Məhkəmə qərarları › İş №1(011)-203/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-203/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-203/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluqcinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, istintaqa şəxsiyyəti məlum olmayan Ziya adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində ünvan 1 “A” saylı ünvanla üzbəüz yerləşən “Kövsər” mərasim evinin qarşısında Zərərçəkmiş şəxs ilə görüşüb öz şəxsi işləri ilə əlaqədar, yəni anasını həkimə aparmaq adı ilə aldadaraq, sonuncuya məxsus 2007-ci il buraxılışlı gümüşü metalik rəngli “Opel Astra” markalı az ** TU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini ələ keçirərək, verdiyi vədə əməl etməmiş və Zərərçəkmiş şəxs 13.000 (on üç min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs dostu Arazın vasitəsi ilə tanımışdır. Arazla isə o, təxminən 2 il bundan əvvəl ümumi tanışları vasitəsi ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Daha sonra o, 2018-ci ilin qış aylarında işləmək məqsədi ilə Arazla birlikdə Qazaxıstan Respublikasının Astana şəhərinə getmişdir. Araz həmin şəhərdə əsasən meyvə tərəvəz alveri ilə məşğul olmuşdur. Ora çox soyuq olduğuna görə o, orada 1 aya yaxın qalmış və sonra işləyə bilmədiyi üçün Azərbaycana qayıtmış və lakin buna baxmaytaraq Arazla yenə də telefonla əlaqə saxlamış, hal-əhval tutmuşdur. O, orada olduğu zaman Arazla bir yerdə yaşamışdır. Orada olduğu 1 ay müddətində Arazla heç bir iş görə bilməmiş və pul qazanmaışlar. Buradan özləri ilə götürdüyü pulları xərcləmişlər. O, qayıtdıqdan bir müddət sonra Araz da vətənə gəlmişdir. Sonradan Araz yenə də ora qayıtmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində o, uşaqlıqdan Bakı şəhəri, Yeni Yasamal qəsəbəsində yaşadığı vaxtlardan tanıdığı yalnız adının Ziya olduğunu bildiyi şəxs ona tanış avtomobil olsa kimisə aldadıb pul alacağını və əldə edəcəyi pulu onunla böləcəyini bildirmişdir. O, fikirləşmiş və tanışı Arazın qardaşı Azadın avtomobilini bu yolda istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Araza telefonla «WhatsApp» proqramında yazmışdır. Anasının yalandan xəstə olduğunu bildirmiş və xəstəxanaya aparmaq istədiyini deyərək qardaşı Azada məxsus olan avtomobili bir saatlıq ona verməsini xahiş etmişdir. Saat təxminən l8:00 radələrində o, Azadla zəngləşmiş və ünvan 1a ünvanında yerləşən «Kövsər» mərasim evinin yanında Azadla görüşmüş və bir saatlıq avtombillə anasını xəstəxanaya aparacağını deyərək Azadı aldatmış və lazım olduğunu deyərək «OPEL ASTRA» markalı **-TU-*** dövlət nömrə nişanlı avtomobili Azaddan almışdır. Bundan sonra avtomobili yaxşı idarə edə bilmədiyi üçün həmin avtomobili həmin yerdən təxminən 300 metr aralıda yerləşən «Xəzər» dairəsinin yanında tanıdığı Ziya adlı şəxsə vermişdir. Ziya onu orada düşürmüşdür. Gözləməyini deyib onu həmin dairədə düşürmüşdür. Bundan sonra onun avtomobildən xəbəri olmamışdır. Ziyanı çox axtarsa da o, Ziyanı tapa bilməmişdir. Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmişdir. Əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, təxminən 2017-ci ilin yay aylarında özü üçün gümüşü rəngdə olan “Opel” markalı, **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin vaxtdan etibarən həmin avtomobili idarə etmişdir. Həmin avtomobillə o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayının 3-də evdə maddi sıxıntılarla bağlı olaraq avtomobili Şahid1 girov qoymuşdur. Avtomobil özündə qalmışdır. Həmin şəxsdən o, 5000 (beş min) manat pul götürmüşdür. 5000 manat pul üçün isə o, hər ay həmin şəxsə 500 manat ödəməklə, 15 aylıq cəmi 7500 manat pul ödəməli imiş. Bu onların aralarında bağlanmış müqavilə olmuşdur. O, hazırda həmin puldan 2 ay olmaqla cəmi 1000 manat pul ödəmişdir. Bundan sonra o, ödəniş etməmişdir. 2019-cu ilin oktyabr ayının 7-də saat təxminən 18:00 radələrində o, hazırda Qazaxıstan Respublikasının Almata şəhərində daimi olaraq yaşayan qardaşı X7 ilə telefon vasitəsilə danışdığı zaman Araz tanışı, onun isə arada bir gördüyü, üzdən tanıdığı, aralarında dərin münasibətləri olmayan Təqsirləndirilən şəxs adlı şəxsə 1 saatlıq anasını həkimə aparmaq üçün özünə məxsus olan avtomobilini verməyini ondan xahiş etmişdir. Bundan sonra Samir ona zəng etmişdir. O, həmin gün saat 18:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2 A saylı binanın qarşısında yerləşən «Kövsər» mərasim evinin qarşısında Samir ilə görüşmüşdür. O, özünə məxsus avtomobilini bir saatlıq Təqsirləndirilən şəxs vermişdir ki, Samir öz şəxsi problemini həll etsin. Samirlə razılaşmışdır ki, Samir problemini həll etdikdən sonra avtomobili onun yaşadığı evin qarşısına gətirəcəkdir. Bundan sonra o, Samirdən ayrılmışdır. O, öz işləri ilə məşğul olmuşdur. Xeyli müddət gözləmiş, lakin Samirdən xəbər çıxmamışdır. Bir neçə dəfə telefon vasitəsi ilə o, Samirlə əlaqə saxlamış, avtomobili gətirəcəyini vəd etmiş, lakin bir müddət sonra ümumiyyətlə Samirə zəng çatmamışdır. Daha sonra həmin günün səhəri saat təxminən 05:00 radələrində Samir onun mobil nömrəsinə zəng edərək avtomobili gətirəcəyini bildirmişdir. Günortaya kimi gözləmişdir. Günorta o, Samirin yaşadığı mənzilə getmişdir. Samirin bacısı narahat olmamağı bildirmişdir. Daha sonra Samirin bacısı da ona cavab verməmişdir. Axşam yenə də o, Samirin bacısının yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsində İcra hakimiyyəti ilə üzbəüz yerləşən binaya getmiş, lakin Samiri tapa bilməmişdir. Bacısı qapını açmamışdır. Həmin günün səhərisi Samir onu yenə aldatdığına görə polisə şikayət etmişdir. Onun avtomobilinin həmin günə qiyməti 13.000 manat olmuşdur. Təqsirləndirilən şəxs ona 13.000 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu Azərin oğludur və eyni ünvanda yaşayırlar. Azad təxminən 2017-ci ilin yay aylarında özü üçün gümüşü rəngdə olan “Opel” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin vaxtdan etibarən həmin avtomobili idarə etmiş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayının 3-də evdə maddi sıxıntılarla bağlı olaraq avtomobili Şahid1 girov qoymuşdur. Avtomobil Azadda qalmışdır. Həmin şəxsdən 5.000 manat kreditə pul götürmüşdür. 5.000 manat pul üçün isə o, hər ay həmin şəxsə 500 manat ödəməklə, 15 aylıq cəmi 7500 manat pul ödəməli imiş. Azad həmin puldan Gündüzə cəmi 1.000 manat ödəmişdir. Bundan sonra ödəniş etməmişdir. 2019-cu ilin oktyabr ayının 9-da bilmişdir ki, nəvəsi Azad, 2019-cu ilin oktyabr ayının 7-də saat təxminən 18:00 radələrində hazırda Qazaxıstan Respublikasının Almata şəhərində daimi olaraq yaşayan qardaşı X5 telefonla danışdıqları zaman xahişi ilə, tanıdığı Təqsirləndirilən şəxs bir saatlıq anasını həkimə aparmaq üçün özünə məxsus olan avtomobilini verməsini xahiş etdiyinə görə həmin gün saat 18:30 radələrində Samirlə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2 A saylı binanın qarşısında yerləşən Kövsər mərasim evinin qarşısında görüşmüşlər. Azad özünə məxsus avtomobili 1 saatlıq Təqsirləndirilən şəxs vermişdir ki, Samir öz şəxsi problemini həll etsin. Samirlə razılaşmışlar ki, Samir problemini həll etdikdən sonra avtomobili Azadın iş yerinə gətirsin. Bundan sonra Samirdən ayrılmışdır. Azad xeyli müddət gözləsə də, Samirdən xəbər çıxmamış, bir neçə dəfə telefon vasitəsi ilə Samirlə əlaqə saxlasa da o, avtomobili gətirəcəyini vəd etsədə, bir müddət sonra ümumiyyətlə Samirə zəng çatmamışdır. Daha sonra, Samirlə bir neçə dəfə telefonla danışılsada Samir hər dəfə ayrı ayrı bəhanələr gətirmiş və avtomobili qaytarmamışdır. Həmin günün səhərisi, Samir nəvəsini yenə də aldatdığına görə Azad polisə şikayət etmişdir. Həmin gündən bu günə kimi Samir avtomobilimi qaytarmamışdır. Samir bir neçə dəfə gəlini X1 ilə danışmış, avtomobilin onda olduğunu, gizlətdiyini, heç kimin onu tapa bilməyəcəyini bidirmişdir. Hətta güya ki, kreditin özü tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin heç bir ödəniş etməmişdir. Bu müddət ərzində Azad bir neçə dəfə Samirin Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən ata evlərinə getsə də heç kimi tapa bilməmişdir. Avtomobilinin həmin günə qiyməti 13.000 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. O, Azadın təxminən 2017-ci ilin yay aylarında özü üçün gümüşü rəngdə olan “Opel” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını bilmişdir. Həmin vaxtdan etibarən qeyd olunan avtomobili idarə etmişdir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayının 3-də Azad maddi sıxıntıları ilə bağlı ona müraciət edərək pul verməyini xahiş etmişdir. O, ən yaxşı halda avtomobilini öz adına sənədləşdirdən sonra Azada pul verə biləcəyini bildirmişdir. Avtomobil Azadda qalmışdır. Avtomobili onun adına sənədləşdirmişlər və Azada 5.000 manat kredit kimi pul vermişdir. Razılıq belə olmuşdur ki, 5.000 manat pul üçün, Azad hər ay ona 500 manat ödəməklə, 15 aylıq cəmi 7500 manat pul ödəməlidir. Azad həmin vaxtdan sonra ona cəmi 1.000 manat ödəmişdir. Bundan sonra ödəniş etməmişdir. 2019cu ilin oktyabr ayının 9-da bilmişdir ki, Azad 2019-cu ilin oktyabr ayının 7-də saat təxminən 18:00 radələrində hazırda Qazaxıstan Respublikasının Almata şəhərində daimi olaraq yaşayan qardaşı X5 telefonla danışdıqları zamanı tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsə bir saatlıq anasını həkimə aparmaq üçün özünə məxsus olan avtomobilini verməsini xahiş etdiyinə görə həmin gün saat 18:30-da Samirlə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 2 A saylı binanın qarşısında yerləşən «Kövsər» mərasim evinin qarşısında görüşmüşlər. Azad özünə məxsus avtomobili bir saatlıq Təqsirləndirilən şəxs vermişdir ki, Samir öz şəxsi problemini həll etsin. Samirlə razılaşmışlar ki, Samir problemini həll etdikdən sonra avtomobili Azadın iş yerinə gətirsin. Bundan sonra onunla ayrılmışlar. Azad xeyli müddət gözləsə də Samirdən xəbər çıxmamış, bir neçə dəfə telefon vasitəsi ilə Samirlə əlaqə saxlasa da Samir, avtomobili gətirəcəyini vəd etsədə, bir müddət sonra ümumiyyətlə Samirə zəng çatmamışdır. Daha sonra, Samirlə bir neçə dəfə telefonla danışılsada Samir hər dəfə ayrı-ayrı bəhanələr gətirmiş və avtomobili qaytarmamışdır. Həmin günün səhərisi Samir Azadı yenə də aldatdığına görə polisə şikayət etmişlər. Həmin gündən bu günə kimi Samir avtomobilini qaytarmamışdır. Samir bir neçə dəfə Azadın anası X1 ilə dammış, avtomobilin onda olduğunu, gizlətdiyini, heç kimin tapa bilməyəcəyini bidirmişdir. Hətta guya ki, kreditin onun tərəfindən ödəniləcəyini bildirmişdir. Lakin heç bir ödəniş etməmişdir. Bu müddət ərzində Azad bir neçə dəfə Samirin Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən ata evlərinə getsədə heç kimi tapa bilməmişdir. Avtomobilin həmin günə qiyməti 13.000 manat olmuşdur. Təqsirləndirilən şəxs Azada 13.000 manat maddi ziyan vurmuşdur. O, Azada verdiyi pulu özü ilə razılaşmışdır ki, Azad özü ona hissə-hissə qaytaracaqdır. Avtomobil onun adına olsa da, faktiki olaraq Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 95-ci vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 149-152-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 4(011)-236/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 228-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pespublika Psixatriya Xəstəxanasının xx xxx 2020-ci il tarixli, 3481 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 230-cu vərəqəsində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx xxx 2020-ci il tarixli, 760 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin 236-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserin xx xxx 2020-ci il tarixli, 1358 nömrəli məktubundan görünür ki, Əhmədov X3 şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin 237-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanserin xx xxx 2020-ci il tarixli, 1644 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin 232-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 xx xxx 2020-ci il tarixli, 016-43894-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 233-cü vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(011)-157/2020 saylı qərarına əsasən cinayət işi üzrə cinayətin bilavasitə predmeti olan, Şahid1 məxsus, 2007-ci il buraxlışl, gümüşü metallik rəngli, W0L0AHL********** ban nömrəli, ** TU *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilin axtarışı elan olunmaqla, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Cinayət işinin 249-257-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A3” markalı mobil telfon və həmçinin həmin mobil telefona baxış zamanı götürülmüş səs yazıları, foto şəkilləri və video görüntüləri özündə əks etdirən “CD” disk ayrılmış cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 259-261-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırıldığından cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui istifadə edərək ələ keçirmiş “Ziya” adlı şəxs barəsində şəxsə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ayrıca ********* nömrəli müstəqil cinayət işi ayrılmışdır. Cinayət işi müstəqil icraata qəbul edilmişdir. Cinayət işinin 71-72 və 90-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-ci maddəsinə əsasən 03 (üç) ay 16 (on altı) gün vaxtından əvvəl şərti azad edilmişdir; 2) X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 178.1, 215.2.1, 215.2.4, 215.2.7, 221.2.1, 221.2.2, 221.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 3) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 05 (beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 79-87-ci vərəqələrində olan X8 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2005-ci il tarixli, A-0323/05 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4-cü maddələri ilə təqsirli bilinərək, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215.2.1, 215.2.4, 215.2.7-ci maddələri ilə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2013-cü il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona dəymiş ziayn tam olaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, TT**********3203250 nömrəli “xxxxxxxxxxxx”ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3.250 (üç min iki yüz əlli) manat Maliyyə Nazirliyi – Dövlət Xəzinarlığı Agentliyinə ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilirki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluqcinayət əməlini törətməsi onun, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 5(011)-157/2020 saylı qərarına əsasən cinayət işi üzrə cinayətin bilavasitə predmeti olan, Şahid1 məxsus, 2007-ci il buraxlışl, gümüşü metallik rəngli, W0L0AHL********** ban nömrəli, ** TU *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilin axtarışı elan olunmaqla, həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə zərurət aradan qalxdığından, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən cinayətin bilavasitə predmeti olan, Şahid1 məxsus, 2007-ci il buraxlışlı, gümüşü metallik rəngli, W0L0AHL********** ban nömrəli, ** TU *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə zərurət aradan qalxdığından, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən cinayətin bilavasitə predmeti olan, Şahid1 məxsus, 2007-ci il buraxlışl, gümüşü metallik rəngli, W0L0AHL********** ban nömrəli, ** TU *** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar