Məhkəmə qərarları › İş №1(011)-205/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-205/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-205/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Şahid1 vasitəsi ilə sonuncunun iş yoldaşı Zərərçəkmiş şəxs oğlu X3 2 ay müddətində Heydər Əliyev adına X2 bələdçi vəzifəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 12 ünvanında yerləşən “Kapital Bank”-ın Xətai filialı qarşısında işə qəbul olunması üçün “CV” (şəxsi məlumatlar) yazdırmaq adı ilə 300 AZN, 25 sentyabr 2022-ci il tarixdə həmin ünvanın qarşısında bələdçi kimi deyil mühafizəçi kimi işə qəbul etdirəcəyinə dair söz verib 300 AZN, 27 sentyabr 2022-ci il tarixdə həmin ünvanın qarşısında daha yaxşı işlə təmin etmək məqsədi ilə 2000 AZN və 30 sentyabr 2022-ci il tarixdə həmin ünvanın qarşısında sığorta açdırmaq adı ilə 300 AZN pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2.900 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən 2020-ci il tarixədək "xxxx" MMC-də Vip sərnişinlərinin daşınmalarının təşkili departamentinin Sərnişinlərə xidmət təşkili üzrə agenti vəzifəsində çalışmışdır. 2020-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. Buna baxmayaraq orada işləyən şəxslər ilə əlaqəsi olduğu üçün tanışlarına kömək edərək onları işə düzəltmək istəmişdir. 2022-ci ilin sentyabr ayında Aysel adlı tanışı onu Şahid1 ilə tanış etmişdir. Aysel Laləyə demişdir ki, o işə düzəlməkdə köməklik göstərə bilər. Lalə isə öz növbəsində 2022-ci ilin sentyabr ayının 21-də onun mobil nömrəsini tanışı Zərərçəkmiş şəxs vermişdir ki, sonuncununda oğlunu hava limanında işə düzəltməkdə köməklik etsin. Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Tərminə ilə ünvan 3 ünvanda yerləşən “Kapital Bankın” qarşısında görüşmüşdür. Görüş zamanı Tərminə ondan xahiş etmişdir ki, onun oğlunu hava limanına işə düzəltsin. O, Tərminəyə köməklik edəcəyini bildirdikdə Tərminə ona hörmət edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022ci il tarixdə Tərminə ilə həmin ünvanda görüşən zaman Tərminə ona ilkin olaraq 300 manat vermişdir ki, onun oğlunun CV-ni doldursun. O, Tərminənin oğlunun CV-ni doldurub hava limanında kadrlar şöbəsinə göndərmişdir. Təxminən 1 həftədən sonra oğlunun sığorta məsələsinin həll olunmasına görə əlavə olaraq 300 manat da pul lazım olduğu üçün Tərminə ilə həmin ünvanda görüşüb ondan 300 manat pul almışdır. Tərminənin oğlunu hava limanında daha da yaxşı işə düzəltmək üçün əlavə olaraq 2000 manatda pul lazım olduğu barədə Tərminəyə bildirmişdir. Tərminə onunla razılaşmış və 2000 manat pulu qeyd olunan ünvanda ona vermişdir. 2022-ci ilin oktyabr ayında Tərminə onunla görüşüb əziyyətini qiymətləndirmək üçün əlavə olaraq 300 manatda pul vermişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs 2900 manat pul almışdır. Lakin həmin pulları şəxsi ehtiyaclarına xərcləmiş, Zərərçəkmiş şəxs oğlu Fuadın isə işi ilə bağlı rəsmi olaraq heç bir yerə müraciət etməmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2008-ci ildən Bakı şəhəri 28 saylı şəhər poliknikasında sahə tibb bacısı kimi fəaliyyət göstərir. Həmin poliknikada onunla Şahid1 qeydiyyatçı kimi işləyir. 2022-ci ilin sentyabr ayının 20-də iş yoldaşı Şahid1 ilə söhbət zamanı sonuncu ona bildirmişdir ki, qonşusunun vasitəsi ilə bir nəfər şəxs tanıyır ki, həmin şəxs onun qızının CV-ni H.Əliyev adına X4 verərək bələdçi kimi işə düzəldəcəkdir. O, Laləyə ali təhsilli oğlu X1 işləmədiyi üçün həmin yerə işə düzəltməsini istədiyini bildirmişdir. Lalə də həmin şəxsin nömrəsini ona verə biləcəyini bildirmişdir. O, Təhminənin ***-***-**-** saylı mobil nömrəsini götürdükdən sonra sonuncu ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü ona Təhminə kimi təqdim etmişdir. O, Təhminəyə oğlunun ali təhsilli olduğunu və hazırda X2 işə düzəltmək istədiyini bildirmişdir. Həmin şəxs ona köməklik edə biləcəyini bildirmişdir. O, Təhminə ilə xx.xx.2022-ci il tarixdə saat 14:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 12-də yerləşən “Kapital Bank”-ın qarşısında görüşmüşlər. Görüş zamanı daha ətraflı söhbət edən zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, bu cür işləri həll edir və 2022-ci ilin noyabr ayının 1-də bələdçi kimi oğlu işə çıxacaqdır. Bunun müqabilində ondan oğlunun anket məlumatlarını və hərbi biletini istəmişdir. O, xx.xx.2022-ci il tarixdə Təhminə ilə Xətai rayonu, Sabit Orucov küçəsi 12 ünvanında yerləşən “Kapital bank”-ın qarşısında görüşüb ilkin ödəniş kimi 300 manat pul vermişdir ki, CV-ni yazaraq dediyi ünvana göndərsin. Təxminən 2 gündən sonra Təhminə ilə yenidən görüşdükdə sonuncu ona bildirmişdir ki, oğlunu bədəlçi kimi deyil VİP-də mühafizəçi kimi işə düzəldəcəkdir. Buna görədə ondan əlavə olaraq 300 manatda pul istəmişdir. O, həmin puluda ona qeyd olunan ünvanda vermişdir. Təxminən 3-4 gündən sonra onlar yenidən görüşərkən Təhminə ona bildirmişdir ki, oğlunun CV-si mükəmməl olduğuna görə oğlu Fuadı daha yaxşı işlə təmin etmək məqsədi ilə 2000 manat pul verilməlidir. O, Təhminənin dediyi ilə razılaşmiş və təxminən 2 gündən sonra 2000 manat pulu tapıb ona Xətai rayonu, Sabit Orucov küçəsi 12 ünvanında yerləşən “Kapital Bank”-ın qarşısında görüşüb vermişdir. Təhminə pulu aldıqdan sonra tez bir müddətdə işin düzələcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının 1-də o, Təhminə ilə həmin ünvanda yenidən görüşdükdə Təhminə ona oğlunun sığortası ilə bağlı əlavə olaraq 300 manatda pul lazım olduğunu bildirmişdir. O, Təhminəyə inandığı üçün 300 manat pulu tapıb ona vermişdir. O, ümumilikdə Təhminəyə 2900 manat pul verdikdən sonra Təhminə onun telefonlarına cavab vermədikdə o, aldadıldığını bilmişdir. Həmçinin o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 30 ilə yaxındır ki, 28 nömrəli şəhər poliknikasında qeydiyyatçı kimi işləyir. 2022-ci ilin sentyabr ayında qonşuluğunda yaşayan Şahid2 ilə söhbət əsnasında sonuncu ona bildirmişdir ki, onun Təhminə adlı tanışı X2 çalışıb və ora işə düzəltmək imkanı vardır. O, xx.xx.2022-ci il tarixdə işə gələrkən iş yoldaşı Zərərçəkmiş şəxs ilə söhbət edərkən ona bildirmişdir ki, Təhminə adlı şəxsi tanyır və X5 işə düzəltmək üçün köməklik göstərə bilər. Tərminə onun oğlununda işləmədiyini və işə düzəltmək istədiyini bildirmişdir. O, Təhminənin nömrəsini Tərminəyə vermişdir. Onlar öz aralarında danışdıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq onun 2900 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında qonşuluğunda yaşayan Şahid1 ilə söhbət əsnasında ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışının X2 işsiz olan şəxsləri işə düzəltmək imkanı vardır. Bunu ona Təqsirləndirilən şəxs özü bildirmişdir. Lalə ona qızını həmin işə düzəltmək istədiyini bildirmişdir. O, Lalənin yanında Təhminə ilə görüntülü danışmışdır. Təhminə Laləyə bildirmişdir ki, qızını hava limanına işə düzəldə bilər. xx.xx.2022-ci ildə saat 17 radələrində Lalə yaşadığı ünvanda olarkən onu evinə çağırmışdır. Lalə onun evinə gəldikdə Təhminəni evində görüb söhbət etmişlər. Təhminə Laləyə bildirmişdir ki, qızını hava limanında işə düzəltmək üçün 300 manat pul lazımdır ki, CV-ni yazaraq göndərsin. Lalə 200 manata imkanı çatdığı üçün 200 manat pulu, CV-ni və qızının şəklini düzəldib Təhminəyə vermişdir. Təhminə Laləyə xx.xx.2022-ci il tarixdə qızının işi ilə bağlı hava limanına çağıracaqlarını bildirmişdir. Bundan sonra baş verənlərdən onun məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə İstintaq Şöbəsinə aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2900 manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiyi Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində fəaliyyət göstərən “Kapital Bank”ın qarşısına baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 5-6); cinayət işinin icraata qəbul edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün tərəfindən icraata qəbul edilmişdir (i.v. 25); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (i.v. 51-52); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81-82); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 28 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i.v. 91); xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı dələduzluq edən Təqsirləndirilən şəxs 2900 manat məbləğində pulunu almışdır (i.v. 94); sübutların qiymətləndirilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 100-108); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar