Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-201/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində, fəhlə işlədiyi Bakı şəhəri, Xətai rayonu, A. Qurban küçəsi 25 saylı fərdi yaşayış evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə həmin evdə usta işləyən Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmaqla döyərək sonuncuya başın ənsə nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, uşaqlıqdan bir məhlədə böyümüşlər, Zərərçəkmiş şəxs fərdi qaydada ev təmiri ilə məşğul olur. Arabir onu da kömək etmək üçün özü ilə işlədiyi mənzillərə aparır. Təxminən bir həftə olar ki, Zərərçəkmiş şəxs, ünvan 2 ünvanında təmir üçün mənzil götürmüşdür, Zərərçəkmiş şəxs ilə birlikdə həmin mənzildə fəhlə kimi işləyib Əliyara kömək edir. xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Zərərçəkmiş şəxs ilə Xətai rayonu, A.Qurban küçəsi 25 ünvanına təmir etdikləri fərdi yaşayış evində olarkən özünü narahat hiss etdiyi üçün Əliyara bildirmişdir ki, işi var evə getməlidir. Əliyar isə bildirmişdir ki, işi qısa müddətdə yekunlaşdırıb təhvil verməyi ev sahibinə söz verib, bu zaman aralarında mübahisə başlamış, mübahisə zamanı Əliyar ona qarşı nəlayiq söyüşlər söyərək təhqir etmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək Əliyarın baş nahiyəsinə yumuruq zərbələri vuraraq oradan qaçıb getmişdir. Aralarında olan mübahisə və dava-dalaş təxminən 1 dəqiqə davam etmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, ona xəsarət yetirdiyinə görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, özü fərdi qaydada ev təmiri ilə məşğul olur. Arabir Təqsirləndirilən şəxs da kömək etməsi üçün təmir etdiyi evə aparır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs bildirmişdir ki, evdə işi var, evə getməlidir, Təqsirləndirilən şəxs bildirmişdir ki, bəs evin sahibinə söz veriblər ki, qısa müddətdə evin təmirini qurtarıb təhvil verəcəklər, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zaman Təqsirləndirilən şəxs onun baş nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vuraraq onu döymüş və çıxıb getmişdir. O, xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə gələrək ərizə yazıb Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda isə iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 05 mart 2024-cü il tarixli, 238 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024- cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; (i.v.18-19) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 mart 2024-cü il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri aldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.22) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur; (i.v.50) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan, Balaxanı qəsəbəsi, Fazenda massivi, nömrəsiz həyət evində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.51) - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 5-18 2/2 600/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İsmayıl Şıxlı küçəsində yerləşən sənədsiz evdə anası ilə birgə qeydiyyatsız yaşayırlar. Qeydiyyatsız yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi surətdə şikayət ərizəsi daxil olmamışdır; (i.v.52) - Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 5-18-2/2- 600/24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balaxanı qəsəbəsi, İsmayıl Şıxlı küçəsində anası X3 ilə qeydiyyatsız yaşayır; (i.v.53) - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 1(011)-322/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və 1 il sınaq müddəti ilə təyin edilərək 1 il müddətinə azadlıqdan məhrum cəzası şərti hesab olunaraq azad olunmuşdur. Sınaq müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır; (i.v.54-55) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 1(011)-322/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir; (i.v.56-57) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur, sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: belə ki, 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 299.3.4-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. 305.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 08 (səkkiz) iş saatına görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 08 (səkkiz) saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-201/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-201/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver