Məhkəmə qərarları › İş №1(011)-205/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-205/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-205/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixində Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs o, “BCD” kateqoriyalı, “AC327557” nömrəli sürücülük vəsiqəsi əsasında AB704483 nömrəli xx.xx.2012-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə texniki cəhətdən saz vəziyyətdə, mülkiyyətində olan gümüşü metal rəngli “MERSEDES BENZ C 220CDİ” markalı, 99 cd 483 dövlət qeydiyyat nişanlı avtomobili 01 dekabr 2023cü il tarixdə saat 18:55-də Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmnadarov küçəsi ilə İ.İsmayılov küçəsi istiqamətindən G.Şıxlinski küçəsi istiqamətində 40 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini позараг yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub avtomobilin qabaq sağ hissəsi ilə piyada X5 vuraraq ehtiyatsızlıqdan ona başın və bədənin küt travması, baş beyin əzilməsi, baş beyinə qansızma, kəskin ödem, sağ təpəgicgah sümüklərinin və kəllə əsasının sınıqları, sağ təpə-gicah nahiyəsinin əzilmiş yarası, sağ əlin sıyrığı ilə müşaiyət olunan və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və Mariya Rüstəmovanın ölümü ilə bir-başa səbəbli əlaqəli olmuş çoxsaylı xəsarətlər nəticəsində baş vermiş baş-beyin əzilməsi olaraq həmin gün saat 19:55-də X11 ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını, səmimi etirafını, cinayət işi üzrə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmiş X7 doğma anasıdır. xx.xx.2023-cü il tarixdə saat 18:55 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 2 ünvanın yaxınlığından təsadüfən keçdiyi zaman yolun işlək hisəssində avtomobillərin dayandığını və adamların toplaşdığını görüb hadisə baş verən yerə baxanda görmüşdür ki, asfaltın üzərində uzanmış şəxs anası Mariya Rüstəmovaya oxşayır. Ona görə də idarə etdiyi avtomobili yolun sağ tərəfində dayandırıb adamların toplandığı yerə yaxınlaşmış və görmüşdür ki, anası M.Rüstəmova yerdə uzanıb, başından qan axır. İstəmişdir ki, anasını yerdən götürüb avtomobili ilə yaxınlıqda yerləşən xəstəxanaya aparsın. Lakin tanımadığı adamlar demişlər ki, TTYS-nın həkimləri gəlib yardım göstərib xəstəxanaya apararlar. Ona görə də TTYS-nın həkim briqadasının gəlməsini gözləmişdir. Maraqlandıqda ona məlum olmuşdur ki, anasını “Mersedes Benz C 220” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurmuşdr. Həmin vaxt Təqsirləndirilən şəxs də anasının yanında dayanıb TTYS-nın həkim briqadasının gəlməsini gözləmişdir. Təxminən 10-15 dəqiqə ərzində TTYS-nın həkim briqadası hadisə yerinə gəlib anasını X14 aparmışlar. Özü də avtomobili ilə TTYSnın avtomobilinin arxasınca X14 getmişdir. Tibb Mərkəzinə çatdıqdan sonra həkimlər anasına tibbi yardım göstərməyə başlamışlar. Lakin 15 dəqiqə keçəndən sonra həkimlərdən biri məlumat vermişdir ki, anası vəfat edib. Bu xəbərdən qısa müddət keçmiş Xətai RPİ-nin əməkdaşları X14 gəlib araşdırmaya başlamışlar. Onlara dəymiş zərərin tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslə barışdıqlarını, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v. 1); 1/4737 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan müəyyən olunur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. (i.v. 5); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan, yol-nəqliyyat hadisəsi ünvan 2 ünvanın yaxınlığında piyada zolağından kənar yerdə baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 6-17); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2000-ci il buraxılışlı, sedan tipli, “Mercedes Benz C220 CDİ” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir (i.v. 21); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2024-cü il tarixdə 10 il müddətinə «BCD» kateqoriyalı AC327557 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 21); zərərçəkmiş şəxsin hüquqi varisinin tanınması haqqında 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə mərhum X1 oğlu X8 hüquqi varis qismində tanınmışdır (i.v. 31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 38); DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 22 dekabr 2023cü il tarixli protokoldan görünür ki, 01 ədəd “TŞ 5-092 3-2023-12- 01_18h45min00s000ms” adlı video fayl açıldıqda xx.xx.2023-cü il tarixdə saat 18:44:50dən başlayaraq 19:20:00-dək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsinin hər iki istiqamət üçün ümumi görüntüsü vardır. Görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması görünür. Lakin hər hansı bir yol-nəqliyyat hadisəsinin olması görsənmir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, ünvan 3 ünvanın yaxınlığında ehtiyatsızlıqdan piyada Mariya Rüjstəmovanı vurub bədən xəsarəti yetirdikdən sonra idarə etdiyi avtomobili yolun işlək hissəsində dayandırıb qəza işıqlarını yandıraraq TTYS-nın həkim briqadasının gəlməsini gözləmişdir (i.v.41-42) X8 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlara vurulmuş zərər tam olaraq ödənilmişdir.(i.v 48) 392421 saylı, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum X7 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində baş beyin ocaqlı travması səbəbindən ölmüşdür. (i.v. 49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 8/314 nömrəli ekspert rəyindən görünür ki, “Mercedes Benz C220 CDİ” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur ( i.v. 51a- 53); (ekspertiza xərci 85 manat) Azərbycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 01 dekabr 2023-cü il tarixli, 110 nömrəli ekspert rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər – başın və bədənin küt travması, baş-beyinin əzilməsi, baş-beyinə qansızma, kəskin ödem, sağ təpə-gicgah sümüklərinin və kəllə əsasının sınıqları, sağ təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sağ əlin sıyrığı. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərəvurmanın əlamətlərinə malik olmaqla onun öülümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin əzilməsi olmuşdur, ölüm xx.xx.2023-cü il tarixdə saat 19:55-də X16 xəstəxanada baş vermişdir və meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 55-58); Sübutların qiymətləndirilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin olması tam olaraq sübuta yetirildiyindən o təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunsun və sonuncu qeyd olunan maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, əməlində Azərbaycan Respublikası CM-nin 263-1.1, 263-1.3 və 264-cü maddələrinin tərkib əlamətləri olmadığından Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmədiyindən bu hissədə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz şəhər xidmətinin TŞ 5-092 nömrəli kameralarının xx.xx.2023-cü il tarixli saat 18:45-dən 19:20-dək olan müddətdəki görüntünü özündə əks etdirən 01 ədəd DVD disk, yol-nəqliyyat hadisəsi yerinə, nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* saylı cinayət işi üzrə sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi "Mersedes Benz C220" markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınsın və saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. ( i.v. 59-64); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (i.v. 73-74); Qətimkan tədbirinin seçilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 89-90); 823716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X13 adlı övladı vardır. (i.v.99) X8 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslər barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, 22 dekabr 2023-cü il tarixli görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13), əməlindən səmim peşman olmasını (CM 59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “MERCEDES BENZ C220 CDİ” minik markalı **-CD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş «Kiçikbəyov və Partnyorları» Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “MERCEDES BENZ C220 CDİ” minik markalı **- CD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar