Məhkəmə qərarları › İş №1(011)-201/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-201/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-201/2025 05.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.447 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə ilə psixotrop maddənin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən 18 fevral 2025-ci il tarixdə, saat 13:41-də keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,447 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, səkkiz ildir “kakos” kimi tanıdığı narkotik vasitələri və “patı” kimi tanıdığı psixotrop maddələri müxtəlif ünvanlarda anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə edir. 18 fevral 2025-ci il tarixdə səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 20 manata bir ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddəni alıb əynindəki qara rəngli parça şalvarın sağ yan cibinə qoymuşdur. 18 fevral 2025-ci il tarixdə saat 13:41-də yaşadığı ünvana piyada gedən zaman mülki geyimli üç nəfər şəxs telefonla videoçəkiliş edərək onu saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər onun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində olan əşyaları təqdim etməsini bildirmişlər. Əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən içərisində “patı” kimi tanıdığı psixotrop maddə olan bir ədəd bükümü çıxarıb təqdim edərək tanımadığı şəxsdən “Həzi Aslanov”da 20 manata aldığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən ümumilikdə 07 manat pul, bir ədəd yaşadığı evin açarı, şalvarın sol yan cibindən 01 ədəd yaşadığı evə məxsus “Azəriqaz” plastik kartı, qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Kent” siqaret qutusu aşkar edilmişdir. Təqdim etdiyi içərisində “patı” kimi tanıdığı bir ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkildikdə 0.58 qram olması müəyyən edilərək bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalanmışdır. Bundan sonra onu dəvət edərək üzərindən aşkar edilərək büküm ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə gətirib xidməti otaqların birində təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı üzərinə keçirilən şəxsi axtarış və götürməni özündə əks etdirən bir ədəd DVD-R formatlı diskə baxış keçirmişdir. Üzərindən aşkar edilmiş büküm qablaşdırıldığı zərfdən çıxarılaraq baxış keçirilib yenidən qablaşdırılıb möhürlənib imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəkilişin yekunlaşdığını bildirilmişdir. Daha sonra hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmağı barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. Həmçinin o qeyd etmişdir ki, ağır xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Fərhat oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 18 fevral 2025-ci il tarixdə, saat 13:41-də polis kapitanı Şahid2 və polis mayoru Şahid3 ilə birlikdə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs videoçəkilişlə saxlayıb üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızını çıxarıb təqdim edərək içərisində “patı” olmasını və həmin bükümü “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə də gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalarla ilə birlikdə polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış keçirilib təkrar iştirakçıların gözü qarşısında kağızdə qablaşdırılıb, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirildikdən sonra videoçəkilişin yekunlaşdığını bildirilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsini daşıyır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 18 fevral 2025-ci il tarixdə, saat 13:41-də Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 Fərhat oğlu və polis mayoru Şahid3 ilə birlikdə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs videoçəkilişlə saxlayıb üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızını çıxarıb təqdim edərək içərisində “patı” olmasını və həmin bükümü “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə də gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalarla ilə birlikdə polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış keçirilib təkrar iştirakçıların gözü qarşısında kağızda qablaşdırılıb, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişin yekunlaşdığı bildirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ev açarı, bir ədəd “Keno” markalı siqaret, 7 manat pul və bir ədəd “Azəriqaz” palstik qaz kartı özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 18 fevral 2025-ci il tarixdə tərəflərindən əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümdəki psixotrop maddəyə oxşar metamfetaminin qablaşdırma ilə birlikdə 0.58 qram olmuşdur. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlə bükümsüz daha dəqiq tərəzidə çəkildikdə 0,447 qram olması müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,477 qram olması aydın olur. İbtidai zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsini daşıyır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 18 fevral 2025-ci il tarixdə, saat 13:41-də Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid1 Fərhat oğlu və polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs videoçəkilişlə saxlayıb üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı rəngli kağızını çıxarıb təqdim edərək içərisində “patı” olmasını və həmin bükümü “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Təqdim olunan büküm elektron tərəzidə çəkilmiş zərfdə qablaşdırılıb möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə də gətirib üzərindən aşkar edilərək qablaşdırılmış büküm və digər əşyalarla ilə birlikdə polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış keçirilib təkrar iştirakçıların gözü qarşısında kağızda qablaşdırılıb, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişin yekunlaşdığı bildirilmişdir. Videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd ev açarı, bir ədəd “Keno” markalı siqaret, 7 manat pul və bir ədəd “Azəriqaz” palstik qaz kartı özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulması haqqında protokol tərtib edilərək Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, barəsində şəxsi axtarış və götürmə keçirilərkən, bölməyə gətirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. 18 fevral 2025-ci il tarixdə tərəflərindən əməliyyat tədbirləri keçirilərkən Təqsirləndirilən şəxs küçədə saxlanılıb dərhal üzərində şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş bükümdəki psixotrop maddəyə oxşar metamfetaminin qablaşdırma ilə birlikdə 0.58 qram olmuşdur. Lakin məhkəmə-kimyəvi ekspertizasında təqdim olunan kütlə bükümsüz daha dəqiq tərəzidə çəkildikdə 0,447 qram olması müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,477 qram olması aydın olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 18 fevral 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən hər biri 1 manatlıq əskinazlar olmaqla 07 manat pul və açar, şalvarın sol yan cibindən 01 ədəd “Azəriqaz” plastik kartı, gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan, üzərində “Kent” yazısı olan 01 ədəd siqaret qutusu aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0.58 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış, həmin qablaşdırmanın üzəri saxlanılan şəxs və tərəflərindən imzalanmışdır. Üstünü yoxlama ünvan 2 ünvanında keçirilmişdir (i.v. 9-11); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “CD” formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm aşkar olunmuşdur. Sonra həmin içərisində maddələr olan büküm yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 01 ədəd “DVD” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilmişdir. “CD” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “patı” aşkar olunması barədə bildirməsi əksini tapmışdır (i.v. 15-17); şübhəli şəxsin tutulması haqqında 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:41-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/756/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,447 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 41-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 60-61); “CD-R” diskə baxış keçirilməsi haqqında 20 fevral 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 fevral 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 78-81); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 86-87); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 89-91); Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Xətai rayon MKTB-nin 96 saylı MKİS tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 111); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1009 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 118-119); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 673 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələninin təsir altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, adaptivlik, ünsiyyətçillik, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v. 122-124); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.447 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.397 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/756/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli, məhkəmənarkoloji ekspertizasının 1009 nömrəli, 20 fevral 2025-ci il tarixli və məhkəmə-psixiatrik ekspertizasının 1106 nömrəli, 13 mart 2025-ci il tarixli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər və istintaq materiallarına əlavə eidlmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 126-131). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən hər biri 1 manatlıq əskinazlar olmaqla 07 manat pul və açar, şalvarın sol yan cibindən 01 ədəd “Azəriqaz” plastik kartı, gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan, üzərində “Kent” yazısı olan 01 ədəd siqaret qutusu aşkar olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin “patı” olduğunu, həmin maddəni Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almasını bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “CD” formatlı diskə baxış keçirilir. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm aşkar olunur. Sonra həmin içərisində maddələr olan büküm yenidən qablaşdırılıb möhürlənir. Daha sonra 01 ədəd “CD” formatlı diskə HP-1187 markalı kompyuterdə baxış keçirilir. “DVD” formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində kristal şəkilli maddələr olan 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “patı” aşkar olunması barədə bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.447 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.447 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.397 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.447 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.397 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar