Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-202/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1978-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 1103 “L” nömrəsiz fərdi evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 62 ünvanında yerləşən 0,026 ha torpaq sahəsinə guya çıxarış alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 16 fevral 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Xətai rayonu 8 noyabr prospekti 36 ünvanında Asif Şıxəliyevin tanışı Şahid2 vasitəsi ilə göndərilmiş 13.000 manat pul vəsaitini alıb ələ keçirdikdən sonra 5.100 manat qaytarmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 7.900 (yeddi min doqquz yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır. Zərərçəkmiş şəxs Aqil adlı dostunun vasitəsi ilə tanımışdır. 2022-ci ilin fevral ayının əvvəllərində dostu Şahid1 demişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, "Şamaxinka" deyilən ərazidə torpaq sahəsi var, həmin sahəyə çıxarış almaq lazımdır. Aqilə demişdir ki, tanışlarının vasitəsi ilə 13.000 (on üç min) manat pul müqabilində torpaq sahəsinə çıxarış alınmasına köməklik edə bilər. Aqil bildirmişdir ki, torpaq sahəsinə çıxarış almaq istəyən Asif adlı şəxsdir. Aqil ilə danışdıqdan təxminən 10 gün sonra sonuncu bildirmişdir ki, torpaq sahəsinə çıxarış almaq istəyən şəxslərlə görüşmək üçün Bakı şəhəri, Xətai rayonu, "Zərifə” şadlıq evinin yaxınlığında yerləşən çayxanaya getmək lazımdır. Ona görə də Aqil ilə birlikdə həmin çayxanaya getmişlər. Çayxanada Şaiq və Səxavət adlı şəxslərlə görüşmüşlər. Orada bir daha Şaiqlə Səxavətə demişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işləyən tanışlarının vasitələri ilə 13.000 manat pul müqabilində 45 gün müddətində Asifin torpaq sahəsinə çıxarışın verilməsinin təmin olunmasına köməklik edəcək. Bu məzmunda danışdıqdan sonra ayrılmışlar. 2022-ci lilin fevral ayının 16-da Aqil zəng edib demişdir ki, Asif 13.000 manat pulu hazır edib Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən "X4"nda görüşmək lazımdır ki, pulu versinlər. O da razılaşmış və Aqilin dediyi vaxtda "X4”na getmişdir. Görüş yerinə çatanda Aqil və Şaiq orada olmuş, qısa müddət sonra Səxavət adlı şəxsdə yanlarına gəlmişdir. Söhbət zamanı bir daha onlara söz vermişdir ki, 13.000 manat pul müqabilində 45 gün ərzində Asifin torpaq sahəsinə çıxarış verilməsinin təmin olunmasına köməklik edəcək. Bundan sonra Səxavət 13.000 (on üç min) pulu sayıb Aqilə vermiş, Aqil də 13.000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu 13.000 manat pulu sayıb cibinə qoymuş və çay içdikdən sonra ayrılmışlar. Bu hadisədən 10 gün sonra torpaq sahəsinin hasara alınmasına köməklik etməsini də xahiş etmişlər. Ancaq torpaq sahəsinin hasara alınmasına köməklik edə bilməyəcəyini demişdir. Bir müddət sonra Şaiq demişdir ki, Asif 13.000 manat pulunu geri qaytarmasını tələb edir. O da Şaiqə bildirmişdir ki, pulu geri qaytara bilməz çıxarışın hazır olunmasına az qalıb. Asif də inanıb çıxarışın hazır olmasına möhlət vermişdir. Təxminən bir ay müddət keçəndən sonra Asif yenidən 13.000 manat pulunu geri qaytarmağını tələb etmişdir. Məcbur olub Asifə etiraf etmişdir ki, aldığı 13.000 manat pulu şəxsi istifadəsi üçün xərcləmiş, gözləsin pulunu geri qaytaracaq. Ancaq 13.000 manat pulu geri qaytara bilmədiyinə görən Aqil adlı dostu öz avtomobilini Asifin müştərisinə sataraq 13.000 manat pulun 5.100 (beş min yüz) manat hissəsini ödəmişdir. Lakin indiyədək qalan 7.900 (yeddi min doqquz yüz) manat hissəsini ödəyə bilməmişdir. Hazırda borcundan 1000 manat ödəmək istədiyini, zərərçəkmiş şəxslə barışmaq istədiyini, törətdiyi əmələ görə səmimi olaraq peşmanlıq hissi keçirdiyini bildirmiş və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs sonuncunun tanışı Şahid1 Əlqam oğlunu Şaiq adlı tanışının vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs və Şahid1 tanımağının səbəbi isə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektinin sağ kənarında inşa edilmiş "Ucuzluq" mağazasının yanında yerləşən boş torpaq sahəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürməyə köməklik edəcəkləri olmuşdur. Belə ki, qeyd olunan boş torpaq sahəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürmək istəyirmiş. Bu məqsədlə tanışı Şaiqə müraciət etmiş, sonuncu da demişdir ki, 30 ildir tanıdığı Şahid1la danışıb cavab deyər. Bir müddət keçəndən sonra Şaiq demişdir ki, Şahid1la danışmış və sonuncu demişdir ki, 13.000 (on üç min) manat pul müqabilində qeyd olunan torpaq sahəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürməyi ilə bağlı müqavilə bağlanılmasının təmin edilməsinə köməklik edəcək. Ancaq həmin ərəfədə işdə olduğuna görə 13.000 manat pulun Şahid1 çatrıdılması üçün dostu Şahid2 verib demişdir ki, 13.000 manat pulu Şaiqin vasitəsi ilə Şahid1 çatdırsın. Şahid2 də 13.000 manat pulu Şahid1 çatdırılması üçün Şaiqlə əlaqə saxlamış sonuncu da Şahid2 Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "Zərifə" restoranına dəvət etmişdir. Şahid2 də həmin restorana gedib orada 13.000 manat pulu Şaiqin yanında Şahid1 vermiş, sonuncu da onların yanında 13.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxsla Şahid1 13.000 manat pulu aldıqlarından 2-3 gün keçəndən sonra torpaq sahəsinə baxış keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətindən əməkdaşlar gəlmədiyinə görə Şaiqə zəng edib demişdir ki, Elşənlə Aqildən xəbər alsın ki, nə üçün indiyədək torpaq sahəsinə baxış keçirən olmayıb. Şaiq də Elşənin mobil nömrəsini vermişdir ki, sonuncu ilə özü əlaqə saxlayıb aydınlaşdırsın. O, Elşənə zəng edib indiyədək torpaq sahəsinə baxış keçirilmədiyinin səbəbini xəbər almışdır. Elşəndə 2-3 gün müddətinə gələcəklərini bildirmişdir. Elşənə demişdir ki, axı Əmlak Məsələləri Dövlət Xidmətindən əməkdaşların gəlməsi üçün ərizə yazmalıdır. Elşən də bildirmişdir ki, əməkdaşlar özləri hazır edib əlaqə saxlayacaqlar. Elşənin bu cavabından şübhələnmişdir. Çünki Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının özləri kiminsə adına hazır ərizə yazmırlar. Bundan sonra Aqilə zəng edib bu barədə məlumat vermişdir. Aqil də demişdir ki, heç bir narahatçılıq ola bilməz, narahatçılıq olarsa cavabdehdir. Bir müddət gözləsə də ancaq sənədləşmə İşlərinin aparılmadığını görüb yenidən Elşənə və Aqilə zəng edib sənədləşmənin çox uzandığını deyib onlara iradını bildirmişdir. Elşənlə Aqil də demişlər ki, 3 ay müddətinə sənədlər düzələcək. 3 ay keçəndən sonra yenidən Elşənə və Aqilə zəng edib onlarla görüşmüş və onların danışıqlarından başa düşmüşdür ki, onu aldadıblar. Ona görə də onlardan almış olduqları 13.000 manat pulu qaytarmalarını tələb etmişdir. Elşənlə Aqil də söz vermişlər ki, səhəri günü 13.000 manat pulunu özünə qaytaracaqlar. Ancaq onlar vədlərinə əməl etməmişlər. Onlara demişdir ki, aldadaraq 13.000 manat pulunu ələ keçirmələrindən şikayət edəcək. Aqil də özünə məxsus "Mersedes Benz S" markalı, 2000ci il buraxılışlı avtomobilini 6.000 (altı min) manat dəyərində qiymətləndirərək 13.000 manat puldan 6.000 manat hissəsəsini ödədiyini demişdir. Qeyd olunan avtomobili Aqildən qəbul edib yoxlayan zaman məlum olmuşdur ki, avtomobilin 900 manat inzibati cəriməsi var. Bu barədə Aqilə məlumat vermiş və sonuncu demişdir ki, 900 manat pulu avtomobilin qiymətindən çıxsın. Beləliklə Aqil 13.000 manat puldan 5.100 manat qaytarmış, qalan məbləği isə qısa zamanda ödəyəcəklərinə söz vermişlər. Lakin 7.900 (yeddi min doqquz yüz) manat məbləğində pulu qaytarmadıqlarına görə barələrində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 5 ildən çoxdur tanıyır, aralarında dostluq münasibətləri var. Həmçinin Səxavət adlı şəxslə də dostluğu var. 2022-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs onunla və Səxavətlə danışan zaman Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən 2.60 ha torpaq sahəsinə çıxarış almaq istədiyini bildirmişdir. Asifə demişdir ki, Aqil adlı tanıdığı şəxsdən torpaq sahəsinə çıxarış alınmasının yolunu öyrənib cavab verər. Bundan sonra bu barədə tanışı Aqil adlı şəxsə müraciət etmiş, sonuncu da maraqlanıb cavab verəcəyini demişdir. Aqillə danışandan bir neçə gün sonra sonuncu telefonla əlaqə saxlayıb görüşmək istədiyini bildirib görüşə dəvət etmişdir. Aqillə görüşə Səxavət adlı dostu ilə birlikdə gedib Bakı şəhəri, Xətai rayonu, "Zərifə” şadlıq evinin yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Aqil görüşə Elşən adlı şəxslə gəlmişdir. Çayxanada Aqil onları Elşənlə tanış edib demişdir ki, sonuncunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində tanışları var və onların vasitələri ilə Asifin torpaq sahəsinə çıxarış ala biləcək. Elşən Səxavətlə onu əmin etmişdir ki, Aqilin torpaq sahəsinə çıxarış alınmasına köməklik edəcək və qısa zamanda çıxarış veriləcək. Daha sonra Elşən çayxanadan bayıra çıxıb kiminləsə telefonla danışıb geri qayıdıb Səxavətlə ona demişdir ki, 13.000 manat pul qarşılığında 45 gün müddətində Aqilin torpaq sahəsinə çıxarışın verilməsini təmin edəcək. Onlardan ayrıldıqdan sonra Asiflə görüşüb bu barədə məlumat vermişdir. Asif də Elşənin təklifi ilə razılaşmışdır. Bir neçə gündən sonra, təxminən 2022-ci lilin fevral ayının 16-da Zərərçəkmiş şəxs vacib işi olduğuna görə Səxavət adlı dostları ilə görüşüb 13.000 manat pulu Elşənə çatdırmaq üçün Səxavətə vermişdir. Səxavətdə zəng edib Elşənə çatdırılması üçün Asifin 13.000 manat pulu ona verdiyini demişdir. O da Aqilə zəng edib 13.000 manat pulun hazır olduğunu demişdir. Aqil də bir neçə dəqiqədən sonra zəng edib Elşənlə danışdığını bildirib Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən "Zərifə" şadlıq sarayında görüşməyə dəvət etmişdir. Razılaşdıqları vaxtda əvvəlcə Aqil gəlmiş, daha sonra Elşən gəlmiş, sonuncudan sonra Səxavət yanlarına gəlmişdir. Elşən bir daha bildirmişdir ki, 13.000 manat pul müqabilində 45 gün ərzində Asifin torpaq sahəsinə çıxarış verilməsini təmin edəcək. Səxavət inanaraq Asifin Elşənə çatdırılması üçün verdiyi 13.000 manat pulu sayıb Aqilə vermiş, Aqil də 13.000 manat pulu gözlərinin qarşısında Elşənə vermiş, sonuncu da 13.000 manat pulu sayıb cibinə qoymuşdur. Birlikdə çay içdikdən sonra ayrılmış. 45 gün keçəndən sonra Aqilə zəng edib Elşənlə danışaraq çıxarışın nə vaxt hazır olacağını öyrənib məlumat verməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Aqil demişdir ki, Elşən bildirir ki, 2-3 gün müddətinə çıxarış hazır olacaq. Ancaq həmin gündən sonra Elşən müxtəlif bəhanələrlə çıxarışın hazır olacağı günü uzatmağa başlamışdır. Sonda isə Asif Elşənin bizi aldatdığını başa düşüb almış olduğu 13.000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Hər dəfə Elşən müxtəlif bəhanələrlə vaxtı uzadaraq almış olduğu pulu qaytaracağını desə də sonda zənglərinə cavab verməmişdir. Aqilin vasitəsi ilə Elşənin qardaşı Raminlə görüşüb Elşənin onları aldatdığını demişlər. Ramin də 13.000 manat pulun geri qaytarılması üçün Elşəni başa salacağına söz vermişdir. Ancaq bundan sonra da Elşən 13.000 manat pulu geri qaytarmayaraq gizlənmişdir. Aqilə demişdir ki, Elşəni tapıb 13.000 manat pulu geri qaytartsın. Aqil də məcbur olub Elşənin aldığı 13.000 manat pulun əvəzinə özünə məxsus "Mersedes Benz S" markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan, 2000-ci il buraxılışlı avtomobili 6000 (altı min) manat dəyərində qiymətləndirərək 13.000 manat puldan 6.000 manat hisəsəsini ödədiyini demiş, Asif də avtomobili qəbul etmişdir. Ancaq avtomobilin 900 manat məbləğində cəriməsi olduğuna görə 900 manat pulu avtomobilin qiymətindən çıxmışdır. Lakin bu günədək 7.900 (yeddi min doqquz yüz) manat məbləğində pulu Elşən qaytarmayaraq gizlənmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2004-cü ildən tanıyır, aralarında yaxın dostluq münasibətləri var. Şahid3 hər ikisinin yaxın dostudur. 2022-ci ilin fevral ayının əvvələrində Zərərçəkmiş şəxs Şaiqə müraciət etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən 2.60 ha torpaq sahəsinə çıxarış almağa köməklik edə bilərmi. Şaiq də bu barədə Aqil adlı tanıdığı şəxslə danışmış və sonuncu da Elşən adlı tanıdığı şəxslə danışdıqdan sonra onları Bakı şəhəri, Xətai rayonu, "Zərifə” şadlıq evinin yaxınlığında yerləşən çayxanaya görüşə dəvət etmişdir. Şaiqlə birlikdə çayxanaya getmişlər və orada Aqil onları Elşən adlı şəxslə tanış edib demişdir ki, sonuncunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində tanışları var və onların vasitələri ilə Asifin torpaq sahəsinə çıxarış ala bilər. Bundan sonra Elşən çayxanadan bayıra çıxıb telefonla kiminləsə danışıb geri qayıdıb demişdir ki, Asifin torpaq sahəsinə çıxarışı 13.000 manat pul qarşılığında, 45 gün müddətində düzəldə bilər. Danışıqlarından sonra bu barədə Asifə demiş, Asif də razılaşmışdır. Bir neçə gündən sonra, yəni 16 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs metronun Nərimanov stansiyası yaxınlığında onunla görüşüb vacib işi olduğunu bildirib 13.000 manat pulu verib xahiş etmişdir ki, Elşənə çatdırsın. Asifin xahişini nəzərə alıb razılaşaraq 13.000 manat pulu sonuncudan götürüb Şaiqə zəng edib bildirmişdir ki, 13.000 manat pulun Elşənə çatdırılması üçün Asif ona verib. Şaiq də bu barədə Aqillə danışdıqdan sonra Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən "Zərifə” şadlıq sarayında Aqil ilə Elşənlə görüşəcəklərini demişdir. 16 fevral 2022-ci il tarixdə təxminən saat 20:30 radələrində "Zərifə” şadlıq sarayına getmişlər. Ora çatanda Şaiq, Aqil və Elşən artıq masada əyləşib çay içirmişlər. Onlarla görüşdükdən sonra masanın arxasında əyləşib Asifin verdiyi 13.000 manat pulu sayıb Şaiqə vermiş, sonuncu da 13.000 manat pulu sayıb Aqil vermiş. Aqil də yanlarında 13.000 manat pulu sayıb Elşənə vermişdir. Elşən də pulu sayıb cibinə qoyduqdan sonra bir daha bildirmişdir ki, 13.000 manat pul müqabilində 45 gün ərzində Asifin torpaq sahəsinə çıxarış verilməsinin təmin edilməsinə köməklik edəcək. Lakin 45 gün keçəndən sonra Elşən çıxarışın verilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə çıxarışın hazır olacağı günü uzatmağa başlamışdır. Sonda isə başa düşmüşdür ki, Elşən onları aldadır. Buna görə də Asif Elşəndən 13.000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. Hər dəfə Elşən müxtəlif bəhanələrlə vaxtı uzatmış, sonda isə telefonlarını söndürüb gizlənmışdir. Aqilin vasitəsi ilə Elşənin qardaşı Raminlə görüşüb Elşənin onları aldatdığını demişdir. Ramin də 13.000 manat pulun geri qaytarılması üçün Elşəni başa salacağına söz vermişdir. Ancaq bundan sonra da Elşən 13.000 manat pulu geri qaytarmayaraq gizlənmişdir. Şaiq Aqilə demişdir ki, Elşəni tapıb 13.000 manat pulu geri qaytarsın. Aqil də Elşənin aldığı 13.000 manat pulun əvəzində özünə məxsus "Mersedes Benz S" markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan, 2000-ci il buraxılışlı avtomobilini 6.000 (altı min) manat dəyərində qiymətləndirərək 13.000 manat puldan 6.000 manat hisəsəsini ödəmişdir. Asif də avtomobili qəbul etmişdir. Ancaq avtomobilin 900 manat məbləğində cəriməsi olduğuna görə 900 manat pulu avtomobilin qiymətindən çıxmışdır. Elşən isə 7.900 (yeddi min doqquz yüz) manat məbləğində pulu qaytarmamışdır. Buna görə də Asif Elşəndən şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Əlqam oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostu Şahid3 vasitəsi ilə 2022-cü ilin fevral ayında tanımışdır. Belə ki, 2022-ci ilin fevral ayında Şahid3 onunla danışan zaman demişdir ki, tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən 0.026 ha torpaq sahəsinə çıxarış almağa köməklik edə biləcək şəxs axtarır. Qonşuluğunda yaşayan, tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və sonuncunun bu kimi işlərə köməklik edə bildiyini demişdir. Belə ki, Şahid3 bu barədə ona müraciət etməmişdən təxminən 1 il əvvəl Təqsirləndirilən şəxsla danışan zaman sonuncu demişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsində yaxın tanışları var onların vasitələri ilə torpaq sahələrinə və mənzillərə çıxarışların verilməsinə köməklik edə bilir, əgər belə bir şəxs olarsa müraciət edə bilər. Buna görə də Şaiqə demişdir ki, Elşənlə danışıb cavab deyər. Şaiqlə danışandan sonra Elşənə zəng edib Nəsimi rayonu, Moskva prospektində yol kənarında yerləşən torpaq sahəsinə çıxarış verilməsinə köməklik lazımdır. Elşəndə demişdir ki, 13.000 manat pul qarşılığında 0,026 ha torpaq sahəsinə çıxarışın verilməsinə köməklik edə bilər. Elşənlə danışandan sonra bu barədə Şaiqə məlumat vermişdir. Bir neçə gündən sonra Şaiq demişdir ki, Elşənlə görüşüb danışmaq İstəyirlər. Ona görə də Elşənə məlumat vermiş və Elşən, Şaiq, ümumi tanışları Səxavətlə birlikdə Xətai rayonu, 8 noyabr prospekti 36 ünvanında yerləşən "Zərifə" şadıq evinin həyətində kabinetdə əyləşib danışmışlar. X3 demişdir ki, 13.000 manat pul qarşılığında 45 gün müddətində torpaq sahəsinə çıxarışın verilməsinə köməklik edə bilər. Bu barədə danışıqlarından sonra ayrılmışlar. 16 fevral 2022-ci il tarixdə Şaiq zəng edib demişdir ki, 13.000 manat pul Səxavətdədir, Elşənlə görüşüb pulu ona çatdırmaq istəyirlər. O da Elşənə zəng edib bu barədə məlumat vermiş və sonuncu demişdir ki, həmin günü saat 20:30-da Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən "X4'nda görüşsünlər. Elşənlə danışandan sonra bu barədə Şaiqə məlumat vermiş və təyin olunan vaxtda şadlıq evinin həyətinə getmişdir. Orada Şaiq, Səxavət və Elşənlə görüşmüşlər. Yanında Səxavət 13.000 manat pulu sayıb qarşısına masanın üzərinə qoyduğuna görə sonuncuya bildirmişdir ki, pulu ona deyil, Elşənə vermək lazımdır sənədi düzəldən odur deyib 13.000 manat pulu əli ilə Elşənin qarşısına sürüşdürmüşdür. Elşən də 13.000 manat pulu sayıb cibinə qoyduqdan sonra bir daha bildirmişdir ki, 13.000 manat pul müqabilində 45 gün ərzində Asifin torpaq sahəsinə çıxarış verilməsini təmin etdirəcək. Lakin 45 gün keçəndən sonra Elşən çıxarışın verilməsini təmin etməmiş və müxtəlif bəhanələrlə çıxarışın hazır olacağı günü uzatmağa başlamışdır. Sonda isə Asiflə birlikdə Elşənlə görüşüb sonuncudan 13.000 manat pulu geri qaytarmasını tələb etmişdir. Elşən də qaytaracağına söz versədə qaytarmamışdır. Şaiqin, eyni zamanda Asifin xətirlərini çox istədiyinə görə, eyni zamanda onlarla Elşəni tanış etdiyinə görə Elşənin aldığı 13.000 manat pulun əvəzinə özünə məxsus olan "Mesedes Benz S" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 6.000 manat məbləğində dəyərləndirib Asifə vermişdir ki, satıb pulunun bir qismini əldə etsin. Asif də demişdir ki, yoxlatdırıb avtomobilinin 900 manat cəriməsi var. Asifə demişdir ki, 900 manat pulu avtomobilin qiymətindən çıxsın. Beləliklə Elşənin ələ keçirdiyi 13.000 manat puldan 5.100 manat hisəssini yoldaşlıq xatirinə ödəmişdir. Bundan sonra Elşənə demişdir ki, ona görə avtomobilini 5.100 manat dəyərində qiymətləndirib Asifə verib. Qalan 7.900 manat pulu qaytarsın. Lakin Elşən müxtəlif bəhanələrlə 7.900 manat pulu geri qaytarmamışdır. Ona görə də Asif Elşəndən şikayət etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs, Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs torpaq sahəsinə çıxarış verilməsində köməklik edəcəyi adı ilə aldığı 13.000 manat puldan ona, Şahid2 və Şahid3 hər hansı bir məbləğdə pul verilməyib və heç birinin bu barədə marağı olmayıb. Elşən də, Səxavət də, Şaiq də yaxın tanışları olduğuna, onların arasında söz-söhbət böyüməsin deyə öz avtomobilini 6.000 manata dəyərləndirib Asifə vermişdir ki, qalan pulu da Elşən ödəyər və aralarında olan söz-söbət bitər. Ancaq sonda Elşən düzgün hərəkət etməyərək Asifin 7.900 manat pulunu qaytarmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 oktyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilərək cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə qəbul edilmiş Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Ağəliyevin 02 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilib fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v. 1-2) - 11 oktyabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır; (i.v. 30) - 14 oktyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v. 33- 34) - 04 noyabr 2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.1978-ci ildə İsmayıllı rayonunda doğulmuş, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi 1103 “L” saylı bağ evində qeydiyyatda olan Təqsirləndirilən şəxs (AA 3230096) olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına verilməsi məqsədi ilə barəsində axtarış elan olunmuşdur; (i.v. 57) - 04 noyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (i.v. 58) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 dekabr 2024-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir; (i.v. 61-62) - Bakı Şəhər Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin 14 fevral 2025-ci il tarixli 55-4/2-1531 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə təqsirləndirilən və barəsində 110158/25 saylı axtarış işi olan Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə tutularaq, Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir; (i.v. 66) - 14 fevral 2025-ci il tarixli axtarışda olan şəxsin yaxalanması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə 12:15 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı axtarışda olan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır; (i.v. 67) - 14 fevral 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı aparılmışdır; (i.v. 68) - 15 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; (i.v. 89-90) - 15 fevral 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, xx.xx.1978-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 1103 "L" nömrəsiz fərdi evdə qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Xətai RPİ İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Ağəliyevin 1 (bir) ay 23 (iyirimi üç) gün müddətinə «həbs qətimkan tədbirinin seçilməsinə dair qaldırılmış vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmşdir; (i.v. 108-109) - 15 fevral 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.1978-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 1103 "L" nömrəsiz fərdi evdə qeydiyyatda olan, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; (i.v. 110-111) - 07 mart 2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təqsirli şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsi protokolları sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v. 116- 124) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək 14 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 235 (iki yüz otuz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 01 (bir) gün həbsdə saxlama müddəti 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 235 (iki yüz otuz beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-202/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-202/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver