Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-203/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - İsmayılov Natı̇ q İltı̇ fat oğlunun və Mı̇ rzəlı̇ yev Cahangı̇ r Rauf oğlunun, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızının və Səlı̇ mov Rafı̇ q Sənan oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-752/23 nömrəli, 09 dekabr 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək güya Gürcüstan Respublikasından avtomobil gətirib sataraq qazanc əldə etməklə aralarında böləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan 29 may 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Xocalı prospekti 12 ünvanında yerləşən metronun “X6” stansiyasının yaxınlığında həmin dövrün məzənnəsi ilə 17.000 manat olan 10.000 (on min) ABŞ dolları nağd pul vəsaitini ələ alıb Zərərçəkmiş şəxs3 17.000 (on yeddi min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək güya Koreya Respublikasından “Hyundai i40” markalı avtomobil gətizdirib sonuncuya satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 19 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu Qanlı göl qərb sahili 213 ünvanında 50 manat və həmin dövrün məzənnəsi ilə 10.710 manat təşkil edən 6.300 ABŞ dolları nağd pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 10.760 (on min yeddi yüz altmış) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibardan sui-istifadə edərək güya Koreya Respublikasından 2013-cü ilin buraxılışı “Hyundai Veloster” markalı avtomobil gətizdirib sonuncuya satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 10 iyul 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən ünvan 7ə kredit müqaviləsi əsasında 3400 manat nağd pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs4 3.400 (üç min dörd yüz) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək güya X1 keçiriləcək hərracdan “Nissan Mikra” markalı avtomobil gətizdirib sonuncuya satacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 28 iyul 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 8.000 (səkkiz min) manat, xx.xx.2023cü il tarixdə saat 17:27-də Xətai rayonu, Xocalı prospekti 29 ünvanında Araz marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan Leo Banka aid **********865434 nömrəli hesab kartına 1.500 (bir min beş yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 17:47-də Xətai rayonu, Gəncə prospekti 15 ünvanında yerləşən «Mpay» ödəmə terminalı vasitəsi ilə həmin hesab kartına 700 (yeddi yüz) manat və xx.xx.2023-cü il tarixdə istintaqla müəyyən edilməyən ünvandan və ödəmə terminalından həmin kart hesabına 600 (altı yüz) manat, cəmi 2.800 (iki min səkkiz yüz) manat köçürülmüş pulu, ümumilikdə 10.800 (on min səkkiz yüz) manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10.800 (on mon səkkiz yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, əvvəllər avtomobil alqısatqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs3 Gömrük məntəqəsində tanımış, bundan sonra aralarında etibar yaranmışdır. Tanış olduqdan sonra bir neçə dəfə avtomobil gətirib sataraq gəliri bölmüşlər. Sonuncu dəfə 29 may 2023-cü il tarixdə Gürcüstan Respublikasından 10.000 (on min) ABŞ dolları pula “Kia Optima” markalı avtomobil gətirmək istədiyini Natiqə demişdir. Natiq də ona həmin tarixdə 10.000 (on min) ABŞ dollar məbləğində pul vermişdir. Daha sonra Natiq ona zəng edib avtomobili gətirib-gətirmədiyini soruşmuş, o, Natiqə problemləri olduğu üçün avtomobili gətirə bilmədiyini və pulunu qaytaracağını bildirmişdir. Bundan sonra Natiqə ümumilikdə 6000 (altı min) manat məbləğində pul qaytarmışdır. Qalan pulu isə qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 tanışları vasitəsi ilə üç il əvvəl tanımış, sonuncu üçün “Toyota Prius” markalı avtomobil gətirmişdir. Bundan sonra 2023-cü ilin iyul ayında İradə xanım onunla əlaqə saxlayıb qızı üçün “Nissan Mikra” markalı avtomobil almaq istədiyini bildirmiş, bu səbəbdən İradə xanımdan ilk dəfə 8.000 (səkkiz min) manat, daha sonra hissə-hissə müəyyən məbləğlər formasında 2800 (iki min səkkiz yüz) manat pul almışdır. İradə xanımdan aldığı ümumi 10.800 (on min səkkiz yüz) manat məbləğində puldan sonuncuya heç bir məbləğdə pul qaytarmamışdır. Bundan əlavə, təxminən 2023-cü ildə Şahid2ov onunla əlaqə saxlayaraq avtomobil sifariş vermək istədiyini bildirmiş, onlar razılaşdıqdan sonra atası Zərərçəkmiş şəxs2 ilə görüşmüş və 6300 (altı min üç yüz) ABŞ dolları, həmçinin əlavə olaraq 50 (əlli) manat məbləğində pulu sonuncudan götürmüşdür. Şahid2ov sonradan onunla əlaqə saxlayaraq sifariş verdiyi avtomobilin markasını dəyişmək istədiyini, “Ford Fusion” markalı avtomobili gətizdirmək istədiyini bildirmişdir. Onlar sonuncu ilə razılaşmışlar, lakin aldığı ümumi 6300 (altı min üç yüz) ABŞ dolları, həmçinin əlavə olaraq 50 (əlli) manat məbləğində puldan heç bir məbləğdə qaytarmamışdır. Bundan başqa 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı olan Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlamış və xarici ölkədən avtomobil almaq istədiyini bildirmişdir. Bununla bağlı onlar görüşmüşlər, söhbət zamanı Cahangir ona “Hyundai Veloster” markalı avtomobil sifariş vermək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs4 həmin avtomobili gətirə biləcəyini demişdir. Onların arasında olan razılığa əsasən Cahangir bəy ilkin olaraq 3400 (üç min dörd yüz) manat notariusda borc müqaviləsi əsasında ona vermişdir. Əlavə olaraq isə dövlət rüsumu kimi 100 (bir yüz) manat vermişdir. Bir müddət sonra Cahangir ona zəng edərək pulunu geri istəmiş, bu səbəbdən o həmin məbləğdən 950 (doqquz yüz əlli) manatını geri qaytara bilmiş, qalan məbləği isə qaytara bilməmişdir. Zərərçəkmiş şəxslərdən pulları aldığı tarixləri dəqiq xatırlamasa da, ittiham aktında qeyd edilən tarixlər doğrudur. Zərərçəkmiş şəxslərdən aldığı pulları zərər etdiyi və tutulduğu üçün qaytara bilməmiş, həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddiaları qəbul edir. Əlavə olaraq himayəsində övladlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, anası onun oğlu Emilə hərbi xidmətdən qayıtdıqdan sonra avtomobil almaq üçün uzun illər pul toplamış, bu məqsədlə Emil hərbi xidmətdə olarkən ona zəng edərək Elşən adlı şəxsin avtomobil gətirməklə məşğul olduğunu, tanışları olan İradə xanım üçündə avtomobil gətirdiyini demişdir. O, inanmadığından İradə xanımla əlaqə saxlamış, İradə xanım həqiqətən Elşənin onun üçündə avtomobil gətirdiyini bildirmişdir. Bu səbəbdən o inanaraq Elşənnən əlaqə saxlamış, sonuncu ona avtomobilin sifariş verilməsi üçün 6300 (altı min üç yüz) ABŞ dollarının və əlavə olaraq 50 (əlli) manat məbləğində rüsumun lazım olduğunu bildirmişdir. Bundan sonra o, 6300 (altı min üç yüz) ABŞ dollar və 50 (əlli) manat məbləğində pulu hazırlayaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Yasamal rayonu, qanlı göl qəsəbəsində olan evinini həyətində görüşərək pulu sonuncuya vermişdir. Söhbət zamanı Elşən ona iki ay ərzində Koreya Respublikasından avtomobilin Bakı şəhərinə çatacağını bildirmişdir. O, iki-üç gündən bir Elşənə zəng etsə də, sonuncu müxtəlif bəhanərlərlə müddəti uzatmışdır. Bu məsələ ümumi olaraq altı ay ərzində davam etmiş, onlar gözləsələr də, avtomobil təhvil verməmişdir. Bu səbəbdən məcbur qalaraq şikayət etmişlər. Əlavə olaraq ona dəymiş zərərə görə verdiyi mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızı ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 2 saylı Uşaq Poliklinikasında tibb bacısı işləyir. Təqsirləndirilən şəxs hazırda xatırlamadığı xəstələrinin birinin vasitəsi ilə tanımışdır. O, 2022-ci ildə Elşən vasitəsi ilə ABŞ-dan “Toyota Prius” markalı avtomobil sifariş vermiş, iki ay sonra sonuncu avtomobili gömrük məntəqəsində ona təhvil vermiş, həmin vaxt dövlət rüsumuna 200 (iki yüz) manatı çatmadığından Elşən ona borc vermiş, buna görə onun etibarını qazanmışdır. Qızı Fəridə özü üçün “Nissan Mikra” markalı avtomobil almaq istədiyini bildirmiş, bu səbəbdən 2023-cü ilin iyul ayında o, Elşənlə danışaraq Elşənə qızına avtomobil gətirmək istədiyini demişdir. Elşən də ona həmin avtomobilin alınıb və gətirilməsinin 11.500 (on bir min beş yüz) manata başa gələcəyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində avtomobili ABŞ-dan gətirəcəyi səhv yazılmış, Elşən avtomobili Koreya Respublikasından gətirəcəyini vəd etmişdir. Qızı avtomobil almaq üçün banka müraciət edərək kredit götürmüş, o da 28 iyul 2022-ci il tarixdə Həzi Aslanov metro stansiyasının yanında həmin pul vəsaitindən Təqsirləndirilən şəxs 8.000 (səkkiz min) manat vermişdir. Bundan əlavə Cahangir bəyin baldızı və onun iş yoldaşı Xəyalə xanım da onun avtomobilini bəyənmiş, bacısı qızına avtomobil gətirmək istədiyini dediyindən o, Təqsirləndirilən şəxs nömrəsini Xəyalə xanıma vermişdir. Təxminən bir ay sonra Elşən ona zəng edərək Cahangir bəyə gətirdiyi avtomobilə beh aldığını, lakin həmin avtomobilin beyninin sıradan çıxdığını, avtomobili təmir etmək üçün 1500 (bir min beş yüz) manata ehtiyyacının olduğunu bildirərək həmin məbləği onun kartına göndərməyini xahiş etmiş və qızının avtomobili gəldiyi zaman gömrük rüsumunun ödənilməsində köməklik göstərəcəyini bildirdi. Bundan sonra o, həmin məbləği “Emanat” vasitəsi ilə Təqsirləndirilən şəxs kartına göndərmiş, daha sonra ayın 8-i Elşən bəy ona bir daha zəng edərək avtomobildə yenidən problemin yarandığını deyərək təkrarən pul istəmiş, o 700 (yeddi yüz) manatıda “Emanat” vasitəsi ilə Elşənə göndərmiş, sonradan Elşən ona zəng edərək avtomobilin artıq Gürcüstan Respublikasına gəldiyini, lakin avtomobilin gətizdirilməsi üçün pul verdiyi şəxsin həmin pulu götürərək Polşa Respublikasına getdiyini, bu səbəbdən avtomobilin yol pulunu verə bilmədiyini deyərək ondan 1700 (bir min yeddi yüz) manat istəmişdir. O, həmin vaxt Elşənə 600 (altı yüz) manat pulunun qaldığını demiş, sonuncu həmin puluda ona göndərməyini, çalışıb həll edəcəyini demişdir. O, Elşənə avtomobilin gətizdirilməsi üçün yol pulunu artıq ona verdiyini, onun isə yenidən pul istəməsini dedikdə Elşən həmin şəxs qayıtdıqda sonra artıq verdiyi məbləğləri alaraq qaytaracağına söz vermiş, bu səbəbdən 600 (altı yüz) manatıda 18 sentyabr 2022-ci il tarixdə Elşənin bank kartına göndərmişdir. Nəticədə avtomobil ona təhvil verilməmiş, hər dəfə mütəlif bəhanələr demişdir, bu səbəbdən məsələ ilə bağlı şikayət etmişdir. Onun qızı yeddi ay ərzində banka 3000 (üç min) manat faiz borcu ödəmiş, bu səbəbdən məcbur qalaraq ona məxsus olan “Toyota Prius” markalı avtomobili dəyərindən ucuz sataraq qızının bankdan götürdüyü 11.000 (on bir min) manatı tam olaraq ödəmişdir. Əlavə olaraq ona dəymiş zərərə görə verdiyi mülki iddianın təmin edilməsini, ona dəymiş 10.800 (on min səkkiz yüz) manat zərərdən heç bir ödəniş edilmədiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Mı̇ rzəlı̇ yev Cahangı̇ r Rauf oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o qızına avtomobil almaq istəmiş, “Turbo.az” internet portalından artıq avtomobili seçmişlər, İradə xanımla birlikdə işləyən həyat yoldaşının bacısı onlara Elşən adında bir nəfər şəxsin olduğunu, sonuncunun Koreyadan avtomobil gətirdiyini, həmin avtomobillərin Bakı şəhərində satılan avtomobillərdən daha ucuz olduğunu bildirmişdir. O Təqsirləndirilən şəxs və İradə xanımı əvvəldən tanımamış, bu səbəbdən görüşüb danışacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxsla görüşmüş, söhbət zamanı sonuncu ona avtomobilin gətirilməsi üçün ilkin olaraq altı-yeddi min manat məbləğində ödəniş edilməli olduğunu bildirmiş, o, tanımadığı şəxsə həmin məbləğdə pulu verə bilməyəcəyini dediyindən onlar razılığa gələ bilməmişdirlər. Daha sonra ailə üzvləri İradə xanıma danışmışlar, sonuncu Elşənin ona avtomobil gətirdiyini, etibarlı şəxs olduğunu demişdir. Bu səbəbdən o Elşənə 2000 (iki min) dollar verə biləcəyini, lakin həmin məbləğində notarial qaydada verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla görüşmüş həmin vaxt 2000 (iki min) ABŞ dolları məbləğində vəsaiti 3400 (üç min dörd yüz) manat kimi və əlavə olaraq müqavilənin bağlanılması üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumunu ödəmişdir. Onlar notariatda olan zaman avtomobil gətizdirilməsi üçün pul verilməsi barədə müqavilənin olmadığı deyilmiş, bu səbəbdən aralarında kredit müqaviləsi bağlanılmış, Elşənə kredit verməmiş, həmin vəsait avtomobil sifariş verilməsi üçün ödənilmişdir. Qalan məbləği isə avtomobil təhvil verildikdən sonra ödəyəcəyinə dair razılığa gəlmişlər. Söhbət zamanı Elşən avtomobilin bir ay ərzində gələcəyini demişdir. Bu danışıqlardan bir-iki ay keçmiş, Elşən avtomobilin gəldiyini, Gürcüstan Respublikasında olduğunu, avtomobilin beyninin yandığını, həmin ehtiyyat hissəsini tapa bilmədiyini bildirmişdir. O, Elşənə həmin ehtiyyat hissəsini tapa biləcəyini dedikdə sonuncu ehtiyyat hissəsini artıq tapdığını, avtomobilin düzəldiyini, indi isə avtomobilin Bakıya gəlməsində problemin olduğunu bildirmişdir. O Elşənin yalan danışdığını anladığından pulunu geri tələb etmiş, həmin vaxt Elşən vaxtı uzatmış, daha sonra avtomobilin olmadığını etiraf etmiş və özünün aldadıldığını bildirmişdir. Bu səbəbdən məsələ ilə bağlı şikayət etmişdir. Əlavə olaraq ona 150 (bir yüz əlli) manat və 800 (səkkiz yüz) manat olmaqla ümumilikdə 950 (doqquz yüz əlli) manat məbləğində zərərdən ödəniş edildiyini, hazırda 2550 (iki min beş yüz əlli) manat ona ödənilməmiş zərərin qaldığını, Təqsirləndirilən şəxs ilə barışmadığını və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs İsmayilov Natı̇ q İltı̇ fat oğlu ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, altı il İsveçdə yaşamış, həmin ölkədə qalmağı üçün icazə verilmədiyindən iki il əvvəl Azərbaycana qayıtmışdır. Gəlməmişdən əvvəl satmaq məqsədi ilə avtomobillər almış, avtomobilləri Bakıya çatdıqdan sonra sənədləşmə işlərini bacarmadığından bir nəfər dostu Elşən adlı tanışının olduğunu, avtomobilləri rəsmiləşdirməyə köməklik edə biləcəyini demişdir. Elşəni bu səbəbdən tanımış sonuncu ona avtomobillərin rəsmiləşdirilməsinə kömək etmiş, həmin vaxt ona avtomobil alqı-satqısı ilə məşğul olduğunu bildirmiş, daha sonra avtomobilin satılmasına da köməklik göstərmişdir. İlk dəfə ona Gürcüstan Respublikasında “Kia Optima” markalı avtomobilin olduğunu, Bakıya gəldikdən sonra həmin avtomobili sataraq xeyir əldə edə biləcəklərini demiş, bu məqsədlə 12.000 (on iki min) manat məbləğində pulu ondan almışdır. Daha sonra Qəbələ rayonunda olarkən həmin məbləği 7300 (yeddi min üç yüz) ABŞ dollar formasında qaytararaq xeyiri isə Bakıda həll edəcəyini bildirmişdir. Bundan sonra təkrarən 28 may 2023-cü il tarixdə ona zəng edərək ağ rəngdə “Kia Optima” markalı avtomobilin Gürcüstan Respublikasında olduğunu, on gün müddətinə 10.000 (on min) dollar məbləğində pulun lazım olduğunu 2200 (iki min iki yüz) manat məbləğində isə xeyrin olduğunu bildirmişdir. O, Elşənə pulunun olmadığını, bir dostumdan ala biləcəyini dedikdən sonra sonuncu ona problemin olmadığını, həmin şəxsə də xeyir verəcəyini bildirmişdir. Bu səbəbdən o dostundan 10.000 (on min) ABŞ dollar məbləğində pulu alaraq Elşənə vermişdir. Daha sonra digər zərərçəkmiş şəxslərlə eyni bəhanələri deməyə başlamışdır. O Elşənə artıq pulu qaytarmalı olduğunu, məsələnin çox uzandığını dedikdə sonuncu ona Gürcüstandakı adamlarla danışdığını, “Kia Optima” markalı avtomobilin əvəzinə Koreya Respublikasından başqa bir avtomobil gətirdiklərini demişdir. Bundan sonra ilk dəfə 2500 (iki min beş yüz) manat, daha sonra yenidən 2500 (iki min beş yüz) manat və sonda 1000 (bir min) manat olmaqla ona cəmi 6000 (altı min) manat məbləğində pul ödəmiş, sonda 11.000 (on bir min) manat borcu qalmışdır. Onun pul aldığı şəxs həmin məbləği istədiyindən Elşənə bunu demiş, sonuncu ona avtomobilin artıq çatdığını, 1000 (bir min) manatı dostuna verməsini qalan məbləği avtomobil Bakıya çatdıqdan sonra aralarında həll edəcəyini dediyindən o həmin məbləği borc aldığı şəxsə vermiş, bununlada Elşənin ona 12.000 (on iki min) manat borcu qalmışdır. Nəticədə avtomobil gəlməmiş, pulu qaytara bilmədiyindən həmin şəxs ondan şikayət etmiş, o da məsələni olduğu kimi danışaraq Elşəndən şikayət etmişdir. Daha sonra məcbur qalaraq ailə üzvlərinin adına kredit götürərək borc götürdüyü şəxsin pulunu tam olaraq ödəmişdir. Əlavə olaraq ona ona dəymiş zərərin ödənilmədiyini, lakin Təqsirləndirilən şəxs ildə barışdığını və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs anası İradənin tanışı olmuş, belə ki, anası 2022-ci ildə Təqsirləndirilən şəxs vasitəsi ilə özü üçün “Toyota Prius” markalı avtomobil gətirmişdir. Daha sonra 2023-cü ildə özünün istifadəsi üçün “Nissan Mikra” markalı avtomobil almaq istəmiş, Elşənə etibarları yarandığı üçün anası onunla əlaqə saxlamış, sonuncu ilə razılaşdıqdan sonra “Bank of Baku”-dan 11.500 (on bir min beş yüz) manat məbləğində kredit götürmüşdür. İlk dəfə 2023-cü ilin iyul ayında anası Təqsirləndirilən şəxsla görüşərək avtomobilin sifariş verilməsi üçün 8.000 (səkkiz min) manat məbləğində pulu ona vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pul istədiyindən anası sonuncunun bank kartına “E Manat” terminalı vasitəsi ilə 1500 (bir min beş yüz) manat, 700 (yeddi yüz) manat və 600 (altı yüz) manat məbləğində pul vəsaitlərini göndərmişdir. Uzun müddət keçdikdən sonra avtomobil gəlib çatmadığından anası Elşənin onları aldatdığını düşünüb bu barədə araşdırma aparmış və Elşənin onlara avtomobil gətirmədiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma atasıdır. Təqsirləndirilən şəxs tanışları vasitəsi ilə tanımış, belə ki sonuncu onun dostlarına bir neçə dəfə avtomobil gətirmişdir. Bu səbəbdən özünün istifadəsi üçün avtomobil sifariş etmək məqsədi ilə Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra atasına zəng edərək pulu aparıb Elşənə verməsini, sonuncunun güvənilir şəxs olduğunu demişdir. Bundan sonra atası 6300 (altı min üç yüz) dollar və 50 (əlli) manat məbləğində pulu aparıb Təqsirləndirilən şəxs vermişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra “Whatsapp” programı üzərindən Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Elşən ona seçim etmək üçün avtomobil şəkilləri göndərmiş, o seçim edərək bu barədə Elşənə məlumat vermişdir. Daha sonra o və atası davamlı olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq maşının nə üçün gəlib çıxmadığını soruşmuşlar. Elşən isə müxtəlif bəhanələr gətirərək gələcəyini demişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, özü üçün avtomobil sifariş vermək istədiyindən xalası ilə birlikdə işləyən İradə xanım avtomobil gətizdirmək üçün Təqsirləndirilən şəxs məsləhət görmüş, o da bu məqsəd ilə bankdan 14.000 (on dörd min) manat kredit götürmüş və həmin pul vəsaitindən 3400 (üç min dörd yüz) manatını atası Zərərçəkmiş şəxs4 vermiş, atası Təqsirləndirilən şəxsla görüşüb notariat kontorunda kredit müqaviləsi əsasında həmin məbləği sonuncuya vermişdir. Nəticədə Təqsirləndirilən şəxs onları aldadaraq avtomobili gətirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da tutulmuşdur ( i.v. 68-69); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-752/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 94-97); 12 iyul 2023-cü il tarixli, 3M-812 reyestr nömrəli borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 3400 (üç min dörd yüz) manat məbləğində pulu xx.xx.2023-cü il tarixinədək borc verən Mı̇ rzəlı̇ yev Cahangı̇ r Rauf oğluna qaytarmağı öhdəsinə götürmüşdür (i.v. 125); Götürmə aparılması haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlər götürülmüşdür (i.v. 148-149); xx.xx.2023-cü il tarixli mpay qəbzindən görünür ki, müştəri Təqsirləndirilən şəxs həmin tarixdə 1500 (bir min beş yüz) manat göndərilmişdir (i.v. 153); xx.xx.2023-cü il tarixli mpay qəbzindən görünür ki, müştəri Təqsirləndirilən şəxs həmin tarixdə 700 (yeddi yüz) manat göndərilmişdir (i.v. 153); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 01 fevral 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v. 176-177); Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızının “pul tələbi” barədə iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ondan aldığı 10.800 (on min səkkiz yüz) manat məbləğin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə məhkəmə hökmünün qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Səlı̇ mov Rafı̇ q Sənan oğlunun “pul tələbi” barədə iddia ərizəsindən görünür ki, Rafı̇ q Səlı̇ mov Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri nəticəsində ondan aldığı 10.760 (on min yeddi yüz altmış) manat məbləğin Təqsirləndirilən şəxs onun xeyrinə tutulması barədə məhkəmə hökmünün qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İsmayilov Natı̇ q İltı̇ fat oğlunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 12.000 (on iki min) manat zərəri ödəməmiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Asan xidmət mərkəzi tərəfindən verilmiş 09 oktyabr 2010-cu il tarixli AZ-İİ№ 537505 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 adlı övladı vardır Asan xidmət mərkəzi tərəfindən verilmiş 05 fevral 2019-cu il tarixli AZ-İV№ 248356 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 adlı övladı vardır Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 38-ci bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluq törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPMnin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Həmin qərarın 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, ziyanın ödənilməsini təmin etməmiş və bunu maddi imkanının olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri habelə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızına Səlı̇ mov Rafı̇ q Sənan oğluna qarşı dələduzluq əməlini törətməsi, bunun nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızına 10.800 (on min səkkiz yüz) manat Səlı̇ mov Rafı̇ q Sənan oğluna 10.760 (on min yeddi yüz altmış) manat maddi ziyan vurulması, bu səbəbdən də mülki iddialar əsaslı olduğundan zərərçəkmiş şəxs və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızının və Səlı̇ mov Rafı̇ q Sənan oğlunun iddiaları təmin edilməli, Təqsirləndirilən şəxs 10.800 (on min səkkiz yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızına, 10.760 (on min yeddi yüz altmış) manat pul tutularaq Səlı̇ mov Rafı̇ q Sənan oğluna ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179-183, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 Rəşı̇ d qızının və Səlı̇ mov Rafı̇ q Sənan oğlunun mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 10.760 (on min yeddi yüz altmış) manat zərərçəkmiş şəxs və mülki iddiaçı Səlı̇ mov Rafı̇ q Sənan oğlunun xeyrinə, 10.800 (on min səkkiz yüz) manat zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə tutulsun. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-203/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-203/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver