Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-201/2023 18.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1999-cu il ildə Cəlilabad rayonunda doğulması, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, F.Ramazanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgə əmlakını talama məqsədi ilə Zərərçəkmiş şəxs bacısı Şahid ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru yolun sol tərəfi ilə piyada hərəkət etdiklərini görüb, 10 noyabr 2022-ci il tarixdə saat 22:50-də qeyd edilən ünvanda Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun sol əlindəki içərisində 3 ədəd 1 manatlıq əskinazlardan ibarət 3 manat nağd pul, 2 manat dəyərində “Bakı kart” kartı, 05 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 180 manat dəyərində, çəhrayı rəngli, “İphone” markalı“A1688” (6S)” modelli mobil telefon aparatı olan tünd zoğalı rəngli, dəri materialından olan 30 manat dəyərində qadın pul kisəsini dartıb əlindən alaraq həmin yerdən qaçıb uzaqlaşmaqla Samirə Nağıyevaya məxsus ümumilikdə 220 manat dəyərində əmlakı açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Borclarının çox olması səbəbi ilə maddi sıxıntılardan əziyyət çəkirmiş, 10 noyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdən çıxmış, Xətai metro stansiyasının yaxınlığına gəlmişdir. Maddi sıxıntılarını necə ödəyəcəyi barədə fikirləşirmiş, təxminən 04 saat həmin ərazidə gəzişdikdən sonra saat 22:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Bakı Ali Neft Məktəbi”-nin qarşısından 02 nəfər orta yaşlı qadının gəldiyini görmüş, həmin 02 nəfər qadından birinin əlində pul kisəsinin olmasını müşahidə etmiş, həmin qadının əlindəki pul kisəsində müəyyən miqdarda pul olduğunu və həmin pulla öz maddi ehtiyaclarını ödəyə biləcəyini düşünmüşdür. Həmin qadınları izləmiş, həmin qadınlar “Bakı Ali Neft Məktəbi”-nin qarşısından yolu Bakı şəhəri, Xətai rayonunda yerləşən Xətai metrostansiyası istiqamətində yolu keçmişlər. Sonra qadınlar Bakı şəhəri,Xətai rayonunda yerləşən Xətai metrostansiyasına daxil olmuş və təxminən bir neçə dəqiqəyə Xətai metrostansiyasından çıxmışdılar. O həmin müddət ərzində Bakı şəhəri, Xətai rayonunda yerləşən Xətai metrostansiyası ilə “Bakı Ali Neft Məktəbi”-nin arasında yerləşən parkda həmin qadınları gözləyirmiş, qadınlar Xətai metrostansiyasından “Bakı Ali Neft Məktəbi”-nin qarşısı istiqamətində yolu keçdikdə o həmin keçiddə yerləşən parkda xanımları gözləmiş və onların ardınca yolu “Bakı Ali Neft Məktəbi” istiqamətində keçmiş, təxminən bir neçə metr qadınları izlədikdən sonra həmin qadınlardan birinin sol əlindəki pul kisəsini götürmək qərarına gəlmiş, ətrafda heç kəsin olmadığını dəqiqləşdirdikdən və ona heç kimin mane ola bilməyəcəyini yəqin etdikdən sonra əynində olan papaqlı gödəkçənin papağını geyinərək cəld həmin qadınların birinin sol əlindəki pul kisəsini götürüb ara küçələrlə “Nəlbəki” restoranı istiqamətində qaçmışdır. Həmin pul kisəsini götürən zaman həmin qadınlar onu çağırsa da o qadınların çağırışlarına məhəl qoymamamışdır. “Nəlbəki” restoranının yaxınlığında götürüb qaçdığı pul kisəsinin içinə baxmış, Pul kisəsinin içərisinə baxdıqda pul kisəsində 01 ədəd “İphone” markalı 6S modelli mobil telefonun, 3 manat pul və “BakuBus”a məxsus avtobus kartı olduğunu görmüş, pul kisəsini və telefonun içərisindəki mobil nömrəni həmin yerə atıb oradan uzaqlaşmışdır. Həmin hadisədən sonra törətdiyi əməldən peşman olmuş, könüllü olaraq polis orqanına müraciət etmiş, törətdiyi əməl barədə məlumat vermişdir. Polis orqanında könüllü olaraq cinayət yolu ilə əldə etdiyi “İphone” markalı “6S” modelli mobil telefonu təqdim etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, dəymiş zərərin ödənildiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını və barışdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 21 radələrində bacısı Şahid ilə birlikdə ünvan 5 ünvanında yaşayan anası X3 baş çəkmək üçün həmin ünvana getmişlər, bacısı Səbinə ilə birlikdə həmin gün, yəni 10 noyabr 2022-ci il tarixdə saat 22:20 radələrinədək anasının yaşadığı ünvan 5 ünvanında anasının yanında qalmış, saat 22:20 radələrində bacısı Səbinə ilə birlikdə anasının yaşadığı evdən çıxıb birlikdə piyada Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı avtobus dayanacağına gəlçiş, onlar avtobus dayanacağına çatdıqda “30” saylı xətt marşurutun avtobus dayanacağından hərəkətə başladığını görmüş, o Səbinə ilə birlikdə avtobusla Bakı şəhər Metropoletinin “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığına gəlmək istəyirmiş, onlar avtobus dayanacağına çatdıqda avtobus hərəkətə başladığından növbəti avtobusu gözləməli olmuş, həmin vaxt Səbinə özünün “Bakı kart” kartının balansında pul olmadığını və yolun əks istiqamətində yerləşən Bakı şəhər Metropoliteninin “Ş.İ.Xətai” metrostansiyasına daxil olub orada “Bakı kart”ın balansına pul yükləməyi təklif etmişdir. o Səbinənin təklifi ilə razılaşmış, birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı piyada keçidindən yolun əks istiqamətinə keçmiş, “Ş.İ.Xətai” metrostansiyasının girişinə daxil olmuş, Səbinə metronun girişindəki aparatlar vasitəsi ilə özünə məxsus “Bakı kart” kartının balansına pul yükləmiş və birlikdə metronun girişini tərk edib metronun qarşısındakı piyada keçidi vasitəsi ilə yolu keçərək yenidən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı avtobus dayanacağına gəlmişlər. Avtobus dayanacağına çatdıqda avtobusun bir qədər gec gələcəyini fikirləşib Səbinə ilə birlikdə dayanacağın yaxınlığında gəzişmək qərarına gəlmiş və avtobus dayancağından Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru yolun sol tərəfi ilə piyada hərəkət etməyə başladıq. O, və Səbinə birlikdə piyada hərəkət edən zaman Səbinə Xocalı porospekti istiqamətində onun sağ tərəfində hərəkət edirmmiş və əlində sellofan torba daşıyırmış, o isə Səbinənin sol tərəfi ilə hərəkət edirmiş və sağ əlində sellofan torba, sol əlində isə içərisində 3 ədəd 1 manatlıq əskinazlardan ibarət 3 manat nağd pul, 2 manata aldığı, balansında pul olmayan “Bakı kart” kartı və üzərində 05 manat dəyəri olan, balansı olmayan ***-***-**-** saylı nömrə olan 2016-cı ildə almış olduğu 300 manat dəyərində, çəhrayı rəngli, “İphone 6S” markalı mobil telefon olan tünd zoğalı rəngli, dəri materialından olan 30 manat dəyərində qadın pul kisəsi var idi. Səbinə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru piyada hərəkətdə olan zaman arxadan bir nəfər təxminən 22-23 yaşında, orta boylu, normal bədən quruluşlu, əynində qara rəngli papaqlı gödəkçə, qara rəngli şalvar olan oğlan ona yaxınlaşmış, qəfildən sol əlində olan pul kisəsini əlindən dartmaqla almış, eyni istiqamətdə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru qaçmağa başlamışdır. O və Səbinə həmin şəxsin arxasınca gedib bir neçə dəfə onu səsləyərək dayanıb əşyalarımı qaytarmağını istəmiş, lakin həmin şəxs dayanıb onlara tərəf baxsa da hərəkətini davam etdirib qaçaraq oradan uzaqlaşmışdır. Şahid teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək və işə məhkəmədə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 21 radələrində bacısı Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 5 ünvanında yaşayan anası X3 baş çəkmək üçün həmin ünvana getmişlər. Bacısı Samirə ilə birlikdə həmin gün, yəni 10 noyabr 2022-ci il tarixdə saat 22:20 radələrinədək anasının yaşadığı ünvan 5 ünvanında anasının yanında qalmış, saat 22:20 radələrində bacısı Samirə ilə birlikdə anasının yaşadığı evdən çıxıb birlikdə piyada Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı avtobus dayanacağına gəlmişlər. O və Samirə avtobus dayanacağına çatdıqda “30” saylı xətt marşurutun avtobus dayanacağından hərəkətə başladığını görmüş, o və bacısı Samirə ilə birlikdə avtobusla Bakı şəhər Metropoletinin “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığına gəlmək istəyirmiş, həmin vaxt “Bakı kart” kartının balansında pul olmadığından Samirəyə yolun əks istiqamətində yerləşən Bakı şəhər Metropoliteninin “Ş.İ.Xətai” metrostansiyasına daxil olub orada “Bakı kart”ın balansına pul yükləməyi təklif etmişdir. Bundan sonra Samirə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı piyada keçidindən yolun əks istiqamətinə keçib “Ş.İ.Xətai” metrostansiyasının girişinə daxil olmuş və metronun girişindəki aparat vasitəsi ilə özünə məxsus “Bakı kart” kartının balansına pul yükləmiş, o və Samirə birlikdə metronun girişini tərk etmiş, metronun qarşısındakı piyada keçidi vasitəsi ilə yolu keçərək yenidən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısındakı avtobus dayanacağına gəlmişlər. Avtobus dayanacağına çatdıqda avtobusun bir qədər gec gələcəyini fikirləşmiş, Samirə birlikdə dayanacağın yaxınlığında gəzişmək qərarına gəlmiş və avtobus dayancağından Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru yolun sol tərəfi ilə piyada hərəkət etməyə başlamışlar. O, Samirə ilə birlikdə piyada hərəkət edən zaman o Xocalı porospekti istiqamətində Samirənin sağ tərəfində hərəkət edirmiş və əlində sellofan torba daşıyırmış, Samirə isə onun sol tərəfində hərəkət edirmiş və sağ əlində sellofan torba, sol əlində isə pul kisəsi var imiş. Samirə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Bakı Ali Neft Məktəbi”nin qarşısı ilə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru piyada hərəkətdə olan zaman arxadan bir nəfər təxminən 22-23 yaşında, orta boylu, normal bədən quruluşlu, əynində qara rəngli papaqlı gödəkçə, qara rəngli şalvar olan oğlan bizə yaxınlaşmış, qəfildən Samirənin sol əlində olan pul kisəsini əlindən dartmaqla almış, bizimlə eyni istiqamətdə Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsinə doğru qaçmağa başlamışdır. O və bacısı Samirə həmin şəxsin arxasınca gedib bir neçə dəfə onu səsləyərək dayanıb əşyaları qaytarmağını istəmiş, lakin həmin şəxs dayanıb bizə tərəf baxsa da hərəkətini davam etdirib qaçaraq oradan uzaqlaşmışdır. Samirə tünd zoğalı rəngli, dəri materialından olan 30 manat dəyərində qadın pul kisəsinin içərisində 3 ədəd 1 manatlıq əskinazlardan ibarət 3 manat nağd pul, 2 manata aldığı, balansında pul olmayan “Bakı kart” kartı və üzərində 05 manat dəyəri olan, balansı olmayan ***-***-**-** saylı nömrə olan 2016-cı ildə almış olduğu 300 manat dəyərində, çəhrayı rənli, “İphone 6S” markalı mobil telefon olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Ümid qızı tərəfindən Xətai RPİ-nin 37-ci PŞyə ünvanlanmış olan ərizənin surətindən görünür ki, 10 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Xətai prospekti 24 ünvanında yolun kənarı ilə hərəkət edən zaman bir nəfər tanımadığı qara şalvar və qara kapşonlu idman üslublu gödəkçə geyinmiş şəxs sol əlində tutduğu içərisində “İpone 6” markalı dəyəri 300 manat mobil telefonunu, 3 manat pulunu və Bakubas kartı olan pul qabını arxadan yaxınlaşaraq əlindən alaraq oğurlayış qaçmışdır. İş materiallarında olan təqsirini boynuna almaqla könüllü gəlmə haqqında protokoldan görünür ki, 13 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-yə gələrək təqsirini boynuna almış və oğurlanmış olan “İpone 6” markalı telefonu, 3 manat pulu və “Bakı kart” kartını təhvil vermişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 19:20-də şübhəli şəxs kimitutulmuşdur. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 19 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Nəzərli X4 Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər növündə cəzaya məhkum edilmiş və xx.xx.2019-cu tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 dekabr 2022-ci il tarixli, 9/8314 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tətqiqata təqdim edilmiş 01 ədəd çəhrayı rəngli, Çin istehsalı olan “İpone” markalı, “A1688” (6S) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 180 manat müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, könüllü gəlməsini, cinayət nəticəsində əldə etdiyi əşyaların geri qaytarmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 13 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus “İphone” markalı “A1688” (6S) model mobil telefon sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan “İphone” markalı “A1688” (6S) model mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-201/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-201/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver