ucabtından alınmamışdır. Bu səbəbdən də o, kadrlar idarəsinə hörmət etmək üçün Nigərdən 2019-cu ilin oktyabr ayında aldığı 500 (beş yüz) manat məbləğində pulu özündə saxlamışdır. Təxminən 2-3 ay sonra Rəmzi ilə əlaqə saxlamış, söhbət zamanı Rəmzi bildirmişdir ki, Nigər ondan Buludun işə qəbul olunması ilə bağlı 2000 (iki min) manat məbləğində pul almışdır. O, bundan xəbərinin olmadığını demişdir. Başa düşmüş ki, Nigərin ona verdiyi 500 (beş yüz) manat pul əslində Rəmziyə məxsus olmuşdur. O, Rəmziyə bu barədə bildirmiş və həmin pulu qaytarmaq istədiyini demişdir. Rəmzi isə buna razı olmamış və bilidirmiş ki, Nigərə 2000 (iki min) manat pul vermişdir və həmin pulu tam olaraq geri istəyir. O, Rəmziyə məsləhət vermişdir ki, Nigərdən pulunu tələb etsin. Nigər onun adından istifadə edib, Rəmzidən 2000 (iki min) manat pul almışdır. O, Buludun işə qəbul edilməsi ilə bağlı heç kimdən pul istəməmiş və tələb etməmişdir. Həmçinin bildirmişdir ki, o, Nigərə deməmişdir ki, “get Rəmzidən Buldun işə qəbulu ilə bağlı pul al”, Nigər ona özü 500 (beş yüz) manat pul vermişdir ki, kadrlar idarəsinə hörmət etsin ki, Buludun işə qəbul olunması məsələsini sürətləndirsinlər. Həmçinin Rüfətin 450 (dörd yüz əlli) manat məbləğində pulu Nigərdən götürüb-götürməməsi ona məlum deyildir. Rüfətin ümumiyyətlə bu işlə heç bir əlaqəsi olmamışdır. Rüfət sadəcə olaraq Nigərlə onu tanış etmişdir. Nigər yalan ifadə vermişdir. Buludu işə qəbul edilməsi ilə heç bir marağı olmamışdır. Sadəcə olaraq Rəmzi ona izah etmişdir ki, onu Həsən aldadıb, pulunu ələ keçirmişdir. Buna görə də ona təmənnasız köməklik etmək istəyirdi. X12 nə danışdıqlarını bilmirdi. Ona verilmiş həmin pulu Nigər təklif etmişdir ki, işə qəbulu sürətləndirmək üçün şirinlik məqsədi ilə versinlər. O, həmin pulu özünə götürməmişdir. Həsəni o, ümumiyyətlə tanımamış, Rəmzi ona demişdir ki, Həsən ondan müəyyən miqdarda pul almışdır ki, Buludu işə düzəltdirsin. Həsənlə Buludun işə qəbul olunması ilə bağlı söhbəti olmamışdır. Rüfətin ümumiyyətlə bu məsələyə heç bir aidiyyəti yoxdur. Hesab edir ki, Rüfət Nigərdən heç bir məbləğdə pul almamışdır. Nigər yalan ifadə vermişdir. O, istəyirdi ki, ilk öncə Buludun sənədləri təqdim edilsin, bundan sonra qanuni yolla qəbula çağırılıb, əmri verilsin. O, da bu işdə sözlə xahiş etsin. Lakin Bulud səhlənkarlıq edib, idarəyə getməmişdir. Bu səbəbdən işə qəbul alınmamışdır. O, bu günə kimi həmin idarədə işləyən heç bir şəxslə Buludun işə qəbulu məsələsini müzakirə etməmişdir. Onun köməkliyi ondan ibarət olmuşdur ki, o, Buludu idarəyə aparmış, sonuncunun sənədlərini təqdim etmiş, həmçinin tibbi arayış almasını təşkil etmişdir. Bütün bunları o, təmənnasız etmişdir. Bununla bağlı Rəmzidən heç bir pul almamış, həmçinin bu barədə söhbətləri belə olmamışdır. O, Zərərçəkmiş şəxs aldatmamışdır. Sadəcə olaraq gözləyirdi ki, Bulud sənədləri tam kadrlar idarəsinə təqdim etsin. Bundan sonra onun xahişini edəcəkdir. Lakin Bulud səhlənkarlıq edib, oraya çağırılmasına baxmayaraq getməmişdir. Buna görə də işə qəbul olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında anası Solmaz Əhmədova ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2-3 il əvvəl tanımışdır. Belə ki, əvvəllər məhkəmələrdə nümayəndə qismində iştirak etmişdir. Həmin ərəfə də tanışı Rafiq adlı şəxs ona Təqsirləndirilən şəxs təqdim etmişdir. Həsənin kiməsə verdiyi pulu geri ala bilmədiyindən, sonuncuya pulunu geri qaytarmaqda hüquqi cəhətdən köməklik etməyini ondan xahiş etmişdir. Lakin həmin iş baş tutmamışdır. Beləliklə o, Təqsirləndirilən şəxs bu şəriatdə tanımışdır. 2019-cu ildə Həsən ona mobil telefon vasitəsi ilə zəng edərək bildirmişdir ki, tanışı Rəmzi adlı şəxsdən sonuncunun oğlu Buludu X5 işə düzəltmək üçün bilmədiyi məbləğdə pul almış və həmin pulu adını demədiyi şəxsə vermişdir. Lakin Bulud işə düzəltdirə bilməmişdir. Buna görə də ondan xahiş etmişdir ki, Buludun işə düzəlməyində tanışları vasitəsi ilə köməklik göstərsin. O, Həsənə X5 tanışının olmadığını bildirmişdir. Lakin Həsən uzun müddət dəfələrlə ondan xahiş etmiş ki, Rəmzinin oğlu Buludun işə düzəlməsində köməklik göstərsin. O, isə Həsənə fikirləşəcəyini demiş və bu barədə Rüfət və İman adlı tanışları ilə görüşüb, söhbət etmişdir. Qeyd etmiş ki, Rüfət adlı şəxsi təxminən 4 il olar ki, tanımışdır. Rüfəti o, iş görən adam kimi tanımışdır. İman adlı tanışını isə Rüfətin vasitəsi ilə təxminən 3 il olar ki, tanıyır. İman onda olan məlumata əsasən “Socar” şirkətində işləyir. Beləliklə o, İmandan və Rüfətdən xahiş etmiş ki, Buludun X6 ixtisası üzrə işə düzəlməsində köməklik etsinlər. İman demiş ki, bu məsələni həll edə bilər. Bu iş üçün 2.000 (iki min) manat məbləğində pulun lazım olduğunu bildirmişdir. İman həmin məbləğdə pulu adını ona demədiyi tanışına verəcəyini demişdir. Pulun verildiyi halda Buludu X5 mexanik vəfizəsinə düzəltdirəcəyini söz vermişdir. O, bu barədə Həsənə bildirmiş, sonuncu isə Rəmzi ilə danışıb, xəbər edəcəyini demişdir. Beləliklə bir müddət sonra Həsən Rəmzi ilə danışdığını, Rəmzinin razı olduğunu, sonuncunun işin alınacağı təqdirdə əlavə olaraq onlara hörmət edəcəyini bildirmişdir. Daha sonra Buludun CV-ni ona təqdim etmişdir. Lakin deyilən pulu Həsən ona gətirməmişdir. Buna görə də o, Buludun CV-dən sonuncunun mobil nömrəsini götürmüş və bununla da Rəmzi ilə əlaqə saxlaya bilmişdir. Rəmzi ilə Buludun işə düzəlmə məsələsini danışmış və sonuncu 2.000 (iki min) manat məbləğində pulu verəcəyinə razı olmuşdur. Bu məqsədlə 2019-cu ilin oktyabr ayının 2-də saat 19 radələrində ünvan 5 ünvanının yaxınlığında yerləşən “İstirahət” parkında Rəmzi ilə görüşüb, 2.000 (iki min) manat məbləğində pulu sonuncudan almışdır. Həmin pulun 750 (yeddi yüz əlli) manatı onda qalmış, 800 (səkkiz yüz) manatını isə İmana vermiş, 450 (dörd yüz əlli) manatı isə Rüfət adlı şəxs götürüb, demiş ki, uşağı xəstədir, onun tibbi xərclərini təcili olaraq ödədikdən sonra pulu qaytaracaqdır. Qeyd etmiş ki, o, 750 (yeddi yüz əlli) manatı özündə saxlamış ki, İman söz verdiyi kimi Buludu işə düzəltdikdən sonra yəni, müvafiq əmr çıxdıqdan sonra həmin pulu İmana versin. İman söz vermiş ki, Buludu X5 mexanik kimi tezliklə işə düzəltdirəcəkdir. Lakin pandemiya səbibindən bu məsələ uzanmağa başlamışdır. Bu səbəbdən də Bulud işə qəbul ola bilməmişdir. Bir müddət sonra Rəmzi pulunu geri istəmişdir. O, İmana və Rüfətə bu barədə demiş və götürdükləri pulu qaytarmaqlarını tapşırmışdır. Lakin onlar müxtəlif bəhanələr gətirərək Rəmzinin pulunu qaytarmamışlar. O, Rəmziyə götürdüyü 750 (yeddi yüz əlli) manat pulu qaytarmağı təklif etsə də sonuncu pulunu tam formada istəmişdir. Buna görə də bu məsələ uzanmışdır. Qeyd etmiş ki, həmin götürdüyü 750 (yeddi yüz əlli) manat hələ də ondadır. Həmin pulu Rəmziyə qaytarmağa hazırdır. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, ona Rəmzi Buludun işə düzəlməsi üçün 2.000 (iki min) manat məbləğində pul vermişdir. O, isə həmin pulun ifadəsində qeyd etdiyi kimi bir hissəsini İmana vermişdir. Digər hissəsini isə Rüfət qaytarmaq şərti ilə ondan götürmüşdür. X23 işə qəbul edilməsi üçün heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir, o, sonuncu ilə Elmlər Akademiyasının qarşısında olan çayxanada tanış olmamışdır. Qeyd etdiyi kimi Həsəni o, 2-3 il əvvəl ifadəsində qeyd etdiyi şəraitdə tanımışdır. Həsən ona Buldun işə düzəlməsi üçün heç bir məbləğdə pul verməmişdir. X10 çatdırmaq adı ilə pul almışdır sa, həmin pulu özünə götürmüşdür. İmanın mobil nömrəsi ***-***-**-**-dır, Rüfətin mobil nömrəsi isə ***-***-**-**-dür. Onlar barədə digər məlumatı yoxdur. İman kimlərin vasitəsi ilə Buludu işə düzəltdirəcəyini ona deməmişdir. Şahid2 tibbi arayış almasını ona İman demişdir. Həmin tibbi arayışı Bulud İmanla görüşüb, sonuncuya vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 29 dekabr 2020-ci qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdir (i.v. 1); zərərçəkmiş şəxs qismində tanıma haqqında 01 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 19); CD diskə baxış keçirilməsi haqqında 03 yanvar 2021-ci il tarixıi protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “YaKirin” markalı, CD-R formatlı diskin tərkibindəki “WhatsApp Ptt 2020-12-21 at 13.14.42” adlı fayla sonuncunun iştirakı ilə baxış keçirilmiş, “WhatsApp Ptt 2020-12-21 at 13.14.42” adlı fayl dinlənilərkən 1-ci səsdə “nəcəsiz bilmirəm telefonuda götürmürsünüz canıvız sağolsun amma biz düşmən deyilik yəni Allah Həsənin bəlasını versin onun ucbatından bunlar hamısı baş verdi mən indi İmanla danışdım sadəcə olaraq bu aranı mən çox xəstə olmuşam yəni qaçmamışam da yerimdəyəm İmanla da danışdım İmanla hazırlayırıq mən də ayın axırına qədər sizin pulunuz sizə çatacey amma 18 yanvardan iş başlayanda Buludu çağıraceylər indi işdiyər işdəməz sadəcə olaraq gedər mən sizin yanınızda yalançı qalmaq istəmirəm bunu İman eləmirdi bunu başqa adam eliyirdi İmanla mən indidə danışdım İmandakı hazırlasın mən götürüm mən də verim sizə sadəcə olaraq bu xırda bir şey üçün o boyda lazım döyüldü harasa şikayət eləmək biz şikayətnən birbirimizi tanımamışıq ki sadəcə olaraq Həsən götürmüşdü sizi gözdətmişdi Həsənin də ucbatından mənim başımda çatdadı nə isə canınız sağ olsun o gün zəng vurmuşdu mama da siznən danışmaq istiyirdi ki mama çatdırmaq istiyirdi sizə götürmədiniz telefonu sonra Rəsim, kimdisə o zəng vurub İmanla danışıb İman ona deyib bilmirəm demiyib İman da hazırlayır mən də ayın axrınacan sizin pulunuzu çatdıraceyik yanvarda Bulud çağıraceylər istiyərsiz istəməzsiz bir dənə gedib dəyin ora” sözləri müəyyən olundu. Fayla baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, həmin səs Şahid1 məxsusdur. O, sonuncudan oğlu Şahid2 işə düzəlmək adı ilə verdiyi pulu geri istədikdən sonra Nigər “WhatsApp” mobil tətbiqi vasitəsi ilə həmin səs yazısını ***-***-**-** mobil nömrəsindən ona göndərmişdir (i.v. 49); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 83); CD diskə baxış keçirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “YaKirin” markalı, CD-R formatlı diskin tərkibindəki “WhatsApp Ptt 2020-12-21 at 13.14.42” adlı fayla Şahid3 iştirakı ilə baxış keçirilmiş, “WhatsApp Ptt 2020-12-21 at 13.14.42” adlı fayl dinlənilərkən 1-ci səsdə “nəcəsiz bilmirəm telefonuda götürmürsünüz canıvız sağolsun amma biz düşmən deyilik yəni Allah Həsənin bəlasını versin onun ucbatından bunlar hamısı baş verdi mən indi İmanla danışdım sadəcə olaraq bu aranı mən çox xəstə olmuşam yəni qaçmamışam da yerimdəyəm İmanla da danışdım İmanla hazırlayırıq mən də ayın axırına qədər sizin pulunuz sizə çatacey amma 18 yanvardan iş başlayanda Buludu çağıraceylər indi işdiyər işdəməz sadəcə olaraq gedər mən sizin yanınızda yalançı qalmaq istəmirəm bunu İman eləmirdi bunu başqa adam eliyirdi İmanla mən aididə danışdım İmandakı hazırlasın mən götürüm mən də verim sizə sadəcə olaraq belə xırda bir şey üçün o boyda lazım döyüldü harasa şikayət eləmək biz şikayətnən birbirimizi tanımamışıq ki sadəcə olaraq Həsən götürmüşdü sizi gözdətmişdi Həsənin də ucbatından mənim başımda çatdadı nə isə canınız sağ olsun o gün zəng vurmuşdu mama da siznən danışmaq istiyirdi ki mama çatdırmaq istiyirdi sizə götürmədiniz telefonu sonra Rəsim kimdisə o zəng vurub İmanla danışıb İman ona deyib bilmirəm demiyib İman da hazırlayır mən də ayın axırınacan sizin pulunuzu çatdıraceyik yanvarda Bulud çağıraceylər istiyərsiz istəməzsiz bir dənə gedib dəyin ora” Fayla baxış zamanı Şahid3 bildirdi ki, həmin səs Şahid1 məxsusdur. Həmin səs yazısında Şahid1 dediyi “mən indi İmanla danışdım sadəcə olaraq bu aranı mən çox xəstə olmuşam yəni qaçmamışam da yerimdəyəm İmanla da danışdım İmanla hazırlayırıq mən də ayın axırına qədər sizin pulunuz sizə çatacey” sözləri həqiqətə uyğun deyildir. Nigər özü Zərərçəkmiş şəxs pul almışdır, bu barədə ona heç bir şey bildirməmişdir. O özü sonradan bu faktı müəyyən etmişdir. Nigər ona öz adından sadəcə olaraq 500 (beş yüz) manat məbləğində pulu kadrlar idarəsinə şirinlik vermək məqsədi ilə vermişdir. O Nigərlə Rəmziyə pul qaytarmaq üçün heç bir hazırlıq görməmişdir (i.v. 127); sübutların qiymətləndirilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, cinayət işi materiallarına əlavə edilmiş bəzi sənədlərdə yazılmış Nigar adı Nigər kimi oxunması, Şahid1 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən həmin hissədə onlara qarşı cinayət təqibinin rədd edilməsi, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “Ya Kirin” markalı, CD-R formatlı diskin daxilindəki məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs ifadəsi, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 ifadələri, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkətinin protokolu, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, baxış istintaq hərəkətlərinin protokolları, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd “Ya Kirin” markalı, CD-R formatlı diskin daxilindəki məlumatlar iş üzrə sübut növləri kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 154-171); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilməklə istintaqı davam etdirilmişdir (i.v. 173-174); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 184-185); polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi haqqında 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 197); Zərərçəkmiş şəxs məhkəməyə təqdiq olunmuş 22.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. “xxxx” ASC-nin Əhmədli filialının 22.06.2021-ci il tarixli, 24753 nömrəli qəbzindən görünür ki, TT**********8441084 nömrəli orderindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilindiyi 1(011)-201/2021 saylı cinayət işi üzrə dəymiş ziyanın 25 %-ni, yəni 1700 (bir min yeddi yüz) manat dövlət büdcəsinə ödənilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği (2300+2000+2500=6800) 6800 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 1700 manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 1700 (bir min yeddi yüz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar