Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-205/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, hazırda heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanınd qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 39 saylı ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının çardağından güc tətbiq etmək yolu ilə binanın 4- cü mərtəbəsində yerləşən 24 saylı mənzilin dəhliz hissəsindəki tavanı sındırıb, oradan keçməklə yaşayış sahəsinə qanunsuz daxil olub, mənzildən Zərərçəkmiş şəxs məxsus 2000 manat qiymətində 01 ədəd qızıl boyunbağını, 1400 manat qiymətində kəpənəkşəkilli qızıl üzüyü, 250 manat qiymətində qızıl nişan üzüyünü, 300 manat qiymətində üzərində 04 ədəd adi qaşlar olan qızıl üzüyü, 250 manat qiymətində 01 ədəd üzərində oval formalı aqat qaş olan qızıl üzüyü, 700 manat qiymətində 01 ədəd kərtənkələ şəkilli qızıl qolbağı, 350 manat qiymətində kərtənkələ şəkilli qızıl üzüyü, hər birinin qiyməti 50 manat olan 04 ədəd uşaq üçün qızıl qolbaqları, hər birinin qiyməti 200 manat olan 02 ədəd xaçşəkilli qızıl kulonu ilə birlikdə qızıl sepləri, 400 manat qiymətində trossşəkilli qızıl sepi, hər birinin qiyməti 50 manat olan 08 ədəd kulonu ilə birlikdə qızıl sepləri, 200 manat qiymətində klepoatra təsvirli qızıl kulonu, 50 manat qiymətində 01 ədəd ayağa taxmaq üçün nəzərdə tutulmuş delfinşəkilli kulonları ilə birlikdə qızıl sepi, 50 manat qiymətində 01 ədəd ayağa taxmaq üçün nəzərdə tutulmuş ürəkşəkilli kulonları ilə birlikdə qızıl sepi, 900 manat qiymətində 01 ədəd “Freywill” əmtəə nişanlı qızıl qolbağı, 750 manat qiymətində 01 ədəd “Freywill” əmtəə nişanlı qızıl kulonu, hər birinin qiyməti 500 manat olan 02 ədəd “Freywill” əmtəə nişanlı qızıl üzükləri, 1200 manat qiymətində 01 cüt “Freywill” əmtəə nişanlı qızıl sırğaları, 100 manat qiymətində üzərində sirkon qaşlar olan gümüş üzüyü, hər birini qiyməti 70 manat olan 02 ədəd xaçşəkilli kulonu ilə birlikdə gümüş sepləri, 40 manat qiymətində “RD” əmtəə nişanlı qol saatını, 500 manat qiymətində “Sony PS3” oyun aparatını, 300 manat qiymətində “Phislips” əmtəə nişanlı DVD aparatını, 150 manat qiymətində hard diski və 300 manat qiymətində müxtəlif çeşidli bijuteriya məmulatlarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 12.330 (on iki min üç yüz otuz) manat ziyan vurmaqlaoğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,2016-cı il tarixədək olan müddət ərzində ünvan 3 mənzil 2 ünvanında yaşamış, həmin mənzil ata yurdu olmaqla, orada böyüyüb boya-başa çatmışdır. 2016-cı il tarixdə mənzil söküntüyə getdiyi üçün, o, məcbur olub oradan köçərək, ünvan 4 ünvanda məskunlaşmışdır. Son vaxtlarda o, işsizliyi səbəbindən dolanmaq da çətinlik çəkmiş, düşdüyü bu vəziyyətdən çıxış yolu barədə çox düşünmüş və o, sivil bir yol tapmaq istəmiş, lakin bir nəticəyə gələ bilməyib, sonda oğlurluq etməklə pul əldə etmək qərarına gəlmişdir. Lakin əvvəllər cinayət törətmədiyi üçün, oğurluq cinayəti törətmək ona çətin gəlmiş, bu minvalla haradan oğurluq etmək barədə düşünərkən, cinayəti elə əvvəllər yaşadığı evin yaxınlığında, yəni Xətai rayonun Zığ yolu ev 39 ünvanda yerləşən 4 mərtəbəli binanın 4cü mərtəbəsində yerləşən mənzillərin birindən etmək qərarına gəlmişdir. Belə ki, həmin bina əvvəllər yaşadığı evin yaxınlığında yerləşdiyi üçün o, binanın quruluşuna tam bələd olmuş, binanın damının “dranka” deyilən üslubla örtülü olduğu üçün damı sındırmaqla binanın 4-cü mərtəbəsində yerləşən mənzillərin birinə daxil olmağa rahat şərait olmu və bu məqsədlə xx xxxx 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində həmin ünvana yollanmış, sözügedən binanın qarşısına gəldikdən sonra, ilk əvvəl binanın 3-cü blokuna daxil olub, pilləkanla 4-cü mərtəbəyə qalxmış, binanın 3-cü blokuna daxil olmağına səbəb isə, digər bloklara nisbətən həmin blokda hər mərtəbədə yalnız bir mənzilin yerləşəməsi olmuş, bu hal isə onun ifşa olunma riskini daha da azaltmış, həmin bloka daxil olub pilləkən vasitəsi ilə 4-cü mərətəbəyə qalxdıqda, həmin mərtəbədəki mənzilin giriş qapısı üzərində bir neçə gün əvvəldən qoyulmuş kommunal ödəniş qəbzinin olduğunu görmüş, bu zaman mənzildə heç kimin olmadığını başa düşmüş, lakin o, hər ehtimala görə bunu yoxlamaq qərarına gəlmişdir. Bunun üçün ilk əvvəl o, mənzilin giriş qapısına yaxınlaşıb, qulağını qapıya dayayıb qulaq asmağa başlamış, mənzildən səs gəlməsə də, hər ehtimala görə qapını döymüş, qapını döydükdən sonra da, mənzili açan olmadığından artıq mənzildə heç kimin olmadığına tam əmin olmuş, bundan sonra elə həmin mərtəbədəki pilləkanla binanın çardağına qalxmış, çardağa qalxdıqdan sonra əlləri və ayaqları ilə güc edib, tavanı sındırmaqla mənzilin dəhlizinə açılan hissədə geniş bir dəlik açmış, ardınca həmin hissədən keçməklə mənzilin içərisinə daxil olmuşdur. Daxil olduğu mənzil 2 otaqlı olmuş, mənzilin otaqları tozlu olduğu üçün, mənzildə uzun müddət yaşayış olmaması aydın nəzərə çarpırmış, bu səbəbdən də, o, mənzildə rahat şəkildə axtarış aparmağa başlamışdır. İlk əvvəl o, qonaq otağında axtarış aparıb oradakı dolabın üzərindəki qutuda çox sayda qızıl əşyalar, bijuteriyalar aşkar etmiş, aşkar etdiyi qızılların formasını, əlamətlərini və saylarını o, xatırlamamış, lakin orada çox sayda kulonu ilə birlikdə olan qızıl seplər, qızıl boyunbağılar, qızıl qolbaqlar, qızıl üzüklər, gümüş zinət əşyaları, 01 ədəd qadın saatı və çox sayda bijuteriyalar olmuşdur. O, cəld şəkildə sadaladığı əşyaları götürməklə sellofana yerləşdirmiş, ardınca qonaq otağındakı televizor altlığı üzərindən 01 ədəd DVD aparatını götürüb, onu da sellofana qoymuş, qonaq otağında axtarışı bitirdikdən sonra ardınca evin yataq otağına keçib orada axtarışını davam etdirmişdir. Axtarış zamanı o, həmin otaqdan 01 ədəd “Sony PS3” oyun aparatını və 01 ədəd hard disk götürmüş, sadaladığı əşyaları götürdükdən sonra, başqa qiymətli əşya tapa bilmədiyi üçün mənzilə daxil olduğum üsulla da, mənzili tərk etmişdir. O, mənzili tərk etdikdən sonra oğurladığı əşyaları sataraq pul əldə etmək qərarına gəlmiş və bu minvalla mart ayının sonlarından başlayaraq oğurladığı qızıl-zinət və digər əşyaların satşına başlamışdır. Belə ki, qızıl-zinət əşyalarının bir neçəsini o, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən qızıl alışı və satışı ilə məşğul olan mağazaların birinə satmışdır. Hadisədən xeyli müddət keçdiyi üçün mağazaya satdığı qızılların sayını və onları hansı qiymətə satdığını o, xatırlamamışdır. Mağazada qızıllara görə az məbləğdə pul verildiyi üçün, qızılların digər hissəsini, həmçinin gümüş zinət əşyalarını “28 May” metrostansiyası yaxınlığında tanımadığı ayrı-ayrı şəxslərə satmaqla təxminən 900 manat pul əldə etmişdir. Oğurluq yolu ilə əldə etdiyi 01 ədəd “Sony PS3” və 01 ədəd hard diski isə o, Qaraçuxur qəsəbəsində tanımadığı şəxsə 110 manat pul müqabilində satmışdır. Oğurladığı qızıl-zinət əşyalarını satdığı mağazanın yerini o, xatırlamamış, həmçinin qızıl-zinət və digər əşyaları satdığı ayrı-ayrı şəxsləri də, o, tanımamışdır. Oğurladığı qızıl-zinət əşyalarını mağazaya və ayrı-ayrı şəxslərə satarkən, zinət əşyalarının özünə və ya ailə üzvlərinə məxsus olmasını bildirmişdir. Əldə etdiyi pulları isə o, müxtəlif vaxtlarda öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Oğurladığı bijuteriya hesab etdiyi məmulatları isə o, sata bilmədiyi üçün bir hissəsini tullamış, bir hissəsini isə özündə saxlamışdır. Əməlindən peşman olduğunu, ilk dəfə məhkum olunduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, ünvan 5 mənzil 24 ünvanda yaşayır, yaşadığım mənzil 4 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşir. Binanın üst hissəsi zirzəmidir. Tavanı isə dranka (yəni taxta, mineral vata və alçipan tərkibli) tipli örtüklə örtülüdür. Mənzilə giriş dəmir qapıdandır. Qapının yuxarı və aşağı kilidi açarla bağlanır. Həyat yoldaşı və azyaşlı övladı 2015-ci il tarixdə yol nəqliyat hadisəsində vəfat etdikləri üçün, həmin vaxtdan o, mənzildə tək yaşamışdır. Müəyyən işləri ilə əlaqədar təxminən 6 aya yaxındır ki, o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində mənzil kirayələrək orada məskunlaşmış, lakin buna baxmayaraq ayda 1 və ya 2 dəfə olmaqla mənzilinə gələrək, yoxlamışdır. Sonuncu dəfə o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 16:00 radələrində mənzilinə gəlib, giriş qapısının üzərindəki kilidləri özündə olan açarlar vasitəsi ilə açıb, mənzilə daxil olmuş, qısa müddət ərzində mənzildə yoxlama aparıb, mənzilin qaydasında olduğunu müəyyən etdikdən sonra, giriş qapısının kilidlərini açarları vasitəsi ilə bağlayıb mənzili tərk etmişdir. Növbəti dəfə yəni, xx xxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində mənzilinə gəlib, özündə olan açarlar vasitəsi ilə giriş qapısının kilidlərini açıb mənzilə daxil olduqda dəhlizdəki tavanın yarım oval formada sındırıldığını, otaqların isə dağınıq vəziyyətdə olmasının şahidi olmuşdurşdur. O, artıq həmin vaxt naməlum şəxsin tavanı sındırmaqla mənzilinə daxil olub oğurluq edildiyini başa düşərək, cəld şəkildə evdə saxladığı əşyalara nəzər salmağa başlamış, bu zaman mənzilin qonaq otağındakı dolabdan vəfat etmiş həyat yoldaşına və oğluna hədiyyə olaraq aldığı 2.000 manat qiymətində 01 ədəd qızıl boyunbağının, 1.400 manat qiymətində kəpənəkşəkilli qızıl üzüyün, 250 manat qiymətində qızıl nişan üzüyünün, 300 manat qiymətində üzərində 04 ədəd adi qaşlar olan qızıl üzüyün, 250 manat qiymətində 01 ədəd üzərində oval formalı aqat qaş olan qızıl üzüyün, 700 manat qiymətində 01 ədəd kərtənkələ şəkilli qızıl qolbağın, 350 manat qiymətində kərtənkələ şəkilli qızıl üzüyün, hər birinin qiyməti 50 manat olan 04 ədəd uşaq üçün qızıl qolbaqların, hər birinin qiyməti 200 manat olan 02 ədəd xaçşəkilli qızıl kulonu ilə birlikdə qızıl seplərin, 400 manat qiymətində trossşəkilli qızıl sepin, hər birinin qiyməti 50 manat olan 08 ədəd kulonu ilə birlikdə qızıl seplərin, 50 manat qiymətində 01 ədəd ayağa taxmaq üçün nəzərdə tutulmuş delfinşəkilli kulonları ilə birlikdə qızıl sepin, 50 manat qiymətində 01 ədəd ayağa taxmaq üçün nəzərdə tutulmuş ürəkşəkilli kulonları ilə birlikdə qızıl sepin, 900 manat qiymətində 01 ədəd “Freywill” əmtəə nişanlı qızıl qolbağın, 750 manat qiymətində 01 ədəd “Freywill” əmtəə nişanlı qızıl kulonun, hər birinin qiyməti 500 manat olan 02 ədəd “Freywill” əmtəə nişanlı qızıl üzüklərin, 1200 manat qiymətində 01 cüt “Freywill” əmtəə nişanlı qızıl sırğaların, 200 manat qiymətində klepoatra təsvirli qızıl kulonun, 100 manat qiymətində üzərində sirkon qaşlar olan gümüş üzüyün, hər birini qiyəti 70 manat olan 02 ədəd xaçşəkilli kulonu ilə birlikdə gümüş seplərin, 40 manat qiymətində “RD” əmtəə nişanlı qol saatının, 500 manat qiymətində “Sony PS3” oyun aparatının, 300 manat qiymətində “Phislips” əmttə nişanlı DVD aparatın, 150 manat qiymətində hard diskin, 300 manat qiymətində müxtəlif çeşidli bjuteriya məmulatlarının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bbundan sonra o, dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Mənzildən sadaladığı əşyalardan başqa heç bir əşya oğurlanmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 12.330 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs bağışlamır və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixində tutulmuşdur. Cinayət işinin 76-80-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 10-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli, 011-3738-1220 nömrəli məktubundan görünür ki, xx xxxxx 2020-ci il tarixdə ünvan 6 mənzil 24 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 12 (on iki) ədədi Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə), orta (02 dəfə), sol əlinin orta (03 dəfə) barmaqlarının və sağ əlinin ovuc (02 dəfə) və sol əlinin ovucunun (03 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 89-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/927-9-/1547 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş: 01 ədəd gümüşü rəngli metaldan, üzərində bənövşəyi rəngli muncuqlar və ağ şəffaf qaşlar olan qol saatı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 21.94 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 10.0 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan boyunbağı, qolbaq və sırğa cütü dəsti - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 17,03 qramdır - 20.0 manat; 01 ədəd sarı rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 15,21 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 10,0 manat;01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan sırğa cütü (7 ədəd qaş yeri boşdur) - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 8,14 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 5,0 manat; 01 ədəd gümüşü rəngli metaldan, fil formalı kulon metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 9,69 qramdır - 4,0 manat; 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementi və 1 ədəd ağ şəffaf qaş olan üzük metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 4,68 qramdır, qaşı qiymətli qaşlara aid deyil - 8,0 manat; 01 ədəd sarı rəngli metaldan, ortasında qadın təsviri olan kulon - üzərində “720” damğa həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,42 qramdır - 157,0 manat; 02 ədəd gümüşü rəngli metaldan, üzərində bayquş təsviri olan məmulat hissəsi - metalı əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkisi 14,96 qramdır, qırıntı hesab olunur - 2,0 manat. Ekspertiza tədqiqatına təqdim olunan məmulatların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 216 manat müəyyən olunur. Cinayət işinin 95-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 20/282R nömrəli eksper rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, Zığ yolu 39 saylı ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus 24 nömrəli mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 90 ədəd şəffaf yapışqan lent və 03 ədəd daktiloplyonka üzərilərində olan əl izlərindən 12 ədəd əl-barmaq və 10 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 12 ədəd əlbarmaq və 10 ədəd ovuc izlərindən 07 ədəd əl-barmaq və 07 ovuuc izləri xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (02 dəfə), orta (03 dəfə) sağ əlinin orta (02 dəfə) barmaqlarının, sol əlinin ovucunun və sağ əlinin ovucunun (06 dəfə) əksləri ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 05 ədəd əl-barmaq və 03 ədəd ovuc izləri DİN-in KTl-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri olə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 110-118-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai rayonu, Zığ yolu 39 saylı ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzilindənoğurlanmış01 ədəd gümüşü rəngli metaldan, üzərində bənövşəyi rəngli muncuqlar və ağ şəffaf qaşlar olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, ümumi çəkisi 21.94 qram olan qol saatı, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 17,03 qram boyunbağı, qolbaq və sırğa cütü dəsti,01 ədəd sarı rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan, metalı əlvanmetal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 15,21 qram sırğacütü, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvanmetal ərintisindən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 8,14 qram, sırğa cütü (7 ədədqaş yeri boşdur), 01 ədəd gümüşü rəngli metaldan, metalı əlvan metal ərintisindən hazırlanmışd, çəkisi 9,69 qram fil formalı kulon, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementi və 1 ədəd ağ şəffaf qaş olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 4,68 qram olan üzük, 01 ədəd metalı 585 əyarlı, çəkisi 2,42 qram olan qızıl kulon, 02 ədəd gümüşü rəngli metaldan, üzərində bayquş təsviri olan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 14,96 qram məmulat hissəsi maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 12 ədəd əl-barmaq və 10 ədəd ovuc izləri maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin maddi sübutlar saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin 132-ci vərəqəsində olan qəbzdən görünür ki, Bakı şəhəri Xətai rayonu, Zığ yolu 39 saylı ünvanda yerləşən 4 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzilindən oğurlanmış 01 ədəd gümüşü rəngli metaldan, üzərində bənövşəyi rəngli muncuqlar və ağ şəffaf qaşlar olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, ümumi çəkisi 21.94 qram olan qol saatı, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 17,03 qram boyunbağı, qolbaq və sırğa cütü dəsti, 01 ədəd sarı rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 15,21 qram sırğa cütü, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 8,14 qram, sırğa cütü (7 ədəd qaş yeri boşdur), 01 ədəd gümüşü rəngli metaldan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 9,69 qram fil formalı kulon, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementi və 1 ədəd ağ şəffaf qaş olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 4,68 qram olan üzük, 01 ədəd metalı 585 əyarlı, çəkisi 2,42 qram olan qızıl kulon, 02 ədəd gümüşü rəngli metaldan, üzərində bayquş təsviri olan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 14,96 qram məmulat hissəsi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi, onun özünün ifadəsi, zərərçəkmiş şəxs məhkəmə istintaqında və məhkəməyədək icraat dövründə verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən, düzgün olaraq, Azərbaycan Respublikası CinayətMəcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə məhkum olunduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və onun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun həbs etməsinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd gümüşü rəngli metaldan, üzərində bənövşəyi rəngli muncuqlar və ağ şəffaf qaşlar olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, ümumi çəkisi 21.94 qram olan qol saatı, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 17,03 qram boyunbağı, qolbaq və sırğa cütü dəsti, 01 ədəd sarı rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 15,21 qram sırğa cütü, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 8,14 qram, sırğa cütü (7 ədəd hazırlanmışd, çəkisi 9,69 qram fil formalı kulon, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementi və 1 ədəd ağ şəffaf qaş olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 4,68 qram olan üzük, 01 ədəd metalı 585 əyarlı, çəkisi 2,42 qram olan qızıl kulon, 02 ədəd gümüşü rəngli metaldan, üzərindəbayquş təsviri olan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 14,96qram məmulat hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin maddi sübutlar saxlama kamerasına təhvil verilmiş hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 12 ədəd əl-barmaq və 10 ədəd ovuc izləri Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin maddi sübutlar saxlama kamerasında saxlanılmalıdır. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 109,50 AZN (yüz doqquz manat əlli qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasınaməhkumedilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən (azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan), yəni xx xxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlnması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş 01 ədəd gümüşü rəngli metaldan, üzərində bənövşəyi rəngli muncuqlar və ağ şəffaf qaşlar olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, ümumi çəkisi 21.94 qram olan qol saatı, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementləri olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 17,03 qram boyunbağı, qolbaq və sırğa cütü dəsti, 01 ədəd sarı rəngli metaldan, ürək formalı, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 15,21 qram sırğa cütü, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 8,14 qram, sırğa cütü (7 ədəd hazırlanmışd, çəkisi 9,69 qram fil formalı kulon, 01 ədəd sarı rəngli metaldan, üzərində ürək formalı elementi və 1 ədəd ağ şəffaf qaş olan, metalı əlvan metal və dəmir əsaslı ərintidən hazırlanmış, qaşları qiymətsiz, çəkisi 4,68 qram olan üzük, 01 ədəd metalı 585 əyarlı, çəkisi 2,42 qram olan qızıl kulon, 02 ədəd gümüşü rəngli metaldan, üzərindəbayquş təsviri olan, metalı əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 14,96qram məmulat hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin maddi sübutlar saxlama kamerasına təhvil verilmiş hadisə yerinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 12 ədəd əl-barmaq və 10 ədəd ovuc izləri Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin maddi sübutlar saxlama kamerasında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 109,50 AZN (yüz doqquz manat əlli qəpik)Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-205/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-205/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver