Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-203/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, müvəqqəti işsiz, məhkum olunmamış, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X1 məxsus, etibarnamə əsasında "B1,B,C1,C" kateqoriyalı "BD215956" nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə "Toyota Prius minik" markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili 01 iyun 2024-cü il tarixdə saat 14:45-də Bakı şəhəri, Xətai rayonu Babək prospekti ilə Y.Səfərov küçəsi istiqamətində 50 km/saat sürətlə idarə edərkən Babək prospekti 29 ünvanın yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin qaydanın tələblərini pozaraq avtomobilin qabaq orta hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan ona aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, epidural qansızma, qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol alın payında beyindaxili hemorrargiya, sol alın-təpəgicgah nahiyəsinin epidural hematoması, sol alın təpə gicgah sümüklərinin xətti yerdəyişməmiş sınığı, kəllə tağının sınığı, başının tüklü yerində kəsilmiş sıyrılmış yaralar, sol ayağının topuq hissəsində əzilmiş yara, bədənin səthi travması, kəllə beyin travması, sol ağciyər alt payında buzlu şüşə sıxlığında sahələr böyük ehtimal ilə hemorragiya, sağ çiyinüstü, bel, sağ aşıq-baldır oynağı, sol dirsək oynağı və sol diz oynağı nahiyələrində piqmentasiyalar (keçmiş qançır yerləri) ilə müşayiət olunan və dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, himayəsində iki azyaşlı uşağı var, xəstədir, 3 fəqərəsi implantdır. xx.xx.2024-cü il tarixdə, saat 14:45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan "Toyota Prius" minik markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 50 km sürətlə Bakı şəhəri, Xətai rayonu Babək prospekti ilə Q.Qarayev prospekti istiqamətindən Y.Səfərov küçəsi istiqamətinə, 4 zolaqdan ibarət avtomobil yolunun sağdan 1-ci zolağı ilə hərəkət edərkən Babək prospekti 29 "A" ünvanın yaxınlığına çatanda cavan oğlanın avtomobil yolunu soldan sağa doğru keçməyə çalışdığını görüb vurmamaq üçün əyləci basmış, lakin avtomobili tam dayandıra bilməmiş və nəticədə avtomobilin qabaq orta hissəsi piyada oğlanın sağ yan tərəfindən dəymiş və zərbədən piyada avtomobilin alın şüşəsinə çırpılıb asfaltın üzərinə düşmüşdür. Dərhal avtomobili dayandırıb piyadaya yaxınlaşmış və başında, sifətində qanamalar olduğunu görüb adını soruşmuş, oğlan adının İsmayıl oğlduğunu demişdir. Hadisə yerinə toplanmış, tanımadığı şəxslərdən xahiş etmişdir ki, TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etsinlər. Kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Avtomobilində sərnişin olan xanım isə tanımadığı avtomobilin sürücüsü ilə hadisə yerindən getmişdir. Qısa zamanda TTYS-nın həkim briqadası hadisə yerinə gəlib piyada oğlanı xəstəxanaya aparmışlar. Bundan sonra telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məlumatından sonra Xətai RPİ-nin əməkdaşları əlaqə saxlayıb araşdırmaya başlamışlar. Araşdırmadan sonra Zərərçəkmiş şəxs vəziyyəti ilə maraqlanmaq üçün Tibbi Ərazi Bölmələrini X5 Tibbi Mərkəzi xəstəxanasına getmiş, orada tanımadığı bir kişi bayıra çıxmağını təklif etdiyinə görə xəstəxanadan bayıra çıxıb həyətdə gözləmişdir. Təxminən 15 dəqiqə sonra xəstəxanadan bayıra çıxmağını təklif edən kişinin yanında olan qadınlarla getdiyini gördükdən sonra xəstəxanaya daxil olub İsmayılı müayinə edən adını bilmədiyi və tanımadığı həkimdən İsmayılın vəziyyətinin necə olduğunu xəbər almış, həkim vəziyyətinin yaxşı olduğunu, xəstəxanada KT işləmədiyinə görə İsmayılı başqa xəstəxanaya apardıqlarını, ancaq hansı xəstəxanaya apardıqlarını bilmədiyini bildirmişdir. Hadisə yerində özünü İsmayılı tanıyan şəxs kimi təqdim edən tanımadığı şəxsə zəng edib İsmayılın hansı xəstəxanada olmasını xəbər almış. Həmin şəxs də ona ehtiyac olarsa müəllim sizinlə əlaqə saxlayacaq demişdir. Lakin zəng edən olmamışdır. Əvvəl danışdığı, hazırda yadında qalmayan mobil nömrəyə 4 gün ərzində bir neçə dəfə zəng edib İsmayılın atasının nömrəsini verməsini xahiş etmiş, lakin həmin şəxs İsmayılın atasının mobil nömrəsini verməmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:45 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 29 "A" ünvanında yerləşən ərzaq mağazasına getmişdir. Mağazada istədiyi ərzaq olmadığına görə hər hansı bir əşya almadan geri qayıdarkən Babək prospektinin 1-ci hissəsini keçib 2-ci hissəsinə daxil olub hərəkətini başa çatdırmağına az qalmış, yəni sonuncu zolağa çatanda sağ tərəfdən gələn sürücülər idarə etdikləri avtomobillərini dayandırıb yol vermişlər. Bu zaman sonuncu zolağa, hansı ki, sərnişin avtobuslarının hərəkət etdiyi zolağa daxil olanda həmin zolaqda hərəkətdə olan "Toyota Prius" minik markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq hissəsi ilə çox güclü zərbə ilə vurub yerə yıxmışdır. Hadisə zamanı başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almış və özünə gələndə xəstəxanada olduğunu bilmişdir. Hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində ona oğlunu maşın vurması ilə bağlı zəng gəlmişdir. Bakıdan kənarda olduğundan bacısı oğluna oğlunu xəstəxanaya aparmasını tapşırmış, həmin xəstəxanada rentgen olunmuş və hər hansı sınıq və ya çıxıq olmadığı söylənmişdir. Həmin xəstəxanada KT işləmədiyi üçün bacısı oğlu öz maşınında oğlunu Bakı Sağlamlıq Mərkəzinə aparmışdır. Həmin xəstəxanada KT olduqdan sonra təcili əməliyyat olunmuşdur. Əməliyyatdan sonra 5-6 ay yaddaş problemləri olmuşdur. Hal-hazırda da nevropatoloq yanında müalicə olunur. 40 min manatdan çox vəsait xərclənib. Təqsirləndirilən şəxs xəstəxanaya gəlmiş ancaq bacısı oğlu əsəbi olduğundan onun çölə çıxmasını tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 01 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, ünvan ünvanın yaxınlığında baş vermişdir. Hadisə yerində avtomobil yolu düz olmaqla asfalt-beton örtüklüdür, yolun ümumi eni 12 metr olmaqla 4 hərəkət zolaqlıdır. Piyada yolun sağ hissəsindən 1,5 metr məsafədə vurulmuşdur. - 01 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Toyota markalı avtomobilin qabaq ön şüşəsi və kapotu zədələnmişdir. - 01 iyun 2024-cü il tarixli 2/29477 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur. - 20 fevral 2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, “TOYOTA PRİUS” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ X8 tərəfindən Təqsirləndirilən şəxs etibar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 12 sentyabr 2024-cü il tarixli, 827 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət, epidural qansızma; qapalı kəllə beyin travması; baş beyin əzilməsi; sol alın payında beyindaxili hemorrargiya; sol alın təpə gicgah nahiyəsinin epidural hematoması; sol alın təpə gicgah sümüklərinin xətti yerdəyişməmiş sınığı; kəllə tağının sınığı; başının tüklü yerində kəsilmişsıyrılmış yaralar, sol ayağının topuq hissəsində əzilmiş yara, bədənin səthi travması, kəllə beyin travması, sol ağciyər alt payında buzlu şüşə sıxlığında sahələr böyük ehtimal ilə hemorragiya, sağ çiyinüstü, bel, sağ aşıq-baldır oynağı, sol dirsək oynağı və sol diz oynağı nahiyələrində piqmentasiyalar (keçmiş qançır yerləri) bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə və ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 8/3162 saylı ekspert rəyindən görünür ki, Toyota Prius markalı **- KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - 27 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur. - 06 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 20 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - 04 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - 04 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Vəlizadə Nuray Təqsirləndirilən şəxs övladıdır. - 06 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qəraradan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - Zərərçəkmiş şəxs 16 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixli ərizəsindən görünür ki, özünü təqsirli bilir, əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: Məhkəmə baxışının gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarına dair 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs səmimi peşmanlığını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkənə dəymiş ziyanı tam şəkildə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə ümumi hesabla 170 (yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan artırılaraq 11 manat müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınan - «Toyota Prius» minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 170 (yüz yetmiş) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-203/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-203/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver